Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-271/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Cəlilabad rayonunda anadan olmuş rayonu, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında faktiki yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Kəmalə” adlı şəxsdən naməlum vaxtda və şəraitdə 15 ədəd dairəvi həb olmaqla tərkibində ümumilikdə 0,6 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr'-in 11 siyahısına daxil olan narkotik vasitə metadonu satış məqsədi ilə əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 2 saylı ünvanın qarşısına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 14:15-də ünvan 3 saylı ünvanın qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, Baş İdarədə həmin tarixdə saat 15:45-dən etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən üzərində “5nok” yazısı olan ağ rəngli plastik qabda oııuıı satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı üzərində “F/M40” yazıları həkk olunmuş qəhvəyi rəngli bir ədədinin tərkibində təsiredici maddəsi 0,04 qram olmaqla 15 ədəd, ümumilikdə tərkibində təsircdici maddəsi 0,6 qram narkotik vasitə metadon olan həblər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə ünvan 3, mənzil 1 ünvanında yaşayır. Cəlilabad rayonu, hal-hazırda Günəşli( əvvəlki adı Pakrovka) kəndində qeydiyyatdadır. 1984-1995-ei illərdə Cəlilabad rayonunda yerləşən 2 nömrəli məktəbdə azərbaycan dilində təhsil almışdır. 2002-ci il tarixdə X12 ilə ailə həyatı qurmuş və birgə nigahdan 3 övladları vardır. ***-***-**-** saylı mobil telefon nömrəsi ona məxsusdur və həmin nömrəni istifadə edir. O, 5 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər bir neçə dəfə tromadol adlandırılan həblərdən, hazırda isə bədənində ağrılar olduğu üçün metadon həblərindən istifadə etdiyini söyləmişdir. Əvvəllər qeyd etdiyi narkotik vasitəni Xətai rayonunda yaşayan Valeh adlı şəxsin vasitəsi ilə əldə etmişdir. 2020-ci ilin aprel ayında bədənində yenidən ağrılar olduğu üçün X36 ilə yaşadığı ünvanın yaxınlığında təsadüfən görüşən zaman ondan özü üçün metadon tapmasını xahiş etmişdir. Valeh isə bu işlə məşğul olan əslən İİR vətəndaşı olan “Kəmalə” adlı qadının ölkə mobil operatorlarına məxsus olmayan xarici ölkəyə məxsus nömrəsini verib, həmin qadın ilə “watsapp” proqramı vasitəsi ilə yazışıb istədiyi narkotik vasitəni sifariş edə biləcəyinin mümkün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da qeyd olunan əvvəli +790 ilə sonunu xatırlamadığı nömrəni mobil telefonunun yaddaşına qeyd edib Valchdən uzaqlaşmışdır. Bundan sonra elə həmin gün, yəni 2020-ci ilin aprel ayının ortalarında dəqiq xatırlamadığı gündə saat 19-20 radələrində istifadəsində olan ***-***-**-** saylı nömrənin watsapp proqramı vasitəsi ilə həmin nömrə ilə yazışıb ona tərkibində narkotik vasitə olan metadon həbləri lazım olduğunu bildirmişdir. Həmin şəxs isə cavab olaraq hesab nömrəsi göndərmiş və həmin hesab nömrəsinə pul yükləndikdən sonra yarım saat ərzində sifarişin qoyulduğu yerin ünvanının bildiriləcəyi yazılmışdır. Obil Hüseynov da bir ədədinin dəyəri 8 manat olmaqla 20 ədəd həb sifariş etmişdir. Bundan sonra yaşadığı ünvanın yaxınlığında yerləşən, Xətai rayonu, Radiozavod adlanan yerin yaxınlığında fəaliyyət göstərən “Bravo” marketə gedib orada ona göndərilən hesab nömrəsinə uyğun olaraq ödəmə terminalına yaxınlaşıb 160 manat məbləğində pulu həmin hesab nömrəsinə yükləmişdir. Pul hesab nömrəsinə yükləndikdən sonra həmin nömrədən ona narkotik vasitənin qoyulduğu yerin şəkilləri göndərilmişdir. Metadon həblərinin Bakı şəhəri. Xətai rayonu, Zığ şossesində yerləşən Ali Hərbi məktəbin yanındakı işıq dirəyinin altında sellefona bükülmüş halda olmasını bilmişdir. Bundan sonra qeyd olunan ünvana gedib işıq dirəyinin altında şəffaf sellefonda bükümün olmasını görmüşdür. Həmin bükümü götürüb oradan uzaqlaşmışdır. Bir qədər uzaqlaşdıqdan sonra sellefonu açıb içərisində plastik dərman qabının olmasım görüb həmin plastik qabı açıb içərisindən 1 ədəd həbi çıxarıb yarıya bölməklə su ilə içmişdir. Yarımçıq qalan həbi isə digər həblərin yerləşdiyi qutuya qoymuşdur. Onu da qeyd etmişdir ki, metadon həblərini bədənində güclü ağrılar olan zaman həmin həblərdən istifadə etmək məqsədi ilə əldə etmişdir. Bir ay ərzində bir neçə dəfə həmin həbləri hissələrə bölməklə istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə yaşadığı ünvan 3 saylı ünvanın qarşısında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Baş X1 İdarəsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qeyd olunan idarəyə onlarla birlikdə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib dediklərini qəbul etmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Üzərində axtarış və götürmə aparılan zaman polis əməkdaşı ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs da ilk öncə qara rəngli qolsuz gödəkçəsinin içəri sol döş cibindən üzərində ***-***-**-** saylı nömrə olan “Samsung J3” markalı mobil telefonu, özünəməxsus şəxsiyyət vəsiqəsini, mavi rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd isə 1 manatlıq əskinaslardan ibarət olmaqla 48 manat məbləğində pulu, şalvarının sol yan cibindən isə plasmas qabda olan 15 ədəd metadon həbini çıxararaq stolun üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və heç nə aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitəyə baxış keçirilmiş, zərfə qoyularaq üzəri möhürlənmiş və iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra isə üzərindən çıxan 48 manat məbləğində pul özünə qaytarılmışdır. Özünə məxsus şəxsiyyət vəsiqəsi və mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və doğru yazıldığı üçün protokola imza etmişdir. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 təxminən 5-6 ilə yaxındır ki, tanıyır. Obil Hüseynovu Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” prospektində sonuncu dayanacağı olan 44 nömrəli xətt avtobusunun dispeçeri kimi tanımışdır. Ülvi özü həmin ərazidə işləyən avtobusların içərisində salfet satdığından münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs söhbət əsnasında ona narkotik vasitə və güclü təsiredici dərman sata biləcəyini demişdir. Şahid1 həmin vaxtlar narkotik vasitə və güclü təsiredici maddələr istifadə etmədiyi üçün ondan nəso istəməmişdir. 2019-cu ilin sonlarında artıq Obil Hüseynov qeyd etdiyi iş yerindən, yəni 44 saylı avtobusun dispetçeri işindən çıxıb idarə etdiyi Opel markalı 274 qeydiyyat nişanlı avtobus.a taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2019-cu ilin sonlarında bədənində ağrılar olduğu üçün Obil Hüseynovla əlaqə saxlayıb ona dərman, tramadol kimi adlandırdıqları güclü təsiredicinin lazım olmasını bildirmişdir. Əbil isə ona istədiyi sayda dərman verə biləcəyini və 1 tabletin qiymətinin 4 manata olmasını demişdir. Şahid1 da ona 5 ədəd tramadol sifariş vermişdir. Həmin gün 1 saat keçdikdən sonra Təqsirləndirilən şəxs özü onu yığaraq “Radizavcd” adlanan əraziyə gəlməyini bildirmişdir. Ülvi onun dediyi yerə gedib 20 manat ödəməklə 5 tablet tramadolu almışdır. Təxminən 1 həftə keçdikdən sonra Təqsirləndirilən şəxs 10 manat ödəməklə “şüşə” kimi adlandırılan psixotrop maddə olan metamfetamin almışdır. Lakin həmin psixotrop maddəni bəyənmədiyi üçün sonradan təkrarən Əbildən tramadol almağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. xx xxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra X7 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq xx xxx 2020-ci il tarixdə Şahid2 əməliyyat qrupunun rəhbəri olmaqla işlədiyi şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarın icrası ilə əlaqədar Şahid3 ilə birlikdə ünvan 6 saylı ünvanın qarşısına getmişlər. Saat 13:30 radələrində ev 2 saylı ünvanın qarşısında əməliyyat mövqeyi seçmiş, təxminən 30- 40 dəqiqə keçdikdən sonra xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir şəxsin gəlməsini görüb yaxınlaşaraq həmin şəxsi saxlatmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdikdən sonra ona özünü təqdim etməyini bildirmişlər. O da özünü təqdim etmiş və müəyyən edilmişdir ki, saxlanılmış şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edilmişdir ki, o. narkotik vasitə və psixctrop maddələrin satışı və qanunsuz dövriyyəsində şübhəlidir. Bundan sonra Obil Hüseynova onlarla birlikdə Baş İdarəyə getmək təklif olunmuşdur. Obil Hüseynov etiraz, etməyərək onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra rəhbərliyə raportla məruzə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini xahiş etmiş və ərizəsi nəzərə alınaraq dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təhqiqatçı tərəfindən müdafiəçi ona təqdim edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuşdur. Daha sonra isə onun şübhəli şəxs qismində tutulması barədə yaxın qohumuna məlumat verilməklə şübhəli şəxs qismində tutulma barədə protokol yazılmışdır. X10 hüquq və vəzifələri izah edildikdən sonra barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Bundan sonra onun üzərində vidcoçəkilişlə şəxsi axtarış və götürülmə aparılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla qadağan edilmiş əşya və predmetin olması soruşulmuş, olduğu təqdirdə könüllü surətdə təqdim etməy i bildirilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin içəri sol döş cibindən mobil telefon aparatını və özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki cins şalvarın sağ yan cibindən 48 manat məbləğində pul, şalvarn sol yan cibindən isə bir ədəd ağ plasmas qabın içərisində üzərlərində F/M40 yazıları olan qəhvəyi rəngli tərkibində narkotik maddələr olan metadon həblərinə bənzər 15 ədəd həbi çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan həblərin metadon həbləri olmasını bildirmişdir. O, həmin metadon həblərini 1 ay əvvəl onlayn köçürmə yolu ilə İİR vətəndaşı olan “Kəmalə'' adlı şəxsdən şəxsi istifadəsi üçün 160 manata aldığını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və predmetin olmadığını demişdir. Əlavə əşya və predmetin aşkar edilməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, hər hansı bir əşya və prcdmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 15 ədəd həb ağ rəngli plasmas qabın içərisində olmaqla 01 ədəd kağız zərfdə qablaşdırılmış və üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 15:15 dəqiqədə Baş X1 İdarəsinin inzibati binasında müdafiəçi Bakı şəhər 5 saylı Vəkil bürosunun vəkili X19 iştirakı ilə tutmuşdur. Tutmanın əvvəli xx xxx 2020-ci il tarixdən saat 14:15 dəqiqədən hesablanmışdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxx 2020-ci il tarixıli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və X11 bölməsinin təhqiqatçısı, polis mayoru X16 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X5; Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1978-ci ildə Cəlilabad rayonu, Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 2, mənzil 1də yaşayan Təqsirləndirilən şəxs; müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X20 iştirakları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə daxil olmuş məlumat əsasında xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:15-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 2 nömrəli yaşayış binasının yaxınlığında saxlanılaraq Baş X1 İdarəsinə gətirilmişdir. Həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxx 2020-ci il tarixli qərara əsasən Baş X1 İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əlehinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı bir təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri təklif edilmişdir. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçənin içəri sol döş cibindən ***-***-**-** mobil nömrəli “Samsung J3” markalı mobil telefonu, seriya AZE N2İ7101050 olan şəxsiyyət vəsiqəsini, əynindəki mavi rəngli cins materiallı şalvarın sağ yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd isə 1 manatlıq əsginazlardan ibarət cəmi 48 manat pulu və şalvarının sol yan cibindən bir ədəd üzərində rus əlifbası ilə “5-HOK” yazısı olan kauçuk materiallı qabın içərisindəki, narkotik vasitə metadona bənzər, üzərində latın hərfləri ilə “F/M40” yazısı olan qəhvəyi rəngli 15 ədəd həbi təqdim etmişdir. Təqsirləndirilən şəxs soğru zamanı bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan metadondan istifadə edir, üzərindən aşkar olunmuş həmin həblər narkotik vasitə olan metadondur, həmin narkotik vasitəni təxminən 1-2 ay əvvəl onlayn köçürmə yolu ilə İran vətəndaşı olan “Kəmalə” adlı qadından 1 ədədi 8 manata, cəmi 160 manata 20 ədəd olmaqla almış, həbləri sellofana bükülmüş halda Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən Naxçıvanski adına Ali Hərbi Məktəbin yaxınlığındakı işıq dirəyinin dibindən götürmüş 5 ədədini özü istifadə etmiş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 ədəd qəhvəyi rəngli həb bir ədəd kauçuk qabın içərisində 01 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri “Daxili İşlər Nazirliyinin Zərflər üçün Ns6” möhürü ilə möhürləndi, şəxsiyyət vəsiqəsi və mobil telefonu ilə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. 48 manat pulu isə özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində digər sübut əhəmiyyətli predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, təbii və süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir. Cinayət işinin 36-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il 6/715 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş metadona bənzər 15 həb» yazısı olan zərfdəki, üzərində “5-nok” yazısı olan ağ rəngli plastik qabda 15 ədəd, üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır. 15 ədəd həbdə təsir edici maddəsi metadonun ümumi miqdarda 0,6 qr (bir həbdə 0,04 qr metadon olmaqla) təşkil edir. Metadon tərkibli həblər rənginə, formasına və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eynidirlər. Metadon tərkibli dərman xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr" in İİ siyahısına daxildirlər. Tədqiqata təqdim edilmiş üzərində “5-nok” yazısı olan ağ rəngli plastik qabda narkotik vasitə və ya psixotrop maddələrin izləri yoxdur. Cinayət işinin 54-57-ci vərəqələrində olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X30 Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd «Samsung Galaxy» markalı mobil telefon aparatına BMCMİ-nin inzibati binasında xidməti otaqda baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı, “GalaxyJ3” modelli, “**********04002” və “**********4000 İMEİ kodlu mobil telefon aparatı qara rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatı plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır. Mobil telefonun yan hissəsində “xxx” kartın daxil olan yerində Azərfon MMC-ə məxsus 01 ədəd xxx kart olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, “watsapp” ani mesajlaşma proqramında Ülvi adı ilə qeydiyyata alınmış istifadəçi tərəfindən “Mənə 6 dənə lazımdır”, Biləsən” mesajları yazılmışdır. Təqsirləndirilən şəxs tərəfindən isə cavab olaraq “Evdəyəm, Çıxım zəng edərəm” cavabı yazılmışdır. Bundan başqa Xalid adı ilə qeydiyyatdan keçmiş şəxs tərəfindən “salam qaqa pesogun var” mesajı göndərilmiş, Təqsirləndirilən şəxs “Hə” cavabını göndərmişdir. Xalid adlı şəxs tərəfindən “üç dənə gətir, biri mənə, ikisi də ayrı-ayrı”, “10 manatlıq” “ok dobru olsun sən canin” mesajları göndərilmişdir. Həmin məlumatların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı mobil telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 80-82-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-556/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay müddətində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan “Maddi sübut hesab etmə haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədədinin tərkibində 0,04 qram narkotik vasitə metadon olan ümumilikdə 0,6 qram olmaqla 15 ədəd metadon həblərinin maddi sübut kimi tanınması və məhkəmə-kimyəvi ekspertiza tədqiqatdan sonrakı qalıq- 13 ədəd metadon həbi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 1/744 nömrəli xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Kazımov İlyas Alimxan oğlu son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyibdir. Cinayət işinin 100-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X35 3618 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, Cəlilabad rayonu, Pakrovka kəndində qeydiyyatda olan, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X8 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 100-cu vərəqəsində olan Cəlilabad rayon İHB-nın Günəşli kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilən 2105.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 111-ci vərəqəsində olan “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X30 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrini rəhbər tutaraq tərtib edirəm həmin protokolu ondan ötrü ki, icraatımda olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs DİN-in İAMAS-dan götürülmüş MAPS- uçot xəritəsinə baxış keçirtdim və Azərbaycan Respublikası CPM-in 236.6-cı maddəsinə əsasən həmin protokolu tərtib etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2010-cu il tarixdə saat 21:00-da Azərbaycan Respublikasının dövlət sərhədini Samur nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 18:29- da həmin sənəddən istifadə etməklə Xanoba sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2010-cı il tarixdə saat 16:21-də özünəməxsus P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Samur nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisini tərk etmiş, xx.xx.2010-cu il tarixdə saat 12:05-də həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Samur nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Baxış xidməti iş otağında cinayət işinin materiallarında olan DİNin İAMAS-dan götürülmüş MAPS uçot xəritələrindən, kompyuter və printer qurğularından istifadə edilməklə həyata keçirilmişdir. Cinayət işinin 118-ci vərəqəsində olan xx xxxxxx 2006-cı il tarixdə Cəlilabad rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriya 824394 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2004-cü il tarixdə Cəlilbad rayonu Günəşli kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2006-cı il tarixdə 1133 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X14 qeyd edilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan xx xxxxx 2013-cü il tarixdə Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİİ seriya 065095 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx xxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2005-ci il tarixdə 1912 nömrə ilə qeyd edilimşdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X14 qeyd edilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİİ seriya 398450 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2014-cü il tarixdə 5577 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında isə X14 qeyd edilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan xx xxxxx 2013-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriya 842953 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X14 xx.xx.2013-cü il tarixdə nikah bağlamışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 2013-cü il tarixdə 568 nömrə ilə qeyd edilmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X34 Şəxs Ambulator X2 xx.xx.2020-ci il tarixli 1768 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Baloğlaın oğlunda sintetik tərkibli Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 134-cü vərəqəsində olan “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görümür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X30 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar “xxxxxxx” MMC-dən AZF/LGL-5299/20 saylı məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan övladının olmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X21 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X21 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 13 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X25 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəxxxi” filialında olan hesabına (H/h ********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəxxxi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Müdafiəçi hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəxxxi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəxxxi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-271/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-271/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver