Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-269/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2021-ci ilin yanvar ayının 27-də saat 03:30 radələrində Aıvazov İlgarın icarəyə götürüb işlətdiyi ünvan 2 ünvanında yerləşən “Şirin Bala” adlı mağazanın nəfəsliyini özü ilə gətirdiyi vintaçanla sıxıb açaraq qanunsuz olaraq içəri daxil olub orada masanın altında olan siyirtməni açaraq içərisində olan 600 manat nağd pulu talayıb, zərərçəkmiş şəxs Aıvazov İlgara 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin yanvar ayının 30-da saat 04 radələrində ünvan 10 saylı ünavnda yerləşən “qarışıq mallar” köşkünün giriş qapısını vintaçanla qırıb qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 28 qutu Ardo (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.90 qəpik olan 26 qutu Kingston (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.10 qəpik olan 25 qutu Vest (qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 36 qutu Vest (kompak) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 24 qutu Vest (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 26 qutu More markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 30 qutu Palmall (qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.00 qəpik olan 28 qutu Klassic (nazik-uzun) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.00 qəpik olan 18 qutu Klassic (kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.00 qəpik olan 07 qutu Klassic (nazik-kiçik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 42 qutu Palmall (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 14 qutu Palmall (mentol) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 9 qutu Palmall (mentol-təzə) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 22 qutu Rothmons (mentol) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 14 qutu Rothmons (boz) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 11 qutu Rothmons (göy) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 12 qutu Kent 8 markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 11 qutu Kent 4 (qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 23 qutu Kent 4 (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 12 qutu Kent 1 markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 18 qutu Kent (kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 24 qutu Kent (Mentol) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.50 qəpik olan 9 qutu Kent (qlo-kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.50 qəpik olan 36 qutu Kent (qlo) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.70 qəpik olan 15 qutu LD (kompakt-ağ) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.70 qəpik olan 10 qutu LD (kompakt-göy) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.50 qəpik olan 10 qutu LD (mentol-meyvəli) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.50 qəpik olan 10 qutu LD(mentol) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.80 qəpik olan 23 qutu LD (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.60 qəpik olan 15 qutu Sobranie (kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.70 qəpik olan 18 qutu Sobranie (göy-qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.70 qəpik olan 12 qutu Sobranie (göy-nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.70 qəpik olan 14 qutu Sobranie (ağ-qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.70 qəpik olan 09 qutu Sobranie (qara-qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.70 qəpik olan 14 qutu Sobranie (qaranazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.50 qəpik olan 08 qutu Camel markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 11 qutu Vinston (qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 20 qutu Vinston (slime) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 30 qutu Vinston (kompakt-boz) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 22 qutu Vinston (boz-nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 11 qutu Vinston (sadə) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 11 qutu Vinston (kompakt-göy) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 14 qutu Vinston (qoşa-kapsula) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 10 qutu Vinston (tək-kapsula) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.20 qəpik olan 10 qutu Vinston (tək-kapsula/alma) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 22 qutu Davidoff (sarı) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 9 qutu Davidoff (ağ-nazik/uzun) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 3.40 qəpik olan 7 qutu Davidoff (ağ-nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.60 qəpik olan 42 qutu Davidoff (nazik-təzə) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.60 qəpik olan 24 qutu Davidoff (kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.60 qəpik olan 29 qutu Arqo(göy-qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.60 qəpik olan 18 qutu Arqo(kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.60 qəpik olan 16 qutu Kingston (qalın-boz) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.60 qəpik olan 14 qutu Kingston (qalın-qızılı) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.10 qəpik olan 21 qutu Vincester (qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 35 qutu Vincester (kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 38 qutu Vincester (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 24 qutu Vincester (mentol) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.90 qəpik olan 23 qutu Senatr markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.30 qəpik olan 21 qutu Palmall (kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 25 qutu Veqas (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 48 qutu Vikeroy markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.60 qəpik olan 24 qutu Cenat (qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.60 qəpik olan 14 qutu Azəri markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.60 qəpik olan 15 qutu Bakı markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.00 qəpik olan 23 qutu Keno (qalın) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.00 qəpik olan 36 qutu Keno (nazik) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.20 qəpik olan 28 qutu Vant (kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.20 qəpik olan 10 qutu Vant (mentol) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.20 qəpik olan 35 qutu Vant (layn-X) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 2.00 qəpik olan 76 qutu Vant (nazik-köhnə) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 12 qutu Maqna(boz-kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 09 qutu Maqna (göy-kompakt) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 32 qutu Maqna (nazik-boz) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 36 qutu Maqna (nazik-ağ) markalı, hər birinin içində 20 ədəd olmaqla dəyəri 1.80 qəpik olan 13 qutu Maqna (qara) markalı siqaretlər və əlavə olaraq həmin yerdə olan 160 manat dəyərində qarışıq Azərbaycan Respublikasının milli pul vahidi olan qəpikləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 3912 manat 40 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayının 9-da saat 02:21-də ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus köşkün nəfəsliyini özü ilə gətirdiyi vintaçan ilə sındırıb, içəri qanunsuz daxil olmuş, həmin köşkün içərisində olan 35 ədəd, hər birinin qiyməti 2 manat 30 qəpik olan “Rothmans markalı, 79 ədəd hər birinin qiyməti 3 manat 30 qəpik olan “Sobranie” markalı, 67 ədəd hər birinin qiyməti 3 manat 20 qəpik olan “Winston” markalı, 36 ədəd hər birinin qiyməti 3 manat 40 qəpik olan “Kent” markalı, 12 ədəd, hər birinin qiyməti 3 manat 50 qəpik olan “Sobranie compact” markalı siqaretləri, şkafda olan 250 manat nağd pulu və 03 ədəd hər birinin qiyməti 25 manat olan müşahidə kameralarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 1045 manat (bir min qırx beş) manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2021-cı ilin mart ayının 2-də saat 03 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus Köşkün pəncərəsini qabardıb açmaqla içəridən hər biri 3,4 manat olmaqla ümumilikdə 272 manat dəyərində 80 ədəd "Davidoff", hər biri 3,4 manat olmaqla ümumilikdə 1054 manat dəyərində 310 ədəd "Kent", hər biri 3,7 manat olmaqla ümumilikdə 666 manat dəyərində 180 ədəd "Sobranie", hər biri 3,2 manat olmaqla ümumilikdə 320 manat dəyərində 100 ədəd "Winston", hər biri 6 manat olmaqla ümumlikdə 120 manat dəyərində 20 ədəd "Sobranie kitab", hər biri 2,8 manat olmaqla ümumilikdə 56 manat dəyərində 20 ədəd "LD", hər biri 2,2 manat olmaqla ümumlikdə 88 manat dəyərində 40 ədəd "Want" markalı siqaretləri götürüb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 2576 (iki min beş yüz yetmiş altı) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 2021-cı ilin mart ayının 16-da saat 03.55 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus Köşkün pəncərəsini vintaçanla qabardıb açmaqla içəridən bir ədədi 3.60 manat olan, 60 ədəd, ümumi dəyəri 216 manat təşkil edən Kent 4 markalı, bir ədədi 3.90 manat olan, 50 ədəd, ümumi dəyəri 195 manat təşkil edən Sobranie markalı, bir ədədi 3.40 manat olan, 70 ədəd, ümumi dəyəri 238 manat təşkil edən Vinston markalı, bir ədədi 2 manat olan, 70 ədəd, ümumi dəyəri 140 manat təşkil edən Maqna markalı, bir ədədi 2.20 manat olan, 50 ədəd, ümumi dəyəri 110 manat təşkil edən Viceroy markalı, bir ədədi 2.20 manat olan, 40 ədəd, ümumi dəyəri 88 manat təşkil edən Classik markalı, bir ədədi 2 manat olan, 50 ədəd, ümumi dəyəri 100 manat təşkil edən Prima markalı, bir ədədi 2.50 manat olan, 60 ədəd, ümumi dəyəri 150 manat təşkil edən Vant markalı, bir ədədi 2.50 manat olan, 50 ədəd, ümumi dəyəri 125 manat təşkil edən Rotmans markalı, bir ədədi 1.80 manat olan, 54 ədəd, ümumi dəyəri 97.20 manat təşkil edən Arqo markalı, bir ədədi 2.50 manat olan, 90 ədəd, ümumi dəyəri 225 manat təşkil edən Vest markalı, bir ədədi 1.80 manat olan, 30 ədəd, ümumi dəyəri 54 manat təşkil edən Azəri markalı, bir ədədi 1.80 manat olan, 10 ədəd, ümumi dəyəri 18 manat təşkil edən Kinston markalı, bir ədədi 1.80 manat olan, 25 ədəd, ümumi dəyəri 45 manat dəyərində Bakı markalı siqaretləri və 300 manat pulu götürüb gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 2101.20 (iki min yüz bir manat iyirmi qəpik) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun anası Marina Hüseynova 2008-ci ildə vəfat etmiş, atası Mehman Hüseynovu ümumiyyətlə görməmişdir, doğma bacı və qardaşları da yoxdur. Həbs olunana qədər uşaq vaxtından onu saxlayan Şükufə Məhmudova adlı şəxslə birlikdə ünvan 6 ünvanda yaşamışdır. 2017-ci ildə ünvan 7əsi tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2021-ci ilin yanvar ayının 7-də Nizami Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdır. Azadlıqda olduqda isə özünə iş tapa bilmədiyindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, ilk olaraq 27 yanvar 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində piyada gəzərək əlverişli mağaza axtarmışdır ki, həmin mağazaya daxil olub oğurluq etsin. Həmin gün gecə saat 03:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34/67 ünvanında yerləşən üzərində “Şirin Bala” yazılan bir mərtəbəli uşaq mağazanın qarşısından keçərkən mağazanın işıqlarının sönük olmasını gördükdə əmin olmuşdur ki, mağazanın içərisində heç kim yoxdur. O, mağazanın arxa tərəfinə keçmiş və görmüşdür ki, kondisionerin bayır hissəsi üçün olan avadanlıq və onun üzərində isə nəfəslik vardır. Bundan sonra ətrafa baxıb heç bir kənar şəxsin olmadığından əmin olduqdan sonra qaranlıq şəraitdə əvvəlcədən özü ilə gətirdiyi vintaçanı cibindən çıxardaraq kondisionerin bayır üçün olan avadanlığının üzərinə çıxmış, orada vintaçanla nəfəsliyin pəncərəsini sıxaraq açıb mağazanın sanitar qovşağına daxil olmuşdur. Sanitar qovşağının qapısı açıq olduğundan oradan mağazanın uşaq paltarları satılan bölməsinə girib masanın üzərində kompyuter və kassa aparatı olan masaya yaxınlaşaraq masanın siyirtməsini açmış və nağd pul vəsaitlərini götürmüş və başqa heç bir əşya oğurlamadan yenidən qayıdaraq həmin nəfəslikdən çıxaraq oradan uzaqlaşmışdır. Daha sonradan oğurladığı nağd pul vəsaitlərini saydıqda 150 manat məbləğində 5 və 10 manatlıq əskinaslar, 350 manat məbləğində 1 manatlıq əskinaslar və 100 manat məbləğində qəpik pullar olduğunu müəyyən etmişdir. O, sonradan həmin pulları öz ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin yanvar 30-da gecə təxminən 04 radələrində ünvan 9 ünvanda olarkən zirzəmi kimi yer görmüş və həmin yerin şüşəsindən içəri baxdıqda orada siqaretlərin olduğunu görmüşdür. Üzərində gəzdirdiyi vintaçanla qapını qabardaraq açmış və içəri daxil olaraq orada sağ və sol hissələrdə olan rəflərdə yerləşdirilmiş müxtəlif növ siqaretləri sellefon torbalara yığmışdır. Bundan əlavə orada olan 160 manat miqdarında qəpikləri də götürdükdən sonra həmin yerdən çıxaraq oradan uzaqlaşmışdır. Sonrakı günlərdə isə həmin siqaretləri küçələrdə, parklarda və metro yaxınlıqlarında ucuz qiymətə tanımadığı şəxslərə satıb pul əldə etmişdir. Bundan başqa 09 fevral 2021-ci il tarixdə gecə saatlarında Əhmədli metrostansiyasının yaxınlığında yerləşən köşklərdən biri diqqətini çəkdiyindən Xətai rayonu, M.Hadi küçəsi 155-də yerləşən Köşkün yerləşdiyi yerin qaranlıq olduğunu və ətrafa heç kimin olmadığını görüb həmin köşkə saat 02.20 dəqiqədə yaxınlaşmış və köşkün içərisinə boylanan zaman orada ərzaq məhsulları və müxtəlif markalı siqaretlərin olduğunu gördükdə qabaqcadan özü ilə gətirdiyi vintaçanı cibindən çıxarıb həmin köşkün nəfəsliyini əlində olan vintaçan ilə qırmışdır. Həmin nəfəsliyi qırdıqdan sonra oradan içəri daxil olub, köşkün içərisində olan şkafdan 250 manat nağd pulu, 03 ədəd müşahidə kamerasını və sayını dəqiq xatırlamadığı müxtəlif markalı siqaretləri götürüb mağazada olan sellofan torbaların birinə yığaraq nəfəslikdən çölə çıxartmışdır. Köşkü tərk edən zaman 03 ədəd müşahidə kamerasını Əhmədli metrostansiyasının yaxınlığında olan zibil qutularına atmışdır. Bundan sonra siqaretləri götürərək idarə etdiyi velosipedlə evə getmişdir. Oğurluq etdiyi barədə heç kimə məlumat verməmişdir. 09 fevral səhər saatlarında yaşadığı evdən çıxaraq siqaretləri satmaq qərarına gəlmiş və Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı adamlara yaxınlaşaraq ucuz qiymətə siqaret satdığını bildirərək satmış və ümumi olaraq 400 manat qazanc əldə etmişdir. Həmin 400 manat pulu və köşkdən oğurladığı 250 manat nağd pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa isə sonuncu dəfə 16 mart 2021-ci il tarixdə saat təxminən 04 radələrində özü tək Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 22-də yerləşən köşkün pəncərəsini vintaçanla qabardıb açmış və içəriyə daxil olmuşdur. Köşkün içərisində olan siqaretləri köşkdə olan iki ədəd sellofan torbaya yığıb bundan başqa qutuda olan təxminən 170 manat pulu da götürüb tərk etmişdir. Daha sonra Təqsirləndirilən şəxs oğurlamış olduğu siqaretləri Bakı şəhərində mağazalara satmağı təklif etsə də, şəxsiyyət vəsiqəsi olmadığından sata bilməmişdir. Ona görə də o, siqaretləri oğurladıqdan sonra bükümlərdə və ya tək tək küçələrdə metro yaxınlıqlarında, parklarda satış qiymətlərindən aşağı qiymətə tanımadığı şəxslərə satmış və pul əldə etmişdir. Həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra fikriləşmişdir ki, əlində siqaret satarkən polislər onu tuta bilərlər. Ona görə də 16 mart 2021-ci il tarixdə gecə saat 04 radələrində oğurluq nəticəsində əldə etdiyi siqaretləri satmaq istəmişdir. Lakin, şəxsiyyət vəsiqəsi olmadığından onları sata bilməmiş və ona görə də tanışı Şahid1 müraciət etmiş, ona yalandan bildirmişdir ki, qumarda pul udmuş, borcun əvəzinə ona siqaretlər vermişlər. Lakin, şəxsiyyət vəsiqəsi olmadığından onları sata bilmir. Həmin siqaretlərin satılmasında köməklik göstərməsini xahiş etmişdir. Orxan da ona inanıb həmin siqaretləri ondan alaraq aparıb satmış və ona 970 manat pul vermişdir. Həmin puldan 100 manat Orxana vermişdir. Lakin, o, Hacı Məmmədov küçəsi 28-32 saylı ünvanda yerləşən siqaret köşkündən, yəni Zərərçəkmiş şəxs2 məxsus köşkdən oğurluq etməmişdir. İbtidai istintaq zamanı ona həmin oğurluğu da üzərinə götürməsi bildirilmiş və o, razılaşmışdır. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 22-də yerləşən köşkdən tək oğurluq etmiş, bu oğurluqdan Şahid1 xəbəri olmamışdır. Şahid1 satılmasında köməklik istədiyi malların oğurluq olmasından da xəbəri olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs5 ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2000-ci ildən hazıra kimi vəfat etmiş atası Şura Əliyevin adına olan, lakin ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 22-də yerləşən ərzaq köşkünü özü işlədir. Həmin köşkdə bir ədəd nəfəslik kimi alış-veriş olunmasından ötrü pəncərə də quraşdırılmışdır ki, həmin pəncərə də içəridən açılıb bağlanır. Köşkdə ərzaqla yanaşı müxtəlif markalı siqaretlər də satılır. 15 mart 2021-ci il tarixdə saat 22 radələrində köşkün plasmasdan olan pəncərəsini içəridən, qapısını isə küçədən bağlayıb getmişdir. 16 mart 2021-ci il tarixdə saat 08 radələrində o, köşkə gəldikdə köşkün önündən baxarkən görmüşdür ki, pəncərə açıq vəziyyətdədir. Daha sonra köşkün qapısını özü açarla açıb daxil olmuş və ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər mağazaya oğurluq məqsədi ilə qanunsuz pəncərəni açaraq daxil olmuş və içəridə piştaxtalara düzülmüş siqaretləri oğurlamışdır. Həmçinin orada pul yığılan qutuya baxdıqda məlum olmuşdur ki, qutuda olan 300 manat pulu da oğurlanmışdır. Bundan sonra dərhal DİN-in 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Həmçinin o, ərizə ilə müraciət etmişdir. Eyni köşkə birləşik olan ətriyyat mağazasında olan videogörüntüdən məlum olmuşdur ki, bir nəfər kişi cinsindən olan şəxs 16 mart 2021-ci il tarixdə saat 03:55-də köşkün pəncərəsini itələyərək açıb daxil olur və sonra isə əlində olan dolu torbalarla eynilə pəncərədən çıxaraq tərk edir. Köşkdən nağd olaraq 300 manat və 1801.20 manat dəyərində olan müxtəlif növ markalı siqaretlər oğurlanmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında sudrotərcüməçinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Nərimanov rayonu, Hacı Məmmədov küçəsi 28- 32 ünvanında yerləşən siqaret köşkünü icarəyə götürərək, orada müxtəlif növ siqaretlərin və digər xırdavatların satışı ilə məşğul olur. Hər gün köşkü saat 07 radələrində açıb saat 22 radələrində qapısını bağlayır. Həmin köşk nəzarət kamerası ilə təchiz olunmamışdır. İcarə əsasında işlətdiyi qeyd olunan ünvanda yerləşən köşkün qapısını 01 mart 2021-ci il tarixdə, saat 22 radələrində bağlayıb yaşadığı evə getmişdir. 02 mart 2021-ci il tarixdə, saat 07 radələrində gəldikdə köşkün giriş qapısının nəfəsliyinin şüşəsinin sındırıldığını görmüş və içəri keçib daha diqqətlə nəzər salanda məlum olmuşdur ki, göstərilən tarixə keçən gecə naməlum şəxs və ya şəxslər köşkün giriş qapısının nəfəsliyinin şüşəsini sındırıb qanunsuz içəri daxil olaraq oradan müxtəlif növ siqaretləri oğurlamışdır. Bu haqda polisə məlumat verəndən dərhal sonra, polis əməkdaşları ora gələrək araşdırma aparmışlar. Göstərdiklərindən başqa köşkdən digər hər hansı əşya və ya predmet oğurlanmamış və ona 2576 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında fəaliyyət göstərən yaşayış binasının zirzəməsində yerləşən “qarışıq mallar köşkü”nü 2014-cü ildə 30 illik müqavilə ilə almışdır. Ondan başqa köşkdə satıcı Şahid3 da işləyir. Köşk saat 08:00-dan 23:00-dək fəaliyyət göstərir və əsasən ərzaq malları satılır. Həmin köşkü növbəli şəkildə hər səhər Rəşad və o açır, gecələr də eyni qaydada bağlayırlar. 29.01.2021-ci il tarixdə səhər saat 08:00-da Rəşad köşkü açaraq fəaliyyətə başlamış və həmin gün gəcə saat 23:00-da köşkü bağlayaraq çıxıb getmişdir. 30.01.2021-ci il tarixdə saat 08:00-da Rəşad köşkü açmaq istəyərkən köşkün dəmir barmaqlıqlarının əyilmiş vəizyyətdə olduğunu və qapının aralı olmasını görmüşdür. İçəri daxil olduqda isə kassa aparatının yerdə olmasını, ətrafa baxdıqda isə mağazanın giriş hissəsindən solda yerləşən siqaretlərin yerləşdiyi rəflərdə yerləşən siqaretlərin bütünlükdə oğurlanmasını aşkar etmişdir. Bu barədə ona məlumat vermiş və oda köşkə gələrək vəziyyətlə tanış olduqdan sonra Nərimanov RPİ-nin 17-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. Belə ki, köşkdən müxtəlif növ siqaretlər və əlavə olaraq həmin yerdə olan 160 manat dəyərində qarışıq Azərbaycan Respublikasının milli pul vahidi olan qəpiklər oğurlanmaqla ona ümumilikdə 3912 manat 40 qəpik ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Aivazov İlgar ifadəsində göstərmişdir ki, 2014-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. ünvan 2 ünvanda yerləşən “Şirin Bala” adlı mağaza bir mərtəbəli, sahəsi təxminən 70 kv. metr olan tikilidə yerləşir, mağazanı 2020-ci ilin yayından icarə əsasında işlətməyə başlamışdır. Həmin mağazada uşaq geyimləri satılır. 26 yanvar 2021-ci il tarixdə saat 21:00-da o, mağazanı bağlayıb getmiş və 27 yanvar 2021-ci il tarixdə saat 09:00 radələrində mağazanı açıb işə başlamışdır. Həmin zaman qapının qıfılı qaydasında olsa da, o, heç nə bilmədən işini görmüş və saat 10 radələrində xəzinədən pul götürəndə görmüşdür ki, 600 manat pul oğurlanmışdır. Daha sonra özü mağazaya baxış keçirtdikdə görmüşdür ki, sanitar otağının nəfəsliyi çöldən alətlə sıxılaraq açılmışdır. O, artıq bilmişdir ki, kimsə nəfəsliyi çöldən açaraq mağazaya daxil olmuş və pulu oğurlamışdır. Azərbaycan Respublikası DİN-nin “102 Xidməti”nə zəng edərək və həmin tarixdə Nizami RPİ-nin 25-ci PŞ-yə ərizə yazaraq hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2020-ci il avqust ayının 18-dən etibarən Əhmədli metrostansiyası yaxınlığında, Məhəmməd Hadi küçəsi 155 ünvanında yerləşən köşkü işlədir. Hər gün səhər saat 08:00-dan köşkü açır və axşam saat 22 radələrinədək həmin köşkdə olur. Köşkdə əsasən tütün məmulatları və ərzaq məhsulları satılır. 09 fevral 2021ci il tarixdə saat 08:00 radələrində yaşadığı ünvandan çıxıb işlədiyi köşkə gələn zaman köşkün nəfəsliyinin açıq olduğunun şahidi olmuş və içəri girən zaman içərinin dağınıq olduğunu və satdığı bir çox məhsulların yerində olmadığını aşkar etmişdir. Köşkdə olan məhsulları sayarkən müxtəlif növ siqaretlərin, köşkün içərisindəki şkafda saxladığı 250 manat nağd pulunun və 03 ədəd hər birinin dəyəri 25 manat olan müşahidə kameralarının yerində olmadığını müəyyən etmişdir. Bununla əlaqədar DİN-nin 102 xidmətinə zəng vuraraq işlətdiyi köşkdə naməlum şəxslər tərəfindən oğurluq olmasını bildirmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinin fotoşəkillərini çəkmiş, hadisə yerini müayinə etdikdən sonra o, ərizə vermək üçün polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən Mafiya klubda işlədiyi vaxtlardan tanımışdır. Ruslan həmin ildə həbs olunmuş və onunla heç bir əlaqəsi olmamışdır. Sonradan Ruslanla təsadüfən görüşmüş və mobil nömrələrini bir-birinə vermişlər. 16 mart 2021-ci il tarixdə səhər saatlarında Ruslanla görüşərkən sonuncu ona bildirmişdir ki, onda siqaretlər var, lakin şəxsiyyət vəsiqəsi olmadığından sata bilmir, ona həmin siqaretlərin satılmasında köməklik göstərsin. O, Təqsirləndirilən şəxs siqaretləri haradan əldə etməsini soruşduqda bildirmişdir ki, ona borcun əvəzinə siqaretlər verilmişdir. O, Ruslana inanaraq siqaretləri qəbul etmiş və 28 may metrostansiyası yaxınlığında ümumi hesablayaraq adını ona Fariz kimi təqdim etmiş şəxsə şəxsiyyət vəsiqəsi əsasında 970 manata satmışdır. Bundan sonra Ruslanla görüşüb pulu ona vermiş və Ruslan da ona 100 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 8 ildir Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 115 ünvanında yerləşən “qarışıq mallar” köşkündə satıcı vəzifəsində işləyir. 29.01.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində köşkü bağlayaraq getmiş və 30.01.2021-ci il tarixdə saat 07:50-də köşkü açmaq üçün həmin ünvana gəldikdə görmüşdür ki, köşkün dəmir barmaqlıqları əyilmış və qırılmışdır. Dərhal o, bu barədə köşkün sahibi Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Rəflərə baxdıqda siqarət qutularının olmadığını görmüş, daha sonra Zərərçəkmiş şəxs3 gələrək polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ünvan 11 ünvanında yerləşən köşkü icarə əsasında işlədir. Əvvəllər Şahid1 tanımamış və heç bir münasibəti olmamışdır. 16 mart 2021-ci il tarixdə səhər saatlarında sonradan adı ona məlum olan Şahid1 onun köşkdə olduğu zaman yaxınlaşıb bildirmişdir ki, mağazada işləmiş, hazırda mağaza fəaliyyət göstərmir və qalmış olan siqaretləri alış qiymətindən 10 qəpik aşağı satır. Orxandan siqaretlərin oğurluq olubolmamasını soruşduqda Şahid1 bir daha qeyd etmişdir ki, siqaretlər oğurluq deyil, özünə məxsusdur və bundan sonra şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Siqaretləri onun iştirakı ilə sayıb Orxana 970 manat pul vermişdir. Daha sonra polis əməkdaşları gəldikdə ona məlum olmuşdur ki, Orxanın ona satmış olduğu siqaretlər oğurluq yolu ilə əldə edilmişdir. Həmin almış olduğu siqaretlərdən bir qismi satılmış, qalan siqaretləri, yəni 18 ədəd Sobranie, 11 ədəd Vinston, 23 ədəd Kent, 3 ədəd Rothmans və 6 ədəd Prima markalı siqaret qutularını və Orxan Xudaveriyevin ona sənədi əsasında satmış olduğu şəxsiyyət vəsiqəsinin surətini də könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “CD-R diskə baxış keçirilməsi haqqında” 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Cavanşir Mayılov, şahid Təqsirləndirilən şəxs iştirakı ilə icraatında olan ********* nömrəli cinayət işininin materiallarına əlavə edilmiş CD-R diskə HP markalı kompyuterdə baxış keçirtmişdir. Baxış keçirilən zaman müəyyən olundu ki, həmin diskin yaddaşında ümumilikdə 02 ədəd videofayl vardır. 01-ci fayla baxış keçirilərkən müəyyən oldu ki, 16.03.2021-ci il tarixdə 03:55-də ünvan 5 ünvanda yerləşən köşkün önünə bir nəfər yaxınlaşıb pəncərəni qabardaraq açıb ayağını və bədən nahiyəsini keçirdib köşkə daxil olur. Bundan başqa ikinci faylda isə həmin şəxs saat 04:10 dəqiqədə əlində olan iki ədəd torbanı çıxardaraq köşkün önünə qoyub, özü çıxdıqdan sonra sellofan torbalarla birlikdə tərk edir. CD-R diskə baxış vaxtı Təqsirləndirilən şəxs bildirdi ki, əynində qara rəngli gödəkçə və baş nahiyəsində papaq olan şəxs onun özüdür. Əlində olan iki ədəd sellofan torbalarda isə oğurlamış olduğu siqaretlərdir. Baxış keçirilən “01” ədəd CD-R disk protokola əlavə olundu; 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X5, ********* nömrəli cinayət işi üzrə xidməti otağında Füzuli rayon Qarqabazar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 23də yaşayan Şahid2 könüllü olaraq istintaqa təqdim etdiyi 18 ədəd Sobranie, 11 ədəd Vinston, 23 ədəd Kent, 3 ədəd Rothmans və 6 ədəd Prima markalı siqaret qutularını və Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini təhvil vermişdir; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 21 mart 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılovun 21.03.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİnin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X6, Zərərçəkmiş şəxs2 müraciəti əsasında əməliyyat qrupu ilə birlikdə hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi 28-32 ünvanında yerləşən tütün məmulatlarının satışı üçün nəzərdə tutulmuş köşkə keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, naməlum şəxs köşkün qapısında olan nəfəsliyi sındıraraq içəridən müxtəlif markalı siqaretləri oğurlamışdır. Hadisə yerinə baxış zamanı müəyyən olundu ki, şüşə qırıntıları köşkün içərisinə və çölə tökülmüşdür. Baxış zamanı təhqiqat üçün əhəmiyyətli hər hansı bir əşya və ya dəlil götürülmədi; “İfadənin yerində yoxlanılması haqqında” 20 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Gündüz Abdulov ********* nömrəli cinayət işi üzrə istintaq gedişində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsini, Nərimanov RPİ-nin 17-cı PŞ-nin baş əməliyyat müvəkkili X1 iştirakı ilə yerində yoxlamışdır. Təqsirləndirilən şəxs təklif olundu ki, istintaq gedişində ifadəsində qeyd etdiyini əyani olaraq hadisə yerində göstərsin. Hüseynov X3 RPİ-nin inzibati binasından avtomobilə əyləşib onun göstərdiyi istiqamət üzrə ünvan 12 ünvana gələrək orada siqaret və xırdavat əşyalar satılan köşkü göstərdi. Təqsirləndirilən şəxs qeyd etdi ki, 02.03.2021-ci il tarixdə saat 03:00 radələrində özü tək həmin ünvana gələrək köşkün qapısını qabardaraq açmaqla oradan müxtəlif növ siqaretləri oğurlamışdır. İfadənin yerində yoxlanılması zamanı ərizə, şikayət və vəsatət daxil olmadı, ifadənin yerində yoxlanılması zamanı foto şəkillər çəkildi; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X4, Zərərçəkmiş şəxs3 müraciətinin araşdırılması ilə əlaqədar hadisə yerinə gedib Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili X1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri ünvan 13 ünvanında yerləşən yaşayış binasının zirzəmisində olan siqaret köşküdür. Siqaret köşkü səkiyə bitişik yerləşir. Köşkün təxminən 10 kv.m. sahəsi vardır. Köşkün qapısı ağ plastik materiallı bir böyük, bir kiçik hissədən ibarətdir. Köşkün qapısını dəmir barmaqlıqlar qoruyur. Həmin barmaqlıq sındırılmış vəziyyətdədir. İçəri daxil olduqda sol və sağ hissədə rəflərin düzülüşü müşahidə olunur. Rəflər və ətraf səliqəsiz və dağınıqdır. Ətrafda ərzaq məhsulları vardır; “İfadənin yerində yoxlanılması haqqında” 20 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4, ********* nömrəli cinayət işi üzrə istintaq gedişində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsini, Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X1 iştirakı ilə yerində yoxlamışdır. Təqsirləndirilən şəxs təklif olundu ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təqsirləndirilən şəxs ifadəsində dediklərini yerində göstərdi və müəyyən edildi ki, o, 2021-ci ilin yanvar ayının sonlarında gecə təxminən saat 04-05 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən yol kənarında zirzəmi kimi yer görmüş və həmin yerin şüşəsindən içəri baxdıqda orada çoxlu siqaretlərin olduğunu görmüş və düşünmüşdür ki, buradan oğurluq edib əldə etdiyi siqaretləri sataraq gəlir əldə edə bilər. Bu səbəbdən üzərində gəzdirdiyi vintaçanla qapını qabardaraq açmış və içəri daxil olaraq orada sağ və sol hissələrdə olan rəflərdə yerləşdirilmiş müxtəlif növ siqaretləri sellafon torbalara yığmış, bundan əlavə orada olan 160 manat miqdarında qəpikləri də götürdükdən sonra həmin yerdən çıxaraq oradan uzaqlaşmışdır. İfadənin yerində yoxlanılması zamanı ərizə, şikayət və vəsatət daxil olmadı, ifadənin yerində yoxlanılması zamanı X22 7 markalı mobil telefondan istifadə edilərək fotosəkillər çəkildi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 07.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Şəhəri ünvan 7əsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur; “Baxış keçirilməsi haqqında” 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi X9, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34/67 ünvanına gələrək hadisə yerinə baxış keçirtmişdir. Baxışda iştirak edən şəxslər mağaza Aivazov İlgar və hal şahidləridir. Hadisə baş verən ünvan Bak şəhəri, Q.Qarayev prospekti 34/67 ünvanında yerləşən həmin mağazanın bir hissəsində “Şirin bala” uşaq geyimləri yazılan mağazadır. Mağazanın ümumi sahəsi 70 kv.m.-dir. Mağazanın içərisində çox sayda bir yaşlı uşaqlara qədər olan paltarlar vardır. Mağazanın arxa hissəsində tualet vardır. Həmin tualetin arxa tərəfinin bayır hissəsindən kondisionerin bayır hissəsi üçün quraşdırılmış avadanlıq və üzərində nəfəslik vardır. Mağaza sahibi İlgar Aivazov həmin nəfəsliyi göstərərək bildirdi ki, naməlum şəxs həmin nəfəsliyin plastik pəncərəsini açıb oradan qanunsuz olaraq mağazaya daxil olub, mağazanın xəzinəsindən nağd olaraq 600 manat pulu oğurlamışdır. Həmin nəfəslik hazırda açıq vəziyyətdədir. Hadisə yerinə baxış günorta vaxtı, günün təbii işıqları altında keçirildi. İş üçün əhəmiyyət kəsb edən heç bir əşya, dəlil götürülmədi; Bakı Şəhəri ünvan 7əsinin 4(011)-118/2020 nömrəli, 23 mart 2021-ci il tarixli qərarından görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; “İfadənin yerində yoxlanılması haqqında” 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X9, icraatında olan və CM-in 177.2.3-cü maddəsi ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs iştirakı ilə onun istintaqa verdiyi ifadəsindəki hadisə və əməllərlə əlaqədar göstərdiklərinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkətini keçirtmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisənin baş verdiyi yeri göstərmək təklif olundu. O, bunun üçün ünvan 2 ünvanında yerləşən “Şirin Bala” adlı mağazanın qarşısına getmək lazım olduğunu bildirdi. Qeyd olunan yerə çatdıqda şahid Təqsirləndirilən şəxs ifadəsində dediklərini hazırki şəraitdə deməsi təklif olunduqda o, bildirmişdir ki, həqiqətən də 27 yanvar 2021-ci il tarixdə gecə saat 03:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 34/67 ünvanında yerləşən üzərində “Şirin Bala” yazılan bir mərtəbəli uşaq mağazasının qarşısından keçərkən mağazanın işıqlarının sönülü olmasını gördükdə əmin olmuşdur ki, mağazanın içərisində heç kim yoxdur. O, mağazanın arxa tərəfinə keçdikdə kondisionerin bayır hissəsi üçün olan avadanlıq və onun üzərində isə nəfəslik olmasını görmuşdür. Buna görə də özü ilə əvvəlcədən gətirdiyi vintaçanı cibindən çıxardaraq kondisonerin bayır üçün olan avadanlığının üzərinə çıxmış, orada vintaçanla nəfəsliyin pəncərəsini sıxaraq açmış və oradan mağazanın sanitar qovşağına daxil olmuşdur. Sanitar qovşağının qapısı açıq olduğundan o, oradan mağazanın uşaq paltarları satılan bölməsinə girmişdir. Sonra ətrafa baxdıqda masanın üzərində kompyuter və kassa aparatı olmasını görmüşdür. O, masaya yaxınlaşmış və masının siyirtməsini açdıqda orada nağd pul vəsaitlərinin olmasını görüb həmin pulları götürərək özündə saxlayıb və başqa heç bir əşya oğurlamadan yenidən qayıdaraq həmin nəfəslikdən çıxaraq oradan uzaqlaşmışdır; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı X10, Zərərçəkmiş şəxs5 müraciəti əsasında talama ilə əlaqədar hadisə yerinə gəlib sonuncunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri ünvan 3 ünvanında yerləşən köşkdür. Həmin köşk Əhmədli metrostansiyası yaxınlığında “Beynəlxalq bank”ın qarşısında yerləşir. Həmin köşk təxminən 4-5 kv.m.sahəsinə malik olmaqla iki tərəfi şüşə bənddən ibarətdir. Köşk başqa ticarət obyektlərinin sırasında yerləşir. Giriş qapısı nəfəsliyi olan plastik materiallı qapıdır. İçəridə siqaret paketləri və başqa xırdavat malları satılan rəflər var. Baxış zamanı çöl hissədə satış üçün mallar da vardır. Hadisə yerinə baxış günorta vaxtı, günün təbii işıqları şəraitində keçirildi. İş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet götürülmədi; “İfadənin yerində yoxlanılması haqqında” 23 mart 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin müstəntiqi, polis kapitanı X7 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədi ilə ifadəsini yerində yoxlamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yeri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra, onunla birlikdə ünvan 3 ünvanında yerləşən köşkün qarşısına gəlmişlər. Burada Təqsirləndirilən şəxs əli ilə köşkü göstərib 09 fevral 2021-ci il tarixdə gecə saat 03 radələrində köşkün pəncərəsini özü ilə gətirdiyi vintaçan vasitəsilə açıb oğurluq etdiyini və köşkün içərisindən 250 manat nağd pulu, 03 ədəd müşahidə kamerasını və sayını dəqiq xatırlamadığı 100 qutudan çox müxtəlif markalı siqaretləri götürdüyünü bildirib hadisənin necə baş verdiyini əyani şəkildə göstərərək təsvir etdi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14.04.2021-ci il tarixli, 9\1722 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 13 adda siqaretlərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 209,9 manat müəyyən olunur. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır; Bakı Şəhəri ünvan 7əsinin 1(011)-34/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-17/2021 nömrəli, 07 yanvar 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri ünvan 7əsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-daktiloskopik ekspertizasının 09.05.2021-ci il tarixli, 21/311R nömrəli rəyindən görünür ki, 27.01.2021-ci il tarixdə ünvan 14 ünvanında yerləşən “Şirin Bala” adlı mağazada baş vermiş oğurluq faktı ilə əlaqədər hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izindən 02 ədəd əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədədi əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan digər şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir; “CD-R diskə baxış keçirilməsi haqqında” 16 may 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılov, Təqsirləndirilən şəxs iştirakı icraatında olan ********* nömrəli cinayət işininin materiallarına əlavə edilmiş CD-R diskə Nərimanov RPİ-nin MSY-də HP markalı kompyuterdə baxış keçirtmişdir. Baxış keçirilən zaman müəyyən olundu ki, həmin diskin yaddaşında ümumilikdə 06 ədəd videofayl vardır. 01-ci faylda yalnız fotoşəkil olsa da, digər fayllarda görünür ki, 09.02.2021-ci il tarixdə saat 02:21-də ünvan 15 ünvanda yerləşən köşkün pəncərəsini bir nəfər şəxs qabardaraq açıb köşkə daxil olur. Daha sonra isə köşkdə olan siqaretləri götürərək daha sonra köşkü tərk edir. CD-R diskə baxış vaxtı Təqsirləndirilən şəxs bildirdi ki, həmin fotoşəkildə olan şəxs onun özüdür. Baxış keçirilən “01” ədəd CD-R disk protokola əlavə olundu; “Sübutların qiymətləndirilməsi, maddi sübut kimi tanınma və əməlin tövsif edilməsi haqqında” 17 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 09 fevral 2021-ci il tarixdə ünvan 15 ünvandan və 16 mart 2021-ci il tarixdə ünvan 16ndan oğurluq edilməsi faktı üzrə həmin oğurluq hadisəsini özündə əks etdirən 02 ədəd CD diskə köçürülmüş videogörüntülər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Üzərində “X21” yazıları olan 6 ədəd hər biri 2 manat, üzərində “X16” yazıları olan 4 ədəd hər biri 3.40 manat, üzərində “X12 Beat” yazıları olan 4 ədəd hər biri 3.40 manat, üzərində “Winston XS One” yazıları olan 2 ədəd hər biri 3.40 manat, üzərində “Winston XS Plus BLUE” yazıları olan 1 ədəd hər biri 3.40 manat, üzərində “Sobranie” yazıları olan göy rəngli qalın 1 ədəd hər biri 3.90 manat, üzərində “Sobranie Whites” yazıları olan nazik 1 ədəd hər biri 3.90 manat, üzərində “Sobranie Black” yazıları olan nazik 6 ədəd hər biri 3.90 manat, üzərində “Sobranie Black” yazıları olan qalın 6 ədəd hər biri 3.90 manat, üzərində “X20” yazıları olan 3 ədəd hər biri 2.50 manat, üzərində “X23” yazıları olan qalın 3 ədəd hər biri 3.60 manat, üzərində “Kent Silver” yazıları olan qalın ağ rəngli 3 ədəd hər biri 3.60 manat, üzərində “X17” yazıları olan 14 ədəd hər biri 3.60 manat olmaqla ümumilikdə 209.90 manat təşkil siqaretlər maddi sübut kimi tanınmış və həmin siqaretlərin məhkəmə baxışınadək saxlanması üçün sahiblərinə qaytarılması qərara alınmışdır; 24.05.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 18 ədəd Sobranie, 11 ədəd Vinston, 23 ədəd Kent, 3 ədəd Rothmans və 6 ədəd Prima markalı siqaretləri qəbul etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, Mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni ünvan 17 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus siqaret köşkündən oğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki: - “İfadənin yerində yoxlanılması haqqında” 20 mart 2021-ci il tarixli protokoldan görünür ki, göstərilən istintaq hərəkətində iştirak edən şəxslər Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə ünvan 12 ünvana gəlmiş və Təqsirləndirilən şəxs orada siqaret və xırdavat əşyaları satılan köşkü göstərmiş və qeyd etmişdir ki, 02.03.2021-ci il tarixdə saat 03:00 radələrində özü tək həmin ünvana gələrək köşkün qapısını qabardaraq açmaqla oradan müxtəlif növ siqaretləri oğurlamışdır; - Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi 28-32 ünvanında yerləşən siqaret köşkünə 02 mart 2021-ci il tarixdə, saat 07 radələrində gəldikdə köşkün giriş qapısının nəfəsliyinin şüşəsinin sındırıldığını görmüş və içəri keçib daha diqqətlə nəzər salanda məlum olmuşdur ki, göstərilən tarixə keçən gecə naməlum şəxs və ya şəxslər köşkün giriş qapısının nəfəsliyinin şüşəsini sındırıb qanunsuz içəri daxil olaraq oradan müxtəlif növ siqaretləri oğurlamış və ona 2576 manat ziyan dəymişdir; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 mart 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi 28-32 ünvanında yerləşən tütün məmulatlarının satışı üçün nəzərdə tutulmuş köşkə baxış zamanı müəyyən olunmuşdur ki, naməlum şəxs köşkün qapısında olan nəfəsliyi sındıraraq içəridən müxtəlif markalı siqaretləri oğurlamış, şüşə qırıntıları köşkün içərisinə və çölə tökülmüşdür. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan sübutlarla Təqsirləndirilən şəxs ifadəsində irəli sürdüyü - Bakı şəhəri, Hacı Məmmədov küçəsi 28-32 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus siqaret köşkündən oğurluq etməməsi barədə dəlillər tam təkzib olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs 2021-cı ilin mart ayının 2-də saat 03 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus köşkün pəncərəsini qabardıb açması, qanunsuz daxil olmaqla içəridən siqaretləri gizli olaraq talaması və bununla zərərçəkmiş Zərərçəkmiş şəxs2 2576 manat məbləğində ziyan vurması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və təqsirləndirilən şəxsin ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli qismən etiraf etməsi və əməlindən peşman olmasını; Zərərçəkmiş şəxs5 ona qarşı şikayət və tələbinin olmamasını. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-in: 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri ünvan 7əsinin 1(011)-34/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli qərarı). Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini 27 yanvar-16 mart 2021-ci tarixlərdə, yəni cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi dövrdə törətmişdir və həmin əməlləri törədərkən onun məhkumluğu ödənilməmişdir (CM-in 83.4-cü maddəsi). Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs olmaqla yenidən qəsdən cinayət törətdiyi üçün onun əməlində cinayətin residivi yaranmış olur (CM-in 18.1-ci maddəsi). CM-in: 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 65.1-ci maddəsində sadalanan hallarla yanaşı, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı Şəhəri ünvan 7əsinin 1(011)-34/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 ay 27 gün vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Bu səbəbdən, CM-in 76.6, 76.6.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (19-21 mart 2021-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM-69.3), Bakı Şəhəri ünvan 7əsinin 1(011)-34/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş 02 (iki) ay 27 (iyirmi yeddi) günündən vaxtından əvvəl şərti azad olunma ləğv edilməli, həmin cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli (CM-67.1, 76.6.3), cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 22 mart 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut - videogörüntünün əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut - 18 ədəd Sobranie, 11 ədəd Vinston, 23 ədəd Kent, 3 ədəd Rothmans və 6 ədəd Prima markalı siqaretlərin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (19-21 mart 2021-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-17/2021 nömrəli, 07 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri ünvan 7əsinin 1(011)-34/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 27 (iyirmi yeddi) günündən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri ünvan 7əsinin 1(011)-34/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 27 (iyirmi yeddi) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - videogörüntünün əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 18 ədəd Sobranie, 11 ədəd Vinston, 23 ədəd Kent, 3 ədəd Rothmans və 6 ədəd Prima markalı siqaretlərin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, X2, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-269/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-269/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver