Məhkəmə qərarları › İş №1(005)-260/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-260/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-260/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 72/9, mənzil 31-də kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Ağstafa rayonu, Vurğun qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağstafa rayonu, Vurğun qəsəbəsi, Kirov küçəsi, ev 1, mənzil 31-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 72/9, mənzil 31-də kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə gecə saat 02:41 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45C ünvanında yerləşən “Bazarstore” mağazasının arxasında bir neçə dəqiqə əvvəl tanış olduqları orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs yol pulu qismində bəhanə ilə 1 (bir) manat pul istəyərək Zərərçəkmiş şəxs bu məqsədlə şalvarının arxa sağ cibindən çıxarıb sağ əlində tutduğu içərisində 422,8 (dörd yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti olan 20 (iyirmi) manat dəyərində pulqabını onun əlindən alıb qaçaraq hadisə yerindən uzaqlaşmış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ardınca qaçaraq təqib etmək istədiyini görən Təqsirləndirilən şəxs2 ayağı ilə qəsdən Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə bir zərbə vurub onu yerə yıxaraq sonuncuya sol əlin ovuc səthinin səthi əzilmiş yarası, sağ və sol diz oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Təqsirləndirilən şəxs1 ardınca qaçıb hadisə yerindən uzaqlaşmış və beləliklə də, Zərərçəkmiş şəxs əmlakını açıq talayıb ona ümumilikdə 442,8 (dörd yüz qırx iki manat səksən qəpik) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişlər. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə gecə saat 02:41 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45C ünvanında yerləşən «Bazarstore» mağazasının arxasında bir neçə dəqiqə əvvəl tanış olduqları orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yol pulu qismində bəhanə ilə 1 (bir) manat pul istəyərək Zərərçəkmiş şəxs bu məqsədlə şalvarının arxa sağ cibindən çıxarıb sağ əlində tutduğu içərisində 422,8 (dörd yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti olan 20 (iyirmi) manat dəyərində pulqabını onun əlindən alıb qaçaraq hadisə yerindən uzaqlaşarkən o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ardınca qaçaraq onu təqib etmək istədiyini görüb ayağı ilə qəsdən Zərərçəkmiş şəxs sol ayaq nahiyəsinə bir zərbə vurub onu yerə yıxaraq sonuncuya sol əlin ovuc səthinin səthi əzilmiş yarası, sağ və sol diz oynağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Təqsirləndirilən şəxs1 ardınca qaçıb hadisə yerindən uzaqlaşmış və beləliklə də, Zərərçəkmiş şəxs əmlakını açıq talayıb ona ümumilikdə 442,8 (dörd yüz qırx iki manat səksən qəpik) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixində Hövsan qəsəbəsində yaşayan dayısının evinə qonaq getmiş və bütün gün onlarda olduqdan sonra təxminən saat 20-21 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 72/9, mənzil 31-ə qayıtmışdır. Həmin vaxt qeyd olunan mənzildə birlikdə kirayədə yaşadığı Emil və Ülvi evdə yatıbmışlar. Bir az telefonla məşğul olduqdan sonra təxminən saat 01 radələrində Emilə siqaretinin qurtarmasını söyləyib həyətə düşərək kimdənsə siqaret almağı təklif etmişdir. Emil razılaşmış və birlikdə mənzildən çıxıb həyətə düşmüşlər. «Araz» marketə tərəf təxminən 100 metr getdikdən sonra «Bazarstore» supermarketinin sağ tərəfində tanımadığı bir şəxsin dayanaraq telefonla məşğul olduğunu görmüşlər. Bir-iki dəqiqədən sonra həmin şəxs, yəni Zərərçəkmiş şəxs yaxınlaşdıqda Emil ondan siqaret istəmiş və Natiq onlara iki ədəd siqaret verərək söhbətə başlamışdır. Bu zaman Natiqin içkili olduğunu görmüşlər və Natiq özü də yeyib-içdiyini və yaxşı əhval-ruhiyyəsinin olduğunu bildirmişdir. Sonra Natiq onlara yeyib-içmək təşkil edə biləcəyini bildirib, nə qulluq etmək lazım olduğu ilə maraqlanmışdır. Natiq sərxoş olduğundan ona məhəl qoymamış, lakin buna baxmayaraq, Natiq Emildən və ondan hansı rayondan olduqları və Montin qəsəbəsində nə vaxtdan yaşadıqları barədə maraqlanmışdır. Natiq əsasən onunla danışmış, eyni mövzulara təkrar olaraq qayıtmışdır. Növbəti dəfə Natiq nə qulluq etmək lazım olduğu barədə maraqlandıqda o, özünə və ona siqaret almasını təklif etmişdir. Natiq razılaşmış və birlikdə «Araz» marketə daxil olmuşlar. Natiq marketdən 2 manat 50 qəpiyə bir qutu «LD» siqareti alıb ona vermiş və həyətə çıxdıqdan sonra Emil həmin qutudan bir siqaret götürüb çəkmişdir. Təxminən beş dəqiqə «Araz» marketin qarşısında dayanıb söhbət etmişlər. Natiq yenə də onlardan hansı rayondan olduqlarını soruşmuşdur. Natiqin sərxoş olduğunu bildikləri üçün ona yaşadığı evinə getməsini təklif etmişlər. Lakin Natiq razılaşmamış, ağzına gələni danışmışdır. Natiqə onu qonaq kimi qəbul edə biləcəklərini söyləyib birlikdə «Bazarstore» supermarketə tərəf addımlamışlar. Küçəni keçib yola davam edərkən Natiq onlara pivələnməyi təklif etmiş, o, cavabında pivə deyil, su alacağı təqdirdə içəcəyini bildirmişdir. Natiq heç bir problemin olmadığını demiş və həmin vaxt üzərində «24 saat» yazılmış marketin qarşısında olduqlarından o, Natiqlə birlikdə həmin dükana girmişdir. Natiq onun üçün bir ədəd «Kuller» pivəsi, özünə və Emil üçün isə «Bizon» və «Yaquar» energi içkiləri götürməsini söyləmişdir. Qeyd olunan içkiləri götürüb kassaya yaxınlaşmış və satıcı 5 manat 50 qəpik ödəniş etmək lazım olduğunu bildirdikdə, Natiq niyə belə baha olduğunu deyib etirazını bildirmişdir. Satıcı oğlan götürdükləri üç içkiyə görə həmin məbləğin ödənilməli olduğunu bildirdikdə Natiq onunla mübahisə edib ancaq bir şüşə pivə aldığını, digər içkilərin ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Bunu görən Emil ona bayıra çıxmasını söyləyib heç nə lazım olmadığını bildirmişdir. Bundan sonra o, Emillə birilkdə mağazadan bayıra çıxıb «Araz» marketə tərəf addımlamışlar. Bir neçə addım aralandıqdan sonra Natiqin onları səslədiyini eşidib dayanmışlar. Natiq Emilə çatıb onu dükanda tək saxlayıb getdiklərinə görə onlara irad tutmuş, o, cavabında evə gedəcəklərini bildirmişdir. Lakin Natiq əl çəkməyib onunla söhbət etmələrini istəmişdir. Nərimanov Rayon Məhkəməsinin köhnə inzibati binasına çatan zaman Natiqə «gəl keçək arxaya söhbət edək» deyə təklif etmişdir. Həmin vaxt Natiqin pulqabısını almaq fikri olmamış, Natiq söyüşlə danışdığı üçün ona bir neçə dəfə xəbərdarlıq etmişdir. Natiq ona “cahil, cavan oğlansınız, niyə pulunuz yoxdur, məni “qaz” hesab edirsiz?!” deyə bildirmiş və danışa-danışa sərxoş olduğuna görə üstünə yıxılmışdır. Natiqdən bir manat pul istəmiş, lakin Natiq «varımdır, vermirəm!» deyə etiraz etmiş, pulqabısını çıxarıb pullarını nümayiş etdirərək «pulum var, sən də işlə, qazan» deyə bildirmişdir. Həmin vaxt Emil onlardan aralıda yolun qırağında telefonla danışırmış. Bu an Natiqin pulqabısını əlindən alıb evə tərəf qaçmış və uzaqlaşarkən Natiqin sərxoş olduğu üçün müvazinətini saxlamayaraq yerə yıxıldığını görmüşdür. Natiqin pulqabısını alıb qaçmağından Emilin xəbəri olmamışdır. Evə tərəf gedən zaman onun arxasınca gələn Emil «niyə belə hərəkət elədin? Lazım deyildi.” deyə bildirmişdir. Daha sonra qonşu məhəllədə «besedka»da dayanaraq pulqabına baxdıqda qara rəngli, köhnə bir pul qabı olduğunu, içində 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq əskinas olduğunu görmüşdür. Həmin 105 manat pulu götürüb cibinə, pulqabını isə daşın altına qoymuşdur. Sonra Emillə birlikdə yaşadıqları evə gedib yatmışlar. Səhər təxminən saat 11 radələrində Emillə birlikdə «Rahat» marketə gedərək evə bazarlıq etmiş və təxminən əlli manat xərcləyib, ərzaq məhsulları, siqaret, meyvə alaraq evə qayıtmışlar. xx xxxxx 2020ci il tarixdə polis əməkdaşları gəlib onu baş vermiş hadisə ilə bağlı Nərimanov RPİ-yə aparmışlar. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 2-3 radələrində Sənan ona siqaretinin qurtardığını bildirib kimdənsə siqaret almaq üçün həyətə düşməyi təklif elmişdir. Razılaşaraq Sənanla birlikdə mənzildən çıxıb həyətə düşmüşlər. Ətrafda heç kim olmamış və «Araz» marketə tərəf təxminən 100 metr getdikdən sonra həmin marketin sağ tərəfində tanımadığı bir şəxsin dayanaraq telefonla məşğul olduğunu görmüşlər. Bir-iki dəqiqədən sonra həmin şəxs, yəni Zərərçəkmiş şəxs onlara yaxınlaşdıqda Sənan ondan siqaret istəmişdir. Natiq onlara iki ədəd siqaret verərək söhbətə başlamışdır. Natiqin içkili olduğunu görmüş, Natiq özü də yeyib-içdiyini və yaxşı əhval-ruhiyyəyə malik olduğunu bildirmişdir. Sonra Natiq hansı rayondan olmaları və Montin qəsəbəsində nə vaxtdan yaşamaları barədə maraqlanmışdır. Cavabında Natiqə sərxoş olduğunu və artıq gec olduğunu söyləyib evə getməsini tövsiyə etmişdir. Bu Natiqin xoşuna gəlməsə də, onlara nə qulluq etmək lazım olması ilə maraqlanmış və bu zaman Sənan Natiqə onlar üçün siqaret almasını təklif etmişdir. Natiq Sənanla birlikdə «Araz» marketə girib bir neçə dəqiqə sonra çölə çıxmışlar. Sənan əlində bir qutu «LD» siqaretini ona uzatmış, o, həmin qutudan bir siqaret götürmüşdür. Təxminən beş dəqiqə «Araz» marketin qarşısında dayanıb söhbət etmişlər və Natiq yenə də hansı rayondan olduqlarını soruşmuşdur. Natiqin sərxoş olduğunu bildiyindən ona evə getməyi təklif etmiş, Sənan isə Natiqə əgər istəyirsə onların qonağı ola biləcəyini demişdir. Sonra birlikdə «Bazarstore» supermarketinə tərəf addımlayaraq küçəni keçib yola davam elmişlər. Bu zaman Sənan həmin şəxsə boğazının quruduğunu söyləyib su almasını təklif etmişdir. Natiq heç bir problemin olmadığını deyib açıq mağazaya rast gələn kimi su alacağını demişdir. Həmin vaxt üzərində «24 saat» yazılmış marketin qarşısında olduqlarından Natiq Sənanla birlikdə həmin dükana girmiş, o isə bayırda qalıb telefonla danışmışdır. Təxminən 5-7 dəqiqə sonra Sənanla Natiqin girdiyi dükanda mübahisə səsləri eşidib içəri girmiş, Natiqlə Sənanın «Bizon» və «Yaquar» enerji içkilərinin pulunu kim tərəfindən ödənilməli olduğu barədə mübahisə etdiklərini görmüşdür. Belə ki, Natiq həmin vaxt özü üçün pivə, Sənan isə özünə və ona «Bizon», «Yaquar» enerji içkiləri götürmüş, lakin kassaya çatdıqda Natiq yalnız pivənin pulunu ödəyəcəyini demiş və bu səbəbdən onların mübahisəsi düşmüşdür. Bunu görüb Sənana götürdüyü içkiləri yerinə qoymasını və çıxıb getməyi təklif etmiş, Sənan da onu eşidib əlindəki içkiləri mağazada saxlayaraq onunla birlikdə marketdən bayıra çıxmış və «Araz» marketə tərəf addımlamışlar. Bir neçə addım aralandıqdan sonra Natiqin onları səslədiyini eşidib dayanmışlar. Natiq onlara yaxınlaşıb dükanda onu tək qoyub getdiklərinə görə irad tutmuş, buna cavab olaraq Sənan evə getdiklərini bildirmiş, lakin Natiq onlardan əl çəkməyib onunla söhbət etmələrini istəmişdir. Sənan Natiqin xətrinə dəyməmək üçün onunla söhbətini davam etdirmişdir. Həmin vaxt o, öz telefonunda «Whatsapp» proqramı vasitəsilə tanışı ilə yazışırmış. Söhbət əsnasında Sənan Natiqdən 1-2 manat məbləğində pul istəmiş, lakin Natiq söhbəti uzadaraq pulu vermək istəməmişdir. Həmin vaxt fikrini telefonda mesajlaşdığı şəxsə yönəltdiyindən onların tam olaraq nədən söhbət etdiklərinə fikir verməmişdir. «Bazarstore» spupermarketinin arxa tərəfinə çatan zaman qəflətən Sənanın qaçdığını görüb macal taparaq nə baş verdiyini soruşa bilmədiyindən onun ardınca qaçmağa başlamışdır. Bu zaman Natiq də Sənanın ardınca qaçarkən içkili olduğundan büdrəyib yerə yıxılmışdır. Sənan ev istiqamətində qaçmış, o da Sənanın ardınca qaçaraq evə gəlmişdir. Kirayədə yaşadıqları beşmərtəbəli yaşayış binasının blokunun qarşısında Sənana çatıb nə baş verdiyini ondan soruşduqda ona məlum olmuşdur ki, Sənan Natiqin əlindəki pul qabını götürüb qaçmışdır. Sənan pul qabına baxaraq orada 103-105 manat pul olduğunu bildirib, pulları cibinə qoymuşdur. Sənana irad tutaraq düzgün hərəkət etmədiyini bildirib pulları sahibinə qaytarmağı və ya «102» xidmətinə zəng edərək bu barədə məlumat verməyi təklif etmişdir. Sənan isə cavabında növbəti gün gedib bu barədə polisə məlumat verməyi təklif etmişdir. xx xxxxx 2020-ci il tarixdə polis əməkdaşları kirayədə yaşadığı evdə olarkən gəlib onu polisə aparmışlar. Sonradan eşitmişdir ki, onun ardınca Sənan da saxlanılaraq polisə dəvət edilmişdir. Həmin vaxt nə baş verdiyindən xəbəri olmamış, Zərərçəkmiş şəxs vurmamış və Sənanın Zərərçəkmiş şəxs əlindən pulu götürüb qaçmasından hadisə anında xəbəri olmamışdır. Bu hadisənin necə baş verməsini sonradan Sənanın deməsinə əsasən bilmişdir. Sonda Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən kirayədə yaşadığı evdə təkcə oturub yemək yeyib 200 qram həcmində spirtli içki araq qəbul etmişdir. Sonra vaxtını keçirmək üçün mağazadan çərəz və “Go” içkisi almaq qərarına gəlib bu məqsədlə içərisində 425 (dörd yüz iyirmi beş) manat pul olan qara rəngli pulqabısını götürüb şalvarının cibinə qoyaraq həmin gecə saat təxminən 02 radələrində evdən çıxıb piyada Nərimanov rayonu, Montin qəsəbəsindəki «Araz Market» mağazasına getmişdir. Marketə çatdıqda həmin vaxt «Araz Market»dən çıxan tanışı Ramidlə rastlaşmış və onunla salamlaşıb bir qədər söhbət etdikdən sonra Ramid oradan yaşadığı evə, o isə marketə getmişdir. «Araz Market»də “Go” içkisi tapmadığından Nərimanov rayonu ərazisində yerləşən «24 saat» market mağazasına getmişdir. Bu məqsədlə “Araz Market” mağazasından küçəyə çıxıb təxminən 15-20 metr məsafə aralandıqdan sonra iki nəfər cavan oğlan sonradan adları ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşıb ondan iki ədəd siqaret istəmişlər. Etiraz etməyib üzərində olan siqaret qutusundan iki ədəd siqaret çıxarıb birini Sənana, digərini isə Emilə vermişdir. Onlar hər ikisi siqaretlərini yandırıb ondan haradan olduğunu soruşmuşlar. Buna cavab olaraq Saatlı rayonundan olduğunu demiş, onlardan biri Hacıqabul rayonundan, digəri isə Sabirabad rayonundan olduğunu demişlər. Söhbət əsnasında Sənan onlara pivə almasını istəmiş, lakin o, etiraz edib onlara pivə almayacağını və “24 saat market” mağazasına getdiyini söyləyib «hərə öz pulunu verib özü üçün içki alsın» deyə bildirmişdir. Sənan və Emillə söhbət edə-edə “24 saat market” mağazasına getmiş və ilk öncə mağazaya Sənan daxil olmuşdur. Emil isə mağazaya daxil olmayaraq çöldə gözləmişdir. Emilin çöldə gözləməsi onda narahatçılıq yaratdığından Sənandan Emili də mağazaya çağırmasını istəmiş və Sənan Emili mağazaya çağırmışdır. Emil mağazanın giriş qapısının yanında dayanıb telefonla danışmağa başlamış, Sənan isə onun istəyi ilə vitrindən “Kuller” pivəsi, özü və dostu Emil üçün isə “Yaguar” və “Bizon” enerji içkisi götürüb satıcıya təqdim edərək ona ödəniş etməyi təklif etmişdir. Sənana etiraz edərək yalnız özü üçün alacağı “Kuller” içkisinin pulunu ödəyəcəyini bildirib, digər iki enerji içkisinin pulunu isə özlərinin ödəməsini demişdir. Sənan nə qədər təkid etsə də, onun istəyini yerinə yetirməmişdir. Şalvarının arxa sağ cibindən pulqabını çıxardıb satıcıya 5 manat pul vermiş, satıcı da puldan 2 manat 20 qəpik çıxaraq ona 2 manat 80 qəpik pul qaytarmışdır. Həmin pulu da pulqabına qoyaraq mağazadan çıxmış və evə qayıtmaq üçün yolu keçərək «Bazarstore» mağazasının yanındakı ara küçəyə çatan zaman Sənan və Emil onu çağırmışlar. Həmin mağazanın arxa tərəfində Sənan və Emilə yaxınlaşıb nə istədiklərini soruşduqda Sənan və Emil hər ikisi ondan 1 (bir) manat yol pulu istəmişlər. İlk öncə onlara bir manat vermək istəməmiş, lakin onlar çox dirəşdiklərindən, əl çəkmələri üçün şalvarının arxa sağ cibindəki içərisində 422 manat 80 qəpik pul olan pulqabını çıxardıb onlara bir manat pul vermək istəyərkən, Sənan qəflətən sağ əlində tutduğu pulqabını əlindən dartıb alaraq qaçmışdır. Pulqabını geri qaytarmaq üçün Sənanın ardınca qaçmaq istəyərkən Emil cəld tərpənib ayağı ilə sol ayağına zərbə vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirib ağzı üstə yerə yıxılmış, nəticədə hər iki əli və dizləri əzilmişdir. Özünü toparlayıb ayağa qalxaraq onların ardınca qaçmaq istəyərkən artıq onların qaçıb getdiklərini görmüşdür. Bir neçə dəqiqə onları ətrafda axtarsa da, tapa bilməmiş, sonra içki aldığı mağazaya gedib, orada satıcıdan həmin şəxslər barədə soruşmuşdur. Satıcı həmin şəxsləri mağazadan çıxdıqdan sonra görmədiyini bildirmişdir. Mağazadan küçəyə çıxdıqdan sonra mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Hadisə nəticəsində Sənan və Emil ona ümumilikdə 442 manat 80 qəpik məbləğində ziyan vurmuşlar. Həmin vaxt pulqabında konkret olaraq 4 ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, iki ədəd 1 manatlıq əskinas və 80 qəpik olmuşdur. Emil təpiklə ayağına zərbə vuran zaman yerə yıxılarkən əlində olan «Kuller» içkisi də yerə düşmüşdür. Ancaq həmin vaxt həyəcanlı olduğundan içki şüşəsinin sınıb-sınmamasına əhəmiyyət verməmiş və ayağa qalxdıqdan sonra Emillə Sənanı axtarmağa başlamışdır. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, habelə ümumi tanışları Pərviz və Təbrizlə birlikdə təxminən bir il müddətində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 72/9, mənzil 31-də kirayədə yaşamışlar. Təqsirləndirilən şəxs1 ilə Emilin vasitəsilə tanış olmuş və Sənan təxminən 5-6 ay onlarla birilkdə qeyd olunan mənzildə kirayədə yaşamışdır. 2020-ci ilin mart ayının əvvəllərində Təbriz və Pərviz iş tapa bilmədikləri üçün yaşadıqları rayonlara getdiklərindən həmin mənzildə Emil və Sənanla birlikdə qalmağa davam etmişdir. xx xxxxx 2020-ci il tarixdə gün ərzində kirayədə yaşıdığı mənzildə olmuşdur. Həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Sənan Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan dayısıgilin evinə getmişdir. O isə Emillə birlikdə mənzildə qalmışdır. Həmin gün axşam saat 21 radələrində Sənan mənzilə qayıtmışdır. xx xxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Emil Sənana siqaretinin qurtardığını bildirib həyətə düşərək kimdənsə siqaret istəyib almağı təklif etmişdir. Sənan razılaşaraq Emillə birlikdə mənzili tərk edib həyətə çıxmış, o isə yorğun olduğu üçün yatağına uzanıb yatmışdır. Həmin gecə saat 03 radələrində mənzilin qapısının açıldığını eşidib yuxudan ayılmış və bu zaman Emillə Sənanın həyacanlı vəziyyətdə mənzilə daxil olduqlarını görmüşdür. Sənanla Emilin təngnəfəs olduqlarını görüb kimdənsə qorxub qaçdıqlarını ehtimal edərək nə baş verdiyini soruşmuş, lakin onların konkret cavab vermədiklərini görüb daha bu barədə maraqlanmayaraq öz otağına keçib yatmışdır. Səhər saat 11 radələrində yuxudan qalxan zaman Emillə Sənanın mənzildə olmadıqlarını görmüş, buna əhəmiyyət verməyib mətbəxə keçərək özü üçün səhər yeməyi hazırlayıb yemişdir. Təxminən 20-25 dəqiqə sonra Emillə Sənanın bazarlıq edərək geri qayıtdıqlarını görüb onların nə almaları ilə maraqlandıqda siqaret, habelə müxtəlif ərzaq məhsulları, o cümlədən qablaşdırılmış süd, meyvə, meyə şirəsi və digər bu kimi məmulatlar aldıqlarını görmüşdür. Son günlər ərzində Emillə Sənanın tez-tez pulsuzluqdan gileyləndiklərini, siqaret almağa belə pul tapmadıqlarını bildiyi üçün onlardan həmin ərzaq məhsullarını hansı pulla aldıqlarını soruşduqda Emil bir qədər tərəddüd etdikdən sonra hansısa dostundan borc pul aldığını demiş, Sənan isə ümumiyyətlə onun suallarına cavab verməmişdir. Emilə inanıb yol puluna ehtiyacı olduğu üçün əgər imkanı varsa, ona 3 (üç) manat borc pul verməsini xahiş etmişdir. Emil etiraz etməyib ona 3 (üç) manat borc pul vermişdir. xx xxxxx 2020-ci il tarixdə günorta saatlarında Emillə birlikdə yaşadıqları mənzildə olan zaman tanımadığı polis əməkdaşları mənzilə gəlib özlərini təqdim edərək Emildən xx xxxxx 2020-ci il tarixdə harada olduğunu, habelə nə işlə məşğul olduğunu soruşmuşlar. Sorğu-sual zamanı Emil polis əməkdaşlarına Sənanla birlikdə xx xxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Montin qəsəbəsində yerləşən «Bazarstore» mağazasının yaxınlığında əvvəllər tanımadıqları Natiq adlı şəxsin əlindəki pulqabını alıb qaçdıqlarını və pulqabının içərisindəki pulu öz aralarında bölüşdürdüklərini bildirmişdir. Bunu eşidib Emilə irad tutaraq bu cür işlərin kişiyə yaraşmadığını deyib onu məzəmmət etmişdir. Başa düşmüşdür ki, bir gün əvvəl Sənanla Emil məhz həmin pul hesabına evə bazarlıq etmişlər. Sonra Emil polis əməkdaşlarının dəvəti ilə Nərimanov rayon polis idarəsinə getmişdir. Emilə görə narahat olduğu üçün onun ardınca Nərimanov rayon polis idarəsinə getmiş və bir qədər sonra polis əməkdaşları Sənanı da saxlayıb polis şöbəsinə gətirmişlər. Polis əməkdaşlarının icazəsi ilə Sənana yaxınlaşıb bir şey lazım olub-olmadığını və Emillə birlikdə niyə görə bu cür ağılsız hərəkət etdiklərini soruşduqda Sənan Natiq adlı həmin şəxsin şikayət edə biləcəyini düşünmədiyini və əməlindən peşiman olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin İ cildinin 168-171-ci vərəqələrində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, 2019-cu ilin avqust ayından hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45 ünvanında fəaliyyət göstərən «24 saat» mağazasında satıcı vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə gecə saat 00 radələrində həmişə olduğu kimi mağazaya gəlib kassa aparatını digər satıcı Zaur Mənsimovdan təhvil alıb işə başlamışdır. Gecə saat 02:41-də mağazada olan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə mağazaya daxil olmuşdur. Sənan Natiqin sözü ilə mağazadakı soyuducudan onun üçün bir ədəd «Kuller» pivəsi, özü üçün isə «Yaguar» və «Bizon» enerji içkisi götürüb Natiqlə birlikdə piştaxtaya yaxınlaşmış və içkiləri ona təqdim edərək Natiqə həmin içkilərin pulunu ödəməsini söyləmişdir. Natiq cavabında Sənana etiraz edərək yalnız özü üçün aldığı «Kuller» pivəsinin pulunu ödəyəcəyini demiş və Sənanın təkidinə baxmayaraq yalnız özü üçün aldığı «Kulİer» pivəsinin pulunu ödəyəcəyini bildirməklə şalvarının arxa sağ cibindən çıxartdığı pulqabısından 5 (beş) manat pul götürüb ona uzatmışdır. Bir ədəd «Kuller» pivəsinin müqabilində Natiqin verdiyi 5 (beş) manatdan 2.2 manat (iki minit iyirmi qəpik) çıxıb Natiqə 2,8 manat (iki manat 80 qəpik) pul qaytarmışdır. Natiq pulun qalığını ondan qəbul edib pul qabısına qoymuşdur. Bu zaman müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs2 əlində mobil telefon mağazaya daxil olmuş və giriş qapısının ağzında dayanıb bir-iki dəqiqə telefonla danışdıqdan sonra Natiqin Sənanın təkidlərinə baxmayaraq, mağazadan onlar üçün bir şey almaq niyyətində olmadığını görüb Sənanı yanına çağırmış və onlar hər ikisi mağazanı tərk etmişlər. Sənanla Emil mağazam tərk etdikdən 1 (bir) dəqiqə sonra Natiq aldığı «Kuller» pivəsini götürüb mağazanı tərk edərək çıxıb getmişdir. Təxminən 30 (otuz) dəqiqə sonra Natiq həyəcanlı vəziyyətdə geri qayıdıb bir qədər əvvəl onunla birlikdə mağazada olan şəxslərin mağazanı tərk etdikdən sonra evə gedərkən onu yaxınlıqda yerləşən «Bazarstore» mağazasının yaxınlığında döyüb içərisində 420 (dörd yüz iyirmi) manat pulunun olduğu pulqabısını alaraq qaçıb getdiklərini bildirərək ondan mağazada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış həmin şəxslərin görüntülərini ona təqdim etməsini tələb etmişdir. Natiqi sakitləşdirərək bu barədə polisə məlumat verməsini tövsiyə etmiş və Natiq mağazanı tərk edib getmişdir. Cinayət işinin İ cildinin 21-24-cü vərəqələrində olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5, icraatında Azərbaycan Respublikası CMnin 180.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 260 və 261-ci maddələrinin tələblərini rəhbər tutaraq iş üzrə Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. İfadənin yerində yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin tələblərinə riayət edərək Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində ona qarşı baş vermiş soyğunçuluq cinayəti ilə bağlı ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərməsi təklif olunmuş və ona izah olunmuşdur ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin həyata keçirilməsi zamanı fotoçəkiliş aparılacaqdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərə biləcəyini bildirdikdən sonra həmin ünvana gəlmişlər. Həmin ünvana gəldikdən sonra xx xxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən törədilmiş soyğunçuluq cinayət əməlinin baş verdiyi yerin ünvan 2 ünvanında yerləşən “Bazar Store” mağazasının arxasında baş verdiyi müəyyən edilmişdir. Hadisə yerində Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən “Bazar Store” mağazasını əli ilə göstərərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 02-03 radələrində həmin mağazanın arxasında əvvəllər tanımadığı iki nəfər şəxsin ona yaxınlaşaraq hər ikisi ondan yol pulu olaraq onlara 1 manat pul verməyini istəmişlər. İlk öncə onlara bir manat pul vermək istəməmiş, lakin onlar çox dirəşdiklərindən və əl çəkmələri üçün şalvarının arxa cibindəki pul qabını çıxardıb onlara bir manat pul vermək istəyərkən, onlardan biri pul qabını əlindən dartıb alaraq qaçdığı, o, həmin şəxsin ardınca qaçmaq istəyərkən, digər şəxs isə ayağı ilə onun ayaq nahiyəsinə təpik atıb yerə yıxaraq qaçdığı və zərbənin təsirindən isə əlləri, dizləri üstə yerə yıxıldığı yerləri əli ilə əyani olaraq göstərmişdir. Bununla da Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti başa çatmışdır. Cinayət işinin İ cildinin 41-42-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə saat 15:15 dəqiqə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 65-66-cı vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli “Tutma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə saat 18:50 dəqiqə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 144-146-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-413/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 147-148-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-414/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 174-177-ci vərəqələrində olan “Götürmə aparılması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X5, icraatında olan ********* nömrəli cinayət işi üzrə götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CPM-nin 85.4.2, 242-245 və 247-ci maddələrinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45 C ünvanında fəaliyyət göstərən «24 saat» mağazasında satıcı vəzifəsində işləyən Şahid1 təqdim etdiyi törədilmiş cinayət hadisəsinə dair videogörüntülərin əks olunduğu bir ədəd CD-R formatlı diski hal şahidlərini iştirakları ilə götürmüşdür. Təqdim edilən bir ədəd CD-R formatlı disk «Dell» markalı kompyuterin disk yuvasına daxil edilib baxış keçirildikdə diskdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə birlikdə xx xxxxx 2020-ci il tarixdə gecə saat 02:41-də Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45C ünvanında fəaliyyət göstərən «24 saat» mağazasına daxil olması və Təqsirləndirilən şəxs1 mağazada olan soyuducudan müxtəlif içkilər götürməsindən sonra onunla birgə piştaxtaya yaxınlaşıb satıcı Şahid1 ödəniş edərək Təqsirləndirilən şəxs1lə öz aralarında söhbət etməsi, bir neçə dəqiqə sonra digər Təqsirləndirilən şəxs2 mobil telefonla danışıq aparmaqla mağazaya daxil olması, bundan sonra sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs1 mağazanı tərk etməsi, qeyd olunan şəxslərin ardınca isə Zərərçəkmiş şəxs mağazanı tərk etməsinə dair videogörüntülərin olması müəyyən edildmişdir. Götürmədə iştirak edən Şahid1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2019-cu ilin yay aylarından etibarən müştəri kimi tanıdığını, Zərərçəkmiş şəxs ilə ilk dəfə həmin gün mağazada qarşılaşdığını və sonuncunu istintaq dövründə tanıdığını bildirmişdir. Cinayət işinin İ cildinin 181-ci vərəqində olan Ağstafa RİH Başçısının Vurğun qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 196-cı vərəqində olan Cəlilabad RİH Başçısının Alar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Anatomiya Birliyi” X6 xx.xx.2020-ci il tarixli, 265 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol əlin ovuc səthinin səthi əzilmiş yarası, sağ və sol diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin İ cildinin 218-219-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli, 776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cildinin 220-221-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli 774 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hıazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmaldıır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İİ cildinin 45-ci vərəqində olan Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Cəliabad Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 şöbədən 3-cü qrup əlil kimi sosial müavinat alır. Cinayət işinin İİ cildinin 58-72-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 təqdim etdiyi törədilmiş cinayət hadisəsinə dair videogörüntünün əks olunduğu CD-R formatlı bir ədəd diskin sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir, onlara qarşı hər hansı bir mülki iddiası, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 təqdim etdiyi törədilmiş cinayət hadisəsinə dair videogörüntünün əks olunduğu CD-R formatlı diskə baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə birlikdə xx xxxxx 2020-ci il tarixdə gecə saat 02:41-də Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 45C ünvanında fəaliyyət göstərən «24 saat» mağazasına daxil olması və Təqsirləndirilən şəxs1 mağazada olan soyuducudan müxtəlif içkilər götürməsindən sonra onunla birgə piştaxtaya yaxınlaşıb satıcıya ödəniş edərək Təqsirləndirilən şəxs1lə öz aralarında söhbət etməsi, bir neçə dəqiqə sonra digər Təqsirləndirilən şəxs2 mobil telefonla danışıq aparmaqla mağazaya daxil olması, bundan sonra sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs1 mağazanı tərk etməsi, qeyd olunan şəxslərin ardınca isə Zərərçəkmiş şəxs mağazanı tərk etməsi müəyyən edildi. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 11-ci bəndində qyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməsi, digər Təqsirləndirilən şəxs2 isə törətdiyi əməli etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin baş vermiş cinayətdə rollarını nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli təqsirləndirilən şəxs qismində tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəza çəkməsinin əvvəli təqsirləndirilən şəxs qismində tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri ayrı-ayrılıqda 30 iş saatına görə cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 30 (otuz) iş saatı üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar