Məhkəmə qərarları › İş №1(005)-262/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-262/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-262/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim XXXXXXXX sədrliyi, Məmmədova XXXXXXXXXXXXX katibliyi ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs XXXXXXXXXXXXX vəkili Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, XXXXXXXXXX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2. maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 xusüsi ittiham qaydasında şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, XXXXXXXXXXXX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2. maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-262/2020 nömrəli qərarına əsasən XXXXXXXXXXXXXXXXXX oğlunun Azərbaycan Respublikası CM-nin 147.2. maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmiş və xüsusi ittiham qaydasında şikayət məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-228/2020 nömrəli qərarı ilə XXXXXXXXXXXXXXX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2. maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli, 1(103)-915/2020 nömrəli qərarla məhkəmələr arasında yaranmış aidiyyətə dair fikir ayrılığı ilə bağlı X1 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina olunmuş, toplanmış material Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmaqla “Xural TV”-nin hüquqi ünvanı qanunauyğun şəkildə müəyyən edildikdən sonra məhkəmə aidiyyəti qaydalarının mümkün olması qeyd edilmişdir. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə tanış olub, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri bir daha araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusui ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən irəli gələrək xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını zərərçəkmiş şəxsin bütün hüquqlarından istifadə edən xüsusi ittihamçı yerinə yetirməlidir. Şikayət və ona əlavə olunmuş sənədlərdə istinad olunan internet televiziyalarının hüquqi ünvanları qanunauyğun şəkildə təqdim edilmədiyindən, bu hal şikayətin icraata qəbul edilməsinin mümkünlüyü və ərazi aidiyyətinin müəyyən olunması ilə bağlı məhkəmələr arasında fikir ayrılığına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4. və 88.4.1. maddəsinin tələblərinə görə, xüsusi ittihamçı zərərçəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir, o cümlədən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Məcəllənin 299.3.1. maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır; 300.1.3. maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul ediməsindən imtina olunması barədə qərar qəbul edir; Məcəllənin 302.1. maddəsinə görə isə, məhkəmənin xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etmək səlahiyyəti mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” qərarından görünür ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1.-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 293.3.1, 88.4. və 88.4.1. maddələrində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayət forma və məzmuna dair tələblərə riayət edilmədən verildiyindən, yəni internet televiziyalarının, xüsusən “Xural TV”-nin hüquqi ünvanı barədə sübutlar təqdim edilmədiyi üçün xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmadığından və məhz Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri təqdim etmək vəzifəsinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən, verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlər X2 qaytarılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: XXXXXXXXXXXXXXXX oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2. maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilsin. Xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlər X2 qaytarılsın. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: XXXXXX

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar