Məhkəmə qərarları › İş №1(005)-264/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-264/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-264/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsinlər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 2000-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində 05 fevral 2023-cü il tarixdən “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə saat 06:30 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən “X4” adlı telefon mağazasının qapısının kilidini dəmir parçası ilə sındırıb qapını açmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan 01 ədəd 45 manat dəyərində mobil telefon üçün səs gücləndirici cihazı, hər biri 45 manat olmaqla 135 manat dəyərində 03 ədəd “Airpods Pro” markalı mobil telefon qulaqcığını, hər biri 35 manat olan olmaqla 105 manat dəyərində 03 ədəd “Apple” markalı mobil telefon üçün nəzərdə tutulmuş ağıllı saatı, 01 ədəd 120 manat dəyərində “İphone 6” markalı mobil telefonu, 01 ədəd 250 manat dəyərində “Samsung A12” markalı mobil telefonu, 01 ədəd 150 manat dəyərində “Samsung A3 2017” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 805 (səkkiz yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə saat 07:10-da Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən “Galen” adlı 24 saat fəaliyyət göstərən aptekə müştəri kimi daxil olaraq aptekdə işləyən satıcının yerində olmadığından və kassa hissəsini nəzarətsiz qalmasından istifadə edərək, aptekdə olan vitrinin arxa hissəsinə keçərək satış üçün nəzərdə tutulmuş hissəyə yaxınlaşaraq nəzarətsiz qalmış saxlanc yeri hesab edilən kassaya qanunsuz daxil olmaqla 850 (səkkiz yüz əlli) manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işinə əlavə edilmiş video görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmədiyindən maddi vəziyyəti yaxşı deyil, anası xəstə olduğundan ona pul ehtiyacı olmuşdur. Bu məqsədlə 05 yanvar 2023-cü il tarixdə saat 06:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən “X4” adlı mağazanın olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. O, özü ilə götürmüş olduğu dəmir parçası ilə mağazanın giriş qapısının kilidini sındırıb qapını açaraq içəri daxil olmuşdur. Həmin vaxt o, oradan 01 ədəd mobil telefon səs gücləndirici cihazı, bir ədəd “Airpods Pro” markalı mobil telefon qulaqcığını və bir ədəd “Appel” markalı mobil telefon üçün nəzərdə tutulmuş ağıllı saatını oğurlayaraq əynində olan gödəkcəsinin iç hissəsinə yığaraq mağazanı tək etmişdir. O, həmin mobil telefon mağazasından çıxdıqdan sonra yəni, 05 yanvar 2023-cü il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında olduğu zaman həmin ünvanda yerləşən “Galen” adlı 24 saat işləyən aptekə dərman almaq məqsədi ilə daxil olmuşdur. Həmin vaxt o, aptekdə heç kimin olmadığını görmüşdür. Buna əmin olmaq üçün aptekin içərisində bir qədər gözləyərək ətrafa boylanmış və aptekdə heç kimin olmadığına əmin olduqdan sonra aptekdə olan vitrinin arxa hissəsinə keçərək kassa aparatını sakit şəkildə açaraq içərisində olan 650 manat məbləğində pulu götürmüşdür. “X4” adlı mağazasından oğurladığı mobil telefon aksesuarlarını satmaq niyyəti olsa da, həmin əşyaları itirdiyi üçün sata bilməmişdir. O, həmin gün Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ərazisində çöldə parkda gecələdiyi vaxt telefon mağazasından oğurladığı əşyaların qoyduğu yerdə olmadığını aşkar etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən “X4” adlı mağazadan 01 ədəd mobil telefon səs gücləndirici cihazı, bir ədəd “Airpods Pro” markalı mobil telefon qulaqcığını və bir ədəd “Appel” markalı mobil telefon üçün nəzərdə tutulmuş ağıllı saatı oğurlamışdır. Mağazadan heç bir mobil telefon oğurlamadığını, “Galen” adlı aptekdən isə 850 manat yox, 650 manat pul oğurladığını qeyd etmişdir. Əməlindən peşman olduğunu bildirərək, anasının xəstə olması və dərman preparatlarına ehtiyacı olduğu üçün maddi vəziyyəti kifayət qədər yetərli olmaması səbəbilə törətmiş hal-hazırda isə anasının vəfat etdiyini və onun qəbrini ziyarət edə bilməsi üçün yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, İbrahimhacılı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi 23/19, mənzil 189 ünvanında ailə üzvlərimlə birlikdə yaşayır. 2017-ci il tarixdən aptek sahəsində fəaliyyət göstərmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən “Galen” adlı apteki icarəyə götürüb işlədir. Aptek 24 saat fəaliyyət göstərmiş və gecə növbəsində aptekdə satıcı kimi Şahid1 işləmişdir. O, hər gün işlətdiyi aptekə gedərək növbələr təhvil verilən zaman kassada olan pulları təhvil almışdır. 05 yanvar 2023-cü il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən “Galen” adlı aptekə işə getmişdir. Həmin vaxt o, aptekin kassasına nəzər yetirdikdə orda pul olmadığını aşkar etmişdir. Buna görə də həmin gün yəni, 04 yanvar 2023-cü il tarixdə saat 22:00-dan 05 yanvar saat 08:00 radələrinədək növbədə olmuş Xaliddən soruşduqda sonuncu pulları kassada olduğunu bildirmişdir. O, nə baş verdiyini öyrənmək üçün Xalidlə birlikdə aptekdə olan müşahidə kamerasının görüntülərinə baxan zaman 05 yanvar 2023-cü il tarixdə, saat 07:10 radələrində bir nəfər kişi cinsindən olan cavan oğlanın müştəri kimi aptekə daxil olması və həmin şəxsin aptekin nəzarətsiz olmasından istifadə edərək satış üçün nəzərdə tutulmuş kassaya yaxınlaşaraq orda olan 850 manat pulu götürüb aptekdən çıxaraq getməsini aşkar etmişdir. Bundan sonra dərhal polis əməkdaşlarına zəng vuraraq bu barədə məlumat vermişdir. və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirərək hadisə ilə bağlı onun ərizəsini almışlar. İşlətdiyi “Galen” adlı aptekdən puldan başqa heç nə oğurlamamışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 850 (səkkiz yüz əli) manat maddi ziyan dəymişdir. Son olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxs tərərfindən ona dəyimiş maddi ziyan ödənilməsə də onunla barışmış və ona qarşı hər hansısa bir tələbi yoxdur, gələcəkdə də olmaycaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən “X4” adlı mobil mağazasını icarə əsasında işlətmişdir. 05 yanvar 2023-cü il tarixdə, saat 09:00 radələrində işə gedən zaman işlətdiyi mağazanın yaxınlığındakı mobil telefon mağazasında işləyən Emil adlı şəxs ona zəng vuraraq mağazanın açıq olduğunu bildirmişdir. O, da bu səbəbdən dərhal mağazaya getmiş və həmin vaxt mağazanın qapısının sındırılaraq qapısının açıldığını görmüşdür. O, tez mağazaya daxil olaraq içəri göz gəzdirən zaman oradan 01 ədəd 45 manat dəyərində mobil telefon üçün olan səs gücləndirici cihazın, 03 ədəd hər birinin dəyəri 45 manat olan “Airpods Pro” markalı mobil telefon qulaqcığının, 03 ədəd hər birinin dəyəri 35 manat olan “Appel” markalı mobil telefon üçün nəzərdə tutulmuş ağıllı saatın, 01 ədəd 120 manat dəyərində “İphone 6” markalı mobil telefonun, 01 ədəd 250 manat dəyərində “Samsung A12” markalı mobil telefonun, 01 ədəd 150 manat dəyərində “Samsung A3 2017” markalı mobil telefonların oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 805 manat maddi ziyan dəymişdir. Son olaraq o, bildirmişdir ki, təqsirləndiirlən şəxslə barışmış və ona qarşı hər hansısa bir tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ünvan 6 üzvlərimlə birlikdə yaşayır. O, 2022-ci il tarixdən mobil telefonların satışı sahəsində fəaliyyət göstərməyə başlamışdır. Bu işə yeni başladığı üçün tanışlarının yanında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən “Telekom Servis” adlı telefon mağazasında hal-hazırda usta kimi işləmişdir. 05 yanvar 2023-cü il tarixdə saat 09:00 radələrində işlədiyi telefon mağazasına gedən zaman iş yerinin qonşuluğunda olan “X4” adlı mobil mağazasının qapısının açıq olduğunu görmüşdür. Buna görə də, mağazaya yaxınlaşaraq içəri baxdığı zaman mağazanın qismən dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin mağazanı əmisi oğlu Zərərçəkmiş şəxs2 işlətmişdir. Buna görə də, o, əmisi oğlu Rəşada zəng vuraraq sonuncuya mağazanın qapısının açıq olduğunu və içərinin bir qədər dağınıq olması barədə məlumat vermişdir. Rəşad da ona mağazada olmadığını, yaşadığı ünvanda olduğunu bildirib içəri heç kimin daxil olmaması üçün orda gözləməyini xahiş etmişdir. O da mağazanın qarşısında dayanaraq Rəşadın gələnə kimi mağazaya nəzarət etmişdir. Zərərçəkmiş şəxs2 təxminən bir saatdan sonra mağazaya gəlmiş və mağazaya göz gəzdirdikdən sonra işlətdiyi mağazada oğurluq olduğunu bildirmişdir. Mağazanın qapısına baxdığı zaman qapının sındırılması ilə mağazaya daxil olunduğunu aşkar etmişlər. Bir qədər sonra Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər və orada Rəşad hadisə barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq iş üzrə digər Şahid1 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 işlədiyi Nərmanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən “Galen” aptekdə oğurluq olması barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Rzazadə X2 rayonu, Atatürk prospekti 47 ünvanda yerləşən “X4” mağazasında oğurluq olması barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat vermişdir Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan, foto cədvəllərdən və DVD diskdən görünür ki, hadisə Nərimanov rayon, Atatürk prospekti 31 ünvanında yerləşən apektin içərisində, xx.xx.2023-cü il tarixdə bir nəfər şəxsin müştəri qismində aptekin satış rəfinin arxasına keçib pul əksinaslarının götürərək ordan getməsi ilə baş vermişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan, foto cədvəllərdən görünür ki, hadisə Nərimanov rayon, Atatürk prospekt 47 ünvanında yerləşən telefon aksesuarları olan mağazanın içərisində baş vermişdir. Məhkəmədə təqiq edilən “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qəradan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2023cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerlşən Galen adlı aptekdə baş vermiş oğurluq hadisəsini əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 805 manat, həmçinin digər zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 850 manat müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli biliərək həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 171/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 ay müddətində həbs qətimkan tədiri seçilmişdir. Həbsetmənin əvvəli 05 fevral 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəlllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il, 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-96/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(005)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 08 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(005)-1065/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 05 (beş) ay, 02 (iki) gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 15 saylı Cəzaçəkmə müəssisəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti 15 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansısa bir tələbi yoxdur, gələcəkdə də olmaycaqdır. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansısa bir tələbi yoxdur, gələcəkdə də olmaycaqdır. Məhkəmədə tədqiq edilən elektron informasiya sistemindən əldə edilmiş ölüm haqqında şəhatənamə ilə bağlı çıxarışdan görünür ki, təqsirləndirlən şəxsin anas X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı hər hansısa bir şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-96/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətmiş cinayət əməlinə görə barəsində dəfələrlə azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində zərərəçəkimiş şəxslərə vurmuş olduğu maddi ziyanın məbləği ilə razılaşmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəninin özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, məhkəmədə tədqiq edilmiş video görüntü, eləcə də məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan 05 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerlşən Galen adlı aptekdə baş vermiş oğurluq hadisəsini əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Femida»Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Femida»Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Arbitrium Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 fevral 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerlşən Galen adlı aptekdə baş vermiş oğurluq hadisəsini əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılması nəzərə nəzərə alınsın. «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar