Məhkəmə qərarları › İş №1(005)-261/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-261/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-261/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:50 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 02 (iki) övladı olan, orta təhsilli, işləməyən, əməllərində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib özündə saxlamaqla 18 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsinə daşımış, 18 yanvar 2025-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsində yerləşən “Oba” marketin qarşısında Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən əynində olan tünd boz rəngli şalvarın sol yan cibindəki 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə xeyli miqdarda, təmiz çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 18 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhərində, Mərkəzi Hərbi Hospitalın yanında maşında olduğu zaman 3 nəfər mülki geyimidə olan şəxslər yaxınlaşmışlar. Taksi fəaliyyəti göstərdiyi üçün həmin vaxt avtomobilində müştəri olmuşdur. Onlar özlərini təqdim edərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları olmalarını bildirmişlər. Ondan üzərində hər hansısa bir qanunsuz əşya və ya narkotik maddə olub-olmamasını soruşmuşlar. Həmin vaxt müştərinin üzərində narkotik vasitə olsa da özündə olmamışdır. Polis əməkdaşları tərəfindən Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsində video çəkiliş aparılaraq üzərlərinə baxış keçirilmişdir. Həmin vaxt müştərinin üzərində narkotik vasitə olsa da, özündə olmamışdır. Polis əməkdaşları ona avtomobildən narkotik vasitə çıxar dedikdə, o da etirafedici ifadə verməli olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuşdur. Narkotik vasitə istifadəçisi olsa da, həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Lakin demişlər ki, qəbul etməsə avtomobildən narkotik vasitə çıxa bilər. Buna görə də qəbul etmişdir. Saxlanılarkən yanında olan şəxs qonşusu olmuşdur, lakin rəhmətə getmişdir. Barəsində ibtidai istintaq müddəti həddində həbs qətimkan tədbiri seçilməsə də, bu barədə heç bir orqana bildirməmiş və müstəntiqə də deməmişdir. Həmçinin saxlanıldığı zaman üzərində telefonu olmamışdır. Son olaraq ailənin yeganə qazanc gətirəni olmasını və himayəsində övladlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin Сinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X4 ifadəsində göstərmişdir ki, "İlqar" adlı şəxsin psixotrop maddələri saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 18 yanvar 2025-ei il tarixdə onlar "İlqar” adlı şəxsin, yəni Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Şimal Şitilliyi küçəsində yerləşən "Oba" marketin qarşısında olmasını müəyyən etmişlər. Saat 04:04-də ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. İlqardan üzərində qanunla qadağan olunmuş narkotik maddə olub olmaması soruşulan zaman olmasını bildirərək əynində olan şalvarın cibindən qızılı rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Tərəflərindən həmin bükümüm içərisinə baxılan zaman orada şəffaf kristalşəkilli maddənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq suallara cavab olaraq həmin maddənin "daş”, "patı” yəni psixotrop maddə metamfetamin olmasım bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bir ədəd psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm tərəflərindən bir ədəd zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. İştiakçılar tərəfindən zərfin üzəri imzalanaraq tamlığı təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni tanımadığı şəxsdən "papanin" adlanan ərazidə almasını bildirmişdir, Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümü qablaşdırdıqları zərf təqdim edilmişdir. Təhqiqatçı tərəfindən videoçəkilişlə müdafiəçinin, Təqsirləndirilən şəxs o və digər polis əməkdaşlarının iştirakları ilə zərfə baxış keçirilmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdri ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Şimal Şitilliyi küçəsində yerləşən "Oba" marketin qarşısında yalnız saxlanılmışdır. Ona qarşı heç bir formada təzyiq və təsiq götrəilməmişdir. Üzərindəki narkotik vasitəni də özü təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsi digər şahid X4 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid3 məhkəkmə iclas zalına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir Şahid3 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir və digər şahid Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsi ilə eyni məzmunlu olmaqla təqsirləndirilən şəxsin bildirdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə saat 04:04-də Bakı şəhəri, Nərimanov rayonu, Şimal Şitilliyi küçəsində yerləşən “Oba” marketin qarşısında saxlanılmış və Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən qızılı rəngli kağızı bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddə və “Redmi Note 13” markalı telefon vasitəsi aşkar edilərək götürülmüşdür. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Videogörüntüyə baxış keçirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan və “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin kapitanı Şahid3 İsımyıl oğlu Bakı şəhəri. Narimanov rayonu. 2-ci Şimal Şitilliyi küçəsində verləşən "Oba" marketin qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşırlar. Polis əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirillər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə daşıması və istifadə etməsi ilə bağlı məlumatın polisə daxil olmasını bildirərək üzərində qanunsuz əşya və ya narkotik vasitə olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs olmasım bildirərək əynində olan şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli siqaret bükümünü çıxararaq polis əməkdaşlarına təqdim edir. Həmin büküm polis əməkdaşı tərəfindən ayılan zaman içərisində ağ rəngli maddənin olması müşahidə edilir. Polis əməkdaşı həmin maddəni kıistalşəkilli və şəffaf olmasını bildirərək Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını soruşduqda sonuncu onun "daş" yəni psixotrop maddə metamfetamin olmasını bildirir. Polis əməkdaşının nə üçün üzərinizdə daşıyırsınız sualına şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirir. Polis əməkdaşı həmin bir ədəd içərisində maddə olan bükümü 1 ədəd zərfə qoyaraq həmin zərfi möhürləyir. İştirakçılar tərəfindən zərfin üzəri imzaları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs həmin maddəni tanımadığı şəxsdən "papanin" adlanan ərazidə almasını qeyd edir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman başqa hər hansı qanunsuz əşya aşkar edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 18 yanvar 2025-ci il tarixli, 6/240 nömrəli rəyindən görünür ki, tədqiqat obyekti üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi: 0,262 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. “Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov Rayon Polis İdarəsinin X3 azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublika Narkoloji X6 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 19 fevral 2025-ci il tarixli 972 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F19x2) opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq diaqnozu ilə qeydiyyatdadır. 1 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən tərtib edilmiş AZ-İV seriyalı 101987 saylı doğum haqqında şəhadətnamədən və AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qasımov Nihad adlı xx.xx.2018-ci il təvəllüdlü övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin A bəndi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AzərbaycanRespublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzasının qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 25 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xahişi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, 01 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 02 (iki) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə 20 fevral 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmış psixotrop maddə netamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,212 qram qalığının saxlanmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi və həmin qərarla maddi sübut kimi tanınmış iki ədəd disk daşıyıcının isə iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəsinin təmiz çəkisi 0,262 qram təşkil etmişdir ki, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, şəxsin törətmiş olduğu cinayət əməli, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan başqa Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən maşından narkotik vasitə çıxar dedikləri üçün etirafedici ifadələrə verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmədə dinlənilən şahid ifadələrindən və üzərinə baxış keçirilərkən aparılmış video çəkilişdən aydın olur ki, saxlanıldığı gündən Təqsirləndirilən şəxs özünü təqsirli bilmi, ona qarşı hər hansı təzyiq göstərilmədiyini məhkəmə iclasında da bildirmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə saxlanılaraq şübhəli şəxsi qismində tutulmuş və 19 yanvar 2025ci il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxsə polis şöbəsində özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin X3 azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Yalnız məhkəmə iclasında bu barədə bildirmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-246/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtiadi istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (18-19 yanvar 2025-ci il tarixləri) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış Nərimanov Rayon Polisinin Saxlanc yerinə saxlanılması üçün təhvil verilmiş 0,212 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi hər iş saatı üçün 11 (on bir) manat olmaqla 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (18-19 yanvar 2025-ci il tarixləri) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,212 qramçəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 2 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar