Məhkəmə qərarları › İş №1(005)-270/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-270/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-270/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Salyan rayonu, Bəşirbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və hal-hazırda barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən xeyli miqdarda 0,718 qram çəkidə narkotik vasitə heroini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan xeyli miqdarda narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 14 fevral 2024-cü il tarixdə, saat 18:33-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 20:45-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,718 qram çəkidə qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “Methadone-40" göstəricisi olan 1 ədəd konvalyutda təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan xeyli miqdarda 10 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 14 fevral 2024-cü il tarixdə axşam saatlarında Yasamal rayonunun ərazisində olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları kimi təqdim etmişlər. Daha sonra polis əməkdaşları onu İdarəyə gətirmişlər. İdarədə vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini və 01 ədəd konvalyutda üzərində “Methadone 40” yazısı olan 10 ədəd narkotik tərkibli həblərini polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri "Whatsapp" vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi şəxsdən 40 manata almışdır. İran vətəndaşı kimi bildiyi şəxs həmin narkotik vasitələrin qoyulduğu yerlərin şəklini "Whatsapp" vasitəsilə ona göndərmişdir. Bundan sonra o, həmin yerə gedərək narkotik vasitələri götürmüşdür, bundan sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Heç bir zaman narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daha sonra Şahid rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 14 fevral 2024-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olması müəyyən edilərək həmin yerə getmişlər, qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli üzərində “FM” sözləri qeyd edilmiş siqaret qutusunun içərisində olan “kola” adı ilə tanıdığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddəni və 01 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri qeyd edilmiş 10 ədəd dərman həbini, həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd “Palmalİ” markalı siqaret qutusu ilə bənövşəyi rəngli alışqanı, sol yan cibindən 01 ədəd “1” manatlıq pul əsginasını və həmin cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddəni və dərman həbini həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, bu maddəni və dərman həbini “Whatsapp" ani mesajlaşma proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi, əvvəllər tanımadığı şəxsdən əldə etdiyini, bunun müqabilində həmin şəxsə 40 manat pul göndərməsini, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirdiyi yerdən bu maddəni və dərman həbini əldə etdiyini, həmin maddə və dərman həbinin narkotik maddələr olmasını, adlarını “kola” və “metadon” olaraq bildiyini, həmin maddələri şəxsi istifadə etmək məqsədi ilə əldə edib üzərində gəzdirdiyini, heç kimə satmadığını və ya hədiyyə vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid eyni məzmunlu ifadələr verərək şahid X1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə, saat 18:33-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli üzərində “FM” sözləri qeyd edilmiş siqaret qutusunun içərisində olan “kola” adı ilə tanıdığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddəni və 01 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri qeyd edilmiş 10 ədəd dərman həbini, həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd “Palmall” markalı siqaret qutusu ilə bənövşəyi rəngli alışqanı, sol yan cibindən 01 ədəd “1” manatlıq pul əsginasını və həmin cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Qabil İsmayıllı özünə məxsus olan “Samsung” markalı mobil telefonun içərisində ***-***-**-** mobil nömrəsinin olmasını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd konvalyuta baxış keçirilmiş, həmin konvalyutun üzərində “Methadone 40” sözlərinin qeyd edilməsi və içərisində 10 ədəd dərman həbinin olması aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotikə vasitə heroinə oxşar maddəyə baxış keçirilmişdir Həmin sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə olması aşkar edildi. Daha sonra həmin 01 ədəd sellofan büküm və üzərində “FM” sözləri qeyd edilmiş ağ rəngli 01 ədəd siqaret qutusu 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri qeyd edilmiş 10 ədəd dərman həbi 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş və ayrıayrılıqda olan hər iki zərf iştirakçılar tərəfindən imzalanmış, daha sonra Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi və “Samsung” markalı mobil en iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 manat pulu hər hansı bir qanunazidd yolla əldə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Palmalİ” markalı siqaret qutusu, bənövşəyi rəngli alışqan və 1 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddəni və dərman həbini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, bu maddəni və dərman həbini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaş olaraq bildiyi anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən əldə etdiyini, bunun müqabilində həmin şəxsə 40 manat pul göndərməsini, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirdiyi yerdən bu maddəni və dərman həbini əldə etdiyini, həmin maddə və dərman həbinin narkotik maddələr olmasını, adlarını “kola” və “metadon” olaraq bildiyini, həmin maddələri şəxsi istifadə etmək məqsədi ilə əldə edib üzərində gəzdirdiyini, heç kimə satmadığını və ya hədiyə vermədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2024-cü il tarixli 3-16-16/2-6/906 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusu və içərisində ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,718 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd siqaret qutusunda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkildə olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd konvalyutda ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində 'Methadone- 40'’ göstəricisi olan 1 ədəd konvalyutda ümumilikdə 10 ədəd qəhvəyi rəngli dairəvi formalı həbdə dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-261/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma haqqında” 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra ümumi təmiz çəkisi 0,668 qram narkotik vasitə heroin və qalıq sayı 9 ədəd olan narkotik vasitə metadon maddi sübut kimi tanınmış və hökm qanuni qüvvəyə minənədək AR DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2024-cü il tarixli, 2296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən CD disk maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Şəxsi axtariş və götürmə keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli üzərində “FM” sözləri qeyd edilmiş siqaret qutusunun içərisində olan “kola” adı ilə tanıdığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddəni və 01 ədəd konvalyutda üzərində “Methadone 40” sözləri qeyd edilmiş 10 ədəd dərman həbini, həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd “Palmall” markalı siqaret qutusu ilə bənövşəyi rəngli alışqanı, sol yan cibindən 01 ədəd “1” manatlıq pul əsginasını və həmin cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddəni və dərman həbini xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, bu maddəni və dərman həbini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaş olaraq bildiyi anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən əldə etdiyini, bunun müqabilində həmin şəxsə 40 manat pul göndərməsini, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxladığını, pulu ona ödədikdən sonra həmin şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirdiyi yerdən bu maddəni və dərman həbini əldə etdiyini, həmin maddə və dərman həbinin narkotik maddələr olmasını, adlarını “kola” və “metadon” olaraq bildiyini, həmin maddələri şəxsi istifadə etmək məqsədi ilə əldə edib üzərində gəzdirdiyini, heç kimə satmadığını və ya hədiyə vermədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaqın gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 0,718 qram heroin və 10 ədəd metadon həbləri əldə edib üzərində qanunsuz daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə, saat 18:33-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, onun tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 0,718 qram heroin və 10 ədəd metadon həbləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İlk növbədə qeyd olunmalıdır ki, ********* nömrəli cinayət işinin materiallarının tədqiqi zamanı təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunun qeyd edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs əməlində satış faktını təsdiq edən hər hansı məlumata rast gəlinməmişdir. Sübutların qiymətləndirilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərarda ibtidai araşdırma orqanı gəldiyi bu nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, şahid ifadələrindən, məhkəmə-ekspertizalarının rəylərindən, eləcə də ilkin araşdırma zamanı toplanmış materialdan və işdə olan digər mötəbər sübutlardan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin və metadon həbləri əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələrində narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün üzərində saxlamaqla daşıdığını göstərməsi özünü müdafiə etməsi kimi qiymətləndirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə onun satış niyyəti ilə narkotik vasitə heroin və metadon həbi əldə edib daşıması kimi qiymətləndirsə də obyektiv sübutların məcmusu, xüsusən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və metadon həblərini satış məqsədi ilə saxlamasını müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticənin əldə olunmaması, habelə dövlət ittihamçısının vəsatəti əsasında "xxxx" MMC-dən, "xxxx" MMCdən və "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrinə daxil olan və göndərilən sms mətnlərini əks etdirən məlumatlarda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində 0,718 qram heroin və 10 ədəd (bir blister) metadon həblərini əvvəlcədən tanımadığı və tanımadığı "Whatsapp" vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 40 manat pulun müqabilində aldığını, həmin narkotik vasitə olan heroin və metadon həblərini şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və metadon həblərini hazır şəkildə əldə etmiş və yuxarıda qeyd edilən ərazidə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi – 0,718 qram, təsir maddəsinin ümumi miqdarı isə 0,4 qram olan 10 ədəd metadon həbidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən 0,15 qram heroin xeyli miqdar hesab olunur. Həmin Qanunun «Narkotik vasitələr» adlı İ siyahının 111-ci qrafasına əsasən 0,2 qram metadon xeyli miqdar hesab olunur. Bir sözlə, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə heroini və metadon həblərini satış məqsədi ilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həyata keçirilmiş ilkin əməliyyat-axtarış tədbirinin kifayət etmədiyini, belə məqsədin olmasını təsdiq edən başqa halların və sübutların, yəni istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olmasının ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitələrin qalığı 0,668 qram heroin və 09 ədəd metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri - 65 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1.). Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitələrin qalığı - 0,668 qram heroin və 09 ədəd metadon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar