Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-268/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Oqtay qızının, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 159-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə, saat 23:49 dəqiqədə texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yolunun ünvan 1 ünvanla X16 küçəsi 51 saylı ünvanın kəsişməsindən keçən hissəsində üzü 28 may küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8-ci bəndlərinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən sürücülük vəsiqəsi, eləcə də, fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə əsasında nəqliyyat vasitəsini idarə etməli, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə, əzgin, yorğun vəziyyətdə və yaşayış məntəqəsində avtomobili 60 km/saat sürətindən artıq sürətlə idarə etməməli, daim hərəkətə nəzarət etməli, işıqforun qadağanedici qırmızı işığında yolayrıcına daxil olmadan avtomobilin dayanmasını təmin etməli və kəsişən yolla işıqforun yaşıl işığında yolayrıcına daxil olan digər nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verərək onu buraxmalı, yəni işıqforun yaşıl işığında yolayrıcına daxil olan nəqliyyat vasitəsinin təklükəsiz keçməsini təmin etməli və işıqforun qadağanedici qırmızı işığında avtomobili yolayrıcına daxil edib digər nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və adına etibarnamə verilmədən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda avtomobili saatda 100 kilometr sürətlə idarə edib işıqforun qırmızı işığında dayandırmadan yolayrıcına daxil etdiyindən, həmin kəsişmədə “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq tərəfdən Zərərçəkmiş şəxs1 Nərimanov rayonu, X16 küçəsi ilə üzü Tbilisi prospekti istiqamətində hərəkət etdirdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi ilə toqquşmuş, sonra sonuncu avtomobil, avtomobil yolunun kənarındakı işıqfora çırpılmış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi yolnəqliyyat hadisəsi “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ gicgah payda hemorragik kontuziya, travmatik subaraxnoidal qansızma, sol yarımkürədə lövhəvari hematoma, sağ alın nahiyəsinin əzilibcırılmış yarası, hemopnevmotoraksla müşayiət olunan sağdan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınığı, ağciyərlərin hər iki tərəfdə əzilməsi kimi dərəcəsinə görə insan həyat üçün təhlükəli olmaqla sağlamlığına ağır zərər vurmaya aid və həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol diz oynağının və döş qəfəsinin əzilməsi, sol baldırın aşağı üçdə birinin bayır və arxa səthlərinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər almalarına, həmçinin Bakı Nəqliyyat Agentliyinin balansında olan işıqforun zədələnməsi ilə əlaqədar həmin Agentliyə 1622 manat 65 qəpik və avtomobilinin zədələnməsi ilə bağlı Zərərçəkmiş şəxs1 5770 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun anası X2 adına olsa da, birgə mülkiyyətlərindədir, həmin avtomobili sürücülük hüququ olmamaqla sonuncunun şifahi razılığı əsasında etibamaməsiz idarə etmişdir. Uzun müddətdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğundan, 18 yanvar 2021-ci il tarixdə, saat 20 radələrində yuxarıda qeyd olunan avtomobili idarə edib Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə getmiş və orada tanımadığı şəxsdən özünün istifadəsi üçün 6 manat pula 1 bükümdə psixotrop maddə-metamfetamin alıb ondan istifadə etmişdir. Həmin gün saat 23 radələrində idarə etdiyi avtomobillə Yasamal rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozduğundan, orada xidmət aparan Yol-Patrul Xidmətinin əməkdaşları ona saxla işarəsi vermişlər. Həm psixotrop maddənin təsiri altında olduğundan, həm də avtomobili sürücülük vəsiqəsi və adına etibarnamə olmadan idarə etdiyindən, həyəcanlanıb qorxaraq avtomobili saxlamamış və sürəti artıraraq oradan uzaqlaşmışdır. Daha sonra, polis əməkdaşlarının onu müşayiət edəcəklərindən ehtiyat edərək idarə etdiyi avtomobillə Azadlıq prospektinə çıxmış və üzü 28 may küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Saat 23:50 dəqiqədə idarə etdiyi avtomobillə təxminən 100 km/saat sürətlə Nərimanov rayonu, Azadlıq prospekti ilə X16 küçəsinin kəsişməsində üzü 28 may küçəsi istiqamətində hərəkətdə olan zaman həyəcanlı olduğu üçün işıqforun qırmızı işığına fikir verməyib keçdiyindən, idarə etdiyi avtomobilin qabaq tərəfi işıqforun yaşıl işığında X16 küçəsi ilə üzü Tbilisi prospekti istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sağ tərəfi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək o, digər avtomobilin sonradan tanıdığı sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobilin sonradan tanıdığı sərnişini Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli xəsarətlər almışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödədiyini qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olduğundan, 18 yanvar 2021-ci il tarixdə, saat 23:30 dəqiqədə idarə etdiyi avtomobillə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində olan zaman qoşulduğu “Bolt” proqramı vasitəsilə həmin küçədə yerləşən Travmatologiya İnstitutunun yanından Hərbi Hospitalın yaxınlığına müştərinin aparılması sifarişi daxil olduğundan, o, həmin yerə getmiş, orada sonradan tanıdığı Zərərçəkmiş şəxs2 müştəri kimi avtomobilin salonuna daxil olub arxa sağ oturacaqda oturandan sonra, o, göstərdiyi ünvana doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt ikisindən başqa avtomobildə digər hər hansı şəxs və ya yük olmamışdır. Saat 23:50 dəqiqədə idarə etdiyi avtomobillə təxminən 40-50 km/saat sürətlə sağ tərəfdən 2-ci hərəkət zolağında Nərimanov rayonu, X16 küçəsi ilə Azadlıq prospektinin kəsişməsində işıqforun yaşıl işığında üzü Tbilisi prospekti istiqamətində hərəkətini davam etdirən zaman gözlənilmədən sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı avtomobili işıqforun qırmızı işığında saxlamayıb Azadlıq prospekti ilə üzü 28 may küçəsi istiqamətində yüksək sürətlə hərəkətini davam etdirdiyindən, həmin avtomobil qabaq tərəfdən onun idarə etdiyi avtomobilin sağ tərəfi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək avtomobili yolun kənarındakı işıqfora çırpılaraq dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, avtomobilində sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 və digər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xəsarətlər alsalar da, digər hər hansı xəsarət alan olmamışdır. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə, saat 23:30 dəqiqədə Travmatologiya İnstitutunun yaxınlığında olan zaman yaşadığı evə getmək məqsədilə “Bolt” proqramı vasitəsilə taksi sifariş verdiyindən, az sonra “Toyota Prius” markalı avtomobil gəlmiş və o, avtomobilin salonuna daxil olub arxa sağ oturacaqda oturandan sonra, sürücü idarə etdiyi avtomobillə göstərdiyi ünvana doğru hərəkət etməyə başlamışdır. Saat 23:50 dəqiqədə sürücü idarə etdiyi avtomobillə Nərimanov rayonu, X16 küçəsi ilə Azadlıq prospektinin kəsişməsində svetoforun yaşıl işığında üzü Tbilisi prospekti istiqamətində hərəkətini davam etdirən zaman gözlənilmədən sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı avtomobili svetoforun qırmızı işığında saxlamayıb, Azadlıq prospekti ilə üzü 28 may küçəsi istiqamətində yüksək sürətlə hərəkətini davam etdirdiyindən, həmin avtomobil qabaq tərəfdən salonunda olduğu avtomobilin sağ tərəfi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək içərisində olduğu avtomobil yolun kənarındakı svetofora çırpılaraq dayanmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində xəsarətlər aldığından, təcili tibbi yardım avtomobili ilə onu xəstəxanaya aparmışlar. Sonda Zərərçəkmiş şəxs2 bildirmişdir ki, əsas şikayəti və tələbi ondan ibarətdir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan sürücü Təqsirləndirilən şəxs onun tam sağalanadək müalicə xərclərini qarşılasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, “Bakı Nəqliyyat Agentliyi”nin İnzibati işlər şöbəsinin Təsərrüfat sektorunda məsləhətçisi işləyir. 18 yanvar 2021-ci il tarixdə, saat 23:49 dəqiqədə ünvan 1 ünvanla X16 küçəsi 51 saylı ünvanın kəsişməsində sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verdiyindən, sonuncu avtomobil yolun kənarındakı Bakı Nəqliyyat Agentliyinin balansında olan işıqfora çırpılaraq dayanmışdır. Məlum yol-nəqliyyat hadisəsi nəticəsində Bakı Nəqliyyat Agentliyinin balansında olan işıqforun zədələnməsi ilə bağlı həmin Agentliyə ümumilikdə 1622 manat 65 qəpik ziyan vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin konkret kimin təqsiri ucbatından baş verməsi və digər hallar haqqında isə hər hansı məlumatı yoxdur. Cinayət işinin 4-11-ci vərəqlərində olan “Hadisəsi yerinə baxış keçirilməsi barədə” 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 1 ünvanla X16 küçəsi 51 saylı ünvanın kəsişməsində baş vermişdir. Hadisə yerində yaş vəziyyətdə olan asfalt yol örtüyünün hər iki istiqamət üçün eni 19,0 metr, ehtiyat hissəsinin (səkinin) eni 0,3 metr, ayrıcı zolağın eni 0,40 metr olmaqla, hərəkət zolaqlarının sayı altıdır. Yolun işlək hissəsində 3.27, 2.5, 4.14, 5.15 nişan xətləri aşkar edilmişdir. Yolun sol və sağ hissələrində səki olmuşdur. Hadisə yerinə baxış zamanı şəhər elektrik işıqları ilə işıqlandırılır. Hadisə yerində “Hyundai Sonata” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində üzü 28 may metrosu istiqamətində, “Toyota Prius” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil isə X16 küçəsindədir. Hadisə yerində şinlərin izləri və tormoz izləri aşkar edilməmişdir. Hər iki avtomobildə bufer, fara qırıqları var, avtomobillərdən yağ və radiator mayesi dağılmışdır. Yol kənarında isə işıqfor dirəyi qırılıb. Yolun işlək hissəsində və ətrafdakı əşyalarda zərərçəkmişin izləri aşkar edilməmişdir, meyit yoxdur. Cinayət işinin 14-cü vərəqində olan 19 yanvar 2021-ci il tarixli, 1/143 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nın surətindən Təqsirləndirilən şəxs məlum yol-nəqliyyat hadisəsi baş verən zaman narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində sərxoş vəziyyətdə olması aydın olur. Cinayət işinin 38-ci vərəqində olan AZ-T seriyalı, 141490 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X5 qeyd olunmuşdur. Cinayət işinin 39-cu vərəqində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı 901594 nömrəli, 30.11.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, **- OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. Cinayət işinin 60-cı vərəqlərində olan “Real avto” Avtoservisdən təqdim olunmuş 01 fevral 2021-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5770 manat ziyanın vurulmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X18 Nərimanov rayon Şöbəsindən təqdim edilmiş 01 fevral 2021-ci il tarixli, 47 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər- sol diz oynağının və döş qəfəsinin əzilməsi, sol baldırın aşağı üçdə birinin bayır və arxa səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 18 yanvar 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonun hissələrinin təsirindən törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 65-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 04 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.08.2012-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm 07.09.2012-ci il tarixdə qüvvəyə minmişdir və cəzadan azad olunması, habelə məhkumluğun ödənilməsi və ya götürülməsi barədə məlumat yoxdur. Cinayət işinin 70-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin 02 fevral 2021-ci il tarixli, 016-13523-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixədək Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin 77-79-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 Nərimanov rayon Şöbəsindən təqdim edilmiş 16 fevral 2021-ci il tarixli, 52 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ gicgah payda hemorragik kontuziya, travmatik subaraxnoidal qansızma, sol yarımkürədə lövhəvari hematoma, sağ alın nahiyəsinin əzilib-cırılmış yarası, hemopnevmotoraksla müşayiət olunan, sağdan İ, İİ, İİİ, İV, V, Vİ qabırğaların sınığı, ağciyərlərin hər iki tərəfdə əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 18 yanvar 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işinin 81-83-cü vərəqlərində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 704/2012 saylı, 02.08.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 06.04.2012-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüəvvəyə minənədək dəyişdirimədən saxlanılması Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlərin təyin olunması hökm edilmişdir. Cinayət işinin 84-85-ci vərəqində olan Bakı Nəqliyyat Agentliyinin 23.02.2021-ci il tarixli məktubundan görünür ki, məlum yol-nəqliyyat hadisəsi nəticəsində Bakı Nəqliyyat Agentliyinin balansında olan işıqforun zədələnməsi ilə bağlı həmin Agentliyə ümumilikdə 1622 manat 65 qəpik ziyan vurulmuşdur. Cinayət işinin 89-92-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 8/399 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/sat sürətindən artıq sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci madəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 94-95-ci vərəqlərində olan “Diskin baxışının aparılması haqqında” 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, 18 yanvar 2021-ci il tarixdə, saat 23:49:07 saniyədə “Toyota Prius (Hibrid)” minik markalı avtomobil işıqforun yaşıl işığında Bakı şəhəri X16 küçəsi ilə üzü Tbilisi prospekti istiqamətində hərəkətdə olan zaman Nərimanov rayonu, Azadlıq prospekti ilə üzü 28 may küçəsi istiqamətində “Hyundai Sonata” minik markalı avtomobil yüksək sürətlə sfetoforun qırmızı işığında hərəkətini davam etdirdiyindən, Azadlıq prospekti 215 saylı ünvanla X16 küçəsi 51 saylı ünvanın kəsişməsində “Hyundai Sonata” minik markalı avtomobil qabaq tərəfdən “Toyota Prius (Hibrid)” minik markalı avtomobilin sağ tərəfi ilə toqquşur, nəticədə yol-nəqliyyat hadisəsi baş verdiyindən, sonuncu avtomobil yolun kənarındakı işıqfora çırpılaraq hər iki avtomobil dayanır. Cinayət işinin 96-cı vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 19 mart 2021-ci il tarixli qərardan görünür ki, 18 yanvar 2021-ci il tarixdə, saat 23:49 dəqiqədə ünvan 2 ünvanla X16 küçəsi 51 saylı ünvanın kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqdim edilmiş 01 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 171-172-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 12.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 182-183-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin maddi sübut kimi tanınması və sahiblərinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 184-cü vərəqində olan Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış 12 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, həqiqətən ona məxsus sürücülük vəsiqəsini və “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin 185-ci vərəqində olan X7 tərəfindən imzalanmış 12 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, həqiqətən ona məxsus “Hyundai Sonata” minik markalı, **-OJ- *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin 190-cı vərəqində olan 32 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 220-ci vərəqində olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı X14 Müəssisəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli “Məhkum Təqsirləndirilən şəxs 1762 saylı şəxsi işindən Arayış”dan görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 06.04.2012-ci il tarixdən hesablanmağa başlanılmış, cəzasının sonu 06.04.2021-ci il tarixdə başa çatmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 20.09.2019-cu il tarixdə Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 9 saylı X14 müəssisəsinə keçirilmişdir. 06.04.2021-ci il tarixdə cəza sonu başa çatdığı üçün azad olunaraq müəssisənin qeydiyyatından çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs 17.01.2021-ci il tarixdə öz ərizəsinə əsasən səhhəti ilə əlaqədar olaraq müayinə və müalicə olunması üçün Bakı şəhəri 3 saylı X6 getməsinə icazə verilmişdir. Cinayət işinin 223-225-ci vərəqlərində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli, 7(003)-995/2019 nömrəli qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X14 müəssisəsinə keçirilməsi qərara alınmışdır. Cinayət işinin 226-227-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator X1 dair 15 aprel 2021-ci il tarixli, 1127 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddəmetamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 23.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsinin tələblərinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci və 8-ci bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 60-cı maddəsinin İİ hissəsinin tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Qərarın 17-ci bəndində göstərildiyi kimi, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263-1.1, 263-1.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Nəhayət, adı çəkilən Qərarın 4 və 22-ci bəndlərində tövsiyyə edildiyi kimi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli insanların həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə yönəldiyi üçün bu cinayətin tərkibinin, xüsusilə də onun subyektinin düzgün müəyyən olunması böyük əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitələrini idarə edən şəxs ola bilər. Bununla yanaşı, Cinayət Məcəlləsinin 263- 1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda pozan nəqliyyat vasitələrini idarə edən şəxsdir. Bu cinayətin digər subyekti isə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsdir. “Yol hərəkəti haqqında” Qanunun normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını X14 müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 18 yanvar 2021-ci il tarixdə, saat 23:49 dəqiqədə ünvan 2 ünvanla X16 küçəsi 51 saylı ünvanın kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqdim edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını X14 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 18 yanvar 2021-ci il tarixdə, saat 23:49 dəqiqədə ünvan 2 ünvanla X16 küçəsi 51 saylı ünvanın kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqdim edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - “Hyundai Sonata” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius (Hibrid)” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-268/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-268/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver