Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-278/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 Saylı Vəkil Bürosunun Vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxil edilən 0,368 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qaçağan edilən narkotik vasitələr” in İ siyahısına daxil edilən 0,650 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 dekabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 0,368 qram psixotrop maddə metamfetamin bir ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,365 qram və 0,285 qram olmaqla ümumi təmiz çəkisi 0,650 qram narkotik vasitə heroin iki ədəd bükümdə olmaqla əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd metal qabda aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metamfetamin, hərdənbir isə narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə etmişdir. O, psixotrop maddəni və narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən əldə etmişdir. Tutulmamışdan təxminən 2-3 ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Səttar” adlı şəxslə tanış olmuşdur. Səttar onun narkotik istifadəçisi olduğunu biləndən sonra onun “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə şəklini göndərdiyi kart hesabına pul köçürüb sonradan ona göndərilən narkotik maddələrin gizlədildiyi yerin şəkli əsasında o, narkotik vasitəni və psixotrop maddəni götürüb istifadə etmiş, eyni zamanda tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə tutulmamışdan təxminən 2-3 gün əvvəl Səttarla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona 2,5 qram narkotik vasitə heroin və 01 qram psixotrop maddə metamfetamin sifariş etməklə Səttarın bank hesabına 80 manat pul köçürmüşdür. Həmin gün günorta vaxtı Səttarın bildirdiyi ünvana, yəni Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “Sahil” stansiyasının yaxınlığında zibil qabının altından gizlədildiyi yerdən qeyd edilən maddələri gedib götürüb, az hissəsini tanımadığı şəxslərə satmışdır. Qalan narkotik vasitə olan heroini iki bükümdə və psixotrop maddə olan metamfetamini bir bükümdə olmaqla özünəməxsus dördkünc formalı, kiçik ölçülü qabın içinə qoyub üzərində gəzdirməyə başlamışdır. 21 dekabr 2021-ci il tarixdə, saat 16:30 radələrində tanışı Şahid5 ilə birlikdə ünvan 5 ünvanının yaxınlığında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, onları İdarəyə dəvət etmişlər. Onlar buna etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə polis idarəsinə gəlmişlər. Polis idarəsində onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi içərisində psixotrop madə və narkotik vasitə olan 01 ədəd dörd künc formalı metal qabı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid5 üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid5 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, üzərində olan 1 manat 20 qəpik pulu və “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid5 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun iştirakı ilə idarə etdiyi və Baş İdarənin həyətində saxlanılmış “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunsuz maddələr, əşyalar və predmetlər aşkar edilməmişdir. Sonda əməlindən peşman olmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Səlahəddin oğlu ifadəsində bildirmişdir ki, 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə, saat 16:30-da ünvan 5 ünvanının yaxınlığında yanında olan tanışı Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərlərində şəxsi axtarış və baxış aparılmasına yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, 10-GY- 856 qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına, Şahid5 üzərinə isə baxış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibində “kola” adı ilə tanıdığı narkotik vasitə və “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd dörd künc formalı metal qabı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd dörd künc formalı metal qabın içində 02 ədəd sellofan bükümdə “kola” adı ilə tanıdığı narkotik vasitə və 01 ədəd sellofan bükümdə isə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metal qab açıldıqda qabın içərisindən 03 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda iki ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələri anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Səttar” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 2-3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, təxminən 2-3 gün əvvəl həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona 2,5 qramı narkotik vasitə heroin və 1 qram psixotrop maddə metamfetamin sifariş verdiyini, həmin günü günorta vaxtı “Səttar” adlı şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “Sahil” stansiyasının yaxınlığında zibil qabının altından gizlədildiyi yerdən gedib götürdüyünü, aldığı narkotik vasitənin və psixotrop maddənin müqabilində isə “Səttar” adlı şəxsin verdiyi bank hesabına 80 manat pul köçürdüyünü, aldığı narkotik vasitə heroinin bir hissəsini başqa şəxslərə satdığını, narkotik vasitə heroinin qalan hissəsini satmaq məqsədi ilə və psixotrop maddə metamfetamini isə özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığım bildirmişdir. Təqsirləndirilən şəxs indiyə kimi “Səttar” adlı şəxsdən 2-3 dəfə narkotik vasitələr və psixotrop maddələr aldığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd avtomobil açarı və 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və içərisindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmiş 01 ədəd dörd künc formalı metal qab iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid5 üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərində qanunla qadağan edilən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid5 Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə onun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildə iş üzrə əhəmiyyət kəsb edəcək əşya və maddələr aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinin nəticələri də eyni zamanda rəsmiləşdirilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da digər Şahid1 Səlahəddin oğlunun verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və dostluq münasibətləri vardır. 21 dekabr 2021-ci il tarixdə, saat 16:30 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kola” adı ilə tanıdığı narkotik vasitə və “patı” adı ilə tanıdığı psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və onun üzərinə isə baxış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “kola” adı ilə tanıdığı narkotik vasitə və “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan boz rəngli idman şalvarının sol yan cibindəki 01 ədəd dörd künc formalı metal qabı, şalvarının sağ yan cibində olan 5 manat pulu, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan 01 ədəd "Samsung” markalı mobil telefonu və gödəkçəsinin sol yan cibində olan 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Orxan təqdim etdiyi 01 ədəd dörd künc formalı metal qabın içində 02 ədəd sellofan bükümdə “kola” adı ilə tanıdığı narkotik vasitə və 01 ədəd sellofan bükümdə isə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyim metal qab açıldıqda qabın içərisindən 03 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 02 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bükümün içərisindən isə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı "Səttar" adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 2-3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə arasında münasibət yarandığını, təxminən 2-3 gün əvvəl həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb 2,5 qramı narkotik vasitə heroin və 1 qram psixotrop maddə metamfetamin sifariş verdiyini, həmin günü günorta vaxtı “Səttar” adlı şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “Sahil” stansiyasının yaxınlığında zibil qabının altından gizlədildiyi yerdən gedib götürdüyünü, aldığı narkotik vasitənin və psixotrop maddənin müqabilində isə “Səttar” adlı şəxsin verdiyi bank hesabına 80 manat pul köçürdüyünü, aldığı narkotik vasitə heroinin bir hissəsini başqa şəxslərə satdığını, narkotik vasitə heroinin qalan hissəsini satmaq məqsədi ilə və psixotrop maddə metamfetamini isə özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Orxan indiyə kimi “Səttar" adlı şəxsdən 2-3 dəfə narkotik vasitələr və psixotrop maddələr aldığımı qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə mctamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd avtomobil açarı və 5 manat pul Orxanın özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və içərisindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmiş 01 ədəd dörd künc formalı metal qab polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, üzərində olan 1 manat 20 qəpik pulu və “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxsla aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığım, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatımın olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş pul və mobil telefon onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Belə ki, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilli Şahid4 bildirmişdir ki, 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə, saat 16:30da ünvan 5 ünvanının yaxınlığında yanında olan tanışı Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərlərində şəxsi axtarış və baxış aparılmasına yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 dekabr 2021-ci il tarixli qərara əsasən həmin günü saat 18:13-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına, Şahid5 üzərinə isə baxış keçirilməsinə başlanmışdır. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o vəkilə təmin edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtanş və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibində “kola” adı ilə tanıdığı narkotik vasitə və “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd dörd künc formalı metal qabı, şalvarının sağ yan cibində olan 5 manat pulu, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və gödəkçəsinın sol yan cibində olan 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd dörd künc formalı metal qabın içində 02 ədəd sellofan bükümdə “kola” adı ilə tanıdığı narkotik vasitə və 01 ədəd sellofan bükümdə isə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metal qab açıldıqda qabın içərisindən 03 ədəd sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda iki ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələri anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Səttar” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 2-3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, təxminən 2-3 gün əvvəl həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona 2,5 qramı narkotik vasitə heroin və 1 qram psixotrop maddə metamfetamin sifariş verdiyini, həmin günü günorta vaxtı “Səttar” adlı şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “Sahil” stansiyasının yaxınlığında zibil qabının altından gizlədildiyi yerdən gedib götürdüyünü, aldığı narkotik vasitənin və psixotrop maddənin müqabilində isə “Səttar” adlı şəxsin verdiyi bank hesabına 80 manat pul köçürdüyünü, aldığı narkotik vasitə heroinin bir hissəsini başqa şəxslərə satdığını, narkotik vasitə heroinin qalan hissəsini satmaq məqsədi ilə və psixotrop maddə metamfetamini isə özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığım bildirmişdir. Təqsirləndirilən şəxs indiyə kimi “Səttar” adlı şəxsdən 2-3 dəfə narkotik vasitələr və psixotrop maddələr aldığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd avtomobil açarı və 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və içərisindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmiş 01 ədəd dörd künc formalı metal qab iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid5 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid5 baxışın videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş. Şahid5 buna etiraz etmədiyini bildirdikdən sonra sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan gödəkçəsinin sağ yan cibində olan “İphone” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 2 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid5 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid5 Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq münasibətləri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 1 manat 20 qəpik pul və “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid5 özünə qaytarılmışdır. Şəxsi axtarış və baxış keçirilməsinin nəticələri rəsmiləşdirildikdən və tərtib edilmiş protokol imzalandıqdan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildə iş üzrə əhəmiuyyət kəsb edəcək əşya və maddələr aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinin nəticələri də eyni zamanda rəsmiləşdirilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması barədə” 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibində “kola” adı ilə tanıdığı narkotik vasitə və “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan boz rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd dörd künc formalı metal qabı, şalvarının sağ yan cibində olan 5 manat pulu, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və gödəkçəsinin sol yan cibində olan 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd dörd künc formalı metal qabın içində 02 ədəd sellofan bükümdə “kola” adı ilə tanıdığı narkotik vasitə və 01 ədəd sellofan bükümdə isə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirdi. Orxan Hacıyevin təqdim etdiyi metal qab açıldıqda qabın içərisindən 03 ədəd sellofan büküm aşkar olundu. Aşkar olunmuş sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 02 ədəd sellofap bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələri anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Səttar” adlı şəxsdən aldığını, belə ki, həmin şəxslə təxminən 2-3 ay əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, təxminən 2-3 gün əvvəl həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona 2,5 qram narkotik vasitə heroin və 1 qram psixotrop maddə metamfetamin sifariş verdiyini, həmin günü günorta vaxtı “Səttar” adlı şəxsin bildirdiyi ünvana, yəni Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən metronun “Sahil” stansiyasının yaxınlığında zibil qabının altından gizlədildiyi yerdən gedib götürdüyünü, aldığı narkotik vasitənin və psixotrop maddənin müqabilində isə “Səttar” adlı şəxsin verdiyi bank hesabına 80 manat pul köçürdüyünü, aldığı narkotik vasitə heroinin bir hissəsini başqa şəxslərə satdığını, narkotik vasitə heroinin qalan hissəsini satmaq məqsədi ilə və psixotrop maddə metamfetamini isə özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildird Təqsirləndirilən şəxs indiyə kimi “Səttar” adlı şəxsdən 2-3 dəfə narkotik vasitələr və psixotrop maddələr aldığını qeyd etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2021-ci il tarixli, 6/5571 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,365qr., 0,285 qr., ümumi təmiz çəkisi 0,650 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,368 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetami təşkil edir; Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasını ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Ekpsertiza tədqiqatının dəyəri 81 manat 82 qəpik təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1326/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş 0,368 qram çəkisə psixotrop maddə metamfetamin, 0,650 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilmiş və tədqiqatdan sonra qalıq qalan bir ədəd kağız zərfdə qablaşdırılan 0,600 qram çəkidə narkotik vasitə heroin və 0,318 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markal mobil telefon aparatına baxış keçirilmiş, mobil telefonun “Whatsapp” proqramında ***-***-**-** saylı nömrədən naməlum şəxs “..Noldu qaqaş, Xeber çıxmadı sennen, olduyki lomkadan..”, “027” adı ilə qeyd edilmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs “..5lik alınar?”, “tema lazımdı”, “imkan varsa mənə köməklik elə vəziyyətim pisdi” kimi sms-lər göndərildiyi və Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə cavab olaraq “...Göreydə calisaram duzeldim, ... yandırram vurarsan..” və sair kimi özündə narkotik vasitələrin dövriyyəsini, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu sübut edən yazışmaların olduğu müəyyən edilmişdir. Həmçinin telefon cihazının şəkillər bölümündə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini özündə əks etdirən fotoşəkillərin olduğu müəyyən edilərək bəzilərinin surətləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***- **-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Telefon məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin satışını həyata keçirməsinə aid çoxlu sayda yazışmalar müəyyən edilmiş, onlardan yalnız bir neçə günün yazışmalarını baxış protokolunda qeyd etmək kifayət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs telefon nömrəsinə daxil olan SMS-lərin bəziıəri “...Qaqaş mənə deyirsən 07 tema var indi tərəziyə atmışam kloknan bir yerdə 4.6 tema var qaqaş sənin pulunu kəsməmişəm biz xəstə adamlarıq səhərdən axşama kimi soyuğun altında itzülümü çəkirik..”, “Orxan tel götürdü aqrida qalmiwam lomkadayam sen Allah əlaqə saxla…”, “...187 pt klok 2 eledi..8.7 de kola okus men indi bunnan ne dvijeniya eliyim quran haqqi ehtiyacim var qaqas bele olmadida..”, “... Yari yari olsun oku ozun bax temiz olsun basina donum...”, “..3 metiynen 05pt deyise bileriy?Verersende 10 manatdan istiyene nolar qaqam sene qurban olum nolar mene komey de agriyiram sene qurban olaram…”, “...10 luq daş 5 dik torpaq alinir..” və sair. Lakin baxış zamanı İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X8 Şəxsi Ambulator X2 28 fevral 2022-ci il tarixli, 1005 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefon cihazı hər hansı sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar - şəxsi axtarış və götürmə zamanı video görüntülərini özündə saxlayan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin və psixotrop maddənin qalıq çəkisi məhv edilməli (CPM-132), Cinayət işi üzrə maddi sübut DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 81,82 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 iş saatına görə 144 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitə olan 0,600 qram heroin və psixotrop maddə olan 0,318 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 iş saatına görə 144 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-278/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-278/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver