Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-275/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Nardaran qəsəbəsində fəaliyyət göstərən “X2” otelində ofisiant vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxmasına və bu barədə 01 aprel 2021-ci il tarixdə saat 13:18-də icbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) informasiya sistemindən “Bakcell” mobil operatoru vasitəsilə şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə məlumat göndərilməklə həmin vaxtdan etibarən 14 aprel 2021-ci il saat 08:20-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması, habelə karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, səhiyyə və digər aidiyyəti orqanlara heç bir məlumat vermədən 09 aprel 2021-ci il tarixdə axşam saat 22 radələrində heç bir əsaslı səbəb olmadan yaşayış yerini, yəni qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanını tərk edib piyada ünvan 2 “Grandmart supermarket” mağazasının önünə gedib orada olan "xxxx" ASC-yə məxsus bankomatdan özünə məxsus plastik bank kartının balansından 400 (dörd yüz) manat məbləğində pul vəsaiti çıxardıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ilə Aşıq Alı küçəsinin kəsişməsində yerləşən “Spar” mağazasına gedib içəri daxil olaraq orada olan “Mill Ön” ödəniş terminalı vasitəsilə 11.01.2021-ci il tarixli 01/005-2021 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə aldığı “Chevrolet Cruze” minik markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin bank hesabına 400 (dörd yüz) manat köçürüb ictimai yer hesab olunan həmin mağazadan ərzaq məmulatı alaraq mağazanı tərk edib yaşadığı ünvana qayıtmaqla koronavirus - COVİD-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 31 mart 2020ci il tarixdən etibarən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9, mənzil 16-da qeydiyyatda olmaqla anası Şahid1 ilə birlikdə həmin ünvanda yaşayır. Hazırda şəxsi istifadəsində olan “Chevrolet Cruze” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili 11.01.2021-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə lizinq yolu ilə Bank olmayan kredit təşkilatı "xxxx" MMC-dən götürdüyü kredit vəsaiti hesabına almışdır və bununla əlaqədar hər ay "xxxx" MMC-yə 400 (dörd yüz) manat məbləğində pul ödəyir. 31 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı mənzildə olar zaman bədən hərarəti qəflətən yüksəldiyindən özünü pis hiss etdiyinə görə yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxmağından şübhələnib bununla əlaqədar müayinədən keçmək üçün şəxsi istifadəsində olan mobil telefon ilə “103” Təcili və X1 Xidmətinə zəng vurub əhvalının pisləşdiyini və yüksək bədən hərarətindən əziyyət çəkdiyini bildirərək kömək istəmişdir. Təcili və X1 Xidmətinin əməkdaşı müraciətini qeydə alıb anket məlumatları, o cümlədən yaşayış ünvanını soruşaraq bir neçə dəqiqə sonra Təcili və X1 avtomobilinin yaşadığı ünvana göndəriləcəyini bildirmişdir. 15-20 dəqiqə sonra Təcili və X1 Xidmətinin iki nəfər həkimi Xidmətə məxsus avtomobillə yaşadığı ünvana gəlib onu yeni növ koronavirus - COVİD-19 infeksiyası ilə bağlı müayinə edərək müvafiq nümunələr götürmüşlər. Növbəti gün yəni 01 aprel 2021-ci il tarixdə günorta saat 13:18-də yaşadığı mənzildə olan zaman şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə müayinənin nəticələrinin pozitiv çıxması, yəni yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxması barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “1542” Çağrı mərkəzindən sms - xəbərdarlıq göndərilmişdir. Göndərilən sms-xəbərdarlıqda həmçinin özünün və ailə üzvlərinin yaşayış yerini tərk etmələrinə məhdudiyyət qoyulması, karantin rejimini pozduğu təqdirdə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağına dair məlumat əks olunmuşdur. Bununla əlaqədar, yəni smsxəbərdarlığı oxuyub məzmunu ilə tanış olduqdan sonra narahat olaraq dərhal tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməklə yaşadığı mənzildə özünü təcrid edib anasına COVİD-19 infeksiyasına yoluxması barədə məlumat verərək onunla ünsiyyətdən çəkinməsini tələb etmişdir. Həmin gündən etibarən yaşadığı mənzildə müalicə qəbul etməyə başlamışdır. 09 aprel 2021-ci il tarixdə axşam saat 22 radələrində lizinq yolu ilə aldığı “Chevrolet Cruze” markalı avtomobilə görə götürdüyü 8000 (səkkiz min) manat məbləğində kredit vəsaiti ilə əlaqədar 400 (dörd yüz) manat məbləğində kredit borcunu terminal vasitəsilə ödəmək üçün yaşadığı mənzili tərk edib piyada ünvan 3 ünvanında yerləşən “Grandmart supermarket” mağazasının önünə getmişdir. “Grandmart supermarket” mağazasının ön tərəfində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan özünə məxsus plastik bank kartından istifadə etməklə şəxsi bank hesabından 400 (dörd yüz) manat pul çıxardıqdan sonra yaxınlıqda Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ilə Aşıq Alı küçəsinin kəsişməsində yerləşən “Spar” mağazasına gedib içəri daxil olaraq mağazanın içərisində yerləşdirilmiş “Milliön” ödəniş terminalı vasitəsilə "xxxx" MMC-nin bank hesabına 400 (dörd yüz) manat məbləğində pul vəsaiti köçürmüşdür. Bundan sonra mağazadan çörək alıb piyada yaşadığı evə qayıtmışdır. 10 aprel 2021-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı mənzildə olan zaman tanımadığı şəxs mobil telefonuna zəng vuraraq özünü Nərimanov rayon polis idarəsinin əməkdaşı kimi təqdim edərək COVİD-19 infeksiyasına yoluxduğuna görə mənzili tərk etməməsini tələb etmiş və bir neçə dəqiqə sonra polis əməkdaşlarının epidemiya ilə əlaqədar karantin rejiminə riayət edibetməməsini yoxlamaq üçün yaşadığı mənzilə gələcəklərini bildirmişdir. Bir söz deməmiş və həqiqətən də bir neçə dəqiqə sonra mülki geyimli iki nəfər polis əməkdaşı yaşadığı mənzilə gəlmişlər. Ara məsafəsi saxlamaqla dəhlizə çıxıb yaşadığı mənzilin giriş qapısı qarşısında həmin polis əməkdaşlarından nə məqsədlə gəldiklərini soruşmuşdur. Polis əməkdaşları özlərini təqdim edərək mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla COVİD- 19 infeksiyasına yoluxduqdan sonra mənzili tərk edib-etmədiyini soruşmuşlar. Cavabında yalnız bircə dəfə 09 aprel 2021-ci il tarixdə axşam saat 22 radələrində kredit vəsaitinə görə aylıq ödəniş etmək üçün yaşadığı mənzili tərk etdiyini bildirmişdir. Polis əməkdaşları bir daha karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməsini, yaşadığı mənzili tərk etməməsini tələb edib çıxıb getmişlər. Xəbərdarlığa riayət edərək həmin vaxtdan etibarən özünütəcrid müddətində bir daha yaşadığı mənzili tərk etməmişdir. 16 aprel 2021-ci il tarixdə səhər saat 09:03-də yaşadığı mənzildə olan zaman şəxsi istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinə özünütəcrid müddətinin bitməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzindən sms xəbərdarlıq göndərilmişdir. Məhz bundan sonra xəstəlikdən əvvəl olduğu kimi, sərbəst həyat tərzi keçirməyə və həmişəki kimi işə gedib-gəlməyə başlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 Rəhim oğlu ifadəsində göstərmişdir ki, 10 aprel 2021-ci il tarixdə səhər saatlarında Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan aktiv koronavirus xəstəsi Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdə gecə saatlarında yaşadığı mənzili tərk etməklə karantin qaydalarını pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar rəhbərlik tərəfindən həmin faktla bağlı aktiv koronavirus xəstəsi Təqsirləndirilən şəxs ilə profilaktiki söhbət aparmaq və tətbiq olunan məhdudiyyət tədbirlərinə riayət etməsinə dair ona xəbərdarlıq edilməsi barədə müvafiq göstəriş verilmişdir. Həmin gün, yəni 10 aprel 2021-ci il tarixdə, səhər saat 11 radələrində Təqsirləndirilən şəxs ilə karantin rejimi, habelə aktiv koronovirus xəstələrinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə bağlı profilaktiki söhbət aparmaq və yaşayış yerini tərk etməməsi üçün xəbərdarlıq etmək məqsədi ilə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin baş təhqiqatçısı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzili müəyyən edib pandemiyaya qarşı təhlükəsizlik tədbirlərinə riayət etməklə mənzilin qapısını döymüşlər. Təxminən 10-15 saniyə sonra Təqsirləndirilən şəxs mənzilin qapısını açaraq nə məqsədlə gəldiklərini soruşmuşdur. Ara məsafəsi saxlayaraq mənzilin giriş qapısı qarşısında özlərini təqdim edib mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs COVİD-19 infeksiyasına yoluxduğu halda, niyə özünütəcrid və karantin rejiminə riayət etməyib yaşadığı mənzili tərk etməsinin səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs cavabında 09 aprel 2021-ci il tarixdə gecə saatlarında kredit vəsaitinə görə aylıq ödəniş etmək üçün yaşadığı mənzili tərk etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dinləyib ona yeni növ koronovirus COVİD-19 infeksiyasına yoİuxmasına baxmayaraq, məhdudiyyətlərə riayət etməyib yaşayış yerini tərk etməklə digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə törətdiyini bildirib özünütəcrid müddətində yaşayış yerini tərk etməməsini tələb edərək Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə qayıtmışlar. 18-ci polis şöbəsinə qayıtdıqdan sonra tərəfindən faktla bağlı Təqsirləndirilən şəxs barəsində raportla rəhbərliyə məruzə edilmişdir. Rəhbərlik tərəfindən fakt üzrə araşdırma aparılması baş təhqiqatçı Şahid2 həvalə olunduğundan, müvafiq araşdırma aparmış və toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olduğundan 22 aprel 2021-ci il tarixdə material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Nərimanov RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9, mənzil 16-da yaşayır. 31 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadıqları mənzildə olan zaman Salman bədən hərarətinin yüksəldiyini və özünü pis hiss etdiyini söyləyib koronavirus infeksiyasına yoluxmasından şübhələndiyini söyləyərək bununla əlaqədar müayinədən keçmək üçün şəxsi istifadəsində olan mobil telefonu ilə “103” Təcili və X1 Xidmətinə zəng vurub kömək istəmişdir. Təxminən 15-20 dəqiqə sonra Təcili və X1 Xidmətinin iki nəfər həkimi yaşadıqları ünvana gəlib Salmanı koronavirus infeksiyası ilə bağlı müayinə edərək müvafiq nümunələr götürmüşlər. Növbəti gün, yəni 01 aprel 2021-ci il tarixdə günorta saat 13 radələrində mənzildə olan zaman Salmanın mobil telefonuna müayinənin nəticələrinin pozitiv çıxması, yəni onun koronavirus infeksiyasına yoluxması barədə sms xəbərdarlıq göndərilmişdir. Göndərilən sms-xəbərdarlıqda həmçinin Salmanın yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması, karantin rejimini pozduğu halda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağına dair məlumat əks olunmuşdur. Salman sms- xəbərdarlığı oxuyub tanış olduqdan sonra COVİD-19 infeksiyasına yoluxması barədə ona söyləyib onunla ünsiyyətdən çəkinməsini tələb elmişdir. Narahat olaraq bir ana kimi Salmana təsəlli verib müalicəyə ciddi fikir verməsini tövsiyə etmişdir. Həmin gündən etibarən Salman mənzildə müalicə qəbul etməyə başlamışdır. 09 aprel 2021-ci il tarixdə axşam saat 22 radələrində Salman mağazadan çörək almaq və aylıq kredit borcunu ödəmək üçün yaşadıqları mənzili tərk edib 10-15 dəqiqəyə qayıdacağını söyləyərək çıxıb getmişdir. Təxminən 15-20 dəqiqə sonra Salman mağazadan bir ədəd çörək alaraq geri qayıtmışdır. Bunu görüb Salmandan niyə bir ədəd çörəyə görə narahat olub küçəyə çıxmasını soruşduqda o, çörək almaqla bərabər, bir neçə ay əvvəl özünə avtomobil alarkən götürdüyü kredit vəsaitinə görə kredit borcunu kredit təşkilatının bank hesabına köçürdüyünü bildirmişdir. Növbəti gün, yəni 10 aprel 2021-ci il tarixdə səhər saat 11 radələrində iki nəfər polis əməkdaşı yaşadıqları mənzilə gəlib Salmanla maraqlanmışlar. Salman ara məsafəsi saxlamaqla dəhlizə çıxıb mənzilin giriş qapısı qarşısında həmin polis əməkdaşlarının nə məqsədlə gəldiklərini soruşduqda, polis əməkdaşları özlərini təqdim edərək mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla Salmandan COVİD-19 infeksiyasına yoluxduqdan sonra mənzili tərk edibetmədiyini soruşmuşlar. Salman cavabında yalnız bircə dəfə, 09 aprel 2021-ci il tarixdə axşam saatlarında aylıq kredit borcunu ödəmək üçün mənzili tərk etdiyini bildirmişdir. Polis əməkdaşları Salmandan karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməsini, sağalanadək mənzili tərk etməməsini tələb edib çıxıb getmişlər. Bundan sonra Salman sağalanadək bir daha mənzili tərk etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nın baş təhqiqatçısı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 10.04.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı Şahid2 Yunus oğlu, 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid3 Rəhim oğlunun raportuna əsasən xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 9, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs karantin qaydalarını pozaraq yaşadığı mənzildən küçəyə çıxıb yoluxma riskinə səbəb olması ilə əlaqədar diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01.04.2021-ci il tarixdə COVİD-19 virusu diaqnozu qoyulduğu halda, 09.04.2021-ci il tarixdə yaşadığı ünvandan küçəyə çıxaraq bankomatdan pul çıxardığını və marketdən ərzaq alaraq yenidən mənzilə qayıtdığını etiraf etmişdir. Çəkilişin sonunda Təqsirləndirilən şəxs, yoluxmuş olduğu COVİD-19 virusunun diaqnozu neqativ çıxanadək təyin olunmuş yaşadığı ünvanı tərk etməyəcəyinə söz vermişdir. Cinayət işinin 22-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 05.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 38-ci vərəqində olan 01 aprel 2021-ci il tarixli “İTS.GOV.AZ” SMS bildirişindən görünür ki, “Hörmətli Təqsirləndirilən şəxs. Sizin 31.03.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur Siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz.”. Cinayət işinin 105-107-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 15 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 112-120-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən 10 aprel 2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında təhlükəsizlik qaydalarına riayət edilməklə Təqsirləndirilən şəxs ilə aparılan profilaktiki söhbət zamanı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxması barədə 01 aprel 2021-ci il tarixdə məlumat əldə etməsini və yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq, 09 aprel 2021-ci il tarixdə gecə saat 23 radələrində yaşadığı mənzili tərk edib gedərək bankomatdan pul vəsaiti çıxarmaqla kreditə görə ödəniş etməsini, daha sonra isə dükandan alış-veriş edərək mənzilə geri qayıtması barədə səmimi etirafını əks etdirən videogörüntünün olduğu bir ədəd diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-275/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-275/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver