Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-279/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Su idarəsində operator işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının 20-də, saat 18:00 radələrində yaşadıqları ünvan 3 ünvanında olan mənzilin qonaq otağında arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət münaqişəsi zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əlləri ilə sonuncunun boğaz nahiyəsindən tutub başını oturduğu oturacağın (kreslonun) tin hissəsinə vurmaqla zərərçəkmiş şəxsə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin yumşaq toxumalarının əziyi (hematoması),boyun nahiyəsinin əziyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb əlan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. 20.05.2021-ci il tarixdə axşam saat təxminən 18:15 radələrində işdən evə gəlmişdir. Səlbi ilə oturub yemək yeyən zaman aralarında olan köhnə söhbətləri müzakirə etməyə başlamışlar. Söhbət zamanı Səlbi hər bir hadisədə onu günahandırmağa və onunla yüksək səslə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, hirslənib stoldan durmuş və Səlbinin oturduğu oturacağa tərəf gəlmişdir. Ona bildirmişdir ki, ’’bəsdi mənim hər gün kefimi pozdun, məndən nə istəyirsən”. Səlbi isə onunla yenə yüksək səslə danışmağa başlamışdır. Bu zaman o, hirslənib Səlbinin oturaq vəziyyətdə boğaz nahiyəsindən tutub onu hirsləndirməməsini tələb etmişdir. Lakin, Səlbi onunla kobud danışmağa davam etdiyi üçün, o, onun boğaz nahiyəsindən tutub əlləri ilə onun başını oturduğu kreslonun arxa tin hissəsinə vurmuşdur. Bu zaman Səlbi özünü narahat hiss etmiş və o, tez qorxub evdən çıxıb getmişdir Sonradan ona məlum olmuşdur ki, Səlbinin vəziyyəti pisləşib və X7 ilə Sabunçu xəstəxanasına aparılmışdır. Hadisə zamanı onlardan başqa evdə heç kim olmamışdır. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, göstərilən ünvanda ailəsi ilə birgə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. 20.05.2021-ci il tarixdə axşam saat təxminən 18:15 radələrində Əjdər işdən gəlmiş və ikisi birlikdə oturub yemək yemişlər. Onlar yemək yeyə-yeyə aralarında olan köhnə söhbətləri müzakirə edən zaman, bir-birlərini başa düşməmişlər və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Əjdər ayağa qalxıb onun üzərinə gəlmiş və “Məndən nə istəyirsən” deyərək, əlləri ilə boğaz nahiyəsindən tutmuşdur. Ondan sonra isə başını oturduğu kreslonun tin hissəsinə vurmağa başlamışdır. O, onun başını zərbə ilə kresloya vurduğuna görə özünü pis hiss etmişdir. Bu vəziyyəti görən Əjdər tez evdən çıxıb getmişdir. O, gedəndən sonra evdə özünü narahat hiss etmiş və ürək bulantısından qaytarmağa başlamışdır. Vəziyyəti çox pis olduğu üçün tez X5 məlumat vermişdir. X7 evə gələrək, onu 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Hadisə zamanı onlardan başqa evdə heç kim olmamışdır. Sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında 21.05.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, 20.05.2021-ci il tarixdə saat 18:15 radələrində yaşadıqları ünvan 4 ünvanında olan zaman, əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı sonuncu onun əlləri ilə boğaz nahiyyəsindən tutaraq, başını oturduğu oturacağın (kreslonun) tin hissəsinə vuraraq xəsarət yetirdiyini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 21.05.2021-ci il tarixli, 319 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin yumşaq toxumalarının əziyi (hematoması),boyun nahiyəsinin əziyi küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 20.05.2021-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin başlanması haqqında 21.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22.05.2021-ci il tarixli cavabından görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 09.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığından, ona qarşı heç bir şikayət və tələbinin olmadığında onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə Bakı şəhəri Nərimanov RPİ-nin 09.02.2021-ci il tarixli qərarı ilə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respubliksaı Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq bir dəfə 09.02.2021-ci il tarixdə cinayət məsuliyyətindən azad edildiyinə görə o, təkrar olaraq zərər çəkmiş şəxsin onunla barışması səbəbi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məsuliyyətdən azad edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-279/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-279/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver