Məhkəmə qərarları › İş №1(005)-272/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-272/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-272/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.2023-cü il tarixli qərarla barəsində həbsetmənin əvvəli 21 fevral 2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş halhazırda Azərbaycan Respublikasının Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,152 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3yon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,152 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, bir ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz şəkisi 0,289 qram narkotik vasitə olan heroini təkrarən əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 14:30 dəqiqədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 12 ünvanının qarşısında saxlanılıb ünvan 8anov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan kiçik cibindən təmiz çəkisi 0,289 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd 1970-ci ildə SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, yivli odlu silah olan “Makarov” konstruksiyalı tapançanı, 03 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 14:30 dəqiqədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanın qarşısında saxlanılıb ünvan 8anov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarın sağ bel hissəsindən həmin 01 ədəd 1970-ci ildə SSRİ dövründə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı olan, 9 mm kalibrli, PM modelli, yivli-odlu silah olan “Makarov” konstruksiyalı tapança, 03 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş açmaq üçün yararlı olan və döyüş sursatı hesab edilən patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında, Bakı şəhəri, Alatava adlanan ərazidə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən, 30 manata şəxsi istifadəsi üçün “heroin” adlanan narkotik vasitə almışdır. xx.xx.2023-cü tarixdə saat 16:30 radələrində Nəsimi rayonu, Alı Mustafayev 11 ünvanının qarşısında olan zaman 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər və onu Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Orada hüquq və vəzifələri izah edilmiş, müdfiəçi dəvət olunmuş və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı əynindəki qara gödəkçəsinin sağ yan cibindən özünə məxsus içərisində heroin adlanan narkotik vasitə olan 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü təqdim etmişdir. Sonra üzərinə diqqətlə baxış keçirilmiş heç bir əşya aşkar edilməmişdir. Ondan aşkar edilən 01 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən şəxsi istifadəsi üçün narkotik vasitəni alaraq üzərində saxladığını bildirmiş, polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmadığını qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə isə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonunda “Papanin” deyilən ərazidən tanımadığı şəxsdən 10 manata bir ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin narkotiki əynindəki boz rəngli şalvarın iç cibinə qoymuşdur ki, istifadə edər və oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində Z.Bünyadov prospekti 12 saylı ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxsi görüb, polis olduğundan şübhələnib qaçmağa başlamışdır, lakin həmin şəxslər onu saxlamışlar. Özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər və Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Səmimi etiraf edərək üzərində bir ədəd narkotik vasitə olan heroin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuş, əlavə olaraq onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki boz rəngli şalvarının cibindən 1 ədəd siqaretin gümüşü rəngli iç kağızına bükülmüş formada olan bükümü çıxardıb təqdim etmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilmiş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa, heç bir yerdə işləmədiyi üçün Yevlax rayonunda müxtəlif ünvanlarda məişət tullantıları atılan yerlərdən metal və plastik qabları toplayıb metal qəbulu məntəqələrinə sataraq pul əldə edib tələbatını ödəyirmiş. Təxminən 2023-cü ilin yanvar ayının ortalarında ünvan 1 ünvanının yaxınlında məişət tullantıları atılması üçün nəzərdə tutulmuş yerdə metal axtaran zaman yerdə 01 ədəd Makarov konstruksiyalı tapançanın olduğunu aşkar etmişdir. Silaha marağı olduğu üçün həmin silahı gizlədərək saxlamaq qərarına gəlmişdir. Buna görə də, tapmış olduğu silahı polis əməkdaşlarına təqdim etməyib həmin silahı üzərində gizlədərək yaşadığı ünvana aparmışdır. Evin həyətində olan zaman silahdan davranış qaydalarını bildiyi üçün tapançanın darağını çıxarıb baxan zaman içərisində 03 ədəd patronların olduğunu görmüşdür. Bundan sonra həmin silahı yaşadığı ünvanın həyətində gizlətmişdir ki, işləmək məqsədi ilə Bakı şəhərinə gedən zaman özüylə götürsün. Təxminən 2023-cü ilin fevral ayının əvvəllərində işləmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələn zaman tapdığı 01 ədəd Makarov konstruksiyalı tapançanı və 03 ədəd patronu üzərində götürmüşdür. Həmin silahı döyüş sursatı ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, döngə 1, nömrəsiz evdə gizlətmişdir ki, hərdən şəhərə çıxan zaman özüylə götürsün. 21 fevral 2023-cü il tarixdə saat 13 radələrində kirayə yaşadığı evdən iş axtarmaq məqsədi ilə çıxan zaman evdə gizlətdiyi 01 ədəd Makarov konstruksiyalı tapançanı və 03 ədəd patronları götürüb əynində olan göy rəngli şalvarın sağ bel hissəsinə keçirmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 5A ünvanının qarşısından keçən zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O da polis əməkdaşlarını görüb həyəcanlanmış və üzərində silah olduğu üçün onlardan yayınıb getməyə çalışmışdır. Bu zaman polis əməkdaşları onu Nərimanov RPİ-nin 16-cı PBnə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis Bölməsinə gəlmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman üzərində qanunsuz əşya, maddə və ya predmet varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli şalvarın sağ bel hissəsinə keçirdiyi və üzərində 03 ədəd patron olan 01 ədəd Makarov konstruksiyalı tapançanı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Son olaraq əməlindən səmimi peşman olmasını himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə inzibati ərazidə gəzinti apararkən profilaktik tədbirlər zamanı ünvan 12 ünvanın qarşısında bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə həmin şəxs danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnib onu Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə baxdıqda içərisindən tünd qəhvəyi maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini öz istifadəsi üçün Bakı şəhəri ərazisində “Papanin” deyilən ərazidə tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata alıb istifadə etmək üçün üzərində gəzdirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməyən və bu barədə heç bir məlumat verməyən iş üzrə Şahid3 ibtidai istintintaqda verdiyi ifadəsi elan edilmişdir və iş üzrə digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sakit oğlunu əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 21 fevral 2023-cü il tarixdə “Xəlil” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə edərək üzərində daşıması, “Xəlil” adlı şəxsin xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 5A ünvanın qarşısında olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri barədə mötəbər və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkiləri, polis baş leytenantı Şahid6 və polis baş leytenantı Şahid7 iştirakı ilə əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupunun rəhbəri kimi qrupun tərkibində olmuşdur. 21 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 7 ünvanın qarşısında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə “Xəlil” adlı şəxsə bənzəyən şəxs onlar tərəfindən müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərdikdən sonra Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə dəvət etmişlər. 16-cı Polis Bölməsində onun anket məlumatlarını dəqiqləşdirdikdən sonra dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının bel hissəsinə keçirilmiş 01 ədəd tapançanı təqdim etmişdir. Həmin tapançaya baxış keçirən zaman qara rəngli, dəmir metaldan hazırlanmış üzərində 1970 yazılmış, dəstəyi tünd qırmızı rəngli plastmasdan olan, sandıqçası səkkiz güllə tutumlu 3 ədəd metaldan hazırlanmış özünə məxsus gülləsi aşkar edilmişdir. Aşkar olunmuş tapança sandıqçasındakı 03 ədəd güllə ilə birlikdə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtə barədə məlumat verilməsinə baxmayaraq gəlməyən və bu barədə heç bir məlumat verməyən iş üzrə şahidlər Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid6 və Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid7 iş üzrə şahid qismində dinidirilmiş Şahid5 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməyən və bu barədə heç bir məlumat verməyən iş üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqda veridiyi ifadələr elan edilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlin törətməkdə təqsirli bilindiyindən Nəsimi Rayonu Polis İdarəsinin 19-cu Polis Şöbəsində 23007008 nömrəli cinayət işi başlanılmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 23007008 nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.1-ci maddəsində nəzərdə tutulan cnayət əməlin törətməkdə təqsirli bilindiyindən şübhəli şəxs qismində tutularaq Nəsimi Rayonu Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri seçilməsi haqqında qərarla Təqsirləndirilən şəxs barəsində 23007008 nömrəli cinayət işi ilə əlaqədar başqa yerə getməmək haqıqnda iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan və DVD diskə baxışdan görünür ki, Nəsimi Rayon Polis İdarsəinin 19-cu Polis şöbəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstündə paltarında və paltarlarında ciblərində, əşyalarında və bədənind ola biləcək əşyaların təqdim edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qızılı siqaret kağızında olan bükülünü çıxarıb stolun üzərinə qoydu. Bütün bunlardan sonra vətəndaş Xəlil Əliyevin üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Xəlil Əliyevin üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə vətəndaş Xəlil Əliyevin üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olundu o, bir ədəd qızılı siqaret kağızma bükülünün içərisində «Heroin» deyilən narkotik maddə olduğunu bildirdi, ondan həmin bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs qeyd edilən psixotrop maddəyə bənzər kütləni bu gün “Alatava” adlanan ərazidə, tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 30 manata aldığını bildirdi. Bundan sonra vətəndaş Xəlil Əliyevindən üzərindən aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızma bükülü olan boz rəngli, toz kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərf kəsiyindən içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində kristal şəkilli, psixotrop maddəyə bənzər, 1 ədəd qızılı siqaret kağızındakı büküm zərfdə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2023-cü il tarixli 6/66 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,152 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlnamış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 80 manatdır. 230070008 nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirlndirilməsinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinyət işi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2023-cü il tarixində şühbəli şəxs qismində tutulmuşdur. 16 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 14 fevral 2023-cü il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 13 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq saat 15:00 radələrində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddənikönüllü təqdim etməsi təklif olundu. Nərimanov RPİ 16-cı PB-nin CA üzrə əməliyyat müvəkülləri polis kapitanı Şahid3, polis leytenantı Şahid4 və “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X9 səxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisində maddə hesab olunan kakos adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddəni xx.xx.2023-cü il tarixdə Papanin adlanan yerdə anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni əynində olan boz rəngli şalvarın sağ yan kiçik cibinə qoyaraq yəni xx.xx.2023-cü il tarixdə saat 14:30-da ünvan 14 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli 6/913 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatının dəyəri 92 manatdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Naziriyi Respublika Narkloji X10 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli, 871 nömrəli rəyindən görünür ki, ********* nömrəli cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs müayinəsi zamanı onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 21 fevral 2023-cü il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən aydın olur ki, 16-cı PB-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ 16-cı PBnin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid5, polis baş leytenantı Şahid6, polis baş leytenantı Şahid7 və Yusifbəyli və Partnyorları vəkil bürosundan dəvət olunmuş vəkil X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının bel hissəsinin sağ tərəfinə keçirilmiş 01 ədəd nömrəsi pozulmuş tapançanı təqdim etmişdir. Həmin tapançaya baxış keçirən zaman, qara rəngli, dəmir metaldan hazırlanmış üzərində 1970 yazılmış, dəstəyi tünd qırmızı rəngli plastmasdan olan, sandıqçası səkkiz güllə tutumlu 3 ədəd metaldan hazırlanmış özünə məxsus gülləsi aşkar edildi.. Şübhəli şəxs Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Yevlax rayonunda yerləşən evinin yaxınlığından tapmış və təxminən 20 gün əvvəl özü ilə Bakı şəhərinə gətirərək üzərində gəzdirmək üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 5A saylı ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş tapança sandırçasında olan 03 ədəd güllə ilə birlikdə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublkasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/155 R saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən və foto cədvəllərdən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1970-ci ildə istehsal olunmuş, 9 mm Kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır.Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm Kalibrli olmaqla həmin Kalibrli Makarov (PM), Steçkin APS) konstruksiyalı və həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bir cərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək 21 fevral 2023-ci il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan əməlin tövsif edilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-237/2023 saylı qərraından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan “Cinayət işinin bir icraata götürülməsi və birləşdirilməsi barədə” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir. Məhkəmədə tədqiq olunan X2 Nazirliyi Respublika Psixiatriya Xəstəxanası” X13 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş tədiqata təqdim edilmiş təmiz çəkisi 1,152 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 1,102 qram narkotik vasitə olan heroin, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş tədiqata təqdim edilmiş təmiz çəkisi 0,289 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,237 qram narkotik vasitə olan heroin, bundan başqa xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSR-də 1970-ci ildlə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, 01 ədəd daraq və 03 ədəd 9x18 mm kalibrli patronlar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertimental atəşlər zamanı istifadə edilmiş 02 ədəd patronlar çıxılmaqla qalıq qalmış 9x18 mm kalibrli 01 ədəd patron, 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiç SSRİ-də 1970-ci ildə istehsal olunmuş 9, mm kalibrli, Makarov kosturjsiyalı tapança və 01 ədəd daraq saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerin təhvil verilmişdir. Həmçinin 03 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2 hissəsi, 23-1 ci maddələri ilə təqsirli bilinərək 01 il, 06 ay əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məkhum olunmuşdur. Yexlax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 234.4,1; 234.4.2; 237.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il, 10 ay, 19 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(039)-46/2011 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddə ilə təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə ona təyin eidlmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarxili qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının cəkilməmiş qalan 11 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəndəsində 2009-cu il təvəllüdlü X4, 2005-ci il təvəllüdlü X6 olan azyaşlı övladları, həmçinin yoldaşı X5 vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 288.1 və 234.1-ci maddələri ilə tövsif etdiyindən o, həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı ilkin verdiyi etirafedici ifadəsi, cinayət işində olan xx.xx.2023-cü il tarixli, 871 nömrəli tibbi müayinə aktına əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, 07 yanvar 2023-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyinə əsasən ümumi çəkisi 1,152 qram narkotik vasitə heroinin həmçinin, 15 fevral 2023-cü il tarixli məhkəmə bioloji ekspertizasının rəyinə əsasən ümumi çəkisi 0,289 qram narkotik vasitə heroinin olması aşkar olunan narkotik vasitənin çəkisinin düzgün olduğunu və Təqsirləndirilən şəxs tərəfindən şəxsi istifadəsi üçün əldə edərək saxladığını və daşıdığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olması və himayəsində 02 azyaşlı övladının və yoldaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər müxtəlif məzmunlu cinayət əməlləri törətməklə azadlıqdan məhrumetmə cəzasına dəfələrlə məhkum olunmasına baxmayaraq yenidən birdən çox cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli, ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlməli və bu halların şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 172 (yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 1,102 qram narkotik vasitə heroin, həmçinin aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,239 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut - 01 (bir) ədəd ekspertimental atəşlər zamanı istifadə edilmiş 02 ədəd patronlar çıxılmaqla qalıq qalmış 9x18 mm kalibrli 01 ədəd patron, 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiç SSRİ-də 1970-ci ildə istehsal olunmuş 9, mm kalibrli, Makarov kosturjsiyalı tapança və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işinə əlavə edilmiş üç ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Bakı şəhəri 15 saylı» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15(on beş) iş saatı üçün 138 (yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün (06-08 yanvar 2023-cü il və 14-16 fevral 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 1,102 qram narkotik vasitə heroin, həmçinin aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,239 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 (bir) ədəd ekspertimental atəşlər zamanı istifadə edilmiş 02 ədəd patronlar çıxılmaqla qalıq qalmış 9x18 mm kalibrli 01 ədəd patron, 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiç SSRİ-də 1970-ci ildə istehsal olunmuş 9, mm kalibrli, Makarov kosturksiyalı tapança və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün 138 (yüz otuz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Ekspertiza tədqiqatının ümumi dəyəri 172.00 (yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar