Məhkəmə qərarları › İş №1(005)-271/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-271/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-271/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, X9 və Zərərçəkmiş şəxs3, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağdaş rayonu, Məşəm kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiyev küçəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə saat 22:20 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C250D” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən Nərimanov rayonu, A.Aqarunov küçəsi istiqamətində sol zolaqda hərəkətdə olan zaman qeyd olunan küçənin A.Aqarunov küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcına çatdıqda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozmuş, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir kimi tələblərinə riayət etməyərək, ünvan 1 ünvanında yerləşən “Mutfakçı” mağazasının qarşısından sola dönmək üçün dayanmadan yol ayrıcında təxminən 20-30 km/saat sürətlə sola dönmə əməliyyatını həyata keçirən zaman əks istiqamətdə, yəni Nərimanov rayonu, A.M.Cümə küçəsi ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Chevrolet Malibu” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi “Mercedes Benz C250D” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşması nəticəsində ehtiyyatsızlıqdan Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz C250D” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3495 manat, Zərərçəkmiş şəxs1 məxsus “Chevrolet Malibu” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 5561 manat məbləğində ziyan vurulmaqla “Chevrolet Malibu” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının bayır səthinin sıyrıqları, sol gözdə buynuz qişa implantının travmatik qopması və nəticədə sol gözdə görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan quzeyli qişanın yara ağzından çıxması, büllurun lukasiyası, buynuz qişanın postherpefik distrofiyası kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ AĞİR xəsarət, həmin avtomobilin ön sağ oturacağında sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs2 sifətin sol yarısının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı-qançırı və əzilmiş yarası, sol göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, sol gözün üst qapağının əzilmiş yarası, sol almacıq, yanaq, sol saidin sıyrıqları, sağ budun, sağ və sol baldırların, sağ və sol diz oynaqlarının qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ AĞİR xəsarət və həmin avtomobilin arxa oturacağında sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs3 burun və sol çənə nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-sıynqları, burunun sağ yarısının sıyrıqları, sağ budun yuxarı və orta üçdə birinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematoması, ağrı simptomu ilə bükülmə funksiyasının bir qədər pozulması ilə müşayiət olunan, sol diz oynağının şişkinliyi, ön səthinin qançır və sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə baş verən günə qədər etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C250D” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22:20 radələrində o, idarə etdiyi, '”Mercedes Benz C250D” markalı avtomobillə Nərimanov rayonu, A.M.Cümə küçəsi ilə Z.Bünyadov prospekti istiqamətindən üzü A.Aqarunov küçəsi istiqamətində sol zolaqda hərəkətdə olan zaman qeyd olunan küçənin A.Aqarunov küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcısına çatdıqda, “Mutfakçı" mağazasının qarşısından sola dönmək üçün dayanmadan yol ayrıcısına daxil olmuşdur. Təxminən 20-30 km/saat sürətlə sola dönmə əməliyyatını həyata keçirən zaman onunla əks istiqamətdə, yəni A.M.Cümə küçəsi ilə üzü Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan “Chevrolet" markalı avtomobilin ön hissəsi onun idarə eldiyi avtomobilin sağ yan hissəsi ilə toqquşdu. Hadisədən sonra o və digər avtomobilin sürücüsü yerə enmişlər. O, heç bir xəsarət almamışdır. Lakin digər avtomobildə olan iki nəfər sərnişin və avtomobilin sürücüsü xəsarət almışlar. Bir neçə dəqiqə sonra hadisə yerinə PPXB-nin əməkdaşları yaxınlaşmışlar. Hadisə zamanı qarşı avtombildə olan iki nəfər sərnişin xəsarət aldıqlarından avtomobilin sürücüsü onları xəstəxanaya yola salmış, özü isə onunla birlikdə hadisə yerində qalmışdır. Sonda Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:20 radələrində o, idarə etdiyi, “Chevrolet Malibu” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, A.M.Cümə küçəsi ilə A.Aqarunov küçəsi istiqamətindən üzü Z.Bünyadov prospekti istiqamətində orta zolaqda təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman qeyd olunan küçənin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcına çatdıqda, yolun sağ tərəfində olan “Mutfakçı” mağazasının qarşısından hərəkətini düzünə davam etdirmək üçün yol ayrıcına daxil olub təxminən 1 metr məsafə qət etdikdən sonra idarə etdiyi avtomobilin ön hissəsi həmin zaman onunla əks istiqamətdə, yəni A.M.Cümə küçəsi ilə üzü A.Aqarunov küçəsi istiqamətində hərəkətdə olub, Ə.Rəcəbli küçəsinə daxil olmaq üçün gözlənilmədən və dayanmadan yol ayrıcına daxil olaraq sola dönmə əməliyyatını həyata keçirən "Mercedes Benz” markalı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisədən sonra o və qarşı avtomobilin sürücüsü yerə enmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, idarə etdiyi avtomobildə olan qızı Mədinə və həyat yoldaşı Röyalə xəsarət almışlar. O, dərhal həyat yoldaşı Röyəlani və qızı Mədinəni xəstəxanaya aparıb həkim müayinəsindən keçirtmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:20 radolərində o, həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobillə Nərimanov rayonu, A.M.Cümə küçəsi ilə A.Aqarunov küçəsi istiqamətindən üzü Z.Bünyadov prospekti istiqamətində orta zolaqda təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman qeyd olunan küçənin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcına çatdıqda yolun sağ tərəfində olan "Mutfakçı” mağazasının qarşısından hərəkətlərini düzünə davam etdirmək üçün yol ayrıcısına daxil olduqdan sonra Mehdinin avtomobilinin ön hissəsi həmin zaman əks istiqamətdə, yəni A.M.Cümə küçəsi ilə üzü A.Aqarunov küçəsi istiqamətində hərəkətdə olan Ə.Rəcəbli küçəsinə daxil olmaq üçün gözlənilmədən və dayanmadan yol ayrıcına daxil olaraq sola dönmə əməliyyatını həyata keçirən “Mercedes” markalı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı o, həyat yoldaşı Mehdi və qızı Mədinə xəsarət almışlar. Bundan sonra onlar xəstəxanaya gedib həkim müayinəsindən keçmişlər. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atası, Zərərçəkmiş şəxs2 isə onun anasıdır. xx.xx.2022-ci il tarixdə atası Mehdinin avtomobili ilə gedən zaman qəfildən başqa bir avtomobilin sağ yan hissəsi ilə toqquşmuşlar. Hadisə zamanı o, anası Röyalə və atası Mehdi xəsarət almışlar. Daha sonra onlar xəstəxanaya getmişlər. Sonda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 7-11 vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri Nərimanov rayonu, A.M.Cümə küçəsidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt beton, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 36 metr, işlək hissəsinin eni 28 metr, ehtiyat hissəsinin eni 8 metr, ehtiyat hissəsinin eni 5 ayrıcı zolağın eni 1 metr, hərəkət zolaqlarının sayı 05-dir. Yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri 1.1, 1.5 və 1.14.1 üfuqi, nişanlama xətləri aşkar olundu. İşlək hissəyə sağdan yaşıllıq, soldan hərəkət hissələri ayıran sahə, ehtiyat hissədə sağdan səki, soldan avtomobil yolu birləşir. Hər iki nəqliyyat vasitəsi hadisə yerində olmuşdur. Şin və tormoz izləri aşkar edilmədi. Fara, bufer, şüşə qırıqları və digər izlər aşkar olunmadı. Cinayət işinin 14-16-cı vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, sürücü Zərərçəkmiş şəxs1 iştirakı ilə “Chevrolet Malibu” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin ön hissəsi zədələnib. Nəqliyyat vasitəsinin üzərində digər izlər aşkar olunmadı. Cinayət işinin 17-19-cu vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs iştirakı ilə X4 məxsus “Mercedes Benz C250D” minik markalı ** FE *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin sağ yan hissəsi, ön sağ qapısı arxa sağ qapısı, ön sağ hissəsi, ön sol farası, mürəkkik qutusu (kapot) əzilmişdir. Nəqliyyat vasitəsinin üzərində digər izlər aşkar olunmadı. Cinayət işinin 23-cü vərəqində olan xx.xx.2021-ci il tarixdə verilmiş BD seriyalı 203244 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı üzrə sürücülük hüququna malikdir. Cinayət işinin 24-cü vərəqində olan AE seriyalı 056002 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, ** FE *** qeydiyyat nişanlı, “Mercedes Benz C250D” minik markalı avtomobilin sahibi X5r. Cinayət işinin 25-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, ƏN-V seriyalı 899538 nömrəli etibarnamənin surətindən görünür ki, ** FE *** qeydiyyat nişanlı, “Mercedes Benz C250D” minik markalı avtomobili idarə etmək səlahiyyəti Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 41-cü vərəqində olan xx.xx.2022-ci il tarixli, 991 nömrəli aktdan görünür ki, “Mercedes Benz C250D” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün ümumilikdə 3495 manat vəsait tələb olunur. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, N-11 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət sifətin sol yarısının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı-qançırı və əzilmiş yarası, sol göz yuvasının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, sol gözün üst qapağının əzilmiş yarası, sol almacıq, yanaq, sol saidin sıynqları, sağ budun, sağ və sol baldırların, sağ və sol diz oynaqlarının qançırları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yol-nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 12 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər- burun və sol çənə nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-sıyrıqları, burunun sağ yarısının sıyrıqları, sağ budun yuxarı və orta üçdə birinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan-hematoması, ağrı simptomu ilə bükülmə funksiyasının bir qədər pozulması ilə müşayiət olunan, sol diz oynağının şişkinliyi, ön səthinin qançır və sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yol-nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş 15 yanvar 2022-ci il tarixli, 13 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər- döş qəfəsinin sol yarısının bayır səthinin sıyrıqları, sol gözdə buynuz qişa implantının travmatik qopması və nəticədə sol gözdə görmə itiliyinin zəifləməsi ilə müşayiət olunan quzeyli qişanın yara ağzından çıxması, büllurun lukasiyası, buynuz qişanın postherpelik distrofiyası-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yol-nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 102-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 106-cı vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Chevrolet Malibu” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5561,00 manat məbləğində zərər dəymişdir. Cinayət işinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 mart 2022-ci il tarixli, 8/395 nömrəli rəydən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Chevrolet Malibu” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C250” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ‘'Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 113-cü vərəqində olan “Maddi sübut tanıma haqqında” 04 mart 2022-ci il tarixli qərardan görünür ki, “Chevrolet Malibu” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz C250D” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və həmin avtomobillərin sahiblərinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 146-147-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 150b-ci vərəqində olan Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən ünvanlanmış 07 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BD 203244 seriya/nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək aktivdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8 və Zərərçəkmiş şəxs3 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - “Chevrolet Malibu” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C250D” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 11 aprel 2022-ci il – 28 noyabr 2022-ci il tarixlərdə keçirilmiş 13 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - “Chevrolet Malibu” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C250D” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində çıxarılmış qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar