Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-262/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 7,374 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq ünvan 2 ünvana daşımış, 22 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən göstərilən ünvanda şübhəli şəxs qismində saxlanılaraq 16-cı Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda 2,941, 2,208 və 2,225 qram çəkilərdə, ümumi təmiz çəkisi 7,374 qram olan 3 ədəd kağız parçası bükümündə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərindən çəkmə yolu ilə istifadə edir. 22 aprel 2021-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” kimi tanınan yerdə təsadüfən 20-25 yaşlarında oğlanla tanış olmuş və ona narkotik vasitənin və psixotrop maddənin istifadəçisi olduğunu bildirərək 20 manata ondan 3 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana almış və həmin marixuananı istifadəsi üçün əynindəki göy rəngli gödəkçənin sağ yan cibinə qoyaraq saxlamışdır. Həmin gün saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsində yerləşən 37 saylı evin qarşısında tanışı X3 ilə görüşüb söhbət edən zaman tanımadığı 3 şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edəndən sonra, şəxsiyyətləri haqqında maraqlanmış və şifahi sorğu-sual apararaq onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə getmələrini bildirəndə, onlar polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə getmişlər. X7 ayrılandan sonra, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin bölmənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən sellofanda olan özünə məxsus içərisində narkotik vasitə qurudulmuş marixuana olmaqla kağız parçasına bükülmüş 3 ədəd bükümü çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı saxlanılmamışdan öncə əvvəllər tanımadığı şəxsdən 20 manata əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin narkotik vasitə qurudulmuş marixuananı ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin proses zamanı videoçəkilişdən istifadə edilmişdir. Etibar Əliyevin narkotik vasitənin istifadəçisi olduğunu bilsə də, göstərilən vaxtda və yerdə onunla söhbət edən zaman üzərində psixotrop maddənin olub-olmamasını bilməmiş və üzərində narkotik vasitə qurudulmuş marixuananın olması barədə ona heç nə deməmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə, saat 19:00 radələrində bölmənin digər əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 ilə birlikdə ünvan 4 ünvanda xidmət aparan zaman sonradan tanıdığı X3 və Təqsirləndirilən şəxs onları görüb davranışları ilə özlərini şübhəli apardıqlarından onlara yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətləri haqqında maraqlanmışlar. Bu vaxt Etibar Əliyev və Təqsirləndirilən şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavablar verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış və yayınaraq oradan uzaqlaşmaq istəmişlər. Etibar Əliyevin və Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu güman edib onların üzərlərində narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddələrin ola biləcəyindən şübhələndiklərindən onların yayınaraq getmələrinə imkan verməmiş və onları Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət etmişlər. Etibar Əliyev və Təqsirləndirilən şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında qeyd olunan bölməyə getmişlər. Bölmədə bununla bağlı müvafiq raport yazandan sonra araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Asif Abışova həvalə edildiyindən, müşayiətləri ilk öncə Etibar Əliyevi X8un xidməti otağına aparmışlar. X8 Etibar Əliyevin üzərində şəxsi axtarış aparıb müvafiq sənədləşdirmə aparandan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması üçün vəkil dəvət etmişdir. 10-15 dəqiqə keçəndən sonra otağa daxil olmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edəndə, o, əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən sellofanda olmaqla kağız parçasına bükülmüş 3 ədəd bükümü çıxarıb könüllü təhvil vermiş və üzərində digər hər hansı əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, Təqsirləndirilən şəxs səmimi olaraq bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı saxlanılmamışdan az müddət əvvəl tanımadığı şəxsdən 20 manata əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bükümlərin içərisinə baxılanda, içərisində spesifik iyə malik, yaşıl rəngli və ot şəkilli kütlənin olması məlum olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin kütləni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin proses zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin baş təhqiqatçısı X9, Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, polis kapitanı Şahid2, polis leytenantı Şahid3 və 20 saylı Vəkil Bürosundan dəvət olunmuş vəkil X5, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərinə baxış keçirmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli maddə olan kağıza bükülmüş 03 ədəd büküm olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümlərin içərisindəki maddə narkotik vasitə hesab olunan “nəşə” adı ilə tanınan qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri 22.04.2021-ci il tarixdə Papanin adlanan yerdən anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 20 manata almışdır. Həmin narkotik maddələri əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibində öz istifadəsi üçün saxlamışdır. 22.04.2021-ci il tarixdə yaşadığı Nərimanov rayonu, M.Əlizadə küçəsi 37 saylı ünvanın qarşısında tanışı X3 ilə birlikdə olarkən saat 19:00 radələrində qeyd olunan ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 7/388 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs……Təqsirləndirilən şəxs” yazılar və imzalar olan zərfdə bir ədəd şəffaf sellofanda 3 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 2,941 qram, 2,208 qram, 2,225 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi - 7,374 qramdır. Həmin mariuxuanalar tərkiblərinə görə eynidir. Tədqiqata sərf edidi, cəmi - 0,06 qram, qalıq 7,314 qram. Aparılmış tədqiqatın dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manatdır; “Maddi sübut kimi tanıma haqqında” 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,374 qram olan narkotik vasitə - qurudulmuş marixuana göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatı zamanı 0,06 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananın sərf edildiyi nəzərə alınmışdır. Hazırki cinayət işi üzrə maddi sübut kimi tanınıb 1 ədəd zərfdə yerləşdirilməklə qalıq qalmış ümumi təmiz çəkisi 7,314 qram olan narkotik vasitə - qurudulmuş marixuana müvafiq məhkəmənin yekun qərarınadək Nərimanov rayon Polis İdarəsində məsul saxlanışa verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-408/2021 nömrəli, 24 aprel 2021-ci il tarixli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimndə cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Diskin baxışının aparılması haqqında” 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X1, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs və müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videgörüntünü özündə əks etdirən 1 ədəd diskin baxışını aparmışdır. Diskdə olan videogötüntüyə baxılarkən aydın oldu ki, təhqiqatçı tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən sellofanda olmaqla kağız parçasına bükülmüş 3 ədəd büküm çıxarıb könüllü təhvil verir. Vizual baxış zamanı bükümlərin içərisində yaşıl rəngli və ot şəkilli kütlənin olması müşahidə edilir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı saxlanmağından öncə tanımadığı şəxsdən 20 manata əldə etdiyini və və özünün istifadəsi üçün üzərində saxladığını qeyd edir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər ağ zərfə qoyularaq qablaşdırılır və zərfin üstü iştirakçıların imzaları ilə təsdiq olunur; “Maddi sübut kimi tanıma haqqında” 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.4-cü maddəsi tətbiq edilməklə1500 manat cərimə cəzasına məhkum olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 28 aprel 2021-ci il tarixli, 1299 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-506/2016 nömrəli, 27 dekabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hökm çıxarılan anadək tutulduğu və həbsdə saxlanıldığı ümumi 4 ay 08 gün müddət nəzərə alınmış və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1500 manat məbləğində cərimə cəzası saxlanılmışdır; Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3-2818 nömrəli, 10 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-in 69.4-cü maddəsi tətbiq edilərək həbsdə saxlanıldığı ümumi 04 (dörd) ay 08 (səkkiz) gün müddət nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasının saxlanılması haqqında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-506/2016 saylı, 27.12.2016-cı il tarixli hökmü, hökmün icrası barədə 16.01.2017-ci il tarixli göstərişi Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatına 24.02.2017-ci il tarixdə daxil olmuş və və müvafiq qaydada icraya yönəldilməklə məhkum şöbənin qeydiyyatına götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə ona təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzasının 700 (yeddi yüz) manat hissəsini ödəmiş, ödənilməmiş cərimə məbləği 800 (səkkiz yüz) manat təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,374 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Nərimanov rayon MKTB-nin 53 saylı MKİS tərəfindən verilmiş 17.05.2021-ci il tarixli xasiyyətnamə); İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (22-24 aprel 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-506/2016 nömrəli, 27 dekabr 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş cərimə cəzasının çəkilməmiş 800 manat hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə qəti cəza müəyyən edilməli (CM-67.1), cərimə cəzası müstəqil icra edilməli (CM-68.2), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-də məsul saxlanışa verilmiş narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomayadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir (CM-in 93.1.2). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-506/2016 nömrəli, 27 dekabr 2016-cı il tarixli hökmü ona təyin edilmiş cərimə cəzasının çəkilməmiş 800 manat hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilsin və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması və 800 (səkkiz yüz) manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-də məsul saxlanışa verilmiş və qalıq çəkisi 7,314 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 66,46 (altmış altı manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-262/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-262/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver