Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-261/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadarı olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində lhəbs’' qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksində güzəştli şərtlərlə, yəni 76 kvadratmetr sahəsi olan 3 otaqlı mənzilə görə ilkin ödənişi 11000 manat olan mənzil alınmasını təşkil ediləcəyinə dair yalan vəd verib inandıraraq, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “MİDA” tərəfindən inşa edilən sosial yaşayış kompleksində olan binaların birinin həyətində nağd şəkildə 2200 manat pulu aldıqdan sonra, həmin gün Şahid1 adına olan **********111303 nömrəli "xxxx" kart hesabından özünə məxsus **********267136 nömrəli "xxxx" hesabına 2300 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə C.Xəndan küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında 800 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “ Nargilə” kafesində 700 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid2 vasitəsiilə Zərərçəkmiş şəxs2 sonuncuya olan etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs2 oğlu Şahid3 “SOCAR” şirkətində mühafizəçi kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 25 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 79 ünvanının qarşısında Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 3000 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 3000 (üç min) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs3 özünü tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etməklə, heç bir ödəniş etmədən dəmir armatur tikinti materiallarını götürüb pulunu 20 günə ödəyəcəyi adı ilə yalan vəd verib aldadaraq, 2020-ci ilin aprel ayının sonlarında 1 tonu 1000 manat olmaqla 45.000 manat dəyərində 3 dəfəyə olmaqla 45 ton 12 mm-lik dəmir armaturu sifariş verərək, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Trest qarajı” deyilən əraziyə Şahid5 vasitəsi ilə boşaltdırıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 45000 (qırx beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerə işləməmişdir. 2021-ci ilin avqust ayında «Sarı» ləqəbi ilə tanıdığı şəxs ona «MİDA» sosial evlərindən ipoteka krediti ilə mənzillər düzəldə biləcəyini, əgər müştəri tapsa onun da mənfəti olacağını vəd etdiyindən o, tanışları vasitəsilə müştəri axtarmışdır. Həmin vaxtlar o, əvvəlcə Gültəkin Əliyeva ilə tanış olmuşdur. Gültəkin qardaşı üçün iki otaqlı mənzil istədiyini söyləmiş, o, isə Gültəkinə «MİDA» sosial evlərindən ilkin ödənişi 6000 manat olmaqla 2 otaqlı mənzil düzəldə biləcəyini bildirmişdir. Lakin Gültəkin mənzil almaqdan imtina etmiş və onu Leyla adlı rəfiqəsi ilə tanış etmişdir. Leyla da həmin şərtlərlə mənzil almaq istədiyini bildirsə də, sonradan gözlədikləri yerdən pullarını ala bilmədiyindən Leyla da mənzil almaqdan imtina etmişdir. 2021-ci ilin sentyabr ayında Leyla onu öz iş yoldaşı olan Təhminənin əri Pərvinlə tanış etmişdir. Pərvin 3 otaqlı mənzil almaq istədiyini söylədikdə o, sonuncuya ilkin ödəniş kimi 11000 manat ödəməli olacağını bildirmişdir. Lakin Pərvin pulunun az olmasını bildirərək ilkin ödəniş kimi 5000 manat ödəyə biləcəyini söyləmişdir. O da Pərvinə 5000 manatı ödəyib ilin sonuna qədər qalan 6000 manatı ödəmək şərti ilə ona 3 otaqlı mənzil düzəldəcəyini təklif etmişdir. Pərvin də onun təklifi ilə razılaşmışdır. Razılaşmadan sonra ay yarım ərzində Pərvin onun bank kartının hesabına hissə-hissə olmaqla 4500 manat pul köçürmüş, qalan 500 manatı isə ödəyə bilməmişdir. Belə olduqda 2021-ci ilin oktyabr ayının sonlarında Pərvin ona verdiyi 4500 manat pulu qaytarmağını tələb etmiş, lakin həmin vaxt onun hərarəti olduğuna görə mənzil şəraitində yataq rejimində müalicə olunduğundan bir neçə gün gözləməyi təklif etmişdir. Hazırda o Zərərçəkmiş şəxs1 zərəri tam ödəmişdir. Şahid2 35 ildən çoxdur ki, tanımışdır. Xəqani ilə atası Kərimin arasında dostluq münasibəti olmuşdur. 20 fevral 2022-ci il tarixdə Xəqani ilə görüşüb söhbət edən zaman sonuncu ona tanışı Şahid3 işsiz olduğunu və iş olarsa Şahid3 işə düzəltmək istədiyini bildirmişdir. O, Şahid3 nə işində işləmək istədiyini soruşan zaman Xəqani Şahid3 əvvəllər “Socar” neft şirkətində işlədiyini, yenidən həmin şirkətə işə düzəlmək istədiyini demişdir. O, düşünmüşdür ki, Şahid3 tanışları vasitəsi ilə “Socar” neft şirkətində mühafizəçi kimi işə düzəldər və işə düzəltmək üçün pul alaraq şəxsi işlərimə xərcləyər. Buna görə də Xəqanidən Şahid3 “Socar”-da mühafizəçi vəzifəsində çalışmaq istəyib istəmədiyini soruşmuşdur. Xəqani də Şahid3 işsiz olduğundan mühafizəçi olaraq da işləmək istədiyini demişdir. O, Xəqanini inandırmaq üçün sonuncuya yalandan “Socar”-da mühafizə xidmətinin rəisi kimi işləyən Syoma adlı şəxsin onun tanışı olduğunu, Syoma ilə danışıb nəticəsi barədə deyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Xəqani “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb iş barədə soruşan zaman o, Xəqaniyə “Socar” şirkətində mühafizə xidmətinin rəisi Syoma ilə danışdınığı və bu işin 5.000 manata başa gələcəyini demişdir. Xəqani də ona 5.000 manat məbləğin çox olduğunu və Şahid3 həmin pula gücü çatmayacağını deyərək razılaşmamışdır. O, Xəqanini inandırmaq üçün yenidən Syoma ilə danışıb xəbər edəcəyini demişdir. Təxminən 5-10 dəqiqə sonra o, “Whatsapp” proqramı vasitəsi ilə Xəqani ilə əlaqə saxlayaraq Syoma ilə yenidən danışdığını və 3.000 manat məbləğində pulun qarşılığında Şahid3 işə düzəldə biləcəyini demişdir. Həmçinin o, Xəqanini inandırmaq və pul almaq məqsədi ilə Şahid3 işə düzələcəyi təqdirdə aylıq olaraq 900 manat əmək haqqı alacağını bildirmişdir. Xəqani də Şahid3 ailəsi ilə danışıb xəbər edəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Xəqani onunla əlaqə saxlayaraq Vüsalı Abbasovun ailəsi ilə danışdığını və 3000 manat pulu hazır olduğunu bildirib görüşməyi təklif etmişdir. O da Xəqani ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Atatürk” parkında “Socar” neft şirkətində mühafizə xidmətinin rəisi Syoma ilə birlikdə olduğunu deyərək ora gəlməsini xahiş etmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanında Xaqani və Şahid3la görüşmüşdür. Xəqani ondan Syomanın harada olduğunu soruşan zaman o, sonuncuya Syomanı işdən çağırdıqları üçün getdiyini demişdir. Həmin vaxt Xəqani Şahid3 “Socar” neft şirkətində mühafizəçi kimi işə düzəlmək üçün istəmiş olduğu 3000 manat pulu ona vermişdir. O da pulu Xəqanidən alaraq narahat olmamasını, 10 gün müddətindən Şahid3 işə çıxacağını deyərək ayrılıb çıxıb getmişdir. Şahid3 “Socar” neft şirkətində mühafizəçi kimi işə düzəlmək üçün çalışsa da, işə düzəldə bilməmişdir. Xəqani hər dəfə onunla əlaqə saxlayıb Şahid3 işə düzəlməsi barədə maraqlanan zaman o, Vüsalın tezliklə işə çıxacağını bildirib vaxtı uzatmağa çalışmışdır. Xəqanidən almış olduğu 3000 manat pulu şəxsi işlərinə xərclədiyi üçün çalışmışdır ki, özünə vaxt qazansın ki, Xəqanidən almış olduğu 3000 manat pulu düzəldib geri qaytarsın. Hazırda o Zərərçəkmiş şəxs2 zərəri tam ödəmişdir. Şahid6 onun bacısının əridir. Anar Azərbaycan Respublikası FHN-də işləmişdir. Şahid5 da Anarla birlikdə Azərbaycan Respublikası FHN-də işləmişdir. Elxan ona armatur alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, bir neçə dəfə Elxandan nisyə olaraq armatur götürüb tikinti işi ilə məşğul olan X1. Rafael də, armaturu satdıqdan sonra onun pulunu vermiş, o da armaturun pulunun ödəmişdir. Beləcə aralarında bir neçə dəfə ticarət əlaqəsi olmuşdur. Sonradan Elxan ona armaturu Zərərçəkmiş şəxs3 götürüb ona verdiyini, Eduard ilə danışıb birbaşa ona armatur verməsini xahiş edəcəyini demişdir. X7 mobil nömrəsini ona vermişdir ki, sonuncu ilə bu barədə danışsın. 2020-ci ilin mart ayının əvvəllərində Eduardla danışaraq Elxanın tanışı olduğunu və ona nisyə armatur satmasını xahiş etmişdir. Eduard ilə aralarında olan razılığa əsasən sonuncu armaturun 1 tonunu 1000 manata ona verəcəkmiş, o da armaturu sataraq pulunun 10-15 günə ödəməli olmuşdur. 10 mart 2020-ci il tarixdə Eduardla telefonla əlaqəsi saxlayaraq sonuncuya 10 ton armatur sifariş vermişdir. Eduard da Elxanın vasitəsi ilə 10 ton armaturu Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə aparıb boşaltmışdır. Onun armaturu sardığı X3 armaturun Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə aparıb boşaltmağını istəmişdir. Rafael özü oradan armaturu götürüb lazımı tikinti sahəsinə göndərmişdir. O, Eduardan armaturun 1 tonunu 1000 manata alıb 1050 manata Rafaelə satmışdır. Rafael də armaturun 1 tonunu 1100 manata satmışdır. Həmin armatura görə Rafael ona 10500 manat pul vermiş və o, həmin puldan 500 manatını özünə götürüb 10000 manatının Eduarda ödəmişdir. Bu yolla Eduardan 2020-ci ilin aprel ayında 15 ton və 10 ton olmaqla iki dəfəyə 25 ton armatur götürmüş və həmin armatura görə də, Elxanın vasitəsi ilə 25000 manat pulu Eduarda ödəmişdir. 2020-ci ilin aprel ayının sonlarında Eduardla telefonla əlaqəsi saxlayaraq sonuncuya 45 ton armatur sifariş vermişdir. Eduard da 45 ton armaturu Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə aparıb boşaltdırmışdır. Rafael də oradan armaturu götürüb tikinti işi ilə məşğul olan şəxslərə satsa da, onun pulunu verə bilməmişdir. Rafaelin işlədiyi şirkət bankla işlədiyi üçün sonucular bankdan pulu çıxarıb ona vermişlər. Rafiqin deməsinə görə şirkətin hesabı “Azəriqaz bank”da olmuşdur. Həmin bank 2020-ci ilin aprel ayında bağlandığından pulu hesabdan çıxara bilmədiyi üçün onun Eduarda borcu yaranmışdır. Eduardan almış olduğu 45000 manat dəyərində 45 ton armaturu X2 vermişdir. Rafael onun pulunu vermədiyi üçün Eduardın pulunun ödəyə bilməmişdir. Onun Eduardı aldatmaq niyyəti olmamış, onların arasında dəfələrlə ticarət əlaqəsi olmuşdur. Eduarda verilməli olan 45000 manat pul Rəfaildə olmuşdur. Əvvəlki sifarişlər kimi həmin sifarişi də Eduarda verdikdən sonra sonuncu 45 ton armaturu Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə aparıb boşaltmışdır. O, Eduardla sadəcə olaraq telefonla danışıb sifariş vermiş, heç bir qaimə və çek almamışdır. Sifariş əsasında Eduard armaturu Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə aparıb boşaltmışdır. Orada qaiməni Rafaelə təqdim etsə də, ona heç bir qaimə verilməmişdir. Rafael Məmmədxanov yalan demişdir. O, Eduardla əlaqə saxladıqdan sonra sonuncu 45 ton armaturu Rafaelin işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə aparıb boşaltmışdır. Rafael həmin armaturları satsa da, onun pulunu vermədiyi üçün Eduardın pulunu verə bilməmişdir. Rafaelin bildirdiyi 19000 manat puldan qalan 8000 manat pul başqa armatura görə verəli olan puldur, 45000 manat pula heç bir qarışacağı olmamışdır. Onun sifarişi əsasında Eduard 45 ton armaturu Rafaelin işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə aparıb boşaltmışdır. Həmin hissədə özünü təqsirli bilmir, onlarin aralarında mülki münasibətlər olub.Etdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şahid1 onun arvadıdır və Təhminə Bakı şəhəri Binəqədi Rayon Mühafizə İdarəsində işləmişdir. 2021-ci ilin avqust ayında Təhminənin iş yoldaşı Şahid4 Vüsal adlı tanışının olduğunu və həmin şəxsin «MİDA» tərəfindən yeni inşa edilən sosial evlərindən güzəştli şərtlərlə ilkin ödənişi 6000 manat olmaqla 2 otaqlı, ilkin ödənişi 11000 manati olmaqla 3 otaqlı mənzilin alınmasına köməklik etdiyini bildirmişdir. Arvadı Təhminə ona bu barədə bildirmiş və onlar sosial binalardan ipoteka yolu ilə mənzil almaq qərarına gəlmişlər. Buna görə də Təhminə Şahid4 Vüsalın mobil telefon nömrəsini götürüb ona vermişdir. O da Vüsalla zəngləşib onu görüşə dəvət etmişdir. Vüsal ona görüş zamanı yeni inşa edilən «MİDA» sosial evlərindən güzəştli şərtlərlə 76 kvadrat metr sahəsi olan 3 otaqlı mənzilə görə ilkin ödənişin 11000 manat olduğunu bildirmişdir. O, Vüsaldan ilkin ödənişin bir qədər aşağı məbləğə ola biləcəyini soruşduqda, sonuncu ona 7000- 8000 manat ilkin ödəniş etsə, həmin mənzili verib, qalan pulları isə ilin axırına kimi hissə-hissə ödəyəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində “MİDA” tərəfindən inşa edilən sosial yaşayış kompleksində olan binaların birinin həyətinə getmiş və Vüsalla əlaqə saxlayıb binanın həyətinə olduğunu demişdir. Vüsal da yaşadığı mənzilin eyvanına çıxaraq onu yaşadığı mənzilə dəvət etmişdir. O, Vüsalın yaşadığı mənzilə gedib sonuncu ilə görüşmüş və orada bir qədər güzəştli şərtlərlə mənzil alınması barədə söhbət etmişlər. Vüsalın onunla əminliklə danışması ondan Vüsala qarşı heç bir şübhə yaratmamışdır. Buna görə də, həmin gün Vüsalın yaşadığı mənzildə sonuncuya 2200 manat nağd, 2300 manat isə mobil telefonunda olan “1 Bank” proqramı vasitəsi ilə arvadı Şahid1 adına olan **********111303 nömrəli "xxxx" kart hesabından Vüsalın ona verdiyi **********267136 nömrəli "xxxx" hesabına köçürmüş və ümumilikdə Vüsala həmin gün 4500 manat pul vermişdir. Vüsal da ona narahat olmamağı və sənədləşdirmə işləri ilə məşğul olacağını bildirmişdir. Bundan sonra Vüsalın istəyi üzrə sonuncuya məxsus **********267136 nömrəli "xxxx" hesabına xx.xx.2021-ci mil tarixdə 300 manat, xx.xx.2021ci il tarixdə 200 manat pul göndərmişdir. Razılaşmalarında əsasən 3 otaqlı mənzilə görə o, 11.000 manat ödəniş etməli olmuşdur ki, mənzilə köçüb yaşaya bilsin. Vüsal ona həmin puldan 6500 manatını verdikdən sonra mənzilə köçəcəyini və mənzildə yaşaya-yaşaya qalan 4500 manat pulu da ilin sonuna kimi ödəyə biləcəyini bildirmişdir. O da Vüsala inandığı üçün sonuncu ilə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Qoşa zapravka” adlanan “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Vüsalla görüşüb idarə etdiyi “Hyundai Sonata” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda 800 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “ Nargilə” kafesində 700 manat pulu Vüsala vermişdir. Həmin vaxt Vüsal bir daha ona narahat olmamağı, bir neçə günə mənzilə köçə biləcəyini və mənzildə yaşaya-yaşaya 2021-ci ilin sonuna kimi qalan 4500 manat hissə hissə ödəyəcəyini bildirmişdir. Sonradan Vüsaldan köçəcəyi mənzili ona göstərməsini istəsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzadaraq mənzili ona göstərməmişdir. O, artıq Vüsalın onu aldatdığını başa düşüb sonuncuya vermiş olduğu 6500 manat pulu geri qaytarmasını tələb etmişdir. Vüsal da hər dəfə pulu tez bir zamanda qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. O, Vüsalı 2021-ci ilin avqust ayında tanımış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Vüsal Məmmədov 6500 manat pulu ondan Bakı şəhəri, Yasamal rayonu ərazisində “MİDA» tərəfindən inşa edilən sosial binaların birindən güzəştli şərtlərlə ilkin ödənişi 11000 manati olmaqla 3 otaqlı mənzilin alınmasına köməklik etdiyini bildirib almışdır. Həmin puldan 2800 manatını Vüsalın ona bildirdiyi özünə məxsus **********267136 nömrəli "xxxx" hesabına, qalan 3700 manatını isə nağd şəkildə əlbəəl özünə vermişdir. Vüsal Məmmədova vermiş olduğu 6500 manat pul özünə məxsus olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək ona dəyən zərərin tam ödəniməsini, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Şahid2 25-26 il müddətdir ki, tanıyır. O, Xəqaniyə oğlu Şahid3 işə düzəltmək istədiyini bildirmiş və sonuncudan oğlunun işə düzəlməsində ona köməklik etməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Xəqani onunla əlaqə saxlayaraq Vüsal adlı şəxsin vasitəsi ilə 3000 manat pulun qarşılığında oğlunu “Socar” şirkətində mühafizəçi kimi işə düzəltdirə biləcəyini demişdir. Xəqani əlavə olaraq oğlunun işə düzələcəyi təqdirdə 900 manat maaş alacağını demişdir. O da razılıq verərək bir neçə günə 3.000 manat məbləğində pulu bankdan kreditlə götürüb verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə oğlu və Xəqani ilə birlikdə kredit götürmək üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Uni” banka getmişdir. Onlar banka gedən zaman Xəqani Vüsal ilə əlaqə saxlayaraq kredit götürmək üçün banka getdiklərini demiş və bankdan çıxdıqdan sonra sonuncu ilə görüşüb pulu verəcəyini bildirmişdir. O öz adına bankdan 3.000 manat məbləğində pulu kreditlə götürərək Xəqaniyə vermişdir. Bundan sonra Xəqani yenidən Vüsal ilə əlaqə saxlayaraq 3.000 manat məbləğində pulu kreditlə bankdan götürdüklərini və görüşmək istədiyini demişdir. Vüsal da həmin vaxt Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Atatürk” parkında “Socar” mühafizə şirkətinin mühafizə müdiri Syoma ilə birlikdə olduğunu demişdir. Bundan sonra Xəqani oğlu ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonuna Vüsal ilə görüşməyə getmişlər. Xəqani oğlunun yanında 3000 manat pulu Vüsala vermiş və Vüsal da oğlunun yanında Xəqaniyə bildirmişdir ki, oğlu 10 gün müddətinə işə başlamalıdır. Lakin müddət keçdikcə onlar oğlunun işə çağırılmadığını görmüşlər və mütəmadi olaraq Vüsal ilə işin nə yerdə olduğunu soruşmağa başlamışlar. Sonuncu dəfə o, Vüsal ilə telefon vasitəsi ilə danışaraq pulu tələb etdikdə Vüsal pulu qaytarmayacağını, ürəyi hara istəyir ora da şikayət etməyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək ona dəyən zərərin tam ödəniməsini, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, xırda ticarətlə məşğul olub əsasən armatur alıb-satır. 2020-ci ilin təxminən mart ayında həm tanışı, həm də şəriki kimi olan Şahid5la birlikdə olarkən, Elxan ona demişdir ki, Fövqəladə Hallar Nazirliyində işləyən tanışı Şahid6 qaynı Təqsirləndirilən şəxs tikinti işləri məşğuldur. Vüsal hazırda tikinti işlərini icra etdiyi üçün sonuncuya armatur satmağı təklif etmişdir. Bundan sonra Vüsal onun mobil nömrəsinə zəng etmiş və Elxanın dediklərini təsdiq edib sonuncuya armatur satmağını xahiş etmişdir. 10 mart 2020-ci il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül bazarından 10 ton 12 diametrlik armaturu bir tonunu 980 manata alıb Vüsala bir tonunu 1000 manata satmağa razılaşmış və armaturu götürüb Vüsalın istəyi üzrə Bakı şəhərində Dərnəgül yolunda yerləşən “Trest qarajı” adlanan əraziyə Elxanla göndərmişdir. Təxminən 20 gün sonra Vüsala zəng edib pulu ödəməsini istəmiş və Vüsal da pulu, yəni 10000 manatı Anar vasitəsi ilə Elxana vermiş və sonuncular da ona 10.000 manatı verəndə o, Anarla Elxanın hərəsinə 100 manat pul verib demişdir ki, hər satılan bir ton armaturda 10 manat hörmət edəcəkdir. Anarla Elxan da onunla razılaşıb demişlər ki, 10 ton armatura görə Vüsal özü də 500 manat hörmət etməklə pul vermişdir. Sonra 2020-ci ilin aprel ayının əvvəllərinə Vüsalın sifarişi ilə sonuncuya 15 ton armatur göndərmişdir. Vüsal ona 15000 manatı, yəni 15 ton armatura görə pulu Elxanın vasitəsi ilə ödəmiş, oda 150 manat Elxana vermişdir. Sonradan o, Vüsala tam inanıb əlavə olaraq 2020-ci ilin aprel ayının sonlarında üç dəfəyə 45 ton armaturu yenidən Bakı şəhəri Dərnəgül yolunda yerləşən “Trest qarajı” deyilən əraziyə göndərmişdir. Vüsal da hissə-hissə pulu 15-20 gün ərzində ödəyəcəyinə söz vermişdir. Bu hadisədən sonra o, Vüsala dəfələrlə zəng edib pulu ödəməsini istəmiş, Vüsal isə hər dəfə ona tələsməməyini deyib, yaxın vaxtlarda pulu ödəyəcəyinə söz vermişdir. Vüsalın onu aldadıb pulu ödəmədiyini görüb bu barədə Elxana demişdir. Elxan da onu Anarla görüşdürmüş və o, Anara Vüsalın onu aldadıb 45000 manat pulu ödəmədiyini demişdir. Sonradan Anar ona bu barədə Vüsalla danışacağını demişdir. Təxminən 2020-ci ilin may ayının ilk günlərində o, Elxanla birlikdə ilk dəfə Vüsalla görüşüb Vüsaldan pulunu tələb etmişdir. Vüsal isə həmişə olduğu kimi pulu ödəyəcəyinə söz vermiş, lakin sonradan pulu ödəməmişdir. İkinci dəfə yenidən Elxanla birlikdə Vüsalla görüşmüş və yenə də Vüsal pulu ödəyəcəyinə söz verib bunu etməmişdir. O da məcbur qalıb Vüsalın bacısının əri kimi bildiyi Anarla sonuncunun yaşadığı ünvanda görüşmüş və xahiş etmişdir ki, Vüsalla söhbət etsin və pulunu ödəsinlər. Anar isə ona bu söhbətlərə onu qatmamasını bildirmişdir. Belə olan halda o, sonuncuya demişdir ki, o, Vüsalı tanımamış, sonuncunu cəmi iki dəfə armaturu satdıqdan sonra görmüş, onu Vüsalla onların tanış etdiyini və pulunu da onlardan tələb etmişdir. Lakin Anar ona pul ödəməyəcəyini demişdir. Həmin vaxtdan sonra hər dəfə Elxanın vasitəsi ilə və ya özü Vüsalla telefonla danışıb pulu ödəməsini xahiş etsə də, pulu ödənilməmişdir. X8ra armaturu Rafael adlı şəxsə verdiyini, sonuncunun onun pulunu vermədiyi üçün armaturun pulunu ödəyə bilmədiyini bildirmişdir. Vüsal Rafaelin işlədiyi şirkətin bankla işlədiyi üçün sonuncular bankdan pulu çıxarıb ona verdiklərini, Rafiqin deməsinə görə şirkətin hesabı “Azəriqaz bank”da olduğunu, həmin bankın 2020-ci ilin aprel ayında bağlandığından Rafaelin pulu hesabdan çıxara bilmədiyi bildirmişdir. Həmin vaxtdan sonra hər dəfə Vüsalla telefonla danışıb pulu ödəməsini xahiş etsə də, onun pulu ödənilməmişdir. O, Elxan və Anarla danışıb Vüsalın dəqiq adam olduğuna əmin olmuşdur. Həm də ki, ortada Anar və Elxan olmuşdur. Buna görə o, Vüsalla tanış olmağı vacib bilməmişdir. O, nə Vüsal, nə də Rafaeldən karxana təhvil almamışdır. Bu cür karxananın sənədləri ona verilməmişdir. Ona sadəcə Vüsal bir dəfə belə bir təklif etmişdir ki, guya Rafaelin adına olan karxananı həmin pulun müqabilində ona versinlər. O, isə bununla razılaşmamışdır. O, verdiyi armaturun pulunu Elxandan almışdır. Rafaelin pulu Vüsal və ya qardaşı Turala verməsi onun üçün maraqlı olmamışdır. O, Vüsalın armaturu kimə satmasından məlumatlı olmamışdır. Vüsal Elxana demişdir ki, armaturu hansısa restoran tikintisinə vermişdir. o, Rafaeli Vüsal onlara pulu verməkdən yayındıqdan sonra eşitmişdir. Rafaeli ilk dəfə polisdə araşdırma gedəndə görmüşdür. O, Vüsalın sifarişi əsasında istəmiş olduğu armaturu göndərən zaman qaimə və ya faktura yazmasa da, öz kitabçasında qeydlər aparmışdır. Ortada Anar və Elxan olduğu üçün o, Vüsala inanaraq qaimə faktura yazmadan armaturu sonuncunun istəyi üzrə Bakı şəhərində Dərnəgül yolunda yerləşən “Trest qarajı” adlanan əraziyə göndərmişdir. Ona dəyən zərər ödənilməyib, hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 35 il olmuşdur ki, tanımışdır. Təqsirləndirilən şəxs dostunun oğludur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə söhbət edən zaman sonuncuya tanışı Şahid3 işə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan Şahid3 harada işləmək istədiyini soruşmuşdur. O da Şahid3 əvvəllər “Socar”-da işlədiyini və mümkünsə indi də “Socar”-da işə düzəlməsini istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan Şahid3 “Socar”-da mühafizəçi vəzifəsində çalışmaq istəyib istəmədiyini soruşduqda o, sonuncuya ona Şahid3 işsiz olduğundan mühafizəçi olaraq da işləmək istədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “Socar”-da mühafizənin rəisi onun dostudur və adı da Syomadır. Təqsirləndirilən şəxs bundan başqa ona bildirmişdir ki, Syoma ilə danışıb nəticəsi barədə ona deyəcəkdir. xx.xx.2022-ci il tarixdə o, “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq sonuncudan nəticəni soruşmuşdur. Təqsirləndirilən şəxs də ona bildirmişdir ki, Syoma ilə danışmış və 5.000 manat məbləğində pulun qarşılığında Şahid3 “Socar”-da mühafizəçi vəzifəsinə işə düzəldə biləcəkdir. O da Təqsirləndirilən şəxs 5.000 manat məbləğin çox olduğunu deyərək razılaşmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yenidə Syoma ilə danışıb xəbər edəcəyini bildirmiş və onlar sağollaşmışlar. Təxminən 5 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və Syoma ilə yenidən danışdığını, ən minimal 3.000 manat məbləğində pulun qarşılığında Şahid3 işə düzəldə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bundan başqa Şahid3 işə düzələcəyi təqdirdə 900 manat maaş alacağını demişdir. O da Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra Şahid3 və anası Zərərçəkmiş şəxs2 zəng edərək 3.000 manat məbləğində pulun qarşılığında işə düzəltməyin mümkün olduğunu bildirmişdir. Sonuncular da razılaşdıqdan sonra Zərərçəkmiş şəxs2 bir neçə günə 3.000 manat məbləğində pulu bankdan kreditlə götürüb verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə Şahid3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə kredit götürmək üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Uni” banka getmişlər. O, banka gedən zaman Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq kredit götürmək üçün banka getdiklərini demiş və bankdan çıxdıqdan sonra görüşüb pulu verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 öz adına bankdan 3.000 manat məbləğində pulu kreditlə götürərək ona vermişdir. Bundan sonra o, yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq sonuncuya 3.000 manat kreditlə bankdan pul götürdüyünü və görüşmək istədiyini demişdir. Təqsirləndirilən şəxs də həmin vaxt Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Atatürk” parkında Syoma ilə birlikdə olduğunu demişdir. Bundan sonra o, Şahid3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonuna getmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində onlar Təqsirləndirilən şəxs ilə ünvan 3 ünvanında görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs tək olmuşdur. O, Vüsaldan ondan Syomanın harada olduğunu soruşmuş və sonuncu da ona bildirmişdir ki, Syomanı iş yerindən təcili çağırdıqları üçün getmişdir. Bundan sonra o, Şahid3 yanında Təqsirləndirilən şəxs 3.000 manat məbləğində pulu vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq pulu Syomaya verdiyini və Şahid3 2-3 günə çağıracaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs sözlərinə əsasən Şahid3 10 gün müddətinə işə başlamalı olmuşdur. Lakin müddət keçdikcə o, Şahid3 çağırılmadığını görmüş və mütəmadi olaraq Təqsirləndirilən şəxs işin nə yerdə olduğunu soruşmağa başlamışdır. Lakin Təqsirləndirilən şəxs də hər dəfə ona müxtəlif bəhanələr gətirmiş və bir qədər müddət keçdikdən sonra Təqsirləndirilən şəxs mobil telefonunu söndürərək onu zənglərindən yayınmağa başlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə 3.000 manat məbləğində pulu mənimsədiyini anlamışdır. Təqsirləndirilən şəxs onu aldatması və Şahid3 işinin alınmaması səbəbindən Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmiş bank kreditini də o, ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X5 onun sinif yoldaşıdır. Şahid1 onun iş yoldaşıdır və onlar bir idarədə işləmişlər. Təqsirləndirilən şəxs qızının Gültəkinin vasitəsi ilə tanış olmuşdur. Gültəkinlə söhbət edən zaman sonuncu ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və Vüsalın 6000 manat pulun qarşılığında “MİDA” tərəfindən Yasamal rayonu ərazisində inşa edilən sosial binalardan 2 otaqlı mənzil düzəldə biləcəyini bildirmişdir. Onlar da kiçik qardaşının evi olmadığı üçün “MİDA” tərəfindən Yasamal rayonu ərazisində inşa edilən sosial binalardan birindən mənzil almaq qərarına gəlmişlər. Buna görə də Vüsalın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni sonuncudan götürüb Vüsalla əlaqə saxlamışdır. Vüsal özü də həmin vaxt “MİDA” tərəfindən inşa edilən binaların birində yaşamışdır. Bundan sonra Gültəkinlə birlikdə Vüsalın yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binalardan birində olan mənzilə getmişlər. Həmin mənzil 2 otaqlı olmuşdur. Vüsal onlar üçün təşkil edəcəyi mənzil 2 otaqlı və eyni layihə ilə tikildiyi üçün o, həmin mənzilin fotoşəklini və videosunu çəkmişdir ki, ailə üzvlərinə göstərsin. Razılaşmaya əsasən Vüsal qardaşı üçün ipoteka yolu ilə “MİDA” tərəfindən inşa edilən binalardan birində mənzil təşkil etmək üçün 11.000 manat pul lazım olduğunu bildirsə də, onların həmin vaxt pulu olmadığı üçün razılaşmamışlar. Onlar Səbail rayonunda olan mənzili satdıqdan sonra qardaşı üçün ev almağı düşünmüşlər. Həmin ev də satılmadığı üçün həmin vaxt əllərində nağd şəkildə pul olmamışdır. 2022-ci ilin sentyabr ayında iş yoldaşı Təhminə ilə söhbət edən zaman sonuncu ona evinin olmadığını və kirayə yaşadığını, ipoteka ilə mənzil almaq istədiyini bildirmişdir. O da Təhminəyə rəfiqəsi Gültəkinin Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Vüsalın “MİDA” tərəfindən inşa edilən sosial binalardan ipoteka yolu ilə mənzil təşkil etdiyini demişdir. O, Təhminəyə Vüsalın vasitəsi ilə qardaşı üçün mənzil almaq istədiyini, lakin hazırda pulu olmadığı üçün mənzili ala bilmədiyini demişdir. Təhminə də Vüsalın mobil nömrəsini istəyi üçün nömrəni vermişdir ki, özləri əlaqə saxlayıb danışsınlar. Həmçinin o, Vüsal ilə özü də əlaqə saxlayıb Təhminənin onun iş yoldaşı olduğunu, yaşamaq üçün evləri olmadığından Təhminəyə köməklik etməsini xahiş etmişdir. Sonradan isə Təhminə ona Təqsirləndirilən şəxs ilə «MİDA» tərəfindən Yasamal rayonu ərazisində inşa edilən sosial binalardan birindən ipoteka yolu ilə 3 otaqlı mənzil təşkil etməsi üçün 11.000 manata razılaşdıqlarını bildirib həmin pulu bir dəfəyə verə bilmədiyini bildirib Vüsalla onun danışmağını xahiş etmişdir. Təhminə ona Vüsala danışmağını və Vüsala pulu hissə-hissə vermələrini xahiş etməyini istəmişdir. Buna görə də, Vüsalla əlaqə saxlayıb sonuncudan Təhminənin ailəsinin pulu bir dəfəyə verməyə imkanı olmadığı üçün pulu hissə-hissə verə biləcəklərini bildirmiş və Vüsal etiraz etməmişdir. Sonradan Təhminə onunla əlaqə saxlayan zaman müxtəlif vaxtlarda Vüsala hissə-hissə olmaqla ümumilikdə 4500 manat pul verdiklərin demişdir. Təhminə ilə Vüsalı o, tanış etdiyi üçün özü də Vüsalla əlaqə saxlayıb sonuncudan mənzil barədə maraqlanmışdır. Vüsal da, ona narahat olmamağı, mənzili tez bir zamanda təşkil edəcəyini bildirsə də, heç bir nəticə olmamışdır. Belə olduqda Təhminə ona Vüsal tərəfindən heç bir mənzil göstərilmədiyini bildirib pulu geri almaq istədiklərini demişdir. O da Vüsala zəng vurub Təhminən pulunu geri istədiyini və pulu qaytarmasını bildirmişdir. Vüsal da ona narahat olmamağı, almış olduğu 4500 manat pulu qaytaracağını bildirmişdir. X10 ilə əlaqə saxlayan zaman sonuncu ona almış olduğu 4500 manat puldan 2500 manatını Təhminənin kart hesabına göndərsə də, 2000 manat pulu düzəldib qaytara bilmədiyini, həmin pulu da tez bir zamanda qaytaracağını bildirmişdir. O, Vüsalı 2021-ci ilin avqust ayında sinif yoldaşı Gültəkinin vasitəsi ilə tanımışdır. Onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ümumiyyətlə o, pulun verilmə proseslərində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası FHN-nin X6 Xidmətinin Yanğınsöndürmə Qərargahının əməliyyat növbətçisinin böyük köməkçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun qaynıdır. Vüsal əvvəllər DİN orqanlarında işləsə də, hazırda heç bir yerdə işləmir. Şahid5 onun iş yoldaşıdır. Şahid5 ona bir dəfə işdə olarkən demişdir ki, armatur alqı-satqısı ilə məşğul olan yaxın tanışları vardır. Əgər armatur alan olsa ona xəbər etməyini bildirmişdir. Bu söhbətdən 1-2 ay sonra, təxminən 2020-ci ilin mart ayının əvvəllərində iş yoldaşları ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Buğda” kafesində yemək yeyərkən qaynı Vüsal da orada olmuşdur. Vüsalı özü tez-tez yemək yediyi yerlərə dəvət etmişdir. Bundan əvvəl Vüsala bir dəfə Elxanın armatur alqı-satqısı ilə bağlı dediyini bildirmişdir. Həmin məclisdə armatur söhbəti yenidən açılmış və Vüsal Elxandan armatur alıb sataraq pulunu vaxtında verəcəyini bildirmişdir. Elxan isə armaturu dostu Eduardın satdığını demişdir. Həmin söhbət zamanı Vüsal Elxana onun yanında demişdir ki, pulu malı götürdükdən 5-10 gün sonra verəcəkdir. O isə bunun eşidib Elxana demişdir ki, Vüsala nisyə mal verməsin. O, nisyə mal alqı-satqısına və ümumiyyətlə aralarında olacaq alqı-satqıya cavabdeh olmayacağını bildirmişdir. O, Elxana onları yalnız tanış etdiyini və sonrasının ona aidiyyəti olmadığını demişdir. Həmçinin, nisyə mal verilməsinə görə Vüsala cavabdeh olmadığını bir daha bildirmişdir. Bundan sonra Vüsal və Elxanın öz aralarında nə barədə söhbət etdiklərini bilməmişdir. Onların arasında bir müddət alqı-satqı olduğunu bilsə də, alqı-satqının detallarını, nağd və ya nisyə əsaslarla işlədiklərini bilməmişdir. Satış olduqca Elxan hər 10 tona görə ona 50 manat pul vermişdir. O, Vüsalla danışıb onlara əlavə pul ayrılmasını da bildirmişdir. Vüsal isə satdığı mallardan bir dəfə onlara 500 manat pul vermişdir. 2020-ci ilin may ayında Elxan ona demişdir ki, Vüsala verdikləri 45 ton armaturun pulunu Vüsal verməmişdir. Bu barədə Vüsaldan soruşan zaman sonuncu armaturu Rafiq kimi bildiyi Rafael Mədətxanova versə də, sonuncunun onun pulunu vermədiyi üçün Elxanın pulunu verə bilmədiyini demişdir. O, yalnız Elxanla Vüsalı tanış etmiş, sonuncuların arasındakı alqı-satqının şərtlərindən xəbəri olmamışdır. Ona yalnız bir dəfə Vüsal 500 manat armatur alqı-satqısından qazanc olduğunu deyib pul vermişdir. O da öz növbəsində həmin pulun 250 manatını özünə götürmüş, 250 manatını isə Elxana vermişdir. O, bir dəfə dəqiq xatırlamadığı tarixdə Elmlər Akademiyasının yaxınlığında Elxanla Vüsalla birlikdə görüşmüşmüş və Vüsal Elxanla görüşüb sonuncuya hansı miqdardasa pul vermişdir. Lakin o, həmin pulun nə vaxt alınmış armaturun pulu olması, yəni nisyə və ya nağd əsasla alınan armatura görə verilən pul olmasını bilməmişdir. Eduarda ödənilməli olan 45000 manat pulun müqabilində Vüsal və ya “Rafiq” kimi tanıdığı Rafael tərəfindən Qaradağ rayonunda yerləşən karxana və ya karxananın sənədlərinin alınmasından xəbəri olmamışdır. Elxan bir dəfə onun yanında Vüsalla görüşəndə sonuncuya hansısa sənədləri vermişdir. Vüsal demişdir ki, tanışlardan birinin adına olan karxananı Eduardın pulun qarşılığında vermişdir. Elxan da bunu təsdiq etmişdir. Elxanla aralarına olan razılaşmaya əsasən satılan armaturdan əldə ediləcək gəlirdən ona da xeyir veriləcəkmiş. Buna görə də Vüsal armatur satılmasından əldə edilmiş gəlirdən ona 500 manat pul vermişdir. O da həmin puldan 250 manatını Şahid5 vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1,Şahid3,Şahid5 oglu məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tuqay Allahverdizadənin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və onun saxlandığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00-da tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-432/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddətinin 02 may 2023cü il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 30 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. “Kapital Bank» ASC-dən alınmış xx.xx.2023-cü il tarixli, 2023/111/2591 saylı sorğuya cavab sənədlərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs adına olmuş “**********267136” nömrəli bank hesabına Şahid1 adına olan “**********111303” nömrəli kart hesabından xx.xx.2021-ci il tarixdə saat 15:35:24-də 2300 manat, xx.xx.2021-ci il tarixdə saat 18:17:36-da 300 manat, xx.xx.2021-ci il tarixdə saat 14:38:25-də 200 manat pulun köçürülməsi aşkar olunmuşdur. Eyni zamanda baxış zamanı Şahid1 adına **********111303 nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olmuş **********267136 nömrəli bank hesabına xx.xx.2021-ci il tarixdə saat 15:35:24-də 2300 manat, xx.xx.2021-ci il tarixdə saat 18:17:36-da 300 manat, xx.xx.2021-ci il tarixdə saat 14:38:25-də 200 manat pulun köçürülməsi aşkar olunmuşdur.Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs onun adına "xxxx" ASC tərəfindən verilmiş **********267136 nömrəli bank hesabına göndərilmiş 2800 manat pulun Zərərçəkmiş şəxs1 tərəfindən göndərilmiş pullar olduğunu bildirmişdir. Cinayət işi üzrə 28 ədəd A4 formatlı kağız üzərində olan və “Kapital Bank» ASC-dən alınmış xx.xx.2023-cü il tarixli, 2023/111/2591 saylı sorğuya cavab sənədləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən iksinə dəyən zərəri ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-də alınmış xx.xx.2023-cü il tarixli, 2023/111/2591 saylı sorğuya cavab sənədləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 34 (otuz dörd) iş saatına görə 204 (iki yüz dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut – "xxxx" ASC-də alınmış xx.xx.2023-cü il tarixli, 2023/111/2591 saylı sorğuya cavab sənədləri cinayət işinin materiallarında saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 34 (otuz dörd) saat üçün cəmi 204 (iki yüz dörd) manat dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-261/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-261/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver