Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-268/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (Mülki iddiaçı) - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-nin nümayəndəsi- Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh)– Təqsirləndirilən şəxs və onun müdafiəçisi – 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi- X7 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə telekommunikasiya operatorunun telekommunikasiya şəbəkəsinə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən «Sim-Box» adlanan müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərim təşkil edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «xxxxxxxxxxxx» MMC-yə maddi ziyan vurmaqla və dövlət təhlükəsizliyinə təhdid yaratmaqla əhəmiyyətli zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin may ayının əvvəllərində Azərbaycan Respublikası vətəndaşı X12 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah yəni qazanc əldə etmək məqsədilə X8 mobil tətbiq vasitəsilə əlaqə saxlayıb istintaqa məlum olmayan vaxtda və şəraitdə sonuncunun Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərdiyi «Sim-Box» avadanlıqları vasitəsi ilə telekommunikasiya şəbəkəsinə təkrar qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə dair razılığa gəlmiş bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq X9 göstərişlərinə əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin 05-06 may tarixlərindən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində ünvan 2 ünvanının damında mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən, internet şəbəkəsinə çıxışı təmin edilmiş, internet “səs” protokollarının ötürüldüyü 1 ədəd 32 portluq 32 ədəd antena bağlanmış «Sim-Box» avadanlığı, 1 ədəd “Mikrotek” markalı router, 1 ədəd «xxxxxxx» MMC-yə məxsus data kart və «Sim-Box» avadanlığının üzərinə virtual olaraq tanıtdırılmış «xxxxxxx» MMC-yə məxsus ümumilikdə 32 ədəd «GSM» nömrələrlə, Rakı şəhəri Nərimanov rayonu V. Plotnikov küçəsi ev 26, mənzil 7 ünvanında mobil nömrə sim- kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafıkinın ümumıstifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla ıstıqamətləndırilməsini təmin eöərok internet şəbəkəsinə çıxışı təmin edilmiş internet «GSM» protokollarının ötürüldüyü 1 ədəd 8 portluq «Sim-Box» avadanlığı, 1 ədəd «Mikrotek» markalı routor, 1 ədəd «xxxxxxx» MMCyə məxsus data kart və «Sim-Box» avadanlığının üzərinə virtual olaraq tanıtdırılmış «xxxxxxx» MMC-yə məxsus ümumilikdə 8 ədəd «GSM» nömrələrlə «xxxxxxx» MMC-nin operatoru üzərindən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxx” MMC-nın telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-yə vahid niyyətlə ümumilikdə cəmi 19 409,03 (on doqquz min dörd yüz doqquz manat üç qəpik) manat məbləğində maddi ziyan vurmaqla və xarici xüsusi xidmət orqanlarına mənsııb şəxslər, beynəlxalq cinayətkar və terrorçu qruplaşmalar arasında nəzarətdənkənar telefon danışıqlarına imkan yaradıb dövlət təhlükəsizliyinə təhdid yaratmaqla əhəmiyyətli zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-4.2 3-cu maddəsində nezordə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019 cu ilin may ayının əvvəllərində Bakı şəhərində fəaliyyət göstərən «Boulevard» hotelində qabyuyan işləyərək aldığı aylıq təxmini 600-700 manat arası maaşa əlavə olaraq maddi rifahını daha yaxşı etmək üçün internet üzərindən müxtəlif saytlarda verilən iş elanları ilə tanış olan zaman təxminən 2 və ya x xxx 2019-cu il tarixlərində aylıq 500- 600 manat əmək haqqı olan iş yeri başlıqlı elanla tanış olmuş, elanı yerləşdirən İqor adlı şəxsin elanda əlaqə vasitəsi kimi qoyduğu +**********3 saylı mobil nömrəyə həmin vaxt istifadəsində olan «İphone 4» markalı mobil telefonun yaddaşında olan 055-464-23 24 saylı nömrənin «WhatSapp» proqramı ilə zəng edərək həmin işin mahiyyəti barədə maraqlanmışdır. Həmin vaxt İqor ona özünün Rusiya Federasiyasında olduğunu, təklif etdiyi işin isə Bakı şəhərində müxtəlif ünvanlarda olacağını bildirmişdir. Belə ki, İqor adlı şəxs ona müxtəlif şəxslərin vasitəsi ilə bir neçə ədəd telekommunikasiya şəbəkəsinə qanunsuz qoşulan «Sim-Box» aparatları göndərəcəyini və onun isə həmin aparatları münasib bildiyi yerlərə qoyaraq elektrik cərəyanına qoşmaqla onları işlək vəziyyətə gətirməli olduğunu və həmin iş müqabilində aylıq ilk əvvəl 500, daha sonra isə 600-700 manat maaş alacağını, işlər yaxşı gedəndən sonra daha çox pul verəcəyini bildirmişdir.O, işin mahiyyəti barədə İqor adlı şəxsdən ətraflı məlumat verməsini istədikdə İqor adlı şəxs ona həmin aparatlarının xaricdən gələn zəngləri birbaşa həmin aparat vasitəsi ilə virtual olaraq müvafiq nömrələrə yönləndirərək beynəlxalq zənglərə qanunsuz qoşulduğunu və nəticədə həmin işdən qazanc əldə edildiyini bildirmişdir.O, kompüter sahəsində biliyə malik olmasa da zənglərə qanunsuz qoşulmaqla İqor adlı şəxsin və digərlərinin pul qazandıqlarını və həmin puldan da ona aylıq maaş verəcəklərini başa düşmüşdür. İqor adlı şəxs eyni zamanda həmin «Sim-Box» aparatlarından Azərbaycanda kifayət qədər olduğunu bununla yanaşı Avropa ölkələrində, Rusiyada da bu aparatlardan daha çox olduğunu, həmin aparatların qarşılıqlı əlaqədə işlədiyini və həmin işdə yaxşı pul olduğunu demişdir. İqor adlı şəxs ona həmçinin həmin aparatları quraşdıracağı yerlərin gizlin qalmasını tapşırmış, həmçinin ona harada işlədiyi, nə qədər əmək haqqı aldığını soruşduqda o, İqor adlı şəxsin verdiyi suallara uyğun cavab vermiş, sonuncu isə ona gələcəkdə göndərəcəyi «Sim-Box» aparatlarını daha çox ünvanlarda quraşdıracağı təqdirdə qazancının yaxşı olacağını, qab yumaq işinə ehtiyacı olmayacağını bildirmişdir. Həmin vaxt o, İqor adlı şəxslə «WhatSapp» proqramı vasitəsilə görüntülü olaraq da danışmış, İqor adlı şəxsin təxminən 30-35 yaşlarında, sıx sarımtıl saçlı, dolu sifətli şəxs olduğunu görmüş, sonuncunun Rusiyada harada yaşamasını bilməsə də, sonuncu ona Bakı şəhərində doğulub yaşadığını bildirmişdir. O, İqor adlı şəxslə telefon danışığında sonuncunun danışarkən ara-sıra azərbaycan dilində sözlərdən istifadə etdiyinin şahidi olmuşdur. O, İqor adlı şəxsin təklif etdiyi işin şərtlərinin yüngül olduğunu, əlavə qazanc kimi yaxşı iş olduğunu nəzərə alıb, sonuncunun iş təklifini qəbul etmişdir. Təxminən 05-xx xxx 2019-cu il tarixlərdə İqor adlı şəxs ona «WhatSapp» proqramı vasitəsilə zəng edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində onun xatırlamadığı ünvanda “sim-box” aparatı olduğunu və həmin aparatı götürərək münasib bildiyi yerdə quraşdırmağını, həmin aparatın bağlı paketin içərisində olduğunu, videokamera qurğusunun da aparat olan paketdə olduğunu, eləcə də paketin içərisində 70 manat pul olduğunu bildirmişdir. O, İqor adlı şəxslə telefonda danışa-danışa nömrəsini xatırlamadığı taksi ilə həmin ünvana gedib orada təxminən 35-40 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, sarı saçlı, ağbəniz, adım bilmədiyi qadından paketi almış və taksi ilə yaşadığı evə qayıtmışdır. Həmin ünvan Mərdəkan qəsəbəsində iki mərtəbəli köhnə tikili binanın birinci mərtəbəsində yerləşən sol tərəfdəki mənzil olmuşdur. O, həmin paketi öz yaşadığı evə gətirmiş və orada paketin ağzını açdıqda paketdə 1 ədəd «sim-box» aparatı, təxminən 32 ədəd kiçik anten başlıqları, 1 ədəd videokamera 1 ədəd Data kart, 1 ədəd modern və 70 manat məbləğində pul olduğunu görmüş, bu barədə İqor adlı şəxsə məlumat vermis, İqor adlı şəxs isə həmin qurğuları hər hansı binanın heç kimin görmədiyi zirzəmisi və yaxud damında elektrik cərəyanına qoşmağını həmin kameranı isə aparata özünün nəzarət etməsi üçün quraşdırmağını, 70 manatı isə cari xərclər üçün onda qalmasını istəmişdir.O, həmin aparatdan, videokameradan və digərlərindən başının çıxmadığını dedikdə İqor adlı şəxs hər birini ona videozonglə görüntülü danışaraq başa salmış və o, yaşadığı binanın damına çıxaraq orada əvvəlcədən olan elektrik yuvasının yaxınlığında aparatı yerə qoyub modernlə birləşdirmiş, modernin içərisində olan data karta İqor adlı şəxsin ona göndərdiyi 10 manatlıq kontur şifrəsini yükləmiş, modernin içərisinə yerləşdirdikdən sonra avtomatik internetlə təmin etmişdir. Bundan sonra 32 ədəd anten başlığını yaxınlıqda dağınıq vəziyyətdə yerə qoymuş, videokameranı da eyni qaydada elektrik yuvasına birləşdirdikdən sonra İqcr adlı şəxs ona verəcəyi maaşı və cari xərcləri hansı qaydada göndərməyinin onun üçün rahat olduğunu soruşduqda o. İqor adlı şəxsə istifadə etdiyi «Unibank» Bankına məxsus ”Albalı Plus” kartına qoymasını istəmiş və həmin kartın şəklini “WhatSapp” proqramı ilə ona göndərmişdir. Təxminən xx xxx 2019-cu il tarixdə İqor adlı şəxs ona yenidən “WhatSapp” proqramı ilə zəng edərək binanın damında quraşdırılan “sim-box” aparatının işləmədiyim, vaxtı olan zaman həmin yerə gedib baxmağını ondan xahiş etmiş, o isə səhəri gün gedib həmin yerə baxmış və həmin aparatın və qurğuların orada olmadığını görüb bu barədə İqor adlı şəxsə məlumat vermiş, sonuncu isə yəqin ki. hansı oğruların həmin qurğuları götürdüyünü, yaxın zamanlarda başqa qurğu göndərəcəyini ona bildirmişdir. O, təxminən 2019 cu ilin iyun aynın sonu iyul ayının əvvəllərində İqor adlı şəxslə telefonla danışığında sonuncu ona yeni ünvanlar tapmağını tapşıraraq, yenidən “sim-box” qurğularından göndərəcəyini, lazım olarsa kirayə mənzil də tuta biləcəyini, bunun üçün çəkilən xərclərin özünün ödəyəcəyini bildirmişdir Bır müddətdən sonra İqor adlı şəxs ona yenidən zəng edərək moderni, data karlı ilə birlikdə 3 ədəd həmin “sim-box” aparatından göndərdiyini, həmin qurğuları bir taksi sürücüsünün ona təhvil verəcəyini bildirmişdir. Bir neçə saatdan sonra ona xatırlamadığı telefon nömrəsindən zəng gəlmiş və o, metronun Qara Qarayev stansiyasının yaxınlığında nömrəsini və digər müəyyənedici məlumatlarını bilmədiyi taksi sürücüsündən 3 ədəd paketin içərisində qurğuları bağlı halda götürüb öz yaşadığı cvo aparmış, yaşadığı evdə jaketlərin hər birinin içərisində həmin «sim-box» aparatı modern, data kart olduğunu görmüş və əvvəlki qaydada İqor adlı şəxslə danışmış, sonuncu onu həmin apparat necə qoşacağı barədə təlimatlandırmışdır. O, həmin qurğuları yerləşdirib qoşmaq üçün ilk əvvəl onunla əvvəllər “Evdə” restoranında işləmiş, dostluq münasibətində olduğu Ruslan Draqonkova qısa məlumat verərək belə bir iş tapdığını, həmin aparatları quraşdırmaq üçün yer tapmaqda ona köməklik etməsini xahiş etmiş, lakin Ruslan Draqonkov belə işlərin qanunsuz olmasından ehtiyat edərək onun xahişini rədd etmişdir Bundan sonra o, əvvəllər «Evdə» restoranında birlikdə işlədiyi, dostluq münasibətində olduğu, kirayədə yaşayan Şahid1 bu barədə qısa məlumat verərək kirayə yaşadığı ünvana belə bir aparatın quraşdırılacağını, həmin aparatla onun heç bir əlaqəsinin olmayacağını və müəyyən vaxtdan bir sonuncuya 50 manat məbləğində pul verəcəyini deyərək həmin aparatı onun evinə qoymağını təklif etmiş, Şahid1 isə ondan həmin aparatın hansı məqsədlə quraşdırılacağını soruşduqda o, həmin aparatın kriptovalyutə aparatı olduğunu, heç bir məsuliyyətinin olmadığını bildirmişdir. Şahid1 onun təklifinə razılığını bildirdikdən sonra o, həmin aparatı təxminən 2019-cu ilin iyul ayının 15-də Şahid1 kirayə yaşadığı ünvan 5 ünvanına apararaq orada yerləşdirmişdir. Təxminən 1 həftə sonra, yəni xx xxxx 2019-cu il tarixdə dostu Ruslan Draqonkov ona zəng edərək Şahid1 zəng etməli olduğunu demiş, o isə Şahid1 istifadəsində olan xatırlamadığı nömrəyə zəng etdikdə sonuncu ona həmin qurğunu Dövlot Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaşadığı evdən götürdüyünü bildirmişdir. Bundan sonra o. İqor adlı şəxsə bu barədə məlumat verdikdə sonuncu heç bır problem olmadığını deyərək narahat olmamağını tapşırmışdır. Təxminən 2019 cu ilin may ayının əvvəllərində İqor adlı şəxs aralarında razılaşmaya əsasən ona verəcəyi maaş və cari xərclər üçün onun İqor adlı şəxsə «WhatSapp» proqramı ilə fotoşəkilini göndərdiyi istifadəsində olan “Unibank” Bankına məxsus **********271352 nömrəli “Albalı Plus” kartına, Rusiya Federasiyasına məxsus «Tinkoff Bank» adlı naməlum bank kartı vasitəsilə «Card2Card» əməliyyatı, yəni sonuncu banka məxsus naməlum kartdan onun istifadə etdiyi qeyd edilən karta 30 05.2019-cu il tarixdo 90,27 manat və 111.10 manat, 07.06 2019-cu il tarixdə 36.35 manat və 40,96 manat. 28 06 2019-cu il tarixdə 27.97 manat, xx.xx.2019-cu ri tarxdə 28,04 manat və 157.00 manat, xx.xx.2019cu il tarixdə 255,68 manat, 09 07 2019-cu il tarixdo 70,16 manat. xx.xx.2019-cu il tarixdo 953.76 manat və xx.xx.2019-cu il tarixdə 257.29 manat olmaqla ümumilikdə 2128 manat pul vəsaitini göndərmişdir. İqor adlı şəxsin ona göndərdiyi qeyd edilən pul vəsaitlərində həm onun zəhmət haqqı olaraq aylıq razılaşmalarına uyğun olaraq 2 dəfə, hər dəfə 500 manatdan olmaqla ümumilikdə 1000 manat, həmdə cari xərclər, yəni onun yol və digər xərcləri olubdur. O, təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində həmin «Sim-box» aparatlarından birini İqor adlı şəxsin göstərişi ilə moderni, data kartı ilə birlikdə yaşadığı binanın yaxınlığında yerləşən Qara Qarayev prospekti ev 36 ünvanının 2-cı girişinin 2-ci mərtəbəsində divara bərkidilmiş KATV-1» internet provayderinin şkafına yerləşdirib elektrik cərəyanına qoşmuş, lakin sonuncu ona həmin aparatın işləmədiyini, yenidən həmin aparata baxmağının vacibliyim bildirsə də, o, bir daha həmin aparata yaxın getməmişdir. Bir neçə gündən soma DİX əməkdaşları ona zəng edərək izahatının alınması uçun həmin xidmətə dəvət etmişlər və həmin vaxt, yəni xx xxxxxx 2019-cu il tarixdə DTX yə izahat vermişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, hamıdan üzr istədiyini, anasının xəstə olduğunu, etdiyi əməlin cinayət olduğunu bilsəydi heç bir zaman etməyəcəyini, əldə etdiyi qazancın onun vurduğu zərərdən qat-qat az olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməiclasındazərərçəkmiş(mülki iddiaçı) - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-nin nümayəndəsi- Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və qeyrilərı ünvan 2 ünvanının damında və ünvan 6 ünvanında telekommunikasiya operatorunun telekommunikasiya şəbəkəsinə mobil nömrə sirri kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən “Sim-box'’ adlanan müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil etmişlər. Bu fəaliyyət nəticəsində Azərbaycan Respublikasına xaricdən daxıl olan telefon zənglərinin bır qismi “xxxxxxxxxxx” MMC-yə məxsus kanallardan yayınmaqla internet səs protokolları üzərindən yerli operatorların antenalarına ötürülmüşdür. Bunun nəticəsində ünvan 2 ünvanının damında quraşdırılmış qeyd edilənlərə əlaqədar Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxxxxxxxxx” MMC-yə 17 424.76 (on yeddi min dörd iyirmi dörd manat yotniş altı qəpik) manat məbləğində və ünvan 7 ünvanında quraşdırılmış qeyd edilənlərlə əlaqədar Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxxxxxxxxx” MMC-yə 1984.27 (min doqquz yuz səksən dörd manat iyirmi yeddi qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin ünvanlarda telekommunikasiya operatorunun telekommunikasiya şəbəkəsinə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən “Sim-box” adlanan müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edilməsi nəticəsində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxxxxxxxxx” MMC-yə ümumilikdə cəmi 19.409,03 (on doqquz min dörd yüz doqquz manat üç qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində ən sərt cəzanın verilməsi, habelə mülki iddianın tam təmin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2013-cü ildə “Evdə” adlı restoranda onunla birlikdə qabyuyan işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxtdan onunla münasibətləri normal olmuşdur. 2016-cı ildə həmin restorandan işdən çıxdıqdan sonra Aleksandrı çox az az görürmüş və keçmiş ış yoldaşı kimi onunla münasibətləri normal olmuşdur. Təxminən 2019-cu ilin iyun ayının sonlarında Aleksandr onunla Nərimanov rayonu ərazisində adını xatırlamadığı bir kafedə görüşərək ona yaşadığı mənzildə kriptovalyuta aparatı qoymağı təklif etmiş, həmin aparatın evinə qoymağı müqabilində aylıq 50 manat pul verəcəyini bildirmişdir. O, həmin aparatın hansı məqsədlə quraşdırılacağını Aleksandrdan soruşduqda o, həmin aparatın kriptovalyuta aparatı olduğunu, heç bir məsuliyyəti olmadığını bildirmiş, o isə pula ehtiyacı olduğundan və həmin aparatın məsuliyyət yaratmayan bir aparat kimi anladığından Təqsirləndirilən şəxs həmin aparatın yaşadığı mənzildə quraşdırılmasına razılığını bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin iyul ayının 15-də Təqsirləndirilən şəxs onun kirayə yaşadığı ünvan 8 ünvanına özü ilə aparat gətirərək quraşdırmışdır. O, həmin aparatı həmin vaxta qədər görməmişdir. Təqsirləndirilən şəxs həmin aparatı onun yaşadığı mənzildə şkafın arxasına qoyaraq elektrik cərəyanına birləşdirmişdir. Təxminən xx xxxx 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun yaşadığı mənzilə gələrək yaşadığı mənzildə icazəsiz beynəlxalq rabitə xidmətlərinin təşkilinə dəlalət edən avadanlıqların olduğuna əsaslı şübhələr olduğundan baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,təxminən 2013-cü ildə “Evdə” adlı restoranda onunla birlikdə qabyuyan işləyən Təqsirləndirilən şəxs Serqeycviç ilə tanış olmuş və həmin vaxtdan onunla münasibətləri normal olumuşdur. Təxminən 2019-cu ilin yaz aylarında Təqsirləndirilən şəxs ona maddi vəziyyətini yaxşılaşdırmaq üçün əlavə iş axtardığını bildirmiş, bır neçə aydan sonra Təqsirləndirilən şəxs ona internetdə iş axtaran zaman aylıq 500-600 manata əlavə iş tapdığını bildirərək, onun da həmin işə qoşulmağını təklif etmiş, o isə Aleksandr Pryaxındən tapdığı işin mahiyyəti barədə soruşduqda sonuncu həmin işin müxtəlif ünvanlarda adını hazırda xatırlamadığı rabitə avadanlıqları qoymaqdan ibarət olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifini rədd edərək bu cür haqqında məlumatı olmadığı işlərin sabah bir gün başına problem açacağını bildirmiş və onunda həmin işlərdən uzaq durmasını tapşırmışdır. O, əslində həmin işin tam mahiyyətini bilmədiyindən və indiki zəmanədə tanımadığı, bilmədiyi bir şəxslə və ya şəxslərlə belə işlərin qorxulu olduğunu anlayaraq Təqsirləndirilən şəxs təklifini qəbul etməmiş və onada həmin səbəbdən o cür işlərdən uzaq durmağın məsləhətli olduğunu bildirmişdir, Lakin Təqsirləndirilən şəxs həmin işlə məşğul olub qazancını artıracağını bildirmiş, həmin söhbətdən sonra onun Təqsirləndirilən şəxslə bu barədə söhbətləri olmamışdır. Bir neçə aydan sonra təxminən 2019-cu ilin iyul ayının sonlarına yaxın Təqsirləndirilən şəxs və onun özü ilə birlikdə əvvəllər “Evdə” restoranında birlikdə işləyən Şahid1 adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiyini, ondan Aleksandra onunla əlaqə saxlamağı üçün məlumat verməyini tapşırmışdır. Bundan sonra o, Aleksandr Pıyaxinə zəng etsə də onun telefonuna zəng çatmamış, bir neçə dəqiqədən sonra isə onunla təkrar əlaqə saxlaya bilmiş və ona Şahid1 zəng etməyini tapşırmışdır. Bundan sonra onun Təqsirləndirilən şəxs ilə demək olar ki, heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən xx xxx 2019-cu il tarixdə həmin mənzildə yaşayan vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları yaşadığı mənzilə gələrək yaşadığı mənzildə icazəsiz beynəlxalq rabitə xidmətlərinin təşkilinə dəlalət edən avadanlıqların olduğuna əsaslı şübhələr olduğundan müvafiq məhkəmə qərarı əsasında həmin mənzilə 2 nəfər hal şahidi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirəcəklərinin bildirmişlər. Baxış başlandıqdan sonra mənzildə icazəsiz beynəlxalq rabitə xidmətlərinin təşkilinə dəlalət edən hər hansı avadanlıq aşkarlanmamış, həmin mənzilin elektrik xəttinə baxdıqda həmin elektrik xəttindən binanın damına əlavə elektrik xəttinin çəkilişi müşahidə edilmiş və baxışda iştirak edənlər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə birlikdə həmin mənzilin üzərində yerləşən, binanın ümumi istifadəsində olan damın baxışında iştirak etmişlər. Baxış zamanı həmin binanın damında elektrik şəbəkəsinə və “xxxxxxx” MMC-yə məxsus 4G Data kart vasitəsi ilə internet xəttinə qoşulu halda olan bir ədəd 32 portlu olan Sim-Box avadanlığı işlək vəziyyətdə aşkar edilmiş, həmin Sim-Box avadanlığı modemə qoşulmaqla internetə çıxışı təmin edilmiş, mütəxəssis tərəfindən həmin avadanlıq yoxlanıldıqdan sonra məlum olmuşdur ki, həmin avadanlığa müxtəlif sim nömrələr virtual olaraq tanıdılıbdır. Bundan başqa orada 1 ədəd qara rəngli videomüşahidə kamerası və anten başlıqları aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş 1 ədəd Sim-Box avadanlığı, digər əşyalar baxışda iştirak edən şəxslərin iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılacaq möhürlənib götürülmüş, sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən baxışın nəticələrinə dair müvafiq protokol tərtib edilmiş, o, eləcə də baxışda iştirak edən digər şəxslər protokolla tanış olub onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Tolman oğlu ifadəsində göstərmişdir ki, o, xx xxx 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “xxxxxxxxxxxxxxxxxxx" MMC-nin 3 saylı Rabitə Xidmətləri Mərkəzinin 421/422/323 saylı AİS-nə məxsus ərazidə olan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini təklif etmiş, o da vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını bildirmişdir. Sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə ünvan 9 ünvanına getmiş və orada mənzildə kirayənişin yaşayan Şahid4 adlı şəxsin iştirakı ilə həmin ünvanda keçirilən baxışda iştirak etmişdir. Baxış başlandıqdan sonra mənzildə icazəsiz beynəlxalq rabitə xidmətlərinin təşkilinə dəlalət edən hər hansı avadanlıq aşkarlanmamış, həmin mənzilin elektrik xəttinə baxdıqda həmin elektrik xəttindən binanın damına olavo elektrik xəttinin çəkilişi müşahidə edildikdə baxışda iştirak edən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə birlikdə həmin mənzilin üzərində yerləşən, binanın ümumi istifadəsində olan damının baxışı zamanı həmin binanın damında elektrik şəbəkəsinə və “xxxxxxx" MMC yə məxsus 4G Data kart vasitəsi ilə internet xəttinə qoşulu halda olan bır ədəd 32 kanallı Sim-Box avadanlığı işlək vəziyyətdə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonunda yerləşən “xxxxxxxxxxxxxxxxxxx" MMC nin 2 saylı Rabitə Xidmətləri Mərkəzinin 440/441 saylı ATSnə məxsus ərazidə olan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı ona yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsini təklif etmiş, o öz vətəndaşlıq borcunu yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını vermişdir. Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birlikdə ünvan 10 ünvanına getmiş və orada mənzil sahibi olan Şahid3 adlı şəxs və həmin mənzildə kirayənişin qismində yaşayan Şahid1 iştirakları ilə həmin ünvanda keçirilən baxışda iştirak etmişdir. Baxışda ondan başqa Şahid8 da hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı mənzilin giriş qapısından içəri daxil olduqda sol tərəfdə yerləşən qaz sobası olan şkafa baxış zamanı həmin şkafın arxa tərəfində gizlədilmiş internet və elektrik xəttinə bağlı işlək vəziyyətdə olan “Simbox” avadanlıqlarının olması, ünvana Data kart vasitəsi ilə internet kanalının verilməsi və bununla da qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi məlum olmuşdur Baxış zamanı qeyd edilən ünvandan 1 ədəd 8 kanallı Sim- Box, 1 ədəd "xxxxxxx" MMC-yə məxsus GSM nömrə ilə birgə Data kart, 1 ədəd router və həmin avadanlıqlara virtual olaraq tanıtdırılmış GSM nömrələr aşkar edilərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 şahid qismində dindirilmiş Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki,xx xxx 2019-cu il tarixdə işdə olduğu zaman rəhbərlikdən ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ünvan 11 ünvanının damında aşkar edilmiş Sim-Box avadanlıqların texniki baxışında iştirak etmək barədə göstəriş olduqdan sonra o, "xxxxxxxxxxx'' MMC-nin X3 X1rşı mübarizə şöbəsinin aparıcı mühəndisi Füzuli Məlikov və həmin şöbənin mühəndisi Kamal Bahadurov qeyd edilən ünvana gedərək orada keçirilmiş baxış zamanı aşkar edilmiş 32 portlu olan Sim-Box avadanlığına texniki baxışını keçirmiş və müəyyən edilmişdir ki aşkar edilmiş həmin Sim-Box avadanlığının 1 ədəd "Mikrotek” markalı ADSL routerinə qoşulmaqla internetə çıxış təmin edilmişdir. 32 portlu Sim-Box avadanlığı İNT- 100 analizatoru vasitəsi ilə tərəfindən yoxlanıldıqdan sonra ona "xxxxxxx" MMC-yə məxsus 32 ədəd mobil nömrənin virtual olaraq qoşulduğu müəyyən edilmiş, bundan başqa orada 1 ədəd qara rəngli, kənardan izlənmə kamerası, və Sim-Box aparatına qoşulu olan 32 ədəd anten başlığı aşkar edilmişdir. Aşkar edilmiş qeyd edilən 1 ədəd 32 portlu Sim-Bux avadanlığı qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil edilməsi üçün nəzərdə tutularaq həmin binanın damında quraşdırılmışdı. Bundan sonra onlar bu barədə akt tərtib etmiş və həmin aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki,o, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxxxxxxxxx" MMC-si Azərbaycanla dünya ölkələrinin "xxxxxxxxxxx" MMC ilə mövcud olan birbaşa beynəlxalq kanallarla respublikaya daxıl olmalıdır. Həmin zənglər respublikanın beynəlxalq stansiyalarından keçməklə həmin stansiyalarda qeydiyyata düşür, daha sonra isə respublikanın mobil və sabit (şəhər, ev və ofis telefonları) şəbəkələrində sonlanır. Dünya ölkələrindən Azərbaycana daxil olan giriş zənglərinə görə (trafık) həmin zəngləri təşkil edən beynəlxalq operatorlar tərəfindən "xxxxxxxxxxx'' MMC-yə ödəniş edilməlidir. Məsələn, Rusiya federasiyasının mobil operator şəbəkəsindən Azərbaycanın “xxxxxxxx Telecom” “xxxxxxx” MMC və "xxxxxxx" MMC mobil şəbəkələrindən birinə daxıl olan zənglərə görə həmin zəngi təşkil edən Rusiya mobil operatorları tərəfindən mövcud beynəlxalq operatorlararası müqavilələrə əsasən “xxxxxxxxxxx" MMC-yə ödəniş edilməlidir. Beynəlxalq giriş trafikinə görə hesablaşma qiymətləri "xxxxxxxxxxx” MMC ilə birbaşa kanalları əlan beynəlxalq telekommunikasiya operatorları arasında qarşılıqlı razılaşdırılır. Birbaşa kanallar isə “xxxxxxxxxxx” MMC ilə həmin beynəlxalq telekom operatorları arasında müqavilə əsasında təşkil olunur. Azərbaycana daxil olan bütün zənglər respublikanın beynəlxalq stansiyalarında qeydiyyatdan keçir və həmin qeydiyyata uyğun olaraq hesablaşmalar aparılır. Lakin Sim-Box avadanlıqları ilə daxil olan giriş zəngləri beynəlxalq stansiyalardan keçmədiyinə görə qeydiyyata düşmür və həmin trafik həcminə gorə hesablaşma aparmaq mümkün olmur. Sim-Box avadanlığını ölkə ərazisində quraşdırmaqla həmin avadanlıq vasitəsi ilə beynəlxalq trafik hesablaşmalarından yayınmaqla NRYTN-nə ziyan dəymiş olur. Eyni zamanda Sim-Box avadanlıqları vasitəsi ilə respublikaya daxıl olan giriş zəngləri beynəlxalq stansiyadan keçmədiyinə və qeydiyyata düşmədiyinə görə bu cür zənglər təhlükəsizlik baxımından da ciddi problemlər yaradır Belə ki, həmin Sim-Box avadanlığı vasitəsi ilə respublikaya daxil olan zənglərdə zəng edənin real nömrəsi (A nömrəsi) görünmür, həmin 'A' nömrəsinin, yəni beynəlxalq nömrənin əvəzinə Sim-Box avadanlığında istifadə olunan yerli mobil şəbəkə nömrələn görünür. " A" nömrəsinin düzgün təqdim edilməməsi, xarici ölkə nömrəsi əvəzinə respublika daxilində zəngi qəbul edənin mobil telefon aparatında ölkədaxili yerli mobil operator şəbəkələrinə məxsus olan mobil nömrələr görsənir Belə olduğu halda zəng edən xarici nömrəni heç bir yolla müəyyən etmək mümkün olmur. Həmçinin qanunsuz Sfin-Box avadanlığı vasitəsi ilə Azərbaycan Respublikası ilə iqtisadi və siyasi əlaqələri olmayan, düşmən ölkədən başlanan zənglərin sonlandırılması, terror riski yüksək olan ölkələrdən edilən zənglərin qeydiyyatdan (nəzarətdən) kənar qalmasına şərait yaradır. Bundan başqa həmin zəngləri qəbul edən abunəçi geriyə zəng etmək istədikdə bu zənglər baş tutmur bu isə əz növbəsində respublikanın telekommunikasiya şəbəkəsinin səmərəsiz yüklənməsinə eləcə də isi fadəçı narazıçılığına səbəb olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,xx xxxx 2019-cu il tarixdə işdə olduğu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları müraciət edərək ona məxsus olan ünvan 13 ünvanında icazəsiz beynəlxalq rabitə xidmətlərinin təşkilinə dəlalət edən avadanlıqların olduğuna əsaslı şübhələr olduğundan müvafiq məhkəmə qərarı əsasında həmin mənzilə 2 nəfər hal şahidi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirəcəklərim bildirmişlər. O DTX əməkdaşları ilə birlikdə mənzilə getmiş və orada kirayənişin qismində yaşayan Şahid1 da iştirakı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin giriş qapısından içəri daxıl olduqda sol tərəfdə yerləşən qaz sobası olan şkafın arxa tərəfində gizlədilmiş internet və elektrik xəttinə bağlı işlək vəziyyətdə olan “Sim-Box” avadanlıqlarının olması, ünvana Data kart vasitəsi ilə internet kanalının verilməsi məlum olmuşdur. Baxış zamanı ona məxsus həmin mənzildən 1 ədəd Sim-Box, 1 ədəd Data kart, 1 ədəd router və həmin avadanlıqlara virtual olaraq tanıtdırılmış GSM nömrələr aşkar edilərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakı ilə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə iclasında Şahid10iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları X12, Təqsirləndirilən şəxs və qeyriləri barəsində AR CM-nin 192.2.1 və 233-4.2.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. ( cild 1, i.v. 1-2) Baxış keçirilmə haqqında xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, ünvan 14 ünvanının damında keçirilmiş baxış zamanı aşkar olunmuşdur: İnternet şəbəkəsinə çıxışı təmin edilmiş internet səs protokolarinin ötürüldüyü 1 ədəd 32 portluq Sim-Box 1 ədəd “xxxxxxx” MMC-yə məxsus data kart 1 ədəd C1V2 markalı videokamera, 1 ədəd “Mikrotek markalı router. İşlək vəziyyətdə Sim-Box avadanlığına “xxxxxxx” MMC-yə məxsus 32 ədəd nömrə virtual şəkildə tanıtdırılmışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AR DTX-nə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, beynəlxalq giriş mobil telefon trafiki respublikaya beynəlxalq kommutasiya sistemləri üzərindən daxil olmadığı üçün, mobil operatorlara ödənilmiş 75.60 manat çıxmaqla, həmin trafikə görə rabitə operatorlarına dəymiş ziyan 17424.76 manat təşkil edir. ( cild 1, i.v.39) Baxış keçirilmə haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, ünvan 15 ünvanına baxış keçirilən zaman internet şəbəkəsinə çıxışı təmin edilmiş internet səs protokollarının ötürüldüyü 1 ədəd 8 portluq “Sim-Box”-1 cdəd “xxxxxxx" MMC-yə məxsus data kart, 1 ədəd "Data'' karta aid GSM nömrə 1 ədəd Mikrotek" markalı router aşkar edilərək götürülmüşdür. ( cild 1, i.v. 46-47) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AR DTX-nə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, beynəlxalq giriş mobil telefon trafiki respublikaya beynəlxalq kommutasiya sistemləri üzərindən daxil olmadığı üçün, “xxxxxxx” MMC-yə 96.00 manat çıxılmaqla, həmin trafikə görə rabitə operatorlarına dəymiş ziyan 1984.27 manat təşkil edir. ( cild 1, i.v.55) Baxış keçirilmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanına keçirilmiş baxış zamanı internet və elektrik şəbəkəsinə çıxışı təmin edilmədən saxlanılmış, işlək vəziyyətdə olmayan 1 ədəd 8 portluq Sim-Box, 1 ədəd “xxxxxxxx” MMC yə məxsus data kart və həmin data kartın üzərində olan xxxxxxxx' MMC yə məxsus simkart aşkar edilərək götürülmüşdür. (cild 1, i.v. 65-67) Baxış keçirilmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti ev 36 mn 2-ci blokunun 2-ci mərtəbəsindəki “Katv1"ə məxsus şkafa keçirilmiş baxış zamanı elektrik şəbəkəsinə çıxışı təmin edilmiş, lakin işlək vəziyyətdə olmayan 1 ədəd 8 portluq Sim-Box 1 ədəd ‘‘xxxxxxxx” MMC-yə məxsus data kart və həmin data kartın üzərində olan “xxxxxxxx" MMC-yə məxsus sim-kart aşkar edilərək götürülmüşdür. (cild 1, i.v. 69-71) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 233-4.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. ( cild 1, i.v. 98-99) Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. ( cild 1, i.v. 117-18) Fotoşəkil üzrə tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Serqeyevıç ona təqdim edilmiş fotoşəkillər arasında Rusiya Federasiyasından ona qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil elmək üçün “Sim-box” adlanan avadanlıqları göndərən X10 fotoşəkil üzrə tanımışdır. ( cild 1, i.v. 121-123) AzərbaycanRespublikasıDaxiliİşlərNazirliyininBaşƏməliyyatvəStatistikİnformasiyaida rəsinəünvanlanmıştələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə DİN-in “Vahid Məlumat-Axtarış Sistemi”ndə heç bir məlumat yoxdur. ( cild 1, i.v. 146) Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 141 saylı Xüsusi təyinatlı Mənzil Təsərrüfatı Birliyinin 141 saylı Mənzil Kommunal İstismar Sahəsinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə ünvan 16 ünvanında qeydiyyatda olmaqla yaşayır. (cild 1, i.v. 174) Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 141 saylı Xüsusi təyinatlı Mənzil Təsərrüfatı Birliyinin 141 saylı Mənzil Kommunal İstismar Sahəsinin Təqsirləndirilən şəxs barəsində vermiş olduğu xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 16 ünvanında qeydiyyatda olduğu müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. (cild 1, i.v. 175) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə kornpyuter-texnikı ekspertizasının xx xxxxx 2020-cı il tarixli 5/41 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspetizaya təqdim edilmiş avadanlıqlar zavod üsulu ilə hazırlanaraq hal hazırda işlək vəziyyətdədirlər (üzərində ‘Nizamı rayonu. Qara Qarayev pr. Ev 36 2-ci blok 2-ci mərtəbədə KATV-ə məxsus şkafda olan avadanlıq” yazıları əlan bağlamada aşkar edilmiş bir ədəd 08 prtlu “GSM VoİP Gateway” markalı cihaz işlək deyil) Tədqiqata təqdim edilmiş qurğulardan istifadə etməklə mobl rabitə, internet şəbəkəsinə qoşulmaq və həmin şəbəkələrdən istifadə elməklə nəzarətdən kənar beynəlxalq danışıqların aparılması mümkündür. Aparılmış ekspertiza tədqiqatının dəyəri 61.17 manat təşkil edir ( cild 1, i.v. 217-222) xx xxxxx 2020-cı ıl tarixli 7-920 saylı məktubla "xxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCdən daxil olan məktuba əlavə edilmiş materiallardan və həmin materiallara keçirlilmiş eyni tarixli baxış protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxsın adına verilmiş "Unibank” Bankına məxsus **********271352 nömrəli karta Rusiya Federasiyasına məxsus “Tinkoff Bank" adlı naməlum bank kartı vasitəsilə “Card2Card” əməliyyatı, yəni sonuncu banka məxsus naməlum kartdan xx.xx.2019-cu il tarixdə 90.27 manat vo 111.10 manat, xx.xx.2019-cu il tarixdə 136,35 manat və 40.98 manat, xx.xx.2019-cu il tarixdə 27.97 manat 01 07.2019-cu il tarixdə 28,04 manat və 157.00 manat. 05 07 2019-cu il tarixdə 255.68 manat xx.xx.2019-cu il tarixdə 70.16 manat, xx.xx.2019-cu i tarixdə 953,76 manat və xx.xx.2019-cu il tarixdə 257,29 manat pul vəsaitləri köçürülmüşdür. ( cild 2, i.v. 1-16) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 9/256 saylı rəyinə osasoıı müəyyən edilmişdir ki, ekspetizaya təqdim edilmiş 21 adda malların istifadədə olması nəzəm alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3035.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda ünvanlar üzrə qiymətləri xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Donuzkökoltrnə sovxozu ərazisində yerəşən tikilidə aşkar edilmiş avadanlıqların ümumi dəyəri 1930 manat, xx xxx 2019-cu il tarixdə ünvan 19 ünvanının damında aşkar edilmiş avadanlıqların ümumi dəyəri 555 manat. xx xxxx 2019-cu il tarixdə ünvan 6 ünvanında aşkar edilmiş avadanlıqların ümumi dəyəri 260 manat. xx xxxxxx 2019-cu il tarixdə ünvan 20 ünvanında aşkar edilmiş avadanlıqların jmumi dəyəri 275 manat və xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri. Nizami rayonu Qara Qarayev prospekti ev 36-nın 2ci blokunun 2-ci mərtəbəsindəki “Katv 1”ə məxsus şkafda aşkar edilmiş avadanlıqların ümumi dəyəri 15 manat təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir ( cild 2, i.v. 32-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/256 saylı ləyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsaən iş materiallarında olan sənədlərin düzgünlüyünü istintaq tərəfindən nəzərə alındığı təqdirdə təqsirləndirilən şəxslərin vurmuş olduğu ziyanın məbləği ödənişlər çıxıldıqdan sonra xx.xx.2019-cu il tarixli aktda qeyd edilənlərə əsasən 148.769.49 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli aktda qeyd edilənlərə əsasən 1984.27 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli aktda qeyd edilənlərə əsasən isə 17.424.76 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir ( cild 2, i.v. 36-40) “Sim-Box” avadanlıqlarının maddi sübut kimi tanınması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Sim-Box” avadanlıqları iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarı qəbul edilənədək saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstıntaa baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. ( cild 2, i.v. 69-71) Zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-nin X5 Tənzimləmə şöbəsinin hüquqşünası X11 Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-nin nümayəndəsi qismində tanınmışdır. ( cild 2, i.v. 81) Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 233-4.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması qərara alınmışdır. ( cild 2, i.v. 94-119) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 233-4.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (cild 2, i.v. 122-123) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-nin Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü xx.xx.2020-ci il tarixli mülki iddia tələbindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 19409.03 manat məbləğində maddi ziyanın tutularaq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-nə ödənilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclaslarında səsləndirdiyi və iş materiallarında olan ifadələri, baxış protokolları, ekspertiza rəyləri, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsinə əsasən telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulması qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizı olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsnın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 233-4.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 233- 4.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınmış Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan “Sim-Box” avadanlıqları dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda ekspertiza tədqiqatlarının ümumi dəyəri 361 (üç yüz altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutulub dövlətbüdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı)-Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxxxxx» MMC-nin nümayəndəsi- Nümayəndə tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsində göstərilmişdir ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1və179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-ProsessualMəcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3cümaddəsinəəsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. EyniMəcəllənin 354.1 və 354.1.1-cimaddələrinəgörə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsiəks etdirilir. Törədilən əməl nəticəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cinayət nəticəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxxxxxxxxxx” MMC-yə 19409.03 (on doqquz min dörd yüz doqquz manat, sıfır üç qəpik) manat məbləğində zərər dəymişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia təmin olunmalı, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 19409(on doqquz min dörd yüz doqquz) manat 03 (sıfır üç) qəpik məbləğində vəsait təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 120 (bir yüz iyirmi) iş saatına görə 720 (yeddi yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-4.2.3cümaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 19409 (on doqquz min dörd yüz doqquz) manat 03 (sıfır üç) qəpik məbləğində vəsait təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «xxxxxxxxxxxx» MMC-yə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan “Sim-Box” avadanlıqları dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının ümumi dəyəri – 361 (üç yüz altmış bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcətəsnifatınınkodu 142319, büdcəsəviyyəsininkodu 3, DövlətXəzinədarlıqAgentliyi, kod 210005, VOEN **********, müxbirhesabAZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, MəhkəməEkspertizaMərkəzi, VOEN **********, hesabAZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 120 (bir yüz iyirmi) iş saatına görə 720 (yeddi yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-268/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-268/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver