Məhkəmə qərarları › İş №1(005)-263/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-263/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-263/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxx 1994-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Zərdabi küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxx 1994-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu M.Ə.Sabir küçəsi ev 50-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində işlədikləri ünvan 1 ünvanında yerləşən “Expo” otelin dəhlizində olan qəbul şöbəsinin yerləşdiyi stolun siyirtməsindən Zərərçəkmiş şəxs məxsus “Ford Custom” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobilin açarını icazəsiz götürüb avtomobili həmin ünvanın qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qrupun üzvü Təqsirləndirilən şəxs1 sərxoş halda sükan arxasına keçib avtomobili idarə etməklə həmin gün saat 05:53 radələrində Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 2 ünvanının qarşısına düşən yol hissəsinə çatdıqda idarəetməni itirib hərəkət hissələrini bir-birindən ayıran beton səkiyə çırpılaraq Zərərçəkmiş şəxs ümumilikdə 3.375 manat məbləğində maddi ziyan vurmuşdur Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində işlədikləri ünvan 1 ünvanında yerləşən “Expo” otelin dəhlizində olan qəbul şöbəsinin yerləşdiyi stolun siyirtməsindən Zərərçəkmiş şəxs məxsus “Ford Custom” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobilin açarını icazəsiz götürüb avtomobili həmin ünvanın qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək sərxoş halda idarə edib həmin gün saat 05:50 radələrində Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 2 ünvanının qarşısına düşən yol hissəsinə çatdıqda idarəetməni itirib hərəkət hissələrini bir-birindən ayıran beton səkiyə çırpılaraq Zərərçəkmiş şəxs ümumilikdə 3.375 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 22 radələrində Fəridin doğum gününü qeyd etmək məqsədilə Fəridlə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan onun dostunun yaşadığı evə getmişlər. Belə ki, həmin evə tanışları ilə yeyib içdikdən sonra xx xxx 2020-ci il tarixdə saat 04 radələrində Fəridlə birlikdə həmin evdən çıxıb işlədikləri və qaldıqları otelə getmişlər. Həmin vaxt onlar sərxoş vəziyyətdə olmuşlar. Otelin qarşısında olan zaman otelə məxsus “Ford” markali **- TH-*** dövlət nömrə nişanlı avtomobili gördükdə Fərid ona həmin avtomobil ilə gəzməyi təklif etmişdir. Belə ki, otelə gələn xarici vətəndaşlar həmin avtomobil ilə ölkə turuna çıxırmışlar. Həmin avtomobilin mülkiyyətçisi isə Zərərçəkmiş şəxs olmuşdur. Otel fəaliyyətini dayandırdığına görə avtomobilin açarı da, qəbul şöbəsindəki siyirmənin içərisində olmuşdur. Sərxoş vəziyyətdə olduğundan o, Fəridin təklifini qəbul etmişdir. Fəridlə razılaşdıqdan sonra Fərid arxa tərəfdən otelə daxil olub, qəbul şöbəsində siyirmənin içərisində olan açarları götürmüşdür. Həmin vaxt o, avtomobilin yanında dayanıb Fəridi gözləmişdir. Fərid açarları götürdükdən sonra onun olduğu yerə gəlmiş və avtomobilin qapılarını açıb içərisində əyləşmişlər. Daha sonra Fərid mühərriki işə salıb avtomobili hərəkət etdirməyə başlamışdır. Məqsədləri Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində 1 dəfə dövrə edib geri qayıtmaq olmuşdur. Məhz buna görə də, dövrə edib Heydər Əliyev prospektində yerləşən tunelin altından geriyə dönmə hərəkəti həyata keçirərkən Fərid avtomobilin idarəetməsini itirmiş və nəticədə avtomobil yolun kənarındakı beton səkiyə çırpılmışdır. Avtomobildən düşdükdən sonra avtomobilin alt hissəsinin yararsız vəziyyətdə olduğunu görüb bu barədə otel rəhbərliyinə məlumat vermişlər. Bir az sonra avtomobilin sahibi Rövşən və yol- patrul xidmətinin əməkdaşları hadisənin baş verdiyi yerə gəlmişlər. Sonradan Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə dəvət olunan zaman Rövşənin şikayət etməsi ona məlum olmuşdur. Son olaraq əməlindən peşman olmasını, habelə Zərərçəkmiş şəxs oğluna dəymiş zərəri tam ödəmələrini, habelə zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 22 radələrində doğum gününü qeyd etmək məqsədilə Cavidlə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan dostunun yaşadığı evə getmişlər. Orada tanışları ilə yeyib içdikdən sonra xx xxx 2020-ci il tarixdə saat 04 radələrində Cavidlə birlikdə həmin evdən çıxıb işlədikləri və qaldıqları otelə getmişlər. Həmin vaxt onlar sərxoş vəziyyətdə olmuşlar. Otelin qarşısında olan zaman otelə məxsus “Ford” markalı avtomobili görüb Cavidə həmin avtomobil ilə gəzməyi təklif etmişdir. Belə ki, otelə gələn xarici vətəndaşlar həmin avtomobil ilə ölkə turuna çıxırmışlar. Həmin avtomobilin mülkiyyətçisi isə Zərərçəkmiş şəxs olmuşdur. Otel fəaliyyətini dayandırdığına görə avtomobilin açarı da, qəbul şöbəsindəki siyirmənin içərisində olmuşdur. Cavid onunla razılaşdıqdan sonra saat 04:30 radələrində o, arxa tərəfdən otelə daxil olub, qəbul şöbəsində siyirmənin içərisində olan açarları götürmüşdür. Bundan sonra avtomobilin qapılarını açıb içərisində əyləşmişlər. Daha sonra mühərriki işə salıb avtomobili hərəkət etdirməyə başlamışdır. Məqsədləri Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospektində 1 dəfə dövrə edib geri qayıtmaq olmuşdur. Məhz buna görə də, həmin gün saat 05:50 radələrində dövrə edib H.Əliyev prospektində yerləşən tunelin altından geriyə dönmə hərəkəti həyata keçirərkən idarəetməni itirmiş və nəticədə avtomobil yolun kənarındakı beton səkiyə çırpılmışdır. Avtomobildən düşdükdən sonra avtomobilin alt hissəsinin yararsız vəziyyətdə olduğunu görüb bu barədə otel rəhbərliyinə məlumat vermişdir. Bir az sonra avtomobilin sahibi Rövşən və yol-patrul xidmətinin əməkdaşları hadisənin baş verdiyi yerə gəlmişlər və o, onlara hadisənin hansı şəraitdə baş verməsini danışmışdır. Sonradan Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə dəvət olunan zaman Rövşənin şikayət etməsi ona məlum olmuşdur. Son olaraq əməlindən peşman olmasını, habelə Zərərçəkmiş şəxs oğluna dəymiş zərəri tam ödəmələrini, habelə zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, o, xx xxx 2020-ci il tarixdə ona məxsus “Ford Custom” markalı **-TK-*** dövlət nişanlı avtomobili ünvan 3 ünvanda yerləşən “Expo” otelin qarşısında saxlayıb, avtomobilin açarlarını otelin qəbul şöbəsində yerləşən siyirmənin içinə qoymuşdur. xx xxx 2020-ci il tarixdə saat 05:50 radələrində həmin oteldə xidmətçi işləyən Təqsirləndirilən şəxs1 onun mobil nömrəsinə zəng edərək, ona məxsus “Ford Custom” markalı **-TK-*** dövlət nişanlı avtomobil ilə Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Hadisə yerinə getdikdən sonra ona məlum olmuşdur ki, “Expo” oteldə xidmətçi işləyən Təqsirləndirilən şəxs1 və həmin oteldə qəlyançı işləyən Təqsirləndirilən şəxs2 qəbul şöbəsində olan siyirmədən ona məxsus “Ford Custom” markalı **-TK-*** dövlət nişanlı avtomobilin açarlarını ondan xəbərsiz götürərək, avtomobili Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospektində idarə etmiş, daha sonra həmin avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan həmin avtomobilə ziyan dəymişdir. O, hadisə yerinə getdikdən bir az sonra yol-patrul xidmətinin əməkdaşları da oraya gəlmişlər. O, Fərid və Caviddən avtomobili təmir etdirmək üçün ona pul vermələrini tələb etmişdir. Lakin, onlar pullarının olmadığını, daha sonra avtomobili təmir etdirəcəklərini demişlər. Belə olan halda o, DİN-in 102 xidmətinə zəng vuraraq Fərid və Cavidin ona məxsus avtomobili onun xəbəri olmadan qaçırtdıqlarını və həmin avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmələri barədə məlumat vermişdir. Bundan sonra Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə gedərək baş verənlər barədə ərizə və izahat yazmışdır. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə olunduğunu, ona dəymiş ziyanın ödənildiyini bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx xxx 2020-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 38-39) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx xxx 2020-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 65-66) Cinayət əməlinin tövsif edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsindən həmin məcəllənin 185.2.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunması qərara alınmışdır. (i.v. 77) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 81-82); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 93-94); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Vahid oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Şamxal Nəcəfovun xx.xx.2020ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini və həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 106-108; 110-112) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 113-115) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 116-118) Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin İŞ-nə təqdim etmiş olduğu notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Vahid oğlu tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. (i.v. 119) xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan “Ford Custom” markalı **-TK-*** dövlət nişanlı avtomobili təhvil almışdır. (i.v. 123) Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/1082 nömrəli xx xxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluq vəziyyəti aşkar edilmişdir. (i.v. 125) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Vahid oğlunun əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 128) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 129) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/2103 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Baku Auto” MMc tərəfindən verilmiş Qiymətləndirmə aktına əsasən Universal 8+1 yer, mühərrik həcmi 2198 sm3 2015-ci il buraxılışlı “Ford Custom” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təxminən 3375,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 2325,00 manat, təmir-bərpa işlərinin qiyməti - 1050,00 manat. (i.v. 145-149) Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 185.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunması, “Ford Custom” markalı **-TK-*** dövlət nişanlı avtomobilin cinayətin predmeti olduğundan maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınması və s. qərara alınmışdır. (i.v. 150-156) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (i.v. 169-170) Qətimkan tədbirinin təsdiq edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təsdiq edilmişdir. (i.v. 181-182) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Vahid oğlu AR CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (i.v. 183-184) Qətimkan tədbirinin təsdiq edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Vahid oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təsdiq edilmişdir. (i.v. 195-196) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə əsasən vtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu; 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində güstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir Eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun məhkəməyədək icraat dövründə tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “Ford Custom” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və eləcə də, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 8 saata görə 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı, 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı, 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut “Ford Custom” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 8 saata görə 48 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar