Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-276/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Lənkəran rayonunun Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-nin X5 fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Boladi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi bu qaydaları pozmaqla ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və hüquqi ünvanı ünvan 2 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru X7 ilə bağladığı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 529D ünvanında yerləşən X5 28 iyul 2023-cü il tarixli 01323 saylı əmrlə təyin olunduğu avtoyükləyici vəzifəsində işləyərkən eyni tarixli vəzifə təlimatına uyğun olaraq daşınacaq yüklərin quruluşunu, çəkisini, tərkibini, yanğına davamlılığını və nəqliyyat vasitəsinin iş prinsipini, bərkidici kəmərlərin, taralardan istifadə qaydalarını, yükləmə zamanı təhlükəsizliyin təmin olunması qaydalarını, yükləmə zamanı istifadə olunacaq kəmərlərin, taraların, dayaqların tərkibini və növünü, daşınma zamanı yaranmış defektləri və onların qarşısının alınması metodlarını, nəqliyyat vasitəsinin xarakteristikasını, daşınmanın həyata keçirilməsində tələb olunan qaydaları, daşınacaq məmulatdan asılı olaraq uyğun və təhlükəsiz metodun seçilməsinə, istifadə olunan taraların qəbul edilməsinə, vəziyyətinə nəzarəti və saxlanması qaydalarını, yükləyici vasitənin sazlığına nəzarət edilməsi, yükləmə və daşıma işlərini həyata keçirməsi və görülən işin keyfiyyətlə, zamanında və təhlükəsiz həyata keçirilməsini icra etməli, həmçinin texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası, ətraf mühitin, eləcə də, ətraf mühitə ziyan vura bilən amillərdən qorunması və daxili qaydalara riayət olunmasına cavabdehlik daşıyan məsul şəxs olaraq 13 oktyabr 2023-cü il tarixdə saat 08:30 radələrində ona təhkim olunmuş "xxxx" markalı C4000 modelli 4694 serialı yük qaldırıcı vasitəsi ilə metal fermaları montaj sexinə daşınması və boşaldılması işini həyata keçirmək məqsədilə MMCnin ərazisində ayrılmış sahəyə yığılmış uzunluğu 12 metr, eni 2,35 metr olan 01 (bir) ədəd metal fermanı “Combiliffti idarə edərək çəngəllərinə yüklədikdən sonra “Yükləmə-boşaltma işləri, təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST-ün 2.9 bəndinin” tələblərini (yüklərin qaldırılmazdan və yerini dəyişməzdən əvvəl onların dayanıqlığı...yoxlanılmalıdır”.) pozaraq metal fermanın “Combilifftin çəngəllərinə kəmər ilə bağlamalı olduğu halda ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, öz vəzifə təlimatına cinayətkarcasına etinasız münasibət göstərərək metal fermanı “Combilifftin çəngəllərinə bağlamayıb montaj sexinə daşıyaraq yüklərin boşaldılması üçün nəzərdə tutulmuş yerdə dayanıb körpülü kranın yükü boşaltmasını gözlədiyi zaman çəngəllər qısa müddət sonra aşağı enmiş, onun metal fermanı “Combiliftin” çəngəllərinə bağlanmasını təmin etməməsi metal fermanın orada işləyən Qədir Əhmədovun bel nahiyəsinə düşməsinə və texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə olunmuş şəxs kimi bu qaydaları pozmaqla Əhmədov Qədir Vəli oğlunun həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik onurğa beynin zədələnməsi ilə müşayiət olunan 12-ci döş və 1-ci bel fəqərəsinin fəsadlaşmış sınıqları, onurğa beynin travmatik ödemi, bel və qasıq nahiyəsinin əzilmiş cırılmış yarası, sol budun sıyrığı xəsarətlərini almasına və qeyd olunan xəsarətlər kompleksindən inkişaf etmiş ağır travmatik şok nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 21 noyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin X5 usta köməkçisi olaraq işə başlamışdır. Vəzifəsi yüklərin körpülü kran vasitəsilə daşınmasından ibarət olmuşdur. “Profi- Resurs” X8 aldığı sertifikat əsasında işləmişdir. Həmin sertifikata əsasən ona 4-cü (dördüncü) dərəcəli körpülü kran maşinist ixtisası verilmişdir. O, təxminən 4 ay şirkətə məxsus Combilifti idarə etmişdir. O, 13 oktyabr 2023cü il tarixdə saat 08:00-da işə gəlmişdir. Hər səhər olduğu kimi texniki təhlükəsizlik tədbirləri ilə bağlı, xüsusi geyim qaydalarına riayət olunması ilə bağlı təlim keçilmişdir. Onlara təlimatı Şahid2 Fərid Rzayev ilə birlikdə keçmişdir. 13 oktyabr 2023-cü il tarixdə Fərid Rzayev işə gəlmədiyindən Şahid2 təlimatı tək keçmişdir. Hadisə baş verməzdən əvvəl Qədir Əhmədov montaj işləri görmüşdür. Verilmiş cizgilər əsasında dəmir fermanın montaj işlərini həyata keçirmişdir. Qədir Əhmədovda digər əməkdaşlar kimi qulağına qulaqcıq taxmışdır. Həmin qulaqcıq iş prosesi zamanı yaranmış səsləri azaltmaq üçün istifadə olunur. O, Combilift idarə edərək həyətdən sexə uzunluğu 12 metr, eni 2,35 metr olan tikinti ferması gətirmişdir. O, Combilifti idarə edərək Combiliftin cəngəllərini fermanın yuxarı hissəsinə keçirmiş və fermanı çəngəllər vasitəsilə qaldıraraq aşağı hissəsini Combiliftin qabaq hissəsində olan yerə yerləşdirmişdir. Bundan sonra Combiliftin çəngəlləri geri qatlanmış və o, fermanı sexə daşımışdır. O, dəmir konstruksiyaları çəngələ keçirdikdən sonra ona keçilmiş təlimata əsasən anbardan aldığı kəmərlə yükü Combiliftin çəngəlinə və müvafiq yerə bağlamalıdır. Həmin vaxt o, çəngəllərin arxaya getdiyindən yükü təhlükəsiz qaydada daşıya biləcəyini fikirləşmişdir. Buna görə də həmin vaxt yükü Combiliftə bağlamamışdır. Combilifti yüklədikdən sonra idarə edərək montaj sexinə doğru hərəkət etməyə başlamışdır. Bundan başqa kor nöqtələri görmək üçün bayraqdar ona kömək etməlidir. Bayraqdar ona təhlükə gördükdə qırmızı bayraqla saxla işarəsi verməlidir. Həmin vaxt bayraqdar isə sexdə dəmir fermanın qaldırılmasına köməklik etmişdir. O, bayraqdarı gözləmədən fermanı qaynaq işləri görülməsi üçün sexə aparmışdır. Bu zaman Qədir Əhmədov qaynaq olunmuş dəmir fermanın kənara daşınmasına köməklik etdiyini görmüşdür. Qədir Əhmədov isə qulaqcığı çıxarmış və nəsə demişdir. Bu zaman o, Combilift ilə Qədir Əhmədovun paralelinə çatmışdır. Onun çəkilmədiyini görüb Combilifti saxlamış və orada təxminən 10 saniyə kimi hərəkətsiz dayanmışdır. O, Combilifti dayandırdıqdan sonra anidən ferma Qədir Əhmədovun arxasına düşmüş və onu iki ferma arasında sıxmışdır. Bundan sonra onu xəstəxanaya aparmışlar. Daha sonra Qədir Əhmədovun öldüyünü eşitmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin X6 istehsalat rəisi vəzifəsində işləyir. Təlimat üzrə vəzifəsi istehsal olunan məhsula normativlərin tələblərinə uyğun sənədlərin mövcudluğunu təmin etmək, cari işlərin vaxtında aparılması məqsədilə planlaşdırma işini, vaxtı təyin etmək və digər zəruri tədbirləri həyata keçirmək, rəhbərlik etdiyi istehsalat sahəsinin işə hazır olmasını gündəlik olaraq yoxlamaq, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməkdən və bu barədə müəssisənin direktoruna məlumat vermək, istehsalın təşkilinin təkmilləşdirlməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, zay məhsul buraxılmasının qarşısının alınması, fəhlə və qulluqçu kadrların məqsədə uyğun istifadə edilməsini təmin etməkdən, işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməkdən, müəssisənin işinin hazır olmasını gündəlik olaraq yoxlamaqdan, istehsalat sahəsində bütün işçilərin, təhlükəsizlik qaydalarına uyğun işləməsinə, o cümlədən yük qaldırma və boşaltma işlərinin təhlükəsizlik normalarına və standartlarına uyğun aparılmasını təşkil etməkdən ibarətdir. Şirkət tərəfindən metal konstruksiya işlərinin görülməsi ilə bağlı sifariş götürülmüşdür. Sifarişə əsasən tikinti fermaları hazırlanmışdır. Texniki şöbədən tikinti fermalarının hazırlanması ilə bağlı layihənin cizgiləri ona verilir. Həmin cizgiyə uyğun tikinti fermaları hazırlanır. Tikinti fermaları metal-konstruksiya sexində hazırlanır. İlk öncə qeyd olunan sexdə metal profillər mişar vasitəsilə doğranılır. Quraşdırıcılar tərəfindən kəsilmiş metal profillər quraşdırılaraq ferma halına salınır. Yer məhdud olduğundan və montaj işi qaynaq işindən sürətli aparıldığından metal fermalar çöldə ayrılmış yerə üfüqi formada yerləşdirilir. Həmin fermalar yenidən sexə daşınaraq qaynaq olunur. Qeyd olunan tikinti fermaları müxtəlif ölçüdə montaj olunmuşdur. Sexə daşınan tikinti fermasının uzunluğu 12 metr, eni 2,35 metr olmuşdur. Tikinti fermaları "xxxx" vasitəsi ilə sexə daşınır və orada körpülü kran vasitəsilə qaldırılaraq qaynaq olunması üçün ayrılmış yerə qoyulur və orada profillərin birləşmələri qaynaq olunur və tikinti fermasının üzərində qaynaq işləri başa çatdıqdan sonra yenidən körpülü kran vasitəsilə daşınır və Combiliftin üzərinə qoyularaq sexdən çölə çıxarılaraq təyin olunmuş yerə daşınır. "xxxx" Təqsirləndirilən şəxs təhkim olunmuşdur və "xxxx" idarə edən operator Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs uzun müddətdir "xxxx" idarə edir. Təqsirləndirilən şəxs "xxxx" idarə etməsi üçün təlimatlandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs vəzifə təlimatı üzrə daşınacaq yüklərin quruluşunu, çəkisini, tərkibini, yanğına davamlığını və nəqliyyat vasitəsinin iş prinsipini, bərkidici kəmərlərin, taralardan istifadə qaydalarını, yükləmə zamanı təhlükəsizliyin təmin olunması qaydalarını, yükləmə zamanı istifadə olunacaq kəmərlərin, taraların, dayaqların tərkibini və növünü, daşınma zamanı yaranmış defektləri və onların qarşısının alınması metodlarını, nəqliyyat vasitəsinin xarakteristikasını, daşınmanın həyata keçirilməsində tələb olunan qaydalar, daşınacaq məmulatdan asılı olaraq uyğun və təhlükəsiz metodun seçilməsini, istifadə olunan taraların qəbul edilməsi, vəziyyətinə nəzarəti və saxlanması qaydalarını bilməli, yükləyici vasitənin sazlığına nəzarət etməli, yükləmə və daşıma işlərini həyata keçirməli və görülən işin keyfiyyətlə, zamanında və təhlükəsiz həyata keçirilməsini icra etməlidir. Həmçinin texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası, ətraf mühitin, eləcədə, ətraf mühitə ziyan vura bilən amillərdən qorunması və daxili qaydalara riayət olunmasına cavabdehlik daşımışdır. Bundan başqa "xxxx"! idarə edən zaman kor zonalar ola biləcəyindən operatora kömək üçün bayraqdar vəzifəsini Şahid3 icra etmişdir. Əhmədov Qədir Vəli oğlu rəhbərlik etdiyi istehsalat sexində quraşdırıcı (montajçı) işləmişdir. Qədir Əhmədovda digər quraşdırıcılar kimi orada quraşdırma işləri aparmışdır. O, hadisə baş verən zaman işdə olmamışdır. Lakin onda olan məlumata görə köməklik etmək məqsədilə qaynaq işlərinin aparılması üçün ona keçilmiş təlimatlara baxmayaraq ehtiyatsızlıq edərək tikinti fermasının dəyişdirilməsi zamanı iki fermanın arasında dayanmışdır. Bu zaman kənardan gətirilmiş tikinti ferması onun üzərinə düşmüşdür. Qədir Əhmədov orada qaynaq işləri görməmiş, yerinin dəyişdirilməsinə kömək etmək məqsədilə həmin yerdə dayanmışdır. "xxxx" Təqsirləndirilən şəxs təhkim olunduğundan onu başqa heç kəs idarə etməmişdir. "xxxx"in sazlığını Təqsirləndirilən şəxs yoxlamalı və nasazlıq aşkar etdiyi halda işə başlamalı nasazlıq aradan qaldırılması təmin olunduqdan sonra işə davam etməlidir. Təqsirləndirilən şəxs “Combiliffdə nasazlıq olması ilə bağlı ümumiyyətlə ona məlumat verməmişdir. "xxxx" ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklər kəmərlə "xxxx"in gövdəsinə və ya pəncəsinə bərkdililməli, kəmər ilə bağlanmalıdır. Bundan başqa yük nəql olunması və boşaldılması zamanı təhlükəli zonalarda olan işçilər kənarlaşmaları təmin edilməlidir. "xxxx" ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklər kəmərlə "xxxx"in gövdəsinə sürücü (operator) Təqsirləndirilən şəxs tərəfindən bağlanmalıdır. Təqsirləndirilən şəxs yükün "xxxx"in gövdəsinə bərkidilməsi üçün bərkidici kəmər ilə tərəfimdən təmin olunmuş, ona MMC-nin anbarından yükdaşınması zamanı yüklərin bərkidilməsi üçün kəmər verilmişdir. Yük "xxxx" ilə nəql olunan və boşaldılan zamanı təhlükəli zonalarda olan işçilərin kənarlaşmaları sürücü Təqsirləndirilən şəxs tərəfindən təmin edilməlidir. Belə ki, operator Təqsirləndirilən şəxs yük daşınması və boşaldılması zamanı təhlükəli zonada adam olan zaman iş icrasını dayandırmalı və təhlükəli ərazidə işçilər kənarlaşdıqdan sonra yükdaşımanı davam etdirməli idi. Təqsirləndirilən şəxs əvvəllər yükləri "xxxx" ilə təhlükəsiz daşınması üçün yükləri “Combilift’ə bağlamışdır. Əgər bunu bağlamasa o, gördüyü halda iş icrasını dayandırarmış. Təqsirləndirilən şəxs əvvəllər yüklərin "xxxx"ə bağlanmadan daşıma və boşaltmanı həyata keçirməmişdir. "xxxx" ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklər kəmərlə "xxxx"in gövdəsinə bağlanmasına, yük nəql olunan və boşaldılması zamanı təhlükəli zonalarda olan işçilər kənarlaşmalarının təmin edilməsinə birbaşa nəzarət edilməsi nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan hallar ilə bağlı operator və işçilər təlimatlandırılırlar. İşçilərin vəzifəsi işi lazımi keyfiyyətdə görmək və texniki təhlükəsizlik qaydalarına riayət etməkdən ibarətdir. Öz vəzifə funksiyalarına əsasən yükləmə və boşaltma işlərinin təhlükəsizlik normalarına və standartlarına uyğun aparılması yəni, "xxxx" MMC-nin X6 uzunluğu 12 metr, eni 2,35 metr olan metal fermaların “Combiliff’lə daşınması zamanı metal fermaların “Combiliftin” çəngəllərinə bağlanması təmin olunmuşdur. Belə ki, yükləri daşımazdan əvvəl yüklərin çəngəllərə bağlanması üçün Təqsirləndirilən şəxs kəmər verilmişdir. Təqsirləndirilən şəxs vəzifə təlimatı üzrə kəməri bağlamalı və yük daşınmasını həyata keçirməlidir. Mən işdə olmadığım vaxt mənim vəzifəmi Şahid2 icra edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir Combilifti idarə edir. Təqsirləndirilən şəxs Combilifti idarə etməsi üçün təlimatlandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs vəzifə təlimatı üzrə daşınacaq yüklərin quruluşunu, çəkisini, tərkibini, yanğına davamlığını və nəqliyyat vasitəsinin iş prinsipini, bərkidici kəmərlərin, taralardan istifadə qaydalarını, yükləmə zamanı təhlükəsizliyin təmin olunması qaydalarını, yükləmə zamanı istifadə olunacaq kəmərlərin, faraların, dayaqların tərkibini və növünü, daşınma zamanı yaranmış defektləri və onların qarşısının alınması metodlarını, nəqliyyat vasitəsinin xarakteristikasını, daşınmanın həyata keçirilməsində tələb olunan qaydalar, daşınacaq məmulatdan asılı olaraq uyğun və təhlükəsiz metodun seçilməsini, istifadə olunan taraların qəbul edilməsi, vəziyyətinə nəzarəti və saxlanması qaydalarını bilməli, yükləyici vasitənin sazlığına nəzarət etməli, yükləmə və daşıma işlərini həyata keçirməli və görülən işin keyfiyyətlə, zamanında və təhlükəsiz həyata keçirilməsini icra etməlidir. Həmçinin texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası, ətraf mühitin, eləcədə, ətraf mühitə ziyan vura bilən amillərdən qorunması və daxili qaydalara riayət olunmasına cavabdehlik daşımışdır. Bundan başqa Combilifti idarə edən zaman kor zonalar ola biləcəyindən operatora kömək üçün bayraqdar vəzifəsini Şahid3 icra etmişdir. Əhmədov Qədir Vəli oğlu istehsalat sexində quraşdırıcı (montajçı) işləmişdir. O, səhər işə başlamazdan əvvəl işçiləri görüləcək işlərlə bağlı və təhlükəsizlik qaydaları ilə bağlı təlimat keçmişdir. Təlimatlandırmadan sonra fermaların cizgilərinin bir nüsxəsini Qədir Əhmədova verərək ona həmin cizgilərin icra olunmasını tapşırmışdır. Bundan sonra o, boya sexində aparılan işlərin gedişatına baxmaq üçün boya sexinə getmişdir. Təxminən 10 dəqiqə sonra o, montaj sexinə keçən zaman Qədir Əhmədovun orada xəsarət aldığını və əməkdaşların ona köməklik etdiyini görmüşdür. Qədir Əhmədovun xəstəxanaya aparılması təşkil olunsa da, onun həyatını xilas etmək mümkün olmamışdır. Hadisəni necə baş verməsini o, görməmişdir. Combilift Təqsirləndirilən şəxs təhkim olunduğundan onu başqa heç kəs idarə etməmişdir. Combiliftin sazlığı Təqsirləndirilən şəxs tərəfindən yoxlanılmış və nasazlıq aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər yükləri "xxxx" ilə təhlükəsiz daşınması üçün yükləri "xxxx"ə bağlamışdır. Bunu bağlamasa gördüyü halda iş icrasını dayandırmışdır. Təqsirləndirilən şəxs əvvəllər yüklərin "xxxx"ə bağlanmadan daşıma və boşaltmanı həyata keçirməmişdir. Combilift ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklər kəmərlə Combiliftin gövdəsinə və ya pəncəsinə bərkdililməli, kəmər ilə bağlanmalı idi. Bundan başqa yük nəql olunması və boşaldılması zamanı təhlükəli zonalarda olan işçilər kənarlaşması təmin edilməlidir. Combilift ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklər kəmərlə Combiliftin gövdəsinə sürücü (operator) Təqsirləndirilən şəxs tərəfindən bağlanmalıdır. Təqsirləndirilən şəxs yükün Combiliftin gövdəsinə bərkidilməsi üçün bərkidici kəmər ilə istehsalat rəisi Şahid1 tərəfindən təmin olunmuş, ona MMC-nin anbarından yükdaşınması zamanı yüklərin bərkidilməsi üçün kəmər verilmişdir. Yük Combilift ilə nəql olunan və boşaldılan zaman təhlükəli zonalarda olan işçilərin kənarlaşmaları sürücü Təqsirləndirilən şəxs tərəfindən təmin edilməli idi. Belə ki, operator Təqsirləndirilən şəxs yük daşınması və boşaldılması zamanı təhlükəli zonada adam olan zaman iş icrasını dayandırmalı və təhlükəli ərazidə işçilər kənarlaşdıqdan sonra yükdaşımanı davam etdirməlidir. Combilift ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklərin təhlükəsizlik qaydalarına riayət olunması, kəmərlə Combiliftin gövdəsinə bağlanmasına, yük nəql olunan və boşaldılması zamanı təhlükəli zonalarda olan işçilər kənarlaşmalarının təmin edilməsinə birbaşa nəzarət edilməsi nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan hallar ilə bağlı operator və işçilər təlimatlandırılırlar. Onların vəzifəsi işi lazımi keyfiyyətdə görmək və texniki təhlükəsizlik qaydalarına riayət etməkdən ibarətdir. Öz vəzifə funksiyalarına əsasən yükləmə və boşaltma işlərinin təhlükəsizlik normalarına və standartlarına uyğun aparılması yəni, "xxxx" MMC-nin X6 uzunluğu 12 metr, eni 2,35 metr olan metal fermaların “Combilift’lə daşınması zamanı metal fermaların “Combilitin” çəngəllərinə bağlanması təmin olunmuş, yüklərin daşımazdan əvvəl yüklərin çəngəllərə bağlanması üçün Təqsirləndirilən şəxs kəmər verilmişdir. Təqsirləndirilən şəxs vəzifə təlimatı üzrə kəməri bağlamalı və yük daşınmasını həyata keçirməlidir. Şahid1 göstərdikləri xüsusatlar doğrudur. Şahid1 işdə olmadığı zaman onun vəzifələrini o, icra edir. İstehsalat rəisi Şahid1 işdə olmadığı halda Combilift ilə yük daşınması və boşaldılmasının texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsinə nəzarət onun tərəfindən həyata keçirilir. O, əvvəllərdə işçiləri görülməli işlərlə və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimandırdırdığı üçün, 13 oktyabr 2023-cü il tarixdə də işə başlamazdan əvvəl təlimatlandırmışdır. İşçiləri təlimatlandırdıqdan sonra boya sexində görülən işlərə baxmaq üçün boya sexinə getmişdir. Boya sexi montaj sexindən kənardadır. Metal fermaların "xxxx"lə daşınması zamanı metal fermaların “Combilitin” çəngəllərinə bağlanması təmin olunmuş, yüklərin daşımazdan əvvəl yüklərin çəngəllərə bağlanması üçün Təqsirləndirilən şəxs kəmər verilmişdir. Belə ki, qeyd olunan hallar ilə bağlı operator və işçilər təlimatlandırılmışdır. Onların vəzifəsi işi lazımi keyfiyyətdə görməkdən və texniki təhlükəsizlik qaydalarına riayət etməkdən ibarətdir. Bundan başqa Combilift ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklərin təhlükəsizlik qaydalarına riayət olunmasına birbaşa nəzarət edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə iş başladıqdan sonra qaynaq-montaj sexinə getmiş, orada qaynaq olunması üçün metal konstruksiya daşınmalı olmuşdur. O, da montaj olunmuş fermanın yerinin dəyişdirildiyini görmüş və kömək etmək məqsədilə həmin yerə getmişdir. Qədir Əhmədov öz iş yerindən gələrək dəmir fermanın yerinin dəyişdirilməsinə kömək etməyə başlamışdır. "xxxx" vasitəsi ilə həyətdən sexə uzunluğu 12 metr, eni 2,35 metr olan tikinti ferması gətirilməliymiş. Həmin vaxt o və Qədir Əhmədov sexdə qaynaq olunmuş dəmir fermanı kənara daşınması üçün kranın kəndirlədini fermaya bağlayırmışlar. Bu zaman "xxxx" arxadan gəlmiş. Onun arxa tərəfi sexin girişinə tərəf olduğundan o, "xxxx"in gəlməsini görməmişdir. O, Təqsirləndirilən şəxs "xxxx" onun iştirakı olmadan sexə daşımamasını bildirmişdir. Onun Təqsirləndirilən şəxs fermanı "xxxx"ə yükləməsi və idarə edərək sexə gətirməsindən məlumatı olmamışdır. Ani vaxt ərzində "xxxx" Qədir Əhmədovun arxasında dayanmışdır. O, Qədir Əhmədova çəkilməsini bildirsə də, Qədir Əhmədov çəkilməmiş və tikinti ferması Qədir Əhmədovun bel nahiyəsinə düşmüş və onu iki ferma arasında sıxmışdır. Bundan sonra onu xəstəxanaya aparmışlar. Yüklər "xxxx"ə bağlanmamış hərəkətə etdirilməmişdir, yəni yüklər təhlükəsiz daşınmaları üçün “combiliftə” bağlanmışdır. "xxxx"in sazlığı Təqsirləndirilən şəxs tərəfindən yoxlanılmış və nasazlıq aşkar olunmamışdır. "xxxx" ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklər kəmərlə "xxxx"in gövdəsinə və ya pəncəsinə bərkidilməli, kəmər ilə bağlanmalı idi. Bundan başqa yük nəql olunması və boşaldılması zamanı təhlükəli zonalarda olan işçilər kənarlaşması təmin edilməli idi. "xxxx" ilə yük daşınması və boşaldılması zamanı daşınmalı yüklər kəmərlə "xxxx"in gövdəsinə sürücü (operator) Təqsirləndirilən şəxs tərəfindən bağlanmalıdır. Təqsirləndirilən şəxs yükün "xxxx"in gövdəsinə bərkidilməsi üçün bərkidici kəmər ilə təmin olunmuş, ona MMC-nin anbarından yükdaşınması zamanı yüklərin bərkidilməsi üçün kəmər verilmiş və Şahid1 tərəfindən təmin olunmuşdur. Yük "xxxx" ilə nəql olunan və boşaldılan zamanı təhlükəli zonalarda olan işçilərin kənarlaşmaları onun və sürücü, operator Təqsirləndirilən şəxs tərəfindən təmin edilməli idi. Belə ki, operator Təqsirləndirilən şəxs yük daşınması və boşaldılması zamanı təhlükəli zonada adam olan zaman iş icrasını dayandırmalı və təhlükəli ərazidə işçilər kənarlaşdıqdan sonra yükdaşımanı davam etdirməlidir. O, 13 oktyabr 2023-cü il tarixdə işə başlamazdan əvvəl qanaq-montaj sexinə getmiş, orada qaynaq olunması üçün metal konstruksiya gətirilməliymiş, o, da montaj olunmuş fermanın yerinin dəyişdirildiyini görmüş və kömək etmək məqsədilə həmin yerə getmişdir. Qədir Əhmədov öz iş yerindən gələrək dəmir fermanın yerinin dəyişdirilməsinə kömək etməyə başlamışdır. "xxxx" vasitəsi ilə həyətdən sexə uzunluğu 12 metr, eni 2,35 metr olan tikinti ferması gətirilməli idi. Həmin vaxt o, və Qədir Əhmədov dəmir fermanı kənara daşımışlar. Bu zaman "xxxx" arxadan gəlmiş, arxa tərəfi sexin girişinə tərəf olduğundan o, "xxxx"in gəlməsini görməmişdir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs "xxxx"i onun iştirakı olmadan sexə daşımamasını bildirmişdir. Onun Təqsirləndirilən şəxs fermanı "xxxx"ə yükləməsi və idarə edərək sexə gətirməsindən məlumatı olmamışdır. Ani vaxt ərzində "xxxx" Qədir Əhmədovun arxasında dayanmışdır. O, Qədir Əhmədova çəkilməsini bildirsə də, Qədir Əhmədov çəkilməmiş və tikinti ferması Qədir Əhmədovun bel nahiyəsinə düşmüşdür. Öz vəzifə funksiyalarına əsasən yükləmə və boşaltma işlərinin təhlükəsizlik normalarına və standartlarına uyğun aparılması yəni, "xxxx" MMC-nin X6 uzunluğu 12 metr, eni 2,35 metr olan metal fermaların "xxxx"lə daşınması zamanı metal fermaların “Combilitin” çəngəllərinə bağlanması təmin olunmuş, yüklərin daşımazdan əvvəl yüklərin çəngəllərə bağlanması üçün Təqsirləndirilən şəxs kəmər verilmişdir. Təqsirləndirilən şəxs vəzifə təlimatı üzrə kəməri bağlamalı və yük daşınmasını həyata keçirməli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 13 oktyabr 2023-cü il tarixdə saat 08:00-da işə gəlmişdir. Hər səhər olduğu kimi texniki təhlükəsizlik tədbirləri ilə bağlı, xüsusi geyim qaydalarına riayət olunması ilə bağlı Şahid2 tərəfindən təlim keçilmişdir. Hadisə baş verməzdən əvvəl Qədir Əhmədov montaj işləri görmüşdür. Verilmiş cizgilər əsasında dəmir fermanın montaj işlərini həyata keçirmişdir. Qədir Əhmədovda digər əməkdaşlar kimi qulağına qulaqcıq taxmışdır. Həmin qulaqcıq iş prosesi zamanı yaranmış səsləri azaltmaq üçün istifadə olunur. Hadisədən əvvəl o, bir qədər kənarda dayanmışdır. Bu zaman "xxxx" vasitəsi ilə həyətdən sexə uzunluğu 12 metr, eni 2,35 metr olan tikinti ferması gətirilmişdir. O, da “Combiliffin arxası ilə gəlmişdir. “Combiliffti” avtoyükləyici Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin vaxt Qədir Əhmədov dəmir fermanı kənara daşınmasına kömək etmişdir. Bu zaman "xxxx" arxadan gəlmiş və Qədir Əhmədovun arxasında dayanmışdır. O, “Combiliffin sürücüsü Təqsirləndirilən şəxs ehtiyatlı olmasını avadanlıq olduğunu bildirmişdir. Anidən dəmir ferma Qədir Əhmədovun bel nahiyəsinə düşmüşdür və onu iki ferma arasında sıxmışdır. Bundan sonra onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 13 oktyabr 2023-cü il tarixdə saat 08:00-da işə gəlmişdir. Hər səhər olduğu kimi texniki təhlükəsizlik tədbirləri ilə və xüsusi geyim qaydalarına riayət olunması ilə bağlı təlim keçilmişdir. Hər gün onlara təlimi sex rəisinin köməkçisi Şahid2 keçir. Həmin gündə təlimatı Şahid2 keçmişdir. Təlimatdan sonra bir sexə gedərək Şahid2 tapşırdığı işləri görməyə başlamışlar. Onlar həmin vaxt material gətirilməsini gözləmişlər. Qədir Əhmədov quraşdırcı işləmişdir. Boruda cilalama və montaj işlərini görməlimişlər. Qədir Əhmədov həmin vaxt boşluq olduğundan qaynaqçılara kömək etmək məqsədilə oraya getmişr. Bu zaman Combilift vasitəsi ilə həyətdən sexə uzunluğu 12 metr, eni 2,35 metr olan tikinti ferması gətirilirdi. Həmin vaxt Qədir Əhmədov dayaq üzərində olan dəmir fermanın kənara daşınması üçün kömək etmək məqsədilə həmin yerə getmişdir. Bu zaman Combilift arxadan gəlmiş və Qədir Əhmədovun arxasında dayanmışdır. Anidən tikinti ferması Qədir Əhmədovun arxasına düşmüşdür və onu iki ferma arasında sıxmışdır. Bundan sonra onu xəstəxanaya aparmışlar. Bir müddət sonra Qədir Əhmədovun öldüyü bildirilmişdir. Qeyd edim ki, Qədir Əhmədov orada qaynaq işləri görməmiş, fermanın yerinin dəyişdirilməsinə kömək etmək məqsədilə həmin yerdə dayanmışdır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X1 vermiş olduğu ifadədən aydın olur ki, mərhum Əhmədov Qədir Vəli oğlu onun əri olmuşdur. 10 dekabr 1972-ci ildə Qazax rayonu, Kirovkənd kəndində doğulmuşdur. Qədir ilə o, 2001-ci il tarixdə evlənmiş, ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2004-cü il təvəllüdlü Aynur Əhmədzadə və 2011-ci il təvəllüdlü Nərgiz Əhmədzadə doğulmuşlar. Qədir onlarla birlikdə ünvan 4 ünvanda yaşamışdır. Qədir Əhmədov xatırladığına görə 2023-cü ilin fevral ayından "xxxx" MMC-nin X3ynaq-montaj sexində montajçı işləmişdir. 13 oktyabr 2023-cü il tarixdə Qədirin iş yeri olan "xxxx" MMC-dən ona zəng edərək Qədir Əhmədovun xəstələndiyini və Funda adlı xəstəxanaya aparıldığı bildirdi. O,da bununla bağlı qardaşı Əjdər Hacıyevə zəng etmişdir. Əjdər xəstəxanaya yola düşmüşdür. O, özü də “Funda” Tibb Mərkəzinə getmişdir. Orada qardaşı Əjdər onu qarşılayaraq ona Qədir Əhmədovun iş qəzası zamanı öldüyünü bildirmişdir. Bundan sonra Qədir Əhmədovun meyiti müayinə olunması üçün “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov şöbəsinə” aparılmışdır. Orada müayinə olunduqdan sonra meyit onlara təhvil verilmişdir. 14 oktyabr 2023-cü il tarixdə Qədir Əhmədovu Sumqayıt şəhərində yerləşən şəhər qəbristanlığında dəfn etmişlər. Qədir Əhmədovun ölümü ilə bağlı heç kəsdən heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə bədbəxt hadisədir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov 529D ünvanında yerləşən "xxxx" MMC-nin X3ynaq-montaj sexidir. Sexin yeri beton örtüklüdür. Sağ və sol tərəfdə müxtəlif dəzgahlar və dəzgahların ətrafında müxtəlif ölçülü metal profillər var. Girişdən baxdıqda sexin yuxarı shaəsində üzərində “Era S.V.L-10 TON” yazılmış və sarı rəngə boyanmış körpülü kran vardır. Bir qədər irəlidə Combilift vəə dayaq hissəsində üzərində uzunluğu 12 metr, eni 2.35 metr olan dəmir ferma vardır. Combiliftin üzərində olan ferma aşmış vəziyyətdədir. Aşmış fermanın qarşısında dəmir profillərin üzərinə qoyulmuş eyni ölçüdə metal ferma vardır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Meyitə baxış keçirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, meyit Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Nərimanov rayon şöbəsinin meyitxanasına gətirilmişdir. Təşrih masası üzərində paltarsız kişi cinsli meyit uzadılmışdır. Meyitin boyunun uzunluğu 179 sm-dir, düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin bədən səthi solğundur, əllədikdə soyuqdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşməklə, solğun çəhrayımtıl rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 40-50 saniyəyə öz əvvəlki rənginə bərpa olunur. Başın tükləri qara rəngdə olub, əksər hissələrdə ağarmışlar, uzunluqları 1,5-2 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər dairəvi formada olub, bir - birinə bərabərdirlər, diametrləri 0,5 sm-dir. Burun və qulaq keçəcəkləri sərbəstdir. Üz skelet sümüklərinin əllə yoxladıqda tamdırlar. Ağzı yarımaçıqdır, dişləri təbiidir, tamdır, zədəsizdir. Boynu bədənə müvafiq olub, hərəkətsizdir. Döş qəfəsi silindrik formalı olub, simmetrikdir. Qarnı qabırğaqövsü səviyyəsindən hündürdə yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib, kişi tiplidir, zədə və xəstəlik əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır, ətraf dərisi təmiz və dəyişiksizdir. Meyitin xarici müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: bel nahiyəsində köndələn istiqamətli 15x3 sm ölçüdə kənarları bir qədər nahamar, mənfəzində sınmış sümük fraqmentləri və yumşaq toxumalar görünən qanayan yara, qasıq nahiyəsinin sağ yarısından sol yarısına qədər davam edən geniş sahəli əzilmiş - cırılmış yara, sol budun aşağı 1/3-nin ön səthində 7,5x2,5 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq. Meyitin xarici müayinəsi zamanı bədən səthində başqa xəsarətlər aşkar edilməmişdir. Notarial qaydada təsdiq edilmiş **********834 nömrəli, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X1 "xxxx" MMC-yə və hər hansı şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X10 xx.xx.2023-cü il tarixli, 120 nömrəli ekspert rəyindən görünür ki, mərhum Əhmədov Qədir Vəli oğlunun meyitinin məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər onurğa beynin zədələnməsi ilə müşayiət olunan 12-ci döş və 1-ci bel fəqərəsinin fəsadlaşmış sınıqları, onurğa beynin travmatik ödemi, bel və qasıq nahiyəsinin əzilmiş cırılmış yarası, sol budun sıyrığı həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Mərhum Əhmədov Qədir Vəli oğlunun ölümünə səbəb - yuxarıda qeyd olunan xəsarətlər kompleksindən inkişaf etmiş ağır travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. Mərhum Əhmədov Qədir Vəli oğlunun meyitindən götürülmüş qanda məhkəmə -kimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7818 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri, təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST-ün 2.1,2.5, 2.9 və 2.14 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş vermə səbəbi olmuşdur. Öz vəzifə funksiyalarına əsasən yüklərin “"xxxx"”lə təhlükəsiz daşınması üçün uzunluğu 12 metr, eni 2,35 metr olan metal fermanın dayanıqlığı yoxlanılmadığına görə, “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST-ün 2.9 bəndinin tələbləri "xxxx" MMC-nin avtoyükləyicisi tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. “Şahid İfadəsinin yerində yoxlanılması haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəsini təsdiq etdiyini, cinayətin törədildiyi yeri və şəraiti göstərə biləcəyini deyib Nərimanov rayon prokurorluğunun inzibati binasından hadisənin baş verdiyi yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 529D yerləşən X6 montaj sexində baş verdiyini bildirdi. Hadisə yerinə gedildi və hadisə yerinə çatdıqda şahid Təqsirləndirilən şəxs hadisə yerini göstərərək bildirdi ki, o, 13 oktyabr 2023-cü il tarixdə saat 08:00-da işə gəlmişdir. Hər səhər olduğu kimi texniki təhlükəsizlik tədbirləri ilə bağlı, xüsusi geyim qaydalarına riayət olunması ilə bağlı təlim keçilmişdir. Onlara təlimatı Şahid2 Fərid Rzayev ilə birlikdə keçmişdir. O, Combilift idarə edərək həyətdən sexə uzunluğu 12 metr, eni 2,35 metr olan tikinti ferması gətirmişdir. Həmin ferma çöldə şaquli formada yığılmışdır. O, Combilifti idarə edərək Combiliftin cəngəllərini fermanın yuxarı hissəsinə keçirmiş və fermanı çəngəllər vasitəsilə qaldıraraq aşağı hissəsini Combiliftin qabaq hissəsində olan yerə yerləşdirmişdir. Bundan sonra Combiliftin çəngəlləri geri qatlanmış və o, fermanı sexə daşımışdır. O, dəmir konstruksiyaları çəngələ keçirdikdən sonra ona keçilmiş təlimata əsasən anbardan aldığı kəmərlə yükü Combiliftin çəngəlinə və müvafiq yerə bağlamamışdır. Lakin həmin vaxt o, çəngəllərin arxaya getdiyindən yükü təhlükəsiz qaydada daşıya biləcəyini fikirləşmişdir. Buna görə də həmin vaxt yükü Combiliftə bağlamamışdır. Combilifti yüklədikdən sonra idarə edərək montaj sexinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt bayraqdar da sexdə dəmir fermanın qaldırılmasına köməklik etmişdir. Bu zaman Qədir Əhmədov qaynaq olunmuş dəmir fermanın kənara daşınmasına köməklik etdiyini görmüşdür. Qədir Əhmədov isə qulaqcığı çıxarmış və nəsə demişdir. Bu zaman o, Combilift ilə Qədir Əhmədovun paralelinə çatmışdır. Onun çəkilmədiyini görüb Combilifti saxlamış və orada təxminən 10 saniyə kimi hərəkətsiz dayanmışdır. O, Combilifti dayandırdıqdan sonra anidən ferma Qədir Əhmədovun arxasına düşmüş və onu iki ferma arasında sıxmışdır. Bundan sonra onu xəstəxanaya aparmışlar. Daha sonra Qədir Əhmədovun öldüyünü eşitmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxs Əhmədov Qədir Vəli oğlunun hüquqi varisi X2 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və hər hansı istehsalat sahəsində maddi-məsul vəzifə tutma, o cümlədən avtoyükləyici vəzifəsini tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri-102 (yüz iki) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə hər hansı istehsalat sahəsində maddi-məsul vəzifə tutma, o cümlədən avtoyükləyici vəzifəsini tutmaq hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-276/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-276/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver