Məhkəmə qərarları › İş №1(005)-269/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-269/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-269/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər “Müdafiəçi1 və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Arbitrim” Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs - Özkan Arifin vəkili və nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs2 Adil oğlunun nümayəndəsi və vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Əlisəddin oğlunun - təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli və 02 azyaşlı olmaqla 03 övladı olan, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 9 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 09 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan 68600,00 ABŞ dolları (ödəniş günü mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borcun və 30,00 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs Özkan Arifin xeyrinə ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)- 1558/2017 saylı və 260000,00 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı qətnaməsi üzrə X16 xeyrinə 11500,00 ABŞ dolları və 799,00 manat məbləğində pul vəsaiti ödəmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qətnaməsi üzrə tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 950,00 manat məbləğində pul vəsaiti ödəmiş, qalan məbləğləri zərərçəkmiş şəxslərin xeyrinə ödəməyərək, onlara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, zərəçəkmiş şəxsin nümayəndəsini təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Qabiyev X8n Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 68600,00 ABŞ dolları (ödəniş günü mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borcun və 30,00 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs Özkan Arifin xeyrinə ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı və 260000,00 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrasından qərəzli şəkildə yayınmamışdır. X16 xeyrinə 11500,00 ABŞ dolları və 799,00 manat məbləğində pul vəsaiti, tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 950,00 manat məbləğində pul vəsaiti ödəmişdir. Hazırda kişi geyimləri mağazasında müqavilə əsasında satıcı işləyir və hər iki tələbkara münasibətdə hissə-hissə ödənişlər həyata keçirir. Ödənişlə bağlı qəbzləri və ərizə məhkəməyə təqdim edərək hər ay ümumilikdə 2000 (iki min) manat ödəniş həyata keçirmək imkanının olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, icra məmuru tərəfindən bank hesab nömrəsi təqdim edilmədiyi üçün bir müddət ödəniş edə bilməmişdir. Hazırda qətnamə ilə müəyyən edilmiş məbləğləri maddi imkanı olmadığından tam olaraq ödəyə bilməsə də ödəməkdən yayınmır, hissə-hissə ödəmək niyyətindədir. Məhkəmə iclasında Özkan Arifin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 68600,00 ABŞ dolları (ödəniş günü mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borcun və 30,00 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs Özkan Arifin xeyrinə ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu günədək təqsirləndirilən tərəfindən Özkan Arifin xeyrinə 11500,00 ABŞ dolları və 799,00 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki işə baxılan zaman təqsirləndirilən şəxs xahiş etmişdir ki, pulu ödəyəcəkdir amma əmlaklarının üzərinə həbs qoyulduğu halda ailəsinin dağılacağını söyləmişdir, buna görə də zərərçəkmiş şəxs etiraz etməyərək əmlaklar üzərinə həbs qoyulmamışdır. Lakin təqsirləndirilən şəxs tərəfindən həmin müddətdə əmlakları özgəninkiləşdirilmişdir. Qeyd etmişdir ki, təqsirləndirilən şəxs işləyir, övladı xaricdə təhsil alır. Təqsirləndirilən şəxs qərəzli olaraq ödənişlərdən yayınır, borc məbləğinin çox olduğunu və hissə-hissə ödəniş etməklə bitməsinin uzun müddət çəkəcəyini bildirmiş və eyni zamanda hissə-hissə ödənişlə bağlı məhəmə qətnaməsinin olmadığını qeyd etmişdir. Borcun tam olaraq ödənilməsini tələb etdiklərini, ödənilmədiyi halda barəsində qanunvericiliyin tələblərinə uyğun ağır cəza verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 260000,00 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Dəfələrlə Təqsirləndirilən şəxs pulun ödənilməsi tələb edilsə də ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs ilə ailəvi əlaqələri olmuşdur evlərində, eləcə də bağ evlərində olduqlarını bildirmişlər. Həmin əmlakları sonradan özgəninkiləşdirmiş, lakin onlara olan borcunu ödəmədiyini bildirmişdir. Təqdimat verilən xx.xx.2022-ci il tarixədək onun xeyrinə 950,00 manat məbləğində pul vəsaiti ödəmişdir. Təqsirləndirilən şəxsin borcu ödəmək imkanına malik olduğunu qərəzli şəkildə borcu ödəməkdən yayındığını bildirmişdir. Hazırda borc məbləğinin çox olduğunu və hissə-hissə ödəməni qəbul etmədiklərini bildirərək barəsində qanunvericiliyin tələblərinə uyğun cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 260000,00 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində pul vəsaitinin alınaraq onun qardaşı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qardaşı Zərərçəkmiş şəxs2 xeyrinə 950,00 manat məbləğində pul vəsaiti ödəmiş, qalan borcu kifayət qədər maddi imkana malik olmasına və qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq ödəmədiyini bildirmişdir. Dəfələrlə ailəsi və özüylə danışılmış, pulun ödənilməsi üçün kifayət qədər vaxt verilmişdir, lakin bu günədək tam ödənişi həyata keçirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 68600,00 ABŞ dolları (ödəniş günü mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borcun və 30,00 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxs Özkan Arifin xeyrinə ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı və 260000,00 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2022-ci il tarixədək Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı qətnaməsi üzrə X16 xeyrinə 11500,00 ABŞ dolları və 799,00 manat məbləğində pul vəsaiti ödəmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qətnaməsi üzrə tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə 950,00 manat məbləğində pul vəsaiti ödəmiş, qalan məbləğləri zərərçəkmiş şəxslərin xeyrinə ödəməyərək, onlara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Verilmiş suala cavab olaraq bildirilmişdir ki, tələbkarlar tərəfindən borcun hissə-hissə ödənilməsinə razılıq verilməmişdir, ödəmək niyyəti olduğu halda zərərçəkmiş şəxslərlə əlaqə saxlamaq imkanı da mövcud idi. Hazırda Təqsirləndirilən şəxs barəsində başqa icra sənədləri də icraatda mövcuddur. Məhkəmədə dindirilmiş Şahid3 iş üzrə digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1558/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2016-cı il tarixli borcun etirafı müqaviləsi üzrə 68.600 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbyacan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi mənənnə üzrə manat hesabı ilə) həmçinin ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Özkan Arifin xeyrinə tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)-351/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan pulun məbləği dəyişdirilmiş və cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalı olan məbləğ ümumilikdə 260.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1558/2017 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 68600 ABŞ dollar və 30 manat dövlət rüsumunun könüllü şəkildə ödənilməsi barədə məlumat verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(103)-351/2018 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 260000 ABŞ dolları pul vəsaitinin könüllü şəkildə ödənilməsi barədə məlumat verilmişdir Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(005)-1610/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Bir neçə icra sənədinin ümumi icraatsa birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərradan görünür ki, Nərimanov Rayon İcra Şöbəsinin icraatında olan, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, xx.xx.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədləri, ümumi icraatda 218993/2018 saylı birləşdirilmişdir və icra sənədlərinin icrası Nərimanov Rayon İcra şöbəsinə tapşırılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-276/2022 saylı qərarından görünür ki, Qabiyev X8 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Günay Bank”a, “Xalq Bank”a, “Access Bank”a, “Ziraat Bank”a “VTB Bank”a ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin bankda və onun filallarında bank hesabı yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş “Turan Bank”a, “Bank Respublika”ya, “X23 Baku branch”a ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin bankda və onun filallarında bank hesabı yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Beynəlxalq Bankı”na ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan, “Premium Bankı”a və “Azər-Türk Bank”a ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktublarından, “Azərbaycan Sənaye Bakı”na ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin bankda və onun filallarında bank hesabı yoxdur. “Elektron icra” informasiya sistemindən 101996/2017-15-18 saylı icra işi üzrə əldə edilmiş sorğuya əsasən Təqsirləndirilən şəxs adına heç bir əmlak və gəlir məlumatı aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X3 adlarında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Proqramları və X1 çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış müvafiq bazada adı qeyd olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ünvanlanmış sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına ünvan 3 ünvanında yerləşən 5 saylı mənzil qeydiyyatdan keçmişdir, lakin ünvan 4ontoru təfindən təsdiq edilmiş 31.03.20-17-ci il tarixli, 4Ə-94 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 869A saylı bağ evi qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 3 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-il tarixli, 4Ə-141 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Qax rayonu, Qaxbaş kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır, lakin Qax rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, 4Ə-309 saylı alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Qabiyev X8n Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-154/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay, 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(103)-217/2023 saylə qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-154/2023 saylı qərarı ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Qətimkan tədbirini seçmək haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, cinayət təqibi üçün əhəmiyyət kəsb edən ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixi ərizədən və qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Arif Özakana 11.888 ABŞ dolları və 1200 manat, digər Zərərçəkmiş şəxs2 4000 manat ödəmişdir. Həmçinin hər ay zərərçəkmiş şəxslərə 2000 manat ödəniş edə biləcəyində qeyd etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov Rayonu Mənzil X5 30 saylı Mənzil Kommunal İstismarı Sahəsinə ünvanlanmış sorğuya əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayonu Hacı Məmmədov 9 ünvanında qeydiyyatdadır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş Elektron Məhkəmə Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2001-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlu X13 və xx.xx.2015-ci il təvəllüdlü X14 vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddələri ilə düzgün tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qətnamələrini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə 29 iyun 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq, qeyd edilən icra sənədlərini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bundan başqa məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə ona məsuliyyət barədə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə və məhkəmə baxışı zamanı ona kifayət qədər vaxt verilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirləri görməməsi həmçinin zərərçəkmiş şəxslərə mövcüd borcunu bu qədər vaxt keçməsinə baxmayaraq çox az hissəsini ödəməsi və hal-hazırda zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyanın hissə-hissə ödənilməsi ilə razılaşmamaları qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığını müəyyən edir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)-1558/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(103)-351/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələri ilə üzərinə düşən öhdəlikləri, həmçinin zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı qaytarmaqdan boyun qaçırmaq niyyətinin olmamasını, maddi imkanı kifayət etmədiyi üçün bu qədər vaxt qətnamələri icra edə bilməməsi ilə bağlı ifadəsinin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərəçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, adına olan əmlakların özgəninkiləşdirilməsinə dair notariat qaydada təsdiq edilmiş sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarlarla onun məhkəmə qətnamələrini icra edilməməsi üçün qəsdən maneə törətməsi tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, qismən zərərçəkmiş şəxslərə ödənişlər etməsi, himayəsində 02 azyaşlı olmaqla 03 övladının olması və ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs uzun müddəti məhkəmənin qanuni qüvvəyə minmiş aktları ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməməsi, həmçinin buna görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində 10 gün müddətinə inzibati həbs secilməsinə baxmayaraq bu qədər vaxt üzərinə düşən öhdəlikləri icra etməməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri zamanı tutma altında saxlanıldığı 08 (səkkiz) gün (02-09 mart 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitirum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitirum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Arbitirum” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Qabiyev X8n Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 08 (səkkiz) gün (02-09 mart 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Qabiyev X8n Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitirum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitirum” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar