Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-273/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:45 radələrində, ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasının içərisində bacısı X1 həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində, yəni həmin gün saat 18:30 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs atası X4 aralarında baş vermiş dava səbəbindən Zərərçəkmiş şəxs qəsdən yumruqla baş və sol gicgah nahiyyəsindən vurmuş, daha sonra sol qolundan tutub sıxaraq sağ ayağından təpiklə vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, yəni qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, yəni sol bazu oynağının qançırı xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısı X1 həyal yoldaşıdır. xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində atası ona zəng edib evdə problemin olduğunu demiş və onu evə çağırmışdır. O da bacısının yaşadığı Nərimanov rayonu, Ə.Əliyev 26, mənzil 587 ünvanına getmişdir. O, binanın həyətində Ruslan ilə qarşılaşmış və Ruslandan nə baş verdiyini soruşmuşdur. Ruslan da atası Yusiflə aralarında problemi olduğunu və atası Yusifi vurduğunu demişdir. Sonra o evə qalxmışdır. Həmin vaxt bacısı Püstəxanım və anası Məlahət də ora gəlmişdir. O, evə getdikdə atasının qaşından qan gəldiyini görmüşdür. O, bacısı İranədən nə baş verdiyini soruşduqda, İranə Ruslanın atasını yumruqla vurduğunu demişdir. Daha sonra bacısı Püstəxanım baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Buna görə də onları polis bölməsinə çağırmışlar. Həmin vaxt atası xəsarət aldığına görə bacısı İranə ilə birlikdə evdə qalmışdır. O, anası Məlahət və bacısı Püstə birlikdə polis bölməsinə getmişlər. Həmin vaxt Ruslan da orada olmuşdur. Sonra xalası Yusifzadə Gülçöhrə Aliabbas qızı da onların yanına gəlmişdir. Ruslan polis bölməsində izahat verdikdən sonra getmək istədikdə anası Məlahəti və xalası Gülçöhrəni nalayiq ifadələrlə təhqir etmişdir. O da Ruslanın bu hərəkətinə əsəbləşib onu təpik və yumruqla vurmuşdur. Etdiyi hərəkətin düzgün olmadığını dərk etmiş, əməlindən səmimi peşman olmuş və nəzərə alınmasını xahiş etmişdir. Yekunda bildirdi ki, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X6 ilə 2007-ci ildə ailə həyatı qurmuş, evliliklərindən 3 övladları dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində o, yaşadığı ünvan 3 ünvanında yerləşən evinə getmişdir. Həmin vaxt keçmiş qayınatası Yusifin mətbəxdə olduğunu görmüşdür. O, Yusifə məhəl qoymamış və keçib divanda oturmuşdur. Həmin vaxt təxminən yarım saat telefonla danışmışdır. Bir az keçdikdən sonra saat 18:30 radələrində Yusifin onu nalayiq ifadələrlə təhqir etdiyini eşitmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Yusif üzərinə hücum edib onun sinəsindən tutmuş və onu vurmuşdur. İranə isə gəlib onları ayırmım və Yusifi aparıb digər otağa aparmışdır. O da qardaşı Süleymana və dostu Sənana zəng edib onları evə çağırmışdır. Yusif qapının arxasından onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Bir az keçdikdən sonra Yusif qapını açıb onun üzərinə hücum etmiş, təkrar olaraq onu nalayiq ifadələrlə təhqir edərək onun baş və sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Daha sonra Yusif masanın üzərində olan stəkanı ona tərəf atmışdır. Stəkan onun sağ ayağına dəymişdir. Zərbənin təsirindən o, xəsarət almışdır. O isə Yusifi özündən uzaq tutumağa çalışmışdır. Yusif təkrar olaraq ona yumruq atmış, o da arxaya tərəf çəkilmişdir ki, yumruq ona dəyməsin. Sonra isə o, evdən çıxmış, qardaşı və dostu ilə birlikdə oradan getmişdir. Bir neçə saat keçdikdən sonra polis bölməsindən ona zəng gəlmiş və onu polis bölməsinə dəvət etmişlər. O da qardaşı və dostu ilə bilikdə polis bölməsinə getmişdir. Həmin vaxt keçmiş qayınanası Məlahət, keçmiş qayını Bilal, Məlahətin bacısı Gülçöhrə və baldızı Püstə orada olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 21:45 radələrində o, polis bölməsində izahat verdikdən sonra getmək istədikdə Bilal, Gülçöhrə və Məlahət hər üçü onun üzərinə hücum etmişlər. Bilal onun başından və sifət nahiyyəsindən yumruqla vurmuş, daha sonra isə onunla əlbəyaxa olan zaman Bilal onun sol qolundan tutub sıxaraq təpiklə ayağından vurmuşdur. Həmin davanı bölmədə olan polis əməkdaşları da görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 Rauf oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 Rauf oğlunun ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunarkən təqsirləndirilən şəxsə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxx 2020-ci il tarixli, 256 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, sağ yanaq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi - yanağın iç səthinin əzilmiş yarası, boyunun sağ sol yarısının bayır səthlərinin, sağ bazunun yuxarı üçdə birinin iç səthinin sıyrıqları, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın İ barmağının yumşaq toxumalarının əzilməsi-hematoması, sol bazu oynağının qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı, sağ yanaq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi - yanağın iç səthinin əzilmiş yarası, ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın İ barmağının yumşaq toxumalarının əzilməsi-hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil; “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx xxxx 2020ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB**********1100204111, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-273/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-273/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver