Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-266/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 20:25 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus, idarə etdiyi “Minsk” markalı mopedlə Nərimanov rayonu, N.Quliyev küçəsi istiqamətindən Əhməd Ağaoğlu küçəsinə tərəf sağ hərəkət zolağı ilə saatda təxminən 55-60 km sürətlə hərəkətdə olan zaman yolun Xətai prospekti 9 ünvanında yerləşən “Yaşıl Bazar”ın qarşısında olan hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməyərək idarə etdiyi mopedin ön hissəsi ilə avtomobil yolunu soldan sağa keçmək istəyən piyada X7 ehtiyatsızlıqdan vuraraq ona qapalı kollə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beyin qişalarına maddəsinə və mədəciklərin qansızmasına, baş beyin ödemi, sağ alın təpə nahiyyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirməklə xx.xx.2020-ci il tarixdə 1 saylı X17 X1 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin aprel ayının əvvəllərindən Nəsimi rayonu ərazisində yerləşən suşi çatdırılma restoranında kuryer işləyir. xx.xx.2020-ci il tarixdə saat təxminən 19:10 radələrində özünə məxsus “Minsk” markalı moped ilə sifarişə gedərkən Nərimanov rayonu, Xətai prospekti ilə üzü Koroğlu Rəhimov küçəsinə tərəf iki zolaqdan ibarət yolun sağdan 2-ci zolağı ilə hərəkət etmişdir. Yaşıl bazar adlanan ünvan ilə üzbəüz avtomobil yolunu soldan sağ tərəfə keçən yaşlı bir kişinin sonradan adının X10 olduğunu bildiyi şəxsin hərəkətdə olduğunu görmüş və onu vurmamaq üçün əyləcdən istifadə elmişdir, lakin idarə eldiyi mopedi dayandıra bilməmişdir. Nəticədə idarə etdiyi mopedin ön hissəsi piyada Hətəm Əkbərova dəyib yerə yıxmışdır. Hadisədən sonra ora toplanmış tanımadığı şəxslərdən kimsə TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə TTYS-nin həkim briqadası gəlib xəsarət alan piyada Hətəm Əkbərovun bədənini müayinə edib tibbi yardım göstərib 1 saylı X17 Xəstəxanaya aparmışlar. Hətəm Əkbərov bir müddət həmin xəstəxanada müalicə almasına baxmayaraq səhhəti düzəlməmiş və xx.xx.2020-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq əldə edildiyini, vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirərək bunların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X10 onun atasıdır. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 20:20 radələrində o, Nərimanov rayonu, Xətai prospekti 9 ünvanında yerləşən “Yaşıl Bazar”a getmişdir. O, bazardan meyvə alıb çölə çıxmışdır. Saat təxminən 20:30 radələri olmuşdur. Atasının yaşadığı ev bazarla üzbəüz məhəllədə yerləşir. Həmin vaxt o, bazarla üzbəüz yolun digər tərəfində yolun ortasında bir nəfər şəxsin uzandığını və çoxlu insanların onun ətrafına yığışdığını görmüşdür. O, həmin şəxsin kim olduğunu bilmək üçün yolun digər tərəfinə keçmişdir. Bu zaman yerdə olan şəxsin atası Hətəm olduğunu, baş nahiyyəsindən qan gəldiyini görmüşdür. O, atasını nə qədər səsləsə də, atası ona cavab verməmişdir. O, ətrafdakı şəxslərdən nə baş verdiyini soruşmuşdur. Həmin vaxt ona bir nəfər oğlan göstərib həmin oğlanın moped ilə atasını vurduğunu demişlər. Qeyd etmişdir ki, o, gəlməmişdən öncə orada olan şəxslərdən kimsə təcili tibbi yardıma zəng etmişdir. Bir neçə dəqiqədən sonra 103 təcili tibbi yardım xidmətinin işçiləri gəlib alasını 1 saylı X16 aparmışlar. X2 həmin xəstəxanada bir müddət müalicə almasına baxmayaraq səhəti düzəlməmiş və xx.xx.2020-ci il tarixdə 1 saylı KTM-də vəfat etmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Ehtiram onun oğlunun dostudur. Ehtiram ondan xahiş etmişdir ki, onun adına kreditə bir ədəd moped götürsün. O, da Ehtiramın xahişini nəzərə alıb razılıq vermişdir və təxminən 1 il əvvəl “xxxx” MMC-dən “Minsk” markalı mopedi öz adına kreditə götürmüş, lakin həmin mopedin kredit pulunu hər ay Ehtiram özü ödəməyə başlamışdır. Həmin tarixdən də mopedi faktiki olaraq Ehtiram istifadə etmişdir və moped Ehtiramın sahibliyində olmuşdur. Həmin mopedin krediti tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda “Minsk” markalı moped Təqsirləndirilən şəxs aiddir və onun mülkiyyətindədir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cinayət işinin 40-41-cı vərəqələrində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır. O, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən öz restoranına kuryer kimi işə götürmüşdür. Təqsirləndirilən şəxs özünə məxsus mopedi olduğunu və sifarişləri də həmin mopedlə çatdıracağını bildirmişdir. O, da Təqsirləndirilən şəxsla razılaşmış və lazımi sənədləşmə aparıb onu işə götürmüşdür. Həmin gündən Ehtiram işə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Ehtiram ona zəng edib demişdir ki, “Yaşıl bazar”ın qarşısında yaşlı bir kişini mopedlə vurmuşdur. O, Təqsirləndirilən şəxs vurduğu adamın vəziyyətini soruşmuş, Ehtiramda ona həmin kişinin xəstəxanaya aparıldığını bildirmişdir. Cinayət işinin 6-14-cü vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı X15, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə müvafiq olaraq həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi: yol nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri Nərimanov rayonu Xətai prospektidir. Yolun işlək hissəsi düzdür. Yol örtüyü asfaltdır. Yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 25.40 metr, işlək hissəsinin eni 22 metr, ehtiyyat hissəsinin eni 3 metr, ayırıcı zolağın eni 0,40 metr, hərəkət zolaqlarının sayı 4-dür. Ehtiyat hissədən sağdan yaşayış evləri, soldan “Yaşıl Bazar” yerləşir. Yolun hərəkət hissəsinin sağ tərəfində “Minsk” markalı moped dayanmışdır. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 19-cu vərəqində olan xx xxxxx 2020-ci il tarixli, 2/5025 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmur, ayıqdır. Cinayət işinin 35-37-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5, Azərbaycan Respublikası CPM-nin 51, 85-ci maddələrinin tələblərinə riayət etməklə nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Nərimanov RPİ-nin inzibati binasının qarşısında “Minsk” markalı mopedə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, mopedin ümumi rəngi tünd yaşıldır. Mopedin mühərrik olan hissəsində mopedin mühərrikinə aid bütün detallar üzərindədir. Mopedin ön hissəsində olan işığın üzərində cızıq var. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə fotoçəkiliş aparılmışdır. Cinayət işinin 50-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 52-ci vərəqində olan “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X5, həmin protokolu ondan ötrü tərtib etdi ki, Azərbaycan Respublikası CPM-nin 85, 51, 236-cı maddələrinin tələblərinə riayət etməklə Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 6-023 nömrəli video müşahidə qurğusunun kamerasında qeydə alınan 01 ədəd DVD diskə şahid Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmişdir. Baxış keçirilən zaman müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə saat 20.25 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Minsk” markalı moped ilə Nərimanov rayonu N.Quliyev küçəsi istiqamətindən Əhməd Ağaoğlu küçəsinə tərəf sağ hərəkət zolağı ilə hərəkət edərkən həmin vaxt yolu keçən piyada X7 idarə etdiyi “Minsk” markalı moped ilə vurur. Sonra o, mopedi saxlayır və Hətəm Əkbərova yaxınlaşır, daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlir və Hətəm Əkbərovu avtomobilə qoyaraq hadisə yerindən uzaqlaşır. Cinayət işinin 56-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 xx xxx 2020-ci il tarixli, 47 nömrəli meyitin ekpertizası üzrə rəyindən görünür ki, X4 meyitinin ekspertizası zamanı aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beynin qişalarına maddəsinə və mədəciklərinə qansızma, baş beyin ödemi, sağ alın təpə nahiyəsinin əzilmiş yarası. Qeyd olunan xəsarətlər həyatidir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. X4 ölümünə səbəb – almış olduğu qapalı kəllə-beyin travması, baş beynin qişalarına maddəsinə və mədəciklərin travmatik qansızma nəticəsində yaranmış baş beyin ödemi ilə həyati vacib mərkəzlərin fəaliyyətinin pozulması olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 16.00-da X13 reanimasiya şöbəsində baş vermişdir. X4 adına X14 tərtib edilmiş C 1896 saylı xəstəxananın möhürü ilə təsadiqlənmiş xəstəlik tarixinin kserosurətindən sərxoşluq barədə heç bir qeydiyyat aparılmamışdır. Cinayət işinin 62-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 8/774 nömrəli rəyindən görünür ki, “Minsk” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatını dəyəri 70 manat təşkil edir. Cinayət işinin 69-cu vərəqində olan Bakı şəhəri Nəsimi rayonu 33 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 94-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-103-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN Növbətçi Hissələrin İdarəetmə Xidmətindən daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 6-023 nömrəli video müşahidə qurğusunun kamerasında qeydə alınan 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CMnin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Həmin Qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 262, 263, 263-1, 264 və 351-ci maddələri ilə məsuliyyət daşıyan şəxslər istisna olmaqla, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozan hər bir şəxs (sərnişin, piyada, velosipedçi, avtomobil və digər nəqliyyat vasitələrinin konduktorları və başqa şəxslər) CM-nin 267-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti ola bilərlər. CM-nin 267-ci maddəsi mexaniki olmayan nəqliyyat vasitələrini, yəni, məsələn, at-arabanı (kirşəni) idarə edən şəxslərin də cinayət məsuliyyətini istisna etmir, lakin belə nəqliyyatı idarə edən şəxsin yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozması yalnız mexaniki nəqliyyat vasitəsilə əlaqəli şəkildə yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olduqda CM-nin 267-ci maddəsi ilə tövsif edilir. Bütün digər hallarda, (at-araba ilə piyadanı vurma, özgə əmlakını məhv etmə və sair bu kimi hallarda) təqsirkarın əməli CM-nin şəxsiyyət və ya mülkiyyət əleyhinə törədilən cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 267.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN Növbətçi Hissələrin İdarəetmə Xidmətindən daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 6-023 nömrəli video müşahidə qurğusunun kamerasında qeydə alınan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN Növbətçi Hissələrin İdarəetmə Xidmətindən daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 6-023 nömrəli video müşahidə qurğusunun kamerasında qeydə alınan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-266/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-266/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver