Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-276/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi Əli qızının, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tanışları X2, X11 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında birləşərək, 10 iyun 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 111 ünvanında ictimai yer hesab edilən yaşayış binalarının həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyib, şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub sonuncunun birgə yaşadıqları məhəllədə dostları ilə birlikdə siqaret çəkməsini və möhkəm səslə danışmasını bəhanə edərək yumruq və təpik zərbələri endirərək yerə yıxıb müqavimətini qırmaqla, bir qrup şəxs halında birləşdiyi şəxslərlə sağlamlığa az ağır zərərvurmaya aid olan, sol əlinin İİ-İİİ barmaqlarının distal falanqalarının qapalı sınığı, burun sümüyünün yerdəyişən sınığı, yüngül zərərvurmaya aid olan sağ göz ətrafının ağlı qişaya qansızma ilə müşayiət olunan hematoması, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan sağ-alın gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı xəsarətləri yetirib, nəticədə bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 iyun 2021-ci il tarixdə axşam saatlarında köhnə məhəllələrinə getmişdir. Elnur və Elminlə görüşmüşdür. Onlar onun uşaqlıq dostlarıdır. Görüşdükdən sonra Elnur və Elmin getmişdir. Orada başqa uşaqlar da olmuşdur. Həmin hadisədən xeyli müddət keçdiyinə görə onların adlarını və özlərini xatırlamır. Məhlədə «besedka»da səhv etmirsə iki qız və üç nəfər oğlan oturmuşdur. Onların əllərində içki və siqaret olmuşdur. Onlar ucadan söyüşlə danışırmışlar və buna görə də onlardan birini çağırıb özlərini yaxşı aparmalarını demişdir. Bundan sonra onlardan biri, adını bilmədiyi və əvvəllər tanımadığı cavan oğlan öz səhvlərini başa düşməyib acı cavab verdiyi üçün mübahisə yaranmış, əlbəyaxa olmuşlar. Daha doğrusu, birinci olaraq sonradan adını bildiyi Fuad ona irad bildirərək uşaqlardan birinə əl atmış və bundan sonra ara qarışmışdır. Vəziyyəti belə görüb, digər uşaqlar onları aralamışlar. Hadisədən az sonra dalaşan oğlanın iki böyük qardaşı gəlmiş və o da görüşmüşdür. Onlar məhəlləyə təzə gəldiklərini demişlər. O da demişdir ki, onları barışdıra bilər. Sonra isə onlarla həmin yerə qayıtmış və danışmışlar ki, başqa söz-söhbət olmasın. Ondan xeyli müddət keçmiş o, işdən qayıdanda keçmiş məhəllələrinə gedib dostu Elman ilə gorşmüş, qayıdanda Fuadın atası ilə rastlaşmış, demişdir ki, onun oğlunu döyüb və ona görə də onun üstünə cumub onu vurmaq istəmişdir. Lakin Elman qoymamışdır. O isə ona baş qoşmayıb çıxıb getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları X4, Məmmədli Məhbubə Hicran qızı, X14 və Şahid3 ilə birlikdə onun yaşadığı binanın həyətində olan oturacaqlarda, yəni “skmayalar”da oturub söhbət edirmişlər. Təxminən bir neçə saat sonra saat 23 radələrində onlar öz aralarında söhbət edən zaman dostu Anar Babayev ayağını oturacağın altına uzatmış və məhlədə olduqları üçün ona ayağını aşağı salmasını bildirmişdir. Bu zaman məhlədə olan əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi təxminən 25-30 yaşı olan Orxan adlı şəxs onlara yaxınlaşıb dostu Anarı yanına çağıraraq ona ayağını oturacağa qoyduğu üçün irad bildirmişdir. Bu zaman o, Anar və Raci həmin şəxsə yaxınlaşmış həmin şəxsi yanında sonradan adlarının Emin, X3 və anket məlumatlarını bilmədiyi təxminən 10-15 nəfər digər şəxslər də olmuşdur. Həmin şəxslər ilə onun arasında sözlü mübahisə baş vermiş, daha sonra söhbət zamanı Emin adlı şəxs ona “padnoşka” verib yıxmağa çalışmışdır. Buna baxmayaraq o yıxılmamışdır. Bu zaman Emin onun sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Həmin an yanında olan tanışı Məhbubə Məmmədli də sol qol nahiyyəsindən xəsarət almışdır. Sonra Mirnəzir onun üzərinə gəlmiş və o isə Mirnəziri əli ilə itələmişdir. Həmin an Mirnəzir onun sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur və o, yerə yıxılmışdır. Yerdə olan zaman Mirnəzir, Emin və adlarını bilmədiyi digər şəxslər onun bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmuşlar. Daha sonra tanışı Xəyalə 102 xidmətinə zəng etmişdir və bundan sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Orxanı əvvəllər öz yaşadığı məhəllədə görməmişdir. Onları söhbət etməyə çağıran Orxan olmuşdur. Orxan ona həm ayaqüstdə olan zaman, həm də yerə yıxılan zaman xəsarətlər yetirmişdir. Onları ayıran onun dostları olmuşdur. Say etibarı ilə Orxangilin sayı onlardan çox olmuşdur. Ona əsas xəsarət yetirən şəxslərdən biri Orxan olmuşdur. Onlar əyləşdiyi yerlərdə içki içməmişlər. Orxangil onların ayaqüstdə qalmasını bəhanə edərək dava salmağa çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları X14, Məmmədli Məhbubə Hicran qızı, Zərərçəkmiş şəxs və Şahid3 ilə birlikdə Fuadın yaşadığı binanın həyətində olan oturacaqlarda “skmayalar" oturub söhbət edirmişlər. Təxminən bir neçə saat sonra saat 23 radələrində onlar öz aralarında söhbət edən zaman Anar ayağını oturacağın altına uzatmış və məhlədə olan əvvəllər tanımadıqları və anket məlumatlarını bilmədiyi Orxan adlı təxminən 25-30 yaşı olan şəxs onlara yaxınlaşaraq dostu Anarı yanına çağırıb ona ayağını oturacağa qoyduğu üçün irad bildirmişdir. Bu zaman Anar, Fuad və Raci həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsi yanında sonradan adının Emin, Nofəl, X1 və anket məlumatlarını bilmədiyi təxminən 10-15 nəfər digər şəxslər də olmuşdur. Həmin şəxslər ilə onların arasında sözlü mübahisə baş vermiş daha sonra söhbət zamanı Emin adlı şəxs Fuada “padnoşka” verib yıxmaq istəmişdir. Lakin Fuad yıxılmamışdır. Bu zaman Emin Fuadın sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Həmin an Fuadın yanında olan tanışı Məhbuba Məmmədlidə sol qol nahiyyəsindən xəsarət almışdır. Sonra isə Mirnəzir Fuadın üzərinə gəlmiş Fuad isə onu əli ilə itələmiş və həmin an Mirnəzir Fuadın sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuş və Fuad yerə yıxılmışdır. Yerdə olan zaman Mirnəzir, Emin və adlarını bilmədiyi digər şəxslər Fuadın bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmuşlar. O, daha sonra 102 xidmətinə zəng etmişdir. Bu zaman həmin şəxslər oradan uzaqlaşmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəlcə Orxan Anarı söhbət etmək üçün çağırmışdır. Fuadla onun ailəsi arasında dostluq münasibəti var. Onlar birlikdə məhəllədə oturub söhbət etmişlər. 10-12 ildir ki, həmin məhəlləyə gedir. Orxanı həmin məhəllədə ilk dəfədir ki, görür. Daha sonra Orxan 7- 8 nəfərlə birlikdə gələrək Fuadı söhbətə çağırmışlar. Bu zaman isə Fuad tək getməmişdir.Fuadın nalayiq ifadələr işlətməsini eşitməmişdir. Fuadın öz məhləsi olduğu üçün söhbətlərdə aktiv iştirak etmişdir. X12 vurduğunu görmüşdür. Fuad yıxıldıqdan sonra onu təpikləyək 7-8 nəfərin içində Orxanın olduğunu dəqiq görmüşdür. Orxan onlar olan skamyaya yaxınlaşaraq bir nəfər kişi gəlsin deyə ifadə işlətmişdir. Orxan 7-8 nəfərlə birlikdə gəlmiş, söhbət etdikdən sonra aralanmış və 4-5 dəqiqə sonra 7-8 nəfərlə birlikdə gəlmişlər. Orxan təzədən Fuadı çağıran zaman Raci ilə Anar da Fuadla getmişdir. O, Məhbubə ilə tək qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 21 radələrində dostları X14, Məmmədli Məhbubə Hicran qızı, Zərərçəkmiş şəxs və X4 ilə birlikdə Fuadın yaşadığı binanın həyətində olan oturacaqlarda “skmayalar" oturub söhbət edirmişlər. Təxminən bir neçə saat sonra saat 23 radələrində onlar öz aralarında söhbət edən zaman Anar ayağını oturacağın altına uzatmış və məhlədə olan əvvəllər tanımadıqları və anket məlumatlarını bilmədiyi Orxan adlı təxminən 25-30 yaşı olan şəxs onlara yaxınlaşaraq dostu Anarı yanına çağırıb ona ayağını oturacağa qoyduğu üçün irad bildirmişdir. Bu zaman Anar, Fuad və Raci həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsi yanında sonradan adının Emin, Nofəl, X1 və anket məlumatlarını bilmədiyi təxminən 10-15 nəfər digər şəxslər də olmuşdur. Həmin şəxslər ilə onların arasında sözlü mübahisə baş vermiş daha sonra söhbət zamanı Emin adlı şəxs Fuada “padnoşka” verib yıxmaq istəmişdir. Lakin Fuad yıxılmamışdır. Bu zaman Emin Fuadın sifət nahiyyəsinə bir zərbə vurmuşdur. Həmin an Fuadın yanında olan tanışı Məhbuba Məmmədlidə sol qol nahiyyəsindən xəsarət almışdır. Sonra isə Mirnəzir Fuadın üzərinə gəlmiş Fuad isə onu əli ilə itələmiş və həmin an Mirnəzir Fuadın sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuş və Fuad yerə yıxılmışdır. Yerdə olan zaman Mirnəzir, Emin və adlarını bilmədiyi digər şəxslər Fuadın bədəninin müxtəlif nahiyyələrinə təpik zərbələri vurmuşlar. O, daha sonra 102 xidmətinə zəng etmişdir. Bu zaman həmin şəxslər oradan uzaqlaşmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar həmişə həmin məhəllədə oturub söhbət edirmişlər. Orxan bu zaman onlara yaxınlaşaraq bir nəfər şəxsin onlarla söhbət etməsi üçün çağırmışdır. Onlar spirtli içki içməmiş və ucadan danışıb-gülməmişlər. Orxan onları səbəbsiz yerə çağırmışdır. O və dostları Fuadı tək qoymamaq üçün yanında getmişlər. Fuad Orxana bura bizim məhəllədir deyə cavab verdikdən sonra aralarında mübahisə başlamışdır. Fuadı ilk vuranın kim olduğunu xatırlamır. İlk dəfə onlar Orxangil əyləşən oturacaqlara gedən zaman onların ucadan danışmaqlarına dair irad bildirmişlər. Hadisə 10-15 dəqiqə davam etmişdir. Daha sonra hadisələr yekunlaşandan sonra qonşular səs-küyə gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra hər kəs dağılışmışdır. Fuadın gözünün altı partlamış və barmaqlarında qırıq yaranmışdır. Onlar ümumilikdə qızlarla birgə 4-5 nəfər olmuşlar. Orxangilin yanında olan adamların sayı isə 15-20 nəfər olmuşdur. Fuadı ilk vuranın kim olduğunu hazırda xatırlamır. Orxan Fuadı yerdə olan zaman təpikləmişdir. Bu zaman onlar daha qızların üstünə getməyə başlamışlar və o, müdaxilə etməyə çalışmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki,10 iyun 2021ci il tarixdə, saat 23 radələrində məhəllədə olduğu zaman görmüşdür ki, Zərərçəkmiş şəxs tanımadığı şəxslərlə mübahisə edir. Şahid1 onları sakitləşdirmək məqsədilə Zərərçəkmiş şəxs və mübahisə etdiyi şəxsləri yanına çağıraraq onlardan nə baş verdiyini soruşmuş və həmin uşaqlar Nofələ demişdirlər ki, Zərərçəkmiş şəxs qızla besedkada oturub qızla qeyri-etik hərəkətlər etmişlər və bunu görən məhəllə uşaqları onlara iradlarını bildirmiş və bunun üstündə onların arasında mübahisə yaranmışdır. Həmin vaxtı Şahid1 Zərərçəkmiş şəxs harada yaşadığını soruşmuş, sonuncu isə həmin məhəllədə yaşadığını demişdir. Bir az sonra həmin uşaqlar arasında mübahisə daha da qızışmış, bir-birləri ilə daha da aqressiv mübahisə etməyə başlamış, səhv etmirsə Mirnəzir və ya Emin Zərərçəkmiş şəxs demişdirlər ki, “səni vuraram" Zərərçəkmiş şəxs də demişdir ki, «vurmayanın anasını» həmin vaxtı ona əl atmışlar. O da aralarına girərək onları ayırmışdır. Onlardan ayırdıqda Zərərçəkmiş şəxs onun sifətindən itələmiş və toplaşmış şəxslərin arasına keçmişdir, ondan sonra o mübahisə edənlərə yaxınlaşmamışdır. O, Zərərçəkmiş şəxs yerə yıxıldığını görməmiş və onu vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 07 iyul 2021-ci il tarixli, 401 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol əlin İİ-İİİ barmaqlarının distal falanqalarının qapalı sınığı, sağ alın - gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı, sağ göz ətrafının hematoması, sağ gözün ağlı qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olam sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzə alaraq bildirmişlər ki, həmin xəsarətin öz-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 23 may 2022-ci il tarixli, 18/401 nömrəİi məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol əlin İİ-İİİ barmaqlarının distal falanqalarının qapalı sınığı, sağ alın - gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı, sağ göz ətrafının hematoması, sağ gözün ağlı qişasına qansızma küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə Zərərçəkmiş şəxs sol əlinin İİ-İİİ barmaqlarının distaq falanqalarının qapalı sınığı, burun sümüyünün yerdəyişən sınığı sağlamlığa AZ AĞİR zərər vurmaya, sağ göz ətrafının ağlı qişaya qansızma ilə müşayiət olunan hematoması ümumilikdə və eləcə də ayrıayrılıqda sağlamlığın qısa müddətcə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ-alın gicgah nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin olunmur. “Axtarışda olan şəxsin tutulması barədə” 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Hüseynov X5 RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144- 146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin həmin Plenum qərarının 5-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün nəzərə alınmalı (CM- 69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi Əli qızının sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi Əli qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-276/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-276/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver