Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-270/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını ələ keçirmək üçün 18 fevral 2021-ci il saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Topaz” idman mərc oyunları satış məntəqəsinə giriş-çıxışın sərbəst olduğu vaxtda müştəri qismində daxil olub məntəqənin zirzəmisində gizlənərək iş vaxtı bitdikdən sonra 19 fevral 2021-ci il tarixdə saat 00:10 radələrində həmin satış məntəqəsinin otaqlarına qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd 1200 manat dəyərində “LG” markalı LED tipli 107 diaqonal ekran ölçülü televizoru, bir ədəd 700 manat dəyərində “LG” markalı 42LH35FR- TE modelli televizoru, bir ədəd 500 manat dəyərində “LG” markalı 37LK450-TG modelli televizoru, bir ədəd 650 manat dəyərində “Hoffmann” markalı LED-32A3300 modelli televizoru, bir ədəd 1200 manat dəyərində “Asus” markalı, Celeron prosessor tipli, 4 GB operativ yaddaşa, 128 GB quraşdırılmış yaddaşa malik, 15,6 diaqonal ekran ölçülü noutbuku, bir ədəd 500 manat dəyərində “Dvr Xvision” markalı video müşahidə sisteminin yaddaş qurğusunu və “BENQ” markalı FP557 modelli monitorunu, bir ədəd 120 manat dəyərində “Ailə TV”yə aid player cihazını və bir ədəd 300 manat dəyərində xarici ölkələrdə yayımlanan Tazı yarışları ilə bağlı idman mərc oyunlarını izləmək üçün nəzərdə tutulmuş “Amico A5 Combo” yazıları olan antena cihazını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5170 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və 03 mart 2021-ci il saat 01:30 radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin X3 və 18-ci PŞ-nin əməkdaşları tərəfindən RPİ-nə gətirilmiş, RPİ-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ döş cibindəki siqaret qutusunun içərisindən bir ədəd aliminum folqa bükümdə təmiz çəkisi 9,891 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 18 fevral 2021-ci il tarixdə axşam saat 20 radələrində idman mərc oyunlarına pul qoymaq üçün Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 55 ünvanında yerləşən “Topaz” idman mərc oyunları satış məntəqəsinə getmişdir. Həmin vaxt məntəqədə ondan başqa bir neçə müştəri olmuş və həmin şəxslər məntəqədə quraşdırılmış televizorlar vasitəsilə idman oyunlarını izləmişdir. Məntəqəyə daxil olduqdan sonra orada işləyən Cavid adlı satış menecerinə yaxınlaşıb futbol çempionatı ilə əlaqədar idman mərc oyununa 150 (bir yüz əlli) manat pul qoymuşdur. Cavid adlı satış meneceri pulu ondan qəbul edib əvəzində ona qəbz vermişdir. O da məntəqədə əyləşib futbol oyunlarını izləməyə başlamışdır. Bir müddət idman oyunlarını izlədikdən sonra uduş əldə edə bilmədiyini görüb əsəbiləşmiş və belə qərara gəlmişdir ki, pul əldə etmək üçün məntəqədə quraşdırılan televizorları oğurlayıb aparıb satsın. Bu məqsədlə məntəqini diqqətlə gözdən keçirərkən divarlara bərkidilmiş televizorlardan savayı stollardan birinin üzərində «HP» markalı noutbuk olduğunu görüb televizorların və həmin noutbukun yaxşı pula satılacağını düşünərək onları oğurlamaq qərarına gəlmişdir. Çöldən məntəqəyə girməyin qeyri-mümkün olduğunu görüb belə qərara gəlmişdir ki, sakitcə zirzəmidə gizlənib müştərilərin və obyektin sahibinin çıxıb getməsini gözləsin və hər kəs getdikdən sonra istədiyi əşyaları oğurlayıb aparsın. Təxminən saat 23 radələrində satış meneceri Cavidin və əksər müştərilərin artıq çıxıb getdiklərini və obyektin sahibi Tariyel adlı şəxsin tək qaldığını görüb gizlincə zirzəmiyə enərək orada sakitcə gizlənib gözləməyə başlamışdır. Əvvəllər dəfələrlə həmin məntəqəyə gəlib-gedərək idman mərc oyunlarına pul qoyduğu üçün məntəqənin giriş-çıxışını yaxşı tanımış və məntəqə sahibinin obyektin içərisindəki metal-plastik konstruksiyalı qapının, habelə binanın həyətinə açılan köməkçi qapının açarlarını həmişə həmin qapıların üzərində saxladığını bilmişdir. Ona görə də belə qərara gəlmişdir ki, obyektdən istədiyi əşyaları oğurladıqdan sonra əsas qapıdan deyil, məhz köməkçi qapıdan binanın həyətinə çıxmaqla məntəqəni asanlıqla tərk edər. Zirzəmidə oturub 1-2 (bir-iki) saat gizləndikdən sonra artıq heç bir səs-səmir gəlmədiyini görüb müştərilərin və obyekt sahibinin çıxıb getdiyini düşünərək gizləndiyi yerdən çıxıb cibində olan siqaret çəkərkən istifadə etdiyi alışqanın fənəri ilə içərini işıqlandırmaqla cəld otaqları gəzməyə başlamışdır. Divarlara bərkidilmiş televizorların kabellərini kəsmək üçün məntəqədə kəsici alət axtaran zaman gizləndiyi zirzəmidən kəlbətin tapıb götürmüşdür. Sonra həmin kəlbətindən istifadə etməklə divarlara bərkidilmiş müxtəlif ölçülü üç ədəd «LG» markalı və bir ədəd «Hoffman» markalı televizorun kabellərini kəsib onları döşəmənin üzərinə qoymuş, divara bənd edilmiş «Hisense» markalı digər televizoru isə yerindən çıxararaq stolun üzərinə qoymuşdur ki, sonra rahat götürə bilsin. Daha sonra obyektdə stolun üzərində olan «HP» markalı noutbuku, videomüşahidə siteminin monitorunu və yaddaş qurğusunu, “Ailə TV”-yə aid player cihazını, habelə digər antena cihazını da söküb döşəmənin üzərində televizorların yanına qoymuş, kəlbətini də yenidən götürdüyü yerə qoymuşdur. Bundan sonra çölə çıxmaq üçün obyektin içərisindəki metal-plastik konstruksiyalı qapının üzərindəki açardan istifadə etməklə həmin qapını açıb obyektin, yəni binanın həyətinə açılan köməkçi qapısına yaxınlaşmışdır. Qapının kilidi üzərində olan açardan istifadə etməklə həmin qapını da açıb çölə çıxaraq ətrafı bir-iki dəqiqə müşahidə etmişdir. Bu zaman tam sakitlik olduğunu, yaxınlıqda və ətrafda başqa şəxsin olmadığını yəqin etdikdən sonra oğurladığı əşyaları götürüb məntəqədən bir neçə metr aralıda səliqə ilə bir yerə yığmışdır. Qərara gəlmişdir ki, oğurladığı əşyaları piyada kirayədə yaşadığı ünvana aparıb yığsın. Bu məqsədlə oğurladığı “LG” markalı televizorlardan birini götürüb piyada kirayədə yaşadığı evə doğru getməyə başlamışdır. Təxminən 100-150 metr məsafə qət etdikdən sonra ayağı büdrədiyinə görə televizor əlindon yerə düşmüş, nəticədə televizorun ekranı sınmışdır. Bu səbəbdən həmin televizorun artıq istifadəyə yararsız olduğunu düşünərək hazırda ünvanını xatırlamadığı yaşayış binalarından birinin yaxınlığında tullamışdır. Oğurladığı digər əşyaları götürmək üçün ‘Topaz” məntəqəsinə doğru geri qayıdarkən küçə ilə hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinin hərəkət etdiyini görüb saxlatdıraraq həmin avtomobilə əyləşib tanımadığı sürücüyə avtomobili Ağa Nemətulla küçəsi 55 ünvanında yerləşən “Topaz” məntəqəsinin yaxınlığına sürməsini söyləmişdir. Sürücü etiraz etməyərək avtomobili “Topaz” məntəqəsinin yaxınlığına sürüb saxlamışdır. Orada o, avtomobili tərk edib məntəqənin yaxınlığında gizlətdiyi televizorları, habelə digər əşyaları gətirib avtomobilə yağmışdır. Taksi sürücüsü ondan şübhələnməsin deyə televizor alveri ilə məşğul olduğunu və həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Sonra avtomobili kirayədə yaşadığı evə sürdürmüşdür. Orada oğurladığı bütün əşyaları avtomobildən götürüb yaşadığı evin hamam otağında gizlətmişdir. Oğurladığı bəzi əşyaları kisəyə yığmışdır. Taksi sürücüsünə 3 (üç) manat zəhmət haqqı verdikdən sonra yaşadığı evə qayıdıb yatmışdır. Səhər saatlarında yuxudan qalxan zaman anası hamamda yığdığı əşyalardan xəbər tutaraq narahat olduğunu görüb anasını sakitləşdirmək üçün yalandan həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Həmin gün günorta saatlarında polis əməkdaşlarının oğurluq etdiyi “Topaz” məntəqəsinə gəlib-getdiklərini eşidərək ifşa olunacağından və həbs ediləcəyindən qorxduğu üçün gizlənmək məqsədi ilə Salyan rayonunun Ərəbqardaşbəyli kəndinə getmişdir. Bir neçə gün həmin kəndində qaldıqdan sonra artıq gizlənməyə lüzum olmadığını düşünüb Bakı şəhərinə qayıtmışdır. 01 mart 2021-ci il tarixində, günorta vaxtları kirayədə yaşadığı evin yaxınlığında olduğu zaman yerdə 01 ədəd siqaret qutusu olduğunu görüb ayağı ilə vurduqda həmin qutunun içərisinin dolu olduğunu hiss etmişdir. Həmin siqaret qutusunu yerdən götürüb açmış və içərisində alüminium falqaya bükülmüş bükülü olduğunu görüb falqanı açmışdır. Açan zaman görmüşdür ki, bükülünün içərisində olan narkotik vasitə marixuanadır. Özü marixuana istifadə etdiyi üçün yerdən tapdığı marixuananı siqaret qutusuna qoyub əynində olan gödəkcəsinin sağ döş cibinə qoymaqla özündə saxlamışdır. 03 mart 2021-ci ildə axşam saatlarında yaşadığı evin yaxınlığında tapdığı marixuanadan az miqdarda tək çəkərək istifadə etmiş və yerdə də qalan marixuananı isə alminum falqaya büküb cibindəki siqaret qutusunun içinə qoymuşdur. 03 mart 2021-ci il tarixdə saat təxminən 01:30 radələrində Nərimanov rayonu, F.Yusifov küçəsində olduğu zaman ona mülkü geyimdə olan 2 nəfər yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları onun adını, soyadını və hansı ünvanda yaşadığını soruşmuşlar. O da üzərində narkotik vasitə olması səbəbindən narahat olaraq onlara adını, soyadını və yaşadığı ünvanı demək istəməmişdir. Lakin həmin şəxslər israrla ondan adını, soyadını və yaşadığı ünvanı xəbər almışlar. O da adını demiş, ancaq kirayədə yaşadığı ünvanı bilmədiyini demişdir. Həmin vaxtı o, polis əməkdaşlarından uzaqlaşmaq istəyən zaman onlar da onun bu hərəkətindən şübhələndiklərini deyərək Nərimanov RPİnə getməli olduğunu bildirmişlər. Artıq polis əməkdaşlarından qaça bilməyəcəyini və ondan nəyə görə şübhələndiklərini başa düşdüyündən onlarla birlikdə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona bildirmişlər ki, üzərində narkotik maddə olmasından və istifadə etməyindən şübhələndiklərinə görə onu şübhəli şəxs qismində tutub dəvət ediləcək vəkilin iştirakı ilə üzərində axtarış və götürmə aparacaqlar. Vəkil gəldikdən sonra onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra vəkilin və onu idarəyə gətirmiş polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da üzərindəki narkotik vasitəni gizlətməyin artıq əhəmiyyətsiz olduğunu, onsuz da üzərində axtarış aparılan zaman həmin narkotik vasitəni aşkar edib götürəcəklərini başa düşdüyündən məcbur olub 01 mart 2021-ci il tarixdə, günorta vaxtları yaşadığı evin yaxınlığında yerdən tapdığı narkotik vasitə marixuananı əynində olan tünd göy rəngli gödəkcəsinin sağ döş cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə həmin gödəkcənin sol döş cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəni və 02 ədəd 1 manatlıq pulları da könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində marixuana olan 01 (bir) ədəd bükümü zərfə qoyaraq qablaşdırmışlar və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Bundan sonra qolbağını onun özünə qaytarmışlar. Axtarış və götürmə zamanı videokamera vasitəsi ilə bütün proseslər lentə alınmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildən hazıradək ünvan 4 ünvanında yerləşən “Topaz” idman mərc oyunları satış məntəqəsini işlətmişdir. 2014-cü ildən etibarən Şahid3 əmək müqaviləsi ilə qeyd olunan “Topaz” satış məntəqəsində satış meneceri vəzifəsində işləmişdir. Şahid3 satış meneceri kimi vəzifə borcu mənətəqyə gələn müştərilərin mərc oyunlarına qoyduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini kassa aparatı vasitəsilə qəbul etmək və uduşdan əldə olunan vəsaitləri eyni vasitə ilə müştərilərə təqdim etməkdən ibarətdir. Məntəqədə hər gün iş saatı günorta saat 13:00-da başlamaqla gecə saat 00:00dək davam etmişdir. Məntəqənin ümumilikdə iki giriş qapısı vardır. Əsas qapı Ağa Neymətulla küçəsi istiqamətindədir və müştərilər adətən həmin qapıdan məntəqəyə giribçıxmışlar. İkinci qapı isə məntəqənin yerləşdiyi beşmərtəbəli yaşayış binasının həyətinə açılmışdır. Ağa Neymətulla küçəsi istiqamətində yerləşən əsas giriş qapısı kilidlə açılıbbağlanmış və giriş qapısının bütün açar nüsxələri onun özündədir. Məntəqənin binanın həyətinə çıxışı olan giriş qapısı kilidlə bərabər, içəridən qapının dəstəyi üzərində olan metal mexanizm vasitəsilə açılıb-bağlanmışdır. Həmin köməkçi qapının kilidini o, özü ilə götürməyə zərurət olduğunu düşünmədiyi üçün adətən qapının üzərində saxlamışdır. Obyektin daxilində həmçinin binanın həyətinə açılan giriş qapısı istiqamətində plastik konstruksiyalı digər bir qapı vardır. Həmin qapı kilidlə açılıb-bağlanmış, müştərilərin obyektdə olan ayaqyolundan sərbəst istifadə edə bilmələri üçün gün ərzində sözügedən qapını açıq saxlamışdır. 18 fevral 2021-ci il tarixdə səhər saat 10:30 radələrində o, işlətdiyi “Topaz” satış mənətəqsinə gedib qapını açaraq içərini təmizləyib səliqəyə salmışdır. Saat 12 radələrində Şahid3 məntəqəyə gəlmiş və məntəqə fəaliyyətə başlamışdır. Gecə saatlarınadək müştərilər məntəqəyə gəlib idman mərc oyunları ilə bağlı ödənişlər etmişlər və məntəqədə mövcud olan televizorlar vasitəsilə müxtəlif idman oyunlarını izləmişlər. 19 fevral 2021-ci il tarixdə gecə saat 00:10 radələrində iş vaxtı yekunlaşdığına görə o, həmişəki kimi Şahid3 evə yola saldıqdan sonra məntəqənin işıqlarını söndürüb binanın həyətinə açılan köməkçi qapının bağlı olduğunu yoxlayıb müəyyən etdikdən sonra məntəqənin daxilindəki metal-plastik konstruksiyalı qapını bağlamışdır. Sonra əsas giriş qapısından çıxmaqla məntqəni tərk edib qapını bağlayaraq yaşadığı ünvana getmişdir. 19 fevral 2021-ci il tarixdə səhər saat 10-20 radələrində o, satış məntəqəsinə getmiş, özündə olan açarla giriş qapısını açıb məntəqəyə daxil olduqda kronşteyn vasitəsilə divara bənd edilmiş televizorların yerində olmadığını görmüşdür. Televizorların yerində olmadığını görüb həmin televizorların məntəqəyə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Kronşteyn vasitəsilə divara bənd edilmiş «Hisense» markalı LED tipli 82 diaqonal ekran ölçülü digər televizorun isə yerindən çıxarılaraq stolun üzərinə qoyulduğunu aşkar etmişdir. Belə başa düşmüşdür ki, məntəqəyə daxil olan naməlum şəxs və ya şəxslər «Hisense» markalı həmin televioru da oğurlamaq istəmiş, lakin hansısa səbəbdən buna nail ola bilməmişlər. Otaqlara baxmağa davam edərkən həmçinin məntəqədə idman mərc oyunları ilə bağlı müvafiq əməliyyatların aparıldığı “Asus” markalı, Celeron prosessor tipli, 4 GB operativ yaddaşa, 128 GB quraşdırılmış yaddaşa malik, 15,6 diaqonal ekran ölçülü noutbukun, məntəqədə quraşdırılmış “Dvr Xvision” markalı video müşahidə sisteminin monitorunun və yaddaş qurğusunun, “Ailə TVyə aid player cihazının, xarici ölkələrdə yayımlanan Tazı yarışları ilə bağlı idman mərc oyunlarını izləmək üçün nəzərdə tutulmuş antena cihazının yerində olmadığını görüb həmin əşyaların da oğurlandığını başa düşmüşdür. Naməlum şəxs və ya şəxslərin məntəqəyə necə və hansı şəraitdə daxil olduqlarını müəyyən etmək üçün qapılara diqqətlə baxdıqda qapıların üzərində hər hansı zədə izi aşkar etməmişdir. Lakin adətən məntəqənin daxilindəki plastik konstruksiyalı qapının, habelə yaşayış binasının həyətinə açılan köməkçi giriş qapısının kilidi üzərində olan açarların yerində olmadığını görüb belə başa düşmüşdür ki, müştərilərdən kimsə zirzəmidə gizlənərək o, obyekti bağlayıb çıxıb getdikdən sonra sadaladığı əmlakı oğurlayıb qeyd etdiyi qapıların üzərində olan açarlardan istifadə etməklə içəridən qapıları açmış və köməkçi qapıdan obyekti tərk edərək binanın həyətinə çıxmaqla oradan uzaqlaşmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 5170 (beş min bir yüz yetmiş) manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X3 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 mart 2021-ci il tarixdə saat 01:30 radələrində xidməti zərurətlə əlaqədar Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin kiçik inspektoru Şahid2 ilə birgə Nərimanov rayonu, F.Yusifov küçəsi 15 ünvanın yaxınlığında olduğuqları zaman bir nəfər şəxsin hərəkətləri onların diqqətini cəlb etmişdir. Belə ki, həmin şəxsin yeriyərkən səndələməsi və davranışları onlarda şübhə yaratmışdır ki, həmin şəxs narkotik vasitə və ya digər psixotrop maddələrin təsiri altındadır. Buna görə həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin şəxslə danışarkən sonuncuya da özünü təqdim etməyini desələr də, həmin şəxs sullara qeyri-müəyyən cavab verməyə başlamış və danışarkən gözlərinin axmasını müşahidə etmişlər. Həmin şəxsə narkotik vasitələrin və ya digər maddələrin istifadəsində şübhələndiklərindən bildirib onlarla birlikdə Nərimanov RPİ-nə gəlməsini bildirmişlər. Həmin şəxsin isə onlardan uzaqlaşmağa cəhd etmək istədiyini görüb saxlanılaraq RPİ-nə gətirilmiş və Növbətçi Hissəyə təqdim etmişlər. Sonradan müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxs narkotik vasitələrin və ya digər güclü təsiredici maddələrin istifadə etməsində şübhəli olduğu üçün barəsində müvafiq tədbirlər görülməsi üçün onların tərəfindən RPİ-nin rəhbərliyinə raportla müraciət olunmuşdur. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə Nərimanov rayon Polis İdarəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Rafiq Ağəliyev tərəfindən müdafiəçinin, onun və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sağ döş cibindən 01 ədəd siqaret qutusu çıxarmış, həmin siqaret qutusunun içindən isə gümüşü rəngli alminium falqaya bükülmüş 01 ədəd bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə, nəşə, yəni narkotik maddə marixuana olduğunu bildirmişdir. Həmin bükülünün içinə təhqiqatçı tərəfindən baxılan zaman bükülüdə qurudulmuş ot halında, xüsusi iyə malik maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan özünə məxsus sənədləri və 2 manat pulu da təqdim etmiş, lakin həmin 2 manat pul və sənədlər iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükülü zərfə qoyularaq axtarışda iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən ünvan 4 ünvanında yerləşən “Topaz” idman mərc oyunları satış məntəqəsində satış meneceri vəzifəsində işləyir. Obyektin sahibi Zərərçəkmiş şəxsdur. Satış meneceri kimi vəzifə borcu mənətəqəyə gələn müştərilərin mərc oyunlarına qoyduğu müxtəlif məbləğlərdə pul vəsaitlərini kassa aparatı vasitəsilə qəbul etmək və uduşdan əldə olunan vəsaitləri eyni vasitə ilə müştərilərə təqdim etməkdən ibarətdir. Məntəqənin ümumilikdə iki giriş qapısı vardır. Əsas qapı Ağa Neymətulla küçəsi istiqamətindədir və müştərilər adətən həmin qapıdan məntəqəyə girib-çıxırlar. İkinci qapı isə məntəqənin yerləşdiyi beşmərtəbəli yaşayış binasının həyətinə açılır. Ağa Neymətulla küçəsi istiqamətində yerləşən əsas giriş qapısı kilidlə açılıb-bağlanır və giriş qapısının bütün açar nüsxələri obyektin sahibi Zərərçəkmiş şəxs olur. Məntəqənin qapısını həmişə Zərərçəkmiş şəxs özü açıb-bağlayır. Məntəqənin binanın həyətinə çıxışı olan giriş qapısı kilidlə bərabər, içəridən qapının dəstəyi üzərində olan metal mexanizm vasitəsilə açılıbbağlanır. Həmin köməkçi qapının kilidi adətən qapının üzərində olur. 18 fevral 2021- ci il tarixdə günorta saat 12 radələrində işlədiyi “Topaz” satış mənətəqsinə gedib işə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs artıq məntəqədə olmuşdur. Tariyel həmişəki kimi ondan qabaq işə gəlmişdir. Gecə saatlarınadək müştərilər məntəqəyə gəlib idman mərc oyunları ilə bağlı ödənişlər etmiş və məntəqədə mövcud olan televizorlar vasitəsilə müxtəlif idman oyunlarını izləmişlər. 18 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində həmişə olduğu kimi işini yekunlaşdırıb yığılan pul vəsaitini Zərərçəkmiş şəxs təhvil verərək sağollaşıb yaşadığı ünvana getmişdir. Növbəti gün, yəni 19 fevral 2021-ci il tarixdə səhər saat 11 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng vuraraq gecə saatlarında nəmalurn şəxslərin məntəqəyə daxil olub içəridən televizorları və digər əmlakı oğurladıqlarını bildirmişdir. O, narahat olaraq dərhal məntəqəyə getmişdir. İçəri daxil olub Zərərçəkmiş şəxs yaxınlaşaraq hal-əhval tutduqdan sonra otaqlara baxmağa başlamışdır. Bu zaman məntəqədə müştərilərin idman mərc oyunlarını izləmələri üçiin quraşdırılmış televizorların, idman mərc oyunları ilə bağlı müvafiq əməliyyatların aparıldığı “Asus” markalı, Celeron prosessor tipli, 4 GB operativ yaddaşa, 128 GB quraşdırılmış yaddaşa malik, 15,6 diaqonal ekran ölçülü noutbukun, “Dvr Xvision” markalı video müşahidə sisteminin monitor və yaddaş qurğusunun, “Ailə TV”-yə aid player cihazının, habelə xarici ölkələrdə yayımlanan Tazı yarışları ilə bağlı idman mərc oyunlarını izləmək üçün nəzərdə tutulmuş antena cihazının naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs dəvəti ilə polis əməkdaşları məntəqəyə gəlib baxış keçirərək müvafiq sənədləşdirmə aparmışlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin kiçik inspektoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 13-14-cü vərəqələrində olan “Tutma haqqında” 03.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 03.03.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Rafiq Ağəliyev tərəfindən həmin İdarənin əməliyyat müvəkkili Şahid1, 18-ci PŞ-nin kiçik inspektoru Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcəsinin sağ döş cibindəki siqaret qutusunun içərisindən bir ədəd aliminum folqa bükümdə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin İ cildinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 7/234 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs....” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd aliminium folqa bükümdə təmiz çəkisi 9,891 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin İ cildinin 62-63-cü vərəqələrində olan “Cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 04.03.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatına qəbul edilməklə ibtidai istintaqın davam etdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi və iş üzrə cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.1ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 72-74-cü vərəqələrində olan “Baxış keçirilməsi barədə” 19.02.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rahib Əliyev tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, oğurluq cinayət əməlinin törədildiyi ünvan ünvan 5 “Topaz” idman mərc oyunları satış məntəqəsidir. Obyekt iki otaqdan və kiçik həcmli zirzəmidən ibarət olmaqla, ümumi sahəsi 60 kv.metrdir. Məntəqənin ümumilikdə iki giriş qapısı vardır. Əsas giriş qapısı Ağa Nemətulla küçəsi istiqamətindədir və müştərilər əsasən həmin qapıdan girib-çıxırlar. İkinci qapı isə məntəqənin yerləşdiyi beşmərtəəbli yaşayış binası həyətinə açılır. Ağa Nemətulla küçəsində yerləşən giriş qapısı kilidlə açılıb-bağlanır. Məntəqəni binanın həyətinə açılan qapısı kilidlə bərabər içəridən qapının dəstəyi üzərində olan metal mexanizm ilə açılıb-bağlanır. Məntəqədə siqnalizasiya və təhlükəsizlik sistemi quraşdırılmamışdır. Məntəqədə müştərilər üçün divara bərkidilmiş bir ədəd “LG” markalı 107 diaqonal ekran ölçülü televizoru, bir ədəd “LG” markalı 110 diaqonal ekran ölçülü televizoru, bir ədəd 100 diaqonal ekran ölçülü televizoru, bir ədəd “Hoffmann” markalı 82 diaqonal ekran ölçülü televizorun yerində olmadığı, divara bənd edilmiş “Hisansu” markalı televizorun isə yerindən çıxarılaraq sttolun üstünə qoyulduğu aşkar edilmişdir. Həmçinin, bir ədəd “Asus” markalı noutbukun, “Dvr Xvision” markalı video müşahidə sistemi monitorunun və yaddaş qurğusunun, “Ailə TV”-yə aid player cihazının, Tazı yarışları ilə bağlı antena cihazının oğurlandığı müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 122-125 vərəqələrində olan “Götürmə aparılması haqqında” 20.02.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rahib Əliyev Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsi 11 saylı evdə yaşayan X5 təqdim etdiyi üç ədəd televizor, bir ədəd monitor, bir ədəd player cihazı, bir ədəd antena cihazını hal şahidlərinin iştirakları ilə götürmüşdür. Ümumilikdə təqdim edilən üç ədəd televizor bir ədəd “LG” markalı 42LH35FR-TE modelli, bir ədəd “LG” markalı 37LK450-TG modelli, bir ədəd “Hoffmann” markalı LED-32A3300 modelli televizor olmuşdur. Bir ədəd monitor “Beko” markalı olmaqla FP557 modellidir. Təqdim edilən player cihazı “Ailə TV” kabel televiziyasına aiddir. Digər antena cihazının üzərində isə “A5 combo” sözləri təsvir olunmuşdur. Qeyd edilən televizorlar və digər cihazlar X6 tərəfindən evin hamam otağında təqdim olunmuşdur. Televizorlar hamam otağında yataq örtüyünə bükülmüş vəziyyətdə, monitor və digər cihazlar isə bir ədəd sintetik kisənin içərisində aşkar olunmuşdur. Evdə, o cümlədən hamam otağında cinayət təqibi üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqdim olunan televizorlar, monitor və digər cihazlar cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyinə görə müvafiq qaydada qablaşdırılmaqla götürüldü.X6 qeyd olunan televizorları, monitorları və digər cihazları həmin ünvanda onunla birlikdə yaşayan oğlu Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il saat 01 radələrində evə gətirib hamam otağında gizlətdiyini bildirmişdir. Cinayət işinin İ cildinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 26.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.02.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş və 28.01.2021-ci ildə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İ cildinin 146-147-ci vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 02.03.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X1 RPİ-nin 17-ci Polis Şöbəsində ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 6 ünvanından aşkar olunaraq götürülmüş “HOFFMANN” markalı LED-32A3300 modelli televizor Zərərçəkmiş şəxs tanınmaya təqdim olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən “Hoffmann” markalı LED- 32A3300 modelli televizoru nəzərdən keçirib, həmin televizoru markasından və modelindən, ekran ölçüsündən, rəngindən və korpusun arxasına bərkidilmiş kronşteyn hissəsindən tanıdığını bildirmişdir. Cinayət işinin İ cildinin 149-150-ci vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X1 RPİ-nin 17-ci Polis Şöbəsində ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 6 ünvanından aşkar olunaraq götürülmüş “LG” markalı 42LH35FR-TE modelli televizor Zərərçəkmiş şəxs tanınmaya təqdim olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən “LG” markalı 42LH35FR-TE modelli televizoru nəzərdən keçirib, həmin televizoru markasından və modelindən, ekran ölçüsündən, rəngindən və korpusun arxasına bərkidilmiş kronşteyn hissəsindən tanıdığını bildirmişdir. Cinayət işinin İ cildinin 152-153-cü vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 02.03.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X1 RPİ-nin 17-ci Polis Şöbəsində ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 6 ünvanından aşkar olunaraq götürülmüş “LG” markalı 37LK450-TG modelli televizor Zərərçəkmiş şəxs tanınmaya təqdim olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən “LG” markalı 37LK450-TG modelli televizoru nəzərdən keçirib, həmin televizoru markasından və modelindən, ekran ölçüsündən, rəngindən və korpusun arxasına bərkidilmiş kronşteyn hissəsindən tanıdığını bildirmişdir. Cinayət işinin İ cildinin 155-156-cı vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 02.03.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X1 RPİ-nin 17-ci Polis Şöbəsində ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 6 ünvanından aşkar olunaraq götürülmüş “BENQ” markalı FP557 modelli televizor Zərərçəkmiş şəxs tanınmaya təqdim olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən “BENQ” markalı FP557 modelli monitoru nəzərdən keçirib, həmin monitoru markasından və modelindən, ümumi quruluşundan, ekran ölçüsündən, habelə rəngindən tanıdığını bildirmişdir. Cinayət işinin İ cildinin 158-ci vərəqində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 02.03.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X1 RPİ-nin 17-ci Polis Şöbəsində ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 6 ünvanından aşkar olunaraq götürülmüş “”Ailə TV” player cihazı Zərərçəkmiş şəxs tanınmaya təqdim olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən “Ailə TV”-yə aid player cihazını nəzərdən keçirib, həmin cihazı ümumi quruluşundan, ölçüsündən, korpusunun üzərində təsvir olunmuş sözlərdən və rəngindən tanıdığını bildirmişdir. Cinayət işinin İ cildinin 160-161-ci vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 02.03.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X1 RPİ-nin 17-ci Polis Şöbəsində ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 6 ünvanından aşkar olunaraq götürülmüş antena cihazı Zərərçəkmiş şəxs tanınmaya təqdim olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən antena cihazını nəzərdən keçirib, həmin cihazı ümumi quruluşundan, ölçüsündən, korpusunun üzərində təsvir olunmuş sözlərdən və rəngindən tanıdığını və qeyd olunan cihazın “Topaz” idman mərc oyunları satış məntəqələrində istifadə olunan xarici ölkələrdə yayımlanan tazı yarışları ilə bağlı idman mərc oyunlarını izləmək üçün nəzərdə tutulmuş antena cihazı olduğunu bildirmişdir. Cinayət işinin İ cildinin 194-195-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında” 04.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 214-219-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 03 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 224-cü vərəqində olan “Maddi sübut qismində tanımaq haqqında” 05.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 9,891 qram narkotik vasitə qurudulmuş marixuananın sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut qismində tanınması və tədqiqatlardan sonra qalan qalıq, yəni 9,791 qram qurudulmuş marixuananın saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 233-247-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.02.2013-cü il tarixli, 1(101)-133/2013 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.3, 181.2.4-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 28 iyul 2012-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 2-4-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, 9/1219 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 860,00 manat, təqdim edilməyən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 610,00 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 22-23-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 18.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 dair 19.05.2021-ci il tarixli, 1486 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 47-62-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanınması haqqında” 19.05.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınması və iş materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsi 11 saylı evin hamam otağından aşkar edilərək götürülmüş bir ədəd “LG” markalı 42LH35FR-TE modelli, bir ədəd “LG” markalı 37LK450-TG modelli, bir ədəd “Hoffmann” markalı LED-32A3300 modelli televizorların, bir ədəd “BENQ” markalı FP557 modelli monitorun, bir ədəd “Ailə TV”yə aid player cihazının, bir ədəd üzərində “Amico A5 Combo” yazıları olan antena cihazının iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınması və həmin əşyaların təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin iş materialları, maddi-sübutlarla tanış olduqdan sonra Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 69-cu vərəqində olan 21.05.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə götürülmüş bir ədəd “LG” markalı 42LH35FR-TE modelli, bir ədəd “LG” markalı 37LK450-TG modelli, bir ədəd “Hoffmann” markalı LED-32A3300 modelli televizorları, bir ədəd “BENQ” markalı FP557 modelli monitoru, bir ədəd “Ailə TV”yə aid player cihazını, bir ədəd üzərində “Amico A5 Combo” yazıları olan antena cihazını müstəntiq Elşən Zamanovdan saz vəziyyətdə təhvil almışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 9,891 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.02.2013-cü il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni 20.12.2019-cu il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 18 fevral 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), cəzaçəkmə müddətinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6.,), təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsi 11 saylı evin hamam otağından aşkar edilərək götürülmüş bir ədəd “LG” markalı 42LH35FR-TE modelli, bir ədəd “LG” markalı 37LK450- TG modelli, bir ədəd “Hoffmann” markalı LED-32A3300 modelli televizorların, bir ədəd “BENQ” markalı FP557 modelli monitorun, bir ədəd “Ailə TV”yə aid player cihazının, bir ədəd üzərində “Amico A5 Combo” yazıları olan antena cihazının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 14 iyun 2021-ci il – 15 sentyabr 2021-ci il tarixlərdə keçirilmiş 9 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azrəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəlləri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 03 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 9,791 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsi 11 saylı evin hamam otağından aşkar edilərək götürülmüş bir ədəd “LG” markalı 42LH35FR-TE modelli, bir ədəd “LG” markalı 37LK450- TG modelli, bir ədəd “Hoffmann” markalı LED-32A3300 modelli televizorların, bir ədəd “BENQ” markalı FP557 modelli monitorun, bir ədəd “Ailə TV”yə aid player cihazının, bir ədəd üzərində “Amico A5 Combo” yazıları olan antena cihazının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128,82 (bir yüz iyirmi səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-270/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-270/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver