Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-274/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 04 mart 2021-ci il tarixdə saat 07 radələrində ünvan 3 ünvanının yaxınlığında olarkən, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində bir ədəd şəffaf sellofan bükümdə 0,362 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, uşaq olarkən ata-anası rəhmətə gedib. O vaxtdan internatda böyümüşdür. Heç kimi olmayıb. Əvvəlki məhkumluğundan sonra bir daha cinayət əməli törətməyəcəyinə dair özünə söz vermişdir. İnternatda böyüdüyü üçün müvafiq fərmanının təsir dairəsinə düşdüyündən ona mənzil verilməli idi. Bununla bağlı olaraq o, lazımi sənədləri toplamaq üçün bir neçə aydır iş görür. Sənədləri topladıqdan sonra aidiyyəti orqana getməyə hazırlaşırdı. Lakin ətrafda ona qarşı mənfi rəy olduğundan bu hadisələr başına gəldi. O, Nərimanov parkı tərəfdə gül satır. Gecə gülləri toplayıb evinə gedirdi ki, iki nəfər polis işçisi onu saxlamışdır. Onun üzərində narkotik olmayıb və o, narkotik istifadəçisi deyildir. Bunların hamısı onun üzərinə qoyulub. Bunlar sadəcə oyundur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, düşünür ki, əvvəlki məhkumluğu ucbatından bunlar başına gəlib. O, narkotik istifadəçisi deyil. Üzərində narkotik vasitə daşımamışdır. Polis əməkdaşları onu saxlayan zaman o, sənədlərini aidiyyəti orqana verməyə gedirdi. O, gecəyə qədər çalışır. İki nəfər polis işçisi onu saxlamışdır. Özünü təqsirli bilmir. Bunların hamısı ona qarşı oyundur. Son olaraq əməlində cinayət tərkibi olmadığından barəsində bəraətverici hökm elan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 0, 04 mart 2021-ci il tarixdə saat təxminən 07 radələrində Nərimanov Rayon Polis İdarəsinin ərazisində post yoldaşı Şahid2 ilə xidmət aparan zaman Nərimanov rayonu Təbriz küçəsi 102 ünvanında olarkən idarənin növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatların yanında şübhəli şəxs var. Həmin vaxt bankomatlardan tez-tez pul oğurlanırdı. Bundan sonra Şahid2 ilə birlikdə Nərimanov parkının içinə doğru qaçmış, ora çatdıqda bir nəfər adını sonradan bildiyi “Vadər" adlı şəxsə rast gəlmişlər. Vadər özünü şübhəli apardığına görə saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf sellofan bükümünü və üzərində olan şəxsi əşyalarını könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan kiçik cibindən şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nün əməkdaşı Şahid2 Fədai oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tutma haqqında 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" 04.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə saat 07:00-da radələrində ünvan 5 ünvanın yaxınlığında özünü şübhəli aparması səbəbindən Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində bir ədəd şəffaf sellofana bükülmüş, içərisində spesifik iyə malik tünd qəhvəyi rəngli toz halında maddə olan 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2021-ci il tarixli 6/892 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN "Zərflər üçün №44" möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,362 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109.90 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. DVD-diskə baxış keçirilməsi haqqında 05 mart 2021-ci il tarixli protokola əsasən 04.03.2021-ci il tarixdə Nərimanov RPİ-nə dəvət edilmiş və üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, qəbulunda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə bənzər maddəni təqdim etmiş və həmin şəffaf əngli sellofan bükülünün içində narkotik vasitə olduğunu, 03.03.2021-ci il tarixdə axşam saatlarında Nərimanov metrostansiyasının yaxınlığında yerdən tapdığını özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini 05.03.2021-ci il tarixli 4(005)-246/2021 nömrəli qərarından görünür ki, AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay müddətində seçilmiş, həbsetmənin əvvəli isə 04.03.2021-ci il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanıma haqqında 16 aprel 2021-ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,362 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalan təmiz çəkisi 0,312 qram narkotik vasitə olan heroin Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin saxlancına verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 1002 nömrəli, 08.04.2021-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında 24 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 16.03.2021-ci il tarixli cavabından görünür ki, Heydərov X2 rayon Məhkəməsinin 28.10.2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 69.4-cü maddəsinə əsasən təqsirli bilinmiş və 2800 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur; Səbail rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli hökmü ilə 02 il 03 ay 24 gün azadlıqda məhrum etmə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.03.2016-cı il tarixli hökmü ilə AR.CM-nin 29, 177.2.1, 69.3, 67 və 68.2-ci maddələrinə əsasən təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 2150 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir; Salyan rayon Məhkəməsinin 25.09.2018-ci il tarixli qərarı ilə 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzasına məhkum edilmişdir. 03.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 17/20-2596 saylı, 21.10.2021-ci il tarixli arayışdan görünür ki, Bakı Ağır Cinayətlər məhkəməsinin 03.03.2016-cı il tarixli hökmü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1,69.3,67,68.2,67.1,177.2.1 və 185.1 maddələri ilə təqsirli bilinərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2800.00 (iki min səkkiz yüz manat) manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 28.03.2016-cı il tarixdə Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həmin xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinə daxil olunmuş və 03.12.2019-cu il tarixdən cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində icra vərəqəsinə əsasən təyin olunmuş cərimə borcundan müəssisənin xəzinəsinə heç bir ödəniş etməmiş və eyni zamanda məhkum barədə cərimə borcu ilə əlaqədar olan icra vərəqəsi 5 saylı cəzaçəkmə müəssisəsinə daxil olmamışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin 03.03.2016-cı il tarixli hökmünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər haqqında” 20.10.2017-ci il tarixli qanuna uyğunlaşdırılmasına dair Salyan rayon məhkəməsinin 25.09.2018-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə təyin olunmuş 2800.00 manat cərimə cəzasından 650.00 manatının ödənilməsi nəzərə alınmış və 2150.00 cərimə borcu ödənilməmiş olaraq saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və onun üzərində narkotik olmaması, habelə narkotik vasitənin istifadəçisi olmaması, bütün bunların hamısının ona qarşı olan bir oyun kimi qiymətləndirməsi fikirlərini onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində dəfələrlə hadisənin əvvəlki məhkumluğu ucbatından başına gəldiyini, narkotik istifadəçisi olmadığını, üzərində narkotik olmadığını bildirmişdir. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, iş materiallarında olan video diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəyə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Həmçinin müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin təminatçısı qismində vəkil də iştirak etmişdir. Digər tərəfdən iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.362 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 28.10.2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2800 manat ödənilməmiş cərimə cəzası AR CM-nin 67.1 və 68.2-ci maddələrinin tələblərinə uyğun olaraq ona hazırki hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə o, qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə və 2800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, AR CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.11.2013-cü il tarixdən 22.07.2014-cü il tarixə kimi (8 ay 6 gün) həbsdə saxlanılması nəzərə alınmaqla üzərində həmin müddət hazırda ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla və qəti olaraq 02 il 03 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, AR CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti hesab olunmaqla 02 il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, əvvəlki hökmlə təyin edilmiş 02 il 3 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən və çəkilməmiş, yəni ödənilməmiş 2150 manat cərimə cəzası isə tam olaraq hazırki hökmlə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə və 2150 manat cərimə cəzaları təyin edilmişdir. İş materiallarında görünür ki, Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.03.2016-cı il tarixli hökmünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 20.10.2017-ci il tarixli Qanuna uyğunlaşdırılmasına dair 5 saylı Cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 vurduğu maddi ziyanın məbləği 1843 manat olduğundan və həmin ziyan hazırda "xeyli miqdar hesab edilmədiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli hökmü üzrə ittihamdan cinayətin “xeyli miqdarda ziyan vurmaqla törədilməsi" söz ifadəsi çıxarılmış, əməli Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsindən CM-nin 185.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 28.10.2011-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2800 manat ödənilməmiş cərimə cəzası CM-nin 67.1 və 68.2ci maddələrinə əsasən ona hazırda təyin edilmiş cəzaya tamamilə birləşdirilmiş və o, qəti cəza olaraq 2 il müddətə azadlıqdan məhrum etmə və 2800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 ay 06 gün həbsdə saxlanılması nəzərə alınaraq, üzərində qəti olaraq 1 il 3 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şərti hesab olunmaqla 02 il sınaq müddəti müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasına dair müddəa xaric edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.03.2016-cı il tarixli hökmü ilə AR CM-nin 29, 177.2.1 və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli hökmü üzrə hazırda təyin edilmiş 01 il 03 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən və 2800 manat cərimə cəzası isə tam olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.03.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə ona qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzaları təyin edilmiş, cərimə cəzasının 650 manatının ödənilməsi nəzərə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.03.2016-cı il tarixli hökmü ilə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzanın əvvəlinin 01.11.2016-cı il tarixdən hesablanması nəzərə alınmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03.03.2016-cı il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan hökmləri tədqiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq yenidən qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, onun əməlində təhlükəli residiv mövcud deyil. Belə ki, Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 20.10.2017-ci il tarixli Qanun tətbiq edilərək onun əməli Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 185.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə əsasən isə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv mövcud deyil. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə qəsdən az ağır (CM 177.2.1) cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və 03.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən 04.03.2021-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır 83.3.3-cü maddəsinə əsasən az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarına əsasən təyin edilmiş və ödənilməmiş qalan 2150 manat cərimə cəzası mövcuddur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qərarına əsasən təyin edilmiş və ödənilməmiş qalan 2150 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 04 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 71-73-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-246/2021 nömrəli, 05 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Ekspertiza tədqiqatının dəyəri 109.90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, cinayət işi üzrə maddi sübut – Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0,312 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 25.09.2018-ci il tarixli qərarı ilə təyin olunmuş və ödənilməmiş qalan 2150 (iki min yüz əlli) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 02 (iki) il müddətdə azadlıqdan məhrum etmə cəzası və ödənilməmiş qalan 2150 (iki min yüz əlli) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş qalan 2150 (iki min yüz əlli) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 0.312 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-274/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-274/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver