Məhkəmə qərarları › İş №1(005)-264/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-264/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-264/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmuş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2assivində yerləşən fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə verilən ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 228.1, 228.4 və 310-cu maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən, Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2016-cı il tarixli qərarı ilə 10 il, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin isə 21 dekabr 2017-ci il tarixli qərarı ilə 06 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanıldıqdan və 27 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və götürülmədən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 0,587 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd bükümdə ayrılıqda çəkiləri 0,517 qram, 0,535 qram, 0,541 qram, 0,547 qram və 0,601 qram olmaqla ümumilikdə 2.741 qram çəkidə narkotik vasitə tiryəki əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq ünvan 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2022-ci il tarixdə saat 15:45-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və həmin tarixdə saat 17:00-dan üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetaminin izləri olan üzərində “Kent 1” sözləri qeyd edilmiş siqaret qutusundan satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə 0,587 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə ayrılıqda çəkiləri 0,517 qram, 0,535 qram, 0,541 qram, 0,547 qram və 0,601 qram olmaqla ümumilikdə 2,741 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə tiryək və bəzən isə psixotrop maddə metamfetamin istifadə edir. Şəkər xəstəsi olduğu üçün narkotik vasitə tiryəki tez-tez, psixotrop maddə metamfetamini isə bəzən tiryəklə birlikdə istifadə edir. Narkotik vasitə tiryəki və psixotrop maddə metamfetamini əsasən tanımadığı şəxslərdən əldə etmişdir. Əsasən şəxsi istifadəsi üçün 0,5 qram narkotik vasitə tiryək və 0,5 qram psixotrop maddə metamfetamin alırdı. Həmin tiryək üçün 20-25 manat, metamfetamin üçün isə 25-30 manat pul verirdi. Üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəyə bənzər maddələri 06 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Güvən" xəstəxanasının yaxınlığından tapmışdır. Şəxsi işləri ilə əlaqədar “Güvən” xəstəxanasının yaxınlığına getmişdir. Bu zaman xəstəxananın yaxınlığında bir ədəd “Kent 1” markalı siqaret qutusunun olduğunu görmüşdür. Qutunun ağzı açıq olmuş və içərisində siqaretin olduğunu gördüyü üçün qutunu götürmüşdür. Qutunun içərisinə baxdıqda qutunun içərisində bir ədəd qırmızı rəngli sellofan büküm, bir ədəd şəffaf sellofan büküm və bir ədəd siqaret olmasını görmüşdür Həmin bükümlərin içərisinə baxmış və bir ədəd qırmızı rəngli sellofan bükümün içərisində beş ədəd narkotik vasitə tiryəkin, bir ədəd şəffaf sellofan bükümün içərisinə baxdıqda isə orada psixotrop maddə metamfetaminin olduğunu görmüşdür. Bundan əlavə qutuda bir ədəd qırılmış vəziyyətdə siqaret olmuşdur. Bundan sonra həmin qutunu cibinə qoyaraq oradan uzaqlaşmışdır. 06 yanvar 2022-ci il tarixdə saat 15 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra həmin şəxslər onun anket məlumatlarını dəqiqləşdirmiş və onlara özü barədə məlumatları bildirmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli pencəyin sağ iç cibindən bir ədəd "SQ 90" markalı, bir ədəd “İphone 7" markalı, bir ədəd “Nokia 1202” markalı mobil telefonları, ümumilikdə üç ədəd mobil telefonları, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən isə bir ədəd “Kent 1” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra mobil telefonlara vizual baxış keçirilmiş və həmin mobil telefonların özünə məxsus olduğunu qeyd etmişdir. Daha sonra üzərindən aşkar edilmiş bir ədəd "Kent 1" markalı siqaret qutusunun içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin siqaret qutusunun içərisindən bir ədəd qırmızı rəngli sellofan büküm, bir ədəd şəffaf sellofan büküm və bir ədəd qırılmış siqaret aşkar edilmişdir. Siqaret qutusunun içərisindən çıxmış bir ədəd qırmızı rəngli sellofan büküm açılaraq baxış keçirilən zaman oradan beş ədəd narkotik vasitə tiryək, bir ədəd şəffaf sellofan bükümə baxış zamanı isə orada psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı üzərindən çıxan maddələrin tiryək və adını tam xatırlamadığı narkotik olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş tütün məmulatına bənzər qırılmış maddənin isə siqaret olduğunu qeyd etmişdir. Daha sonra bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəyə bənzər maddələri bu gün saat 10 radələrində Bakı şəhərində yerləşən “Güvən" xəstəxanasının yaxınlığından tapmış, narkotik vasitələrdən ağrılarının olduğuna görə istifadə edir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək prosesdə iştirak edən hər bir şəxs tərəfindən imzalanmışdır. Səhhətində ciddi problemlər olduğu üçün həmin narkotik vasitə və psixotrop maddədən istifadə edirdi, lakin ailə üzvləri onun narkotik vasitə istifadə etməsindən xəbərləri olmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Qeyd edilən məlumat raportla Baş İdarə rəisinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupu yaradılmışdır. O, qrupun rəhbəri təyin edilmişdir. Şahid2 və Şahid3 isə qrupun üzvləri təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olması qeyd edilmişdir. 06 yanvar 2022-ci il tarixdə saat 15 radələrində qeyd edilən ünvana yollanmışlar. Həmin ünvana çatdıqda bir nəfər xarici görünüşcə Təqsirləndirilən şəxs bənzəyən şəxsin olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gəldiklərini bildirmişlər. Öncə Təqsirləndirilən şəxs anket məlumatlarını soruşmuş və o, anket məlumatlarını bildirdikdən sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaqda və daşımaqda şübhəli olduğu bildirib onu barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbrilərinin keçirilməsi barədə qərar"-la tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmiş və ona təqdim edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 06 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Baş İdarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş və barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyin sağ iç cibindən bir ədəd “SQ 90” markalı, bir ədəd “İphone 7” markalı, bir ədəd “Nokia 1202” markalı mobil telefonları, ümumilikdə üç ədəd mobil telefonları, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən isə bir ədəd "Kent 1” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra mobil telefonlara vizual baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin mobil telefonların özünə məxsus olduğunu qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd “Kent 1” markalı siqaret qutusunun içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin siqaret qutusunun içərisindən bir ədəd qırmızı rəngli sellofan büküm, bir ədəd şəffaf sellofan büküm və bir ədəd qırılmış tütün məmulatına oxşar maddə aşkar edilmişdir. Siqaret qutusunun içərisindən çıxmış bir ədəd qırmızı rəngli sellofan büküm açılaraq baxış keçirilən zaman oradan beş ədəd qara rəngli, spesifik iyə malik, bərk, narkotik vasitə tiryəkə oxşar maddələr, bir ədəd şəffaf sellofan bükümə baxış zamanı isə orada kristal şəkilli, ağ rəngli, spesifik iyə malik, psixotrop maddə metamfetaminə oxşar maddənin olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan maddələrin tiryək və adını tam xatırlamadığı narkotik olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş tütün məmulatına bənzər qırılmış maddənin isə siqaret olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəyə bənzər maddələri bu gün saat 10 radələrində Bakı şəhərində yerləşən “Güvən" xəstəxanasının yaxınlığından tapdığını, narkotik vasitələrdən ağrıları olduğuna görə istifadə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd “SQ 90" markalı, bir ədəd “İphone 7" markalı, bir ədəd “Nokia 1202" markalı mobil telefonların maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq şahidlər həmçinin bildirdirmişlər ki, saxlanılarkən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin məlumat daxil olsa da, sonradan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin satılmasını təsdiq edən sübutlar əldə etmək mümkün olmamış, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2022-ci il tarixdə saat 15:45-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 17:00-dan keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyin sağ iç cibindən 01 ədəd “SQ 90” markalı, 01 ədəd “İphone 7” markalı, 01 ədəd “Nokia 1202” markalı mobil telefonları, ümumilikdə 03 ədəd mobil telefonları, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən isə 01 ədəd “Kent 1” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoydu. Daha sonra mobil telefonlara vizual baxış keçirildi və Təqsirləndirilən şəxs həmin mobil telefonların özünə məxsus olduğunu qeyd etdi. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd “Kent 1” markalı siqaret qutusunun içərisinə baxış keçirildi. Baxış zamanı həmin siqaret qutusunun içərisindən 01 ədəd qırmızı rəngli sellofan büküm, 01 ədəd şəffaf sellofan büküm və 01 ədəd qırılmış tütün məmulatına oxşar maddə aşkar edildi. Siqaret qutusunun içərisindən çıxmış 01 ədəd qırmızı rəngli sellofan büküm açılaraq baxış keçirilən zaman oradan 05 ədəd qara rəngli, spesifik iyə malik, bərk, narkotik vasitə tiryəkə oxşar maddələr, 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı isə orada kristal şəkilli, ağ rəngli, spesifik iyə malik, psixotrop maddə metamfetaminə oxşar maddənin olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan maddələrin tiryək və adını tam xatırlamadığı narkotik olmasını bildirdi. Üzərindən aşkar edilmiş tütün məmulatına bənzər qırılmış maddənin isə siqaret olduğunu qeyd etdi. Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəyə bənzər maddələri bu gün, yəni 06.01.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərində yerləşən “Güvən” xəstəxanasının yaxınlığından tapmış, narkotik vasitələrdən ağrılarının olduğuna görə özü istifadə etmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 07 yanvar 2022-ci il tarixli 7/11 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişdir” yazılar və imzalar olan zərfdə bir ədəd polietilen paketda 2 hissəyə bölünmüş üzərində “Kent” sözü yazılmış 1 ədəd siqaretin içərisində təmiz çəkisi-0,268 qram bitki mənşəli kütlə tütündür. Onun tərkibində narkotik vasitə hissəcikləri yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 66, 46 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli 6/60 nömrəli rəyindən görünür ki, "Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə beş ədəd ayrı-ayrılıqda təmiz çəkisi 0,517 qram, 0,535 qram, 0,541 qram, 0,547 qram, 0,601 qram ümumi təmiz çəkisi 2,741 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,587 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Bir ədəd siqaret qutusunda psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və bir ədəd bükümdə olan metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi - 2,741 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 2,541 qram. Metamfetaminin təmiz çəkisi - 0.587 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq-0,537 qram. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.01.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.07.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.10.2013-cü ildə Sumqayıt Şəhər Məhkəməsinin 16.09.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 228.1, 228.4, 310. 66.3, 67.1-cü maddələri ilə qəti olaraq11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.07.2016-cı tarixli qərarı ilə cəzası 10 ilə endirilmişdir. Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək Cinayət Məcəlləsinin 228.1, 228.4, 310,67.1-ci maddələrinə əsasən qəti olaraq 6 il 1 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 10.01.2022-ci il tarixli 007- 182-1222 nömrəli əməliyyat tapşırığına verilmiş 30.01.2022-ci il tarixli 007-214-1222 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə tiryəki və psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə etməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zaman Təqsirləndirilən şəxs məxsus ***-***- **-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-dən götürülmüş ***-***-**-** saylı mobil telefon nömrəsi və istifadəsində olmuş "xxxx" MMC-dən götürülmüş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrələrindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 fevral 2022-ci il tarixli 908 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryəkdən və psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd içərisində psixotrop maddə metamfetaminin izləri olan üzərində “Kent 1” sözləri qeyd edilmiş siqaret qutusu, qalıq çəkisi 2,541 qram qalmış narkotik vasitə tiryək və qalıq çəkisi 0,537 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMl-nin maddi sübutları saxlama kamerasına təhvil verilsmişdir. Şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin məhz satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edərək məhz satış məqsədi ilə saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan 0,587 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd bükümdə ayrılıqda çəkiləri 0,517 qram, 0,535 qram, 0,541 qram, 0,547 qram və 0,601 qram olmaqla ümumilikdə 2.741 qram çəkidə narkotik vasitə tiryəki ayrı ayrı bükümlərdə olsa da, sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə ilə ötürülən məlumatlara baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halın aşkar olunmaması müəyyən edilmişdir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməkdaşları belə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı onun tərəfindən narkotik vasitələrin və ya psixotrop maddələrin satışını təsdiq edən sübutlar əldə etmədiklərini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilən şəxsi axtarış zamanı, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərində daşıdığı narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 fevral 2022-ci il tarixli 908 nömrəli rəyi ilə də müayinə zamanı Təqsirləndirilən şəxs tiryəkdən və psixotrop maddə olanmetamfetamindən istifadə etmə halları olması öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan əməliyyat tapşırığına verilmiş 30.01.2022-ci il tarixli cavab məktubunda əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə tiryəki və psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə etməsi göstərilsə də, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli Qərarının 17-ci bəndindən görünür ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol verilmir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ümumi çəkisi 0,587 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd bükümdə ayrılıqda çəkiləri 0,517 qram, 0,535 qram, 0,541 qram, 0,547 qram və 0,601 qram olmaqla ümumilikdə 2.741 qram çəkidə narkotik vasitə tiryəkin satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs üzərində daşıdığı narkotik vasitələri satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitələri əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmə mümkün hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə 0,587 qram çəkidə psixotrop maddə metamfetamini və bir ədəd bükümdə ayrılıqda çəkiləri 0,517 qram, 0,535 qram, 0,541 qram, 0,547 qram və 0,601 qram olmaqla ümumilikdə 2.741 qram çəkidə narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 19-cu qrafasına əsasən narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram, İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini təmiz çəkisi 0,587 qram çəkidə və narkotik vasitə tiryəkin təmiz çəkisi 2.741 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti, yəni narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etməsi və bu əməlindən peşman olmasını, qardaşı X1 1992-ci ildə 1-ci Qarabag döyüşlərində şəhid olmasını; Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır; CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən CM-in 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. CM-in 83-cü maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2016-ci il tarixli hökmü və sonradan Xəzər Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilərək əməlinin tövsifi və cəzası dəyişdirilərək Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 228.1, 228.4, 310-ci maddələri ilə, həmçinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.07.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarına münasibətdə Təqsirləndirilən şəxs məhkumluqları hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.07.2009-cu il tarixli hökmü ilə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə yenidən qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2016-cı il tarixli hökmü). Həmçinin, Təqsirləndirilən şəxs sonuncu hökmlə ona qəti olaraq hökmlərin məcmusu ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından sonu ilə 27.02.2021-ci il tarixdə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini 06 yanvar 2022-ci tarixdə törətmişdir və həmin əməli törədərkən onun Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31.07.2009-cu il tarixli hökmü və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2016-cı il tarixli hökmü ilə məhkum olunduğu cinayət əməllərinə nisbətdə məhkumluqları ödənilməmişdir (CM-in 83.3-cü maddəsi). Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, həmçinin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və CM-in 65.1-ci maddəsində sadalanan hallar, həmçinin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitələrin qalıq çəkisi məhv və bir ədəd içərisində psixotrop maddə metamfetaminin izləri olan üzərində “Kent 1” sözləri qeyd edilmiş siqaret qutusu məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil X4 oglu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil X4 ogluna məhkəmədə iştirak etdiyi 14 iş saatı üçün cəmi 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - DİN BCMCİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş bir ədəd üzərində “Kent 1” sözləri qeyd edilmiş siqaret qutusu, qalıq çəkisi 2,541 qram qalmış narkotik vasitə tiryək və qalıq çəkisi 0,537 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 131,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 14 (on dörd) iş saatı üçün cəmi 84 (səksən dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar