Məhkəmə qərarları › İş №1(005)-273/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-273/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-273/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçisi 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun iştirakları ilə, xx xxxx 1990-cı ildə Naxçıvan MR, Ordubad rayonu, Bist kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin əvvəllərindən 2022-ci ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin yanvar ayının sonlarından 2022-ci ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin avqust ayının əvvəllərindən ayının sonlarından 2022-ci ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin sentyabr ayının sonlarından 2022-ci ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstırmişdir ki,o, hər hansı qadını fahişəliyə cəlb etməmiş, özü də heç bir zaman bu qanunsuz fəaliyyətlə məşğul olmamışdır. Belə ki, 29 sentyabr 2021-ci il tarixdə “Naz Studio” məhdud məsuliyyətli cəmiyyətini təsis etmiş və şirkətinin fəaliyyət istiqaməti səyyar masaj xidməti göstərməkdən ibarət olmuşdur. Bununla bağlı müxtəlif elan saytlarında vakansiya ilə bağlı elanlar yerləşdirmiş və ona müraciət edən masaj xidməti göstərmək istəyən xanımlarla telefonun “Whatsapp” proqramı vasitəsilə zəng edərək danışmış, daha sonra onlardan fotoşəkillərini göndərmələrini xahiş etmiş, bəyəndikdə qadını evinə dəvət edərək evində quraşdırdığı video müşahidə kameraları altında şirkətinin adından tərtib etdiyi müqaviləni imzalatmışdır. Bundan sonra ona masaj xidməti ilə bağlı müraciət edən müştərilərə masaj xidməti göstərəcək qadınların fotoşəkillərindən ibarət olan kataloqu “Whatsapp” vasitəsilə göndərmiş, müştəri bəyəndiyi xanım olduqda müştəridən olduğu ünvanı soruşduqdan sonra qadını həmin ünvana göndərmişdir. Əvvəlcədən müştəriyə izah etmişdir ki, yalnız masaj xidməti göstərilir, digər intim və sair tələblər qəbul edilmir. Müştəri şərtləri ilə razılaşdıqda masaj xidməti göstərən qadını müştərinin yanına göndərmiş, masaj xidməti göstərən qadın hər saatı yüz manat olmaq şərti ilə müştəridən masaja görə aldığı pulun yarısını ona,“Unibank” bankının plastik kartına göndərmiş, bundan başqa o, öz müştərilərinə hər hansı digər xidmət göstərməmiş, onun fahişəliklə məşğul olan qadınlarla hər hansı əlaqəsi olmamış, barəsində istintaqa verilən məlumat yalan olmuş, 26 oktyabr 2022-ci il tarixdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırıldıqdan sonra barəsində şikayət olduğunu bilmiş, bununla bağlı ondan izahat alınarkən Aybənizin onun barəsində guya o Aybənizi öz müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün göndərdiyini yazdığı ona məlum olmuş, bundan hiddətlənərək Baş İdarəni tərk etdikdən sonra öz mobil telefonu vasitəsilə Aybənizə mesaj yazmışdır ki, barəsində yalan məlumat verdiyinə görə onu məhkəməyə verəcəkdir. Bununla bağlı da Aybənizlə arasında narazılıq yaranmışdır. Lakin o nə Aybənizi, nə də Aybənzidən başqa onunla birlikdə işləyən qadınları fahişəliyə cəlb etməmişdir. Onda olan videogörüntülərdə müqavilə imzaladığı qadınlara intim xidmətlər göstərməməsi barədə xəbərdarlıq etmiş, əgər belə hallara yol verilərsə məsuliyyəti özlərinin daşıyacağı barədə məlumat verilmiş, bundan başqa aralarında bağlanılmış “vasitəçilik xidməti müqaviləsi” sənədlərində də bu barədə qeyd edilmişdir ki, əgər intim xidmətlər göstərilərsə bu məsuliyyəti masaj xidməti göstərən qadınlar özləri daşıyırlar. O, heç bir qadını fahişəliyə cəlb etməmiş və həmin qadınların heç birini müştəri ilə cinsi əlaqədə olmaq üçün göndərməmiş, Zərərçəkmiş şəxs2 təxminən 2022-ci ilin yay aylarından etibarən tanımış, belə ki, o birja.az və tap.az axtarış platformasında, həmçinin instagram sosial şəbəkəsində iş barədə elan yerləşdirmiş, həmin qadınlar da həmin elanlar vasitəsilə ona müraciət etmiş, Zərərçəkmiş şəxs2 özü ona iş barədə müraciət etmiş, Şəfa əvvəllər masaj xidmətində işlədiyi üçün Şəfanı işə qəbul edərək bu barədə Şəfa ilə müqavilə imzalamış, Şəfa ilə Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən restoranlardan birində əyləşib söhbət etdiyi zaman müqaviləni imzalamtmış, bundan sonra Şəfa təxminən 2022-ci ilin yay aylarından 2022-ci ilin oktyabr ayının sonlarənadək işləmiş, bundan başqa Zərərçəkmiş şəxs4 təxminən 2022-ci ilin yay aylarından etibarən tanımış, o Nuranəni Nur kimi tanımış, Nuranə də iş barədə elan saytlarından məlumat alıb ona müraciət etmiş, o da Nunarə ilə bir dəfə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüş, Nuranə masaj xidmətini bilmədiyi üçün o Nuranəni öz evinə dəvət edib Nuranəyə masaj etməyi öyrətmiş, daha sonra müqavilə imzalamış və bundan sonra Nuranə işlərə getməyə başlamış, Nuranə və digər masaj xidmətini bilməyən qadınları həftənin şənbə və bazar günləri evinə dəvət edib həmin qadınlara masaj xidmətinin göstərilməsini öyrətmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 təxminən 2022-ci ilin yaz aylarından tanımış, belə ki, Zərərçəkmiş şəxs3 Hülya adlı rəfiqəsi vasitəsilə onun yanına gəlmiş, Zümrüd masaj xidməti göstərə bildiyi üçün Zümrüdlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Mado restoranında görüşüb müqavilə imzalamış, Zümrüd təxminən 2022-ci ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində onunla birlikdə işləmiş, lakin sonradan onun barəsində anonim müraciətə Zümrüdün instagram profilinin fotoşəklinin əlavə edildiyini demiş, bundan sonra Zümrüd işləmək istəmədiyini bildirdiyindən daha Zümrüdlə əlaqəsi olmamışdır. O, adları qeyd edilən qadınların heç birini fahişəliyə cəlb edməmiş, həmin qadınlarla müqavilə imzalayıb rəsmi formada işləmiş və masaj xidməti göstərilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin sentyabr ayının sonlarında iş elanı saytı olan “tap.az” saytında özünə masaj xidməti göstərən qadın kimi iş axtardığı zaman tanımış, Nazlının yerləşdirdiyi elana rast gələrək Nazlı ilə əlaqə saxlamış, Nazlı onun masaj xidməti göstərdiyini bildikdən sonra dərhal onu işə götürmək istədiyini qeyd etmiş və “Whatsapp” vasitəsilə onun profil şəklini gördükdən sonra onu bəyəndiyini qeyd etmişdir. Daha sonra Nazlı onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Mado” restoranına dəvət edərək iş barəsində söhbət etmək istədiyini qeyd etmiş, o da Nazlının dəvətini qəbul edib oraya getmiş, orada Nazlı ona guya müqavilə adı ilə hansısa sənədə imza çəkdirmiş, lakin o həmin sənədlə tanış olmadan imza atmışdır. Bundan sonra Nazlı ona bildirmişdir ki, onun fotoşəkillərini müştərilərinə göndərəcək və onu bəyənən olsa müştərinin nömrəsini ona göndərəcəkdir. Həmçinin Nazlı ona müştərini hərtərəfli razı salmağı da bildirmişdir. Nazlı onu müştərilərinə masaj etmək adı ilə təqdim edəcəyini, lakin buna baxmayaraq müştəri istədikdə intim xidmətlər də göstərəcəyini, müştərini razı salmalı olduğunu qeyd etmişdir. O da Nazlının təklifi ilə razılaşmış, bundan sonra Nazlı onu 50-yə yaxın müştərisinin yanına göndərmiş, həmin müştərilərin anket məlumatlarını bilməsə də mobil telefon nömrələri telefonunun “Whatsapp” bölməsində qalmışdır. Müştərilərin əksəriyyəti onunla cinsi əlaqədə olmaq istədiyini bildirdikdə o, buna razılıq vermişdir. Çünki Nazlı ona demişdir ki, müştəriləri hərtərəfli razı salsın ki, onlar onu yenidən dəvət etsinlər. Həm də Nazlı tapşırmışdır ki, köhnə müştəriləri ilə istədiyini etsin, lakin təzə müştəri olduqda əvvəlcədən ona xəbərdarlıq edəcəkdir ki, müştəri ondan intim xidmət istəsə razılıq verməsin, çünki yeni müştərilərindən özü də ehtiyat etmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin yanvar ayının sonlarından tanıyır. Belə ki, Nazlı iş elanı yerləşdirmiş, elanda səyyar masaj xidməti göstərildiyi bildirilmişdir. O da həkim-kosmetoloq olduğu üçün bu iş onun üçün rahat gəldiyindən Nazlının iş elan saytında yerləşdiriyi nömrəsinə zəng vuraraq işə düzəlmək istədiyini bildirmiş, Nazlı onu “Dəniz Mall” ticarət mərkəzinə dəvət etdikdə ilk dəfə Nazlını orada görmüş, həmin vaxt Nazlı özü ilə müqavilə də gətirmiş, o müqavilə ilə tanış olduqda görmüşdür ki, orada müştərilərə yalnız masaj xidməti göstərildiyi qeyd edilir. Buna görə də müqaviləni imzalayaraq Nazlı ilə işləməyə razılıq vermişdir. Nazlı ondan əvvəlcədən fotoşəkillərini istəyərək bildirmişdir ki, baxımlı və gözəl qadın olmalıdır. Nazlı onu bəyəndiyi üçün işə götürməyə razılıq vermiş, bundan sonra Nazlı onunla tez-tez əlaqə saxlayıb ona masaj üçün müştərilərin nömrələrini göndərməyə başlamış, o ilk vaxtlar yalnız masaj xidməti göstərsə də hiss etmişdir ki, müştərilər masajdan əlavə intim xidmət də istəyirlər. Sonradan Nazlı ona demişdir ki, müştərilər ondan intim xidmət istədikdə etiraz etməsin, o Nazlıya etiraz etdikdə isə Nazlı onu söyüşlərlə təhqir etmişdir. Bir saat masaj xidmətinə görə müştəri ona 100 manat pul vermiş, həmin pulun 50 manatı Nazlının, qalan 50 manatı isə onun olmuşdur. Müştərilər intim xidmət istədikdə əlavə 200 manat, 300 manat, bəzən isə 400 manat pul vermişdirlər. O da həmin pulun da yarısını Nazlıya göndərmişdir. Bu qaydada təxminən yeddi aya yaxın Nazlı ilə birlikdə işləmiş, sonradan yaxın münasibətdə olduğu şəxsin bilməsindən qorxduğu üçün Nazlıya bildirmişdir ki, onun fotoşəkillərini bir müddət müştərilərinə göndərməsin. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin əvvəllərindən tanıyır. Belə ki, rəfiqələri ona bildirmişlər ki, Nazlı masaj xidmətləri göstərən qadınları işə götürür. Buna görə də o qərara gəlmişdir ki, özünü bu sahədə də sınasın. Buna görə də o Nazlının telefon nömrəsini götürüb əlaqə saxlamış, Nazlı onu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” restoranına dəvət etmiş, orada Nazlı ilə söhbət edərkən Nazlı ona işləmək istədiyi halda müqavilə imzalamalı olduğunu bildirmiş, Nazlı ona şərtləri izah etmişdir ki, o masaj xidməti göstərməlidir. Nazlı ona müqaviləni imzalatdıraraq bunun formal xatarketli olmasını bildirmişdir. O, Nazlının sözünə inanmış və ona təklif etdiyi müqavilini imzalasa da həmin müqaviləinin məzmunundan məlumatı olmamışdır. Bundan sonra Nazlı ona bildirmişdir ki, öz fotoşəkillərini ona göndərsin, müştərilərinə göndərəcəkdir, onu bəyənən olsa masaj xidməti göstərmək üçün müştərinin olduğu yerə gedəcəkdir. O da mobil telefonundan Nazlının Whatsapp ani mesajlaşma sistemi vasitəsilə öz şəkillərini göndərmiş, bundan bir neçə gün sonra Nazlı onu müştərilərinin yanına masaj xidməti üçün göndərməyə başlamış, bəzən olmuşdur ki, Nazlı ona müştərilər ondan əlavə xidmət istəsələr etiraz etməməsini bildirmişdir. Buna həm qeyri-təbii yolla müştərinin cinsi tələbatlarını ödəmək, daha dəqiq əl ilə cinsiyyət orqanını mütəmadi sürtməklə cinsi tələbatın ödənilməsi, həm də cinsi əlaqə aid olmuşdur. Bu zaman o da etiraz etməmiş, çünki Nazlı ona bildirmişdir ki, müştəriləri narazı yola salmaq olmaz və bu yolla daha yaxşı qazanc əldə edə bilər. Buna görə müştərilər əlavə pul verdikdə Nazlı həmin pulun da yarısını özünə götürmüş, bir qayda olaraq masaj xidməti göstərməyə görə hər saata ona 100 manat pul verilmiş, həmin pulun yarısı Nazlının olmuş, bu barədə əvvəlcədən Nazlı ilə razılaşmışlar. Bu qaydada Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin ayınnın əvvəllərindən 2022-ci ilin oktyabr ayının sonlarınadək onu fahişəliyə cəlb etmiş, Nazlı bəzən bildirmişdir ki, müştəri təzədir ona görə də ona əvvəlcədən yazmışdır ki getsin amma heçnə etməsin. O, Təqsirləndirilən şəxs müştərilərini hazırda xatırlamamışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs iş elanı saytından tanıyır. Nazlı həmin saytda masaj xidməti göstərən qadınlar axdardığını görüb o da özünü bu sahədə sınamaq üçün Nazlıya müraciət etmək qərarına gəlmişdir. Təxminən 2022-ci ilin iyun ayının ortlarında Nazlı ilə əlaqə saxladıqda Nazlı onu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən bir restoranın alt mərtəbəsində yerləşən ofis kimi yerə dəvət etmiş, orada Nazlı ona bildirmişdir ki, onunla işləmək istəsə müqaviləyə imza atmalıdır. O, müqaviləni yarısına qədər oxuduqdan sonra qərara gəlmişdir ki, Nazlı ilə işləməyə razılıq versin. Müqavilənin tarixi düzgün olmamış, çünki o 2022-ci ilin iyun ayının ortlarında Nazlı ilə görüşmüş, lakin müqavilənini tarixi 2020 yaxud 2021-ci il olmuşdur. Bu barədə Nazlıya bir söz deməmiş, bundan sonra Nazlı ona müqaviləni imzalatmışdır. Nazlı onun mobil telefon nömrəsini götürmüş və ona bildirmişdir ki, ona müştərilərin nömrələrini göndərəcək, onu bəyənən müştərilərlə əlaqə saxlayıb onu müştərilərlə calaşdıraraq müştəri dediyi yerə gedib masaj xidməti göstərəcəkdir. İlk vaxtlar Nazlı onu həqiqətən də masaj xidməti göstərmək üçün müştərilərin yanına göndərmiş, lakin bir-iki dəfə o müştərinin yanına getməkdən imtina etmiş, buna görə də Nazlı onunla təhqiramiz formada danışıb fahişəliklə məşğul olduğunu bildiyini, müştərilərinin yanına getməkdən imtina etsə onu buna məcbur edəcəyini təhqiramiz formada ona deməyə başlamışdır. O da buna görə Nazlıya imtina edə bilməmiş, bir neçə dəfə Nazlı onu müştərilərin yanına göndərərkən müştərilər ondan masajdan əlavə intim xidmətlər göstərməyini xahiş etmişdir. O, bu barədə Nazlıya dedikdə Nazlı bildirmişdi ki, müştəri nə deyirsə onu da etsin, buna görə ona əlavə pul veriləcək, həmin pulun yarısını onun özünə göndərsin. Bundan sonra o da razılıq vermiş, hər dəfə masaj xidməti göstərməyə görə aldığı pulun yarısını Nazlıya atmışdır. Əlavə olaraq intim xidmət olduqda da alınan əlavə pulun yarısı Nazlının olmuş, sonradan o, masaj xidməti göstərdiyi müştərilərdən biri onunla daimi münasibət saxlamaq istədiyini, bu işdən uzaqlaşmağını istəmiş, o da buna görə Nazlı ilə əlaqələrini kəsmişdir. Belə ki, Nazlı təxminən 2022-ci ilin avqust ayının əvvəllərində ona müştərilərlə cinsi əlaqədə olmağını göstəriş vermiş və bunu etməli olduğunu bildirmişdir. 2022-ci ilin avqust ayının əvvəllərindən 2022ci ilin oktyabr ayının sonlarınadək Nazlı onu fahişəliyə cəlb etmiş, o yaşadığı evdə olan zaman onunla əlaqə saxlayıb müştərilərin yanına masaj adı ilə göndərib cinsi əlaqədə olmağına şərait yaratmış, həmin vaxt da o, ünvan 7 ünvanında kirayədə yaşamışdır. O, Təqsirləndirilən şəxs müştərilərini adətən bir dəfə gördüyü üçün həmin müştərilərin hazırda adlarını və anket məlumatlarını xatırlamamışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Nazlı adlı qadını təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərindən etibarən tanıyır. O, Naz studio adlı masaj xidmətini instagram sosil şəbəkəsində görmüş, həmin sosial səhifədən təxminən 2022-ci ilin sentyabr ayında 051 *** ** ** rəqəmli mobil nömrəni götürüb hazırda istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrənin Whatsapp ani mesajlaşma mübadilə sistemi vaitəsilə əlaqə saxlamışdır. Belə ki, o həmin mobil nömrəyə yazdıqda həmin mobil nömrədən ona avtomotik cavablandırma ilə masaj xidmətinin göstərilməsi və intim xidmətlərin olmaması ilə bağlı cavab gəlmiş, o da masaj xidməti üçün qadın istədikdə ona çox sayda fotoşəkillər göndərilmişdir. O, həmin fotoşəkillərin içindən birini seçib haraya gəlməli olduğunu bildirmiş, masaj xidmətinin 150 manat olduğu bildirilmiş, seçdiyi qadın onun dediyi ünvana gəldikdən sonra qadına cinsi əlaqədə olmağı təklif etmişdir. Qadın razılıq verdikdə əlavə 50 manat pul verərək həmin qadınla cinsi əlaqədə olmuşdur. O, ümumilikdə 2 dəfə bu qaydada həmin mobil nömrə ilə əlaqə saxlamış və onun yanına seçdiyi qadın göndərilmişdir. O, hər ikisinidə də masaj xidməti göstərməyə gələn qadınla görüşüb cinsi əlaqədə olmuş, ikinci dəfə görüşdüyü qadına isə cinsi əlaqədə olmağının qarşılığında 150 manat pul vermiş, bu qadının masaj xidməti göstərməsi 100 manat qeyd olunmuşdur. Cinsi əlaqədə olmağı üçün isə əlavə 50 manat ödəmiş, əlaqə saxladığı qadının adını və anket məlumatlarını bilməmiş, lakin həmin qadının istifadəsində olan nömrə 051 *** ** ** olmuşdur. Təxminn 2022-ci ilin oktyabr ayının sonlarından etibarən həmin qadınla əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, Nazlı adlı qadını təxminən 2022-ci ilin iyul ayından etibarən tanıyır. Naz studio adlı masaj xidmətini instagram sosil şəbəkəsində görmüş, o həmin sosial səhifədən 051 *** ** ** rəqəmli mobil nömrəni götürüb hazırda istifadəsində olan 050 *** ** ** rəqəmli mobil ilə Whatsapp ani mesajlaşma mübadilə sistemi vaitəsilə əlaqə saxlamış, belə ki, o həmin mobil nömrəyə yazdıqda ona avtomotik cavablandırma gəlmiş, o da masaj xidməti üçün qadın istədikdə ona çox sayda fotoşəkillər göndərilmiş, o həmin fotoşəkillərin içindən birini seçib həmin qadının haraya gəlməli olduğunu bildirmiş, masaj xidmətinin 80-100 manat olduğu qeyd edilmiş, seçdiyi qadın o dediyi ünvana gəldikdə o həmin qadınla cinsi əlaqədə olmaq üçün danışmış, qadın razılıq verdikdə əlavə 50 manat pul verərək həmin qadınla cinsi əlaqədə olmuşdur. Lakin bəzi qadınlar olmuşdur ki, cinsi əlaqədə olmurdular. Təxminən 4-5 dəfə bu qaydada həmin mobil nömrə ilə əlaqə saxlayaraq bəyəndiyi qadınla görüşmüş, əlaqə saxladığı qadının adını və anket məlumatlarını bilməsə də 051 *** ** ** və bir dəfə də 050 *** ** ** rəqəmli mobil nömrə ilə əlaqə saxlamışdır. Təxminn 2022-ci ilin oktyabr ayının sonlarından etibarən həmin qadınla əlaqəsi olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid3 vəTagıyev Emil Azər oglunun məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:30 –da şübhəli şəxs qismində tutulmuşdur. “qətimkan tədbirinin seçilmsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung Galaxy A52”, 01 ədəd “Honor X8” və 01 ədəd “iPhone 13 Pro” markalı mobil telefon aparatlarına tərəfimdən baxış keçirilmiş və bu barədə 25 noyabr 2022-ci il tarixli protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Samsung Galaxy A52” markalı mobil telefon aparatına baxış keçirərəkən aşağıdakılar müəyyən edildi: Bir ədəd qara rəngli “Samsung Galaxy A52” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefonun üst tərəfində sim kart yerləşdirilməsi üçün 01 ədəd yuvanın olması və həmin yuvanın daxilidə 01 ədəd "xxxx" MMC-yə məxsus olan GSM nömrənin olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək 336699 şifrə yazılıb daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində adı “X1” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Daimi Mustəri” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Vip4273” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Eli Muwteri” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə danışıqları müəyyən edilmişdir. Həmçinin söhbətlər bölməsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 adının “Aybəniz” kimi, Zərərçəkmiş şəxs2 adının “Şəfa Səxsi” kimi, Zərərçəkmiş şəxs3 “Zumrud” kimi, Zərərçəkmiş şəxs4 adının “Nur Şəxsiii” kimi qeyd olunması və Təqsirləndirilən şəxs həmin qadınları fahişəliyə cəlb etməsi və bu barədə söhbətlər aparması müəyyən edilmişdir. “Honor X8” markalı mobil telefon aparatına baxış keçirərəkən aşağıdakılar müəyyən edildi: Bir ədəd gümüşü rəngli “Honor X8” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefonun sol yan tərəfində sim kart yerləşdirilməsi üçün 01 ədəd yuvanın olması və həmin yuvanın daxilidə 01 ədəd "xxxx" MMC-yə məxsus olan GSM nömrənin olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək 336699 şifrə yazılıb daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibinin adı “X1” kimi, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibinin adı “Daimi Mustəri” kimi, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibinin adı “Eli Muwteri” kimi qeyd edildiyi və adı “Vip4273” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə danışıqları müəyyən edilmişdir. “iPhone 13 Pro” markalı mobil telefon aparatına baxış keçirərəkən aşağıdakılar müəyyən edildi:Bir ədəd mavi rəngli “iPhone 13 Pro” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefonun sol yan tərəfində sim kart yerləşdirilməsi üçün 01 ədəd yuvanın olması və həmin yuvanın daxilidə 01 ədəd "xxxx" MMC-yə məxsus olan GSM nömrənin olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək 200000 şifrə yazılıb daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində Zərərçəkmiş şəxs2 adının “Shafa Mammedova” kimi qeyd olunması və Təqsirləndirilən şəxs onu fahişəliyə cəlb etməsi və bu barədə söhbətlər aparması müəyyən edilmişdir. Aşkar edilmiş yazışmalar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Bundan başqa mobil telefon aparatlarının şəkillər bölməsinə baxış zamanı çoxsaylı qadın şəkillərinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung Galaxy A52”, 01 ədəd “Honor X8” və 01 ədəd “iPhone 13 Pro” markalı mobil telefon aparatları maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Cinayət işinin istintaqı ilə əlaqədar məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair 10 fevral 2023-cü il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 376 77 24 rəqəmli mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 051 551 63 51 rəqəmli mobil nömrə arasında 2022-ci ilin sentyabr və oktyabr aylarında, Zərərçəkmiş şəxs2 məxsus 051 505 08 18 rəqəmli mobil nömrə arasında 2022-ci ilin yanvar ayından həmin ilin avqust ayına kimi, Zərərçəkmiş şəxs3 məxsus 050 301 87 01 rəqəmli mobil nömrə arasında 2022-ci ilin aprel ayından həmin ilin oktyabr ayına kim, Zərərçəkmiş şəxs4 məxsus 055 284 18 08 rəqəmli mobil nömrə arasında 2022-ci ilin iyul ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində müxtəlif vaxtlarda danışıqlar aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 443 40 00 rəqəmli mobil telefon nömrəsinə gələn və gedən zənglərə baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 443 40 00 rəqəmli mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 051 551 63 51 rəqəmli mobil nömrə arasında 2022-ci ilin oktyabr ayında, Zərərçəkmiş şəxs2 məxsus 051 505 08 18 rəqəmli mobil nömrə arasında 2022-ci ilin fevral ayından həmin ilin oktyabr ayına kimi, Zərərçəkmiş şəxs3 məxsus 050 301 87 01 rəqəmli mobil nömrə arasında 2022-ci ilin aprel ayından həmin ilin oktyabr ayına kim, Zərərçəkmiş şəxs4 məxsus 055 284 18 08 rəqəmli mobil nömrə arasında 2022-ci ilin sentyabr ayından həmin ilin noyabr ayına kimi olan müddət ərzində müxtəlif vaxtlarda danışıqlar aparılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 721 48 49 rəqəmli mobil telefon nömrəsinə gələn və gedən zənglərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Buna görə "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair protokol və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd kompakt disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 4(005)-234/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 22 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilərək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan Qurtuluş-93 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədli Nurlan xx.xx.2012-ci il tarixdə anadan olmuş, atası Məmmədov Tofiq, anası Təqsirləndirilən şəxsdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədli Azər xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Məmmədov Tofiq, anası Təqsirləndirilən şəxsdır. İşdə olan epikrizdən görünür ki, Məmmədli Azər anadangəlmə “SEREBRAL İFLİC” xəsləliyindən əziyyət çəkir. “sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" MMCdən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair protokol və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd kompakt disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung Galaxy A52”, 01 ədəd “Honor X8” və 01 ədəd “iPhone 13 Pro” markalı mobil telefon aparatları maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in 243.1-ci maddəsində gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-də bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan xasiyyətnamə); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olması (övladının biri serebral iflic xəs.əziyyət çəkir) İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, onun şübhəli şəxs qismində tutulduğu 01 gün, həbsdə və ev dustaqlığında saxlanıldığı 3(üç) ay Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 69.4 maddəsinə əsasən - Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3.500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 3(üç) ay 1 gün nərəzə alınmaqla üzərində qəti olaraq 2.600 (iki min altı yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarına saxlanılsın. İş üzrə maddi sübut – BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd “Samsung Galaxy A52”markalı, 01 ədəd “Honor X8”markalı və 01 ədəd “iPhone 13 Pro” markalı mobil telefon aparatları Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar