Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-272/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhər Sabit Rəhman küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıyıb xx xxxx 2020-ci il tarixdə saat 04.30 radələrində ünvan 1 saylı ünvanda X1 Alayının 1-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətiriləndən sonra, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən siqaret qutusunun içərisində olan bir ədəd siqaretin gümüşü kağızı bükümündə təmiz çəkisi 0,324 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, təxminən 4 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Belə ki, xx xxxx 2020-ci il tarixdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında əvvəllər onunla qonşu olmuş Şahid1la küçədə söhbət etdikləri zaman polis əməkdaşları onlara yaxınlaşmış, o, isə üzərində psixotrop maddə olduğundan həyəcanlanmış və getmək istəmişdir. Polis əməkdaşları isə onun hərəkətlərindən şübhələnmiş və onlarla birlikdə polis bölməsinə getmələrini bildirmişlər. Elvinlə o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 16-cı Polis Bölməsinə gəlmişlər. Orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman üzərində gəzdirdiyi metamfetamini könüllü təqdim etmişdir. Təqdim etdiyi metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, onun və iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və onun ailəsini tanıyır və onunla təxminən 5 il əvvələ kimi qonşuluqda yaşamışdır. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında ünvan 2 saylı ünvanda olarkən Cavidlə rastlaşmış və onunla bir qədər söhbət etmişdir. Həmin gün saat təxminən 04.30 radələrində oradan keçən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman Cavid polis əməkdaşlarını görüb oradan uzaqlaşmaq istədikdə polislər onu saxlamışlar. Daha sonra polis əməkdaşları onları Nərimanov RPİ-nin 16-cı PB-nə gətirmişlər. Orada xidməti otaqların birində ilk əvvəl Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və daha sonra isə onun üzərinə xidməti otaqda dəvət olunmuş vəkilin iştirakı ilə baxış keçirilmişdir. Onun üzərində heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmiş və bundan sonra onu sərbəst buraxmışlar. Lakin ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nin 1-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 04.30 radələrində ünvan 2 saylı ünvanda polis serjantı Şahid3 ilə xidmət aparan zaman iki nəfər şəxsin hərəkətləri onlarda şübhə yaratdığından onlara yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətləri haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxslərdən biri həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını onlarda yaratmışdır. Daha sonra onların yayınaraq getməsinə imkan verməyib, onları Nərimanov rayon Polis İdarəsinin 16cı PB-nə dəvət etdikdə, Təqsirləndirilən şəxs və Şahid1 narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı PB-nə gəlmişlər. Polis Bölməsində qeyd edilənlərlə bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Emin Səfərova həvalə edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən hər iki şəxsə vəkil təyin edilmiş və vəkillər gəldikdən sonra saxlanılan şəxslərin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən “Kent” markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisindən isə siqaretin gümüşü kağızına bükülmüş bükülünü könüllü təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərində digər hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Həmin vaxt bükümün içərisində nəyin olduğu Təqsirləndirilən şəxs soruşulanda, o, bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini isə xx xxxx 2020-ci il tarixdə yaşadığı ünvana yaxın yerdə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, təhqiqatçı onların iştirakı ilə protokol tərtib etmiş, həmin psixotrop maddəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdıraraq möhürləmiş və daha sonra baxışda iştirak edən şəxslər protokolu imzalamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə oxşar kütlənin aşkar olunması prosesində video çəkilişdən istifadə edilmişdir. Bundan sonra Şahid1 üzərinə digər vəkilin iştirakı ilə baxış keçirilmiş və onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bu barədə təhqiqatçı E.Səfərov tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nin 1-ci PB-nin polis nəfəri, polis serjantı Şahid3 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 09 radələrindən xx xxxx 2020-ci il tarixə saat 09 radələrinədək Nərimanov RPİ-nin 16-cı PB-də növbədə olduğu zaman xx.xx.2020-ci il tarixdə saat 04.30 radələrində DİN-in ƏÇPA-nin 1-ci PB polis nəfəri polis serjantları Şahid2 və Şahid3 raportla Nərimanov RPİ-nin 16-cı PB-nin rəisinin adına müraciət edərək bildirmişlər ki, ünvan 2 saylı ünvanının qarşısında iki nəfər şəxsin üzərində narkotik vasitə olmasından şübhələnmiş və onları PB-nə gətirmişlər. Araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Emin Səfərova həvalə edilmişdir. Bundan sonra məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid1dur. Daha sonra təhqiqatçı tərəfindən hər iki şəxsə vəkil təyin edilmiş və vəkillərin iştirakı ilə saxlanılan şəxslərin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən “Kent” markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisindən isə siqaretin gümüşü kağızına bükülmüş bükülünü könüllü təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərində digər hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Həmin vaxt selofanın içərisində nəyin olduğu Təqsirləndirilən şəxs soruşulanda, o, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini isə xx xxxx 2020-ci il tarixdə yaşadığı ünvana yaxın yerdə anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra, təhqiqatçı onların iştirakı ilə protokol tərtib etmiş, həmin psixotrop maddəni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdıraraq möhürləmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Bundan sonra Şahid1 üzərinə digər vəkilin iştirakı ilə baxış keçirilərkən onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bu barədə təhqiqatçı Emin Səfərov tərəfindən protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1); Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 17-18); Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs qara rəngli parçadan olan sport şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddəni könüllü olaraq təqdim etmiş və təqdim etdiyi bükülünün içərisində “Şüşə” adı ilə tanınan metamfetamin olmasını bildirmişdir. (i.v. 19-20); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/1124 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218 dairəvi möhür əksi olan və imzalar qeyd edilmiş vəziyyətdə təqdim edilmişdir. Zərfi açdıqda içərisində bir ədəd üzərində “KENT” yazısı olan siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 0,324 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetaminin təmiz çəkisi-0,324qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,274 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manatdır. (i.v. 51-55); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 65-66); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin istintaq Şöbəsinin müstəntiqi Cavanşir Mayılovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v. 84-86); Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 87-88); Maddi sübut kimi tanımaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və təmiz çəkisi 0,324 qram olan psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddəmetamfetaminin məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalığı, yəni 0,274 qramı Nərimanov RPİ-nin saxlancına verilmişdir. (i.v. 92); Diskə baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki qara rəngli şalvarının sol yan cibindən Kent markalı siqaret qutusunun içərisindən bir ədəd bükümü təqdim edir. (i.v.97); Maddi sübut kimi tanımaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 98) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 100); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-ci il tarixli 1803 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 111-112); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, həmçinin narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Nərimanov Rayon Polis İdarəsində saxlanılan psixotrop maddənin qalığı – 0,274 qram metamfetamin məhv edilməli, 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut –Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan psixotrop maddənin qalığı – 0, 274 qram çəkidə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-272/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-272/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver