Məhkəmə qərarları › İş №1(005)-263/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-263/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-263/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi «A.İ.M» Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – X8 iştirakları ilə, xx.xx.2002-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” ünvansız evdə yaşayan, barəsində xx.xx.2023-cü il tarixdən “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X11 09 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində mülki etibarnamə əsasında sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2101 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə üzü Baksol yolu istiqamətində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərini və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə sürücülük vəsiqəsi olmadan idarə edərək, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlərinə riayət etməli olduğu halda, qanunun bu tələblərinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/97 ünvanında yerləşən “FAB” mağazasının qarşısında hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sol bud sümüyünün orta üçdə birinin qapalı yerdəyişmiş sınığı (osteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ diz oynağının dayaq funksiyasının pozulması ilə müşayiət olunan ön çarpaz və lateral kallateral bağlarının travmatik qopması (yan lateral bağlarının tikilməsi, cərrahi əməliyyatından sonrakı vəziyyəti), sol baldırın əzilmiş yarası ilə nəticələnən ümumi əmək qabiliyyətinin 1/3-dən çox olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. X1 törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş X5 Mehman oğlu elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Vaz-2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında əldə etmişdir. Onun sürücülük vəsiqəsi olmasa da, “Vaz-2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 09 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Vaz-2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü Baksol yolu istiqamətində saatda 60-70 km/saat sürətlə hərəkət etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/97 ünvanında yerləşən “FAB” mağazasının qarşısına çatan zaman adını sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin hərəkətdə olduğu yolun sağ tərəfindən sol tərəfinə doğru asta yerişlə hərəkət edərək yolu keçmək istədiyini görmüşdür. Təxminən 3 metr yola tərəf çıxan piyadanı vurmamaq üçün o, tez əyləci sıxıb sükanı sola tərəfə çəksə də, idarə etdiyi “Vaz-2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən piyadanın çiyin hissəsi avtomobilin sağ tərəfindən alın şüşəsinə dəyərək yerə düşmüşdür. O, tez avtomobildən düşüb Əlihüseynə yaxınlaşıb səhhəti ilə maraqlanmış, X19 xidmətinin 103 zəng mərkəzinə zəng vuraraq həkim briqadası çağırmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və X19 avtomobili gəlmişdir. O, hadisə yerinə gəlmiş polis əməkdaşlarına hadisə barədə məlumat vermiş və X15 Yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Sonra xəstəxanaya gedib Əlihüseynin səhhəti ilə maraqlanan zaman ona məlum olmuşdur ki, sonuncu almış olduğu xəsarətə görə əməliyyat olunmuşdur. O, zərərçəkmiş şəxsin xəstəxana xərclərini ödəmişdir və zərərçəkmiş şəxslə barışmışdır. Törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə belə bir cinayət əməlini törətməsini, X14nin iştirakçısı olmasını Qarabağ qazisi və İİ qrup əlil olmasını, müxtəlif medallarla təltif olunmasını, zərərçəkmiş şəxslə barışmasını, ailənin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barəsində Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmiş, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını notarial qaydada təsdiq edilmiş ərizə ilə bildirmişdir. Zərərçəkmiş şəxsin ibditai istintaqda verdiyi ifadəsi elan edilmdir. O bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. “Prestij Group” şirkətində işləmiş və onun işi sifariş əsasında hazırlanmış dəvətnamələri restoran və şadlıq evlərinə paylamadan ibarətdir. 09 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində 218 saylı sərnişin avtobusuna minərək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/97 ünvanında yerləşən “FAB” mağazasının qarşısında yerləşən dayanacaqda avtobusdan düşmüşdür. O, “Çingiz Xan” adlı restorandan verilmiş dəvətnamə sifarişini təhvil vermək üçün həmin restorana getməli olmuşdur. Buna görə də, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/97 ünvanında yerləşən “FAB” mağazasının qarşısından yolun sağ tərəfindən sol tərəfinə doğru asta yerişlə hərəkət edərək keçmək istəmişdir. O, yola daxil olan zaman anidən sol tərəfdən hərəkətdə olan “Vaz-2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə onun sol nahiyəsindən vurmuş və zərbənin təsirindən o, avtomobilin sağ tərəfindən alın şüşəsinə dəyərək yerə düşmüşdür. Bundan sonra “Vaz-2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Anar Hüseynzadə avtomobildən düşərək ona yaxınlaşıb səhhəti ilə maraqlanmış və onun xəsarət aldığını görüb X19 xidmətinin 103 zəng mərkəzinə zəng vuraraq həkim briqadası çağırmışdır. Hadisə yerinə X19 avtomobili gələrək onu X18 aparmışlar. Xəstəxanada həkimlər tərəfində müayinə olunan zaman sol bud sümüyünün sınması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 oktyabr 2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bündayov prospektində “FAB” mağazasının qarşısında piyadanın vurulması nəticəsində baş vermişdir. Yolun işlək hissəsi üfiqi, örtüyün növü asfalt, yol örtüyünün hər iki istiqamət üçün eni 8 metr, işlək hissəsinin eni 8 metr, ehtiyyat hissəsinin səki hissəsinin eni 0,40 metr, hərəkət zolaqlarının sayı 2-dir.Yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri yoxdur. Hadisə yeri baxış zamanı işıqlandırılır, şəhər elektrik nişanları ilə, sürücünün yerindən faraların işıqlarını görmə vəziyyəti uzaqdan 100 metr, yaxın işıqda 50 metrdir. Hadisə yerində şin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/33954 nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 Mehman oğlu hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X12 X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1196 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxsTofiq oğlunda aşkar edilmiş xəsarətlər-sol budun sümüyünün orta üçdə birinin qapalı yerdəyişmiş sınığı (osteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət), sağ çarpaz və lateral kallateral bağlarının travmatik qopması (yan lateral bağlarının tikilməsi, cərrahi əməliyyatından sonrakı vəziyyət), sol baldırın əzilmiş yarası-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022ci il tarixli, 8/3356 nömrəli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 2101 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarışını almağa texniki imkanı olmuşdur. X4 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü A.M.Hüseynzadə avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onunhərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 427 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs X9 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X9 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs X11 ictimai təhlükəli əməl törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də A.M.Hüseynzadə ona ittiham oluna əməl barəsində anlaqlı hesab edilməlidir. X8 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və ona tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X12 X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 06/1196 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərsol budun sümüyünün orta üçdə birinin qapalı yerdəyişmiş sınığı (osteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət), sağ diz oynağının dayaq funksiyasının pozulması ilə müşayiət olunan ön çarpaz və lateral bağlarının travmatik qopması (yan lateral bağlarının tikilməsi, cərrahi əməliyyatından sonrakı vəziyyət), sol baldırın əzilmiş yarası-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X2 vəsiqəsi verilməmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2023cü il tarixli qərardan aydın olur ki, X8 idarə etdiyi “Vaz 2101 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi” haqqında 15 aprel 2023-cü il tarixli qərarından görünür ki, X11 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, X11 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSSİ Əməliyyat-sorğu katrotekasında heç bir məlumat yoxudur. Məhkəmədə tədqiq edilən X11 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli “Vətən Müharibəsi iştirakçı” adlı İ-34147 nömrəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli “Cəsur döyüşçü” adlı İ-3093 nömrəli, “Suqovşanın azad olunması” adlı İ-9402 nömrəli medallar ilə təltif olunmuşdur. Məhkəmədə tədqiq edilən X11 ilə bağlı elektron çıxarışdan aydın olur ki, X11 ikinci dərəcə əlildir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Vaz 2101 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili X11 etibarnamə əsasında idarə edir. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsində görünür ki, o, təqsirləndirilən şəxs X10 qarşı heç bir şikayət və tələbi yoxdur. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı X1 ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3356 nömrəli rəyi və digər zəruri sənədlərindən aydın olur ki, X1 yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehtiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, X1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən X1 müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə X5 Mehman oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. X1 məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkənin şəxslə barışıq əldə etməsini, X14 iştirakçısı olunmasını, ikinci qrup sağlamlıq imkanı məhdud şəxs olmasını, müxtəlif medallarla təltif olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə X5 Mehman oğlu ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən X11 tərəfindən törədilən CM-nin 263- 1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. Bu cinayətin törədilməsi nəticəsində də zərərçəkmiş şəxsə ehtiyatsızlıqdan ağır bədən xəsarəti yetirilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Beləliklə Məhkəmə hesab edir ki, X5 Mehman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq, X8 əməlindən səmimi peşiman olmasını, işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməməsini, gənc olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, X14 iştirakçısı olmasını, ikinci qrup əlil olmasını, “Vətən Müharibəsi iştirakçı”, “Cəsur döyüşçü” və “Suqovşanın azad olunması” adlı medallarla təltif olunmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, X11 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərti məhkum edilmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, X10 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti müəyyən edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat X6 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut – X8 idarə etdiyi “Vaz 2101 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktub cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X1 məhkəmə istintaq müddətində hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. X10 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs X10 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Sınaq müddəti ərzində X8 davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə rayon (şəhər) İcra və Probasiya Şöbəsinə tapşırılsın. X8 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. X11 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –“Vaz 2101 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və iş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktub cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat X6 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən istintaq müddətində X1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar