Məhkəmə qərarları › İş №1(005)-28/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-28/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-28/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, fərdi qaydada fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,512 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, etibarnamə əsasında idarə etdiyi “VAZ-2102 markalı **-BH-*** nömrə nişanlı avtomobilin salonunun yuxarı qabaq güzgüsünün ön tərəfi qırmızı, digər tərəfi isə güllü parçadan hazırlanmış ürək formalı səbətin içərisinə qoyub daşıyaraq saxlamış, 18 aprel 2021 -ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən o, ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri Nərimanov rayonu M.Nağıyev 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətrilmiş, orada saat 15:20-də video çəkiliş vasitəsi ilə onun üzərinə və idarə etdiyi avtomobilə axtarış keçirilərkən avtomobilin salonunda gizlədilmiş bir bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, tanışı Şahid3 ilə birlikdə tullantı məhsulları yığmaq üçün etibarnamə əsasında idarə etdiyi “Vaz 2102” markalı, AZ **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla gecələr söküntü ərazilərini gəzmiş və tullantılar toplamışdır. Sonra isə həmin tullantıları müxtəlif yerlərdə satıb pul əldə etmişlər. 18.04.2021-ci il tarixdə saat 04:00 radələrində tanışı Ruslanla birlikdə Montin qəsəbəsində yerləşən söküntü ərazisinə tullantı yığmaq üçün yaxınlaşmışlar. Orada karton və sellofan tullantılarını yığan zaman mühafizəçi onlara yaxınlaşmış nə etmələrini soruşmuşdur. O, da zarafatla oğurluq etdiklərini demişdir. Sonra “fəhlə adamıq, yerdən tullantı yığırıq, oğurlanası nə var ki yerdə” demişdir. Bu sözdən sonra həmin şəxs üstlərinə gəlmiş və o, aralarında dava-dalaş düşəcəyindən ehtiyat edərək Ruslana buradan çıxıb getmələrini, bu adamın dava axtardığını demişdir. Aralarında xoşagəlməz hadisə olacağını və dalaşmamaq üçün həmin yerdən qaçaraq uzaqlaşmışlar. Lakin avtomaşın söküntü yerinin yaxınlığında saxladığı yerdə qalmışdır. Saat 13 radələrində Ruslanla birlikdə avtomaşını götürmək üçün həmin yerə yaxınlaşmışdır. Bu vaxt iki nəfər polis əməkdaşı onlara yaxınlaşmış və özlərini təqdim edib onlardan sənədləri istəmişlər. Avtomaşının sənədləri olmadığı üçün və içərisi tullantı yükləri ilə dolu olduğu üçün polis əməkdaşları ondan avtomaşında hər hansı oğurluq və qanunsuz əşya olub olmadığını soruşmuşlar. Həmin vaxt onun avtomaşınında psixotrop maddə olduğu üçün oradan uzaqlaşmış və qaçmaq istəmişdir. Lakin polis əməkdaşları Ruslanla onu saxlayıb 18-ci PŞ-nə gətirmişlər. İdarədə onların üzərinə baxış keçirilmiş, baxış zamanı üzərlərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra ona məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı o avtomobilində gizlətdiyi metamfetamini könüllü olaraq təqdim etmişdir. Son olaraq əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-də CAüzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 aprel 2021-ci il tarixdə o, həmin şöbənin sahə inspektoru polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olduğu zaman təxminən saat 14 radələrində ünvan 2 ünvanın qarşısında oğurluq etməkdə, eyni zamanda narkotik vasitələrin qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs və Şahid3 görmüş və onlara yaxınlaşmışlar. Həmin şəxslərə özlərini təqdim etmişlər və onlardan nə işlə məşğul olmalarını soruşduqda hər ikisi onlara məişət tullantılarının yığımı və satışı ilə məşğul olmalarını söyləmişlər. Avtomaşının içərisi tullantı yükləri ilə dolu olduğu üçün onlardan avtomobilin sənədlərini təqdim etmələrini, avtomaşında hər hansı oğurluq və qanunsuz əşya olub olmadığını soruşmuşlar. Bu zaman onlardan biri sonradan adını bildikləri Təqsirləndirilən şəxs onlardan aralanmaq və qaçmaq istəmiş, lakin onlar onu saxlamışlar, daha sonra onları polis şöbəsinə gətirmişlər. Orada onlar polis şöbəsinin rəhbərliyinə bu barədə raportla məruzə etmişlər və sonra onlarla araşdırma aparılması təhqiqatçı Vüqar Ələkbərliyə həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ilkin olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə və avtomobilinə axtarış keçiriləcəyi bildirilmişdir. O, axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra axtarış başlanılmış və onun üzərində hər hansı qeyri-qanuni əşyanın və ya narkotik maddənin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya saxlamadığını bildirmişdir. Sonra isə üzərinə axtarış keçirilmiş və axtarış zamanı ona, onda olan qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki göy rəngli cins şalvarın sağ cibindən 2 manat pul, şalvarının sol cibindən isə “SOBRANİE” yazısı olan bir qutu siqaret və alışqanı təqdim etmişdir. Bunlardan başqa üzərində heç nə aşkarlanmamışdır. Həmin əşyalar onun özünə qaytarılmışdır. Bundan sonra idarə etdiyi “Vaz 2102” markalı avtomaşına onların və Əlifin özünün habelə vəkilinin iştirakı ilə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilin salonunda psixotrop maddə olan bir büküm Şüşəni, yəni metamfetamini avtomaşının güzgüsündən asılı olan ürək formasında olan qutunun içərisində olduğunu bildirmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən götürülmüşdür. İçərisinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, təxminən 4 gün əvvəl mobil telefonun “Whatsapp” tətbiqi ilə əlaqə saxlayıb 30 manata sifariş etdiyini və Nərimanov metrosu yaxınlığında yerləşən tanımadığı binanın blokundan götürdüyünü, lakin istifadə etmədiyini bildirmişdir. Həmin psixotrop maddənin onun özünə məxsus olmasını, özü üçün istifadə etmək üçün avtomaşında saxladığını söyləmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunulmuş və hamı o, cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-də sahə inspektoru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin idarə etdiyi avtomaşına, eyni zamanda üzərində şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 18 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 18.04.2021-ci il tarixdə saat 14 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Vaz 2102" markalı, Az **-BE-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Təqsirləndirilən şəxs üstünə video-çəkilişlə şəxsi axtarış keçirildikdə üzərində gəzdirməsi, saxlanılması qadağan edilmiş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Lakin, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2102" markalı, Az **-BE-*** dövlət nömrə nişanlı avtomaşında axtarış aparıldıqda, avtomaşının salonunun yuxarı ön tərəfindəki güzgüdən asılmış ön tərəfi qırmızı məxmər və digər tərəfi isə güllü parçadan hazırlanmış ürək formalı kiçik səbətin içərisindən bir ədəd sellofan bükülü aşkar edildiyi aydın görünmüşdür. Həmin sellofan büküm açıldıqda içərisində ağ rəngdə, xörək duzuna oxşar halda, spesifik iyə malik və psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2021-ci il tarixli, 6/1529 saylı məhkəməkimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №224 dairəvi möhür əks olunan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,512 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65.00 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28.04.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin barəsində hal- hazırda Nəsimi rayon məhkəməsinin icraatında onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi baxış mərhələsindədir. Həmin cinayət işi üzrə tərtib edilmiş ittiham aktının surəti cinayət işinin materiallarına əlavə edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, onun dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “CD diskinə köçürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 18.04.2021-ci il tarixdə saat 14 radələrində Nərimanov RPİnin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı ünvan 5 ünvanının qarşısından keçməklə “Vaz 2102” markalı, Az **-BE-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Təqsirləndirilən şəxs saxlanaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və polis şöbəsində onun üstünə şəxsi axtarış keçirildikdə üzərində gəzdirməsi, saxlanılması qadağan edilmiş hər hansı bir əşya və maddə aşkar edilmədi. Lakin, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2102” markalı, Az **-BE-*** dövlət nömrə nişanlı avtomaşında axtarış aparıldıqda, avtomaşının salonunun yuxarı ön tərəfindəki güzgüdən asılmış ön tərəfi qırmızı məxmər və digər tərəfi isə güllü parçadan hazırlanmış ürək formalı kiçik səbətin içərisindən bir ədəd sellofan bükülü aşkar edildiyi aydın görünür. Həmin sellofan büküm açıldıqda içərisində ağ rəngdə, xörək duzuna oxşar halda, spesifik iyə malik və psixotrop maddə olan metamfetaminə oxşar maddə olduğu müəyyən olundu. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, onun idarə etdiyi Vaz 2102” markalı, Az **-BE-*** dövlət nömrə nişanlı avtomaşından aşkar olunmuş maddə psixotrop maddə metamfetamin olduğunu, ona məxsus olmasını və o, həmin psixotrop maddəni 14.04.2021-ci il tarixdə saat 19 radələrində +**********42 saylı nömrəni istifadə edən tanımadığı şəxslə “Whatsapp” vasitəsi ilə mesaj yazaraq əlaqə saxlayıb və həmin şəxsin hazırda xatırlamadığı 14 rəqəmli bank hesabına Nizami rayonunda yerləşən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yol kənarında quraşdırılmış “Million” bankomatı vasitəsi ilə 30 manata köçürdükdən sonra, həmin tarixdə saat 20 radələrində həmin şəxsin dediyi “Keşlə” bazarının yaxınlığında yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində dəhlizin küncündən siqaret qutusunun içərisindən götürmüş, daha sonra istifadə edəcəyi məqsədi ilə idarə etdiyi avtomaşının salonunun yuxarı qabaq tərəfindəki güzgüdən asılmış ön tərəfi qırmızı məxmər və digər tərəfi isə güllü parçadan hazırlanmış ürək formalı kiçik səbətin içərisində gizlətdiyi üçün polis tərəfindən saxlanıldıqda axtarış zamanı gizlətdiyi yerdən aşkar olunduğu tam dəqiqliyi ilə görünür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 22 aprel 2021-ci il tarixli 1211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi ilə nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi barədə” 10 may 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-də Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə üzərinə video çəkilişlə şəxsi axtarış və avtomobilində axtarış keçirilməsinə dair görüntüləri özündə əks etdirən “CD” markalı video disk iş üzrə mühüm əhəmiyyət kəsb edildiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınmış və cinayət şinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs avtomobilində ona məxsus olan və axtarış zamanı aşkar edilib götürülmüş təmiz çəkisi 0,512 qram psixotrop maddə - metamfetamin, eləcə də Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “VAZ 2102” markalı, AZ-**-BE-*** nömrə nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmış və məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalmış həmin psixotrop maddənin 0,462 qram qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 1(006)-127/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Əli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Ə. Talıbovun şübhəli şəxs qismində tutulduğu 23.10.2020-ci il tarixdən 24.10.2021-ci il tarixədək, yəni 1 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 02 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.09.2021-ci il tarixli 1(103)-1428/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 1(006)-127/2021 nömrəli hökmündən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 1(006)-127/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 69.3cü maddəsinə əsasən qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Təqsirləndirilən şəxs məhkəmə cəzasını çəkmiş hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli hökmü ilə, cəza çəkmə müddətinin əvvəlinin 02 iyun 2021-ci il tarixdən hesabnlanmaqla təyin edilmiş 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmış, məhkəmə cəzası çəkmiş hesab edilmişdir. Təqsirləndirilən şəxsn hazırki cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən onun əməlində residiv mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 18.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 (iki) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 18.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut –Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop madddənin qalığı 0.462 qram çəkidə metamfetamin məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, VAZ 2102 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X4 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 iş saatı üçün cəmi 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut –Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı 0.462 qram çəkidə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, Cinayət işi üzrə maddi sübut – VAZ 2102 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 65.00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 iş saatı üçün cəmi 30 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar