Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-279/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 25, mənzil 10-da qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Şuşa şəhərciyi ərazisində fərdi tikilmiş evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, X1 19 fevral 2025-ci il tarixdə saat 21 radələrındə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ulduz" metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz, çəkisi 0,605 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə saat 21.40-da Nərimanov rayon Polis İdarəsinin 17ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli bilinərək ünvan 1 ünvanda saxlanılaraq Nərimanov RPİnin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,605 qram olan ağ rəngli, kristalşəkilli küllə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6 ay müddətində bir neçə dəfə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Ona həmin maddə lazım olduqda «İnstaqram» sosial şəbəkəsində tanış olduğu adını dəqiq bilmədiyi özünü İran Respulikasının vətəndaşı kimi təqdim edən şəxsdən almışdır. Belə ki, psixotrop maddə lazım olduqda o bu barədə həmin şəxsin istifadə etdiyi İran İslam Respublikasına məxsus +**********26 mobil nömrəsinə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazmışdır. Həmin şəxs ona maddənin qiymətini demiş və pulunu həmin şəxsin göndərdiyi kart hesabına köçürdükdən sonra, həmin şəxs psixotrop maddəni yerləşdirdiyi yerin konumunu ona göndərmişdir. Bundan sonra o, göndərilmiş konuma görə maddənin yerləşdirildiyi yerə gedib götürdükdən sonra hissə- hissə istifadə etmişdir. Adətən o, həmin şəxslə özünə məxsus 070 *** ** ** nar nömrədən və 055 *** ** ** bakcell nömrədən yazmaqla əlaqə saxlamışdır. 19 fevral 2024-cii il tarixdə axşam vaxtlarında ona istifadə etmək üçün metamfetamin lazım olduğundan qeyd etdiyi şəxslə əlaqə saxlamaq qərarına gəlmişdir. Buna görə o, həmin şəxsin nömrəsinə «WhatsApp» sosial şəbəkə vasitəsi ilə yazıb bu barədə bildirmişdir. Həmin şəxs ona bildirmişdir ki, istədiyi miqdarda metamfetaminin qiyməti 10 manat edir və ona kart hesabı göndərmişdir. O, həmin şəxsin göndərdiyi hazırda xatırlamadığı kart hesabına qeyd olunan pulu göndərdikdən bir az keçmiş həmin şəxs ona maddənin yerləşdirildiyi yerin konumunu göndərmişdir. Bundan sonra həmin gün saat təxminən 22 radələrində o, tək göndərilmiş konuma əsasən metamfetaminin yerləşdirildiyi yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Ulduz» metrostansiyasının yaxınlığına gəlmiş və ağ şəffaf sellofan hissəsinə bükülmüş metamfetamini konumda göstərilən yerdən götürüb sonra əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyub piyada həmin yerdən aralaşmağa başlamışdır. Həmin yerdən bir az aralaşdıqdan sonra saat təxminən 21:40-da ünvan 3 ünvanın yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşıb saxlamış və ona şəxsiyyəti ilə bağlı suallar verməyə başlamışlar. Üzərində olan psixotrop maddə ilə bağlı polislər tərəfindən tutulacağından qorxduğu üçün o, əvvəl qaçıb polis əməkdaşlarından aralaşmaq istəmişdir. Lakin polis əməkdaşları onun arxasınca gəlib tutduqdan sonra özlərini təqdim edib Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin qəbulunda şübhələndiklərini bildirib onlarla birlikdə Nərimanov rayon 17-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. Oda polis əməkdaşlarının təklifi ilə razılaşmış, Polis Şöbəsinə gəldikdən sonra orada olan polis əməkdaşları üzərində şəxsi axtarış keçiriləcəyini bildirilmiş və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər və o da buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşları dövlət hesabına hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş, üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan soruşmuşlar ki, üstündə narkotik vasitə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş əşya varsa təqdim etsin. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, bir az əvvəl 10 manata tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını demişdir. Həmçinin bundan sonra polis əməkdaşları üzərinə baxış keçirərək istifadə etdiyi «Sumsunq» markalı mobil telefonu götürmüşlər. Bundan sonra polis əməkdaşları üzərindən aşkar olunmuş psixotrop maddəni zərfin içərisinə qoyub möhürlədikdən sonra həmin zərfin üzərinə o və digər iştirak edən şəxslər imza etmişlər. Bundan sonra polis əməkdaşları üzərindən psixotrop maddə metamfetaminin aşkar olunub götürülməsi ilə bağlı protokol tərtib etmiş, tərtib olunmuş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o hazırda Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. 19 fevral 2025-ci il tarixdə saat 21:40 radələrində ünvan 4 ünvanının yaxınlığında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə şəxsiyyəti ilə bağlı suallar verdikdə, həmin şəxsin suallara düzgün cavab vermədiyini görmüş və buna görə onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt şübhəli şəxs polis əməkdaşlarına məhəl qoymayaraq qaçmağa cəhd etmişdir. O və digər əməliyyat müvəkkili Şahid1 şübhəli şəxsi saxlayaraq 17-ci PŞ-nə getməyi təklif etmişlər. Həmin şəxs təkliflə razı olduqdan sonra onlar birlikdə 17-ci PŞ-nə gəlmişdir. Onlar şübhəli şəxsi 17-ci PŞ-yə gəlirən zaman yolda sonuncu şəxs üzərində könüllü olaraq şifahi şəkildə psixotrop maddə olduğunu, lakin tutulmasından qorxduğu üçün qaçmağa cəhd etdiyini bildirmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ- də həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini və bunun üçün video çəkilişdən istifadə edəcəklərini bildirdikdə, sonuncu bu təkliflə razı olub buna etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq, müdafiəçi yardımından pulsuz istifadə elmək və müstəqil olaraq müdafiəçi seçmək hüququnu izah edilmiş və Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarının müdafiəsi üçün Bakı şəhəri, 25 saylı Vəkil Bürosunun vəkili X10 təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Səlahiddin oğlunun saxlanılan zaman paltarında, əşyalarında və bədənində nartkotik vasitənin, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan videoçəkiliş ilə onun üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində spesifik iyə malik olan, ağ rəngli kristal şəkilli, psixotrop maddəyə bənzər bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu soruşulduqda sonuncu bildirmişdir ki, təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş kristal formalı kütlə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin maddəni tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onlar tərəfindən aşkar olunmuş spesifik iyə malik olan narkotik vasitəyə bənzər küllə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-nin 219 nömrəli möhürü ilə möluiıiəyib üzərini iştirakçılara imza etdirdikdən sonra götürmüşlər. Baxış və götürmə zamanı Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən “İphone" markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə, saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur; 19 fevral 2025-ci il tarixli "baxış keçirilmə və götürmə” haqqında protokolundan görünür ki, 19 fevral 2025-ci il tarixdə saat 23:00 radələrində xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1(bir) ədəd şəffaf rəngli, içərisində ağ rəngli xırda kristal formasında narkotik vasitəyə bənzər büküm aşkar edilərək götürülmüşdür. İstintaq zamanı 19 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskində olan videogörünıüyə baxış zamanı müəyyən olundu ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis leytenantı X13 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya maddələri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol cibindən 1(bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixolrop madddəyə bənzər bükümü təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli kütlənin psixotrop maddə metamfetamin olması bildirilir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf rəngli, içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır və DİN-in 219 nömrəli möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır. Diskə baxışda iştirak elmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 19 fevral 2025-ci il tarixdə saat 23:00 radələrində polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nin 17-ci PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən saxladığı 1(bir) ədəd şəffaf rəngli bükümdə içərisində psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2025-ci il tarixli 6/798 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 219” möhür əksi "Şübhəli şəxs: Ş.Abdııllayev..." və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,605 qram ağ rəngli, kristalşəkilli kiitlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Qeyd: metamfetaminin təmiz çəkisi 0,605 qr, tədqiqata sərf edildi 0,01 qram, qalıq 0,505 qram. Ekspertiza xərci 110 manat təşkil edir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Hüseyn Nuriyevin xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi ambulalor məcburi-narkoloji ekspertizasının 21 fevral 2025-ci il tarixli 1034 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. Cinayət işi üzrə mühüm sübut əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,605 qram metamfetamin və bir ədəd Samsung markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,505 qram çəkidə psixolrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,605 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, əməlindən peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,505 qram psixotrop maddə metamfetamin məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı,(CPM- 132),Samsung markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili X11 ogluna məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,505 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut- bir ədəd Samsung markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - “Şəxsi axtarış və götürmə aparılması” haqqında 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-279/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-279/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver