Məhkəmə qərarları › İş №1(005)-273/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-273/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-273/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X5 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Armaan” adlı şəxsə ifadəsində olan ***-***-**-** mobil telefonunun “vatçap” proqramı ilə satış məqsədi olmadan özünün istifadəsi üçün narkotik vasitə sifariş verərək, “Milli Ön” ödəmə terminalı vasitəsi ilə sonuncunun bank kart hesabına 20 manat məbləğində pul ödədikdən sonra, Bakı şəhəri Nərimanov rayonu ərazisində naməlum mənbədən kustar üsulla hazırlanmış bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,429 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üstündə saxlamaqla daşımış və həmin gün o, saat 07:40-da ünvan 2 ünvanda piyada hərəkət edən zaman Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu Müzəffər Nərimanov küçəsi 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək, xidməti otaqların birində saat 12-05-də üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibindən sellofan kəsiyinə bükülmüş bir ədəd ümumi təmiz çəkisi 0.429 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 ilə yaxındır ki, narkotik maddələri çəkmə üsulu ilə qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində bədənimdə ağrılar olduğu üçün ünvan 2 ünvandan ***- ***-**-** mobil telefonunun vatsap proqramı ilə onlayn yolla İran İslam Respublikasının vətəndaşı, hər hansı anket məlumatım bilmədiyi, yalnız adının Armaan olmasım bildiyi şəxsin mobil telefon nömrəsini xatırlamadığı və onun kart hesabına 20 manat yükləməklə internet vasitəsilə heroin aldığını bildirmişdir. Sonra o, səhərə kimi gəzib dolaşdığını küçələrdə və 19 dekabr 2021-ci il tarixdə əldə etmiş olduğu həmin narkotik maddəni qəbul etmək üçün münasib yer axtardığını, həmin zaman Z.Bünyadov prospekti 75 saylı ünvanın qarşısında dostu bir müddət əvvəl tanıdığı narkotik vasitə aludəçisi olan X4 ilə təsadüfən rastlaşıdığını və onunla söhbət zamanı bir yerdə narkotik vasitə qəbul etmələrini qərarlaşdıqlarını bildirmişdir. Cabir ona özündə narkotik vasitə olduğunu ona dediyini bildirmişdir. O, da Cabirə özü üçün qəbul etməyə özündə heroini olduğunu bildirmişdir. Onun narkotik vasitə heroinin “Armaan” adlı şəxsdən və yaxud başqa kimdən əldə etməsini bilmədiyini və bu barədə Cabirdən maraqlanmadığını bildirmişdir. 19 dekabr 2021-ci il tarixdə saat 07:40 radələrində ünvan 2 ünvanın qarşısında olarkən PPX əməkdaşları ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları ondan şübhələndikləri üçün polis idarəsinə dəvət etmişlər. Onlar əvvəlcə polis idarəsinə daha sonra Nərimanov RPİ-nin 17-ci PŞ-yə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə apardıqlarını bildirmişdir. Bundan sonra ona və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirildiyi və qərarla tanış olduğunu bildirmişdir. Heç bir etirazı olmadığını və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanıldığını bildirmişdir. Daha sonra polis əməkdaşları üzərində hər hansı əşya varsa təqdim etməsini təklif etdikləri bildirmişdir. O, da əynindəki göy rəngli cins şalvarın sol cibindən Samsung markalı mobil telefonu və həmin şalvarın sağ cibindən 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə bir büküm heroini təqdim etdiyini və həmin bükümün narkotik maddə olan heroin olmasını bildirdiyini qeyd etmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər bükümləri götürərək zərfə qoyduqlarını və bu barədə protokol tərtib olunduğunu bildirmişdir. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin zərfin möhürləndiyini və imzaları ilə təsdiq edildiyini bildirmişdir. Üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirildiyini bildirmişdir. Cabir Əlmərdanovun “Armaan” adlı şəxslə necə tanış olmasını o bilmədiyini bildirmişdir. O, Armaamn telefon nömrəsini əvvəllər xatırlamadığı bir narkoman tanışından aldığını, ondan özünün istifadəsi üçün narkotik vasitə heroin aldığını bildirmişdir. O, Armaamn mobil telefon və bank hesab kartının nömrəsini xatırlamdığını bildirmişdir. O, Cabirə və Cabir də ona heç vaxtı narkotik vasitə və yaxud psixotrop maddə satmadığını və vermədiyini bildirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət etdiyini bildirmişdir. 19 dekabr 2021-ci il tarixdə saat 07-40-da Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibatı ərazisində polis nəfəri Şahid2, Şahid3lə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 6 ünvanın qarşısında “TAB” adlanan dairədə əvvəllər tanımadığı, sonradan adını bildiyi Yasamal rayon sakinləri əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Züllüqar oğlu və X2 piyada hərəkət etdiklərini görmüşlər və onların onlara tərəf baxdıqdan sonra tələsərək iri addımlarla onlardan uzaqlaşmağa çalşdıqlarını, oların bu davranışı onların diqqətini cəlb etdiyini və onlardan şübhələnərək onlara tərəf gəldikdə, həmin şəxslər onlara yaxınlaşdığlarını görüb qaçmağa çalışdıqları və onların arxasınca qaçaraq onları tutub saxladıqlarını bildirmişdir. Onlara özlərini təqdim etdikdən sonra onların narkotik vasitə qəbul etməsində müəyyən şübhəllər yarandığından onları 17-ci polis şöbəsinə gətirdiklərini və bu barədə raportla şöbənin rəhbərliyinə məruzə olunduğunu bildirmişdir. Bundan sonra X2 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir.Bundan sonra, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Zülfiqar oğlunun üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edildiyini bildirmişdir. O. şəxsi axtarışın keçirilməsinə dair qərarla tanış edilmişdir. O, şəxsi axtarışın video çəklişlə icra olunmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona üzərində olan əşyaları könüllü təqdim etməsini təklif edildiyini bildirmişdir. Şübhəli şəxs X6 əynindəki göy rəngli cins şalvarın sol cibindən Samsung markalı mobil telefonu və həmin şalvarın sağ cibindən 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə təqdim etdiyini və həmin bükümlərin narkotik maddə olan heroin olmasım və həmin narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Zülfıiqar oğlu həmin 1 ədəd adi selofana bükülmüş narkotik vasitəyə bənzər maddələri xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvandan onlayn yolla İran İslam Respublikasının vətəndaşı, hər hansı anket məlumatını bilmədiyi, yalnız adının "Armaan" olmasını bildiyi şəxsin hesabına 10 manat yükləməklə internet vasitəsilə şəxsi istifadəsi üçün almasını qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs Zülfıiqar oğlunun təqdim etdiyi 1 ədəd adi selofana bükülmüş narkotik vasitəyə bənzər maddələr özünün və polis əməkdaşlarının iştirakı ilə boş zərfə qoyaraq möhürlə möhürləndiyini bildirmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol oxunulmuş və protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək dediklərini təsdiq etmişdir. Məhkəmə iclasına şahis qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Nərimanov RPİ-ııin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Məcidov tərəfindən təhqiqat araşdırması zamanı video kamera vasitəsi ilə şəxsi axtarış və götürülməyə dair protokoldan görünür ki, Şübhəli şəxs Kərimov Azər Zülfüqar oğlunun üzərinə şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol cibindən Samsung markalı mobil telefonu və həmin şalvarın sağ cibindən 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə təqdim etdiyi və həmin bükümün içərisində narkotik maddə olan heroin olmasını və narkotik vasitənin ona məxsus olmasını bildirdiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs Zülfüqar oğlu həmin İ ədəd adi sollafana bükülmüş narkotik vasitəyə bənzər maddəni xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 7 ünvandan onlayn yolla İran İslam Respublikasının vətəndaşı, hər hansı anket məlumatını bilmədiyi, yalnız adının Armaan olmasını bildiyi şəxsin hesabına 10 manat yükləməklə internet vasitəsilə şəxsi istifadəsi üçün almasını qeyd etdiyini bildirdiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd adi sollafana bükülmüş narkotik vasitəyə bənzər maddə özünün və polis əməkdaşlarının iştirakı ilə boş zərfə qoyaraq 219 №-li möhürlə möhürləndiyi və mobil telefonun götürüldüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 6/5553 saylı məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0, 429 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr''-in siyahısına (Siyahı 1). Qeyd: heroinin təmin çəkisi 0, 429 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,379 qram. Ekspertiza xərci 81,82 manat təşkil edir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5221A №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. “Sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2022-ci il tarixli qərardan görünür ki, kustar üsulla hazırlanmış bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,429 qram narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın, cinayət işinə əlavə edilmiş və ekspertiza tədqiqatından sonra həmin narkotik vasitə heroinin qalığı 0,379 qram təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir; Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zültüqar oğlu 2019-ci ildə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum edilmiş və 13 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-232/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 69.3 maddəsinə əsasən ona 1 (bir) il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin 16 may 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli 1(005)-273/2022 nömrəli qərar üzrə axtarış elan olunaraq barəsində xx.xx.2022-ci il tarixdə 60458/22 nömrəli Axtarış işi açılan xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması barədə 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsxx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0, 429 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (19-21 dekabr 2021-ci il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,379 qram narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 15 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar