Məhkəmə qərarları › İş №1(005)-27/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-27/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-27/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi nömrəsiz bağ evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etmə yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 guya Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində mühəndis vəzifəsində işlədiyini yalandan bildirməklə aldadıb, guya onun geniş əlaqələrə malik şəxs kimi təqdim edib, həmin əlaqələri vasitəsi ilə sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində nömrəsiz ünvanda yerləşən 18 sot torpaq sahəsinə asanlıqla Dövlət Reyestr Xidmətindən torpaq sahəsinin mülkiyyətinə dair “Çıxarış” alacağına yalandan vəd verib inandırmaqla aldadaraq xx.xx.2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Stara Praga” restoranının qarşısında Zərərçəkmiş şəxs1 40.000 manat pul alıb həmin məbləğdə pulu ələ keçirərərk öz aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 40.000 (qırx min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində işlədiyini və geniş əlaqələrə malik şəxs kimi təqdim edərək həmin əlaqələri vasitəsi ilə sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən yeni inşa edilmiş binada olan mülkünü özəlləşdirib Dövlət Reyestr Xidmətindən «Çıxarış» alacağına yalandan vəd verib inandırmaqla aldadaraq xx.xx.2018-ci ildə ünvan 5 ünvanda yerləşən ofisdə 15.000 manat, xx.xx.2018-ci il tarixdə 5.000 manat pulu yenə həmin ünvanda alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 20.000 (iyirmi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində işlədiyini orada geniş əlaqələrə malik şəxs kimi təqdim edərək həmin əlaqələri vasitəsi ilə sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən mağazanı özəlləşdirib Dövlət Reyestr Xidmətindən «Çıxarış» alacağına yalandan vəd verib aldatmaqla 2020-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Mcdonalds» restoranının qarşısında 7.000 manat məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda 7.000 (yeddi min) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs3 aldatmamış, ona məxsus obyektin özəlləşdirilməsinin alınmamasına səbəb məhkəmə tərəfindən həbs olunmağı olmuşdur və ona görə də prosesi yekunlaşdıra bilməmişdir. Lakin, Aqildən aldığı 7000 manat pulu ona geri qaytarmışdır. İlqardan 17.000 manat borc almış, bir müddətdən sonra İlqar verdiyi pulu istədiyi üçün ona əvvəlcə 5.000-5.000 manatını taksi ilə göndərmiş, PŞ-də olduğu zaman isə 2.000 manat qaytarmışdır və beləliklə ona 10.000 manat borcu qalmışdır. Atasının xəstələnməsinə və daha sonra da vəfat etməsinə görə həmin pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 İlqar Mustafayevin vasitəsilə tanımışdır, aralarında səmimi münasibətləri olmuşdur. Həmin səmimi münasibətlərdən irəli gələrək ayrı-ayrı vaxtlarda ondan 15.000 və 5.000 manat borc pul istəmiş, 15.000 manatı Zabirin özündən, 5.000 manatı isə onunla işləyən Şahid1 vasitəsilə almışdır. Ayrı-ayrı vaxtlarda Qocayevin özünə 5.000 manat vermiş, digər 5.000 manatı isə tanışı taksi vasitəsilə ofislərinə göndərməklə cəmi 10.000 manat ona borclu qalmışdır. Zərərçəkmiş şəxs2 pulu alarkən hər hansı bir iş görəcəyi barədə ona hər hansı bir vəd verməmişdir. Aralarındakı münasibətlər sadəcə borc münasibətləri olmuşdur. Bir müddət əvvəl Zərərçəkmiş şəxs2 ofisinə dəvət edərək özünün yaxın dostluq və iş münasibətlərində olan İlqar Mustafayevin cinayət məsuliyyətini boynuna götürəcəyi təqdirdə ona olan borcunu siləcəyini, əks təqdirdə hüquq-mühafizə orqanlarına barəsində şikayət edəcəyi ilə bağlı hədə-qorxu gəlmişdir. Zərərçəkmiş şəxs2 təklifi ilə razı olmadığına görə Zabir onun barəsində şikayət ərizəsi yazmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İlqar Mustafayev makler olmuşdur. Onun İlqarla işlədiyi dövrlərdə dostluq münasibəti olmuşdur. O, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mühəndis işləmişdir. Onun vəzifəsi vətəndaşların ərizəsi ilə bağlı əmlaklara baxış keçirərək strukturuna dair akt tərtib etmək olmuşdur. Həmin dövrdə İlqar rəsmi olaraq məktubla onun işlədiyi idarəyə müraciət etmiş və o da həmin məktub əsasında həmin əmlaklara baxış keçirmişdir. İlqarın indiyə qədər əmlaka çıxarış almasına dair sənədlər tərtib etdiyini və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsini görmüşdür. O, 2014-cü ildə işdən çıxmışdır. 2014-cü ildən 2018-ci ilədək müddət ərzində İlqarla olan münasibətləri davam etmişdir. Onun iş zamanı istifadə etdiyi aparatı özündə qaldığından İlqar ondan əmlaklara baxış keçirməsini xahiş etmişdir. İlqar onu Dmitriyə məxsus əmlaka baxışa çağırmışdır. O, adətən əmlaka baxış keçirməsindən sonra 100 manat zəhmət haqqı alırmış. Həmişə olduğu kimi Dmitriy də ona zəhmət haqqı olaraq torpağa baxış keçirərək ölçüləri təqdim etdiyi üçün 100 manat pul vermişdir. Ölçü işləri bitdikdən sonra o, çıxıb getmişdir. Hadisədən 5 ay sonra Dmitriy onu yığaraq 40.000 manat pulunu geri tələb etmişdir. İlqarla onlar arasında ədavət olmuşdur və ona görə də Dmitriy pulu İlqardan yox, ondan tələb edir. Onun İlqara 17.000 manat borcu olub. Uşaqların xərci üçün İlqardan 17.000 manat pul almışdır. Həmin 17.000 manatdan 10.000 manat pulu İlqara geri qaytarıb. Eyni zamanda İlqarla Çingiz arasında da ədavət olduğundan Dmitriy 40.000 manatı hazırda ondan tələb edir. Zərərçəkmiş şəxs2 də İlqarın vasitəsi ilə tanımışdır. Zabirdən 20.000 manat borc istəmişdir və Zabir də ona inanaraq borc vermişdir. Aralarında səmimi münasibət olduğundan Zabir ona 20.000 manat borc vermişdir. Zabirə olan 20.000 manat borcunu geri qaytarıb. Zərərçəkmiş şəxs3 ilə sinif yoldaşı Samir vasitəsi ilə tanış olub. Aqil ona məxsus əmlaka dair sənədlərin hazırlanması üçün müraciət edib. Bu məsələnin həlli üçün Aqil ona 7000 manat borc verib və o da həmin pulu da Aqilə geri qaytarıb. Hazırda onun heç kimə borcu yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, Şahid3 onun uşaqlıq dostudur, 2018-ci ilin yaz aylarının əvvəllərində dostları Əbülfəz onlara təklif etmişdir ki, imkanları varsa onun yaşadığı Nardaran qəsəbəsindən torpaq sahəsi alıb özləri üçün bağ evi tikdirsinlər. Onlar razılaşaraq ondan onlar üçün münasib qiymətə torpaq sahəsi tapmağını xahiş etmişlər. Bir müddət sonra Əbülfəz bildirmişdir ki, onun uzaq qohumu Əliağa adlı şəxs Nardaran qəsəbəsi ərazisində özünə məxsus 18 sot boş torpaq sahəsini satır, almaqları məsləhətdir. O, dostu Çingiz ilə birlikdə gedib həmin torpaq sahəsinə baxmış, xoşlarına gəlmiş, lakin torpaq sahəsinin qeydiyyat şəhadətnaməsi yox, yalnız keçmiş SSRİ dövründən verilmiş bağçılıq kitabçası olmuş, özəlləşdirilməmişdir. Çingiz ilə o razılaşmışlar ki, həmin torpaq sahəsini şərikli alaraq özəlləşdirsinlər, istifadə olunmasını sonra qərarlaşdırarlar. Torpaq sahəsinin sahibi Əliağa da dostları Əbülfəzin qohumu olduğundan onlara etibar edərək razılaşmışdır ki, torpağı özəlləşdirib sənədlərini ondan alarlar, sonra onunla halallaşarlar, razılaşmalarına görə sənədlər düzəldikdən sonra onlar ona torpaq sahəsinə görə ümumilikdə təxminən 50.000 (əlli min) manat məbləğində pul verməli idilər. Bu razılaşmalarından sonra onlar torpaq sahəsinin özəlləşdirilməsi üçün variantlar axtarmağa başlamışlar. Həmin ərəfədə təsadüfən köhnə tanışları, bildiklərinə görə, əvvəllər polis əməkdaşı işləmiş, Tahir Baxşibəyov adlı şəxslə rastlaşmışlar. Tahir onların problemlərini eşidib bildirmişdir ki, onun bir nəfər İlqar Mustafayev adlı dostu var, İlqarın Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyən tanışları çoxdur, əmlak məsələləri ilə bağlı istənilən problemi həll edə bilir. Tahir bildirmişdir ki, İlqar həmin tanışları vasitəsilə onların məsələlərini də həll edə bilər. Onlar onunla razılaşmış, bir neçə gündən sonra o, Tahirə zəng vuraraq onları həmin İlqar adlı tanışı ilə görüşdürməsini xahiş etmişdir. Tahir özü şəhərdən kənar olduğunu bildirərək Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Funda» tibb mərkəzinin qarşısında İlqar adlı dostu ilə görüşməyə göndərmiş, onlar ora gedərək Tahirin dostu X2 ilə tanış olmuşlar, onların məsələlərindən danışdıqda İlqar bir nəfər Bakı şəhəri üzrə Dövlət Reyestr Xidmətinin mühəndis kimi işləyən tanışı Təqsirləndirilən şəxs vasitəsilə onların məsələsini həll edə biləcəyini bildirib Fəxri adlı şəxsi yanlarına çağırmış, dördü birlikdə Nardaran qəsəbəsinə gedib oradan almaq istədikləri torpaq sahəsini Fəxriyə göstərmişlər. Fəxri özü ilə gətirdiyi cihazla həmin torpaq sahəsini ölçərək sputnik vasitəsi ilə koordinatlarını müəyyən edib yoxlamış, hətta onlar ona zəhmət haqqı kimi 100 (bir yüz) manat pul da vermişlər. Orada Fəxri onlara bildirmişdir ki, torpaq təmiz çıxarsa və yüklü çıxmazsa onların məsələsini həll edə bilər, torpaq sahəsi bahalı yerdə yerləşdiyi üçün bu halda hardasa təxminən 35000-45000 manat arası pul lazım olacağını bildirmişdir. Onlar ona tam olaraq dəqiqləşdirib onlara məlumat verməsini xahiş etmişlər. Daha sonra onlar şəhərə geri qayıtmışlar, İlqarla Fəxrini düşürüb evlərinə getmişlər. Səhəri gün İlqar onlara zəng vurub yenə də «Funda» tibb mərkəzinin yaxınlığına görüşə çağırmış, oradakı söhbət zamanı İlqar bildirmişdir ki, torpaq sahələri yoxlamadan təmiz çıxıb, yüklü deyil, özəlləşdirmək olar, o, onların yanlarında Fəxriyə zəng vurmuş və Fəxri də deyilənləri təsdiq edərək bu məsələnin 45000 (qırx beş min) manat məbləğinə başa gələcəyini bildirmiş, o xahiş etmişdir ki, qiyməti 40000 (qırx min) manata endirsin, pulun yarısını əvvəlcədən, qalan yarısını isə sənədlər hazır olduqdan sonra verərlər, lakin Fəxri razılaşmamışlar ki, pulun hamısı yuxarılara çatmasa sənədlər düzəlməyəcək, pul verilən kimi isə uzağı 40-50 gün ərzində sənədlər hazır olacaq. Fəxri bu detalları vəzifəli dostları ilə danışmaq üçün onlardan vaxt istəmiş, səhəri gün isə Fəxri onlara zəng vuraraq işin 40000(qırx min) manata razılığını aldığını, lakin pulun hamısının bəri başdan vermək lazım olduğunu bildirmişdir. Onlar öz aralarında məsləhətləşib bu işdən tam əmin olmaq üçün bir daha onlarla onları tanış etmiş, Tahir adlı ümumi tanışlarına zəng etmişlər, məsələnin təfərrüatlarını ona danışıb məsləhət istəmişlər, Tahir isə narahat olmamağını tam arxayın şəkildə iş görə biləcəklərini bildirmişdir. Onlar da Tahiri artıq çoxdan tanıdıqlarından inanıb Fəxriyə pul vermək qərarına gəlmişlər. Çingiz də pul olmadığı üçün o, 40000 (qırx min) manat məbləğində pul düzəldib xx.xx.2018-ci il tarixdə İlqarla «Funda» tibb mərkəzinin qarşısında görüşmüşlər, o, nağd pulu və özünün şəxsiyyət vəsiqəsinin surətini İlqara vermiş, lakin yenə də hər ehtimala qarşı bu iş üçün İlqarın vasitəsilə Fəxrini tanıdığı üçün İlqara əl yazma ilə pulu qəbul etməsini yazmasını bildirmişdir. İlqar etiraz etmədən ondan 40000 (qırx min) manat məbləğində pul almasına dair əlyazma qəbzini yazıb vermişdir. Daha sonra onların yanlarında İlqar Fəxriyə zəng vuraraq 40000(qırx min) manat pulu ondan götürdüyünü bildirib nə vaxt görüşmələrini soruşmuşdur. Fəxri telefonda bildirmişdir ki, görüşüb pulu ondan götürəcək. Bundan sonra sənədlərin düzəlməsini gözləməyə başlamışlar, Fəxrinin onlara vəd verdiyi sonuncu müddət xx.xx.2018-ci il tarixdə tamam olsa da o, onları aldatmış, onlar üçün heç bir sənəd düzəltməmiş, yalançı vədlərlə vaxt uzatmağa başlamışdır. İşi düzəltmədiyini görüb verdikləri pulları qaytarmasını ondan tələb etdikdə isə əvvəl onlardan möhlət istəmiş, onlar Fəxrinin onları aldatdığını görüb pullarını Tahir və İlqardan tələb etməyə başlamışlar, onlar isə pullarını ondan özlərinin alacağını vəd vermişlər, yenə də vaxt uzanmış, lakin heç bir nəticə olmamış, müsbət heç nə görmədikləri üçün məcbur olub artıq özləri şikayət etmək qərarına gəlmişlər. Fəxri tərəfindən aldanmağı nəticəsində ona 40000 (qırx min) manat məbləğində maddi ziyan dəymişdir. Tahir İlqarı torpaq sahəsini sənədləşdirə biləcək tanışının olduğu kimi onlara təqdim edərək və Çingizi İlqarla tanış etmişdir. Sonradan İlqar bu məsələni həll edəcək Dövlət Reyestr Xidmətinin mühəndisi kimi təqdim etdiyi Fəxri ilə tanış etmişdir. Fəxri özü də özünü Dövlət Reyestr Xidmətinin mühəndisi kimi təqdim edib, torpaq sahəsinin sənədləşdirilməsi işlərini görəcəyinə vəd vermişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Sonda məhkəmədən vermiş olduğu mülki iddianın tam təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Fəxri tərəfindən aldadıldığını anladıqdan sonra Fəxriylə heç bir münasibət qurmamış və pulunu tələb etməmişdir. Dərhal Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. İlqar Mustafayev ilə onu Tahir tanış etmişdir. İlqar onlara Nərimanov rayonu, Ağa Nemətulla küçəsində “Funda” tibb mərkəzinin yaxınlığında ofisinin olduğunu və orada torpaq özəlləşdirilməsi ilə məşğul olduğunu, fəaliyyətinə dair VÖEN-nin də olduğunu bildirmişdir. İlk öncə İlqar işi kimin vasitəsi ilə həll edəcəyini onlara bildirməmişdir. Fəxrini ilk dəfə Nardaran qəsəbəsində torpaq ölçməyə gedəndə görmüşdür və həmin vaxtı o, Fəxriyə 100 manat zəhmət haqqı vermişdir. Həmin vaxt İlqar Fəxridən bu torpağa sənəd almaq mümkün olub-olmadığını soruşmuşdur. Fəxri isə həll edilə bilən məsələ olduğunu bildirmişdir. Bu zaman onlar vasitəçinin İlqar olduğunu, bilavasitə bu məsələni həll edənin isə Fəxri olduğunu anlamışlar. O, pulu İlqara vermişdir və İlqar da pulu təhvil almasına dair qəbz yazaraq imzalamışdır. İki aya qədər torpağa dair çıxarış təhvil verilməli imiş. Pulu İlqara təhvil verəndə yanlarında Çingiz də olmuşdur. Fəxri bir müddət sonra Çingizi geri yığaraq məsələsinin alınmadığını və 17.000 manat pulu geri qaytarmaq istədiyini bildirmişdir. Fəxri istintaq zamanı 40.000 manatı İlqardan aldığını etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildə, tanışı Mustafayev İlqarın vasitəsilə tanımış, həmin vaxt Fəxrini onlara aid olan ərazidə topoqrafiya işləri aparmaq üçün dəvət etmişdir. Fəxri topoqrafiya işlərini bitirdikdən sonra uzun müddət Əmlak Komitəsində çalışdığını və özəlləşmə ilə bağlı köməklik lazım olarsa ona bildirmələrini demişdir. Ondan sonra da Fəxri bir neçə dəfə əlaqə saxlayaraq ona uyğun iş olub olmaması ilə maraqlanıb bununla bağlı öz xidmətini təklif etmişdir. Nərimanov rayonu ərazisində qardaşı X4 adına olan, lakin faktiki olaraq özünə aid olan yeni tikililərin birində özəlləşdirməyə ehtiyac yaranmış və həmin tikilinin özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsində əlavə sənədlər tələb olunmuşdur. Fəxri həmin idarədə uzun müddət işlədiyinə və orada kifayət qədər etibarlı və yaxşı əlaqələrinin olduğuna inandırıb bildirmişdir ki, ondan əlavə sənəd almadan, daha qısa müddətə həmin İdarədəki vəzifəli şəxslərin vasitəsi ilə əmlaka dair "Çıxarış" alıb verəcəkdir. Beləliklə, Fəxri etibarını qazandığı üçün onun dediklərinə inanmışdır. Fəxri həmin əmlaka qısa müddətdə və problemsiz "Çıxarış" alması üçün ondan 25.000 manat pul istəmiş, lakin bu qiymət baha olduğu üçün razılaşmamışdır. Bundan sonra Fəxri dəfələrlə əlaqə saxlayaraq idarədə müəyyən adamlarla təkrarən danışıb nəticəni bildirəcəyini söyləmiş, bir müddət sonra Fəxri ilə görüşərək idarədə həmin işi 15.000 manata həll edəcəyinə razılıq aldığını bildirərək qısa müddətdə işi həll edəcəyinə inandırmışdır. Fəxrinin vədinə inanaraq 15.000 manat pulu 18 iyul 2018-ci il tarixdə ünvan 6 ünvanda yerləşən ofisində ona vermiş, inandırmışdır ki, bir ay müddətinə məsələni həll edəcəkdir. Lakin, bir müddətdən sonra Fəxri bildirmişdir ki, bəzi şərtlər dəyişib və bəzi xərcləri ödəmək üçün əlavə 5.000 manat istəyib bildirmişdir ki, 5.000 manat əlavə xərcdən sonra sənədlər tam hazır olacaqdır. Onun dediklərinə bir daha inanaraq və işin düzəldiyini nəzərə alaraq 14 avqust 2018-ci il tarixdə 5.000 manat pulu onunla çalışan menecer Şahid1 vermiş, o da həmin pulu qeyd etdiyi ünvanda yerləşən ofisdə Fəxriyə vermişdir. Fəxri inandırmışdır ki xx.xx.2019-cu il tarixdə "Çıxarış"ı verəcəkdir. Beləliklə, Fəxri obyekti özəlləşdirəcəyi barədə etibarını qazanaraq dələduzluqla ondan 20.000 manat pul almış, lakin Fəxri verdiyi vədi yerinə yetirməyib müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bir müddətdən sonra Fəxri 5.000 manat pulu Elşənə vermiş, Elşən də həmin pulu gətirib ona vermişdir. Qalan 15.000 manat pulun da qısa müddətə qaytaracağını bildirmişdir. Lakin sonradan Fəxri müxtəlif bəhanələr gətirərək 15.000 manatı qaytarmaqdan yayınmağa başlamış, sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs digər şəxsləri də aldadaraq onlara qarşı da çoxsaylı dələduzluq əməli törətmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Sonda məhkəmədən vermiş olduğu mülki iddianın tam təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, uzun müddət Fəxridən şikayətçi olmamışdır. Buna səbəb isə Fəxrinin ona vurduğu ziyandan 5000 manat geri qaytarması olmuşdur. O, Fəxriyə inanmış və qalan 15.000 manatı geri qaytarmasını gözləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, 2019-cu ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxt Fəxri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmişdir. Onu Fəxri ilə sinif yoldaşı Samir tanış etmişdir. 2020-ci ildə özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən mağazanı öz adına özəlləşdirmək istəmiş, Samirlə söhbət zamanı o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən Fəxrinin mağazanı özəlləşdirməkdə kömək edə biləcəyini bildirmişdir. Samir bunu dedikdən sonra özü də Fəxrini uzun müddət tanıdığından onunla görüşüb söhbət etmişlər. Təqsirləndirilən şəxs 7.000 manat pul müqabilində mağazanı onu adına özəlləşdirəcəyini və bununla əlaqədar rəsmi sənəd veriləcəyini bildirmişdir. Fəxrinin sözünə inanıb onunla razılaşmış və dəqiq tarixi xatırlamadığı 2020-ci ilin mart ayının sonlarında Fəxri ilə Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Mcdonalds» restoranının qarşısında görüşüb ona mağazanın özəlləşdirilməsi üçün 7.000 manat pul vermişdir. Həmin vaxt dostu Samir də yanında olmuşdur. Fəxri pulu alıb onu aldadaraq vəd etdiyi işi, yəni mağazanın özəlləşdirilməsini etməmiş və aldığı 7.000 manat pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Sonda məhkəmədən vermiş olduğu mülki iddianın tam təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fəxri obyektin onun adına özəlləşdirilməsi üçün ilk dəfə onun idarə etdiyi mağazada söhbət etmişdir. Fəxriyə pulu hissə-hissə, yəni ilk dəfə 2500 manat, ikinci dəfə 2500 manat, sonuncu dəfə isə 2000 manat vermişdir. Pulu verməsindən 5-6 ay keçdikdən sonra Fəxridən xəbər çıxmadığından o, narahat olmuş və Fəxri ilə əlaqə saxlamaq istədikdə onun həbsə alındığını öyrənmişdir. Fəxriyə pulu verən zaman Samir və atası onların yanında olmuşdur. Fəxri özünü onlara Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Fəxri ilkin olaraq 2000 manat ondan beh kimi götürmüşdür. Daha sonra Fəxri onu yığıb 5000 manat əlavə istəmişdir. Lakin, o, buna etiraz etmiş və Fəxriyə əlavə pulunun olmadığını bildirmiş, eyni zamanda Fəxrinin indiyə qədər aldığı pulların qarşılığında hansı işi gördüyünü soruşmuşdur. Fəxri isə onların işinin məhkəmə qaydasında həll ediləcəyini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən imtina kağızı veriləcəyini və həmin kağızdan da məhkəmə qaydasında şikayət etdikdən sonra onun çıxarışının əldə ediləcəyini bildirmişdir. Ümumilikdə çıxarışının həll edilməsi üçün ondan 20.000 manat pul istənmişdir, işlərin ilkin olaraq sənədləşməsi üçün 7000 manat pul vermişdir. Pulu ilk iki dəfə Binəqədi rayonunda, sonuncu dəfə isə Nərimanov rayonunda vermişdir. Fəxri ona əgər pulu təqsirləndirilən şəxsə Binəqədi rayonu ərazisində verdiyinə dair ifadə versə qarşılığında zərəri ödəyəcəyini və 2 avtomobili ona verəcəyini təklif etmişdir. O da təkliflə razılaşmış və istintaqda ilkin ifadəsində Fəxriyə pulu hər dəfə Binəqədi rayonu ərazisində verdiyini demişdir. Daha sonra Fəxri vədinə əməl etməmişdir. Bundan sonra o, istintaqa yenidən ifadə verərək doğruları demişdir. O, pulu ilk iki dəfə Binəqədi rayonu ərazisində, sonuncu dəfə isə Nərimanov rayonunda yerləşən “McDonalds” restoranının qarşısında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Luke Homi» şirkətində satış meneceri vəzifəsində işləyir, Zərərçəkmiş şəxs2 şirkətin təsisçisidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamş, 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs şirkətin işlərini görmək üçün mütəxəssis kimi dəvət etmişlər, həmin vaxt Fəxri şirkətin təsisçisi Zərərçəkmiş şəxs2 demişdi ki, uzun müddət Əmlak Komitəsində işləyib, indi də orada çox yaxşı əlaqələri var, özəlləşdirmə ilə bağlı istənilən işi uyğun qiymətə və sərfəli şərtlərlə həll edə bilər. Zərərçəkmiş şəxs2 də Nərimanov rayonu ərazisində qardaşı X4 adına olan, lakin faktiki olaraq ona aid olan yeni tikililərin birində özəlləşdirməyə ehtiyac yaranmış, Fəxri həmin Zərərçəkmiş şəxs2 inandırıb bildirmişdir ki, ondan əlavə sənəd almadan, daha qısa müddətə həmin İdarədəki vəzifəli şəxslərin vasitəsi ilə əmlaka dair "Çıxarış" alaraq verəcəkdir. Fəxri həmin əmlaka qısa müddətdə və problemsiz "Çıxarış" alması üçün Zərərçəkmiş şəxs2 25.000 manat pul istəmiş, lakin Zərərçəkmiş şəxs2 baha olduğu üçün onunla razılaşmamış, bundan sonra Fəxri dəfələrlə əlaqə saxlayaraq idarədə müəyyən adamlarla təkrarən danışıb nəticəni bildirəcəyini söyləmişdir. Bir müddət sonra Fəxri Zərərçəkmiş şəxs2lə görüşərək idarədə həmin işi 15.000 həll edəcəyi barəsində razılaşdırdığını bildirərək qısa müddətdə işi həll edəcəyinə inandırmış, Zərərçəkmiş şəxs2 də onun vədinə inanaraq 15.000 manat pulu 18 iyul 2018-ci il tarixdə ünvan 6 ünvanda yerləşən ofisdə Fəxriyə vermişdir. Fəxri pulu aldıqdan sonra inandırmışdır ki, bir ay müddətinə məsələni həll edəcəkdir. Lakin, bir müddətdən sonra Fəxri bildirmişdir ki, bəzi şərtlər dəyişib və bəzi xərcləri ödəmək üçün əlavə 5.000 manat verilməlidir. O, bildirmişdir ki, 5.000 manat əlavə xərcdən sonra sənədlər tam hazır olacaqdır. 14 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 5.000 manat pulu ona vermiş, həmin gün Fəxri ofisə gəlmiş, o, həmin pulu Fəxriyə vermişdir. Fəxri pulu alıb bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə "Çıxarışı" verəcəkdir. Beləliklə, Fəxri obyekti özəlləşdirəcəyi barədə Zərərçəkmiş şəxs2 etibarını qazanaraq dələduzluqla ondan 20.000 manat pul almış, lakin, Fəxri verdiyi vədi yerinə yetirməyib müxtəlif bəhanələr gətirməyə başlamış, odur ki, Zərərçəkmiş şəxs2 ona verdiyi pulu qaytarmasını tələb etmişdir. Bir müddətdən sonra, təxminən bir neçə aydan sonra Fəxri ofisə gəlib 5.000 manat pulu ona vermiş, o da həmin pulu gətirib Zərərçəkmiş şəxs2 vermiş, Fəxri qalan 15.000 manat pulu da qısa müddətə qaytaracağını bildirmişdir. Lakin sonradan Fəxri yenə müxtəlif bəhanələr gətirərək 15.000 manatı qaytarmaqdan yayınmağa başlayıb həmin pulu verməmişdir. Ona görə də, Zərərçəkmiş şəxs2 məcbur qalıb şikayət etmişdir. Sonradan isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs digər şəxsləri də aldadaraq onlara qarşı da çoxsaylı dələduzluq əməli törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir sinifdə oxumuş, Fəxri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyirdi, mülklərə dair çıxarış alma məqsədilə ona müraciət etmiş, o da kömək etmişdir. Qonşusu Zərərçəkmiş şəxs3 müraciət edib bildirmişdir ki, ona məxsus, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən mağazanı özəlləşdirmək istəyir. Aqilə demişdir ki, sinif yoldaşı Fəxri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyir, bu işdə kömək edə bilər və onları tanış etmişdir. Aqil onunla danışmış və Fəxri demişdir ki, bu işi görmək üçün 20.000 manat pul lazımdır, işə başlamaq üçün ilkin olaraq 7.000 manat pul verilməlidir. Dəqiq tarixi xatırlamadığı 2020-ci ilin mart ayının sonlarında o, Aqil ilə birlikdə Fəxri ilə Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Mcdonalds» restoranının qarşısında görüşmüşdür. Aqil onun yanında Fəxriyə 7.000 manat pulu və mağazanın sənədlərini vermişdir. Ondan bir müddət sonra Fəxri yenə 5.000 manat pul istəmiş, Aqil isə ona demişdir ki, «indiyə kimi aldığın 7.000 manatın müqabilində gördüyün işlərə dair sənəd göstər», o isə heç bir sənəd göstərə bilməmiş və ondan sonra yoxa çıxmışdır. Onunla telefon əlaqəsi saxlayanda hər dəfə Fəxri yalan vədlər vermişdir. Onu çox axtarsa da tapa bilməmiş, bir neçə aydan sonra Fəxrinin atası Rauf ilə telefon əlaqəsi saxlamış, o isə bildirmişdir ki, Fəxrini tutublar. Həmçinin o demişdir ki, oğlu Fəxri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmir. Bundan sonra məlum olmuşdur ki, Fəxri Aqildən pulu aldığı zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləməmiş, Aqili aldadaraq ondan 7.000 manat pul almışdır. Həmçinin məlum olmuşdur ki, Fəxri başqa şəxslərə qarşı da dələduzluq etdiyi üçün onu tutublar. Ondan pulu ala bilmədiyi üçün Aqil polis bölməsində şikayət ərizəsi yazmışdır. V Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aqil tərəfindən Fəxriyə pul veriləndə o, həmişə onların yanında olmuşdur. İlk iki dəfə Fəxriyə Binəqədi rayonu ərazisində pul vermişlər. Sonuncu dəfə isə Nərimanov rayonunda Fəxri ilə görüşərək pul vermişlər. İlk iki dəfə Fəxriyə 2500-2500 manat, sonuncu dəfə isə 2000 manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018ci ilin yaz aylarının əvvəllərində dostları Əbülfəz onlara təklif etmişdir ki, imkanları varsa onun yaşadığı Nardaran qəsəbəsindən torpaq sahəsi alıb özləri üçün bağ evi tikdirsinlər. Onlar razılaşaraq ondan onlar üçün münasib qiymətə torpaq sahəsi tapmağını xahiş etmişlər. Bir müddət sonra Əbülfəz bildirmişdir ki, onun uzaq qohumu Əliağa adlı şəxs Nardaran qəsəbəsi ərazisində özünə məxsus 18 sot boş torpaq sahəsini satır, almaqları məsləhətdir. O, dostu Dmitriy ilə birlikdə gedib həmin torpaq sahəsinə baxmış, xoşlarına gəlmiş, lakin torpaq sahəsinin qeydiyyat şəhadətnaməsi yox, yalnız keçmiş SSR dövründən verilmiş bağçılıq kitabçası olmuş, özəlləşdirilməmişdir. Dmitriy ilə o razılaşmışlar ki, həmin torpaq sahəsini şərikli alaraq özəlləşdirsinlər, istifadə olunmasını sonra qərarlaşdırarlar. Torpaq sahəsinin sahibi Əliağa da dostları Əbülfəzin qohumu olduğundan onlara etibar edərək razılaşmışdır ki, torpağı özəlləşdirib sənədlərini alsınlar, ondan sonra onunla halallaşarlar, razılaşmalarına görə sənədlər düzəldikdən sonra onlar ona torpaq sahəsinə görə ümumilikdə təxminən 50.000(əlli min) manat məbləğində pul verməli olmuşlar. Bu razılaşmalarından sonra onlar torpaq sahəsinin özəlləşdirilməsi üçün variantlar axtarmağa başlamışlar. Həmin ərəfədə təsadüfən köhnə tanışları, bildiklərinə görə, əvvəllər polis əməkdaşı işləmiş, Tahir Baxşibəyov adlı şəxslə rastlaşmışlar. Tahir onların problemlərini eşidib bildirmişdir ki, onun bir nəfər İlqar Mustafayev adlı dostu var, həmin İlqarın Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyən tanışları çoxdur, əmlak məsələləri ilə bağlı istənilən problemi həll edə bilir. Tahir bildirmişdir ki, İlqar həmin tanışları vasitəsilə onların məsələlərini həll edə bilər. Onlar onunla razılaşmışlar, bir neçə gündən sonra onlar Tahirə zəng vuraraq onları həmin İlqar adlı tanışı ilə görüşdürməsini xahiş etmişlər. Tahir özü şəhərdən kənar olduğunu bildirərək Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Funda» tibb mərkəzinin qarşısında İlqar adlı dostu ilə görüşməyə göndərmiş, onlar ora gedərək Tahirin dostu X2 ilə tanış olmuşlar, onların məsələlərindən danışdıqda İlqar bir nəfər Bakı şəhəri üzrə Dövlət Reyestr Xidmətinin mühəndis kimi işləyən tanışı Təqsirləndirilən şəxs vasitəsilə onların məsələsini həll edə biləcəyini bildirib Fəxri adlı şəxsi yanlarına çağırmış, dördü birlikdə Nardaran qəsəbəsinə gedib oradan almaq istədikləri torpaq sahəsini Fəxriyə göstərmişlər. Fəxri özü ilə gətirdiyi cihazla həmin torpaq sahəsini ölçərək sputnik vasitəsi ilə koordinatlarını müəyyən edib yoxlamış, hətta onlar ona zəhmət haqqı kimi 100 (bir yüz) manat pul da vermişlər. Orada Fəxri onlara bildirmişdir ki, torpaq təmiz çıxarsa və yüklü çıxmarsa onların məsələsini həll edə bilər, torpaq sahəsi bahalı yerdə yerləşdiyi üçün bu halda hardasa təxminən 35.000-45.000 manat arası pul lazım olacağını bildirmişdir. Onlar ona tam olaraq dəqiqləşdirib ona məlumat verməsini xahiş etmişlər. Daha sonra onlar şəhərə geri qayıtmışlar, İlqarla Fəxrini düşürüb evlərinə getmişlər. Səhərisi gün İlqar ona zəng vurub yenə də «Funda» tibb mərkəzinin yaxınlığına görüşə çağırmışdır, oradakı söhbət zamanı İlqar bildirmişdir ki, torpaq sahələri yoxlamadan təmiz çıxıb, yüklü deyil, özəlləşdirmək olar, o, onların yanlarında Fəxriyə zəng vurmuş və Fəxri də deyilənləri təsdiq edərək bu məsələnin 45.000(qırx beş min) manat məbləğinə başa gələcəyini bildirmiş, Dmitriy xahiş etmişdir ki, qiyməti 40.000(qırx min) manata endirsin, pulun yarısını əvvəlcədən, qalan yarısını isə sənədlər hazır olduqdan sonra verərlər, lakin Fəxri razılaşmamışdır ki, pulun hamısı yuxarılara çatmasa sənədlər düzəlməyəcək, pul verilən kimi isə uzağı 40-50 gün ərzində sənədləri hazır olacaq. Fəxri bu detalları vəzifəli dostları ilə danışmaq üçün onlardan vaxt istəmişdir. Səhəri gün isə Fəxri onlara zəng vuraraq işin 40.000 (qırx min) manata razılığını aldığını, lakin pulun hamısının bəri başdan vermək lazım olduğunu bildirmişdir. Onlar öz aralarında məsləhətləşib bu işdən tam əmin olmaq üçün bir daha onlarla onları tanış etmiş Tahir adlı ümumi tanışlarına zəng etmişlər, məsələnin təfərrüatlarını ona danışıb məsləhət istəmişlər, Tahir isə narahat olmamağını tam arxayın şəkildə iş görə biləcəklərini bildirmişdir. Onlar da Tahiri artıq çoxdan tanıdıqlarından inanıb Fəxriyə pul vermək qərarına gəlmişlər. O da pul olmadığı üçün Dmitriy 40.000 (qırx min) manat məbləğində pul düzəldib xx.xx.2018-ci il tarixdə İlqarla «Funda» tibb mərkəzinin qarşısında görüşmüşlər, Dmitriy nağd pulu və özünün şəxsiyyət vəsiqəsinin surətini İlqara vermiş, lakin yenə də hər ehtimala qarşı bu iş üçün İlqarın vasitəsilə Fəxrini tanıdıqları üçün İlqara əl yazma ilə pulu qəbul etməsini yazmasını bildirmişlər. İlqar etiraz etmədən Dmitriydən 40.000(qırx min) manat məbləğində pul almasına dair əlyazma qəbzini yazıb vermişdir. Daha sonra onların yanlarında İlqar Fəxriyə zəng vuraraq 40.000 (qırx min) manat pulu Dmitriydən götürdüyünü bildirib nə vaxt görüşmələrini soruşmuşdur. Fəxri telefonda bildirmişdir ki, səhəri gün görüşüb pulu ondan götürəcək. Bundan sonra sənədlərin düzəlməsini gözləməyə başlamışlar, Fəxrinin onlara vəd verdiyi sonuncu müddət xx.xx.2018-ci il tarixdə tamam olsa da o, onları aldatmış, onlar üçün heç bir sənəd düzəltməmiş, yalançı vədlərlə vaxt uzatmağa başlamış, işi düzəltmədiyini görüb pulları qaytarmasını ondan tələb etdikdə isə əvvəl onlardan möhlət istəmişdir. Onlar Fəxrinin aldatdığını görüb pullarını Tahir və İlqardan tələb etməyə başlamışlar, onlar isə pullarını ondan özlərinin alacağını vəd vermişlər, yenə də vaxt uzanmış, lakin heç bir nəticə olmamış, müsbət heç nə görmədikləri üçün Dmitriy məcbur olub şikayət etmək qərarına gəlmişdir. Ona heç bir məbləğdə maddi ziyan dəyməmiş. Onda pul olmadığı üçün Dmitriy ilə razılaşmışlar ki, 40.000 manatı o versin, gələcəkdə ona 10.000 manat verər və ona 10.000 manat, Dmitriyə 30.000 manata başa gələr. Lakin, iş alınmadığı üçün o, pulu Dmitriyə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, İlqar Mustafayev onun tanışıdır, onu digər dostları Tahir Baxşıbəyovun vasitəsilə tanımışdər. Münasaibətləri hər zaman normal olmuşdur. İlqarın tanışı olan Təqsirləndirilən şəxs isə qiyabi olaraq tanıyırmış. Onun Əmlak Komitəsində işlədiyini və bir neçə dəfə İlqarın tanışlarına torpaq sahəsinin sənədləşdirilməsini həyata keçirdiyini bilirmiş. Belə ki, 2018-ci ilin may ayının sonlarında axşam saatlarında Tahir ilə birlikdə olan zaman İlqar Tahirə zəng vuraraq birlikdə “Stara Praga” restoranının yanına getmələrini xahiş etmişdir. Onlar birlikdə olduqları üçün razılaşmışlar və birlikdə həmin restoranın yanına getmişlər. Yolda olan zaman İlqar söhbətində bildirmişdir ki, Tahirin tanışı Çingiz və Dmitriy adlı şəxslərin Nardaran qəsəbəsində olan 18 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün onlardan 40.000 manat pulu Fəxrinin istəyi ilə almışdır və həmin pulu Fəxriyə vermək üçün həmin restoranın yanına gedirlər. Onlar həmin restoranın yanına çatdıqda İlqar onlardan ayrılaraq Fəxrinin markasına və dövlət qeydiyyat nişanlarına fikir vermədiyi avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt onlar da avtomobilin yanında olmuşlar və avtomobilin salonunda işıq yandığı üçün hər şeyi görürmüşlər. Belə ki, həmin vaxt İlqar əlində olan sellofan torbadan 4 ədəd ayrı-ayrı rezinlərə bağlanılmış vəziyyətdə pulları Fəxriyə vermişdir. Fəxri pulu saydıqdan sonra onları avtomobilin salonunda olan saxlanc yerinə qoymuşdur. Həmin pullar ayrı-ayrı rezinlərə bağlandığı üçün başa düşmüşlər ki, bir bağlama 10.000 manat təşkil edir. Daha sonra İlqar avtomobildən düşmüş və onlar oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Çingizlə daimi əlaqə saxlamışdır. Dmitriy ilə isə əlaqəsi ümumiyyətlə olmamışdır. Nardaran ərazisində yerləşən torpaq sahəsini ölçmək üçün o, Fəxrini dəvət etmişdir. Fəxrinin özünün torpaq sahəsini ölçmək üçün xüsusi aparatı olmuşdur. Həmin aparat vasitəsi ilə torpağın koordinatlarını müəyyən etmək mümkün olmuşdur. Çingizlə Fəxrini də elə orada özü tanış etmişdir. Həmin tanışlıq zamanı Fəxri ilə Çingiz eyni zamanda qohum çıxmışdır. Onun isə bu qohumluq əlaqələrindən öncədən xəbəri olmamışdır. Torpağa dair çıxarışın həll edilməsi üçün işi Fəxrinin görəcəyini Çingizə və Dmitriyə bildirmişdir. Dmitriygil Fəxrini onun vasitəsi ilə tanıdıqları üçün 30.000 manat pulu Fəxriyə təhvil verilməsi üçün ona vermişlər. O da 30.000 manat pulu Çingizdən almış və bütöv şəkildə həmin pulu Fəxriyə çatdırmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, daha öncə də Fəxri ilə əmlakın özəlləşdirilməsi ilə bağlı birlikdə işlər görmüşlər. Lakin heç vaxt Fəxri işi yarımçıq qoymamışdır. Hər dəfə Fəxri işləri tam həll etmiş və sənədləri müraciət edən şəxsə təqdim etmişdir. İlk dəfə olmuşdur ki, Fəxri pulu alaraq işi həll etməmiş və onu da pis vəziyyətdə qoymuşdur. O, Fəxriyə pulu “Starapraga” adlı restoranın qarşısında avtomobildə vermişdir. Həmin avtomobil Fəxriyə aid olmuşdur. Avtomobildə onlardan başqa Tahir və Aydın da olmuşdur. Fəxri üç ay ərzində torpağa dair çıxarışı alıb Dmitriyə verməli imiş. Lakin məsələ müsbət həllini tapmamışdır. Qəbzdə isə Dmitriyinin onlara verdiyi pula dair 40.000 manat yazıb imzalamasına səbəb isə pul verilən gündən artıq üç ayın keçməsi olmuşdur. O, aldığı 30.000 manatı çıxarış alınması üçün bütöv şəkildə Fəxriyə çatdırmışdır. Fəxrinin çıxarış hazırlanmasında nə qədər xeyir əldə etməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Axtarışda olan şəxsin tutulması haqqında” 02 noyabr 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Neftçilər metrostansiyasında saxlanılaraq tutulmuşdur və saxlanılaraq Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 04 noyabr 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin müstəntiqi K.Rzayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. “Qətimkan tədbirinin seçilməsi barədə” 04 noyabr 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 12 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə könüllü olaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gəlmiş və zəruri istintaq hərəkətlərinin aparılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 14 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 01 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini əyani şəkildə göstərmişdir. O, “Funda” tibb mərkəzinin qarşısında İlqara Fəxriyə təhvil verməsi üçün 40.000 manat verdiyini bildirmişdir. Bu zaman isə İlqardan pulu verməsi ilə bağlı əlyazma qəbz almışdır. Daha sonra onun yanında Fəxriyə zəng vuraraq pulu təhvil aldığını bildirmişdir. Baxış zamanı fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 02 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini əyani şəkildə göstərmişdir. Bildirmişdir ki, o, İlqar xx.xx.2018-ci ildə axşam saatlarında zəng vuraraq Zərərçəkmiş şəxs1 40.000 manat pulu aldığını bildirmişdir. Daha sonra İlqar sellofan torbada 4 ədəd bağlamada ümumilikdə 40.000 manat pulu ona vermişdir. O, torpaq sahəsinin özəlləşdirilməsi üçün bir sıra işlər görsə də özəlləşdirmə işi alınmamışdır. “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 aprel 2020-ci il tarixli protokoldan görünür ki, X1 göstərməsinə görə ünvan 7 ünvanda yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin qarşısına gəlmişlər. Həmin küçədə X3 ünvanı göstərərək Təqsirləndirilən şəxs ilkin olaraq 1800 manat pulu həmin ünvanın qarşısında verdiyini bildirmişdir. Baxış zamanı fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 14 sentyabr 2020-ci il tarixli, xx/xx-3849 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2020-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-21/2021 nömrəli, 13 aprel 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni 13 iyun 2021-ci il tarixədək uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1390/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-303/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli hökmü, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Vüsal Səfərovun apellyasiya şikayətinə əsasən dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-92/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarından görünür ki, “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1390/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 10 fevral 2023-cü il tarixli, 21-1/3-3229-16 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının sonu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında ittiham edildiyi əməllərdə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətmədiyini və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadəsini məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslərin, habelə şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməllərinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarında olan portaldan çıxarış), Zərərçəkmiş şəxs2 zərəri qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyun 2022-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini 2018-ci ilin may-avqust aylarında və 2020-ci ilin mart ayında, yəni Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Həmçinin iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 01 il 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını tam olaraq çəkmiş və cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2017-ci il tarixdən 04 noyabr 2017-ci il tarixədək, 12 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək tutulduğu, 10 sentyabr 2020-ci il tarixdən 13 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 09 ay 07 gün müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli – 07 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar tam təmin edilməli, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs1 40.000 manat məbləğində, Zərərçəkmiş şəxs2 20.000 manat məbləğində və Zərərçəkmiş şəxs3 7000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia tam təmin olunmalı, maddi ziyana görə 7000 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 90 manat, cəmi 7390 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tam təmin olunmalı, maddi ziyana görə 15.000 manat və ödənilmiş dövlət rüsumuna görə 136 manat, cəmi 15.136 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən, yəni maddi ziyanın tutulması hissəsində təmin edilməsi qənaətinə gəlir. Maddi ziyana görə 40.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40.030 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 mənəvi ziyan dəyməsi barədə dəlillərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Bu baxımdan mülki iddiaçının dəyən mənəvi ziyana görə mülki cavabdehdən pul tutulması tələblərini məhkəmə əsassız hesab edir və mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 10 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarına əsasən çəkilmiş 10 ay 21 gün azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablansın və Təqsirləndirilən şəxs üzərində 03 il 01 ay 09 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2017-ci il tarixdən 04 noyabr 2017-ci il tarixədək, 12 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək tutulduğu, 10 sentyabr 2020-ci il tarixdən 13 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 09 ay 07 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 04 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Maddi ziyana görə 7000 manat və ödənilmiş dövlət rüsumuna görə 90 manat, hüquqi yardıma görə 300 manat, cəmi 7390 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Maddi ziyana görə 15.000 manat və ödənilmiş dövlət rüsumuna görə 136 manat, cəmi 15136 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 40.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40.030 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar