Məhkəmə qərarları › İş №1(005)-267/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-267/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-267/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə saat 07:42-də “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi ‘‘Mercedes Benz E230 Minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Koroğlu Rəhimov küçəsi istiqamətində saatda 82 km/saat sürətlə hərəkətdə olarkən ünvan 2 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 82 km/saat sürətlə idarə edərək, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun bu tələblərinə əməl etməyərək, idarə etdiyi avtomobillə ünvan 2 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında hərəkətdə olduğu yolu sağ tərəfdən sol tərəfə doğru keçmək istəyən piyada X6 avtomobilin qabaq sol fara hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya travmatik şok, qapalı kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi yumuşaq beyin qişaları altına və yan mədəciklərə qansızmalar, döş sümüyünün İİİ-İV qabırğa proyeksiyasında, döş qəfəsinin sol yarısında İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, sağ yarısında İİ-İİİ-İV-V- Vİ-Vİ1-Vİİİ qabırğalarının yerdəyişən sınıqları, hər iki ağciyərin cırılması ilə müşahidə edilən iki tərəfli hemotoraks, sağ bazunun və sağ baldırın yuxarı üçdə birinin, sol budun aşağı üçdə birinin qapalı sınıqları, sağ əlin 2-ci barmağın əsasının arxa səthinin, sağ saidin aşağı üçdə birinin arxa və bayır səthlərinin, sol budun yuxarı üçdə birinin ön və iç səthinin, sağ budun orta üçdə birinin ön səthinin, sol budun yuxarı üçdə birinin bayır səthinin, orta üçdə birinin ön səthinin, sağ diz oynağının ön və iç qançırları, sol diz oynağının ön, bayır səthlərinin, sol baldırın yuxarı üçdə birinin ön və bayır səthlərinin sıyrıqları, sağ əlin İ barmağın əsas falanqasmın arxa səthinin əzilmiş yarası ilə nəticələnən ümumilikdə sağlamlığa ağır zərərvurmaya xarakterik xəsarətlər yetirməklə, zərərçəkmiş şəxs X4 ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, o “Nicat” müəssisəsində kababçı kimi işləmişdir. Özünə məxsus “Mercedes Benz E230 Minik” markalı, 90- EA-505 dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili “AC 070324” seriyalı, “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 14 dekabr 2024-cü il tarixdə saat 07:45 radələrində idarə etdiyi “Mercedes Benz E230 Minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə yolun sağ kənarından üçüncü zolaq ilə saatda 50 km/saat sürətlə Koroğlu Rəhimov küçəsi istiqamətində hərəkət etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 14 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında hərəkətdə olan zaman anidən idarə etdiyi avtomobilin qarşısına hərəkətdə olduğu yolun sağ tərəfindən sol tərəfinə doğru adi yerişlə yolu keçmək istəyən bir piyada qadın, adının sonradan Nərgiz Musayeva olduğunu öyrəndiyi qadın çıxmışdır. O, bunu görüb əyləci basıb piyadanı vurmamaq üçün sükanı sağa döndərməyə çalışsa da, hadisə qaçılmaz olmuş və idarə etdiyi “Mercedes Benz E230 Minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol fara hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən qadın idarə etdiyi avtomobilin qabaq sol fara hissədən dəyərək asfaltın üzərinə düşmüşdür. O, dərhal avtomobili saxlayıb yerə düşərək hadisə yerinə yaxınlaşmış və qadının həyatda olduğunu görmüşdür. Həmin vaxt hadisə yerində olan şəxslər X14 103 xidmətinə zəng vuraraq həkim briqadası çağırmışlar. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmiş və o, hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Təcili tibbi yardım avtomobili gecikdiyi üçün Nərgiz Musayevanı yoldan keçən avtomobilə qoyaraq X15 aparmışlar. Orda həkimlər tərəfindən Nərgiz Musayevaya ilkin tibbi yardım göstərilsə də, sonradan Nərgizin halı pisləşmiş və sonuncu xəstəxanada ölmüşdür. Buna görə də, Nərgiz Musayevanın nəşi morqa aparılmışdır. O, idarə etdiyi avtomobillə vurub xəsarət yetirdiyi X6 əvvəllər tanımamış, heç bir ədavəti olmamışdır. Hadisə baş verən zaman o, avtomobili təxminən 50 km sürətlə idarə etmişdir. O, ümumiyyətlə spirtli içki, siqaret, həmçinin narkotik və ya psixotrop maddələrdən istifadə etməmişdir. Piyada qadın hərəkətdə olduğu yolu sağ tərəfdən sol tərəfə doğru adi yerişlə keçirmiş. O, Nərgizi onun hərəkət yoluna çıxdığını görəndə aralarında təxminən 5-6 metr məsafə olmuşdur. Hadisə vaxtı avtomobildə o, tək olmuş və maşında yük olmamışdır. Hadisə baş verən zaman sulu qar yağırmış, asfalt örtüyü yaş vəziyyətdə olmuşdur. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, X7 onun doğma anasıdır. X16 xx.xx.1958-ci ildə Oğuz rayonu, Sincan kəndində anadan olmuşdur. X16 ünvan 4 ünvanında qeydiyyatda olsa da, işləmək üçün Bakı şəhərində gəlmişdir. Müvəqqəti olaraq Bakı şəhəri Yasamal rayonu ərazisində kirayə qalaraq gündəlik olaraq restoranlarda xadimə kimi işləmişdir. 14 dekabr 2024-cü il tarixdə saat 10 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq ünvan 2 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verdiyini, anası Nərgizin xəsarət aldığını, xəstəxanaya aparıldığını bildirmişlər. O, bunu eşitdikdən sonra yaşadığı Mingəçevir şəhərindən çıxaraq Bakı şəhərinə gəlmiş və həmin gün anası Nərgizin almış olduğu xəsarətlə bağlı X12 öldüyü üçün nəşinin morqa aparıldığını öyrənmişdir. Bundan sonra anası X7 tibbi ekspertizadan keçirilərək bizə təhvil verilmiş və sonuncunu Oğuz rayonu, Sincan kəndinə aparıb dəfn etmişlər. Anasının heç bir xəstəliyi olmamış, sağlam olmuşdur.Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar AR CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilib ibtidai istintaqının aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Yol- nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi ünvan 2 ünvanında yerləşən “Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında baş vermişdir. İş üzrə Təqsirləndirilən şəxs, oğlunun barəsində 14 dekabr 2024-cü il tarixdə saat 09:25-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/69661 nömrəli protokolda sonuncunun ayıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Narkoloji Məkəzi” X10 alınmış xx.xx.2024-cü il tarixli, 1/xx/xx-14949 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 169 saylı rəyində göstərilmişdir ki, 1958-ci il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Travmatik, şok. Qapalı kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi yumuşaq beyin qişaları altına və yan mədəciklərə qansızmalar. Döş sümüyünün İli- İV qabırğa proyeksiyasında, döş qəfəsinin sol yarısında İİ-İİİ-İV-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların, sağ yarısında İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğalarının yerdəyişən sınıqları, hər iki ağciyərin cırılması ilə müşahidə iki tərəfli hemotoraks, sağ bazunun və sağ baldırın yuxarı üçdə birinin, sol budun aşağı üçdə birinin qapalı sınıqları, sağ əlin 2-ci barmağın əsasının arxa səthinin, sağ saidin aşağı üçdə birinin arxa və bayır səthlərinin, sol budun yuxarı üçdə birinin ön və iç səthinin, sağ budun orta üçdə birinin ön səthinin, sol budun yuxarı üçdə birinin bayır səthinin, orta üçdə birinin ön səthinin, sağ diz oynağının ön və iç qançırları, sol diz oynağının ön, bayır səthlərinin, sol baldırın yuxarı üçdə birinin ön və bayır səthlərinin sıyrıqları, sağ əlin İ barmağın əsas falanqasının arxa səthinin əzilmiş yarası. Bu xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyır. X1 ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş vermiş travmatik şok olmuşdur və ölüm xx.xx.2024-cü il tarixdə saat 11:20-də KTM-in reanimasiya şöbəsində baş vermişdir, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilmədi. İstintaq zamanı “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ 6-009 nömrəli Təhlükəsiz Şəhər görüntü kameralarının vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 07:15-dən saat 08:00-dək olan müddətdə qeydə alman video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 14 dekabr 2024-cü il tarixdə saat 07:41-də əynində qara rəngli gödəkcə və çanta olan qadının adi yerişlə ünvan 2 ünvanından keçən avtomobil yolunu sürücülər istiqamətində sağdan sola doğru adi yerişlə keçərək ikinci zolağa daxil olan piyada qadının yolun boş olduğunu görüb hərəkətinə davam edərək üçüncü zolağa daxil olub hərəkətinə davam edən zaman saat 07:42:25-də "‘Gənclik Mail” ticarət mərkəzinin yaxınlığında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Koroğlu Rəhimov istiqamətində hərəkətdə olan metallik rəngli “Mercedes Benz” markalı avtomobilin qabaq sol ön hissəsi ilə yolu keçmək istəyən piyada qadını vurması, zərbənin təsirindən piyadanın havaya qalxaraq asfaltın üzərinə düşməsi, sürücünü avtomobili hadisə yerində saxlayaraq yerə düşməsi, hadisə yerinə yolan keçən şəxslərin və polis əməkdaşlarının gəlməsi, piyada qadının asfaltın üzərində uzanıqlı vəziyyətdə olması, daha sonra piyadanın qara rəngli avtomobilə qoyularaq hadisə yerindən götürülməsi müşahidə olunmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/450-4/295 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “TŞ6-009 3-2024-12- 14_07hl5min00s000ms” adlı videoyazıya görə piyada yolun hərəkət hissəsinə daxil olduğu andan yolayrıcı səkinin sol səkinin kənar hissəsinin bərabərinə çatana qət eldiyi məsafəyə t= 12,92 san, piyada yolayrıcı səkinin sol kənar hissəsinin bərabərindən vurulana kimi qət etdiyi məsafəyə t=7,8 san vaxt sərf etmişdir. ‘'Mercedes Benz E230 minik” markalı avtomobilin, üzərində işıq dirəkləri olan səkinin bordürünün sonundan piyadanın vurulduğu yerə kimi qət etdiyi 51 məsafədə orta sürəti V=82 km/saat olmuşdur. Tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz E230” markalı, **- EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 82 km/saat sürətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E230” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. İş üzrə “Təhlükəsiz şəhər Xidməti” sistemindın alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən və Nərimanov RPİ-nin DYPŞ-dən alınmış 25 dekabr 2024-cü il tarixli, 50/2-34793 saylı sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məxsus AC-070324 saylı, B kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək etibarlıdır, halı-hazırda aktivdir və hər hansı bir məhdudiyyət yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsindən alınmış 27 dekabr 2024-cü il tarixli, 3-13-16/2-221108/2024 saylı sorğuya cavabdan görünür ki, xx.xx.1963cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AC 070324 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. 07 may 2025-ci il tarixdə AR CM-in 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun barəsində heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CMin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 19 fevral 2025-ci il tarixli, 8/450-4/295 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 82 km/saat sürətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin İ hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.. Həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E230” markalı, **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar