Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-279/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli yolla talamaq məqsədilə ilə xx xxxxxx 2017-ci il tarixdə saat 03 radələrində ünvan 1 saylı ünvanında yerləşən 5 mərtəbəli “Avropa qapıları satış mərkəzi'’ mağazasının arxa hissəsində olan plastik materialdan hazırlanmış giriş qapısını kilid hissəsini dəmir parçası ilə sıxıb açaraq həmin mağazaya qanunsuz daxil olub mağazanın 1-ci mərtəbəsində yerləşən otaqdakı mebel dəstinin aşağı hissəsindəki dolaba qoyulmuş qapısı açıq vəziyyətdə olan dəmir seyfin içərisindən Zərərçəkmiş şəxs məxsus 550 manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2017-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində olarkən “X5 mərkəzi” mağazası diqqətini cəlb etmiş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Həmin mağaza 5 mərtəbədən ibarət idi. O, əlində olan dəmir parçası ilə həmin mağazanın plastik materialdan olan qapısını açmış və içəri daxil olmuşdur. Dəhlizdən bir qədər irəlidə otağa daxil olmuş orada mebel dəstinin içərisində dəmir seyf görmüşdür. Həmin seyfi qapısı açıq vəziyyətdə mebel dəstinin içərisindən çıxarıb bir qədər otağın mərkəz hissəsinə çəkib orada içərisini axtarmağa başlamışdır. Orada sənədlər və 550 manat pul olmuşdur. O, həmin 550 manat pulu oradan götürmüş, daha sonra mağazanın 4-cü mərtəbəsinə qalxmışdır. Orada olan otaqların qapısını açmış içəridə qiymətli əşyanın olmadığını görüb mağazadan çıxmışdır. Oğurluq yolu ilə əldə etdiyi 550 manat pulu şəxsi ehtiyacları üçün istifadə etmişdir. Sonda zərərçəkmiş şəxsə ziyanı tam olaraq ödədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqına dəvət edilməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmiş, həmçinin məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş ziyanın tam olaraq ödənilməsini bildirmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, o, ünvan 2 saylı ünvanda yerləşən “X5 Mərkəzi” mağazasında 2010-cu ildən icraçı direktor vəzifəsində çalışır. 01 dekabr 20.7-ci il tarixdə “X5 Mərkəzi” mağazasında mühafizəçi kimi işləyən X6 ona zəng edərək bildirmişdir ki, mağazada oğurluq hadisəsi baş vermişdir. Daha sonra o da, mağazaya gəlib içəri daxil olarkən mağazanın plastik materialdan olan qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Dəhlizdən bir qədər irəlidə olan otağa daxil olmuş, orada mebel dəstinin içərisində olan dəmir seyfin çıxarılıb bir qədər otağın mərkəzi hissəsinə çəkili olmasını görmüşdür. Orada sənədlər və 550 manat pul olmuşdur. Həmin 550 manat pul oradan götürülmüşdü. Daha sonra mağazanın içərisini gəzmiş və mağazanın 4-cü mərtəbəsinə qalxmışdır. Orada olan otaqların qapısı açıq vəziyyətdə olmuşdur. Daha sonra DİN-in 102 xidmətinə zəng etmiş və Nərimanov RPİ-nin əməkdaşları hadisə yerinə gəlmişlər. Onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, seyfdə olan pullar onun şəxsi pulu olmuşdur. Hazırda ona dəymiş zərər ödənilmişdir. Bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılır. (i.v.1); Cinayət işinin icraatının dayandırılması haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işinin istintaqı dayandırılmışdır. (i.v. 32); Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi təzələnmiş və icraata qəbul edilmişdir. (i.v. 35); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 48-49) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. (i.v. 77-78). Həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin təmin edilməməsi, təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qaldırılmış xx.xx.2020-ci il tarixli vəsatət rədd edilmiş və Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (i.v.95-97); Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 98-101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs oğlu Şamaxı rayon məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143 M 4 his.; 41 maddəsi ilə təqsirli bilinərək 03 il sınaq müddəti müəyyən edilməklə 05 il A.M.E cəzasına məhkum olunmuşdur. Ağsu rayon məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 15-143 M 3 his., 143 M3,4 his; 15-144 M3 his.; 144 M 4 his.; 38, 39 maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 09 il A.M.E cəzası verilmiş, xx.xx.1992-ci tarixli Amnistiya qərarına əsasən 8 M “v” bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılıb, 05 il 06 ay 03 gün cəza saxlanılıb. Şamaxı rayon məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 15; 93-3 M3 his təqsirli bilinərək 03 il A.M.E cəzası təyin edilib. Dəvəçi rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum olunub. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 03 ay 25 gün A.M.E cəzasına məhkum olunub. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay A.M.E cəzasına məhkum olunub. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.(i.v. 108-111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli 20/289R nömrəli ekspert rəyindən görünür ki, 1. xx.xx.2017-ci il tarixdə ünvan 3 saylı ünvanında yerləşən “Avropa qapıları satış mərkəzi” mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisənin yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd karton kəsiklərinin. 04 ədəd ağ rəngli və tərəfləri ağ və qara olan 02 ədəd kağız parçalarının üzərinə yapışdırılmış 08 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1973-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlin ovuc və böyük barmağının əksləri ilə eynilik təşkil etmişdir. 3. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl- barmaq izinin DİNnin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl barmaq əksləri ilə eynilik təşkil edilməmişdir. (i.v. 119-125); Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissələrində göstərilənlərə əsasən xx xxxxxx 2017-ci il tarixdə hadisə yeri olan ünvan 4 saylı ünvanında yerləşən “Avropa qapıları satış mərkəzi” mağazasına baxış keçiriləm zaman aşkar edilmiş və Təqsirləndirilən şəxs sol əlin ovuc və böyük barmağının əksləri ilə eynilik təşkil edən əl barmaq izləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və digər izlərlə birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 126-127); İbtidai istintaq müddətinin uzadılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3.-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışıdr. (i.v. 170-171); Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə xx.xx.2020-ci il tarixdə elan edilmiş ittiham qüvvədə saxlanılmaqla məhkəmə məsuliyyətinə verilməsi, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması haqqında protokol, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/289R nömrəli rəyi və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v.191-196) Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, iş üzrə heç bir şikayəti yoxdur. Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 135218/2019-16-10/420 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-141-2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkumun şöbəyə gələrək qeydiyyatdan keçdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablandığından, xx.xx.2020-ci il tarixə onun cəzasının çəkilməmiş hissəsi 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli xx.xx.2017-ci il tarixdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənildiyindən onun əməlində cinayətlərin residivi yaranmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə talama cinayəti törətdiyinə görə məhkum olunmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən halın olmasını, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs oğluna Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu hazırki cinayət işi üzrə əməli xx xxxxxx 2019-cu il tarixdə yəni Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Q.Əskarov barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən təyin ediməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilmə müddətinin başlanğıcının hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, əvvəlki hökmlə çəkilən cəza hazırkı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon İcra və Probasiya şöbəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 135218/2019-16- 10/420 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-141-2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkumun şöbəyə gələrək qeydiyyatdan keçdiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işi üzrə maddi sübut- X2 məxsus 2 ədəd əl-barmaq izlərinin əksi cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş ) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu müddət cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 22 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut- Təqsirləndirilən şəxs məxsus 2 ədəd əl-barmaq izlərinin əksi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş ) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-279/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-279/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver