Məhkəmə qərarları › İş №1(005)-278/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-278/2021

20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-278/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi qaydada usta işləyən, Cəbrayıl rayonunun Çullu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehkalon qəsəbəsi, Q.Nəbi küçəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 1 ünvanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən yaşayış kompleksinin 9 (doqquz) saylı binasının tikintisi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyət arasında dəmir, beton və qəlib işlərinin görülməsi barədə 16.07.2018-ci il tarixdə bağlanmış 02/07 nömrəli podrat müqaviləsi əsasında “İşlərin görülməsi haqqında” 20.06.2019-cu il tarixdə “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağladığı 023 nömrəli subpodrat müqaviləsinin icrası ilə əlaqədar 31.07.2019-cu il tarixdə fiziki şəxs olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində sahibkar kimi qeydiyyata alındıqdan sonra fərdi qaydada usta kimi müxtəlif şəxsləri müqavilələr əsasında rəhbərlik etdiyi tikinti işlərinə qəlibçi və fəhlə vəzifələrinə cəlb etməklə dəmir, qəlib və beton işləri görməyə başlamış, həmin vaxt texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etməyərək, 20.06.2019-cu il tarixli müqavilənin 3-cü bəndində göstərilən “tikinti obyektində işlətdiyi işçilərin sağlamlığına, tikinti obyektindəki təhlükəsizliyə, işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun işləmələrinə nəzarət etməsi” barədə üzərinə düşən vəzifələri səhlənkarlıq edərək lazımınca icra etməyib pozaraq İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.19, 1.20 və 2.26-cı bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.4, 3.1 və 5.2-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5, və 3.10-cu bəndlərinin tələblərini pozaraq tikinti sahəsində işlərin müstəqil icrasına buraxılmazdan əvvəl normativ aktlarla müəyyən edilmiş qaydada təlim, təlimatlandırma və biliyinin yoxlanılmasını keçirməmiş, tikilən yaşayış kompleksinin 9 saylı binasının 12-ci mərtəbəsində qəlib işlərinin təhlükəsiz görülməsi üçün, həmin mərtəbənin kənarlarının tam şəkildə çəpərlənməsini, çəpərlənmək mümkün olmayan yerlərdə isə təhlükəsizilk kəmərindən istifadə edilməsini təmin etməmiş, bunun nəticəsində 19.02.2021-ci il tarixdə saat 14:30 radələrində rəhbərlik etdiyi tikinti işlərinə 04.02.2020-ci il tarixli müqavilə əsasında qəlibçi vəzifəsinə qəbul etdiyi X31 inşa edilən yaşayış kompleksinin 9 saylı binasının 12-ci mərtəbəsində qəlib işləri görən zaman müvazinətini itirib binadan tikinti meydançasının həyətinə yıxılaraq aldığı kəllə tağı və əsası sümüklərinin sınıqları, baş beynin yumşaq qişalarına, beyin toxumasına, yan mədəciklərə qansızma, hemopnevmotoraksla müşayiət olunan hər iki ağciyərlərin travmatik cırılmaları, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, boyun fəqərələrində 2-3-cü fəqərə cismlərinin və çıxıntılarının, qapalı, yerdəyişən sınıqları, başın alın nahiyəsinin əzilmişcırılmış yarası, alın nahiyəsinin, sağ və sol almacığın, alt çənə cisminin, sağ bud və baldırın sıyrılmış yaraları, sağ saidin, sağ mil-bilək oynağının əzilmiş-cırılmış yaraları, sağ əlin 2-3-4-cü barmaqlarının travmatik amputasiyaları kimi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər kompleksi nəticəsində törənmiş travmatik şokdan hadisə yerində ölmüş, yəni o, tikinti işlərinə rəhbərlik edən zaman təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsi ilə verilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir müxtəlif yerlərdə usta və briqadir kimi işləyir və dəmir, beton və qəlib işləri ilə məşğul olur. Görülən işlərdən asılı olaraq o, bir neçə fəhləni və qəlibçini briqadasına cəlb edərək işləyir, müxtəlif şəxslərdən avadanlıqlar və cihazlar götürərək istifadə edir. O, əvəllər “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətində briqadir kimi işləməyə başlamış, bununla əlaqədar onunla müqavilə bağlanmışdır. Həmin cəmiyyət tərəfindən ünvan 1 ünvanında dəmir, beton və qəlib işləri aparılmışdır. Qeyd olunan ünvanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yüksək mərtəbəli yaşayış kompleksi inşa edilir. Həmin yaşayış kompleksinin inşası ilə əlaqədar "xxxx" MMC ilə “X5 Company” MMC arasında dəmir, beton və qəlib işlərinin aparılması barədə podrat müqaviləsi bağlanmışdır. Bundan sonra “X5 Company” MMC tərəfindən həmin yaşayış kompleksində dəmir, beton və qəlib işləri aparılmağa başlanmışdır. Görülən işlərlə əlaqədar cəmiyyət tərəfindən xeyli sayda usta, briqadir, fəhlə və qəlibçi işlərə cəlb edilmişdir. 2019-cu ildə işlərin çoxluğu ilə əlaqədar “X5 Company” MMC tərəfindən binanın bir hissəsində aparılan işlərin subpodrat müqaviləsi əsasında başqa şəxslərə həvalə edilməsi qərara alınmışdır. Onun apardığı işlər cəmiyyətin rəhbərliyinin xoşuna gəldiyindən onunla dəmir, beton və qəlib işlərinin görülməsi barədə 20.06.2019-cu il tarixdə subpodrat müqaviləsi bağlanmışdır. Bununla əlaqədar o, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək fiziki şəxs olaraq fərdi sahibkar kimi qeydiyyata durmuşdur. Bundan sonra o, görülən işlərlə əlaqədar müvafiq işçiləri öz briqadasına götürməyə başlamışdır. 04.02.2020-ci il tarixdə o, X13 qəlibçi kimi işə götürmüşdür. Qamət 2019-cu il tarixdə “X5 Company” MMC-də qəlibçi vəzifəsində işləmiş, lakin 2019-cu ilin sentyabr ayında işdən çıxmışdır. Usta kimi rəhbərlik etdiyi tikinti briqadası inşa edilən yaşayış kompleksinin 9 nömrəli binasında qəlib işləri aparmış və onlar işləyə-işləyə artıq binanın 12-ci mərtəbəsinə çatmışlar. 17.02.2021-ci il tarixdə Qamət Ağayev uşaqlarına aid sənədləri düzəltmək üçün doğulduğu Ucar rayonuna getmişdir. 19.02.2021-ci il tarixdə saat 08 radələrində o və rəhbərlik etdiyi tikinti briqadasının əməkdaşları, təxminən 30 dəqiqə sonra isə Qamət Ağayev işə gəlmiş və paltarlarını dəyişib işə başlamışlar. Həmin gün onun rəhbərliyi altında tikinti briqadası inşa edilən yaşayış kompleksinin 9 saylı binasında dəmir, qəlib və beton işləri aparmışdır. Belə ki, onlar artıq tikilimiş 11-ci mərtəbədə olan sütunların dəmirlərini və taxtalarını sökərək onları 12-ci mərtəbəyə apararaq 12-ci mərtəbədə dəmir, beton və qəlib işləri aparmışlar və Qamət Ağayev onun göstərişi ilə 12-ci mərtəbədə işləmişdir. Saat 13 radələrində nahar vaxtı ilə əlaqədar onlar bir saatlıq işləri dayandırmışlar. Bundan sonra işçilər özləri ilə gətirdikləri və ya dükanlardan aldıqları yeməkləri yeməyə başlamışlar. Saat 14:30 radələrində o, dükana gedib siqaret alıb qayıdan zaman Qamət Ağayevin binanın qarşısında olan tikinti meydançasına yıxıldığını görmüşdür. Bununla əlaqədar maraqlananda ona bildirmişlər ki, Qamət Ağayev nahardan sonra işləmək üçün binanın 12-ci mərtəbəsinə qalxdıqda həmin mərtəbədən yıxılmışdır. Bundan sonra dərhal təcili-tibbi yardıma zəng edib həkim çağırmışlar. Həkimlər gələrək Qamət Ağayevi müayinə edib sonuncunun artıq öldüyünü bildirmişlər. 20.06.2019-cu il tarixdən bağladığı subpodrat müqaviləsi əsasında ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 9 saylı binasında dəmir, qəlib və beton işləri aparmağa başlamış, bütün işlərə özü rəhbərlik etmiş, gördüyü işlərlə əlaqədar müxtəlif fəhlə və qəlibçiləri müqavilə ilə işlərə cəlb etmiş, görülən işlərlə əlaqədar fəhlə və qəlibçilərə əlcək və dəbilqə vermiş, digər paltarları isə işçilər özləri ilə gətirmişlər. Görülən işlərlə əlaqədar şifahi olaraq fəhlə və qəlibçilərə təhlükəsizlik texnikası üzrə təlimat keçmişdir. Görülən işlər zamanı istifadə etdiyi cihazlar və avadanlıqlar həm ona, həm də “X5 Company” MMC-yə məxsus olmuş və cihazları şifahi razılıq əsasında istifadə etmişdir. Bağlanmış subpodrat müqavilə əsasında görülən işlərə cavabdeh olmuş, inşa edilən yaşayış kompleksinin 9 saylı binasının müxtəlif mərtəbələrinin hissələrində qoruyucu setkalar və ya kəndirlər çəkilmiş məhəccər olsa da, bütün mərtəbələrdə məhəccər olmamış, qəlib, beton və dəmir işləri aparılan 9 saylı binanın 12-ci mərtəbəsində çəpərləmə bilavasitə iş aparılan yerdə qurulmuş, yük qaldırılan yerdə və iş aparılmayan hissələrdə çəpərlənmə və qoruyucu hissələr qurulmamışdır. 19.02.2021-ci il tarixdə Qamət Ağayev nahar qurtardıqdan sonra işləmək üçün inşa edilən yaşayış kompleksinin 9 saylı binasının 12-ci mərtəbəsinə qalxmış və oradan öz ehtiyatsızlığından yıxılaraq ölmüş, hadisə vaxtı o, siqaret almaq üçün dükana getmiş, Qamət Ağayevə qoruyucu kəmər və dəbilqə verilsə də, sonuncu özbaşına olaraq onları çıxarmış və istifadə etməmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, nəticədə bir insan ölümü baş verdiyindən özünü qismən təqsirli bilir və hesab edir ki, bəlkə də mərhum Qamət Ağayevin həmin anda yanında olsaydı, ona kömək edə bilərdi və hadisə də baş verməzdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs (zərərçəkmiş şəxsin hüquqi varisi) və onun ailə üzvləri X32, X8, X9 notariat qaydasında təsdiq edilmiş 16 avqust 2021-ci il tarixli ərizələrindən görünür ki, istintaqa verdikləri ifadəni təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş bütün maddi tələbləri ödənilib. “X5 Company” MMC-dən və rəhbərindən tələb və şikayətləri yoxdur. Məhkəmə baxışını iştirakları olmadan keçirilməsini xahiş edir, istintaqa verdikləri ərizələri, barışıq sazişini və ifadələrini nəzərə almağı və Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Qamət oğlunun ibtidai istintaq zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunarkən aydın oldu ki, ailə üzvləri ilə birlikdə yaşayır və X22 onun doğma qardaşıdır. Qamətdən başqa onun Pərişan adlı bacısı vardır və hər üçü ailəli olmaqla ayrı yaşayırlar. X44 təxminən 20 ildir ki, Rusiya Federasiyasında yaşayır və onlarla əlaqəsi yoxdur, anası X53 rayonunun Qəzyan kəndində qardaşı Qamətin arvadı və uşaqları ilə birlikdə yaşayır. X51 2013-cü ildən Bakı şəhərində kirayə qalmış və müxtəlif yerlərdə usta, fəhlə və qəlibçi vəzifəsində işləmişdir. 2015-ci ildə qardaşı X4 ilə ailə qurmuş, 2017-ci ildə qardaşının Ağasəməd adlı oğlu, 2020ci ildə isə Özləm adlı qızı doğulmuşdur. Ailə qurduqdan sonra qardaşı Qamət öz ailəsi ilə birlikdə Bakı şəhərində kirayə qalmışlar. Son iki-üç ayı qardaşı onunla birlikdə qalmış, gəlinləri Əfsanə isə anası ilə birlikdə Ucar rayonunda qalaraq anasına qulluq etmişdir. 17.02.2021-ci il tarixdə qardaşı Qamət Ucar rayonuna uşaqlarının sənədlərini düzəltdirmək üçün getmişdir. 19.02.2021-ci il tarixdə Qamət səhər radələrində Ucar rayonundan çıxaraq birbaşa iş yerinə gəlmiş, saat 11 radələrində anası ilə telefonla əlaqə saxlayaraq işdə olduğunu demişdir. 19.02.2021-ci il tarixdə səhər 16 radələrində Qamətin iş yoldaşı Dəniz onlarla telefonla əlaqə saxlayıb Qamətin yıxılaraq xəsarət alıb öldüyünü bildirmişdir. Bundan sonra o, hadisə barədə qohumlarına məlumat vermiş və hadisə yerinə getmişlər. X40 heç kimlə düşmənçiliyi və ədavəti olmamış, qardaşının ölümündə heç kimin bir təqsiri olmadığından onun və ailə üzvlərinin heç kimdən şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun illərdir müxtəlif yerlərdə tikinti və təmir işləri ilə məşğul olur. Bununla əlaqədar 27.07.2016-cı ildə “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətini yaratmış və həmin cəmiyyətin işinə direktor kimi rəhbərlik edir. Rəhbərlik etdiyi cəmiyyət müxtəlif yerlərdə təmir, tikinti, qəlib, dəmir və beton işləri ilə məşğuldur. Həmin işlər birbaşa olaraq cəmiyyət tərəfindən aparılır, ya da sifarişçilərlə rəhbərlik etdiyi cəmiyyət arasında bağlanmış podrat müqaviləsi əsasında aparılır. Görülən işlərlə əlaqədar daima tərəfindən cəmiyyətə qəlibçilər, məxtəlit təyinatlı ustalar, briqadirlər və fəhlələr işə götürülmüşdür. Qeyd olunan şəxslər işə qəbul olunan zaman onlara təhlükəsizlik texnikası üzrə təlimat keçirilmiş və bununla əlaqədar müvafiq jurnallarda qeydlər aparılmışdır. 16.07.2018-ci ildə “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında podrat müqaviləsi bağlanmışdır. Belə ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yüksəkmərtəbəli yaşayış binalarından ibarət yaşayış kompleksi inşa edilir. Bununla əlaqədar həmin cəmiyyət tərəfindən inşa edilən binalarda dəmir, beton və qəlib işlərinin aparılması barədə “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə podrat müqaviləsi bağlanmışdır. Görülən işlərlə əlaqədar “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəlibçilər, müxtəli təyinatlı ustalar və fəhlələr işə qəbul olunaraq işlərə cəlb edilmişlər. Bütün şəxslərlə təhlükəsizlik texnikası üzrə təlimat keçirilmiş və bununla əlaqədar müvafiq jurnallarda qeydlər aparılmış, görülən işlərdən asılı olaraq onlara dəbilqə, kombinazon, əlcək və ayaqqabı verilmiş, yüksəkmərtəbədə işləyən zaman isə həmin şəxslərə kəmər verilmişdir. Bundan sonra “X5 Company” MMC tərəfindən həmin yaşayış kompleksində dəmir, beton və qəlib işləri aparılmağa başlanmışdır. 2019-cu ildə işlərin çoxluğu və başqa sifarişlərin olması ilə əlaqədar onların cəmiyyəti tərəfindən ünvan 1 ünvanda aparılan işlərin subpodrat müqaviləsi əsasında başqa şəxslərə və ya şirkətlərə həvalə edilməsi qərara alınmışdır. Bununla əlaqədar əvvəllər onların cəmiyyətində usta və briqadir işləmiş Təqsirləndirilən şəxs ilə 20.06.2019-cu il tarixdə subpodrat müqaviləsi bağlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs görülən işlərlə əlaqədar müxtəlif şəxsləri, o cümlədən əvvəllər onların cəmiyyətdə işləmiş qəlibçi X13 işə götürmüşdür. Təqsirləndirilən şəxs gündəlik olaraq üzərinə düşən işləri görmüş, “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri və iş icraçısı həmin işlərin yalnız keyfiyyətinə nəzarət etmiş, işlər bitdikdən sonra müvafiq arayışlar (Forma №2) tərtib edərək işləri Təqsirləndirilən şəxs qəbul etmişlər. Təqsirləndirilən şəxs inşa edilən yaşayış kompleksinin 9 nömrəli binasında qəlib işləri aparmış və qeyd olunan müddət ərzində işləyə-işləyə artıq 12-ci mərtəbəyə qədər çatmışdır. 19.02.2021-ci il tarixdə işdə olan zaman ona xəbər vermişlər ki, Təqsirləndirilən şəxs işə götürdüyü Qamət Ağayev 12-ci mərtəbədən yıxılaraq ölmüşdür. Bununla əlaqədar o, Elgünlə əlaqə saxlamış və Elgün ona bildirmişdir ki, 19.02.2021-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs rəhbərliyi ilə işlərə başlamışlar. Təxminən 30 dəqiqə sonra Qamət Ağayev işə gəlmiş və paltarlarını dəyişərək işə başlamışdır. Həmin gün Təqsirləndirilən şəxs inşa edilən 9 nömrəli binanın tikilmiş 11ci mərtəbəsində olan sütunların dəmirlərini və taxtalarını sökərək onları 12-ci mərtəbəyə apararaq orada qurub 12-ci mərtəbədə dəmir, beton və qəlib işləri aparmışdır. Saat 13 radələrində nahar vaxtı ilə əlaqədar bir saatlıq işləri dayandırmışlar. Saat 14:30 radələrində Qamət Ağayev 12-ci mərtəbəyə qalxmış və həmin vaxt binanın qarşısında olan tikinti meydançasına yıxılmış, lakin hadisənin hansı şəraitdə baş verdiyini bilmir. Bundan başqa bağlanmış podrat müqaviləsinə əsasən o, 2018-ci ildən həmin ünvanda qəlib, beton və dəmir işləri aparmış, subpodrat müqaviləsi əsasında isə 2019-cu ildən işlərə Təqsirləndirilən şəxs rəhbərlik etmiş və məsuliyyət daşımışdır. Görülən işlərlə əlaqədar usta və briqada rəhbəri kimi Təqsirləndirilən şəxs fəhlə və qəlibçilərə qoruyucu vasitələr və ya avadanlıqlar verməli, təhlükəsizlik texnikası üzrə təlimat keçirilməli idi. Buna görə Təqsirləndirilən şəxs birbaşa cavabdehlik daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis işləyən Şahid4 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 25.04.2017-ci ildə yaradılmış və həmin vaxtdan o, cəmiyyətin direktoru vəzifəsində işləyir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaşayış binalarının tikintisi ilə məşğul olur. 06.03.2018-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən imzanlamış 98 nömrəli sərəcamla onlara ünvan 2 ünvanında çoxmənzilli yaşayış binalarının tikilməsinə icazə verilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin işlərin aparılmasına başlanılmışdır. Lahiyəyə əsasən onların yaşayış kompleksi 5 yaşayış binasından və 4 qeyri-yaşayış binasından ibarət olmuşdur. Hər yaşayış binası bir blokdan ibarət olmuş, lakin sonradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onların bir yaşayış binasına və bir qeyriyaşayış binasına tikilməsinə icazə verilməmiş, çünki həmin binalar dəmir yoluna yaxın olduğundan 50 metr mühafizə zolağına düşmüşdür. Buna baxmayaraq onlar binaların nömrələrində dəyişiklik etməmişlər və gələcəkdə mühafizə zolağı dəyişildiyi halda həmin işləri sona çatdırmaq qərarına gəlmişlər. Aparılan tikinti işləri ilə əlaqədar tərəflərindən müxtəlif şirkətlərlə və fiziki şəxslərlə podrat müqavilələri bağlanmışdır. Belə şirkətlərdən biri də “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X5 Company” MMC arasında bağlanmış 16.07.2018-ci il tarixli 02/02 nömrəli podrat müqaviləsinə əsasən inşa edilən binalarda dəmir, beton və qəlib işlərinin aparılması “X5 Company” MMC-yə həvalə edilmişdir. Bundan sonra işlərə başlanılmış və “X5 Company” MMC üzərinə düşən işləri görməyə başlamış, işlər qəbul olunduqdan sonra ödənişlər aparılmışdır. 19.02.2021-ci il tarixdə ona xəbər vermişlər ki, tikinti aparılan ərazidə Qamət Ağayev adlı işçi ölmüşdür. Bununla əlaqədar maraqlandıqda ona bildirmişlər ki, Qamət Ağayev 9 nömrəli binanın tikilmiş 11-ci mərtəbəsində olan sütunların dəmirlərini və taxtalarını sökərək onları 12-ci mərtəbəyə apararaq orada qurub 12-ci mərtəbədə dəmir, beton və qəlib işləri aparmağa başlamış, saat 14:30 radələrində 12-ci mərtəbəyə qalxmış və həmin vaxt binanın qarşısında olan tikinti meydançasına yıxılaraq ölmüş, lakin Qamət Ağayevin hansı şəraitdə yıxıldığını dəqiq bilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin bütün işçilərinə təhlükəsizlik texnikası üzrə təlimat keçirilmiş və bu müvafiq jurnallarda öz əksini tapmış, “X5 Company” MMC işlərin çoxluğu ilə əlaqədar üzərinə götürmüş işləri Təqsirləndirilən şəxs adlı şəxslə subpodrat müqaviləsi bağlayaraq sonuncuya həvalə etmişdir. Aparılan işlərlə əlaqədar Təqsirləndirilən şəxs işçilərin və işlərin təhlükəsizliyinə cavabdeh olmuşdur. Lakin, Təqsirləndirilən şəxs qaydaları icra edib-etmədiyini bilmir. Qamət Ağayevin təhlükəsizlik texnikasına riayət etməsinə Təqsirləndirilən şəxs cavabdeh olduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş vermiş hadisədə heç bir təqsiri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdə usta və tikinti işləri ilə məşğul olur. 2019-cu ilin fevral ayından “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətdə sahə rəisi vəzifəsində işləyir. Cəmiyyət müxtəlif yerlərdə təmir, tikinti, qəlib, dəmir və beton işləri ilə məşğuldur. Həmin işlər ya birbaşa olaraq cəmiyyət tərəfindən, ya da sifarişçilərlə cəmiyyət arasında bağlanmış podrat müqaviləsi əsasında aparılır. Görülən işlərlə əlaqədar cəmiyyətə qəlibçilər, məxtəlif təyintalı ustalar, briqadirlər və fəhlələr işə götürülmüşdür. Qeyd olunan şəxslər işə qəbul olunan zaman onlara təhlükəsizlik texnikası üzrə təlimat keçirilmiş və bununla əlaqədar müvafiq jurnallarda qeydlər aparılmışdır. İşlərin həcmindən və yerindən asılı olaraq işçilərin sayı azala və ya çoxala bilər. 16.07.2018-ci ildə “X5 Company” MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında podrat müqaviləsi bağlanmışdır. Belə ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yüksəkmərtəbəli yaşayış binalarından ibarət yaşayış kompleksi inşa edilirdi. Bununla əlaqədar həmin cəmiyyət tərəfindən inşa edilən binalarda dəmir, beton və qəlib işlərinin aparılması barədə “X5 Company” MMC ilə podrat müqaviləsi bağlanmışdır. Görülən işlərlə əlaqədar “X5 Company” MMC tərəfindən qəlibçilər, müxtəlif təyinatlı ustalar və fəhlələr işə qəbul olunaraq işlərə cəlb edilmişlər. Bütün şəxslərlə təhlükəsizlik texnikası üzrə təlimat keçirilmiş və bununla əlaqədar müvafiq jurnallarda qeydlər aparılmış, görülən işlərdən asılı olaraq onlara dəbilgə, kombinizon, əlcək və ayaqqabı, yüksəkmərtəbədə işləyən zaman isə həmin şəxslərə kəmər verilmişdir. Bundan sonra “X5 Company” MMC tərəfindən həmin yaşayış kompleksində dəmir, beton və qəlib işləri aparılmağa başlanmışdır. 2019-cu ildə o, işə qəbul olunduqdan sonra sahə rəisi kimi orada aparılan işlərə nəzarət etmək ona tapşırılmışdır. Bir müddət işlədikdən sonra işlərin çoxluğu və başqa sifarişlərin olması ilə əlaqədar cəmiyyət tərəfindən ünvan 1 ünvanda aparılan işlərin subpodrat müqaviləsi əsasında başqa şəxslərə və ya şirkətlərə həvalə edilməsi qərara alınmışdır. Bununla əlaqədar əvvəllər “X5 Company” MMC-də usta və briqadir işləmiş Təqsirləndirilən şəxs ilə 20.06.2019-cu il tarixdə subpodrat müqaviləsi bağlanmışdır. Elgün də görülən işlərlə əlaqədar müxtəlif şəxsləri o, cümlədən cəmiyyətdə işləmiş qəlibçi X13 işə götürmüşdür. Təqsirləndirilən şəxs gündəlik olaraq üzərinə düşən işləri görmüşdür. Elgun Məmmədov tərəfindən görülən işlər isə “X5 Company” MMC tərəfindən qəbul edilmişdir. Təqsirləndirilən şəxs inşa edilən yaşayış kompleksinin 9 nömrəli binasında qəlib aparmış və qeyd olunan müddət ərzində işləyə-işləyə artıq 12-ci mərtəbəyə qədər qalxmışdır. Fəhlə və qəlibçilərə təhlükəsizlik texnikası üzrə təlim keçirilməsi subpodrat müqaviləsi əsasında bir vəzifə olaraq Təqsirləndirilən şəxs üzərinə düşmüşdür. Bağlanmış supbodrat müqaviləsinə əsasən işlərin təhlükəsizlik qaydalarına uyğun aparılmasını və işçilərin təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə birbaşa olaraq Təqsirləndirilən şəxs cavabdehlik daşımışdır. “X5 Company” MMC isə yalnız işlər bitdikdən sonra işlərin keyfiyyətini yoxlamış və işləri qəbul etmişdir. İttiham aktının siyahısında şahid qisimində göstərilmiş Şahid5 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, M.Hüseynovun və Şahid3 göstərdiklərini ifadəsində eyni ilə təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, 19.02.2021-ci il tarixdə o, hər gün olduğu kimi işə gəlmiş, paltarlarını dəyişib öz işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün o, inşa edilən binanın 1-ci mərtəbəsində “xamut” deyilən bərkidici hissələri hazırlamışdır. Həmin gün onların briqadası artıq tikilimiş 11-ci mərtəbədə olan sütünların dəmirlərini və taxtalarını sökərək onları 12-ci mərtəbəyə apararaq orada qurub, 12-ci mərtəbədə dəmir, beton və qəlib işləri aparmağa başlamışlar. X2 göstərişi ilə 12-ci mərtəbədə işləmiş və orada qəlib işləri aparmışdır. Saat 13 radələrində nahar vaxtı ilə əlaqədar bir saatlıq işlər dayandırılmışdır. Bundan sonra işçilər özləri ilə gətirdikləri və ya dükanlardan aldıqları yeməkləri yeməyə başlamışlar, saat 14:30 radələrində işçilər bir-bir yuxarı mərtəbəyə qalxmağa başlamış, bu zaman tikinti meydançasında səs-küy eşitmiş və dərhal ora qaçıb baxdıqda Qamət Ağayevin nahardan sonra işləmək üçün binanın 12-ci mərtəbəsinə qalxdıqda oradan yıxıldığını bilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan olunarkən aydın oldu ki, o, iş üzrə digər Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dedikləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun böyük müstəntiqi X38 19.02.2021-cu il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində qəlibçi işləyən X10 yıxılaraq ölməsi barədə Nərimanov RPİ-nin 17-ci PB-dən məlumat aldıqdan sonra hadisə yerinə getmiş və Nərimanov RPİ-nin Kriminalistik-Tədqiqatlar Qrupunun inspektor-kriminalisti, polis kapitanı X24, Azərbaycan Respublikası Ədliyyə Nazirilyinin Məhkəmə Ekspertizası Mərkəzənin eksperti X3, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Nərimanov rayon söbəsinin eksperti X18, “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahə rəisi Şahid3, habelə hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Baxış zamanı müəyyən edildi ki, hadisə yeri, ünvan 2 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən yaşayış kompleksidir. İnşa edilən yaşayış kompleksinin həyəti hər tərəfdən hasarla bağlanmışdır. Yaşayış kompleksi 4 yaşayış binasından və dörd qeyri-yaşayış binasından ibarətdir. Baxışda iştirak edən “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi işləyən Şahid3 bildirdiyinə görə, "xxxx" MMC tərəfindən qeyd olunan ünvanda 5 hündürmərtəbəli yaşayış binası, onların arasında isə dörd iki mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Bununla əlaqədar ‘‘X5 Company” MMC ilə "xxxx" MMC arasında 16.07.2018-ci il tarixdə bağlanmış podrat müqvailəsinə görə “X5 Company” MMC girişdən sağda olan birinci, say hesabı ilə 9 nömrəli binada dəmir, qəlib və beton işləri aparılmasını üzərinə götürmüşdür. İşlərin çoxluğu ilə əlaqədar 20.06.2019-cu il tarixdə “X5 Company” MMC ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında bağlanmış subpodrat müqaviləsinə əsasən dəmir, qəlib və beton işlərinin aparılması Təqsirləndirilən şəxs həvalə edilmişdir. 19.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi briqada inşa edilən binanın artıq tikilimiş 11-ci mərtəbəsində olan sütünların dəmirlərini və taxtalarını sökərək tikilən 12-ci mərtəbəyə apararaq orada həmin taxta və dəmirləri qurub 12-ci mərtəbədə dəmir, beton və qəlib işləri aparmışlar. İşləri görən zaman Elgün Məmədovun işçisi qəlibçi X30 Məmmədovun göstərişi ilə 12-ci mərtəbədə işləmiş və orada qəlib işləri aparmışdır. Saat 13 radələrində nahar vaxtı ilə əlaqədar onlar bir saatlıq işləri dayandırmışlar. Bundan sonra işçilər özləri ilə gətirdikləri və ya dükanlardan aldıqları yeməkləri yeməyə başlamışlar, saat 14:30 radələrində nahar vaxtı bitən zaman Qamət Ağayev binanın qarşısında olan tikinti meydançasına inşa edilən binanın 12-ci mərtəbəsindən yıxılmışdır. Bundan sonra Valeh X1 yıxıldığı yeri göstərdi. Həmin yer inşa edilən 9 nömrəli binanın qarşısında tikinti meydançasıdır. Tikinti meydançasının müxtəlif yerlərində topa halında armatur taxta parçalarının yığıldığı müəyyən edildi. Meydançanın mərkəzə doğru hissəsində, binadan təxminən 6 metr aralı armaturların yanında kişi meyiti vardır, kişi meyitindən sağ tərəfdə binalarda işləmək üçün yük qaldırıcı kran quraşdırılmışdır. Baxışda iştirak edən Şahid3 bildirdiyinə görə, həmin kişi meyiti Qamət Ağayevin meyitidir. Baxış zamanı meyitin əynində və üstündə, eləcə də meyitin yerləşdiyi yerin ətrafında qoruyucu kəmər və dəbilgə aşkar edilmədi. Meyitin əynindi bir ədəd sarı-yaşımtıl rəngli jilet, bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli şalvar, bir ədəd göy rəngli alt şalvarı, bir ədəd mavi rəngli tuman, bir cüt qara rəngli botinka və bir cüt qara rəngli corab vardır. Meyitin boyunun uzunluğu 176 sm-dir, düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin bədən səthi solğundur, əllədikdə soyuqdur. Meyit qacıması bütün qrup əzələlərində zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşməklə, solğun çəhrayımtıl rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 40-50 saniyəyə öz əvvəlki rəngi bərpa olunur. Başın tükləri qara rəngdə olub, uzunluqları 3-4 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər dairəvi formada olub, bir-birinə bərabərdirlər, diametrləri 0,5 sm-dir. Burun və xarici qulaq keçəcəkləri sərbəstdir, qanlı ifrazat xaric olunur. Burun və üz skelet sümüklərini əllə yoxladıqda deformasiyalıdır. Ağzı yarımaçıqdır, görünən dişləri təbiidir, tamdır. Boynu bədənə müvafiq olub, hərəkətlidir. Döş qəfəsi silindrik formalı olub, deformasiyalıdır, əllədikdə hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları qeyd edilir. Qarnı döş səviyyəsindən bir qədər hündürdə yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib, zədə və xəstəlik əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır, ətraf dərisi təmiz və dəyişiksizdir. Meyitin xarici müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: başın alın nahiyəsinin sol yarısından sol göz yuvasına qədər davam edən boylama istiqamətli 5,5x2 sm ölçüdə mənfəzində sınmış sümük fraqmentləri və beyin toxuması görünən kənarları nahamar əzilmiş yara, sağ saidin aşağı 1/3-də açıq, qəlpəli sınığı, sınıq ətrafında ön səthində 5x2 sm ölçüdə əzilmiş-cırılmış yara vardır. Bu yaradan sınmış sümük ucları çölə çıxmışdır. Sağ əlin 2-3-cü barmaqlarında dırnaq falanqası səviyyəsində, 4-5-ci barmaqların isə əl darağı səviyyəsində tam travmatik amputasiyası izlənilir. Alın nahiyəsinin sağ və sol yarısında, sağ və sol almacıq nahiyəsində, alt çənə cismində çoxsaylı müxtəlif istiqamətli və formalı səthi qurumuş, ətrafı qızarmış çoxsaylı qırmızımtıl rəngli sıyrılmış yaralar, sağ budun orta 1/3-də sağ aşıq-baldır oynağına qədər davam edən fasiləli anoloji sıyrılmış yara. Meyitin xarici müayinəsi zamanı bədən səthində başqa xəsarətlər aşkar edilmədi. Bundan sonra meyit daxili müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Nərimanov rayon şöbəsinə göndərildi. Bundan sonra baxış iştirakçıları Şahid3 müşahidəsi ilə Qamət Ağayevin işlədiyi inşa edilən 9 saylı binanın 12-ci mərtəbəsinə qalxdılar. Həmin mərtəbədə beton döşəmə üzərində qəliblərin quraşdırılması üçün nəzərdə tutulmuş müxtəlif ölçülü taxta və dikt təbəqələrinin olduğu, onların bəzilərinin beton sütunların hazırlanması üçün yuxarıya doğru çəkilmiş armatur karkaslarının ətrafına bərkidildiyi müşahidə edilmişdir. Mərtəbənin hər yerində tikintidə istifadə edilən müxtəlif tikinti alətləri vardır. Mərtəbədə müxtəlif hissələrdə ayrı-ayrı diametrli sütunların quraşdırılması məqsədi ilə dəmir, taxma və qəlib işləri aparılır. Mərtəbənin kənarları açıqdır, heç bir mühafizə çəpəri quraşdırılmamışdır. Bəzi yerlərdə mərtəbənin kənarlarında taxta qəlibləri bərkidilmişdir. Tikinti meydançasına tərəf baxan mərtəbənin kənarında da belə bir kəndir çəkilmişdir. Kəndir döşəmədən təxminən 50-70 sm hündürlükdə çəkilmiş haldadır. Mərtəbənin kənarlarında çölə doğru dəmir torlu çıxıntılar vardır. Həmin torlar döşəməyə bərkidilmiş taxta atmaların üzərinə qoyulmuşlar, lakin həm torlar mərtəbənin kənarlarına bütövlüklə bağlanmır, bəzi yerlərdə kənarları tam açıqdır. Tikinti meydançasında X10 meyitinin aşkar edilmiş yer ilə bir proyeksiyada yerləşən 12-ci mərətəbənin kənarları tam açıq olduğu, dəmir torlu örtüyünün qoyulmadığı aşkar edilmiş və həmin yerin eyvanların çıxıntı yerinə yaxın olduğu müəyyən edilmişdir. Baxış zamanı inşa edilən mərtəbədə işçilər tərəfindən qoruyucu kəmərlərin birləşdirilməsi üçün müvafiq yerlərin olması, eləcə də Qamət Ağayevə məxsus qoruyucu kəmərin olması aşkar edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər heç bir sübut aşkar edilib götürülmədi. Baxış kifayət qədər təbii işıqlandırma şəraitində, soyuq və quru hava şəraitində həyata keçirildi. Baxış zamanı “SONY” markalı fotoaparatdan istifadə olunmaqla fotoşəkillər çəkildi. Bununla da, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkəti başa çatdı. Baxış keçirilməsi haqqında istintaq hərəkəti bitdikdən sonra istintaq hərəkətinin iştirakçıları Nərimanov rayon prokurorluğunun inzibati binasına qayıtdılar və baxış keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edildi; Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən Təqsirləndirilən şəxs ilə qəlibçi kimi işə götürülmüş X22 arasında bağlanmış 04 fevral 2020-ci il tarixl müddətli əmək müqaviləsi 04 fevral 2020-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X21 publik hüquqi şəxsin 17.03.2021-ci il tarixli, 21 nömrəli rəyindən (meyitin ekspertizası) görünür ki, X10 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər ağır dərəcəli travmatik şokla müşayiət olunan kəllə tağı və əsası sümüklərinin sınıqları, baş beynin yumşaq qişalarına, beyin toxumasına, yan mədəciklərə qansızma, hemopnevmotoraksla müşayiət olunan hər iki ağciyərlərin travmatik cırılmaları, hər iki tərəfdən qabırğaların çoxsaylı sınıqları, boyun fəqərələrində 2-3-cü fəqərə cismlərinin və çıxıntılarının, qapalı, yerdəyişən sınıqları, başın alın nahiyəsinin əzılmiş-cırılmış yarası, alın nahiyəsinin, sağ və sol almacığın, alt çənə cisminin, sağ bud və baldırın sıyrılmış yaraları, sağ saidin, sağ milbilək oynağının əzilmiş-çırılmış yaraları, sağ əlin 2-3-4-cü barmaqlarının travmatik amputasiyaları, həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma (o cümlədən hündürmərtəbəli binanın 12-ci mərtəbəsində tikinti meydançasından) nəticəsində əmələ gələ bilərdi, qərarda qeyd olunan 19.02.2021-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə, ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümünün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. Q.A.Ağayevin ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində baş vermiş travmatik şok olmuşdur. Q.A.Ağayevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 16 iyun 2017-ci il tarixli lisenziyadan görünür ki, “X5 Company” MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin uçotu haqqında 31.07.2019-cu il tarixli şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs (VOEN:**********) sahibkar kimi “bir pəncərə” prinsipi ilə qeydə alınmışdır; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti Kommersiya hüquqi şəxslərinin Dövlət Qeydiyyat İdarəsi tərəfindən 18 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmış nizamnamədən görünür ki, “X5 Company” MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazə (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər; "xxxx" MMC (sifarişçi) ilə “X5 Company” MMC (podratçı) arasında bağlanmış 16 iyul 2018-ci il tarixli müqavilədən görünür ki, podratçı tərəfindən sifarişçinin sifarişi bu müqavilədə və layihə sənədlərində göstərilən şərtlər əsasında yerinə yetirilən işlərin qiyməti qiymət razılaşma protokolu ilə müəyyən edilir; “X5 Company” MMC (sifarişçi) ilə Təqsirləndirilən şəxs (icraçı) arasında bağlanmış 20 iyun 2019-cu il tarixli işlərin görülməsi haqqında müqavilədən görünür ki, icraçı ünvan 3 ünvanında tikilən yaşayış binasında beton və qəlib işlərinin bir qisminin icrasını (görülməsini) öz öhdəsinə götürür (sifarişçinin tapşırığı əsasında); Bakı şəhər Nərimanov Rayon İcra hakimiyyəti Başçısının 06 mart 2018-ci il tarixli “Çoxmərtəbəli yaşayış binalarının lahiyələndirilməsi haqqında” sərəncamından görünür ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 22 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 1,422 ha torpaq sahəsi "xxxx" MMCnin daimi istifadəsinə verilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X21 publik hüquqi şəxsin 16.04.2021-cu il tarixli, 210/2021-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, X10 ABO sistemi üzrə qan qrupu - Oalfabeta(İ). Ekspertizaya təqdim olunmuş X14 məxsus gödəkçə, şalvar, alt şalvar və “uniform” jilet üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigen alındı. Bu qan ləkələri Oalfabeta(İ) qruplu şəxsə, o cümlədən X14 məxsus ola bilər. Tədqiq olunan X14 məxsus trusik, 01 cüt corab və 01 cüt botinka üzərində qana şübhəli ləkələr aşkar olunmadı; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X21 publik hüquqi şəxsin 08.04.2021-cu il tarixli, 185/2021-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum X14 məxsus gödəkçənin bütün səthi boyu, cins şalvarın sağ ayağının ön səthində iki ədəd, cins şalvarın sol ayağının yan hissəsində bır ədəd, cins şalvarın arxa sağ cibin yan hissəsində bir ədəd, cins şalvarın ön orta nahiyəsində tikilmiş zəncirbəndin sol yan kənarı üzərində bir ədəd, alt şalvarın sağ ayağının ön səthində iki ədəd, tumanın ön orta nahiyəsində bir ədəd, jiletin ön sağ yaxalığında bir ədəd aşkar edilmiş çox saylı cırılma zədələri qeyd olunan paltarların hər hansı bir səthə ilişib cırılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X14 məxsus botinka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətinin 10 mart 2021-ci il tarixli, **********8 nömrəli əmri ilə yaradılmış komissiyanın bədbəxt hadisəyə dair təhqiqat aktından görünür ki, bədbəxt hadisənin səbəbi fiziki şəxs (VÖEN **********) Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş 07.01.2020-ci il tarixli “Qəlibçinin texniki təhlükəsizlik qaydaları haqqında təlimatın ümumi hissəsinin 5-ci abzasının (Hündürlükdə işlər zamanı qəlibçilər mühafizə kəmərlərindən istifadə etməlidirlər) tələblərinə riayət edilməməsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 24.10.2016-cı il tarixli, 20/01-005 nömrəli qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3-cü (Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi) hissəsinin 3.5.1-ci bəndinin (işəgötürən hündürlükdə yerinə yetirilən işlərin təhlükəsizliyinin təmin etmək üçün mühafizə vəsaitlərinin düzgün seçilməsi və istifadə edilməsini təşkil etməlidir) tələblərinə əməl edilməməsi olmuşdur. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiya rəyinə görə bədbəxt hadisəsinin baş verməsində fiziki şəxs Təqsirləndirilən şəxs cavabehliyi müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1337 nömrəli, 26 aprel 2021-ci il tarixli əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanda tikilən yaşayış kompleksinin 9 saylı binasının 12-ci mərtəbəsində qəlib işlərinin təhlükəsiz görülməsi üçün, həmin mərtəbənin kənarları tam şəkildə çəpərlənmədiyinə, çəpərlənmək mümkün olmayan yerlərdə isə təhlükəsizlik kəmərdən istifadə edilməsi təmin edilmədiyinə görə, qəlib işlərinə cəlb edilmiş işçilərin (konkret olaraq X22) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırma keçirilmədiyinə görə, İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.19, 1.20 və 2.26-ci bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.4, 3.1 və 5.2-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-79 DÜST-nin 1.1, 2.5, və 3.10-cu bəndlərinin tələbləri pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, ünvan 1 ünvanda tikilən yaşayış kompleksinin 9 saylı binasının 12-ci mərtəbəsində qəlib işlərin təhlükəsiz görülməsi üçün, həmin mərtəbənin kənarları tam şəkildə çəpərlənmədiyinə, çəpərlənmək mümkün olmayan yerlərdə isə təhlükəsizlik kəmərdən istifadə edilməsi təmin edilmədiyinə görə, qəlib işlərinə cəlb edilmiş işçilərin (konkret olaraq X22) əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırma keçirilmədiyinə görə, İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.19, 1.20 və 2.26-ci bəndlərinin. “Hündürlükdə iş zaman texniki təhlükəsizlik qaydaları”nın 2.4, 3.1 və 5.2-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-79 DÜST- nin 1.1, 2.5, və 3.10cu bəndlərinin tələbləri “İşlərin görülməsi haqqında müqavilə”yə əsasən yaşayış kompleksində dəmir, beton və qəlib işlərinin görülməsini öz üzərinə götürmüş, fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini, yəni X22 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim, təlimatlandırmaları və biliklərinin yoxlanılmasının keçirilmədiyini nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxs X22 tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manatdır; “Sübutların qiymətləndirilməsi haqqında” 16 may 2021-ci tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs, X9, X15, Təqsirləndirilən şəxs, X25, Şahid6, Şahid1, Şahid3, Şahid4 və Şahid2 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibb ekspertizasının 17.03.2021-ci il tarixli 21 saylı rəyi, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 26.04.2021-ci il tarixli 10/1337 nömrəli rəyi, məhkəmə-kriminalistik ekspertizasının 08.04.2021-ci il tarixli 185/2021-MTKŞ saylı rəyi, məhkəmə-bioloji ekspertizasının 16.04.2021-ci il tarixli 210/2021-MTBŞ saylı rəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X36 Xidmətindən 05.05.2021-ci il tarixli **********9 nömrəli məktubla daxil olmuş təhqiqat materialları, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə “X5 Sompany” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 16.07.2018-ci il tarixli 02/07 nömrəli podrat müqaviləsi, “X5 Company” Məhdud Məsuliyyətli Cəmiyyətlə Təqsirləndirilən şəxs arasında bağlanmış 20.06.2019-cu il tarixli 023 nömrəli işlərin görülməsi haqqında subpodrat müqaviləsi iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qəbul olunmuşdur. İş üzrə X14 məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd alt şalvarı, bir ədəd “uniform” jilet, bir ədəd alt paltarı, bir cüt corab və bir cüt çəkmə iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmış və Nərimanov rayon prokurorluğunda saxlanılmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəməyə təqdim edilmiş X32, Zərərçəkmiş şəxs, X8, X9 notariat qaydasında təsdiq edilmiş 16 avqust 2021-ci il tarixli ərizələrindən görünür ki, istintaqa verdikləri ifadəni təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş bütün maddi tələbləri ödənilib. “X5 Company” MMC-dən və rəhbərindən, tələb və şikayətləri yoxdur. Məhkəmə baxışını iştirakları olmadan keçirilməsini xahiş edir, istintaqa verdikləri ərizələri, barışıq sazişini və ifadələrini nəzərə almağı və Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir; Notariat qaydasında təsdiq edilmiş 16 avqust 2021-ci il tarixli barışıq sazişindən görünür ki, bir tərəfdən “X5 Company” MMC-nin (VÖEN: **********) adından etibarnamə üzrə nümayəndə qismində cəmiyyətin kadrlar üzrə mütəxəssisi X33, Təqsirləndirilən şəxs, digər tərəfdən tikintidə baş vermiş bədbəxt hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxs X10 həyat yoldaşı X23, anası X32, qardaşı Zərərçəkmiş şəxs və bacısı X11 “X5 Company” MMC-nin xeyriyyəçilik məqsədi və maliyyə dəstəyi, eləcə də subpodratçı X12 maddi köməkliyi və iş qüvvəsi cəlb edilməklə zərərçəkmişin ailəsinə etdikləri köməkliyi nəzərə alaraq aşağıdakı şərtlərlə barışıq sazişini bağlamışlar: - Zərərçəkmişin hüquqi varislər təsdiq edirlər ki, tikintidə baş vermiş bədbəxt hadisə nəticəsində zərərçəkmiş X10 ölümü ilə bağlı ailəsinin maddi problemlərini həll etmək üçün ölmüş zərərçəkmiş şəxs X10 həyat yoldaşı X23, övladları - oğlu X26 və qızı - X19, eləcə də digər yaxın ailə üzvlərinin yaşaması üçün Ucar rayonu Qazyan kəndində ata baba həyətində ümumi dəyəri 37024 (otuz yeddi min iyirmi dörd) manat olan, o cümlədən işçilik xərci 13 136 (on üç min yüz otuz altı) manat X27 tərəfindən çəkilməklə və materialnəqliyyat və digər xərclər 23 888 (iyirmi üç min səkkiz yüz səksən səkkiz) manat, 1 mərtəbəli, holl ilə birlikdə 5 otaqdan 115 kv metrdən ibarət yaşayış evi, eləcə də kanalizasiya məqsədilə ayrıca boru xətti və müvafiq quyu çəkilməklə (“X5 Company” MMC tərəfindən çəkilməklə) ölmüş zərərçəkmiş şəxs X10 həyat yoldaşı X23, övladları X26 və X28 təhvil verilmişdir; - Bundan başqa zərərçəkmişin hüquqi varisləri təsdiq edir ki, rəhbər, şirkət və subpodratçı ölmüş zərərçəkmiş şəxs X10 həmçinin yas mərasimlərində və başdaşı qoyulmasında, kifayət qədər qonaqların qarşılanması və yola salınması, zərərçəkmişin ailəsinə maddi ziyan dəymədən maddi dəstək və yardım etmişlər; - Bunun müqabilində zərərçəkmişin hüquqi varisləri təsdiq edir ki, “X5 Company” MMC-dən və onun məsul şəxslərindən, o cümlədən baş direktor Şahid1 və hazırda barəsində cinayət işi üzrə məhkəmə istintaqı gedən subpodratçı X6 heç bir iddia, tələb və şikayətləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varislərinin bütün tələbləri qarşılıqlı razılıq ilə ödənmiş və əlavə tələb yoxdur; - Bu Saziş tərəflər arasında bütün mübahisəli məsələləri həll edir və Nərimanov Rayon Məhkəməsində, eləcə də bütün müvafiq orqanlarda zərərçəkmiş şəxsin hüquqi varislərinin şikayətinin, tələblərinin, iddialarının və mülki iddiasının olmamasını təsdiq edir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi izahatını və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CMin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, CM-in 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 222-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti tikinti, mədən işlərinin və sair işlərin aparılması zamanı ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı olan münasibətlərdir, əlavə obyektini insanların həyat və sağlamlığı, ayrı-ayrı hallarda isə mülkiyyət münasibətləri təşkil edir. Göstərilən cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmasında ifadə olunan əməllə törədilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsinə əsasən tikinti fəaliyyəti - tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması o halda cinayət məsuliyyətinə səbəb olur ki, həmin təhlükəsizlik qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış olsun. CM-in 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükənin yaranması və bunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasında ifadə olunur. Belə ki, şəxsin əməlinin CM-in 222.3-cü maddəsi ilə tövsif edilməsi üçün təhlükəsizlik qaydalarının pozulması ilə yanaşı, həmin pozuntunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsindən ibarət olan nəticə olmalıdır. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinin təhlilindən görünür ki, şəxsin CM-in 222.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun törətdiyi əməldə aşağıdakı tərkib əlamətləri olmalıdır: - tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması; - həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsi; - həmin pozuntunun bu qaydalara riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən törədilməsi. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanda tikilən yaşayış kompleksinin 9 saylı binasının 12-ci mərtəbəsində qəlib işlərinin təhlükəsiz görülməsi üçün, həmin mərtəbənin kənarları tam şəkildə çəpərlənməmiş, çəpərlənmək mümkün olmayan yerlərdə isə təhlükəsizlik kəmərindən istifadə edilməsi təmin edilməmişdir. Həmçinin qəlib işlərinə cəlb edilmiş işçilər ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırma keçirilməmişdir. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 26 aprel 2021-ci il tarixli rəyinə əsasən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırma keçirilmədiyinə görə, İİİ-4-80 saylı “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 1.19, 1.20 və 2.26-ci bəndlərinin. “Hündürlükdə iş zaman texniki təhlükəsizlik qaydaları’nın 2.4, 3.1 və 5.2-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-79 DÜST-nin 1.1, 2.5, və 3.10-cu bəndlərinin tələbləri “İşlərin görülməsi haqqında müqavilə”yə əsasən yaşayış kompleksində dəmir, beton və qəlib işlərinin görülməsini öz üzərinə götürmüş fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən X22 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların və bilik səviyyəsinin yoxlanılmasının keçirilməsi həyata keçirilməmiş, həmçinin ünvan 1 ünvanda tikilən yaşayış kompleksinin 9 saylı binasının 12ci mərtəbəsində qəlib işlərinin təhlükəsiz görülməsi üçün lazımi tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müəssisənin müdiriyyəti, mülkiyyətçi, yaxud onun səlahiyyət verdiyi idarəetmə orqanı müəssisədə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi; rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi; hər bir iş yerində sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi; işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği; kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi və s. vəzifələrin icrasını təmin edirlər. Qeyd edilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qismən etiraf etməsi, mərhum X10 öz ehtiyatsızlığından yıxılaraq xəsarət alıb ölməsi barədə ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Onun bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs müqavilə əsasında qəlib, beton və dəmir işlərinin aparılmasına rəhbərlik edən zaman üzərinə düşən vəzifələri qabaqcadan icra etməyərək kifayət qədər vaxtı və imkanı olmasına baxmayaraq texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarını pozması nəticəsində aparılan tikinti işlərini düzgün təşkil etməmiş, tabeliyində olan işçilərə hündürlükdə işlərin görülməsi üsulları və metodları üzrə təlim və təlimatlar, eləcə də biliklərin yoxlanılmasını keçirməyərək onları sərbəst işə buraxmış, tikilən yaşayış kompleksinin 9 saylı binasının 12-ci mərtəbəsində qəlib işlərinin təhlükəsiz görülməsi üçün həmin mərtəbənin kənarlarının tam şəkildə çəpərlənməsini, çəpərlənməsi mümkün olmayan yerlərdə isə təhlükəsizlik kəmərindən istifadə edilməsini təmin etməmiş, işləri düzgün təşkil etməmiş və məhz bu səbəbdən Qamət Ağayev 19.02.2021-ci il tarixdə qəlibçi kimi işləyən zaman inşa edilən 9 saylı binanın 12-ci mərtəbəsindən tikinti meydançasına yıxılaraq xəsarət alıb ölmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - iş yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan “X5 Company” MMC tərəfindən verilmiş 17.05.2021-ci il tarixli xasiyyətnamə); - himayəsində 26.03.2014-cü il təvəllüdlü X29, 01.11.2008-ci il təvəllüdlü X20 və 04.08.2007-ci il təvəllüdlü X16 adlı üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını (əsas: iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətləri); - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, ona dəymiş ziyanı ödəməsi və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə sübut - Nərimanov rayon prokurorluğunda saxlanılan X14 məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd alt şalvarı, bir ədəd “uniform” jilet, bir ədəd alt paltarı, bir cüt corab və bir cüt çəkmə məhv edilməli, iş üzrə məhkəmə məsrəfi olan 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın təyin edilərək onun müəyyən müddətə tikinti işlərinin aparılmasında rəhbər vəzifə tutma hüququndan məhrum edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə tikinti işlərinin aparılmasında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut - Nərimanov rayon prokurorluğunda saxlanılan X14 məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd alt şalvarı, bir ədəd “uniform” jilet, bir ədəd alt paltarı, bir cüt corab və bir cüt çəkmə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X7, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab Z34CTRE********************). Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar