Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-27/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 yanvar 2020-ci il tarixdə saat 04 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən binanın həyətində dayanmış zərərçəkmiş Zərərçəkmiş şəxs1 “xxxx” MMC-yə məxsus yol vərəqəsi əsasında idarə etdiyi “Mersedes” markalı 10-M0-606 dövlət qeydiyyat nişanlı avtomobilin yanına gələrək, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin və polis əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə yaxınlıqda dayanıb nəzarət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin sağ arxa qapısında olan kiçik nəfəsliyi üzərində olan dəmir parçası ilə sındıraraq, həmin nəfəslikdən avtomobilin qapısını açmış və avtomobilin arxa oturacağından 2 ədəd sellofanın içərisindəki 1 ədədinin qiyməti 19 manat olan ümumi dəyəri 608 manat təşkil edən 32 ədəd “DÜZ QAROŞKA” deyilən don və 1 ədədinin dəyəri 16 manat olan ümumi dəyəri 1536 manat təşkil edən qara, göy və ağ rəngli beli kəmərli 96 ədəd “QAROŞKA ÇİQANKA” adlı qadın paltarlarını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 2144 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 yanvar 2020-ci il tarixdə saat 21 radələrində Nərimanov rayonu, F.X.Xoyski 130 ünvanında yolun kənarında dayanmış zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus “Hyundai İX“ markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısını yerdən götürdüyü daş parçası ilə sındıraraq, həmin pəncərədən avtomobilin arxa qapısını açmış və avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs2 məxsus qara rəngli “Dərimod” markalı 200 manat dəyərində qadın çantasını, çantanın içərisində olan 700 manat pul və 10 qram çəkidə 500 manat dəyərində qızıl sırğanı, həmçinin arxa oturacağın üzərində olan “Dior” markalı 50 manat dəyərində qara rəngli kosmetika çantası, həmin çantanın içərisində olan 300 manat dəyərində kosmetika əşyalarını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 1750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Vasif’ adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 05.02.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə 1 ünvanında yerləşən binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs3 məxsus “Mersedes-Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb ona yaxınlaşmış və üzərində olan avtomobil mühərrik şamı ilə “Mersedes-Benz” markalı avtomobilin sol arxa qapısının nəfərslik hissəsini sındıraraq avtomobilin içərisindən Vasif adlı şəxs ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 1000 manat dəyərində “İphone X” markalı mobil telefon, bir ədəd 150 manat dəyərində “İphone 6S“ markalı mobil telefon, bir ədəd 100 manat dəyərində “Nokia 6100” markalı mobil telefon, bir ədəd 100 manat dəyərində “Rayban” markalı gün eynəyi və bir ədəd 150 manat dəyərində “Dsquared” markalı gün eynəyini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 yanvar 2020-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən binanın həyətində dayanmış zərərçəkmiş Zərərçəkmiş şəxs1 “xxxx” MMC-yə məxsus yol vərəqəsi əsasında idarə etdiyi “Mersedes” markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gələrək, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin və polis əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə yaxınlıqda dayanıb nəzarət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin sağ arxa qapısında olan kiçik nəfəsliyi üzərində olan dəmir parçası ilə sındıraraq, həmin nəfəslikdən avtomobilin qapısını açmış və avtomobilin arxa oturacağından 2 ədəd sellofanın içərisindəki 1 ədədinin qiyməti 19 manat olan ümumi dəyəri 608 manat təşkil edən 32 ədəd “DÜZ QAROŞKA” deyilən don və 1 ədədinin dəyəri 16 manat olan ümumi dəyəri 1536 manat təşkil edən qara, göy və ağ rəngli beli kəmərli 96 ədəd “QAROŞKA ÇİQANKA” adlı qadın paltarlarını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 2144 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin əvvəlki iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərdən və avtomobillərdən oğurluq etmişdir. Vasifi təxminən 2-3 ildir ki, Nərimanov rayonunda yerləşən adı yadında qalmayan çay evindən tanıyır. 19.01.2020-ci il tarixdə saat 04 radələrində o, Vasif ilə Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanının yaxınlığından keçən zaman yaxınlıqda olan binanın həyətinə gedib avtomobillərdən oğurluq etmək qərarına gəlmişlər. Onlar binanın həyətinə daxil olub maşınlara baxan zaman o “Mersedes” markalı avtomobilin arxa oturacağında çoxlu paltarlar olduğunu görmüşdür. Vasif gələn olsa xəbər etməsi üçün kənarda dayanmışdır. O da üzərində olan dəmir parçası ilə avtomobilin sağ arxa qapısının nəfəslik hissəsini sındırıb avtomobilin qapısını açmışdır. Avtomobilin arxa oturacağında olan iki ədəd sellofanın içərisində olan paltarları götürüb Vasiflə birlikdə oradan uzaqlaşmışlar. Onlar yolun kənarında dayanmış markasını və qeydiyyat nömrəsini dəqiq xatırlamadığı taksiyə əyləşib Nərimanov rayonunda yerləşən Nənəmin təndirinin yanına getmişlər. Həmin yerin yaxınlığında Vasifin birlikdə yaşadığı qızın evi olmuşdur. Vasif ona “aparım paltarları evə qoyub gəlirəm” demişdir. Bir neçə dəqiqədən sonra Vasif onun yanına gəlmişdir və onlar oradan getmişlər. Bundan sonra o, bir neçə dəfə də Bakı şəhərindən müxtəlif yerlərdən oğurluq etdiyinə görə paltarların aqibəti barədə Vasifdən heç bir söz soruşmamışdır. Bundan başqa 05.02.2020-ci il tarixdə saat 04 radələrində o, Nərimanov rayonu ərazisində olan zaman tanışı Vasif ilə görüşmüşdür. Onlar bir müddət gəzdikdən sonra o, Vasifə oğurluq etmək istədiyini bildirmişdir. Vasif də onunla razılaşmışdır. Onlar küçədə “Mersedes-Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb ona yaxınlaşmışlar və o üzərində olan avtomobil mühərrik şamı ilə “Mersedes-Benz” markalı avtomobilin sol arxa qapısının nəfərslik hissəsini sındırmışdır. Daha sonra avtomobilin içərisini axtarmağa başlamışdır. Vasif də avtomobilin sağ qabaq qapısını açıb avtomobilin içərisini axtarmağa başlamışdır. Axtaran zaman o, Vasif ilə birlikdə avtomobildə olan bir ədəd “İphone X”, bir ədəd “İPhone 6S”, bir ədəd “Nokia 6100” və iki ədəd gün eynəklərini oğurlayıb oradan uzaqlaşmışlar. Bundan sonra həmin mobil telefonların kilidli olduğunu görüb aça bilmədikləri üçün hərəsini bir tərəfə tullamış, gün eynəklərini isə tanımadıqları şəxslərə satmışlar. Əldə etdikləri pulu öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, ittihamda qeyd olunan “19 yanvar 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində dayanmış “HYUNDAİ” markalı ağ rəngli avtomobildən oğurluq etmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona verilmiş ittihamda qeyd olunan birinci epizod üzrə üzünü təqsirli bildiyini, həmin əməli Təqsirləndirilən şəxs2 ilə deyil, başqa Vasif adlı tanışı ilə törətdiyini, lakin oğurlanmış paltarları isə saxlanması üçün Təqsirləndirilən şəxs2 verdiyini, Vasif də həmin paltarları sevgilisi Günayın evinə apardığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanının ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2-3 ildir ki, tanıyır. 19.01.2020-ci il tarixdə saat 04 radələrində o Turqut ilə Nərimanov rayonu, ərazisində olmuşlar. Hər ikisi avtomobildən oğurluq etmək barədə razılaşmışlar. Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında olan zaman Turqut “Mersedes” markalı avtomobilin arxa oturacağında çoxlu qadın paltarları olmasını demişdir. O kənarda dayanmış və gözətçilik etmişdir ki, kənar şəxs gəlsə və ya polis gələrsə xəbər etsin. Turqut isə dəmir parçası ilə avtomobilin sağ arxa qapısının nəfəslik hissəsini sındırıb avtomobilin qapısını açmışdır. Onlar avtomobilin arxa oluracağında olan 2 ya 3 ədəd sellofanda olan paltarları götürüb oradan uzaqlaşmışlar. Tanımadıqları taksi ilə Nərimanov rayonunda yerləşən “Nənəmin Təndiri” deyilən yerə getmişlər. O Turquta “gözlə paltarları münasibətdə olduğum qızın evinə qoyub gəlirəm” demişdir. Turqut onu gözləmişdir. O da qeyri-rəsmi münasibətdə olduğu Şahid Mövlud qızının yaşadığı ünvan 4 ünvanına getmişdir. Günay qapını açmış, evdə tək olmuşdur. Ona əlindəki sellafonlarda olan qadın paltarlarını göstərib “tanışımındır, qoymağa yer yoxdur” demişdir. Evdə qalmasını və gəlib götürəcəyini bildirmişdir. Bir neçə saatdan sonra o, gəlib paltarları götürmüş və getmişdir. Həmin vaxt Günay yatmışdır. Günayın həmin oğurluq hadisəsindən xəbəri olmamışdır, ona bu barədə heç bir söz deməmişdir. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmədiyini, 19.01.2020-ci il tarixdə gecə saatlarında Turqut tərəfindən ona verilmiş paltarla dolu 2 və ya 3 ədəd sellofan torbaları qeyri-rəsmi yaşadığı Günayın evinə apardığını, sonradan isə həmin paltarları Turqutun özünə qaytardığını və məhkəmədən bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, uzun müddətdir ki, özünə məxsus maşınla qadın geyim əşyalarının topdan satışı ilə məşğul olur, öz avtomobili ilə müxtəlif mağazalara paltarlar aparıb satır. Lakin son günlərdə öz avtomobili texniki cəhətdən nasaz olduğuna görə o “Rentecar”dan icarə əsasında “Mersedes” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. 19.01.2020-ci il tarixdə saat 01 radələrində o, avtomobil ilə yaşadığı binanın qarşısına gəlib avtomobili binanın qarşısında saxlamışdır. Həmin vaxt avtomobilin arxa oturacağında qadın geyimləri olmuşdur. O, avtomobili saxlayıb qapılarını bağlamış və yaşadığı mənzilə qalxmışdır. Həmin gün saat təxminən 14 radələrində o, evdən çıxıb binanın qarşısında saxladığı avtomobilə yaxınlaşmış və avtomobilin sağ arxa qapısının nəfəslik hissəsinin qırıq olduğunu görmüşdür. O, avtomobilin içərisinə baxan zaman, avtomobilin arxa oturacağına qoyduğu 1 ədədinin qiyməti 19 manat olan ümumi dəyəri 608 manat təşkil edən 32 ədəd “DÜZ QAROŞKA” deyilən don və 1 ədədinin dəyəri 16 manat olan ümumi dəyəri 1536 manat təşkil edən qara, göy və ağ rəngli beli kəmərli 96 ədəd “QAROŞKA ÇİQANKA” adlı qadın paltarlarının olmadığını müəyyən etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barəsində məlumat vermişdir. Onu da qeyd etmişdir ki, avtomobilin şüşəsini özü ustaya aparıb 100 manat pul müqabilində təmir etdirmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 oğlu ifadəsində göstərmişdir ki, o hər gün olduğu kimi 04.02.2020-ci il tarixdə saat təxminən 09:00 radələrində yaşadığı ünvan 6 ünvanından çıxaraq qızını bağçaya aparmışdır. Daha sonra evə qayıdaraq saat təxminən 10:00 radələrində yenidən evdən çıxaraq oğlunu Dəmiryol xəstəxanasına aparmışdır. Saat təxminən 12:30 radələriııdə yenidən evə qayıtmışdır. Bundan təxminən 10 dəqiqə sonra yenidən avtomobilə əyləşib işlərinin arxası ilə getmişdir. 04.02.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində yenidən yaşadığı ünvana qayıtmışdır. Avtomobili yaşadığı ünvanın qarşısında saxlayıb evə getmişdir. Saat təxminən 22:30 radələrində yenidən avtomobilə yaxınlaşıb açarları götürüb evə qalxmışdır. Daha sonra isə avtomobilə yaxınlaşmamışdır. 05.02.2020-ci il tarixdə saat təxminən 09:00 radələrində evdən çıxaraq avtomobilə yaxınlaşmışdır. Bu zaman ona məxsus “Mercedes-Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşan zaman avtomobilin sol arxa yan şüşəsinin sındırılmasını görmüşdür. O avtomobilə baxış keçirən zaman ona məxsus 1000 AZN dəyərində bir ədəd “İphone X” və 150 manat dəyərində bir ədəd “İphone 6 S”, 100 manat dəyərində bir ədəd “Nokia 6100”, 100 manat dəyərində bir ədəd “Rayban” markalı gün eynəyi və bir ədəd 150 manat dəyərində “Dsquared” markalı gün eynəyinin naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. O dərhal bu barədə polisə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə dəftərxana vasitəsi ilə daxil olmuş Zərərçəkmiş şəxs2 ərizəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 heç bir şikayətinin olmadığını, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd edərək cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinin İ cildinin 143-144-cü vərəqələrində olan Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsindən görünür ki, o ünvan 7 ünvanda yerləşən “Emma” gözəllik salonunda saç ustası işləyir. 19.01.2020-ci il tarixdə saat 21 radələrində özünə məxsus olan “Hyundai İX35” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 130 ünvanda yolun kənarında saxlayıb qapılarını bağlamışdır. Oradan yaxınlıqda yerləşən restorana gedərək yemək yemişdir. Aradan yarım saat keçmiş restorandan çıxıb avtomobilə yaxınlaşanda arxa sol qapısının şüşəsinin sındırıldığını görmüşdür. Həmin vaxt saat təxminən 21:30 radələri olmuşdur. Avtomobilin arxa salonunda oturacaqda qoyduğu dəyəri 200 manat olan “DəriMod” firmasına məxsus qara rəngli dəridən olan əl çantasını və içərisində kosmetika məmulatları olan 50 manat dəyərində “Dior” firmasına məxsus parlaq qara rəngli kosmetika çantasının oğurlandığını müəyyən etmişdir. Əl çantasında 700 manat pul və dəyəri 500 manat olan 10 qram çəkidə halqa şəkilli qızıl sırğa olmuşdur. Kosmetika çantasının içərisində 300 manat dəyərində kosmetik əşyalar olmuşdur. Törədilmiş oğurluqdan şübhələndiyi şəxslər yoxdur. İzahat verdiyi zaman oğurlanmış pulun məbləğini səhvən 600 manat göstərmişdir. Lakin sonradan hesablayarkən pulun məbləğinin 700 manat olmasım müəyyən etmişdir. Qeyd etmişdir ki, çantasıdna kartlar və evinin açarları da olmuşdur, lakin onların dublikatını çıxarmışdır. Onu da qeyd etmişdir ki, avtomobilinin şüşəsinin sındırılması nəticəsində ona 150 manat da əlavə ziyan dəymişdir. Hadisədən sonra o avtomobilinin şüşəsini təmir etdirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid Möhlud qızı məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid Möhlud qızının ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 30-31-ci vərəqələrində olan Şahid Möhlud qızının istintaqa verdiyi ifadəsindən görünür ki, o, Vasifi bir neçə aydır ki, tanıyır. Vasif ilə aralarında sevgili münasibətləri olmuşdur. 19.01.2020-ci il tarixdə saat təxminən 05 radələrində kirayədə yaşadığı ünvan 8 ünvanında yerləşən evdə olan zaman, Vasif iki ya da üç ədəd sellofan ilə evə gəlmişdir. O Vasifdən sellofandakıların nə olduğunu soruşmuşdur. Vasif “bir tanışım var onundur, qadın paltarlarıdı, yer yoxdu qoymağa, ona görə gətirmişəm, qaytaracam özünə” demişdir. Həmçinin ona “bax, bəyəndiyin varsa götür” demişdir. O da paltarın arasından bəyəndiyi qara rəngli üzərində ağ nöqtələr olan 2 ədəd qadın paltarını və göy rəngli üzərində ağ nöqtələr olan, beli kəmərli 2 ədəd qadın paltarını götürmüş, sonra isə yatmışdır. Vasif də evdə olmuşdur. Həmin gün saat təxminən 11 radələrində o yuxudan oyanan zaman paltarların evdə olmadığını görmüşdür. Cinayət işinin İ cildinin 7-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı Emin Səfərov həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə ünvan 9 ünvanın qarşısında hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi: Həmin ünvanda yaşayış binaları, ictimai iaşə obyektləri, gözəllik salonları və ərzaq mağazaları vardır. Eyni zamanda asfalt örtük üzərində müxtəlif markalı maşınlar dayanmışdır. Avtomaşınların arasında “Mersedes” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. Həmin avtomaşının sağ arxa nəfəslik şüşəsi sındırılmışdır. Avtomaşının şüşəsi dağınıq vəziyyətdədir. Arxa oturacağın üzərində 01 ədəd təsbeh, qara rəngli qadın paltarı vardır. Eyni zamanda şüşənin qırıntıları maşının içərisinə dağılmışdır. Hadisə yerində hər hansı bir görüntü müşahidə olunmamışdır. Baxış açıq hava şəraitində keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli heç bir əşya götürülməmiş, heç bir irad və təklif daxil olmamışdır. Cinayət işinin İ cildinin 35-ci vərəqində olan “Əşyanı könüllü təqdim etmə haqqında” 16 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Şahid Möhlud qızının ibtidai istintaq aparılan ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən qara rəngli üzərində ağ nöqtələr olan 2 ədəd qadın paltarını və göy rəngli üzərində ağ nöqtələr olan, bel hissəsi kəmərli 2 ədəd qadın paltarını könüllü olaraq istintaq orqanına təqdim etdi. Cinayət işinin İ cildinin 57-58-ci vərəqələrində olan “Tutma haqqında” 16 fevral 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 74-76-cı vərəqələrində olan “İfadənin yerində yoxlanılması və götürülməsi haqqında” 18 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19.01.2020-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 ünvanında yerləşən binanın qarşısından keçən zaman oğurluq etmək qərarına gəlmişlər. Onlar həmin binanın həyətinə getmişlər, o binanın həyətində dayanmış “Mersedes” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, Təqsirləndirilən şəxs2 isə gəlib gedən olarsa xəbər verməsi üçün kənara dayanıb nəzarət etmişdir. Bundan sonra o, üzərində olan dəmir parçası ilə “Mersedes” markalı avtomobilin sağ arxa qapısının kiçik nəfəslik hissəsini sındırmış, daha sonra qapını açıb avtomobilin arxa oturacağının üzərində olan, dəqiq xatırlamadığı 2 ya da 3 ədəd sellofan paketləri götürüb Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan getmişdir. Təqsirləndirilən şəxs2 də həmin paketləri saxlamaq üçün birlikdə yaşadığı Şahid Mövlud qızının yaşadığı ünvan 10 ünvanında yerləşən evə aparıb qoymuşdur. Cinayət işinin İ cildinin 94-98-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli, 4(005)-185/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci madəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 04 may 2020-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 16 fevral 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 102-104-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş 26.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin İ cildinin 129-131-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 19.01.2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Azər Abdullayev həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Zərərçəkmiş şəxs2 məxsus avtomobilin qapısının sındırılaraq oğurluq olunması barədə daxil olmuş məlumat əsasında hadisə yerinə gəlmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 130 ünvanının qarşısıdır. Baxış keçirilən avtomobil “Hyundai İX 35” markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobildir. Avtomobilin arxa sol qapısının şüşəsinin sındırılması, arxa oturacağının üzərinə şüşə qırıntılarının töküldüyü məlum oldu. Hadisə yerindən iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və alət götürülmədi. Cinayət işinin İ cildinin 150-152-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 19 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Möhsüm Cabbarov, Azərbaycan Respublikası CPM-nin 51, 85, 95, 260-261-ci maddələrinin tələblərinə müvafiq olaraq icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şahid Təqsirləndirilən şəxs1 iştirakı ilə onun istintaqa şahid qismində verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. İstintaq zamanı şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 əvvəllər haqqında ifadə verdiyi və hazırda ifadə verə biləcəyi şəraiti, yerləri göstərməsi təklif olundmuşdur. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onun istiqamətləndirməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 130 saylı ünvanın qarşısına gəlmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 19 yanvar 2020-ci il tarixdə gecə saat 21 radələrində həmin küçədə gəzən zaman dövlət qeydiyyat nişanlarına fikir vermədiyi «HYUNDAİ İX» markalı ağ rəngli avtomobilin saxlanıldığını görmüş və ətrafda heç kim olmadığından avtomobilin salonundan oğurluq etmək qərarına gəlmişdir. Avtomobilin qapı və pəncərələri bağlı olmuşdur. Avtomobilin salonuna baxarkən arxa oturacaqda qadın çantalarının olduğunu görmüşdür. Yerdən götürdüyü daş parçası ilə avtomobilin sol arxa qapısının şüşəsini sındırmışdır. Avtomobilin arxa oturacağında olan iki ədəd qadın çantalarını götürərək oradan uzaqlaşaraq səki ilə Təhsil Nazirliyi istiqamətinə hərəkət etmişdir. Yolla gedən zaman qara dərili çantanın içərisində xeyli pul olduğunu görüb pulları götürmüşdür. İkinci çantada kosmetika əşyalarından savayı qiymətli heç bir əmlak olmadığını görüb həmin çantaları yolun kənarında qoyulmuş zibil qutularına atmışdır. Çantadan götürdüyü pulları saydığı vaxt pulların 700 manat olduğunu görmüşdür. Həmin pulları bir neçə gün ərzində Bakı şəhərində özünün ehtiyacının ödənilməsi üçün xərcləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, hadisə zamanı oğurladığı çantaları tulladığı yeri göstərsin. Təqsirləndirilən şəxs1 həmin iki ədəd qadın çantalarını tulladığını zibil yeşikləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerləşdiyi inzibati binasından təxminən 100 metr aralıda Təbriz küçəsinin tinində olması müəyyən edilmişdir. Həmin zibil yeşikləri nəzərdən keçirildikdə orada qadın çantaları və kosmetika avadanlıqları tapmaq mümkün olmamışdır. İfadənin yerində yoxlanması istintaq hərəkəti gündüz vaxtı, təbii işıq şəraitindi aparılmış və ifadənin yerində yoxlanılması zamanı “Samsung S8” markalı mobil telefondan istifadə edilməklə ifadənin yerində yoxlanılmasının fotoşəkilləri çəkilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatdıqdan sonra tərtib edilmiş protokol iştirakçıya ucadan oxunmuş və iştirakçı tərəfindən protokola hər hansı qeyd, əlavə və ya düzəliş daxil olmamışdır. Protokol iştirakçı tərəfindən düzgün hesab edilərək imzalanmışdır. Cinayət işinin İ cildinin 184-185-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 05.02.2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Toğrul Məmmədov həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış Nərimanov rayonu, M.Əhmədzadə küçəsində keçirilir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs3 məxsus “Mersedes-Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol şüşəsi naməlum şəxs(lər) tərəfindən sındırılmış, nəticədə Zərərçəkmiş şəxs3 məxsus avtomobildən “İphone X”, “İphone 6S”, “Nokia 6100” markalı mobil telefonlar və özünə məxsus “Rayban” və “Dsquared” markalı gün eynəkləri naməlum şəraitdə oğurlanmışdır. Cinayət işinin İ cildinin 201-203-cü vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 19 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Hüseynov, Azərbaycan Respublikası CPM-nin 51, 85, 95, 260-261-ci maddələrinin tələblərinə müvafiq olaraq icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şahid Təqsirləndirilən şəxs1 istintaqa şahid qismində verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. İstintaq zamanı şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 əvvəllər haqqında ifadə verdiyi və hazırda ifadə verə biləcəyi şəraiti, yerləri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onun istiqamətləndirməsi ilə ünvan 13 ünvanın qarşısına gəlmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs1 bildirdi ki, 05 fevral 2020-ci il tarixdə gecə saat 04 radələrində Nərimanov metrosunun yaxınlığında olan küçələrdə gəzən zaman üzərində pulun olmadığını görüb oğurluq etmək qərarına gəlmiş və “Mersedes Benz” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomaşını görüb həmin maşının arxa sol qapısına yaxınlaşıb əlində olan avtomobil mühərrik şamı ilə qapının arxa şüşəsini sındırmışdır. Bundan sonra avtomobilin salonuna girərək axtarmağa başlamışdır. Avtomobili axtaran zaman avtomobildə olan bir ədəd “İphone X”, bir ədəd “İphone 6S”, bir ədəd “Nokia 6100” və iki ədəd gün eynəklərini görüb oğurlayaraq avtomobildən düşmüşdür. Yolda olan zaman oğurladığı mobil telefonların kilidli olduğunu görüb aça bilmədiyi üçün hər birini hazırda xatrlamadığı yerə tullamışdır. Bir gün sonra isə oğurladığı gün eynəklərini 20 Yanvar adlanan yerdə tanımadığı şəxslərə satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, hadisə zamanı oğurladığı bir ədəd “İphone X”, bir ədəd “İphone 6S” və bir ədəd “Nokia 6100” markalı mobil telefonları tulladığı yeri və hadisə zamanı avtomobilin şüşəsini sındırmaq üçün istifadə etdiyi avtomobilə aid mühərrik şamının yerini göstərsin. Təqsirləndirilən şəxs1 həmin bir ədəd “İphone X”, bir ədəd “İphone 6S”, bir ədəd “Nokia 6100” markalı mobil telefonları və mühərrik şamını Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsində dəqiq xatırlamadığı yerə hər birini bir istiqamətə tulladığını bildirsə də, həmin yeri dəqiq xatırlamadığını, bu səbəbdən göstərə bilməyəcəyini bildirdi və həmin 3 ədəd mobil telefon eləcə də, cinayəti törədərkən istifadə etdiyi bir ədəd mühərrik şamını tapmaq mümkün olmamışdır. İfadənin yerində yoxlanması istintaq hərəkəti gündüz vaxtı, təbii işıq şəraitində aparıldı və ifadənin yerində yoxlanılması zamanı “Samsung S8” markalı mobil telefondan istifadə edilməklə ifadənin yerində yoxlanılmasının fotoşəkilləri çəkilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatdıqdan sonra tərtib edilmiş protokol iştirakçıya ucadan oxundu və iştirakçı tərəfindən protokola hər hansı qeyd, əlavə və ya düzəliş daxil olmamış, protokol iştirakçı tərəfindən düzgün hesab edilərək imzalanmışdır. Cinayət işinin İ cildinin 224-226-cı vərəqələrində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 7(001)-354/2019 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 04 ay 19 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, məhkum Təqsirləndirilən şəxs1 üzərinə, onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması və onun üzərində nəzarətin daimi yaşayış yeri üzrə müvafiq icra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 228-238-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 1(011)-145/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə (yeni redaksiyada) təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 02 sentyabr 2017-ci il tarixindən 04 sentyabr 2017-ci il tarixinədək saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində, qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 26 sentyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İ cildinin 239-250-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 1(001)-13/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 mart 2019-cu il tarixdən tutulmaqla həbsdə saxlandığı 01 (bir) gün müddət hazırki cəzanın müddətindən bir günə bir gün hesabı ilə hesablanaraq çıxılmaqla ona qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(009)-40/2019 saylı hökmü ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi olan - 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla (10 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə) hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 14 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 4-7-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2020-ci il tarixli, 4511 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin 19 yanvar 2020-ci il tarixə, respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: iki ədəd üzərində “M” markalanması olan qara rəngli üzərində ağ nöqtələr olan ətəyinə tikilmiş saplar ilə bəzək vurulmuş qadın paltarları 50 manat; iki ədəd üzərində “M” markalanması olan göy rəngli üzərində ağ nöqtələr olan bel hissəsi kəmərin yeri olan düz biçimli qadın paltarı 60 manat. Cinayət işinin İİ cildinin 32-33-cü vərəqələrində olan “Qətimkan tədbirnin seçilməsi barədə” 14 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş Binəqədi Rayon Məhkməsinin 1(001)-13/2020 nömrəli, 18.03.2020-ci il tarixli hökmünə əsasən 3 il müdətinə azadlıqdan məhrum etmə cəzasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 16.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin İİ cildinin 82-ci vərəqində olan “Maddi sübut kimi tanınması haqqında” 20 aprel 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid Möhlud qızının istintaqa təqdim etdiyi 4 ədəd qadın paltarının maddi sübut kimi tanınması və saxlanması üçün Nərimanov RPİ-nin saxlancına verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 1(006)-269/2016 nömrəli hökmünün Təqsirləndirilən şəxs2 barəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 16.09.2020-ci il tarixli ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərinin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməsi, digər Təqsirləndirilən şəxs2 isə törətdiyi əməli etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin onların tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf edərək əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 1(011)-145/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 7(001)-354/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 19 (on doqquz) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə əməli 19 yanvar 2020-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 1(011)-145/2018 saylı hökmü təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli (CM-nin 76.6.3.), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 1(011)-145/2018 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilərək ona qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 16 fevral 2020-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs2 barəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli hökmündən də göründüyü kimi, Təqsirləndirilən şəxs2 22.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə əməli 19 yanvar 2020-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(001)-13/2020 saylı hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməllərini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(001)-13/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti cəza müəyyən edilməli, onun hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə cinayət işi üzrə mövcud halları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(001)- 13/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması müəyyən edilərək, onun təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut olan və saxlanması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş Şahid Möhlud qızının istintaqa təqdim etdiyi 4 ədəd qadın paltarı Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 75 (yetmiş beş) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 və Bakı Şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, o cümlədən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq zamanı iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq zamanı iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 50 (əlli) iş saatına görə cəmi 600 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 1(011)-145/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 19 (on doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 16 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(001)-13/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş Şahid Möhlud qızının istintaqa təqdim etdiyi 4 ədəd qadın paltarı Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə ekspertiza xərci 75 (yetmiş beş) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 50 (əlli) iş saatına görə cəmi 600 (altı yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-27/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-27/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver