Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-28/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx.xx.1985-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ev 21, mənzil 10 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 mənzil 36A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 234.1-ci maddələri ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 4 mənzil 34 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 63 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib öz aralarında bölmək barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə Təqsirləndirilən şəxs2, sonuncu isə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4ə və Təqsirləndirilən şəxs5 məlumat vermiş, bundan sonra Təqsirləndirilən şəxs4in tapşırığı ilə qrup üzvləri cinayətkar niyyəti həyata keçirməyi planlaşdırmaq üçün xx xxxx 2019-cu il tarixdə ünvan 7 saylı ünvanda yerləşən «Kolorit» restoranının qarşısında görüşmüş, daha sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4in tapşırığı ilə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş «Whatsapp» ani mesajlaşma mübadilə sistemi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə mesaj yazaraq onunla görüşmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 isə sonuncunu kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 251A saylı evin 13-cü mərtəbəsinə dəvət etdiyindən xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 birlikdə qeyd olunan ünvana gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 birlikdə qeyd olunan binanın Zərərçəkmiş şəxs1 yaşadığı blokuna daxil olub liftlə yuxarı qalxdıqda Təqsirləndirilən şəxs1 binanın 13-cü mərtəbəsində düşmüş, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə binanın 15-ci mərtəbəsinə qalxaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la görüşməsini gözləmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da onların ardınca binanın 13-cü mərtəbəsinə qalxmış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la görüşdükdə mülki geyimdə olan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 dərhal onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib əvvəlcədən hazırlanmış plana əsasən Təqsirləndirilən şəxs1 cinayətdə iştirakını gizlətmək məqsədi ilə şübhə yaranmaması üçün yalandan onu sillə ilə vurub görüntü yaradaraq Təqsirləndirilən şəxs1 qaçmasına şərait yaratmış, daha sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da onlara yaxınlaşdıqda Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs3 «komandir» deyə müraciət etməklə Mkayıl Zeynalov və Zərərçəkmiş şəxs2 özlərinin polis əməkdaşları olduqlarına və narkotik vasitə istifadəçisi olduqlarına görə həbs edəcəklərinə inandırmaq məqsədi ilə onların üstünü yoxlamış, daha sonra Zərərçəkmiş şəxs1 məsələni yoluna qoyması ilə bağlı xahişi əsasında oradan taksi ilə Təqsirləndirilən şəxs3 təklif etdiyi ünvan 8 ünvanında yerləşən binanın həyətinə gedərək xx xxxx 2019-cu il tarixdə saat 02-03 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək onları həbs edəcəkləri adı ilə aldadıb həmin tarixdə Zərərçəkmiş şəxs2 500 manat, Zərərçəkmiş şəxs1 isə 3.000 manat pulunu vahid qəsdlə əhatə olunmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bu barədə kollektiv müraciəti, eləcə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4in və Təqsirləndirilən şəxs5 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 14.05-də ünvan 9 ünvanının qarşısında saxlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, hər birində ayrıayrılıqda 2,756 qram, 0,812 qram və 0,717 qram olmaqla üç ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi - 4,285 qram təşkil edən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şortikinin sağ yan cibindən isə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, hər birində ayrıayrılıqda 3,713 qram, 0,756 qram və 0,557 qram olmaqla üç ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi - 5,026 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq xx xxxx 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 15:10-da Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 16A-16F saylı ünvanın qarşısında saxlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs3 əynindəki ağ rəngli şalvarının sağ yan cibindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda hər birində ayrı-ayrılıqda 1,230 qram, 1,185 qram və 0,770 qram olmaqla üç ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkis - 3,185 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayının əvvəllərində Şamil və Aslanla birlikdə olarkən Teymur da onların yanlarına gəlmişdir. O, bir qədər söhbət etdikdən sonra İmran adlı tanışının ona Mikayıl adlı şəxsin narkotik vasitə qəbulu ilə məşğul olduğunu, yaxşı maddi imkanının olduğunu bildirərək polis adı ilə onu aldadıb tutulacağını bildirərək bu adla pul ala biləcəklərini bildirmişdir. Maddi imkanı aşağı olduğundan və bu yolla rahat pul qazana biləcəklərini düşünərək onun fikri ilə razılaşmışdır. Aslanla Şamil də Teymurla razılaşmışdır. Aslan Teymurdan onları İmranla görüşdürməsini istəmişdir. Teymur xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Səbail rayonunda fəaliyyət göstərən “Kolorit” kafesinin qarşısında İmranla görüşmüşdür. Bu zaman o, Alpaslan və Şamil də onunla birlikdə getmişdir. X12 barədə maraqlanmışdır, İmran onlara Mikayılın narkotik vasitə qəbul etdiyini, yaxşı pulunun olduğunu, hətta özünün də Mikayılla birgə narkotik vasitə nəşə qəbul etdiyini bildirmişdir. Bu zaman Aslan İmrandan «Vatsap» proqramı vasitəsi ilə Mikayıla yazaraq görüşmək istədiyini bildirməsini söyləmişdir. Onlar bunun səbəbi barədə maraqlandıqda Alpaslan onlara İmran Mikayılın tanışı olduğu üçün məhz o, Mikayıla mesaj yazaraq onu görüşə dəvət etməsini, görüşən zaman isə özlərinin onu tutacağını və yalandan narkotik vasitə satışı ilə məşğul olduğunu bildirərək polis əməkdaşı olduğunu deyəcəklərini, o, isə tutulmamaq üçün onlara pul təklif edəcəyini, bu yolla aldadaraq pulunu alacaqlarını bildirmişdir. Bu zaman İmran belə olduğu halda Mikayılın onları gətirdiyindən şübhələnəcəyini bildirmişdir. Ona görə də, İmran Mikayılı tutan zaman ona da bir neçə sillə vurmağı təklif etmişdir. Onlar bu barədə razılığa gəlmiş və birlikdə Mikayılın yaşadığı binanın qarşısına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən X17 vaitəsi ilə yazaraq görüşmək istədiyini bildirdikdə Mikayıl ona bir neçə dəqiqədən sonra 13-cü mərtəbəyə qalxmasını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra razılaşmaya əsasən İmran Aslan və Şamillə birlikdə yuxarı qalxmalı, İmran 13-cü mərtəbədə düşməli, Aslan və Şamil isə yuxarı mərtəbələrə qalxaraq Mikayılla İmranın görüşmələrini gözləməli, onlar görüşdükdə isə onların yanına gəlməli, özü isə Teymurla birlikdə sonradan onların yanına gəlməli idilər. Razılaşdıqları qaydada etmiş, hətta plana əsasən Mikayılın onlarn polis olduqlarına tam inanması üçün onlara yaxınlaşdıqda komandir deyə müraciət etməsi təklif olunmuşdur. Bundan sonra İmran Aslan və Şamil ilə birlikdə binaya daxil olmuşlar. Təxminən 10 dəqiqədən sonra da özü Teymurla birlikdə binaya daxil olmuşdur. Onlar lift vasitəsi ilə 13-cü mərtəbəyə qalxmış, həmin mərtəbəyə çatdıqda İmranın iti sürətlə aşağı doğru düşdüyünü görmüşdür. Bu zaman Aslanla Şamilin razılaşmaqlarına uyğun hərəkət etdiklərini, yəni, özlərini artıq polis işçisi kimi təqdim etdiklərini Mikayılı saxladıqdan sonra İmranı sillə ilə vurduqlarını, bu səbəbdən İmranın qaçdığını fikirləşmişdir. Teymurla birlikdə Aslangilə yaxınlaşmış, bundan əlavə onların yanında tanımadıqları başqa şəxs də olmuşdur. Ondan kim olduğunu soruşduqda adının Fərdi olduğunu və Mikayılın dostu olduğunu bildirmişdir. Bu zaman Mikayıl nə istədiyini soruşmuşdur. Bundan sonra Mikayıla yaxınlaşaraq əvvəlcədən qurulmuş senariyə əsasən polis olduqlarını bildirib onunla söhbət etməyə başlamış və onların narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olmaları barədə məlmat daxil olduğunu, buna görə də tədbirin keçirildiyini bildirmişdir. Həmin vaxt Aslanla Şamil ona “komandir” deyə səsləndiyi üçün Mikayıl da hamının polis olduğunu zənn edib məsələni yoluna qoymağı xahiş etmişdir. Hətta həmin vaxt həmin şəxslərin onlara inanması üçün onların üstünü yoxlasalar da, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Bundan sonra Mikayılın yaşadığı evə keçməyi də təklif etsə də o, anasının xəstə olduğunu və başqa yerdə söhbətə davam etməklərini bildirərək pul təklif etmişdir. Nəticədə onlar razılaşmış və birlikdə binanın zirzəmisinə düşüb oradan naməlum taksi taparaq, Aslan, Teymur, Mikayıl və Fərdi ilə birlikdə bir taksidə, Şamil isə digər taksidə əyləşərək dediyi ünvana getmişlər. Onlar Xətai rayonu ərazisində yerləşən dəqiq xatırlamadığı bir ünvana gəlib çatmışlar. Orada Mikayılla yenidən söhbət etməyə başlamışdır. Həmin zaman Mikayıl və Fərdi onların həqiqətən də polis olduğuna inandığı üçün yalvarmağa başlamışdır. Onlar Mikayıla özü və dostu Fərdinin narkotik vasitənin qəbulu və satışı ilə məşğul olduqlarını bildirirək 10.000 manat pul vermələrini, əks halda tutulacaqlarını və bu barədə ailə üzvlərinə məlumat verəcəklərini bildirmişlər. Mikayıl həmin pulun çox olduğunu və verə bilməyəcəyini, anasının xəstə olduğunu və özünün də maddi vəziyyətinin aşağı olduğunu bildirmişdir. Həmin vaxt Mikayıl onun yanında olmuş, Fərdi isə Şamil, Aslan və Teymurla birgə olmuşdur. Bütün danışıqları isə Mikayılla özü etmişdir. Sonda Mikayılla 4.000 manat pulun ödənilməsinə razılaşmışdır. Belə ki, onlar onsuz da heç nədən, dayandıqları yerdə pul qazandıqları üçün həmin məbləğlə razılaşmışdır. Mikayıl kiməsə zəng edərək taksi vasitəsi ilə dedikləri ünvana 3000 manat pul göndərməsini bildirmiş, Fərdi isə cibindən 500 manat çıxarıb onlara vermişdir. Qalan 500 manat pulu isə Mikayıl onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bir həftə sonra verməli idi. Təxminən bir saat sonra taksi sürücüsü 3000 manat pulu gətirmiş, pulu Alpaslanla Şamil almışlar. Bu zaman onlar Mikayılla Fərdiyə belə bir halın baş verməsi barədə heç kimə məlumat verməmələrini bildirərək taksi ilə onları yola salmışlar. Alpaslan ona cəmi 3500 manat pul olduğunu söyləyərək həmin pulun sonradan öz aralarında bölünəcəyini, qalan 500 manatı isə Mikayıldan özü üçün alacağını da bildirmişdir. Hətta bundan sonra Aslan 1.000 manat özünə götürüb, 1.000 manat Şamilə, 500 manat ona vermişdir. Həmçinin Teymura 1.000 manat verərək 500 manatını özünə götürməyi, qalan 500 manatı isə İmrana verməyi demişdir. Həmçinin Mikayıldan alınacaq qalan 500 manatı isə özünə götürməyi bildirmişdir. Bundan sonra onlar sağollaşmış və evə getmişdir. Bundan bir həftə sonra Mikayılla əlaqə saxlayaraq pul barədə soruşduqda o, anasının səhhətində problemlərin olduğunu pulu tezliklə düzəldib verəcəyini bildirmişdir. Lakin sonradan ona bir neçə dəfə zəng etsə də, telefonuna cavab verməmişdir. Bu hadisədən bir neçə gün sonra yəni, xx xxxx 2019-cu il tarixdə saat 15:10-da Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 16A-16F saylı ünvanın qarşısında olarkən bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar anket məlumatlarını soruşmuş və polis əməkdaşlarına bu barədə bildirmişdir. Bundan sonra polis əməkdaşları Mikayıl və Fərdidən hədə-qorxu gələrək pul tələb etməyini, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli bilindiyini izah edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra yanlarında olan digər iki nəfər şəxsi təqdim edərək hal şahidi olduqlarını bildirmişlər. Polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçiriləcəyi izah edilmiş və üzərində narkotik vasitə, psixotrop maddə, yaxud hər hansı digər qanunsuz əşya və predmetlər varsa təqdim etməyi təklif etmişdir. Üzərində üç ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və onu təqdim edə biləcəyini bildirmişdir. Əynində olan ağ rəngli şalvarın sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümləri, sol yan cibindən isə “İphone 5” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bundan sonra üzərinə baxış keçirilmişdir. Polis əməkdaşlarına təqdim etdiyi üç ədəd şəffaf sellofan bükümlər açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi özü də həmin zərfin üzərinə imza etmişdir. “İphone 5” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini soruşduqda üzərindən aşkar edilərək götürülmüş üç ədəd bükümdə psixotrop maddə olan metamfetamini təxminən 1 həftə əvvəl Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 120 manat pul müqabilində əldə etdiyini və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə üçün əlverişli şərait olmadığından onları Baş X1 İdarəsinə dəvət etmişlər. Oraya gəldikdə ona vəkil təqdim edilmiş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və heç bir şikayət, vəsatət daxil olmadığı üçün həmin protokol imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 2014-cu il tarixdən tanımış, Teymur həmin vaxtlarda “xxxx” şirkətinin rəhbəri olmuşdur. Şirkətin əsas iş fəaliyyəti xarici ölkələrdə məşhur olan müğənnilərin ölkədə konsertlərini təşkil etməkdən ibarət olmuşdur. Teymurun təşkil etdiyi konsertlərdə bilet satışını həyata keçirmiş, onların tanışlığı bundan sonra başlamışdır. Amili, Şamili və Alpaslanı isə Teymur vasitəsi ilə tanımışdır. Teymur bildirmişdir ki, Alpaslanı hər kəs Aslan deyə çağırır və iri cüssəli bir adamdır. Mikayılı 2012-ci il tarixdən tanıyır, Mikayıl onunla birlikdə Nəsimi rayonu 160 saylı orta məktəbdə təhsil almış, onların çox yaxşı münasibətləri olmuş, məktəbi bitirdikdən sonra da ünsiyyət saxlamışlar. Bir neçə dəfə Mikayılla birlikdə nəşə qəbul etmiş, həmin nəşəni Mikayıl təşkil etmişdir. Lakin onun nəşəni haradan və necə əldə etməsini bilməmişdir. Həmçinin Mikayılın maddi vəziyyətinin yaxşı olduğunu bilmişdir. Teymur 2017-ci ildə maddi çətinliklərə görə şirkəti bağlamışdır. Lakin onlar hələ də münasibətlərini saxlamış, mütəmadi olaraq görüşmüşlər. Həmin ərəfələrdə işləri yaxşı olmadığı üçün maddi vəziyyətində çətinlikləri olmuş, Teymurla görüşlər zamanı o da maddi vəziyyətində çətinliklərin olduğunu bildirmişdir. Həmin görüşlərdən birində onlar yenidən Teymurla bu barədə danışdıqda ağlına Mikayıl gəlmişdir. Teymura Mikayıl adlı tanışının nəşə qəbul etdiyini demiş, bunu haradan bildiyini soruşduqda Mikayılla bir neçə dəfə onun yaşadığı evin 13-cü mərtəbəsində nəşə çəkdiklərini demişdir. Teymura Mikayılı narkotik vasitə istifadəçisi olduğu üçün polis adı ilə aldadıb tutulacağını bildirərək pulunu ala biləcəyini bildirmişlər. Teymur maddi imkanı aşağı olduğundan və bu yolla rahat pul əldə edə biləcəyini bildirirək onun fikri ilə razılaşmışdır. Məqsədləri dələduzluq edib pul qazanmaq olmuşdur. Lakin o, bildirmişdir ki, ikisi bunu edə bilməyəcək, başqa tanışları var, onların köməyindən istifadə etmək olar. Onunla razılaşmışdır. xx xxxx 2019-cu il tarixdə Teymur zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin gün saat 22 radələrində Səbail rayonu ərazisində fəaliyyət göstərən “Kolorit” restoranının qarşısında Teymurla görüşmüşdür. Bu zaman Teymurun yanında tanımadığı şəxslər də olmuşdur. Teymur onları təqdim edərək adlarının Amil, Alpaslan və Şamil olduğunu bildirmiş, Alpaslan Mikayıl barədə maraqlanmışdır. Həmin şəxslərə Mikayılın narkotik vasitə qəbul etdiyini, yaxşı pulunun olduğunu və hətta özünün Mikayılla bir neçə dəfə birlikdə nəşə istifadə etdiklərini demişdir. Bu zaman Alpaslan Vatsap proqramı vasitəsi ilə Mikayıla yazmağını və onunla görüşmək istədiyini bildirməyini demişdir. Onlar bunun səbəbi barədə maraqlandıqda Alpaslan onlara Mikayılın tanışı olduğu üçün Mikayıla mesaj yazaraq onunla görüşməyi və Mikayılla görüşən zaman onu tutmağı, yalandan narkotik vasitə satışı ilə məşğul olduğunu bildirib polis əməkdaşı oiduqlarını deyərək ondan həbs edəcəkləri adı ilə aldadıb bu yolla pul almaqlarını bildirmişlər. Bu zaman belə olduğu halda Mikayılın onları özünün gətirdiyindən şübhələnəcəyini bildirmişdir. Ona görə də, Mikayılı tutan zaman ona da bir neçə sillə vurmaqlarını, guya o da qorxub oradan qaçmağını təklif etmişdir. Bu barədə razılığa gəlmiş və birlikdə Mikayılın yaşadığı binanın qarşısına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən Mikayılın nömrəsinə Vatsap vasitəsi ilə yazaraq görüşmək istədiyini bildirdikdə, bir neçə dəqiqədən sonra 13-cü mərtəbəyə qalxmağını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra razılaşmaya əsasən Alpaslan Şamillə birlikdə yuxarı qalxmalı, 13-cü mərtəbədə düşməli, Alpaslan və Şamil isə yuxarı mərtəbələrə qalxaraq Mikayılla görüşməyini gözləməli, onlar görüşdükdə isə yanlarına gəlməli, Teymur isə Amillə birlikdə sonradan onların yanlarına gəlməli idilər. Razılaşdıqları qaydada da etmişlər. O, Alpaslan və Şamil birlikdə binaya daxil olmuş, o 13-cü mərtəbədə düşmüş, Alpaslan isə Şamillə birlikdə 15-ci mərtəbəyə qalxmışlar. Vatsap proqramı vasitəsi ilə Mikayıla mesaj yazaraq onu gözlədiyini bildirmişdir. 13-cü mərtəbədə yerləşən balkonda gözləyərkən ora tanımadığı başqa bir nəfər şəxs də gəlmiş, həmin şəxsdən bir neçə dəqiqə sonra Mikayıl da gəlib əvvəlcə həmin şəxslə görüşmüş, daha sonra onun yanına gəlmişdir. Mikayılla görüşən zaman qəflətən arxadan Alpaslanla Şamil gəlmiş, onlar dərhal yaxınlaşaraq ona bir neçə sillə vurmuşlar. Razılaşmaqlarına əsasən daha inandırıcı olması üçün dərhal onların arasından aşağı doğru qaçmağa başlamış, bu zaman Amillə Teymurun liftdən düşdüyünü görmüşdür. Pilləkənlarla aşağı düşmüş və binanın qarşısında dayanmışdır. Bir qədər gözlədikdən sonra Teymurgildən xəbər gəlmədiyi üçün yaşadığı evə getmişdir. Bundan sonra bir neçə dəfə Teymurla görüşsə də digər şəxslərdən məlumatı olmamışdır. Teymurdan nə baş verdiyini soruşduqda o, Mikayıl və dostu Fərdidən 4000 manat pul istədiklərini, həmin puldan 3500 manat pulu aldıqlarını, qalan 500 manatı isə Mikayılın Amilə verəcəyini bildirmişdir. Həmçinin o, 500 manat pul verərək, qalan 1.000 manat pulu Alpaslanın, 1000 manat pulu Şamilin, 500 manat pulu Amilin, 500 manat pulu isə özünün götürdüyünü, sonradan veriləcək 500 manat pulun isə Amilə çatacağını bildirmişdir. Bu hadisədən bir neçə gün sonra yəni, xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində Xətai rayonu, S.Vəzirov küçəsi 17 saylı ünvanın qarşısında Teymurun Rent A Car-dan icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomobilin içərisində onunla birlikdə dayandıqları zaman bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, onlardan anket məlumatlarını soruşmuşlar. Anket məlumatlarını bildirdikdən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək pul tələb etməkləri, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli bilindiklərini izah edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Onlar yanlarında olan iki nəfər şəxsin hal şahidi olduqlarını bildirərək hal şahidlərinin iştirakı ilə üzərlərinə baxış keçirəcəklərini bildirmişlər. Onlar üzərində olan narkotik vasitə, psixotrop maddə, yaxud hər hansı digər qanunsuz əşya və predmetlər vardırsa təqdim etməklərini təklif etmişlər, ilkin olaraq Teymur üzərində üç ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd mobil telefoun olduğunu bildirmişdir. Teymur əynində olan tünd göy rəngli cins şortikin sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü və sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu, çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra Teymurun üzərinə baxış keçirilmişdir. Teymurun cibindən çıxarıb təqdim etdiyi üç ədəd şəffaf sellofan büküm açılmış və içərisinə baxıldıqdan sonra həmin üç ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Teymur da həmin zərfin üzərinə imza etmişdir. Teymurun mobil telefonu da polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra ona üzərində narkotik vasitə, psixotrop maddə, yaxud hər hansı digər qanunsuz əşya və predmetlər varsa təqdim etmək təklif edilmişdir. Üzərində üç ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd şəffaf sellofan bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Əynində olan cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi üç ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxılmış və həmin üç ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi özü də həmin zərfin üzərinə imza etmişdir. Daha sonra Teymura avtomobilə baxış keçirilməsinin zəruri olduğu izah edilmiş, o, avtomobilində qeyri-qanuni əşya və predmətin olmadığını bildirərək buna etiraz etməmişdir. Daha sonra tərəflərindən hal şahidlərinin və Təqsirləndirilən şəxs2 iştirakı ilə “Hyundai Elantra” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Teymur üzərindən aşkar edilərək götürülmüş üç ədəd bükümdə psixotrop maddə metamfetamini xx xxxx 2019-cu il tarixdə səhər saatlarında “Papanin” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 200 manat pul müqabilində əldə etdiyini və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, idarə etdiyi avtomobili isə günü 55 manat olmaqla 3 günlük icarəyə götürüldüyünü bildirmişdir. Şifahi sorğu zamanı onun üzərindən aşkar olunmuş üç ədəd bükümdə psixotrop maddə metamfetamini isə xx xxxx 2019-cu il tarixdə axşam saatlarında “Kubinka” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 150 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə üçün əlverişli şərait olmadığından onları Baş X1 İdarəsinə dəvət etmişlər. Oraya gəldikdə ona dəvət edilmiş vəkil təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və heç bir şikayət, vəsatət daxil olmadığı üçün həmin protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir dəfə İmranla görüşləri zamanı maddi vəziyyətində çətinliklərin olduğunu bildirmişdir. İmran isə Mikayıl adlı tanışının narkotik vasitə sayılan nəşə istifadə etdiyini, həmçinin yaxşı maddi imkanının olduğunu bildirmişdir. Ondan bu barədə maraqlandıqda o, Mikayılla bir neçə dəfə birlikdə nəşə istifadə etdiyini bildirmişdir. İmran Mikayılı narkotik vasitə istifadə etdiyi üçün həbs olunacağı adı ilə aldadıb polis olduqlarını bildirərək bu yolla pulunu ala biləcəklərini demişdir. Maddi imkanı aşağı olduğundan və bu yolla rahat pul əldə edə biləcəyini düşünərək onun fikri ilə razılaşmışdır. Lakin onların ikisinin bunu edə bilməyəcəyini, başqa tanışlarının olduğunu, onların köməyindən istifadə etməyin mümkün olduğunu bildirmişdir. Bu zaman tanışları Alpaslan, Amil və Şamili nəzərdə tutmuşdur. Bundan sonra İmranla sağollaşmış və İmrana tezliklə xəbər edəcəyini söyləmişdir. Növbəti günlərdə Alpaslan, Amil və Şamillə görüşdükdə onlara İmranın danışdıqları barədə məlumat vermişdir. Söylədiyi ideya Alpaslanın xoşuna gəldiyi üçün onları İmranla görüşdürməyini istəmişdir. xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən “Kolorit” restoranının qarşısında İmranla görüşmüşdür. Bu zaman tanışları Amil, Alpaslan və Şamil də onunla birlikdə gəlmişdir. X12 barədə maraqlanmışdır, İmranda onlara Mikayılın narkotik vasitə qəbul etdiyini, yaxşı pulunun olduğunu bildirmişdir. Bu zaman X14 proqramı vasitəsi ilə Mikayıla yazmasını və onunla görüşmək istədiyini bildirməsini istəmişdir. Onlar bunun səbəbi barədə maraqlandıqda Alpaslan onlara “İmran Mikayılın tanışı olduğu üçün məhz o, Mikayıla mesaj yazaraq onu görüşə çağırsın və Mikayıl İmranla görüşəndə onu biz tutaq və yalandan polis əməkdaşı olduğumuzu bildirərək guya onun narkotik vasitə satdığını bildirib bu yolla aldadaraq tutulmamaq üçün pulunu alaq” ifadəsini işlətmişdir. Bu zaman İmran belə olduğu halda Mikayılın onları İmranın gətirdiyindən şübhələnəcəyini bildirmişdir. Ona görə də, İmran özü Mikayılı tutan zaman ona da bir neçə sillə vurulmasını təklif etmişdir. Onlar bu barədə razılığa gəlmiş və birlikdə Mikayılın yaşadığı binanın qarşısına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən X17 vasitəsi ilə yazaraq görüşmək istədiyini bildirdikdə Mikayıl ona bir neçə dəqiqədən sonra 13-cü mərtəbəyə qalxmasını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra razılaşmaya əsasən İmran, Alpaslan və Şamillə birlikdə yuxarı qalxmalı, İmran 13-cü mərtəbədə düşməli, Alpaslan və Şamil isə yuxarı mərtəbələrə qalxaraq Mikayılla İmranın görüşmələrini gözləməli, görüşdükdə isə onların yanına gəlməli, özü isə Amillə birlikdə sonradan onların yanına gəlməli idi. Razılaşdıqları qaydada İmran, Alpaslan və Şamil birlikdə binaya daxil olmuşlar. Təxminən 10 dəqiqədən sonra da o, Amillə birlikdə binaya daxil olmuşdur. Onlar lift vasitəsi ilə 13-cü mərtəbəyə qalxmışlar. Onlar həmin mərtəbəyə çatdıqda İmranın iti sürətlə aşağıya doğru qaçdığını görmüşdür. Bu zaman Alpaslanla Şamilin razılaşmalarına uyğun hərəkət etdiklərini başa düşmüşdür. Yəni, onların özlərini artıq polis kimi təqdim etdiklərini Mikayılı saxladıqdan sonra İmranı vurub imitasiya etdiklərini, bu səbəbdən İmranın qaçdığını zənn etmişdir. Onlar Amillə birlikdə Alpaslangilə yaxınlaşmış, onların yanında tanımadıqları başqa şəxs də olmuşdur. Həmin şəxsdən kim olduğunu soruşduqda adının Fərdi olduğunu və Mikayılın dostu olduğunu bildirmişdir. Bundan sonra Amil Mikayıla yaxınlaşaraq əvvəlcədən qurulmuş senariyə əsasən polis olduğunu bildirib onunla söhbət etməyə başlamışdır. Həmin vaxt X16 “komandir” deyə səsləndiyi üçün Mikayıl da hamının polis olduğunu zənn etmişdir. Amil onların narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, ona görə də tədbir keçirdiyini bildirmişdir. Hətta həmin vaxt yalandan Mikayılın və Fərdinin üstünü yoxlasalar da, lakin qanunsuz heç nə olmamışdır. Amil Mikayıla yaşadığı evə gedərək baxış keçirməyi söyləsə də, Mikayıl anasının xəstə olduğunu və başqa yerdə söhbətə davam etməklərini, məsələni həll etməyi xahiş edərək pul təklif etmişlər. Bundan sonra onlar birlikdə binanın zirzəmisinə düşmüş, oradan naməlum taksi tapmış və o, Aslan, Amil, Mikayıl və Fərdi bir taksidə, Şamil isə digər taksidə əyləşərək Amilin dediyi ünvana getmişlər. Onlar Xətai rayonu ərazisində yerləşən dəqiq xatırlamadığı bir ünvana gəlib çatmışlar. X21 yenidən söhbət etməyə başlamışdır. Həmin zaman Mikayıl və Fərdi onların həqiqətən də polis olduqlarına inandığı üçün pul verib məsələni həll etməyə yalvarmağa başlamışlar. Onlar Mikayıla onu və dostu Fərdini narkotik vasitənin qəbulu və satışı ilə məşğul olduqlarını bir daha bildirirək 10.000 manat pul vermələrini, əks halda tutacaqlarını və bu barədə ailə üzvlərinə məlumat verəcəklərini bildirmişlər. Həmin vaxt Mikayıl Amilin yanında ayrıca besetkada olmuş, Fərdi isə onun, Alpaslanın və Şamilin yanında olmuşdur. Mikayılla Amil danışmış və sonda 4.000 manata razılaşmışlar. Belə ki, anasının xəstə olduğunu və özünün də maddi vəziyyətinin aşağı olduğunu bildirmişdir. Onlar isə onsuz da heç nədən, durduqları yerdə pul qazandıqları üçün həmin məbləğlə razılaşmışlar. Bundan sonra Mikayıl kiməsə zəng edərək taksi vasitəsi ilə dedikləri ünvana 3000 manat pul göndərməsini bildirmişdir. Nəticədə həmin 3.000 manat pul gəlmiş və onlar həmin pulu götürmüşdür. Daha sonra isə Fərdi cibində olan 500 manat pulu çıxarıb təqdim etmiş, qalan 500 manat pulu isə Mikayıl Amillə telefon vasitəsi ilə əlaqə saxlayaraq bir həftə sonra verməli olmuşdur. Bu zaman onlar Mikayılla Fərdiyə belə bir halın baş verməsi barədə heç kimə məlumat verməmələrini bildirmişlər. Ortada cəmi 3500 manat pul olduğundan Alpaslan həmin pulun sonradan özünün, İmran, Şamil və özü arasında bölünəcəyini, Amilin isə qalan 500 manatı özünün Mikayıldan alacağını bildirmişdir. Hətda həmin vaxt o, 1000 manat pul verərək həmin pulun 500 manatını İmrana verməyini, qalan 500 manatı isə özünə götürməyini bildirmiş, qalan pulu isə öz aralarında bölmüşlər. Səhv etmirsə 1000 manat Alpaslana, 1000 manat Şamilə, qalan 500 manat isə Amilə verilmişdir. Əlavə veriləcək 500 manatı isə Amil özünə götürməli olmuşdur. Bundan sonra onlar sağollaşmış və o evə getmişdir. Bundan sonra bir neçə dəfə İmranla görüşsə də, digər şəxslərdən məlumatı olmamışdır. İmran nə baş verdiyini soruşduqda İmrana Mikayıl və onun dostu Fərdidən cəmi 3500 manat pul aldıqlarını, qalan 500 manatı isə Mikayılın Amilə verəcəyini bildirərək ona 500 manat pul vermişdir. Bu hadisədən bir neçə gür sonra yəni, xx xxxx 2019-cu il tarixdə saat 14 radələrində Xətai rayonu, S.Vəzirov küçəsi 17 saylı ünvanın qarşısında “Rent a car”-dan götürdüyü “Hyundai Elantra” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində İmranla birlikdə dayandığı zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan və İmrandan anket məlumatlarını soruşmuşlar. Onlar anket məlumatlarını bildirdikdən sonra onlara Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək pul tələb etməklərini, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli bilindiyini izah edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Polis əməkdaşları yanlarında olan iki nəfər şəxsin hal şahidi olduqlarını bildirərək hal şahidlərinin iştirakı ilə üzərlərinə haxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları üzərlərində olan narkotik vasitə, psixotrop maddə, yaxud hər hansı digər qanunsuz əşya və predmetler vardırsa təqdim etməklərini təklif etmişlər. İlkin olaraq o bildirmişdir ki, üzərində üç ədəd bükümdə psixotrop maddə oan metamfetam, bir ədəd mobil telefon vardır. Əynində olan tünd göy rəngli cins şortikin sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü və sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu, çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bundan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən digər əşya və predmetlər aşkar olunmayaraq götürülməmişdir. Əynində olan tüng göy rəngli cins şortikin sağ yan cibindən çıxarıb təqdim etdiyi üç ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxılmış və həmin üç ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi o da həmin zərfin üzərinə imza etmişdir. Daha sonra İmrana üzərində narkotik vasitə, psixotrop maddə, yaxud hər hansı digər qanunsuz əşya və predmetlər varsa təqdim etməsini təklif etmişlər. İmran üzərində üç ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. İmran əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd şəffaf sellofan bükümü çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. İmranın təqdim etdiyi üç ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxılmış və həmin üç ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi İmranda həmin zərfin üzərinə imza etmişdir. Daha sonra avtomobilə baxış keçirilməsinin zəruri olduğu izah edilmişdir. Avtomobilində qeyri-qanuni əşya və predmətin olmadığını bildirərək buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən hal şahidlərinin və onun iştirakı ilə “Hyundai Elantra” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilərək götürülmüş üç ədəd bükümdə psixotrop maddə metamfetamini xx xxxx 2019-cu il tarixdə səhər saatlarında “Papanin” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 200 manat pul müqabilində əldə etdiyini və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, idarə etdiyi avtomobili isə günü 55 manat olmaqla 3 günlük icarəyə götürdüyünü bildirmişdir. İmran isə ilkin şifahi sorğu zamanı üzərindən aşkar olunmuş 3 (üç) ədəd bükümdə psixotrop maddə metamfetamini xx xxxx 2019-cu il tarixdə axşam saatlarında “Kubinka” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 150 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə üçün əlverişli şərait olmadığından onları Baş X1 İdarəsinə dəvət etmiş, oraya gəldikdə ona dəvət edilmiş vəkil təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və heç bir şikayət, vəsatət daxil olmadığı üçün həmin protokolu imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayının əvvəllərində o, Şamil və Amillə birlikdə olarkən Teymur da onların yanına gəlmişdir. Teymur bir qədər söhbət etdikdən sonra İmran adlı tanışının olduğunu, İmranın Mikayıl adlı sinif yoldaşının olduğunu və Mikayılın narkotik vasitə qəbulu ilə məşğul olduğunu, yaxşı maddi imkanının olduğunu bildirərək polis adı ilə onu aldadıb guya tutacaqlarını bildirərək bu adla pul ala biləcəklərini bildirmişdir. Onun maddi imkanı aşağı olduğundan Teymurun bu fikri ilə razılaşmışdır. Amillə Şamil də Teymurla razılaşmışdır. Fikirləşmişlər ki, bu yolla əldə olunacaq pulu sonradan aralarında bölsünlər. O, Teymurdan onları İmranla görüşdürməsini istəmişdir. Nəticədə xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Səbail rayonunun ərazisində fəaliyyət göstərən “Kolorit” kafesinin qarşısında Teymur İmranla görüşmüş, bu zaman o, Amil və Şamil də orada olmuşlar. O, İmrandan Teymurun dedikləri barədə maraqlanaraq Mikayılın haqqında Teymura dediklərinin düz olubolmadığını soruşmuş, İmran onlara da Mikayılın narkotik vasitə qəbul etdiyini, yaxşı pulunun olduğunu bildirmişdir. Bu zaman o, İmrandan «Vatsap» vasitəsi ilə Mikayıla yazaraq görüşmək istədiyini bildirməsini söyləmişdir. Bu zaman Amilgil ondan bunun səbəbi barədə maraqlandıqda bildirmişdir ki, İmran Mikayılın tanışı olduğu üçün məhz o, Mikayıla mesaj yazaraq onu görüşə dəvət etsin, görüşən zaman isə Mikayılı tutsunlar və yalandan narkotik vasitə satışı ilə məşğul olduğunu bildirərək polis əməkdaşı olduqlarını deyib tutacaqlarını bildirsinlər, o, isə tutulmamaq üçün pul təklif edəcəkdir ki, bu yolla aldadaraq pulunu alsınlar. Bu zaman İmran bildirmişdir ki, belə olduğu halda Mikayıl onları İmranın gətirdiyindən şübhələnəcəkdir. Ona görə də, İmran özü təklif etmişdir ki, Mikayılı tutan zaman ona da bir neçə sillə vursunlar. Bu barədə razılığa gəldikdən sonra birlikdə Mikayılın yaşadığı binanın qarşısına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən X17 vaitəsi ilə yazaraq görüşmək istədiyini bildirdikdə Mikayıl ona bir neçə dəqiqədən sonra 13-cü mərtəbəyə qalxmasını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra razılaşmaya əsasən o və Şamil İmranla birlikdə yuxarı qalxmalı, İmran 13-cü mərtəbədə düşməli, o və Şamil isə yuxarı mərtəbələrə qalxaraq Mikayılla İmranın görüşmələrini gözləməli, onlar görüşdükdə isə onların yanına gəlməli, Amil isə Teymurla birlikdə sonradan onların yanına gəlməli imişlər. Hətta plana əsasən Amil onlara yaxınlaşdıqda ona komandir deyə müraciət etməli imişlər ki, Mikayıl onların polis olduğuna tam inansın. Bundan sonra o, İmran və Şamil binaya daxil olmuşlar. Danışığa əsasən o, Şamillə 15-ci mərtəbəyə qalxmış və İmran isə 13-cü mərtəbədə düşmüşdür. Təxminən bir dəqiqədən sonra İmranın arxası ilə 13-cü mərtəbəyə düşmüşlər. O, Şamillə birlikdə 13-cü mərtəbəyə gəldikdə İmrandan başqa orada iki nəfər şəxs olmuşdur. İmran Mikayılın görünüşü barədə məlumat verdiyi üçün İmranın yanında dayanan şəxslərdən birinin Mikayıl olduğunu başa düşmüşdür. Lakin digər şəxsi tanımamışdır. Aralarında olan razılaşmaya əsasən onlara yaxınlaşmışlar və dərhal İmrana sillə vurub Şamillə özünü polis əməkdaşı kimi onlara təqdim etmişlər. Bu zaman İmran iti surətlə aşağıya doğru qaçmışdır. Amil Teymurla birlikdə onlara yaxınlaşmışlar. Bu zaman Mikayılın yanında olan şəxsdən kim olduğunu soruşmuşlar. O, adının Fərdi olduğunu və Mikayılın dostu olduğunu bildirmişdir. Bundan sonra Amil Mikayıla yaxınlaşaraq əvvəlcədən qurulmuş senariyə əsasən polis olduqlarını bildirib onunla söhbət etməyə başlamışlar və demişlər ki, onların narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Ona görə də tədbir keçirilir. Həmin vaxt Amilə “komandir” deyə səsləndikləri üçün Mikayıl da polis olduqlarını bilib məsələni yoluna qoymağı xahiş etmişdir. Hətta həmin vaxt onların inanması üçün Amil göstəriş vermişdir ki, onların üstününü yoxlasınlar. Bu zaman o, Şamillə birlikdə həmin şəxslərin üzərini yoxlamış, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Bundan sonra Amil Mikayılın yaşadığı evə keçməyi də təklif etsə də, Mikayıl anasının xəstə olduğunu və başqa yerdə söhbətə davam etməyi bildirərək pul təklif etmişdir. Onlar razılaşmışlar və birlikdə binanın zirzəmisinə düşüb oradan naməlum taksi tapmışlar və o, Amil, Teymur, Mikayıl və Fərdi bir taksidə, Şamil isə digər taksidə əyləşib Amilin dediyi Xətai rayonunda yerləşən ünvana getmişlər. X21 yenidən söhbət etməyə başlamış, həmin vaxt Mikayıl və Fərdi onların həqiqətən də polis olduqlarına inandığı üçün yalvarmağa başlamışlar. Onlar isə Mikayıla onu və dostu Fərdini narkotik vasitənin qəbulu və satışı ilə məşğul olduqlarını bildirirək 10.000 manat pul vermələrini, əks halda tutacaqlarını bildirmişlər. Mikayıl həmin pulun çox olduğunu və verə bilməyəcəyini, anasının xəstə olduğunu və özünün də maddi vəziyyətinin aşağı olduğunu bildirmişdir. Həmin vaxt Mikayıl Amilin yanında olmuş, Fərdi isə o, Şamil və Teymurla birgə olmuşdur. Bütün danışıqları isə Mikayılla Amil etmişdir. Sonda Mikayılla 4.000 manat pulun ödənilməsinə razılaşmışlar. Mikayıl kiməsə zəng edərək taksi vasitəsi ilə dedikləri ünvana 3000 manat pul göndərməsini bildirmişdir. Fərdi isə cibindən 500 manat çıxarıb onlara vermişdir. Qalan 500 manat pulu isə Mikayıl Amillə telefon vasitəsi ilə əlaqə saxlayaraq bir həftə sonra verməli imiş. Təxminən bir saat sonra taksi sürücüsü 3000 manat pulu gətirmiş, o Şamillə birlikdə gedib həmin taksidən pulu almış, pulu aldıqdan sonra Mikayılla Fərdiyə belə bir halın baş verməsi barədə heç kimə məlumat verməmələrini bildirərək taksi ilə onları yola salmışlar. O, həmin pulu saymış və Fərdinin verdiyi 500 manatla birlikdə 3.500 manat pul olmuşdur. Həmin pulu sonradan aralarında bölmüşlər. Bundan sonra o, 1.000 manat götürmüş, 1.000 manat Şamilə, 500 manat da Amilə vermişdir. Həmçinin Teymura 1.000 manat verərək 500 manatını özünə götürməyi, qalan 500 manatı isə İmrana verməyi demişdir. Danışığa əsasən Mikayılın sonradan verməli olduğu 500 manat pulu Amil alıb özünə götürməli imiş. Bundan sonra sağollaşıb ayrılmışlar. Daha sonra onun İmran Teymur, Şamil və Amillə heç bir əlaqəsi olmamışdır. O, qeyd etmişdir ki, Mikayıla və Fərdiyə özlərini polis kimi təqdim etsələr də, hər hansı vəsiqə göstərməmişlər, polis formasında deyil, mülki geyimdə olmuşlar. Konkret hər hansı polis qurumunun adını çəkməmişlər. Sadəcə özlərini polis kimi təqdim edib aldadaraq 3500 manat pullarını ələ keçirmişlər. Sonda Təqsirləndirilən şəxs4 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayının əvvəllərində Alpaslan və Amillə birlikdə olarkən Teymur da onların yanına gəlmiş və bir qədər söhbət etdikdən sonra İmran adlı tanışının olduğunu, İmranın Mikayıl adlı sinif yoldaşının olduğunu və Mikayılın narkotik vasitə qəbulu ilə məşğul olduğunu, yaxşı maddi imkanının olduğunu bildirərək polis adı ilə onu aldadıb guya tutacaqlarını bildirərək bu adla pul ala biləcəklərini bildirmişdir. O, həbsdən yeni çıxdığından və maddi imkanı aşağı olduğundan Teymurun bu fikri ilə razılaşmışdır. Amillə Alpaslan da Teymurun bu fikri ilə razılaşmışlar. Fikirləşmişlər ki, bu yolla əldə olunacaq pulu sonradan aralarında bölsünlər. Alpaslan Teymurdan onları İmranla görüşdürməsini istəmişdir. Nəticədə xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən “Kolorit” kafesinin qarşısında olarkən Teymur İmranla görüşmüş, bu zaman o, Amil və Alpaslan da onunla birlikdə olmuşlar. X7 dedikləri barədə maraqlanaraq Mikayılın haqqında Teymura dediklərinin düz olub-olmadığını soruşmuşdur. İmran onlara da Mikayılın narkotik vasitə qəbul etdiyini, yaxşı pulunun olduğunu, hətta özünün də Mikayılla birgə narkotik vasitə nəşə qəbul etdiyini bildirmişdir. Bu zaman Alpaslan İmrandan «Vatsap» vasitəsi ilə Mikayıla yazaraq görüşmək istədiyini bildirməsini söyləmişdir. Həmin vaxt orada olan uşaqlar bunun səbəbi barədə maraqlandıqda Alpaslan bildirmişdir ki, İmran Mikayılın tanışı olduğu üçün məhz o, Mikayıla mesaj yazaraq onu görüşə dəvət etsin, görüşərkən isə onlar Mikayıla yaxınlaşıb yalandan polis olduqlarını deyib narkotik vasitə satışı ilə məşğul olduğunu bildirərək tutacaqlarını desinlər, Mikayıl isə tutulmamaq üçün pul təklif edəcəkdir ki, bu yolla aldadaraq pulunu alsınlar. Alpaslanın fikri əvvəlcə inandırıcı gəlməsə də o, bir qədər izah etdikdən sonra bildirmişdir ki, orada özlərini polis kimi aparıb polis kimi hərəkətlər edərək Mikayılı özlərinə inandıra bilsələr, bu plan baş tutacaqdır və nəticədə aldadıb pul əldə edə bilərlər. Bundan sonra hamısı onun bu fikri ilə razılaşmışlar. Bu zaman İmran bildirmişdir ki, belə olduğu halda Mikayıl onları İmranın gətirdiyindən şübhələnəcəkdir. Ona görə də, İmran özü təklif etmişdir ki, Mikayılı tutan zaman ona da bir neçə sillə vursunlar, o qorxub hadisə yerindən qaçsın və guya onların kim olduqlarını bilməsin. Bu barədə razılığa gəldikdən sonra birlikdə Mikayılın yaşadığı binanın qarşısına gəlmişlər. Aralarında olan razılaşmaya əsasən İmran Mikayıla «vatsap» vaitəsi ilə yazaraq görüşmək istədiyini bildirdikdə Mikayıl ona bir neçə dəqiqədən sonra 13-cü mərtəbəyə qalxmasını demişdir. Bundan bir neçə dəqiqə sonra razılaşmaya əsasən o və Alpaslan İmranla birlikdə yuxarı qalxmalı, İmran 13-cü mərtəbədə düşməli, o və Alpaslan isə yuxarı mərtəbələrə qalxaraq Mikayılla İmranın görüşmələrini gözləməli, onlar görüşdükdə isə onların yanına gəlməli, Amil isə Teymurla birlikdə sonradan onların yanına gəlməli imişlər. Hətta plana əsasən Amil onlara yaxınlaşdıqda Amilə komandir deyə müraciət etməli imişlər ki, Mikayıl onların polis olduğuna tam inansın. Bundan sonra o, İmran və Alpaslan binaya daxil olmuşlar. Danışığa əsasən o Alpaslanla birlikdə 15-ci mərtəbəyə qalxmış, İmran isə 13-cü mərtəbədə düşmüşdür. Təxminən bir dəqiqədən sonra onlar da İmranın arxası ilə 13-cü mərtəbəyə düşmüşlər. O, Alpaslanla birlikdə 13-cü mərtəbəyə gəldikdə İmrandan başqa orada iki nəfər şəxs olmuşdur. İmran Mikayılın görünüşü barədə onlara məlumat verdiyi üçün İmranın yanında dayanan şəxslərdən birinin Mikayıl olduğunu başa düşmüşlər. Lakin digər şəxsi tanımamışlar. Razılaşmaya əsasən Alpaslan onlara yaxınlaşmış və dərhal İmrana sillə vurub özlərini polis əməkdaşı kimi onlara təqdim etmişlər. Bu zaman İmran guya qorxub aşağıya qaçmışdır. Amil Teymurla birlikdə onlara yaxınlaşmışlar. Bu zaman Mikayılın yanında olan şəxsdən kim olduğunu soruşmuşlar, o, adının Fərdi olduğunu və Mikayılın dostu olduğunu bildirmişdir. Bundan sonra Amil Mikayıla yaxınlaşaraq əvvəlcədən qurulmuş senariyə əsasən polis olduqlarını bildirib onunla söhbət etməyə başlamış və demişdir ki, onların narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Ona görə də tədbir keçirilir. Həmin vaxt onlar Amilə “komandir” deyə səsləndiyi üçün Mikayıl da hamısının polis olduqlarına inanıb məsələni yoluna qoymağı xahiş etmişdir. Hətta həmin vaxt onların inanması üçün Amil göstəriş vermişdir ki, üstlərini yoxlasınlar. Bu zaman o, Alpaslanla birlikdə həmin şəxslərin üzərini yoxlamış, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Bundan sonra Amil Mikayılın yaşadığı evə keçməyi təklif etsə də Mikayıl anasının xəstə olduğunu və başqa yerdə söhbətə davam etməyi bildirərək pul təklif etmişdir. Razılaşmışlar və birlikdə binanın zirzəmisinə düşüb oradan naməlum taksi tapmışlar və Alpaslan, Amil, Teymur, Mikayıl və Fərdi bir taksidə, o, isə digər taksidə əyləşmişlər. Onlar Amilin dediyi Xətai rayonu ərazisində bir ünvana gəlib çatmışlar. X21 yenidən söhbət etməyə başlamışdır. Həmin vaxt Mikayıl və Fərdi onların həqiqətən də polis olduqlarına inandığı üçün yalvarmağa başlamışdır. Onlar Mikayıla onu və dostu Fərdini narkotik vasitənin qəbulu və satışı ilə məşğul olduqlarını bildirirək 10.000 manat pul vermələrini, əks halda tutacaqlarını bildirmişlər. Mikayıl həmin pulun çox olduğunu və verə bilməyəcəyini, anasının xəstə olduğunu və özünün də maddi vəziyyətinin aşağı olduğunu bildirmişdir. Bütün danışıqları Mikayılla Amil etmişdir. Sonda Mikayılla 4.000 manat pulun ödənilməsinə razılaşmışlar. Bundan sonra Mikayıl kiməsə zəng edərək taksi vasitəsi ilə dediyi ünvana 3000 manat pul göndərməsini bildirmişdir. Fərdi isə cibindən 500 manat çıxarıb vermişdir. Qalan 500 manat pulu isə Mikayıl Amillə telefon vasitəsi ilə əlaqə saxlayaraq bir həftə sonra verməli imiş. Təxminən bir saat sonra taksi sürücüsü 3000 manat pulu gətirmiş, o, Alpaslanla birlikdə gedib həmin taksidən pulu almışdır. Pulu aldıqdan sonra Mikayılla Fərdiyə belə bir hadisənin baş verməsi barədə heç kimə məlumat verməmələrini bildirərək taksi ilə onları yola salmışlar. Alpaslan həmin pulu saymış və Fərdinin verdiyi 500 manatla birlikdə 3.500 manat pul olduğu məlum olmuşdur. Həmin pulu sonradan aralarında bölmüşlər. Bundan sonra Alpaslan 1.000 manat götürmüş, 1.000 manat ona, 500 manat da Amilə vermişdir. Həmçinin Teymura 1.000 manat verərək 500 manatını özünə götürməyi, qalan 500 manatı isə İmrana verməyi demişdir. Danışığa əsasən Mikayılın sonradan verməli olduğu 500 manat pulu Amil alıb özünə götürməli imiş. Bundan sonra sağollaşıb ayrılmışlar. Daha sonra onun İmran, Teymur, Alpaslan və Amillə heç bir əlaqəsi olmamışdır. O, qeyd etmişdir ki, Mikayıla və Fərdiyə özlərini polis kimi təqdim etsələr də, hər hansı vəsiqə göstərməmişlər, polis formasında deyil, mülki geyimdə olmuşlar. Konkret hər hansı polis qurumunun adını çəkməmişlər. Heç kimə hədə-qorxu gəlməmişlər, xəsarət yetirməmişlər. Sadəcə özlərini polis kimi təqdim edib aldadaraq 3500 manat pullarını ələ keçirmişlər. Sonda Təqsirləndirilən şəxs5 əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə Səbail rayonu ərazisində yerləşən 160 nömrəli orta məktəbdə birlikdə oxumuş və yaxın münasibətləri olmuşdur. 2019-cu ilin iyun ayının 7-də saat təxminən 23-23:30 radələrində İmran ona «Vatsap» vasitəsi ilə yazaraq onunla görüşmək istədiyini bildirmişdir. Nə üçün görüşmək istədiyini soruşanda o, telefon söhbəti olmadığını, görüşəndə deyəcəyini bildirmişdir. Həmçinin İmran yaşadığı ünvana gələrək, görüşüb söhbət edəcəyini bildirmişdir. İmranla danışıb qurtaran kimi yaxın dostu Zərərçəkmiş şəxs2 zəng edib harada olduğunu soruşmuş şəhərə çıxıb gəzməyi təklif etmişdir. Fərdiyə Fidanla evdə olduğunu, İmran adlı dostunun gələcəyi üçün evdən çıxa bilmədiyini bildirmişdir. Ancaq onu evə dəvət etmişdir ki, İmranla görüşəndən sonra Fərdi ilə birlikdə şəhərə gedə bilsin. Təxminən bir saat sonra, yəni artıq 2019-cu ilin iyun ayının 8-nə keçən gecə saat 01 radələrində İmran yaşadığı binanın blokunda olan damafondan zəng etmiş, qapını açdıqdan sonra İmran bloka daxil olmuş və Vatsap proqramı vasitəsi ilə 13-cü mərtəbədə gözləyəcəyini yazmışdır. Bundan təxminən 1-2 dəqiqə sonra damafon yenidən basılmış və gələnin dostu Fərdi olduğunu görmüş, qapını açmış və Fərdiyə 13-cü mərtəbəyə qalxmasını, özünün də düşəcəyini bildirmişdir. 13-cü mərtəbəyə endiyində 13cü mərtəbənin balkonunda İmranla Fərdinin bir-birindən aralı dayandığını görmüşdür. Fərdi İmranı tanımamış, ancaq hər ikisinin onu gözlədiyini görmüşdür. Balkona keçib birinci dostu Fərdi ilə görüşmüş və onlar birlikdə İmrana yaxınlaşmışlar. İmranla görüşüb nə üçün gəldiyini soruşanda həmin anda sonradan adlarının Şamil və Aslan olduğunu bildiyi iki nəfər yuxarıdan pilləkənlə düşmüş, sonradan adlarının Teymur və Amil olduğunu bildiyi digər iki nəfər isə 13-cü mərtəbədə liftdən çıxaraq onlara yaxınlaşmış və hamısı polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar özlərinin polis əməkdaşı olduqlarını, narkotiklə bağlı tədbir keçirdiklərini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları barədə məlumat olduğunu bildirmiş və onları əl, təpiklə döyməyə başlamışlar. Hətta həmin vaxt onların yanında olanlar Amilə «komandir» deyə müraciət etmişlər. Onları vurmağa başladıqları vaxtı səhv etmirsə həmin şəxslərdən kimsə İmrana bir sillə vurmuş və İmran qaçıb pilləkənlə aşağı getmişdir. Daha sonra onlar nə istədiklərini demələrini xahiş etmişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını və onların, yəni Fərdinin və onun narkotik vasitələrin qəbulu, satışı ilə məşğul olduqları barədə məlumat daxil olduğunu, ona görə də tutulmaqları ilə bağlı tədbir keçirildiyini bildirmişdir. Bundan sonra üzərlərini axtarmağa başlamış, üzərlərindən heç bir şey aşkar olunmadığına görə yaşadığı evə getməyi istəmişlər. Ancaq həmin şəxslərə yalandan evdə xəstə anasının olduğunu, evə getməmələrini, ancaq nə istəsələr demələrini bildirmişdir. Bundan sonra içərilərindən biri, yəni sonradan adının Amil olduğunu bildiyi şəxs onlarla danışığa gedə biləcəyini bildirmişdir. Bu zaman həmin şəxslərin dediyi istənilən yerə gedə biləcəklərini, gedib söhbət edib, bu məsələni həll etmələrini bildirmişlər. O və Fərdi narkotik vasitələrin satışı ilə məşğul olmasalar da bir neçə dəfə narkotik vasitə nəşəni siqaretə doldurmaqla istifadə etmiş, İmranla birgə də nəşədən istifadə etmişdir. Ona görə də, həmin şəxslər polis olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını dedikdə onların polis olduqlarına inanmış və bu səbəbdən də onların dediyi başqa bir yerə getməyi, bu məsələni həll etməyi xahiş etmişdir. Hətta həmin şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları ilə bağlı ailələrinə məlumat veriləcəyini bildirmişlər. Bundan sonra onlar birlikdə liftə minərək binanın zirzəmisinə enmiş və liftdən çıxaraq binanın birinci blokuna tərəf getmişlər. Oradan isə binanın birinci blokunun girişindən çölə çıxmış və avtomaşın yolunun kənarına getmişlər. Orada yolla keçən Mersedes markalı taksi avtomaşınını saxlatdırmışlar. Əl edib saxlatdırdıqları həmin taksinin arxa oturacağına onu və Fərdini əyləşdirmişlər. Yanında Amil, Fərdinin yanında isə Aslan, Teymur taksidə qabaq oturacaqda əyləşmiş, Şamil isə orada qalmışdır. Onları taksi ilə Xətai metrostansiyasının yaxınlığında beş-altı mərtəbəli yaşayış binalarının həyətinə aparmışlar. Binanın həyətində tanımadığı taksi sürücüsündən avtomaşını saxlamasını xahiş etmiş, avtomaşın dayanan kimi onları avtomaşından endirdilər, taksinin pulunu vermiş və taksi yoluna davam edib getmişdir. Olduqları həyətdə bir-birindən 5-6 metr məsafədə yerləşən iki besetka olmuş və onları həmin besetkalara tərəf apardıqlarında artıq Şamil də orada olmuşdur. Daha sonra Amil qolundan tutub özü ilə birinci besetkaya aparmış, Şamil, Teymur və Alpaslan isə dostu Fərdini digər besetkaya aparmışlar. Amil besetkada oturacaqda əyləşmiş və demişdir ki, 10.000 manat pul versələr onları buraxacaqlar. Ancaq dedikləri pulu verməsələr, onları narkotik vasitə ilə sənədləşdirib tutacaqlar. Amil yaxşı polis işçisi kimi izah etməyə başlamışdır ki, dedikləri pulu verməsələr onları uzun müddətli həbs gözləyir, ancaq pulu versələr daha onlarla işləri olmayacaqdır. Amil bu söhbətləri edərkən Şamil, Teymur və Alpaslan növbə ilə gəlib Amillə söhbətlərində iştirak edir və onları həbs edəcəklərini deyirdilər. Əvvəlcə bəlkə pulunun olmadığını deməyi düşünmüş, lakin sonradan tutulacağını fikirləşib Amillə razılaşmaq qərarına gəlmişdir. Sonunda 4.000 manat pul qarşılığında onları sərbəst buraxa biləcəklərini demişlər. Evdə cəmi 3.000 manat pulu olduğundan Fərdi ilə danışıb ona 4.000 manata buraxılacaqlarını, pulu verməsələr tutulacaqlarını, lakin özünün cəmi 3.000 manat verə biləcəyini deyərək nə qədər pul düzəldə biləcəyini soruşmuşdur. Fərdi isə həmin vaxt üzərində 500 manat pul olduğunu, qalan 500 manatı isə sonra verə biləcəyini demişdir. Nəticədə nişanlısı Fidana zəng edib, 3.000 manat pul götürüb gətirməsini demişdir. Ancaq Şamil, Amil və digərləri Fidanın pulu özü gətirməməsini, taksi ilə göndərməsini demişlər. Onların istəyi ilə Fidana 3.000 manat pulu taksi ilə dediyi ünvana göndərməsini demişdir. Onlar hazırda xatırlamadığı bir ünvan demiş və o da, həmin ünvanı Fidana demişdir. Zəngindən təxminən bir saat sonra, yəni saat 03 radələrində Fidan zəng edib üç min manat pulu taksi ilə dediyi ünvana göndərdiyini və taksi sürücüsünün hazırda xatırlamadığı mobil telefon nömrəsini bildirmişdir. Onlar Fidanın dediyi mobil telefon nömrəsini özlərində qeyd etmiş və daha sonra taksi sürücüsü ilə əlaqə saxlayaraq gedib yaxınlıqdan pulu götürmüşlər. Lakin taksini görə bilmədiyi üçün pulu kimin götürdüyünü bilməmişdir. Onlar üç min manat pulu taksi sürücüsündən götürəndən sonra Amil yenidən Fərdigilin yanına, yəni onlar olan besetkaya aparmışdır. Fərdigilin olduğu besetkaya gedəndən sonra Fərdi də cibində olan 500 manat pulu çıxarıb onlara vermişdir. Onlar ümumilikdə 3.500 manat pulu alandan sonra mobil telefon nömrəsini onlara verməyi, həmçinin əlavə 500 manat pul tapıb Amilə çatdırmağı bildirmişlər. Pullarının olmadığını deyəndə, bir həftə onlara vaxt verildiyini, əgər bir həftə ərzində dedikləri 500 manat pul onlara verilməsə yenidən tutulacaqlarını, həmçinin bu barədə heç kimə məlumat verməməli olduqlarını bildirmişlər. Daha sonra saat təxminən 04 radələrində onları sərbəst buraxaraq özləri çıxıb getmişlər. Onlar isə ikisinin cibində olan xırda pullarla tanımadıqları bir taksiyə əyləşib qaldığı evə getmişlər. Həmin gündən sonra Amil ona teztez zəng edərək pul barəsində soruşmağa başlamışdır. Həmçinin arada Rus nömrəsindən Votsap proqramı vasitəsi ilə nömrəsinə yazıb pulu tapa bilib-bilmədiklərini soruşmuşlar. Onlar bir müddət çalışmışlar ki, Amilgilin dedikləri 500 manatı tapıb versinlər, ancaq tapa bilməmişlər. Amilin tez-tez zəng etməyi, pulu istəməyi, onlarda şübhələr yaratmışdır. Bundan əlavə hadisə vaxtı həmin şəxslərin xarici qörkəmi də polis əməkdaşı olmaları təsirini bağışlamamışdır. Daha sonra özləri araşdırmış, onlara məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşları deyil. Bundan sonra blokda olarkən onlar İmrana qəsdən bir sillə vurduqlarını, İmranın qəsdən orada İmrandan şübhə etməsinlər, həm də həmin şəxslərin polis olmadıqlarını başa düşməsinlər deyə qaçdığını başa düşmüşlər. Yəni, İmran dost kimi özünü göstərsə də, ancaq həmin şəxslərlə birlikdə olmuşdur. Çünki həmin şəxslər onu tanımamışlar və onları yaşadığı ünvana İmran gətirmişdir. Əgər İmran onu çağırmasaydı heç vaxt digər tanımadığı şəxslərin sözü ilə yaşadığı evdən çıxmazdı. Həmçinin o, İmranla birgə nəşə çəkdiyi üçün sonradan həmin məlumatı özlərini polis kimi təqdim edən şəxslərə məhz İmranın verdiyini düşünmüşdür. Daha sonra həmin şəxslərin polis olmadığına əmin olduqdan sonra şikayət etmək qərarına gəlmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərlə barşdığını, onlara vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Cinayət işinin İ cildinin 103-105-ci vərəqələrində olan Zərərçəkmiş şəxs2 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 təxminən iki il olar ki, tanıyır, onunla yaxın dostluq münasibətləri olmuşdur. 2019-cu ilin iyun ayının 7-də gecə saat təxminən 23-24 radələrində evdə darıxdığı üçün dostu Mikayıla zəng etmiş və yatmayıbsa, şəhərə çıxıb gəzməyi, pivə içməyi təklif etmişdir. Mikayıl ona yaşadığı evə gəlməsini, İmran adlı bir dostu ilə görüşəcəyini və sonra şəhərə çıxa biləcəyini bildirmişdir. Evdən çıxıb taksi ilə Mikayılın yaşadığı ünvana getmişdir. Mikayılın yaşadığı blokun qapısına yaxınlaşıb damafonun düyməsini basmış və Mikayıl qapını açaraq 13-cü mərtəbədə onu gözlədiyini bildirmişdir. Liftlə 13-cü mərtəbəyə qalxmış və balkona keçəndə bir nəfər tanımadığı oğlanın balkonda dayandığını görmüşdür. Sonradan adının İmran olduğunu Mikayıldan öyrəndiyi həmin şəxsi tanımadığı üçün kənarda dayanıb Mikayılı gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Mikayıl pilləkənlərlə düşüb onların yanlarına gəlmişdir. Əvvəlcə onunla, sonra birlikdə həmin şəxsə yaxınlaşıb sonradan adının İmran olduğunu bildiyi oğlanla görüşmüş və ondan nə üçün gəldiyini soruşmuşdur. Bu anda arxadan dörd nəfər tanımadığı və həmin anda adlarını bilmədiyi, lakin sonradan adlarının Şamil, Amil, Teymur və Alpaslan olduğunu bildiyi şəxslər onlara yaxınlaşmış, özlərinin polis əməkdaşı olduqlarını, narkotiklə bağlı tədbir keçirdiklərini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları barədə onlarda məlumat olduğunu bildirərək, onları əl və təpiklə döyməyə başlamışlar. Hətta həmin vaxt onlar yanlarında olan Amil adlı şəxsə «komandir» deyə müraciət etmişlər. Onları vurmağa başladıqları vaxt səhv etmirsə həmin şəxslərdən kimsə İmrana bir sillə vurmuş və İmran qaçıb pilləkənlə aşağı getmişdir. Daha sonra onlar vurmağı sağlamağı və nə istədiklərini deməklərini xahiş etmişlər. Onlar polis əməkdaşları olduqlarını, onların, yəni onun və Mikayılın narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olduqları barədə məlumat daxil olduqlarını, ona görə də onların tutulmağı ilə bağlı tədbir keçirildiyini bildirmişdir. Bundan sonra həmin şəxslər üzərlərini axtarmağa başlamış, üzərlərindən heç bir qanunsuz əşya aşkar olunmadığına görə Mikayılın yaşadığı evə getməyi istəmişlər. Lakin Mikayıl onlara evdə xəstə anasının olduğunu, evə getməmələrini, ancaq nə istəyirlərsə demələrini bildirmişdir. Bundan sonra içərilərindən biri, yəni sonradan adının Amil olduğunu bildiyi şəxs onlarla danışığa gedə biləcəyin bildirmişdir. Bu zaman Mikayıl onların dediyi istənilən yerə gedə biləcəyini, gedib orada söhbət edib, məsələni həll edə biləcəklərini bildirmişlər. O və Mikayıl narkotik vasitələrin satışı ilə məşğul olmasalar da bir neçə dəfə narkotik vasitə nəşəni siqaretə doldurmaqla istifadə etmişlər. Ona görə də həmin şəxslər polis olduqlarını bildirib onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını dedikdə həmin şəxslərə inanmış və bu səbəbdən də onların dediyi başqa bir yerə gedib, bu məsələni həll etməyi bildirmişdir. Hətta həmin şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları ilə bağlı ailəsinə məlumat veriləcəyini bildirmişlər. Bundan sonra onlar birlikdə liftə minərək binanın zirzəmisinə enmiş və liftdən çıxaraq binanın birinci blokuna tərəf getmişlər. Oradan isə binanın birinci blokunun girişindən çölə çıxmış və avtomaşın yolunun kənarına getmişlər. Orada yolla keçən Mersedes markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı, açıq rəngli taksi avtomaşınını saxlatdırmışlar. Həmin taksinin arxa oturacağına onu və Mikayılı əyləşdirmişlər. Mikayılın yanında Amil, onun yanında isə Alpaslan əyləşmişdir. Teymur taksidə qabaq oturacaqda əyləşmiş, Şamil isə orada qalmışdır. Həmin şəxslər onları taksi ilə Bakı şəhəri, Xətai rayonu ərazisinə, Xətai metrostansiyasının yaxınlığında beş-altı mərtəbəli yaşayış binalarının həyətinə aparmış, binanın həyətində tanımadığı taksi sürücüsündən avtomaşını saxlamasını xahiş etmiş, avtomaşın dayanan kimi onları avtomaşından endirərək, taksinin pulunu vermiş və taksi yoluna davam edib getmişdir. Olduqları həyətdə bir-birindən 5-6 metr məsafədə yerləşən iki besetka olmuş və həmin şəxslər onları həmin besetkalara tərəf apardıqlarında artıq Şamil də orada olmuşdur. Daha sonra Amil Mikayılın qolundan tutub özü ilə birinci besetkaya aparmış, Şamil, Teymur və Alpaslan isə onu digər besetkaya aparmışlar. Mikayılla Amil orada bir qədər söhbət etdikdən sonra birgə onların yanlarına gəlmiş və Mikayıl buraxılmağı üçün əvvəlcə 10.000 manat istəsə də, sonradan 4.000 manata razılaşmış, əks halda tutulacağını bildirmişdir. Həmçinin bildirmişdir ki, cəmi 3.000 manat pul düzəldə bilər. O isə həmin vaxt üzərində cəmi 500 manat olduğunu deyərək qalan 500 manat pulu sonra düzəldib verə biləcəyini demişdir. Bundan sonra yenidən onlardan ayrılmış və o biri besetkaya tərəf getmişlər. Bundan bir müddət sonra Mikayıl nişanlısı Fidana zəng etmiş və sonuncu taksi ilə 3.000 manat pul göndərmişdir. Sonradan 3.000 manat pulu kimin götürdüyü yadında deyil. Daha sonra Amil Mikayılı onun yanına, yəni onlar olan besetkaya gətirmişdir. O da əlavə olaraq cibində olan 500 manat pulu çıxarıb həmin şəxslərə vermişdir. Onlardan ümumilikdə 3.500 manat pulu alandan sonra Mikayıla mobil telefon nömrəsini onlara verməsini, əlavə 500 manat pul tapıb Amilə çatdırmasını bildirmişlər. Onlar pullarının olmadığını deyəndə, onara bildirmişlər ki, bir həftə onlara vaxt verirlər, əgər bir həftə ərzində dedikləri 500 manat pul onlara verilməsə yenidən onları tutacaqlar. Həmçinin həmin şəxslər bu barədə heç kimə məlumat verməməyi, bu söhbət onlarla öz aralarında qalmasını bildirmişlər. Daha sonra saat təxminən 04 radələrində onları sərbəst buraxaraq özləri çıxıb getmişlər. Onlar isə ikisinin cibində olan xırda pullarla tanımadıqları bir taksiyə əyləşib Mikayılın qaldığı evə getmişlər. Həmin gündən sonra Amil Mikayıla tez-tez zəng edərək pulun nə olduğunu soruşmuşdur. Onlar bir müddət çalışsalar da 500 manatı düzəldə bilməmişlər. Amilin Mikayıla tez-tez zəng edərək pulu istəməyi, onlarda şübhə yaratmış, daha sonra özləri araşdırmış və məlum olmuşdur ki, həmin şəxslər polis olmamış, sadəcə bu adla onları aldadıb pullarını almışlar. Bundan sonra onlar dərk etmişlər ki, blokda olarkən onlar İmrana bir sillə vurmuş və İmran qaçıb getmişdir. Ancaq İmran bunu onların İmrandan şübhə etməməsi, həm də həmin şəxslərin polis olmadıqlarını başa düşməməsi üçün yalandan etmişdir. Yəni, İmran Mikayıla dost kimi özünü göstərsə də, ancaq həmin şəxslərlə əlbir olmuşdur. Çünki həmin şəxslər Mikayılı tanımamış və onları Mikayılın yaşadığı ünvana İmran gətirmişdir. Həmçinin Mikayıl bildirmişdir ki, İmranla birgə nəşə çəkdiyi üçün onun nəşə çəkməsi barədə məlumatı özlərini polis kimi təqdim edən şəxslərə məhz İmran vermişdir. Onlar həmin şəxslərin polis olmadığına əmin olduqdan sonra şikayət etmək qərarına gəlmişlər. Həmin vaxt həmin şəxslərin üzərində forma və ya digər qandal, radioötürücü kimi əşyalar olmamışdır. Həmçinin onlar özlərini konkret polis qurumunun əməkdaşı kimi təqdim etməmişlər. Teymurdan başqa qalanları idmançı görkəmində olduğu, həmçinin orada olarkən onlar Amili komandir deyə çağırdığı, onların bütün hərəkətləri polis hərəkətlərinə bənzədiyi üçün onların polis olduqlarına inanmışlar. Zərərçəkmiş şəxs2 verdiyi əlavə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs3 və qeyriləri tərəfindən ona və Mikayıla dəymiş ziyan tam ödənilmiş, hazırda həmin şəxslərə, eləcə də Alpaslan və Şamil adlı şəxslərə qarşı da şikayəti yoxdur. Ona görə də bu barədə ərizə yazıb göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Baş İdarəyə ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 11 saylı ünvanda yerləşən yaşayış binasının 13-cü mərtəbəsində sinif yoldaşı Təqsirləndirilən şəxs1 və dostu Zərərçəkmiş şəxs2la görüşərkən özlərini polis əməkdaşları kimi təqdim edən Amil, Şamil, Alpaslan və Teymur adlı şəxslərin onları tutub saxladıqlarını, guya onların narkotik vasitələrin satışı ilə məşğul olmaları, yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək zorla taksi avtomobilinə əyləşdirib Bakı şəhəri, Xətai rayonu, «Xətai» metrostansiyasının yaxınlığında yerləşən yaşayış binalarından birinin həyətinə gətirdiklərini, orada həmin şəxslərin yenidən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək 10.000 manat pul verməyəcəkləri təqdirdə onları polis bölməsinə aparıb həbs edəcəkləri, narkotik vasitənin satışı ilə məşğul olmaları barədə ailə üzvlərinə və yaxınlarına məlumat verəcəkləri barədə hədə-qorxu gələrək 10.000 manat pul tələb etdiklərini, həmin şəxslərin sonda 4.000 manat pulun qarşılığında onları sərbəst buraxmağa razılıq verdiklərini, tələb etdikləri puldan 3.500 manatını gecə aldıqdan sonra qalan məbləği bir həftə ərzində düzəldib Amil adlı şəxsə çatdırmaları şərti ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərbəst buraxdıqlarını, həmin şəxslər onları binanın blokunda saxlayarkən Təqsirləndirilən şəxs1 guya qorxub qaçırmış kimi aradan çıxdığını, lakin hadisələrin sonrakı gedişində həmin şəxslərin öz aralarındakı danışığından Təqsirləndirilən şəxs1 də onlardan hədə-qorxu ilə pul tələb edən Amil, Şamil, Alpaslan və Teymur adlı şəxslərlə əlbir olmasını və məhz cinayətkar niyyətlərini həyata keçirmək üçün sinif yoldaşı Zərərçəkmiş şəxs1 görüşə çağırmasını ayırd etdiklərini bildirməklə, bu şəxslər barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Daxil olmuş müraciətin araşdırılması ilə bağlı haqqında şikayət olunan şəxslərin şəxsiyyətləri əməliyyat yolu ilə müəyysnləşdirilərkən «İmran» adlı şəxsin Təqsirləndirilən şəxs1; «Amil» adlı şəxsin Təqsirləndirilən şəxs3, «Teymur» adlı şəxsin Təqsirləndirilən şəxs2 və «Aslan» adlı şəxsin Təqsirləndirilən şəxs4 olduqları müəyyən edilmiş, həmçinin, onların narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Nəticədə xx.xx.2019-cu il tarixdə Baş İdarənin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti məlum olmayan «Şamil» adlı şəxsin cinayət əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə Bakı şəhəri ərazisində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Şahid2, Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri dəvət edilmiş hal şahidləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə məlumatda adları göstərilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsinə gəlmiş və orada əməliyyat mövqeyi seçib müşahidəyə başlamışlar. Belə ki, əməliyyat yolu ilə barələrində şikayət olunan şəxslərin ola biləcəyi yerlər tərəflərindən dəqiqləşdirilərkən onların son vaxtlar daha çox Bakı şəhəri, Xətai rayonu, «Xətai» metrostansiyasının yaxınlığında, o cümlədən Xocalı prospekti, S.Vəzirov küçəsi və yaxınlıqdakı digər küçələrdə olduqları, daha çox bu ərazilərdə görsəndikləri barədə məlumat daxil olmuşdur. Nəticədə həmin tarixdə saat 14:05-də əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birgə ərazidə olarkən Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 17 saylı ünvanın qarşısında ağ rəngli “Hyundai Elantra” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və içərisində iki nəfər özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bənzər şəxslərin olması müəyyən edilərək saxlanılmışdır. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və saxlanılan şəxslərdən anket məlumatlarını soruşmuşlar. Saxlanılan şəxslərdən biri özünü Təqsirləndirilən şəxs2 kimi, digər şəxs isə özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Həmin şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra onlara Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək pul tələb etmələri, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli bilindikləri izah edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişlər. Hər iki şəxsə hal şahidlərinin iştirakı ilə üzərilərinə baxış keçiriləcəyi izah edilmiş və onlara üzərilərində narkotik vasitə, psixotrop maddə, yaxud hər hansı digər qanunsuz əşya varsa təqdim etməkləri təklif edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs2 üzərində üç ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd mobil telefon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şortikin sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü və sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu çıxarıb təqdim etmiş, sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi üç ədəd şəffaf sellofan büküm açılmış və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs2 da həmin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, yaxud hər hansı digər qanunsuz əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 üzərində üç ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi üç ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs1 də həmin zərfin üzərinə imza etmiş, daha sonra Təqsirləndirilən şəxs2 avtomobilə baxış keçirilməsinin zəruri olduğu izah edilmişdir. Avtomobilində qeyri-qanuni əşya və predmetin olmadığını bildirərək buna etiraz etməmişdir. Daha sonra hal şahidlərinin və Təqsirləndirilən şəxs2 iştirakı ilə “Hyundai Elantra” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qeyri-qanuni əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş üç ədəd bükümdə psixotrop maddə metamfetamini xx.xx.2019-cu il tarixdə səhər saatlarında “Papanin” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 200 manat pul müqabilində əldə etdiyini, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, idarə etdiyi avtomobili isə günü 55 manat olmaqla 3 günlük icarəyə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 isə ilkin şifahi sorğu zamanı üzərindən aşkar olunmuş üç ədəd bükümdə psixotrop maddə metamfetamini xx.xx.2019-cu il tarixdə axşam saatlarında “Kubinka” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 150 manat pul müqabilində əldə etdiyini, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs2 etiraf etdi ki, xx.xx.2019-cu il tarixdə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Şamil adlı şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 verdiyi məlumat əsasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərini polis əməkdaşları kimi təqdim edib onlardan hədəqorxu yolu ilə pul almaq barədə əvvəlcədən öz aralarında razılıq əldə etmişlər. Razılığa əsasən onlar Zərərçəkmiş şəxs1 yaşadığı binanın 13-cü mərtəbəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tutub saxlayıb zor tətbiq etməklə onlara özlərini polis əməkdaşları kimi təqdim etmişlər və həmin şəxsləri özləri ilə birlikdə avtomaşına əyləşdirib Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən binalardan birinin həyətinə aparıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 guya narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə onlarda məlumatın olmasını yalandan bildirib həmin məlumatı ailə üzvləri və yaxınları arasında yaymaqla onları həbs edəcəkləri ilə hədə-qorxu gəlib həmin şəxslərdən 10.000 manat pul tələb etmiş, lakin sonda 4.000 manat qarşılığında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərbəst buraxmağa razılaşmış, 3.500 manat pul aldıqdan sonra qalan məbləği bir həftə ərzində Təqsirləndirilən şəxs3 vasitəsi ilə çatdırmağa razılaşıb onları buraxmışlar. Saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs2 söylədiklərini təsdiq edərək, həqiqətən də, xx xxxx 2019-cu il tarixdə onun verdiyi məlumat əsasında sinif yoldaşı olan Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs4 və digərlərinin hədə-qorxu yolu ilə 3.500 manat pul vəsaiti ələ keçirdiklərini bildirmişdir. Bundan sonra sənədləşdirmə üçün əlverişli şəraitin olmaması səbəbindən tədbir iştirakçıları, saxlanılan şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və hal şahidləri Baş X1 İdarəsinə dəvət edilmişlər. Orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim edilən siyahıdan istənilən vəkilin onların hüquqlarının müdafiə edilməsinə etiraz etməmişlər. Keçirilən baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq edilmişdir. Sonradan tərəflərindən müvafiq əməliyyataxtarış tədbirləri keçirilsə də adları çəkilən şəxslərin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları Şahid2 və Şahid4 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə saat 13-14 radələrində Gilavar restoranının yanından keçərkən sonradan Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildiyi bir neçə mülki geyimli şəxslər ona yaxınlaşmış və ondan hal şahidi olmasını xahiş etmişlər. Ondan sonra bir nəfər də polislər tərəfindən dəvət edilmişdir. Polislər həmin şəxsə bildirmişlər ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Baş X1 İdarəsinə müraciət edərək İmran, Amil, Şamil, Aslan və Teymur adlı şəxslərin özlərini polis kimi təqdim edərək onların guya narkotik vasitələrin satışı ilə məşğul olmaları, yumruq və təpik zərbələri ilə döyərək zorla taksi avtomobilinə əyləşdirib «Xətai» metrostansiyasının yaxınlığında yerləşən yaşayış binalarından birinin həyətinə gətirdiklərini, orada həmin şəxsləri döyərək 10.000 manat pul verməyəcəkləri halda polis bölməsinə aparıb həbs edəcəkləri, narkotik vasitənin satışı ilə məşğul olmaları barədə ailə üzvlərinə və yaxınlarına məlumat verəcəkləri barədə hədə-qorxu gələrək 10.000 manat pul tələb etdiklərini, həmin şəxslərin sonda 4.000 manat pulun əvəzində onları sərbəst buraxmağa razılıq verdiklərini, tələb etdikləri puldan 3.500 manatını gecə aldıqdan sonra qalan məbləği bir həftə ərzində düzəldib Amil adlı şəxsə çatdırmaları şərti ilə sərtəst buraxdıqlarını, həmin şəxslər onları binanın blokunda saxlayarkən Təqsirləndirilən şəxs1 guya qorxub qaçırmış kimi aradan çıxdığını, lakin sonradan həmin şəxslərin öz aralarındakı danışığından Təqsirləndirilən şəxs1 də onlardan hədə-qorxu ilə pul tələb edən Amil, Şamil, Aslan və Teymur adlı şəxslərlə əlbir olmasını və məhz cinayətkar niyyətlərini həyata keçirmək üçün Zərərçəkmiş şəxs1 görüşə çağırmasını bildirməklə, bu şəxslər barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişlər. Polislər bildirmişlər ki, həmin şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Ona görə də həmin şəxslər saxlanıldıqdan sonra baxışda iştirak etmək üçün onların hal şahidi qismində iştirak etməklərini xahiş etmiş, onlar da razılaşmışlar. Ona görə də polislərlə birlikdə xx.xx.2019cu il tarixdə Xətai rayonu, S.Vəzirov küçəsinə gəlib kənarda dayanmışlar. Saat təxminən 14:05-də ərazidə olarkən həmin ünvanın qarşısında ağ rəngli “Hyundai Elantra” markalı avtomobilin dayandığını və içərisindən iki nəfər şəxsin düşdüyünü görmüşlər. Polislər həmin şəxslərin Teymur və İmran olduğunu bildirmiş, həmin şəxslər polislər tərəfindən saxlanılmışdır. Polislər vəsiqələrini göstərməklə özlərini və onları təqdim etmişlər. Saxlanılan şəxslərdən biri özünü Təqsirləndirilən şəxs2, digər şəxs isə özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Polislər onlara Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək pul tələb etmələri, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını izah edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Hər iki şəxsə üzərilərində narkotik vasitə, psixotrop maddə və ya başqa qanunsuz əşya varsa təqdim etməklərini təklif etmişlər. Teymur üzərində üç ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd mobil telefon olduğunu bildirmişdir. Teymur əynindəki tünd göy rəngli şortikin sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü və sol yan cibindən bir ədəd “Nokia” markalı telefonunu çıxarıb polislərə təqdim etmişdir. Sonra Teymurun üzərinə baxış keçirilsə də başqa əşya aşkar olunmamışdır. Teymurdan aşkar olunmuş üç sellofan büküm açılmış və içərisinə baxıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Teymurun təqdim etdiyi telefon da polislər tərəfindən götürülmüşdür. Daha sonra İmrana üzərində narkotik vasitə, psixotrop maddə, yaxud başqa qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. İmran əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd selofan bükümü çıxarıb təqdim etmişdir. Sonra İmranın üzərinə baxış keçirilmiş, baxış zamanı onun üstündən qanunsuz əşya aşkar olunmamışdır. İmranın əynindəki şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi üç ədəd sellofan büküm açılaraq içərisinə baxıldıqdan sonra zərfə qoyulmuşdur. Daha sonra Teymurun “Hyundai Elantra” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qeyri-qanuni əşya aşkar edilməmişdir. Sorğu zamanı Teymur üstündən aşkar edilərək götürülmüş üç ədəd bükümdə psixotrop maddə metamfetamini “Papanin” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 200 manata adlığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. İdarə etdiyi avtomobili isə günü 55 manata 3 günlük icarəyə götürmüşdür. İmran isə bildirdi ki, üstündən aşkar olunmuş üç ədəd bükümdə psixotrop maddə metamfetamini “Kubinka” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 150 manata almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin Teymur etiraf etmişdir ki, tanışları İmran, Amil, Alpaslan və Şamil adlı şəxslərlə birgə İmranın verdiyi məlumat əsasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərini polis əməkdaşları kimi təqdim edib hədə-qorxu yolu ilə pul almaq barədə əvvəlcədən öz aralarında razılıq əldə etmişlər və hətta guya onların narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə məlumatın olmasını yalandan bildirib həmin məlumatı ailə üzvlərinə yaymaqla onları həbs edəcəkləri ilə hədə-qorxu gəlib 10.000 manat pul tələb etmiş, lakin sonda 4.000 manat müqabilində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərbəst buraxmağa razılaşmış, 3.500 manat pul aldıqdan sonra qalan məbləği bir həftə ərzində Təqsirləndirilən şəxs3 vasitəsi ilə çatdırmağa razılaşıb onları buraxmışlar. İmranda Teymurun dediklərini təsdiq edərək, xx.xx.2019-cu il tarixdə onun verdiyi məlumat əsasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs4 və digərlərinin hədə-qorxu yolu ilə 3.500 manat pul vəsaiti ələ keçirdiklərini bildirmişdir. Bundan sonra Baş X1 İdarəsinə gəlmiş, İmranın və Teymurun hüquqlarının qorunması üçün vəkillər dəvət edilərək onların iştirakı ilə protokol tərtib edilib ucadan oxunmuş, düzgün yazıldığı üçün imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid8 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Baş İdarəyə müraciət edərək xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 yaşadığı binanın 13-cü mərtəbəsində sinif yoldaşı Təqsirləndirilən şəxs1 və dostu Zərərçəkmiş şəxs2la görüşərkən özlərini polis kimi təqdim edən Amil, Şamil, Aslan və Teymur adlı şəxslərin onları tutub saxladıqlarını, onların guya narkotik vasitələrin satışı ilə məşğul olmalarını, yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək zorla taksi avtomobilinə əyləşdirib «Xətai» metrostansiyasının yaxınlığında yerləşən yaşayış binalarından birinin həyətinə gətirdiklərini, orada həmin şəxslərin yenidən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək 10.000 manat pul verməyəcəkləri halda polis bölməsinə aparıb həbs edəcəkləri, narkotik vasitənin satışı ilə məşğul olmaları barədə ailə üzvlərinə məlumat verəcəkləri barədə hədə-qorxu gələrək 10.000 manat pul tələb etdiklərini, sonda 4.000 manat pulun qarşılığında onları sərbəst buraxmağa razılıq verdiklərini, tələb etdikləri puldan 3.500 manatını gecə aldıqdan sonra qalan məbləği bir həftə ərzində düzəldib Amil adlı şəxsə çstdırmaları şərti ilə onları sərbəst buraxdıqlarını, həmin şəxslər onları binanın blokunda saxlayarkən Təqsirləndirilən şəxs1 guya qorxub qaçırmış kimi aradan çıxdığını, lakin hadisələrin sonrakı gedişində həmin şəxslərin öz aralarındakı danışığından Təqsirləndirilən şəxs1 də onlardan hədə-qorxu ilə pul tələb edən Amil, Şamil, Aslan və Teymur adlı şəxslərlə əlbir olmasını və məhz cinayətkar niyyətlərini həyata keçirmək üçün sinif yoldaşı Zərərçəkmiş şəxs1 görüşə çağırmasını ayırd etdiklərini bildirməklə, bu şəxslər barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Daxil olmuş müraciətin araşdırılması ilə bağlı haqqında şikayət olunan şəxslərin şəxsiyyətləri əməliyyat yolu ilə müəyyənləşdirilərkən «İmran» adlı şəxsin Təqsirləndirilən şəxs1, «Amil» adlı şəxsin Təqsirləndirilən şəxs3, «Teymur» adlı şəxsin Təqsirləndirilən şəxs2 və «Aslan» adlı şəxsin Təqsirləndirilən şəxs4 olduqları müəyyən edilmiş, həmçinin, onların narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Nəticədə xx.xx.2019-cu il tarixdə Baş idarənin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4in və şəxsiyyəti məlum olmayan «Şamil» adlı şəxsin cinayət əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə Bakı şəhəri ərazisində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Şahid2 rəhbərliyi altında o da daxil edilməklə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri dəvət edilmiş hal şahidləri ilə birikdə xx xxxx 2019-cu il tarixdə məlumatda adları qeyd olunan şəxslərdən Təqsirləndirilən şəxs3 olması ehtimal edilən Səbail rayonu, Nigar Rəfibəyli küçəsinə gəlmiş və orada əməliyyat mövqeyi seçib müşahidəyə başlamışlar. Belə ki, əməliyyat yolu ilə barələrində şikayət olunan şəxsin ola biləcəyi yerlər tərəflərindən dəqiqləşdirilərkən onun son vaxtlar daha çox Səbail rayonu, Nigar Rəfibəyli küçəsi və yaxınlıqdakı digər küçələrdə olduğu, daha çox bu ərazilərdə görsəndiyi barədə məlumat daxil olmuşdur. xx xxxx 2019-cu il tarixdə saat təxminən 15:10-da əməliyyat qrupurun üzvləri və hal şahidləri ilə birlikdə ərazidə olarkən Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 16A-16F saylı ünvanın qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs3 oxşar şəxsin olması tərəflərindən müəyyən edilmişdir. Əməliyyat qrupunun iştirakçıları ilə birlikdə qeyd olunan şəxsə yaxınlaşdıqda həmin şəxs tərəflərindən saxlanılmışdır. Xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və saxlanılan şəxsdən anket məlumatlarını soruşmuşlar. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Həmin şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra ona Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək pul tələb etmələri, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli bilindiyi izah edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs3 dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçiriləcəyi izah edilmiş və ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 üzərində 3 bükümdə psixotrop maddə metamfetamin olduğunu və onu təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümləri, sol yan cibindən isə “İphone 5” markalı mobil telefonu çıxarıb tədbir iştirakçılarına təqdim etmiş, sonra Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən əməliyyat marağı kəsb edən digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 3 ədəd şəffaf sellofan bükümlər açıldıqda onların daxilində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 03 ədəd bükümlər zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. Hal şahidləri kimi Təqsirləndirilən şəxs3 da həmin zərfin üzərinə imza etmişdir. “İphone 5” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəflərindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə psixotrop maddə metamfetamini təxminən 1 həftə əvvəl “Şamaxinka” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 120 manat pul müqabilində əldə etdiyini və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Şamil adlı şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 verdiyi məlumat əsasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərini polis kimi təqdim edib onlardan hədə-qorxu yolu ilə pul almaq barədə əvvəlcədən öz aralarında razılıq əldə etdiyini etiraf etmişdir. Razılığa əsasən onlar Zərərçəkmiş şəxs1 yaşadığı Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 203 ünvanına gedib, orada binanın 13-cü mərtəbəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tutub saxlayıb zor tətbiq etməklə onlara özlərini polis əməkdaşları kimi təqdim etmiş və həmin şəxsləri özləri ilə birlikdə avtomaşına əyləşdirib Xətai rayonu ərazisində yerləşən binalardan birinin həyətinə aparıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 guya narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə onlarda məlumatın olmasını yalandan bildirib həmin məlumatı ailə üzvləri və yaxınları arasında yaymaqla onları həbs edəcəkləri ilə hədə-qorxu gəlib həmin şəxslərdən 10.000 manat pul tələb etmiş, lakin sonda 4.000 manat qarşılığında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərbəst buraxmağa razılaşmış, 3.500 manat pul aldıqdan sonra qalan məbləği bir həftə ərzində onun vasitəsi ilə çatdırmağa razılaşıb onları buraxmışlar. Bundan sonra sənədləşdirmə üçün əlverişli şərait olmadığından tədbir iştirakçıları, Təqsirləndirilən şəxs3 və hal şahidləri Baş Mütəşəkkl Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiə edilməsi məqsədilə ona vəkil təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilərək doğruluğu imzalarla təsdiq olunmuşdur. Adları çəkilən şəxslərin barəsində daxil olmuş ilkin məlumatlarda onların narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və satışı ilə məşğul olması bildirilsə də, sonradan keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində onların narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları təsdiqini tapmamışdır. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşı Şahid5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etmişdir. Belə ki, o və ondan başqa hal şahidi kimi çağırılmış digər şəxs polislərlə birgə xx xxxx 2019-cu il tarixdə polislərin deməsinə görə Təqsirləndirilən şəxs3 olması ehtimal edilən Səbail rayonu, Nigar Rəfibəyli küçəsinə gəlmiş və kənarda dayanmışlar. Həmin tarixdə saat təxminən 15:10-da Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 16A-16F saylı ünvanın qarşısında polislərin sözünə görə Təqsirləndirilən şəxs3 bənzər şəxs görünən kimi onlar tərəfindən saxlanılmışdır. Polislər vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs3dur. Polislər ona Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək pul tələb etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanıldığını deyib onu qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs3 üzərinə baxış keçiriləcəyi bildirilmiş, üstündə narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 üstündə 3 bükümdə metamfetamin olduğunu bildirib əynindəki ağ rəngli şalvarın sağ yan cibindən həmin bükümləri, sol yan cibindən isə “İphone” markalı mobil telefonu çıxarıb polislərə təqdim etmiş, sonra Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üstündən qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 3 ədəd bükümlər açıldıqda onların daxilində ağ rəngli kristal şəkili psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 təqdim etdiyi bükümlər zərfə qoyularaq möhürlənmiş, “İphone” markalı mobil telefon isə polislər tərəfindən götürülmüşdür. Amil bildirmişdir ki, həmin 3 ədəd bükümdə psixotrop maddə metamfetamini təxminən 1 həftə əvvəl “Şamaxinka” adlanan yaşayış sahəsində olarkən tanımadığı şəxsdən 120 manata özü istifadə etmək məqsədi ilə əldə etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs3 etiraf etmişdir ki, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Şamil adlı şəxslərlə birlikdə İmranın məlumatı əsasında özlərini polis kimi təqdim edib onlardan hədə-qorxu yolu ilə pul almaq barədə əvvəlcədən öz aralarında razılıq əldə etmişlər. Razılığa əsasən onlar Zərərçəkmiş şəxs1 yaşadığı binanın 13-cü mərtəbəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tutub saxlayıb zor tətbiq etməklə onlara özlərini polis əməkdaşları kimi təqdim etmiş və həmin şəxsləri özləri ilə birlikdə avtomaşına əyləşdirib Xətai rayonu ərazisində yerləşən binalardan birinin həyətinə aparıb, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 guya narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə onlarda məlumatın olmasını yalandan bildirib həmin məlumatı ailə üzvləri və yaxınları arasında yaymaqla onları həbs edəcəkləri ilə hədə-qorxu gəlib həmin şəxslərdən 10.000 manat pul tələb etmiş, lakin sonda 4.000 manat qarşılığında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərbəst buraxmağa razılaşmış, 3.500 manat pul aldıqdan sonra qalan məbləği bir həftə ərzində onun vasitəsi ilə çatdırmağa razılaşıb onları buraxmışlar. Bundan sonra sənədləşdirmə üçün əlverişli şərait olmadığından hamısı Baş İdarəyə gəlmişlər. Orada Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Sonda baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək düzgünlüyü imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 digər Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid11 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cinayət işinin İİİ cildinin 138-139-cu vərəqələrində olan Şahid11 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 təxminən 2017-ci ildən tanıyır, hazırda nişanlıdırlar. Təxminən 2019-cu il ərzində Zərərçəkmiş şəxs1la birgə ünvan 13 ünvanında kirayə yaşamışdır. 2019-cu ilin iyun ayının 7-dən 8-nə keçən gecə Mikayıl evdən tanışı İmranın dəvəti ilə çıxmış və təxminən gecə saat 02 radələrində ona öz nömrəsindən zəng edərək evdə olan və ona məxsus 3.000 manat pulu taksi ilə göndərməyini xahiş etmişdir. Nə olduğunu soruşduqda Mikayıl əvvəlcə heç nə deməmişdir. Bundan sonra yadında qalmayan taksi nömrəsinə zəng edib taksi sifariş etmiş və Mikayılın dediyi hazırda xatırlamadığı ünvana həmin 3.000 manat pulu göndərmişdir. Sonradan təxminən saat 03- 04 radələrində Mikayıl tanışı Fərdi ilə birlikdə yaşadıqları evə gəlmişdir. Söhbət zamanı Mikayıl bildirmişdir ki, bir neçə nəfər onlara yaxınlaşıb özlərini polis kimi təqdim edərək narkotik vasitə istifadəçiləri olduğunu bildirib tutulmamaq üçün ikisindən ümumilikdə 3.500 manat pul almışlar. Həmin pulun 500 manatını Fərdi vermiş, qalan 3.000 manat pulu isə Mikayıl vermiş, daha sonra əlavə olaraq 500 manat da pul verməli imişlər. Lakin sonradan həmin pulu verə bilmədikləri üçün və özlərini polis kimi təqdim edən şəxslərin əslində polis olmadığını öyrəndikləri üçün şikayət etmişlər. Cinayət işinin İ cildinin 47-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2019-cu tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli xx xxxx 2019-cu il tarixdə, saat 14:05-dən hesablanmışdır. Cinayət işinin İ cildinin 54-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2019-cu tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli xx xxxx 2019-cu il tarixdə, saat 14:05-dən hesablanmışdır. Cinayət işinin İ cildinin 75-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2019-cu tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli xx xxxx 2019-cu il tarixdə, saat 15:10-dan hesablanmışdır. Cinayət işinin İ cildinin 91-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 15606 sayı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş...” yazısı olan zərfdəki, 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 5,026 qr. olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş...” yazısı olan zərfdəki, 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 4,285 qr. olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs2 götürülmüş 3 ədəd bükümdəki metamfetamin və Təqsirləndirilən şəxs1 götürülmüş 3 ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin İ cildinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 15605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş, bir ədəd zərfdə təqdim olunmuş, içərisindəki üç büküm ayrı-ayrılıqda təmiz çəkisi 1,230 qram, 1,185 qram və 0,770 qram (ümumi təmiz çəkisi 3,185 qram) ağ rəngli kristallik formada maddələr dövriyyəsi qadağan edilən psxiotrop maddə-metamfetamindir. Təqdim olunmuş üç büküm maddələr xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Cinayət işinin İ cildinin 275-277-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-559/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxxx 2019cu il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 278-280-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-561/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxxx 2019cu il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 281-283-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-560/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin xx xxxx 2019cu il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 1-2-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 4.876 qram, Təqsirləndirilən şəxs1 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 4,135 qram və Təqsirləndirilən şəxs3 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 3,135 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 9-10-cu vərəqələrində olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Şamil adlı şəxs tərəfindən ona hədə-qorxu gəlindiyini və polis olduqlarını bildirib onları narkotik vasitə istifadəçisi olduqları üçün tutacaqlarını deyib onun 500 manat, tanışı Zərərçəkmiş şəxs1 isə 3000 manat pulunu ələ keçirdiklərini bildirdi. İfadənin yerində yoxlanılması zamanı “İphone-X” markalı mobil telefondan istifadə olunmaqla fotoşəkillər çəkildi. Cinayət işinin İİ cildinin 11-19-cu vərəqələrində olan “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Şamil adlı şəxs tərəfindən ona hədə-qorxu gəlindiyini və polis olduqlarını bildirib onları narkotik vasitə istifadəçisi olduqları üçün tutacaqlarını deyib onun 3000 manat, tanışı Zərərçəkmiş şəxs2 isə 500 manat pulunu ələ keçirdiklərini bildirdi. İfadənin yerində yoxlanılması zamanı “İphone-X” markalı mobil telefondan istifadə olunmaqla fotoşəkillər çəkildi. Cinayət işinin İİ cildinin 80-ci vərəqində olan İsmayıllı Şəhər İƏD üzrə nümayəndəliyi tərəfiindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 84-cü vərəqində olan Səbail rayon MKTB-nin 8 nömrəli MKİS tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 91-ci vərəqində olan “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqıda” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, «xxxx» MMC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli, 19831 saylı məktubla daxil olan 01 ədəd diskdən ibarət məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında, eləcə də digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi olaraq telefon danışıqları olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə arasında bir neçə dəfə, o cümlədən xx.xx.2019-cu il tarixdə saat 03.33-də 61 saniyə, xx.xx.2019-cu il tarixdə saat 03.26-da 45 saniyə, xx.xx.2019-cu il tarixdə saat 22.35-də 107 saniyə, xx.xx.2019-cu il tarixdə saat 00.21-də 29 saniyə, xx.xx.2019-cu il tarixdə saat 00.24-də 74 saniyə müddətində telefon danışığı olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə arasında mütəmadi olaraq telefon danışığı olmuşdur. Cinayət işinin İİ cildinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. xx.xx.2016-cı il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin İİ cildinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 120-ci vərəqində olan “xxxx” MTK tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli, 336 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli, 337 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 1232 saylı ambulator məhkəmə psixiatrik ekspertizası üzrə rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazlrki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinin İİ cildinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 1300 saylı ambulator məhkəmə psixiatrik ekspertizası üzrə rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinin İİ cildinin 134-136-cı vərəqələrində olan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 1231 saylı ambulator məhkəmə psixiatrik ekspertizası üzrə rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinin İİ cildinin 139-cu vərəqində olan “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, «xxxx» MMC-dən xx.xx.2019-cu il tarixli, 17396 saylı məktubla daxil olan 01 ədəd diskdən ibarət məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə digər Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında mütəmadi olaraq telefon danışıqları olmuşdur. Lakin baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə və digər Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı nömrə arasında hər hansı telefon danışığı olmamışdır. Cinayət işinin İİ cildinin 165-167-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 1(004)-159/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətində islah işləri cəzasına məhkum edilməsi, cəzanın Təqsirləndirilən şəxs2 iş yeri üzrə çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının qazancının 20 (iyirmi) faizinin dövlət nəfinə tutulduğu gündən hesablanması, cəzanın icrasının yaşayış yeri üzrə İcra Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Cinayət işinin İİ cildinin 207-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 21975 saylı məhkəmə daktiloskopik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd bükülünün səthində papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdiqata təqdim edilmiş 03 ədəd bükülünün səthindəki papilyar naxış izləri müqayisəli təqdiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs3 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Cinayət işinin İİ cildinin 210-211-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair xx.xx.2019-cu il tarixli, 2167 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 212-213-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 xx.xx.2019-cu il tarixli, 2092 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 214-215-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator X2 xx.xx.2019-cu il tarixli, 2091 saylı rəyindən görünür ki, hal-hazırda X6 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİİ cildinin 76-cı vərəqində olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onlara qarşı iddiası və tələbi yoxdur. Cinayət işinin İİİ cildinin 77-ci vərəqində olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şamil və Aslan adlı şəxslər onu polis adı ilə aldadıb ələ keçirdikləri pulunu sonradan ödədikləri üçün onun adları çəkilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Cinayət işinin İİİ cildinin 144-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 24941 saylı məhkəmə daktiloskopik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd bükülünün səthində papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadılğına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdiqata təqdim edilmiş 03 ədəd bükülünün səthindəki papilyar naxış izləri müqayisəli təqdiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Cinayət işinin İİİ cildinin 148-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 24980 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 oğiunun adından olan izahatın (2 vərəqədə) 1-ci vərəqəsinin yuxarı sağ tərəfində “imza” qrafasındakı imza, sol tərəfindəki imza, 2-ci vərəqəsinin aşağı tərəfində “Cavab:” sözündən sonrakı Təqsirləndirilən şəxs1 adından olan yazılar və imza, Təqsirləndirilən şəxs1 adından olan xx xxxx 2019-cu il tarixli şübhəli şəxsi dindirmə protokolunun (4 vərəqədə) 1-ci vərəqəsində “İmza” qrafasındakı imza, 2-3cü vərəqələrinin aşağı hissələrindəki imzalar, 4-cü vərəqəsinin sonunda “Cavab:” sözündən sonrakı yazılar və “Təqsirləndirilən şəxs1” qrafasındakı imza, Təqsirləndirilən şəxs1 adından olan xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolunun (4 vərəqədə) 1-ci vərəqəsində “İmza” qrafasındakı imza, 2-3-cü vərəqələrinin aşağı hissələrindəki imzalar, 4-cü vərəqəsinin sonunda “Cavab:” sözündən sonrakı Təqsirləndirilən şəxs1 adından olan yazılar və imza - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs1 adından olan izahatın 1ci vərəqəsinin yuxarı sağ tərəfində “İmza” qrafasındakı imzada, aşağı sol tərəfindəki imzada, 2-ci vərəqəsinin aşağı tərəfində “Cavab:” sözündən sonrakı Təqsirləndirilən şəxs1 adından olan yazılarda və imzada, Təqsirləndirilən şəxs1 adından olan xx xxxx 2019-cu il tarixli şübhəli şəxsi dindirmə protokolunun (4 vərəqədə) 1-ci vərəqəsində “İmza” qrafasındakı imzada, 2-3-cü vərəqələrinin aşağı hissələrindəki imzalarda, 4-cü vərəqəsinin sonunda “Cavab:” sözündən sonrakı yazılarda və “Təqsirləndirilən şəxs1” qrafasındakı imzada, Təqsirləndirilən şəxs1 adından olan xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolunun (4 vərəqədə) 1-ci vərəqəsində “İmza” qrafasındakı imzada, 2-3-cü vərəqələrinin aşağı hissələrindəki imzalarda, 4-cü vərəqəsinin sonunda “Cavab:” sözündən sonrakı Təqsirləndirilən şəxs1 adından olan yazılarda və imzada yazıların və imzaların qeyri-adi psixofizioloji vəziyyətdə (hər hansı bir fiziki və ya psixi təsir altında, qorxu, həyəcanlı və sair emosional vəziyyətdə) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Cinayət işinin İV cildinin 3-4-cü vərəqələrində olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Təqsirləndirilən şəxs3 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 03 saylı fotoşəkili göstərib onun ifadəsində “Şamil” kimi bildirdiyi şəxs olduğunu dedi. Cinayət işinin İV cildinin 5-6-cı vərəqələrində olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Təqsirləndirilən şəxs2 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 03 saylı fotoşəkili göstərib onun ifadəsində “Şamil” kimi bildirdiyi şəxs olduğunu dedi. Cinayət işinin İV cildinin 7-8-ci vərəqələrində olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 04 saylı fotoşəkili göstərib onun ifadəsində “Şamil” kimi bildirdiyi şəxs olduğunu dedi. Cinayət işinin İV cildinin 9-10-cu vərəqələrində olan “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 02 saylı fotoşəkili göstərib orada olan şəxsin ifadəsində göstərdiyi “Şamil” adlı şəxs olduğunu bildirdi. Cinayət işinin İV cildinin 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmuşdur. Belə ki, o Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.2, 181.2.2, 181.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 317-2.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək üzərində 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə aza olunmuşdur. Cinayət işinin İV cildinin 24-cü vərəqində olan Bakı şəhəri Nərimanov rayon MKTBnin 54 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İV cildinin 27-ci vərəqində olan Bakı şəhəri Xətai rayon MKTB-nin 101 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İV cildinin 34-43-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 1(101)-119 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 180.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin xx xxxx 2011-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. Cinayət işinin İV cildinin 44-47-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 1-(003)-430/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə təyin olunmuş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazır ki, üzrə təyin olunmuş cəza ilə qismən toplanması və ona qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin xx xxxx 2011-ci ildən hesablanmsı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksməsi hökm edilmişdir. Cinayət işinin İV cildinin 48-51-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(007)-2109/2018 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs5 ərizəsinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs5 cəzasının çəkilməmiş hissəsindən qalan 10 (on) ay 21 (iyirmi bir) gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Cinayət işinin İV cildinin 52-55-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(007)-1913/2018 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs5 ərizəsinin təmin edilməsi, Təqsirləndirilən şəxs5 barəsində onun vəziyyətini yaxşılaşdıran “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanununun tətbiq edilməsi, məhkum Təqsirləndirilən şəxs5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təyin edilmiş 4 müddətinə azadlıqdan məhrum etmə cəzasının 3 ilə azaldılması və həmin cəzanın Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs5 təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində qəti olaraq 8 il 2 ay müduətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmsı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2012-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs5 təyin edilmiş 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 8 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, məhkum Təqsirləndirilən şəxs5 üzərində qəti olaraq 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin İV cildinin 59-91-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif olunması haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 182.2.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 178.2.1 və 234.1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Nokia” markalı, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “İphone 5” markalı mobil telefonların yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Cinayət işinin İV cildinin 126-cı vərəqində olan “Könüllü gəlmə haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx xxx 2020-ci il tarixdə saat 16:30-da Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinə könüllü olaraq gəlmişdir. Cinayət işinin İV cildinin 175-176-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İV cildinin 224-225-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(005)-224/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad edilməsi, Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla yaşayış yerindən axşam saat 22:00-dan səhər saat 07:00-dək olan müddət ərzində çıxmağı qadağan edilməsi, Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cinayət prosesini həyata keçirən və ya onun davranışına nəzarəti həyata keçirən orqanların çağırışlarına gəlmək istisna olmaqla Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X4 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl etmək vəzifələrinin qoyulması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın xx.xx.2021-ci il tarixli, 24425 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs4 tərəfindən cəmi 876 (səkkiz yüz yetmiş altı) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 653079 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx xxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2015-ci il tarixdə 1016 nömrə ilə qeyd edilmişdir. Atası kimi X10, anası kimi X3 göstərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 298193 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx xxxxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 2014-cü il tarixdə 427 nömrə ilə qeyd edilmişdir. Atası kimi X10, anası kimi X3 göstərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metafetaminin təmiz çəkisi müvafiq olaraq 3,185 qram, 4,285 qram və 5,026 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə qarşılıqlı şəkildə barışmalarını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmələrini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onların cinayət məsuliyyətindən azad edilməsi və barələrində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdıqlarını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmələrini təsdiq edən ərizələri, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cinayət məsuliyyətindən azad edilməli və barələrində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi əməlindən peşmançılıq çəkməsini və himayəsində 2 (iki) azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra Təqsirləndirilən şəxs2 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 4.876 qram, Təqsirləndirilən şəxs1 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 4,135 qram və Təqsirləndirilən şəxs3 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 3,135 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 439.98 (dörd yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi5 hər biri ayrı-ayrılıqda xx xxxx 2020-ci il – xx xxxxxx 2021-ci il tarixlərdə keçirilmiş 22 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müdafiəsi üçün hər biri 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi5 məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 50 (əlli) iş saatına görə cəmi 600 (altı yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs4 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs5 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra Təqsirləndirilən şəxs2 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 4.876 qram, Təqsirləndirilən şəxs1 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 4,135 qram və Təqsirləndirilən şəxs3 aşkar olunmuş 03 ədəd bükümdə qalıq çəkisi 3,135 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 439.98 (dörd yüz otuz doqquz manat doxsan səkkiz qəpik) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi5 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 50 (əlli) iş saatına görə cəmi 600 (altı yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-28/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-28/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver