Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-260/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində Şahid2 ilə bir qrup şəxs halında ictimai yer sayılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik” stansiyasının yeraltı piyada keçidində əvvəlcədən mağazada qızına gülməklə bərabər təqib edilməsini bəhanə edərək hiddətlənib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə təhqir edərək özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək mübahisə edib zor tətbiq edərək qrupun digər üzvü Şahid2 Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə qəsdən vurub ona alt dodağın əzilmiş yarası, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirdikdən sonra Təqsirləndirilən şəxs həmin cinayətkar niyyətin davamı olaraq əli ilə Zərərçəkmiş şəxs qəsdən qol və əl nahiyələrindən vurmaqla ona sol əlin V barmağının tendiniti və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sol bazunun qançırı, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs aralarında mübahisə yaranan vaxtdan, yəni 30 iyul 2023-cü il tarixdən tanıyır. Onunla heç bir ədavəti və şəxsi qərəzliyi olmamışdır və hal-hazırda yoxdur. 30 iyul 2023-cü il tarixdə o, övladı Nərminlə birlikdə “Gənclik Mail” ticarət mərkəzində yerləşən “Mango” mağazasına daxil olmuşdur. Həmin mağazanın içində yerləşən endirimli mallar olan hissədə şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs övladı Şahid1 ilə birlikdə olmuş, o isə qızı ilə birlikdə yeni kolleksiyalara baxdıqları vaxt Zərərçəkmiş şəxs yanından qızı ilə birlikdə keçərkən Sülhiyyə qızına söz ataraq sallaq qarnının açıqda qalmasının yaraşmadığını lağ olaraq bildirdikdə o, qızının sahibi olduğunu, geyimi ilə nə işinin olduğunu bildirmişdir. Həmin vaxt Şahid1 atasını çağıracağını və ona gör nə toy tutacağını demişdir. Bundan sonra o, qızına oradan çıxmağı təklif etdiyi üçün birlikdə həmin mağazadan çıxdıqda Sülhiyyə və qızı Fidanın onların arxası ilə qaçmağa başladığını görmüş və kənardakı şəxslərə onları tutmalarını və döydüklərini bildirmişlər. O, ticarət mərkəzini tərk edərkən Sülhiyyəyə ondan uzaq durmasını xahiş etmişdir. Onlar həmin yerdən metrostansiyanın keçidi ilə digər tərəfə keçmək istəyərkən Sülhiyyə polis əməkdaşını səsləyərək onları tutmaqlarını və onları döydüklərini bildirmişlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq polis idarəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs Zülfıqar qızının dedikləri tam yalandır. O, Sülhiyyəni vurmamış və heç bir xəsarət yetirməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 30 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində qızı Fidanla birlikdə alış-veriş etmək üçün “Gənclik Mall” ticarət mərkəzinə getmiş, həmin ticarət mərkəzinin daxilində yerləşən qadın və uşaq geyimləri satılan “Mango” adlanan mağazasına daxil olub geyim əşyalarına baxmışlar. Mağazada rənginə görə qeyri-adi formada olan bir şalvar görüb qızı Fidana gülümsəyərək zarafat etməklə “gəl bu şalvarı sənə alım” demişdir. Fidan da onun bu sözünə gülməyə başlamışdır. Bu vaxt onların yanından keçən iki qadın, yəni şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs və Şahid2 onlara baxıb güldüklərini səhv başa düşdükləri üçün Təqsirləndirilən şəxs ona yaxınlaşıb nəyə görə baxıb güldüyünü soruşduqda onlara gülmədiklərini, başqa bir şeyə güldüyünü izah etsə də, bu vaxt Təqsirləndirilən şəxs onu təhqir etməyə başlayıb irad bildirdiyi vaxtda qızı Fidan, Təqsirləndirilən şəxs onu təhqir etməməsini demişdir. Təqsirləndirilən şəxs daha da əsəbləşərək qızı Fidanı da təhqir etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs onları təhqir etdiyini görüb DİN-nin “102 xidməti”nə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və qızı Şahid2 “Mango” adlanan mağazadan çıxıb “Gənclik” metrosunun yeraltı piyada keçidinə doğru getmişlər. O, da qızı Fidanla birlikdə onları bir qədər uzaqdan təqib etməyə başlamışdır ki, irəlidə polis əməkdaşı gördükdə təhqir edilməsi barədə məlumat versin. Onlar birlikdə Gülçinlə sonuncunun qızı Nərminin arxası ilə “Gənclik” metrostansiyasının yeraltı piyada keçidinə daxil olduqda Gülçin və qızı Nərmin, təqib edildiklərini bilib geri dönərək onun üzərinə hücum etmişlər. İlk əvvəl Şahid2 əli ilə onun sifət nahiyəsinə vurmaqla onun üstünə qışqırmışdır. O, özünü müdafiə etmək üçün əllərini üzünə tutub geriyə döndükdə Təqsirləndirilən şəxs onu arxadan saçından tutaraq özünə tərəf çəkdikdə o, Gülçinə tərəf dönmüşdür. Bu vaxt Gülçin onunla əlbəyaxa olaraq onu söyüb təqhir etməyə və əli ilə vurmağa başlamışdır. O əlləri ilə sifət nahiyəsini qapamağa çalışsa da Gülçinin ona vurduğu zərbələrdən biri əlinə dəymiş və o əlində fiziki ağrı hiss etmişdir. Gülçin və qızı onun üzərinə gəlməyə davam etdikləri vaxtda metro stansiyasının girişində xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlib onları ayırmışlar. Daha sonra o, qızı ilə birlikdə Bakı Metropolitenində Polis İdarəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Hadisə “Gənclik” metrostansiyasının yeraltı piyada keçidində baş vermiş və 5-7 dəqiqə davam etmişdir. Hadisə baş verən anda metrodan və piyada keçidindən istifadə edən tanımadığı şəxslər hadisə yerində olmuşdur. Sonda zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs aralarında mübahisə yaranan vaxtdan, yəni 30 iyul 2023-cü il tarixdən tanıyır. 30 iyul 2023-cü il tarixdə o, anası Təqsirləndirilən şəxs ilə birlikdə “Mango” mağazasında olduğu vaxt Zərərçəkmiş şəxs qızı Şahid1 ilə birlikdə endirimli mallara baxdığı zaman söz ataraq ona baxıb gülməyə başlamışlar. O, da Zərərçəkmiş şəxs nəyə güldüyünü soruşduqda, həmin şəxs sallanmış qarnına güldüyünü bildirmiş və onu polisə verəcəyini demişdir. Onlar oradan çıxıb getmək qənaətinə gəlmiş və Zərərçəkmiş şəxs qızı ilə birlikdə onların arxası ilə gəlməyə başlamışdır. Odur ki, metronun “Gənclik” stansiyasının girişinə daxil olmuşlar. Hətta “Gənclik Mall”dan çıxdığı zaman Zərərçəkmiş şəxs onların arxası ilə qışqıraraq onu döydüklərini bildirmişdir. Keçiddə olarkən Zərərçəkmiş şəxs polis əməkdaşlarını çağıraraq onun və anasının onu döydüyünü bildirmişdir. Polis əməkdaşları onları Polis İdarəsinə dəvət etmişlər. O, Zərərçəkmiş şəxs vurub xəsarət yetirməmiş, mübahisə zamanı yalnız əlindən telefonu almaq istəmişdir ki, kiməsə zəng vurub aralarındakı mübahisəyə kişi cinsindən olan başqa bir şəxsi qatmasın. O, Zərərçəkmiş şəxs həmin ifadəsini təsdiq etmir. Belə ki, Zərərçəkmiş şəxs dedikləri tam yalandır. O, Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində anası Zərərçəkmiş şəxs ilə birlikdə alış-veriş etmək üçün “Gənclik Mall” ticarət mərkəzinə getmiş, həmin ticarət mərkəzinin daxilində yerləşən “Mango” adlanan mağazasına daxil olub geyim əşyalarına baxmışlar. Mağazada anası rənginə görə qeyri-adi formada olan bir şalvar görüb ona gülümsəyərək zarafat etməklə “gəl bu şalvarı sənə alım” demişdir. O, anasının bu sözünə gülməyə başlamışdır. Bu vaxt onların yanından keçən iki qadın, yəni şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs və Şahid2 onlara baxıb güldüklərini səhv başa düşdükləri üçün Təqsirləndirilən şəxs anasına yaxınlaşıb nəyə görə baxıb güldüyünü soruşduqda anası onlara gülmədiklərini, başqa bir şeyə güldüyünü izah etsə də, bu vaxt Təqsirləndirilən şəxs onları təhqir etməyə başlamışdır. Bu zaman o, Təqsirləndirilən şəxs onu təhqir etməməsi barədə iradını bildirmişdir. Təqsirləndirilən şəxs daha da əsəbləşərək onu təhqir etməyə başlamışdır. Anası Təqsirləndirilən şəxs onları təhqir etdiyini görüb DİN-nin “102 xidməti”nə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və qızı Şahid2 “Mango” adlanan mağazadan çıxıb “Gənclik” metrosunun yeraltı piyada keçidinə doğru getmişlər. Anası onunla birlikdə həmin xanımları bir qədər uzaqdan təqib etməyə başlamışdır ki, irəlidə polis əməkdaşı gördükdə təhqir edilməsi barədə məlumat versinlər. O anası Sülhiyyə ilə birlikdə Gülçinlə sonuncunun qızı Nərminin arxası ilə “Gənclik” metrostansiyasının yeraltı piyada keçidinə daxil olduqda Gülçin və qızı Nərmin, təqib edildiklərini bilib geri dönərək onun anası Sülhiyyənin üzərinə hücum etmişlər. İlk əvvəl Nərmin əli ilə anasının sifət nahiyəsinə vurmaqla üstünə qışqırmışdır. Anası özünü müdafiə etmək üçün əllərini üzünə tutub geriyə döndükdə Gülçin anasını arxadan saçından tutaraq özünə tərəf çəkdikdə bu zaman anası Gülçinə tərəf dönmüşdür. Bu vaxt Gülçin onun anası ilə əlbəyaxa olaraq sonuncunu söyüb təqhir etməyə və əli ilə vurmağa başlamışdır. Anası əlləri ilə sifət nahiyəsini qapamağa çalışsa da Gülçinin vurduğu zərbələr anasını həm üzünə, həm də əlinə dəymişdir. Gülçin və qızı onların üzərinə gəlməyə davam etdikləri vaxtda metro stansiyasının girişində xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlib onları ayırmışlar. Daha sonra anası Sülhiyyə onunla birlikdə Bakı Metropolitenində Polis İdarəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Hadisə “Gənclik” metrostansiyasının yeraltı piyada keçidində baş vermiş və 5-7 dəqiqə davam etmişdir. Hadisə baş verən anda metrodan və piyada keçidindən istifadə edən tanımadığı şəxslər hadisə yerində olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 17-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri “Gənclik Mall” ticarət mərkəzinə gedən “Gənclik” metrostansiyasının yeraltı keçid hissəsidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 30-cu vərəqində olan “Videogörüntüyə baxış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri BPİ-nin Metropolitendə Polis İdarəsinin TQ-un baş təhqiqatçısı X8, həmin İdarənin CAB-nin rəisi Səhman Məmmədov, CAB-nin kiçik inspektoru X6 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 86 və 51-ci maddələrinin tələblərini rəhbər tutaraq protokol tərtib etmişdir ondan ötrü ki, icraatında olan HK-1/369 nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə metronun “Gənclik” stansiyasının piyada keçidində və “Gənclik Mail” ticarət mərkəzinin daxilində qeydə alınmış vidüogörüntülərə Bakı Metropolitenində Polis İdarəsinin inzibati binasında yerləşən videomüşahidə və Təhqiqat qrupunun xidməti otağında baxılmışdır. “Gənclik Mall” ticarət mərkəzində və “Gənclik” metrosunun piyada keçidində qeydə alınmış video görüntülərdən tərəflər arasında yaranan mübahisənin ilkin olaraq “Gənclik Mall” ticarət mərkəzinin daxilində yerləşən “Manqo” mağazasında başlayıb “Gənclik” metrosunun piyada keçidində sona çatır. Görüntülərdən görünür ki, tərəflər arasında sözlü mübahisə “Manqo” mağazasında başlayır, Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs və onun qızı Fidandan uzaqlaşaraq ticarət mərkəzinin daxili ilə hərəkət edib “Gənclik” metrosunun piyada keçidinə doğru getməyə başlayırlar. Zərərçəkmiş şəxs və qızı Şahid1 isə onların arxasınca gedərək “Gənclik” metrosunun piyada keçidinə çıxırlar. Keçiddə tərəflər arasında yenidən mübahisə yaranır. Mübahisə zamanı əvvəlcə Şahid2 Zərərçəkmiş şəxs üz nahiyyəsinə sol əli ilə zərbə vurur, Təqsirləndirilən şəxs isə arxadan Sülhiyyənin köynəyindən tutub dartır. Daha sonra polis əməkdaşı gəlib onları saxlayır tərəflər arasında-baş vermiş münaqişə sona çatır. Cinayət işinin 32-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən verilmiş 307/MEŞ nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, S.Z.Əsgarovanın bədənində aşkar edilmiş xəsarətlər - sol əlin V barmağının həmin barmağın tendiniti və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, alt dodağın əzilmiş yarası, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin 52-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq qrupunun baş müstəntiqi X9, icraatında olan ********* saylı cinayət işi üzrə təhqiqat materiallarına əlavə edilmiş iki ədəd “DVD” diskində olan videogörüntülərə Bakı Metropolitenində Polis İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirmişdir. Baxış keçirməzdən əvvəl təqdim edilmiş «DVD» diskləri, «HP» markalı kompüterə daxil edilərək müəyyən edildi ki, 1-ci diskdə dörd ədəd, 2-ci diskdə iki ədəd «MP4» formatında videogörüntülər vardır. Həmin 1-ci diskdə olan videogörüntülərə zərərçəkmiş şəxsin iştirakı ilə «HP» markalı kompüterdə «Windows Media» proqramı vasitəsi ilə baxış keçirilməyə başlandı və müəyyən edildi ki, “Gənclik Mall” ticarət mərkəzində və "xxxx" QSC-nin “Gənclik” stansiyasının yeraltı piyada keçidində quraşdırılmış nəzarət-müşahidə kamerasının 30 iyul 2023-cü il tarixdə qeydə aldığı görüntülərdə 16:00 radələrində Zərərçəkmiş şəxs övladı - Şahid1 ilə birlikdə “Gənclik Mail” ticarət mərkəzində yerləşən qadın və uşaq geyimləri satılan “Mango” adlanan mağazasına daxil olaraq geyimlərə baxmaları, bir qədər sonra isə Zərərçəkmiş şəxs qızı ilə birlikdə gülmələri, Təqsirləndirilən şəxs və Şahid2 mağazadan çıxıb çıxışa tərəf getmələri, Zərərçəkmiş şəxs telefonla danışaraq qızı ilə birlikdə onları təqib etmələri, ticarət mərkəzinin çıxışında iti addımlarla gedib mühafizə əməkdaşına yaxınlaşaraq şikayət etmələri, mühafizəçinin isə Təqsirləndirilən şəxs ilə Şahid2 yanına çağırmaqla onlarla birlikdə söhbət aparmaları, daha sonra isə mühafizəçidən kənarlaşaraq ticarət mərkəzini tərk etmələri, arxaları ilə yenə də Zərərçəkmiş şəxs qızı ilə birlikdə getməsi müşahidə olunur. Əlavə olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, həmin görüntüdə olan şəxs özü, yəni Zərərçəkmiş şəxsdır və onunla mübahisə edən şəxs isə Təqsirləndirilən şəxs və Şahid2dır. Baxış zamanı iştirakçı tərəfindən heç bir təklif və ərizə daxil olmadı. 2ci diskdə mövcud olan digər videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Gənclik” metrosunun yeraltı piyada keçidində piyada hərəkət edən Təqsirləndirilən şəxs ilə Şahid2, Zərərçəkmiş şəxs qızı ilə birlikdə onları təqib etmələrini görüb, geri dönərək Zərərçəkmiş şəxs üzərinə hücum etmişlər. İlk əvvəl Şahid2 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurmaqla onun üstünə qışqırması, Zərərçəkmiş şəxs əlləri ilə üzünü tutub geriyə döndükdə Təqsirləndirilən şəxs onu arxadan saçından tutaraq özünə tərəf çəkməsi, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq əli ilə vurmağa başlaması, Zərərçəkmiş şəxs yenidən əlləri ilə sifət nahiyyəsini qapamağa çalışması zamanı Təqsirləndirilən şəxs vurduğu zərbələrdən birinin Zərərçəkmiş şəxs əlinə dəyməsi və metro stansiyasında xidmət aparan polis əməkdaşının hadisə yerinə gəlməsi müşahidə olunur. Cinayət işinin 68-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 80-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən verilmiş 307/MEŞ nömrəli rəyə əlavə, 07/MEŞ nömrəli xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol əlin V barmağının tendiniti və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, alt dodağın əzilmiş yarası, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən ilkin məhkəmə-tibbi müayinəsindən (xx.xx.2023-cü il) bir günə qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol əlin V barmağının tendinit və hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hisəssində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Cinayət işinin 129-cu vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 160-167-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, iki ədəd DVD diskə köçürülərək istintaqa təqdim edilmiş hadisə yerinin, yəni “Gənclik Mall” ticarət mərkəzində və "xxxx" QSC-nin “Gənclik” stansiyasının piyada yeraltı keçidində quraşdırılmış müşahidə kamerasından götürülmüş video görüntülərin sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilməsi, cinayət işinə əlavə edilməsi və bu halın cinayət işi üzrə məhkəmə baxışı zamanı nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 169-170-ci vərəqələrində olan “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə başqa cinayət işinin ayrıca icraatda ayrılması və icraatına qəbul edilərək ibtidai istintaqının apanlması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus xəstəlik tarixindən çıxarışlardan (epikriz) görünür ki, Təqsirləndirilən şəxs C53.9-Uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi cT4N1M0 mərhələ İV G3 diaqnozu qoyulmuşdur, diaqnoz qeydi: Cr colli uteri. Sidik kisəsinə sirayəti. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, qadın olmasını və xərçəng xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut olan - 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-260/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-260/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver