Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-28/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2019-cu ilin yaz aylarında qonşusu olan X3 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 işə qəbul olunmaq arzusunda olduğunu öyrəndikdən sonra, real imkana və səlahiyyətə malik olmadığı halda onun "xxxx" MMC-də çalışan vəzifəli tanışlarına 4000 (dörd min) manat məbləğində pulun verilməsi müqabilində Zərərçəkmiş şəxs2 "Bakcell” MMC-də əməliyyatçı vəzifəsinə işə düzəlməsini təmin edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə 2019-cu ilin yaz aylarında Bakı şəhəri Binəqədi rayonu ərazisində bir-neçə gün ara ilə 1800 (min səkkiz yüz) manat və 2200 (iki min iki yüz) manat məbləğində olmaqla ümumilikdə vahid niyyətlə 4000 (dörd min) manat məbləğində pulu sonuncudan almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri ərazisində olan "8 noyabr” prospekti yaxınlığında tanışı Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 ilə görüşərək özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim etmiş, real imkana və səlahiyyətə malik olmadığı halda onun Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli tanışlarına 5000 (beş min) manat məbləğində pulun verilməsi müqabilində, Zərərçəkmiş şəxs1 oğlu Şahid4 Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicəyə qəbul etdirilməsi və sonuncuya əlillik dərəcəsi təyin edilməklə təqaüd almasını təmin edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə bundan bir-neçə gün sonra, yəni 2021-ci ilin iyul ayının sonlarında “8 noyabr” prospekti yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs1 göndərdiyi 5000 (beş min) manat məbləğində pulu Şahid4 və tanışı Şahid2 almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin yanvar ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Zərərçəkmiş şəxs7 barəsində narkotik vasitə istifadə etməsi barədə xidmət etdiyi hərbi hissədə araşdırma aparıldığını və bununla əlaqədar olaraq ordu sıralarından tərxis olunacağını öyrəndikdən sonra qazanc əldə etmək məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə telefon vasitəsilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Şahid14 ilə danışıb cinayət əlaqəsinə girməklə razılığını alaraq Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən barəsində cinayət təqibinə xilam verilmiş Şahid14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs7 ordu sıralarından tərxis olunmamasını təşkil edəcəyinə dair yalan vəd vermiş və bu niyyətlə Zərərçəkmiş şəxs7 müxtəlif bank kartlarına 1500 (min beş yüz) manat məbləğində pul göndərtmiş və həmin pulun 1000 (min) manatını Şahid14 göndərib, 500 (beş yüz) manatını özünə saxlamış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 1500 manat məbləğində özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin yanvar ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs6 barəsində narkotik vasitə istifadə etməsi barədə xidmət etdiyi hərbi hissədə araşdırma aparıldığı və bununla əlaqədar olaraq ordu sıralarından tərxis olunacağını öyrəndikdən sonra qazanc əldə etmək məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə telefon vasitəsilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Şahid14 ilə danışıb cinayət əlaqəsinə girməklə razılığını alaraq Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmiş Şahid14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs6 ordu sıralarından tərxis olunmamasını təşkil edəcəyinə dair yalan vəd vermiş və bu niyyətlə Zərərçəkmiş şəxs6 müxtəlif bank kartlarına 1500 (min beş yüz) manat məbləğində pul göndərtmiş və həmin pulun 1000 (min) manatını Şahid14 göndərib 500 (beş yüz) manatını özünə saxlamış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 1500 manat məbləğində özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs4 özünü Müdafiə Nazirliyinin sabiq zabiti kimi təqdim edərək, real imkana və səlahiyyətə malik olmadığı halda onun Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli tanışlarına 2000 (iki min) manat məbləğində pulun verilməsi müqabilində Zərərçəkmiş şəxs4 oğlu X10 müddətli həqiqi hərbi xidmətə çağırılarkən Bərdə şəhərində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməsini təşkil edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə 2022-ci ilin may ayının sonlarında Bakı şəhəri 28 may metrostansiyası yaxınlığında V.Ə.Hümbətovdan 2000 (iki min) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir Bundan başqa, o, 2022-ci ilin yanvar ayında tanışı Şahid17 ilə arasında olan söhbət zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmətdə olan Zərərçəkmiş şəxs5 xidmət etdiyi hərbi hissəsində barəsində xidməti araşdırma aparıldığını bilib Müdafiə Nazirliyinin Quru Qoşunları komandanı ilə əlaqəsinin olduğunu bildirərək, özünün vasitəsi ilə həmin şəxsə 4000 (dörd min) manat pul verilməsi müqabilində Zərərçəkmiş şəxs5 barəsində olan xidməti araşdırmanın müsbət həll olunması və gələcəkdə hərbi hissədə xidmətinin davam etdirilməsinə köməklik edəcəyi barədə yalan vəd verib, razılığını almış və bundan sonra 19 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “Bakı Beynəxalq Avtovağzal Kompleksində Zərərçəkmiş şəxs5 atası X2 ilə görüşüb ondan 3000 (üç min) manat pul atası, daha sonra isə 2022-ci ilin yanvar ayının sonlarında özünün göndərdiyi, Şahid15 adına olan “Bank Respublika’’ ASC-yə məxsus kart hesabına Zərərçəkmiş şəxs5 tərəfindən göndərilmiş 700 (yeddi yüz) manat pul əldə etmiş, bundan bir müddət sonra Zərərçəkmiş şəxs5 ordu sıralarından tərxis edildiyini öyrənib bu barədə Təqsirləndirilən şəxs bildirmiş, sonuncu yaranmış vəziyyətdən istifadə edib cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs5 onu Dövlət Sərhəd Xidmətində hərbi xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib, bunun müqabilində əlavə pul lazım olduğunu bildirərək 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs göndərdiyi Şahid16 adına olan “X21" ASC-yə məxsus olan “leobank” kart hesabına hər dəfəsində 300 (üç yüz) manat olmaqla 2 əməliyyat üzrə 600 (altı yüz) manat, daha sonra isə xx.xx.2022-ci il tarixdə özünün göndərdiyi Şahid13 Talib qızının adına olan X21’’ ASC-yə məxsus olan “leobank" kart hesabına göndərdiyi 303 (üç yüz üç) manat məbləğində pulu əldə etməklə, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs5 4603 (dörd min altı yüz üç) manat pulunu ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin may-iyun aylarında X23 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs8 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olan övladı Şahid9 gizir hazırlığı kursuna qəbul etdirmək arzusunda olduğunu öyrəndikdən sonra aldatma yolu ilə Zərərçəkmiş şəxs8 əmlakını ələ keçirmək qərarına gələrək, real imkana və səlahiyyətə malik olmadığı halda, sonuncuya Müdafiə Nazirliyində yüksək vəzifəli tanışlarının olduğunu bildirib, özünün vasitəsi ilə həmin tanışlarına 3500 (üç min beş yüz) manat məbləğində pulun verilməsi müqabilində Şahid9 gizir hazırlığı kursuna qəbul edilməsini təşkil edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə Zərərçəkmiş şəxs8 2022-ci ilin may-iyun aylarında Qazax rayonu ərazisində yerləşən “Əsədoğlu” marketin qarşısında “milli ön" ödəniş terminalı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə məxsus iki müxtəlif bank hesab kartına göndərdiyi 1500 (min beş yüz) manat və 2000 (iki min) manat məbləğində olmaqla ümumilikdə vahid niyyətlə 3500 (üç min beş yüz) manat pulu əldə etmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 31 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq özünü sonuncunun övladı X11 xidmət yoldaşı kimi təqdim etmiş, söhbət zamanı Y.M.Məmmədlinin N nömrəli hərbi hissədə xidmətdə olan zaman avtomobil qəzası nəticəsində vəfat etdiyini öyrəndikdən sonra aldatma yolu ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək qərarına gələrək, real imkana və səlahiyyətə malik olmadığı halda, sonuncuya yüksək vəzifəli tanışlarının olduğunu bildirib, özünün vasitəsi ilə həmin tanışlarına 3000 (üç min) manat məbləğində pulun verilməsi müqabilində X14 şəhidlik statusunun verilməsini təşkil edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə Zərərçəkmiş şəxs3 31 iyul 2022-ci il tarixdə "milli ön" ödəniş terminalı vasitəsi ilə Şahid6 məxsus kart hesabına göndərdiyi 3000 (üç min) manat pulu əldə etmiş, daha sonra (İ.Q.Quliyeva cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs3 şəhidlik statusunun verilməsi üçün əlavə 1200 (min iki yüz) manat pul lazım olduğunu bildirərək 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində sonuncudan 1200 (min iki yüz) manat pulunu alaraq, vahid niyyətlə Zərərçəkmiş şəxs3 4200 (dörd min iki yüz) manat məbləğində pulunu ələ keçirmiş, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs3 xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 2022-ci ilin sentyabr ayının sonlarında "20 yanvar” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs9 ilə görüşərək özünü Müdafiə Nazirliyinin sabiq zabiti kimi təqdim etmiş, real imkana və səlahiyyətə malik olmadığı halda onun Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli tanışlarına 6000 (altı min) manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində. Zərərçəkmiş şəxs9 oğlu Şərifov filial Fəxrəddin oğlunun xidmət etdiyi düşmən qüvvələri ilə üzbəüz olmaqla Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəsindən ehtiyyatda saxlanılan hərbi hissələrin birinə köçürülməsini təşkil edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə həmin vaxt Zərərçəkmiş şəxs9 üzərində olan 1020 (bir min iyirmi) manat məbləğində pulu, həmçinin 02 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək ayrı-ayrı vaxtlarda Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ödəmə terminalları və 27 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “E-manat’’ ödəmə terminalı vasitəsilə sonuncunun kimə məxsus olduğu istintaqa məlum olmayan “Kapital Bank" ASC-yə məxsus kart hesabına göndərdiyi ümumilikdə 5000 (beş min) manat məbləğində pulu əldə edib, vahid niyyətlə Zərərçəkmiş şəxs9 6020 (altı min iyirmi) manat məbləğində pulunu ələ keçirmiş, lakin verdiyi vəd üzrə Zərərçəkmiş şəxs9 xeyrinə heç bir hərəkət etməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq elmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, Şahid3 təxminən 3-4 il bundan əvvəl yanma əsgər ziyarətinə gedən zaman tanımışdır. Bundan sonra onun Şahid3 ilə tanışlıq münasibəti yaranmış və sonuncudan bir neçə dəfə hərbi qulluqçuların məzuniyyətdən buraxılmasını, təyinat məsələlərinin həll olunması barədə ona köməklik etməsini istəsə də, Şahid3 ona bu barədə köməklik edə bilməyəcəyini və hərbi qulluqçuların məzuniyyətə buraxılması üçün, hərbi hissələrə təyinat alması üçün rəsmi qaydada Müdafiə Nazirliyinə müraciət etməsini bildirmişdir. Əvvəllər tanıdığı Şahid17 2021-ci ilin dekabr ayında ona zəng edərək Ramil və Mürşüd adlı tanışlarının olduğunu, həmin tanışlarının N nömrəli hərbi hissədə xidmət etdiyini, işdən çıxarılmaq təhlükəsi olduqlarını, həmin şəxslərin işdən çıxarılmamalarına kömək etməsini ondan xahiş etmişdir. Bundan sonra isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edən Ramil adlı şəxs onunla əlaqə saxlayaraq özünün və xidmət yoldaşı Mürşüd adlı şəxslərin barəsində xidməti araşdırma olduqlarını, xidmətdən tərxis olunmaq təhlükələrinin olduqlarını əllərində 3 min pul olduqlarını bildirmişdir. Bundan sonra isə o, 2022-ci ilin yanvar ayında Şahid14 ***-***-**-** mobil nömrəsinə zəng edərək bu barədə bildirmiş və Ramil və Mürşüd adlı şəxslərin anket məlumatlarını demişdir. Ramil adlı şəxsin ona dediyi kimi əlində 3 min manat pul olduğunu bildirmişdir. Daha sonra isə Şahid14 ona bu işi həll edə biləcək tanışı olduğunu, özünün göndərəcəyi kart hesabına qeyd olunan pulu göndərməyini bildirmişdir. Bundan sonra qeyd olunan pulların göndərilməsi üçün 2 fərqli bank hesabının fotoşəklini göndərmişdir. Bundan sonra isə Ramil və Mürşüd adlı şəxslər onun tanışlarının kart hesabına 3 min manat pul göndərmişdir ki, o, həmin pulun 1000 manatını özündə saxlamaqla 2000 manatını Şahid14 ona göndərdiyi Seymur adlı şəxsin və adını xatırlamadığı bir şəxsin kart hesablarına göndərmişdir. Lakin, sonradan Ramil və Mürşüd adlı şəxslərin işləri həll olunmadığına görə sonuncular ondan pullarını geri tələb etmiş, o da bu barədə Şahid14 bildirdikdə, Şahid14 ona ilk öncə Ramil və Mürşüd adlı şəxslərin 5 ay müddətində maaş aldıqlarını, ona görə də pul verməyəcəyini ona bildirmiş, daha sonra isə Şahid14 həmin pulu ona geri qaytarmış, o da həmin pulları 2022-ci ilin təxminən avqust ayında Ramil və Mürşüd adlı şəxslərə geri qaytarmışdır. Bundan başqa o, 2022-ci ilin təxminən mart ayında hal-hazırda xatırlamadığı qohumunun yas mərasimində Arzu adlı qadınla tanış olmuş, Arzu adlı qadın ona övladının yaxın günlərdə müddətli həqiqi hərbi xidmətə göndəriləcəyini, övladının Bərdə şəhərində yerləşən hərbi hissələrdən birinə təyinat almasını arzuladığını bildirmişdir. O da sonuncuya tanışının olduğunu bu barədə həmin tanışı vasitəsi ilə kömək edə biləcəyini bildirmiş və həmin qadına öz mobil nömrəsini təqdim edərək onunla əlaqə saxlamasım bildirmişdir. Bundan sonra isə 2022-ci ilin max ayında Zərərçəkmiş şəxs4 mobil telefon vasitəsi ilə ona zəng cədərk Arzu adlı qadının həyat yoldaşı olduğunu, Arzunun vəfat eldiyini bildirmiş və oğlunun əsgərlik işi ilə bağlı ona kömək etməsini xahiş etmişdir. O, Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan tanışı vasitəsi ilə Zərərçəkmiş şəxs4 kömək edəcəyini bildirmiş, həmin şəxslə danışıb xəbər edəcəyini demiş, daha sonra ləkrar Zərərçəkmiş şəxs4 ilə yenidən əlaqə saxlayaraq 2000 manat pul müqabilində bu işi həll edəcəyini bildirmişdir. Bundan sonra isə 2022-ci ilin may ayında “28 may" metroslansiyası yaxınlığında Zərərçəkmiş şəxs4 ilə görüşərək sonuncudan 2000 manat məbləğində pulu götürmüş və oğlunun əsgərlik işinin qısa müddətdə həll olunacağına vəd vermişdir. Həmin zaman onun Zərərçəkmiş şəxs4 işini həll elməyə real imkanı və səlahiyyəti olmamış, amma о, Zərərçəkmiş şəxs4 inadırmaq üçün telefonu əlinə alaraq guya general hərbi rütbəsində xidmət edən şəxslə danışıb, həmin general hərbi rütbəsindəki şəxslə bu işi həll edəcəyi görüntüsü yaratmışdır. Lakin əsl həqiqətdə isə o, heç kimlə danışmamışdır. Bundan sonra isə o, 2000 manat pulu öz şəxsi xərclərinə xərcləmiş, hazırkı günədək də həmin pulu Zərərçəkmiş şəxs4 geri qaytarmamışdır. Bundan başqa, 2022-ci ilin yanvar ayında tanışı Şahid17 yenə ona zəng edərək Zərərçəkmiş şəxs5 işdən çıxarılmaq təhlükəsinin olduğunu deyib, ona kömək etməsini istəmiş, o, da həmin zaman özünün kömək etmək səlahiyyətinin olmadığını, lakin yüksək vəzifəli tanışı olduğunu, həmin tanışı vasitəsi ilə kömək edə biləcəyini, həmin şəxslə danışıb xəbər edəcəyini bildimişdir. Bundan sonra isə o, Şahid17 zəng edərək həmin şəxslə danışdığını, ona 4000 manat pul müqabilində ona kömək edə biləcəyimi bildirmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs5 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq bu barədə maraqlanmış o da sonuncuya guya Quru Qoşunların komandanı ilə tanışlığının olduğunu, həmin tanışının vasitəsi ilə 4000 manat pul müqabilində onun işdən çıxarılmamasına köməklik edəcəyini, daha sonra isə 3700 manat pul müqabilində kömək edə biləcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs5 atası İsmixan adlı şəxs və sonuncunun əmiləri Bakı şəhərinə gələrək Bakı şəhərində avtovağzalın yanında onunla görüşərək 3000 manat pulu ona vermişdir. Elşad ona mobil telefonla zəng edərək 700 manal pulu qısa zamanda verəcəyini bildirmiş, o da qohumu Şahid15 adlı şəxsin kartını ona göndərərək 700 manat pulu Şahid15 kartına göndərməsini tapşırmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs5 barəsində olan araşdırmaya görə xx.xx.2022-ci il tarixdə faktiki olaraq ordu sıralarından tərxis olunduğu üçün ona deyərək pulunu istəmiş, o da yaranan bu vəziyyətdən istifadə edib, guya onu Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə qəbul etdirə biləcəyini, bunun üçün əlavə olaraq 300 manat pul lazım olduğunu yalandan demiş, buna görə də 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs5 onun göndərdiyi Şahid16 “Leobanka məxsus” bank kartına 300 manat pul göndərmiş, o da həmin pulu Şahid16 almışdır. Bundan bir neçə gün sonra isə o, yenidən Zərərçəkmiş şəxs5 DSX-ya işə qəbul olunması üçün yenidən 300 manat pul lazım olduğunu demiş, buna görə də sonuncu Şahid16 “Leobanka məxsus” bank karlına 300 manat pul göndərmişdir. Həmçinin Zərərçəkmiş şəxs5 yenidən ondan nə zaman işinin həll olunacağını soruşduqda o, sonuncu dəfə ona 2022-ci ilin iyun ayında Şahid13 Talib qızının bank kartına 303 manat pulu göndərməsini, bundan sonra isə işinin alınacağını demişdir və Zərərçəkmiş şəxs5 həmin karta yenə də 300 manat pul göndərmiş, o da bəmin pulu Şahid13 almışdır. O, qeyd olunan vədləri müqabilində E.İ.Musatafayevdən ümumilikdə 4600 manat məbləğində pul almış, lakin həmin vaxt onun Zərərçəkmiş şəxs5 hər hansısa formada köməklik etmək niyyəti olmamış, özünün pula ehtiyacı olduğu üçün yalan vədlər verərək sonuncunun ümumilikdə 4600 manat pulunu əldə edərək öz şəxsi xərclərinə xərcləmişdir. Bundan sonra isə 2022-ci ilin oktyabr ayında həmin pulun 2500 manat hissəsini Zərərçəkmiş şəxs5 geri qaytarmışdır. Bundan başqa, 2021-ci ilin iyul ayının sonlarında Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 ilə görüşərək Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli tanışlarına 5000 (beş min) manat məbləğində pulun verilməsi müqabilində, Zərərçəkmiş şəxs1 oğlu Şahid4 Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicəyə qəbul etdirilməsi və sonuncuya əlillik dərəcəsi ləyin edilməklə təqaüd almasını təmin edəcəyi barədə yalan vəd verib, razılığım almış və bu məqsədlə bundan bir neçə gün sonra, yəni 2021-ci ilin iyul ayının sonlarında “8 noyabr” prospekti yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs1 göndərdiyi 5000 manat məbləğində pulu Şahid4 və tanışı Şahid2 almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməmişdir. Həmçinin, 2022-ci ilin sentyabr ayının sonlarında "20 yanvar” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs9 ilə görüşərək real imkana və səlahiyyətə malik olmadığı halda 6000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində, İ.S.Şərifovun oğlu X4 xidmət etdiyi düşmən qüvvələri ilə üzbəüz olmaqla Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəsindən ehtiyatda saxlanılan hərbi hissələrin birinə köçürülməsini təşkil edəcəyi barədə vəd verib, razılığım almış və bu məqsədlə həmin vaxt İ .S.Şərifovun üzərimdə olan 1000 manat məbləğində pulu, həmçinin 02 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək ayrı-ayrı vaxtlarda Bakı şəhərində yerləşən ödəniş terminalları vasitəsi ilə tərəfindən sonuncuya göndərilmiş kimə məxsus olduğunu xatırlamadığı "xxxx" ASC-yə məxsus kart hesabına göndərdiyi ümumilikdə 5000 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan əlavə 31 iyun 2022-ci il tarixdə, vətəndaş Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq sonuncunun övladı X11 xidmət yoldaşı kimi özünü təqdim etmiş, söhbət zamanı Y.M.Məmmədlinin N nömrəli hərbi hissədə xidmətdə olan zaman avtomobil qəzası nəticəsində vəfat etdiyini öyrəndikdən sonra Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək istəmiş və guya yüksək vəzifəli tanışlarının olduğunu bildirib, 3000 manat məbləğində pulun verilməsi müqabilində X14 şəhidlik statusunun verilməsini təşkil edəcəyi barədə yalan vəd verib. M.Ə Məmmədovun 31 iyul 2022-ci il tarixdə "milli ön" ödəniş terminalı vasitəsi ilə Şahid6 məxsus kart hesabına göndərdiyi 3000 manat pulu əldə etmiş, daha sonra Zərərçəkmiş şəxs3 şəhidlik statusunun verilməsi üçün əlavə 1200 manat pul lazım olduğunu bildirərək 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində sonuncudan 1200 manat pulunu alaraq, verdiyi vəd üzrə heç bir hərəkət etməmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs8 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan övladını gizir hazırlığı kursuna qəbul etdirmək üçün ondan 1500 və 2000 manat olmaqla ümumilikdə 3500 manat məbləğində pulunu ələ keçirmiş, sonradan isə başqa birindən borc alaraq onun 3500 manat pulunu tam şəkildə geri qaytarmışdır. Digər bir hərbi qulluqçu olan X5 isə şəxsən tanımır. Onun işi ilə bağlı Şahid17 vasitəsilə tanıdığı Əliyev Elşən adlı şəxs müraciət elmişdir. Bunun üçün ona Tərlan Qurbanovun xidmət yerinin dəyişdirilməsi üçün 1550 manat pul göndərmişdir Həmin pulun qarşılığında T.Qurbanovun xidmət yerinin dəyişdiriləcəyini vəd etsə də, bununla bağlı heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs2 adlı şəxsi isə ümumiyyətlə tanımır, həmin şəxsdən hər hansı məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 aldığı pulun bir hissəsini hərbi qulluqçu olan Şahid14 vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Şahid4 onun doğma övladıdır. Şahid2 da onun həm sinif yoldaşıdır, həm də həmyerlidirlər. Oğlu Şahid4 2020-ci ilin sentyabr ayında 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə yollanmış və 2020-ci ilin sonunda isə müharibə bildikdən sonra hərbi xidmətdən geri qayıtmışdır. Şahid4 hərbi xidməli başa vurub gəldikdən sonra, müharibə zaman travma alaraq psixoloji pozğunluqları olmuşdur. Həmin vaxtlarda onlara gəlib gedən dostu Şahid2 onun oğlunun bu halından xəbərdar olmuş, daha sonra isə xeyli müddət sonra, yəni 2022-ci ilin iyul ayında Şahid2 ona Humay adlı tanışının olduğunu, həmin tanışının oğlunu həm Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicəyə qəbul etdirəcəyini, həm də oğluna veteranlıq statusu verdirə biləcəyini demiş, lakin bunun müqabilində həmin Humay adlı şəxsə 5000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra isə o, həmin qadının bu işləri dəqiq bacarıb-bacarmadığını Elmandan soruşmuş, Elman isə ona cavabında narahat olmamasını, həmin Humay adlı qadının Müdafiə Nazirliyində işlədiyini, yüksək rütbəli şəxslərlə əlaqələrinin olduğunu bildirmişdir. Həmin qadınla onun özünün görüşməyini ona təklif etmiş, o, necə görüşə biləcəyini soruşduqda Elman ona həmin qadınla özünün bacısının evində görüşə biləcəyini bildirmişdir. O da bundan sonra 2021-ci ilin iyul ayının sonlarında Şahid2 bacısının evində Humay adlı qadınla görüşmüş və söhbət etmişdir. Humay ona Müdafiə Nazirliyində zabit kimi işlədiyini, “hərbi hospitallardakı həkim komissiyalarının öz əlində olduğunu”, oğlunu hospitalda stasionar müalicəyə qəbul etdirəcəyini, oğluna veteranlıq statusu verdirəcəyini, həmin veteranlıq statusu əsasında oğlunun minimum 300-400 manat pensiya alacağına dair vəd verib onu inandırmış, bu işləri görmək üçün oğlunun hərbi biletinin kserosurətini və şəxsiyyət vəsiqəsinin kserosurətini gətirməyini, pul çatdıqdan qısa müddət sonra oğlunun müayinə olunmaq üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından çağırılacağını, ümumilikdə isə 2021-ci ilin sentyabr ayınadək bu məsələnin həll olunacağını ona demişdir. Bundan sonra isə o, Humay adlı həmin şəxsdən bu işin hansı məbləğdə pul müqabilində həll olunacağını soruşduqda Humay ona bu barədə artıq Şahid2 məlumat verdiyini demiş, həmçinin qısa zaman ərzində pulun verilməli olduğunu demişdir. Bundan sonra isə o, pulu düzəldib xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin iyul ayının sonlarında o, öz qohumu Ədalət İsmayılovdan 2000 dollar borca pul almış və həmin pulu özünün yığdığı 1600 manat ilə birləşdirərək Humay adlı şəxsə göndərmişdir. Həmin pulu oğlu Şahid4 və Şahid2 Humay adlı şəxsə 2021-ci ilin iyul ayının sonlarında Humayın dediyi yerdə vermişdir. O, özü dializ xəstəsi olduğu üçün gedə bilmədiyindən pulu oğlu Anar və Elman ilə göndərmişdir. Lakin o, Humay adlı şəxsə 5000 manat pulu verdikdən sonra sonuncu verdiyi vədlər üzrə heç bir hərəkət etməmişdir. 2021-ci ilin avqust ayında bir neçə dəfə Humaya zəng edib bu məsələ ilə maraqlandıqda, oğlunun həkim-komissiyasından keçirilmədiyini dedikdə, sonuncu ona həkimlərin Pakistanda olduğunu, cəbhədə olduğunu deyərək müxtəlif bəhanələr gətirmişdir. Daha sonra isə 2021-ci ilin oktyabr ayında o, Humaydan pulunu geri tələb etdikdə, Humay ona pulu qısa zamanda geri qaytaracağına söz versə də, hazırki günədək geri qaytarmamışdır. Bu barədə sonradan Liman Süleymanova da bildirmişdir. Təqsirləndirilən şəxs portaldan çıxarılmış fotoşəkli ona təqdim olunmuş. Humay adlı şəxs məhz həmin qadındır. Şahid14 və Şahid3 tanımır, adlarını eşitməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X18 onun doğma övladıdır, N nömrəli hərbi hissədə zabit kimi, mayor hərbi rütbəsində xidmət etmişdir. 2022-ci ilin iyun ayının 19-da N nömrəli hərbi hissəyə ezamiyyətdən qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. X34 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra istifadəsində olan “***-***-**-**” mobil nömrəsini özü işlətmiş, 31 iyul 2022-ci il tarixdə oğlunun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs özünü Humay kimi təqdim etmiş, Yusifi tanıdığını, Yusiflə hal-əhval tutmaq üçün zəng eldiyini bildirmiş, o da həmin şəxsə Yusifi hardan tanıdığını soruşduqda, işi ilə əlaqədar tez-tez hərbi hissələrə getdiyini, Yusiflə də həmin zaman tanış olduğunu bildirmişdir. Bundan sonra o, həmin qadına Yusifin yolnəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini, lakin şəhidlik statusu verilmədiyini bildirərək, X34yə şəhidlik statusunun verilməsi ilə bağlı ona köməklik etmək imkanının olubolmadığını soruşmuşdur. Həmin qadın ona bu məsələdə köməklik edə bilməyəcəyini demişdir. Bir neçə saat sonra isə yenidən zəng edərək X34yə şəhidlik statusu verilməsi ilə bağlı 3000 manat pul müqabilində köməklik edə biləcəyini demiş, əvvəlcə həmin qadına etiraz edərək 3000 manat pulun çox olduğunu, buna imkanı olmadığını bildirmiş, sonuncu ona şəhidlik statusunun verilməsi ilə bağlı adını çəkmədiyi yüksək vəzifəli şəxs vasitəsi ilə köməklik edəcəyini, işin həll olunması üçün həmin yüksək vəzifəli şəxsə mütləq 3000 manat pul çatmalı olduğunu bildirmişdir. O da həmin vaxt oğlu Yusifin ölümü ilə bağlı ağır iztirablar keçirdiyi üçün razılaşmışdır. Bundan sonra isə Humay adlı şəxs ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms vasitəsi ilə Şahid6 adına olan “5239 1515 1107 6526” kart hesabını atmış və 3000 manat pulu həmin karta atmağı ondan istəmişdir. O da sonuncunun deməsinə inandığı üçün həmin gün Abşeron rayonu Digah qəsəbəsində yerləşən ödəniş terminalı vasitəsi ilə həmin karta 3000 manat pul göndərmişdir, 01 avqust 2022-ci il tarixdə Humay adlı şəxs yaşadığı ünvana ona başsağlığı vermək üçün gəlmiş, daha sonra sonuncu ona X34yə şəhidlik statusu verilməsi üçün əlavə olaraq da 1200 manat da pul istəmiş, o isə əlavə 1200 manat pulun nəyə lazım olduğunu soruşduqda, ona həmin işin bir neçə vəzifəli şəxs arasında bölüşdürüləcəyini, 3000 manat pulun az olduğunu demişdir. O, həmin vaxt artıq 3000 manat pulun hansısa vəzifəli şəxslər arasında bölüşdürüldüyünü başa düşdüyü üçün həmin pulu geri qaytaramağın mümkün olmadığını başa düşmüşdür. Lakin həmin vaxt Humaya özündə 1200 manat pul olmadığını demişdir. Daha sonra isə oğlu Şahid5 1200 manat məbləğində pulu 01 avqust 2022-ci il tarixdə Humayın əvvəl ona demiş olduğu kart hesabına göndərmişdir. Humay adlı şəxs ona oğluna şəhidlik statusunun verilməsi məsələsinin 2022-ci ilin avqust ayının sonunadək həll olunmasına dair söz versə də, bugünkü günədək bu məsələni həll etməmiş və ondan almış olduğu ümumilikdə 4200 manat məbləğdə pulu geri qaytaracağına söz versə də, gah xaricdə olması, gah xəstə olması kimi bəhanələrlə bu günədək pulunu geri qaytarmamışdır. O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə izahat verən zaman özünü Humay kimi təqdim edən şəxsin əsl adının Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayının sonlarında “20 yanvar” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşən zaman sonuncu özünü Müdafiə Nazirliyinin sabiq zabiti kimi təqdim etmiş. Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli tanışlarına 6000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində, onun oğlu X4 xidmət etdiyi düşmən qüvvələri ilə üzbəüz olmaqla Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəsindən ehtiyatda saxlanılan hərbi hissələrin birinə köçürülməsini təşkil edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə həmin vaxt onun üzərində olan 1000 manat məbləğində pulunu, həmçinin 02 oktyabr 2022-ci il tarixdən 27 oktyabr 2022-ci il tarixədək ayrı-ayrı vaxtlarıla Bakı şəhərində yerləşən ödəniş terminalları vasitəsi ilə onun tərəfindən sonuncuya göndərilmiş “Kapital Bank" ASC-yə məxsus kart hesabına göndərdiyi ümumilikdə 5000 manat məbləğində pulu əldə edib, ümumilikdə 6000 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X19 2022-ci ilin mart ayının 21-də “ağciyər və ürək çatışmazlığı" xəstəliyindən vəfat etmişdir. Doğma övladı X20 2022-ci ilin iyul ayında SHXÇDX-in Binəqədi rayon şöbəsindən çağırılmaqla müddətli həqiqi hərbi xidmətə yollanmış və hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Həyat yoldaşı X19 2022-ci ilin fevral ayında yas məclisində iştirak edən zaman Humay adlı qadınla tanış olmuşdur. Belə ki, Humay adlı qadınla söhbət zamanı yoldaşı sonuncuya övladının 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə gedəcəyini, bununla bağlı narahat olduğunu bildirmiş, Humay adlı qadın özünün əvvəllər Müdafiə Nazirliyində xidmət etdiyini, hal-hazırda ehtiyata buraxılaraq təqaüdə çıxdığını bildirmiş və özünün ***-***-**-**, ***-***-**-** mobil nömrələrini Arzuya təqdim etmişdir. Bundan sonra isə yoldaşı bu barədə ona məlumat vermiş, o da həmin mobil nömrəni özündə qeyd etmişdir. Daha sonra isə 2022-ci ilin mart ayında həyat yoldaşı Arzu qəfil rəhmətə getmişdir. Bundan sonra isə 2022-ci ilin may ayında adına SHXÇDX-in Binəqədi rayon şöbəsindən oğlu Zamir Hünbətlinin adına qeydiyyata alınması üçün məktub gəlmiş, bundan sonra o, Humay adlı şəxsə zəng edərək fevral ayında yas mərasimi zamanı tanış olduğu Arzunun həyat yoldaşı olduğunu, oğlunun müddətli həqiqi hərbi xidmətə çağırıldığını demişdir. Humay adlı şəxs isə həyat yoldaşını xatırladığını bildirərək onu 28 may metrostansiyası yaxınlığına üzbəüz danışmaq üçün dəvət etmiş, bundan sonra o, 2022-ci ilin may ayının sonlarında 28 may metrostansiyası yaxınlığında dəmiryol vağzalının birinci mərtəbəsində Humay adlı qadınla görüşmüşdür. O, Humaya oğlu Zamir Hümbətilinin 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanacağını, oğlunu Müdafiə Nazirliyinin Bərdə rayonunda yerləşən hərbi hissələrdən birində xidmət etməsini istədiyini bildirmişdir. Humay isə ona 5000 manat pul müqabilində köməklik edə biləcəyini bildirmişdir. O isə sonuncuya 5000 manat pulunun olmadığını, əlində 2000 manat pul olduğunu demiş. Humay da ona generalla danışıb dəqiq söz deyəcəyini bildirmişdir. Bundan sonra isə Humay onun yanında kiməsə zəng edərək, "müəllim, bir nəfər var. anasız uşaqdı, əsgərliyə gedəcək. Bərdə rayonuna salmaq olarını onu? əlində 2000 manat pulu var, özü də deyir ki, iş həll olunursa sabah gətirim pulu" demişdir. Bundan sonra isə telefonla danışdığı adam Humaya nəsə deyəndən sonra Humay sağollaşaraq ona «sabah pulu gətirin, işi həll edək» demişdir. Ertəsi gün yenə 2022-ci ilin may ayının sonlarında o, eyni yerdə Humay adlı qadınla görüşmüş, görüş zamanı o, Humaya vəziyyətinin pis olduğunu, bir neçə ay öncə həyat yoldaşının vəfat eltdiyini bildirərək məsələnin dəqiq olub-olmadığını soruşmuş, Humay isə ona birbaşa olaraq adını çəkmədiyi generalla danışdığını deyərək narahat olmamağı, məsələnin ən qısa zamanda həll olunacağını demiş və onu əmin etmək üçün yenə kiməsə zəng edərək “müəllim dünən dediyim adam gəldi, arayışı da gətirib, arayış məndədi" demişdir. Bundan sonra isə telefondakı şəxs Humaya nəsə dedikdən sonra Humay sağollaşmış və bir daha ona narahat olmamasını deyərək, məsələni həll etməsi üçün gedib pulu generala verəcəyini bildirmiş, o da Humaya inanmışdır. Bundan sonra oğlu Zamir Hünbətli 2022-ci ilin iyul ayında müddətli həqiqi həqiqi hərbi xidmətə yollanmış, lakin xidmət etmək üçün Tərlər rayonunda olan hərbi hissələrdən birinə göndərilmişdir. Həmin zaman o, Humay adlı şəxsə zəng edərək övladının Bərdə rayonuna deyil, Tərlər rayonuna göndərildiyini bildirmiş. Humay adlı şəxs isə hunun mümkün olmadığını, artıq işin həll olunduğunu, ortada anlaşılmazlıq olduğunu, indi danışaraq problemi həll edəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra isə o. yenə də Humayla əlaqə saxlayaraq məsələnin həll olunmadığını dedikdə Humay guya özünün də aldadıldığını bildirmiş və qısa zamanda pulu qaytaracağına vəd versə də, bu günədək onun 2000 manat pulunu geri qaytarmamışdır. Sonradan isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan zaman Humayın əsl adı Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.1987-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, ali təhsillidir. 2011-ci ildə Bakı Dövlət Univeristetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 2011-2012-ci illərdə SHXÇDX-in Şirvan rayon şöbəsindən çağırılmaqla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi, əsgər hərbi rütbəsində xidmət etmiş, subaydır, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. Şahid3 onun doğma bibisioğludur. Onunla arasında heç bir düşmənçilik ədavət və s. olmamışdır. Təqsirləndirilən şəxs təxminən 2019-cu ildə tanımışdır. Bakı şəhəri Binəqədi rayonunda "Sentralni" deyilən ərazidə dostu X3 vasitəsilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Məmmədov Seyidağa ilə eyni məhəllədə yaşayır və həmin vaxt Seyidağa vasitəsi ilə Gülşəni tanımışdır. Bundan sonra da Gülşənlə onun arasında tanışlıq yaranmışdır. 2019-cu ilin təxminən yaz aylarında Təqsirləndirilən şəxs 4000 manat məbləğində pulu onu Bakcell MMC-də əməliyyatçı vəzifəsinə düzəltməsi üçün vermiş, həmin vaxt Gülşən ona bu işin təxminən 30-45 günə həll olunacağını, həmçinin aylıq əməkhaqqının əvvəlcə 600 manat olacağını, daha sonra isə bu məbləğin daha yüksək olacağını bildirmişdir. Bundan 1-2 ay sonra artıq Gülşən ona heç bir köməklik etmədiyi üçün Gülşəndən pulu geri qaytarmasını tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək işin tezliklə alınacağını bildirmiş, lakin vədinə əməl etməmişdir. Təxminən bir il sonra isə ondan almış olduğu puldan 1300 manatını geri qaytarmış, geri qalan hissəsini isə geri qaytarmamışdır. 2019-cu ilin təxminən yay aylarında Gülşən ona Müdafiə Nazirliyinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən bir qohumunun olduğunu, həmin qohumunu ailə üzvləri ilə mobil telefon vasitəsi ilə danışdırmaq istədiyini bildirmişdir. O da Gülşənə bibisioğlu Şahid3 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyini bildirmiş və bu barədə ona Şahid3 vasitəsi ilə kömək edəcəyini bildirmişdir. Bundan sonra Şahid3 bu barədə bildirmiş və Şahid3 vasitəsi ilə həmin əsgəri valideynləri ilə danışdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ondan Şahid3 mobil nömrəsini istəmiş, o da Şahid3 ***-***-**-** mobil nömrəsini Gülşənə təqdim etmişdir. Təqsirləndirilən şəxs onu Bakcell MMC-ə işə düzəltmək adı ilə almış olduğu 4000 manat məbləğində pulun kimə çatması, yəni Gülşənin ona kimin vasitəsi ilə köməklik etmək niyyətində olması barədə dəqiq bir şey deməmiş, sadəcə bir qohumunun həmin MMC-də rəhbər vəzifədə işlədiyini həmin şəxs vasitəsi ilə kömək edəcəyini bildirmişdir. Həmçinin ondan almış olduğu 4000 manat məbləğində pulu həmin şəxsə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan almış olduğu 4000 manat məbləğində puldan əlavə, "iş gördüyü” şəxsə təqdim etmək üçün ondan heç bir sənəd istəməmiş, həmin iş gördüyü şəxslə onu görüşdürüb danışdıracağını və həmin şəxsin istədiyi sənədləri MMC-ə təqdim elməyini ondan istəmişdir. Təqsirləndirilən şəxs ondan almış olduğu pulu qaytaracağına dair vədlər vermiş, lakin vədinə əməl etməmişdir. 2019cu ilin yaz aylarında Binəqədi rayonunun mərkəzində yerləşən çayxananın qarşısında əvvəlcə 1800 manat, təxminən 10-15 gün sonra 2200 manat məbləğində pulu eyni yerdə vermişdir. Hadisə nəticəsində ona 4000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayından 2018-ci ilin yanvar ayınadək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, 2018-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şahid17 ilə birlikdə 2017-ci ildə N nömrəli hərbi hissədə xidmət etmiş və aralarında tanışlıq münasibətləri olmuş, qohumluq əlaqələri və ya düşmənçilik münasibətləri olmamış, münasibətləri xidməti olmuşdur. 44 günlük Vətən müharibəsi ərzində Füzuli rayonunun Yuxarı Veysəli kəndində yerləşən N nömrəli hərbi hissəsində narkotik maddə olan "marixiuna”dan istifadə etməyə başlamış, müharibə bitdikdən sonra da, bir neçə dəfə hərbi hissə ərazisində narkotik maddə qəbul etmişdir. Həmçinin onunla eyni hərbi hissədə xidmət etmiş MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs7 Rafiq oğlu da, narkotik maddə qəbul etmişdir. Bu barədə hərbi hissəyə məlumat daxil olduqdan sonra, o və MAHHXHQ, kiçik çavuş R.Həsənov 2022-ci ilin yanvar ayında hərbi hissə komandirinin göndərişinə əsasən N nömrəli hərbi hissədə narkoloji analiz vermişlər. Analizin cavabı müsbət çıxmış və onların narkotik maddə istifadəçisi olmaları aşkar olunmuşdur. Həmin vaxt o və Zərərçəkmiş şəxs7 ordu sıralarından xidmətə uyğunsuzluqla tərxis olunacaqlarından ehtiyat etmişlər. Bundan bir neçə gün sonra, 2022-ci ilin yanvar ayında Füzuli rayonu ərazisində “Dörd yol” adlanan yerin yanında yerləşən kafedə olarkən həmin vaxt N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ baş çavuş Şahid17la görüşmüş, aralarında olan söhbət zamanı sonuncuya baş vermiş hadisə barədə məlumat vermişdir. Şahid17 ona Müdafiə Nazirliyinin Quru Qoşunlar Komandanlığının mətbuat şöbəsində işləyən Humay adlı tanışının olduğunu və həmin şəxsin vasitəsilə onun tərxis olunma məsələsinin dayandıra biləcəyini, danışıb xəbər edəcəyini demişdir. О.Şahid17 həmin məsələnin kim tərəfindən həll olunacağını soruşduqda Şahid17 Humay adlı qadının Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığında yüksək vəzifədə xidmət edən tanışlarının olduğunu və həmin şəxslərin vasitəsilə barəsində keçirilmiş narkoloji test müayinəsinin nəticələrini dəyişərək məsələnin onun xeyrinə həll olunacağını və Humay adlı qadının onun xidmətə davam edəcəyini həll edə biləcək imkanları olduğunu bildirmişdir. О.Şahid17 xidmət yoldaşı Zərərçəkmiş şəxs7 da narkotik maddə qəbul eldiyinə görə tərxis olunma məsələsinin olduğunu və sonuncuya da kömək etməsini xahiş etmiş, Şahid17 bu məsələnin hansı məbləğə həll edəcəyini soruşduqda Şahid17 Humay adlı qadınla danışdıqdan sonra ona ətraflı məlumat verəcəyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs7 ilə görüşərək sonuncuya xidmətdən tərxis olunmamaq üçün Şahid17 adlı tanışının olduğunu demişdir. Zərərçəkmiş şəxs7 ona həmin məsələnin həll olunması üçün tələb olunacaq məbləği verməyə hazır olduğunu demişdir. Bundan sonra təxminən 01 fevral 2022-ci il tarixdə Şahid17 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək onun və Zərərçəkmiş şəxs7 ad, soyadlarını, ata adlarını soruşmuşdur. O, özünün və Zərərçəkmiş şəxs7 ad, soyad və ata adlarını Şahid17 dedikdən sonra Şahid17 yenidən ona zəng edərək Humayla danışdığını, Humayın bu məsələni həll edə biləcəyini bildirdiyini, hər biri üçün Humay adlı qadına 1500 manat, ümumilikdə 3000 manat pul verəcəyi halda, onun və Zərərçəkmiş şəxs7 narkoloji test nəticələrinin dəyişdiriləcəyini, habelə onların tərxis məsələsinin dayandırılacağını bildirmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs7 zəng vuraraq bu barədə demiş, Zərərçəkmiş şəxs7 heç bir problemin olmadığını və 1500 manat pulu verməyə razı olduğunu demiş, bundan sonra, o da Şahid17 zəng vuraraq onun və Zərərçəkmiş şəxs7 hər birinin 1500 manat, ümumilikdə 3000 manat pul hazırladıqlarını və pulu Humaya verə biləcəklərini demişdir. Şahid17 səhəri gün, yəni 02 fevral 2022-ci il tarixdə Füzuli rayonuna gələcəyini və onunla görüşərək 3000 manat pulu sonuncu ilə Humay adlı qadına göndərməyi demişdir. Səhəri gün Şahid17 ona zəng edərək hərbi hissəyə yoxlama gəldiyini və buna görə də Füzuli rayonuna gələ bilməyəcəyini demişdir. O. Şahid17 3000 manat pulu Humaya necə çatdıracağını soruşduqda, sonuncu Humayla danışıb xəbər edəcəyini demiş, bir neçə dəqiqə sonra Şahid17 ona zəng edərək banka getməyini və Humay adlı qadına məxsus olan kart nömrələri deyəcəyini və 3000 manat pulu həmin kartların hesabına göndərməyini bildirmişdir. Bundan sonra 03 fevral 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs7la birlikdə “Kapital Bank" ASC-nin Füzuli rayonunda yerləşən filialına gedərək Şahid17 zəng etmişdir. Şahid17 ona X6 adına olan, son 8 rəqəmi 10089708 olan kart hesabına 1515 manat, Şahid16 adına olan, son 8 rəqəmi 50166838 olan hesab kartına 910 manat **********084627 nömrəli kartın hesabına isə 605 manat pul göndərməyi bildirmiş, belə ki, Şahid17 ona köçürmə edən zaman hər 100 manata görə bank tərəfindən 1 manat komissiya haqqı tutulduğunu, buna görə də hər 100 manat üçün əlavə olaraq 1 manat pul köçürmələrini bildirmişdir. Bundan sonra, o və Zərərçəkmiş şəxs7 “E-manat" vasitəsilə yuxarıda qeyd olunan hesab kartlarına Şahid17 ona dediyi məbləğdə pulu tam həcmdə, hər biri 1500 manat, ümumilikdə 3000 manat köçürmüşlər. Daha sonra bu barədə Şahid17 demiş, sonuncu Humay adlı qadınla danışdığını və məsələnin tez bir zamanda həll olunacağını bildirmişdir. Habelə, Zərərçəkmiş şəxs7 özü də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə Şahid17 zəng edərək sonuncudan Humay adlı qadının məsələnin dəqiq həll edə bilib-bilməyəcəyini soruşmuş, Şahid17 heç bir problemin olmadığını və yaxın günlərdə məsələnin tam şəkildə həll ediləcəyini demişdir. Bu hadisədən təxminən 3 gün sonra, Şahid17 onunla əlaqə saxlayaraq onun və Zərərçəkmiş şəxs7 narkoloji test nəticələrinin onların xeyrinə dəyişdirildiyini, xidmətə uyğunsuzluqla tərxis olunmayacaqları barədə Humay adlı qadının zəng edərək məlumat verdiyini demişdir. O, Şahid17 öz minnətdarlığını bildirmiş, təxminən 2022-ci ilin aprel ayının əvvəllərində onu və Zərərçəkmiş şəxs7 hərbi hissənin qərargahına çağıraraq narkotik maddə qəbul eldiklərinə görə yuxarı komandanlıq tərəfindən xidmətə uyğunsuz kimi ordu sıralarından tərxis olunacaqlarını, bunun üçün də, müvafiq sənədlər hazırlanaraq yuxarı komandanlığa göndəriləcəyini deyib Silahlı Qüvvələrin Baş X13 hərbi həkim komissiyasından müayinədən keçmələri üçün onlara göndəriş vermişlər. Bundan sonra, o, Şahid17 zəng edərək bu barədə bildirdikdə sonuncu ona Humay adlı qadınla danışdığını, Humayın heç bir problemin olmadığını, tərxis olunmayacaqlarını dediyini bildirmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs7 hərbi həkim komissiyasından tibbi müayinələrdən keçmişlər. Müayinənin nəticələri hərbi hissəyə göndərildikdən sonra barələrində toplanmış sənədlər yuxarı komandanlığına göndərilmişdir. 2022-ci ilin aprel ayının sonlarında onun və Zərərçəkmiş şəxs7 xidmətə uyğunsuz olaraq ordu sıralarından tərxis olunmaları ilə bağlı əmr verilmiş və hər ikisi ehtiyata buraxılmışlar. Bundan sonra, o və Zərərçəkmiş şəxs7 Şahid17 zəng edərək bu barədə məlumat vermişlər və onların Humaya göndərdikləri 3000 manat pulun geri qaytarılmasına kömək etməsini xahiş etmişlər. Şahid17 bu məsələnin həll olunması üçün Humay adlı qadının dediyi kart hesablarına göndərdikləri 3000 manat pulu həmin qadınla danışıb geri qaytaracağını bildirmişdir. Birneçə gün keçməyinə baxmayaraq, Şahid17 Humay adlı qadının müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etdiyini bildirmişdir. Bundan sonra, o və Zərərçəkmiş şəxs7 Şahid17 Humay adlı qadının 055 *** ** ** nömrəsini alaraq zəng etmiş. Humay adlı qadın ona ilk öncə məsələlərinin həlli üçün 3000 manat pul aldığını etiraf edərək, onlardan alınan 3009 manat pulu yaxın günlərdə göndərəcəyini bildirmiş, lakin Humay adlı qadının həmin pulu göndərmədiyini görüb təkrarən əlaqə saxladıqda Humay adlı qadın onlara məsələnin həll olunması müqabilində göndərdiyi 3000 manat pulun sonuncuya verilmədiyini və istədikləri yerə şikayət etmələrini demişdir. O, bu barədə Şahid17 soruşduqda Şahid17 Humay adlı qadının yalan danışdığını bildirmişdir. Daha sonra, onlar yenidən Humay adlı qadınla danışdıqda, bu dəfə sonuncu onlara ordu sıralarından tərxis olunma məsələsinin dayandırılması müqabilində 3000 manat deyil, hər birisi üçün 900 manat, ümumilikdə 1800 manat pul göndərildiyini, 1200 manat pulun göndərilmədiyini bildirərək 1800 manat, pulu tez bir zamanda onlara geri qaytaracağını bildirmiş, daha sonra 3000 manat puldan 2400 manatının özünə göndərildiyini, 600 manatının isə özünə göndərilmədiyini bildirərək 2400 manat pulu onlara qaytaracağını demişdir. Daha sonra isə 2022-ci ilin iyul ayında o və Zərərçəkmiş şəxs7 bu barədə Hərbi Prokurorluğa şikayət etmişlər və onların müraciəti əsasında araşdırma zamanı Humay Zərərçəkmiş şəxs7 zəng etmiş, qısa zamanda onlardan almış olduğu 3000 manat pulu geri qaytaracağını demişdir. Bundan sonra isə 2022-ci ilin təxminən avqust ayında Humay adlı şəxs Zərərçəkmiş şəxs7 onların göndərdiyi 3000 manat pulu geri göndərmişdir. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş leytenant Şahid14 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant Şahid3 tanımır, adlarını da eşitməmiş, heç vaxt görüşməmiş, mobil telefon vasitəsi ilə danışmamışdır. Həmçinin özünü Humay adı ilə tanıdığı Təqsirləndirilən şəxs və Şahid17 bu barədə heç bir məlumat verməmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2017-2018-ci illərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində 2018-2022-ci illərdə N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi çavuş hərbi rütbəsində xidmət etmiş. 2022-ci ildə xidmətə uyğunsuzluqla ordu sıralarından ehtiyata buraxılmış, hazırda "'PoladYol” MMC-də anbardar vəzifəsində işləyir. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şahid17 ilə birlikdə 2017-ci ildə N nömrəli hərbi hissədə xidmət etmiş və aralarında tanışlıq münasibətləri olmuş, qohumluq əlaqələri və ya düşmənçilik münasibətləri olmamış, münasibətləri xidməti olmuşdur. 44 günlük Vətən müharibəsi ərzində Beyləqan rayonu ərazisində narkotik maddə olan “marixiuna”dan istifadə etməyə başlamış, müharibə bitdikdən sonra da, bir neçə dəfə hərbi hissə ərazisində marixuanadan istifadə etmiş, həmçinin onunla eyni hərbi hissədə xidmət etmiş MAHHXHQ əsgər Zərərçəkmiş şəxs6 da narkotik maddə qəbul etmişdir. Bu barədə hərbi hissəyə məlumat daxil olduqdan sonra, o və MAHHXHQ əsgər Zərərçəkmiş şəxs6 2022-ci ilin yanvar ayında hərbi hissə komandirinin göndərişinə əsasən N nömrəli hərbi hissədə narkoloji analiz vermişlər. Analizin cavabı müsbət çıxmış və onların narkotik maddə istifadəçisi olmaqları aşkar olunmuşdur. Həmin vaxt o və Zərərçəkmiş şəxs6 ordu sıralarından xidmətə uyğunsuzluqla tərxis olunacaqlarından ehtiyat etmişlər. Bundan bir neçə gün sonra, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs6 ona zəng edərək Şahid17 Humay adlı tanışı olduğunu, Şahid17 deməsinə görə həmin tanışının Quru Qoşunlarında jurnalist kimi işlədiyini və Zərərçəkmiş şəxs6 və onun narkotik vasitədən istifadəyə görə xidmətdən tərxis olunmaq məsələsini hər birinin 1500 manat məbləğində pul verməsi müqabilində tanışları vasitəsi ilə “dayandıra” biləcəyini bildirmiş və onun buna razı olub-olmadığıı soruşmuş, o da öz payına düşən 1500 manat məbləğində pulu verməyə hazır olduğunu demişdir. Bundan sonra təxminən 2022-ci ilin fevral ayının əvvəlində Şahid17 Humay adlı qadınla danışaraq o və Mürşüdzadə karta hər biri 1500 manat olmaqla ümumilikdə 3000 manat pulu göndərmək üçün Zərərçəkmiş şəxs6 bir neçə kart şifrəsi göndərmişdir. Onlar da 2022-ci ilin fevral ayında "xxxx" ASC-nin Füzuli rayonunda yerləşən filialına gedərək kart hesablarına hər biri 1500 manat olmaqla 3000 manat pul köçürmüşlər. Daha sonra Zərərçəkmiş şəxs6 bu barədə Şahid17 demiş, sonuncu Humay adlı qadınla danışdığını və məsələnin tez bir zamanda həll olunacağını bildirmişdir. Habelə, o özü də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə Şahid17 zəng edərək sonuncudan Humay adlı qadının məsələnin dəqiq həll edə bilib-bilməyəcəyini soruşmuş, Şahid17 heç bir problemin olmadığını və yaxın günlərdə məsələnin tam şəkildə həll ediləcəyini demişdir. Bu hadisədən təxminən 3 gün sonra Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlayaraq onun və Zərərçəkmiş şəxs6 narkoloji test nəticələrinin onların xeyrinə dəyişdirildiyini, onların xidmətə uyğunsuzluqla tərxis olunmayacaqları barədə Humay adlı qadının zəng edərək məlumat verdiyini demişdir. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində onu və Zərərçəkmiş şəxs6 hərbi hissənin qərargahına çağıraraq narkotik maddə qəbul eldiklərinə görə yuxarı komandanlıq tərəfindən xidmətə uyğunsuz kimi ordu sıralarından tərxis olunacaqlarını, bunun üçün də, müvafiq sənədlər hazırlanaraq yuxarı komandanlığa göndəriləcəyini deyib Silahlı Qüvvələrin Baş X13 Hərbi Həkim Komissiyasından müayinədən keçmələri üçün ona və Zərərçəkmiş şəxs7 göndəriş vermişlər. Bundan sonra, o, Şahid17 zəng edərək bu barədə bildirdikdə Şahid17 ona Humay adlı qadınla danışdığını, Humayın heç bir problemin olmadığını, onların tərxis olunmayacaqlarını dediyini bildirmişdir. Bundan sonra o və Zərərçəkmiş şəxs7 hərbi həkim komissiyasından tibbi müayinələrdən keçmişlər. Müayinənin nəticələri hərbi hissəyə göndərildikdən sonra barələrində toplanmış sənədlər yuxarı komandanlığına göndərilmişdir. 2022-ci ilin aprel ayının sonlarında onun və Zərərçəkmiş şəxs7 xidmətə uyğunsuz olaraq ordu sıralarından tərxis olunmaları ilə bağlı əmr verilmiş və hər ikisi ehtiyata buraxılmışlar. Bundan sonra, o və Zərərçəkmiş şəxs7 Şahid17 zəng edərək bu barədə məlumat vermişlər və onların Humaya göndərdikləri 3000 manat pulun geri qaytarılmasına kömək etməsini xahiş etmişlər. Şahid17 bu məsələnin həll olunması üçün Humay adlı qadının dediyi kart hesablarına göndərdikləri 3000 manat pulu həmin qadınla danışıb geri qaytaracağını bildirmişdir. Bir-neçə gün keçməyinə baxmayaraq, Şahid17 Humay adlı qadının müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etdiyini bildirmişdir. Bundan sonra o, Humay adlı qadınla danışdıqda, sonuncu ona onlardan heç bir məbləğdə pul almadığını demiş və pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs6 Humayın barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş və araşdırma başlanmışdır. Həmin araşdırma materialı isə daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmişdir. Araşdırma dövründə Humay adlı qadın ona pulu yaxın zamanda geri qaytaracağını bildirmiş və ondan şikayəti geri götürməyi xahiş etmişdir. Bundan sonra 2022-ci ilin avqust ayında Humay adlı qadın onun şəxsi istifadəsində olan kart hesabına 3000 manat pul göndərmişdir. O da həmin pulun 1500 manat olan hissəsini Zərərçəkmiş şəxs6 geri qaytarmışdır. Zərərçəkmiş şəxs6 özü bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanladığı üçün o, bu barədə artıq şəxsən şikayət etməmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2010-cu ildə SHXÇDX-in İsmayıllı rayon şöbəsindən çağırılmaqla müddətli həqiqi hərbi xidmətə yollanmış. 2012-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir kursu keçmiş, 2013-cü ildən N nömrəli hərbi hissədə, 2014-cü ildən N nömrəli hərbi hissədə, 2018-ci ildən N nömrəli hərbi hissədə, 2021-ci ildən isə N nömrəli hərbi hissədə gizir kimi xidmət etmiş, 2022-ci ilin fevral ayının 28-də ordu sıralarından tərxis olunmuşdur. O, 06 yanvar 2022-ci il tarixdə Qubadlı rayonunda olan zaman boş ərazidən əldə etdiyi "alüminium" metalını satmaq üçün Füzuli rayonuna aparan zaman Füzuli rayonunda Hərbi Polisin əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman onun olduğu VAZ 2107 nömrəli maşında 50-60 kq "Alümunium” aşkar edilərək Hərbi Polis tərəfindən götürülmş, daha sonra isə onun barəsində araşdırma başlanmışdır. Həmin araşdırma zamanı o, barəsində olan araşdırma nəticəsində hərbi xidmətdən tərxis ediləcəyindən narahat olmuş və xx.xx.2022-ci il tarixdə Qubadlı rayonu Muradxanlı kəndində xidmət yoldaşı Şahid17 ilə söhbət edən zaman, Şahid17 ona sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi Humay adlı bir tanışının olduğunu, hərbi xidmətdən tərxis olunmamaq üçün müəyyən pul müqabilində ona kömək edə biləcəyini demiş və о, Şahid17 həmin qadınla danışmasını xahiş etmişdir. Bundan sonra Həsən onun yanında Humay adlı qadınla danışmış, həmin danışıq zamanı Humay adlı qadın Şahid17 Ənvər adlı "Quru Qoşunları" komandanı ilə danışıb xəbər edəcəyini bildirmiş, o da Şahid17 yanında olduğu üçün həmin qadının dedikərini eşitmişdir. Daha sonra isə Şahid17 həmin gün ona zəng edərək yanına çağırmış və Humay adlı qadınla danışdığını, təkrar olaraq onun yanında danışmaq istədiyini demişdir. O da xx.xx.2022-ci il tarixdə axşam təxminən 20-21 radələrində Şahid17 yanına getmişdir. H.Axunodov Humaya zəng etmiş və danışıq zamanı Humay adlı şəxs işin 4000 manat pul müqabilində həll olunacağını bildirmişdir. Bundan sonra Şahid17 qiyməti bir az aşağı salmağı xahiş etdiyi üçün Humay adlı şəxs bu işin ən son 3700 manata həll olunacağını, həmin pulun 3000 manat olan hissəsinin “müəllim”ə çatacağını, 700 manatın isə özünə çatacağını bildirmiş, o da bununla razılaşmışdır. Daha sonra isə o, Humaya öz istifadəsində olan “***-***-**-**" mobil nömrəsindən sonuncunun istifadəsində olan “***-***-**-**” mobil nömrəsinə zəng edərək işə razı olduğunu bir daha bildirmiş, özünün deyil, atası və əmilərinin Bakı şəhərinə gələrək görüşmələrini, onun adından pulu verəcəklərini bildirmişdir. Bundan sonra isə əmiləri Şahid10, Şahid12oviç və atası X9 xx.xx.2022-ci il tarixdə günorta saat 1 radələrində Bakı şəhərində avtovağzalda görüşərək Humaya 3000 manat pul vermişlər. Bundan sonra Humay ona zəng edərək, 3000 manat pulu əldə etdiyini və həmin pulu “müəllimə çatdıracağını demiş, o da Humaya geri qalan 700 manatı bir həftə içərisində göndərəcəyini bildirmişdir. Bundan 1 həftə sonra, yəni 2022-ci ilin yanvar ayının sonunda Humay ona zəng edərək geri qalan 700 manat pulu istəmiş, o da Humaya bank kartının şəklini ona atmasını demiş, daha sonra isə Humay ona Şahid15 adlı şəxsin “Bank Respublika“ya məxsus kartının şəklini atmış. 2022-ci ilin yanvar ayının sonunda Şahid10 xahiş etdiyi üçün sonuncu həmin karta 700 manat məbləğində pul göndərmişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə barəsində olan araşdırmaya görə ordu sıralarından tərxis olunmağı ilə bağlı əmrinin hərbi hissəyə daxil olduğu üçün Humay adlı şəxslə danışaraq pulu geri tələb etmişdir. Humay isə ona səbrli olmağı, həmin əmrin geri qaytaralacağını demişdir. Daha sonra o, xx.xx.2022-ci il tarixdə faktiki olaraq ordu sıralarından tərxis olunduğu üçün Humaya bu barədə demiş, sonuncu da onu Dövlət Sərhəd Xidmətinə xidmətə qəbul etdirə biləcəyini, bunun üçün əlavə olaraq 300 manat pul lazım olduğunu demiş, o da təxminən 01 marı 2022-ci il tarixdə Humayın ona göndərdiyi Şahid16 «Leobank»a məxsus bank karlına 300 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2022ci il tarixdə Humay ona yenidən zəng edərək ayın 15-i işə çıxacağını bildirmiş, lakin yenidən 300 manat pul lazım olduğunu demiş, bundan sonra o, Humayın göndərdiyi Şahid16 “Leobank"a məxsus bank kartına 300 manat pulu İsmayıllı rayonunda yerləşən Bazarın içindəki “milli ön" aparatı vasitəsi ilə göndərmişdir. 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona bayramqabağı olduğu üçün əmrin imzalanmadığını, 29 mart 2022-ci il tarixdə əmrin imzalanacağını bildirmişdir. Bundan sonra isə 29 mart 2022-ci il tarixdə Humay ona hərbi biletini Müdafiə Nazirliyindən götürən kimi sonuncunun yanına getməyini və işin yekun həll olunacağını demişdir. O da 2022-ci ilin aprel ayında hərbi biletini SHXÇDX-in İsmayıllı rayon şöbəsindən götürdükdən sonra Humaya məlumat versə də, Humay onu bir neçə vaxt müxtəlif bəhanələrlə «yola vermiş», taksi ilə ona anket göndərərək həmin anketi doldurmağı bildirmiş, o, bundan sonra isə zəng edərək anketi doldurduğunu desə də, Humay ona 2022-ci ilin iyun ayında anketi Bakıya gətirməyi və əlavə olaraq anketin arasına 500 manat qoymasını bildirmişdir. O, Humaya 500 manatı olmadığını, 300 manat verə biləcəyini demiş, sonuncu da onunla razılaşmışdır. Bundan sonra o, 2022-ci ilin iyun ayının təxminən 6-7-də Humayın ona göndərdiyi “Şahid13" qızının bank kartına 303 manat pulu İsmayıllı rayonunda yerləşən Bazarın içindəki Milli ön aparatı vasitəsi ilə göndərmişdir. Bundan sonra isə Humay adlı şəxsdən işini maraqlandıqda, hər dəfə vaxt təyin edərək onu Bakıya çağıracağını demiş, lakin hər dəfə təxirə salaraq onunla görüşməmişdir. Bundan sonra isə o, artıq aldadıldığını başa düşdüyü üçün pulunu tələb etməyə başlamış, sonra isə Humay ona pulu geri qaytaracağına dair söz vermiş, lakin 2022-ci ilin sentyabr ayında onun istifadəsində olan ”4169 7414 6564 9244" nömrəli “Kapital Banka" məxsus bank kartına 500 və 2000 manat olmaqla, ümumilikdə 2500 manat pul göndərmiş, lakin geri qalan 2100 manatı isə bugünədək geri qaytarmamışdır. O, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Humayın barəsində şikayət eldikdən sonra orada aparılan araşdırma zamanı həmin Humay adlı şəxsin adının əslində Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs 2022-ci ilin may-iyun aylarında vətəndaş X23 vasitəsilə tanımışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olan övladı Şahid9 gizir hazırlığı kursuna qəbul etdirmək arzusunda olmuşdur. Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində yüksək vəzifəli tanışlarının olduğunu bildirib, özünün vasitəsi ilə həmin tanışlarına 3500 manat məbləğində pulun verilməsi müqabilində övladının gizir hazırlığı kursuna qəbul edilməsini təşkil edəcəyi barədə yalan vəd verib, razılığını almış və bu məqsədlə onun 2022-ci ilin may-iyun aylarında Qazax rayonu ərazisində yerləşən “Əsədoğlu” marketin qarşısında "milli ön” ödəniş terminalı vasitəsi ilə tanımadığı şəxslərə məxsus iki müxtəlif bank hesab kartına göndərdiyi 1500 manat və 2000 manat məbləğində olmaqla ümumilikdə vahid niyyətlə 3500 manat pulu əldə etmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Bənnayev X8 Gülşən Qürbət qızını 2022-ci ilin may-iyun aylarında onun vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs8 Müdafiə Nazirliyinin N nömrəli nərbi hissəsində hərbi xidmətdə olan oğlunun gizir hazırlığı kursuna qəbul etdirmək arzusunda olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 Müdafiə Nazirliyində yüksək vəzifəli tanışlarının olduğunu bildirib, özünün vasitəsi ilə həmin tanışlarına 3500 manat məbləğində pulun verilməsi müqabilində övladının gizir hazırlığı kursuna qəbul edilməsini təşkil edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs8 2022-ci ilin may-iyun aylarında Qazax rayonu ərazisində yerləşən Əsədoğlu marketin qarşısında "milli ön” ödəniş terminalı vasitəsi ilə tanımadığı şəxslərə məxsus iki müxtəlif bank hesab kartına göndərdiyi 1500 manat və 2000 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid4 Zərərçəkmiş şəxs1 doğma övladıdır. O, Zərərçəkmiş şəxs1 həm sinif yoldaşı, həm də həmyerlisidir, yəni çox uzun müddətdir ki, aralarında tanışlıq münasibətləri var. Zərərçəkmiş şəxs1 oğlu Şahid4 2020-ci ilin sentyabr ayında 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak etmək üçün Səfərbərlik üzrə SHXÇDX-nin Nərimanov Rayon şöbəsindən çağırılmaqla hərbi xidmətə yollanmış və 2020-ci ilin sonunda isə müharibə bitdikdən sonra hərbi xidmətdən geri qayıtmışdır. Şahid4 hərbi xidməti başa vurub gəldikdən sonra, müharibə zaman travma alaraq psixoloji pozğunluqları olmuşdur. Bildirir ki, həmin vaxtlarda o, Zərərçəkmiş şəxs1gilə gəlib gedirdi və Zərərçəkmiş şəxs1 oğlu bu halından xəbərdar olmuşdur, daha sonra isə xeyli müddət sonra, yəni 2022-ci ilin iyul ayında o, Humay adlı tanışının olduğunu, həmin tanışının Zərərçəkmiş şəxs1 oğlunu həm Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicəyə qəbul etdirəcəyini, həm də oğluna veteranlıq statusu verdirə biləcəyini, habelə Humay adlı tanışı olduğunu demişdir, lakin bunun müqabilində həmin Humay adlı şəxsə 5000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs1 həmin qadının bu işləri dəqiq bacarıb-bacarmadığını ondan soruşmuşdur. Şahid2 isə cavabında narahat olmamağını, həmin Humay adlı qadının Müdafiə Nazirliyində işlədiyini, yüksək rütbəli şəxslərlə əlaqələrinin olduğunu bildirmişdir. Həmin qadınla Zərərçəkmiş şəxs1 Səfər oğlunun görüşməyini təklif etmişdir. Zərərçəkmiş şəxs1 necə görüşə biləcəyini soruşduqda həmin qadınla özünün bacısının evində görüşə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 bundan sonra 2021-ci ilin iyul ayının sonlarında bacısının evində Humay adlı qadınla görüşmüşdü və söhbət etmişdir. Humay Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyində zabit kimi işlədiyini, “hərbi hospitallardakı həkim komissiyalarının öz əlində olduğunu”, oğlunu hospitalda stasionar müalicəyə qəbul etdirəcəyini, oğluna veteranlıq statusu verdirəcəyini, həmin veteranlıq statusu əsasında oğlunun minimum 300-400 manat pensiya alacağına dair vəd verib Zərərçəkmiş şəxs1 inandırmış, bu işləri görmək üçün oğlunun hərbi biletinin kserosurətini və şəxsiyyət vəsiqəsinin kserosurətini gətirməyini, pul çatdıqdan qısa müddət sonra oğlunun müayinə olunmaq üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından aparılacağını, ümumilikdə isə 2021-ci ilin sentyabr ayınadək bu məsələnin həll olunacağını Zərərçəkmiş şəxs1 demişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs1 Humay adlı həmin şəxsdən bu işin hansı məbləğdə pul müqabilində həll olunacağını soruşduqda Humay Zərərçəkmiş şəxs1 bu barədə artıq ona məlumat verdiyini demiş, həmçinin qısa zaman ərzində pulun verilməli olduğunu demişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs1 pulu düzəldib xəbər edəcəyini demişdir. Bundan bir-neçə gün sonra, yəni 2021-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs1 pulu düzəldib Humay adlı şəxsə göndərmişdir. Həmin pulu oğlu Şahid4 və mən Humay adlı şəxsə 2021-ci ilin iyul ayının sonlarında Humayın dediyi yerdə vermişdir. Lakin Zərərçəkmiş şəxs1 Humay adlı şəxsə 5000 manal pulu verdikdən sonra sonuncu verdiyi vədlər üzrə heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayında 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak etmək üçün Səfərbərlik üzrə SHXÇDX-nin Nərimanov rayon şöbəsindən çağırılmaqla hərbi xidmətə yollanmış və 2020-ci ilin sonunda isə müharibə bitdikdən sonra hərbi xidmətdən geri qayıtmışdır. O, hərbi xidməti başa vurub gəldikdən sonra, müharibə zaman travma alaraq psixoloji pozğunluqları olmuşdur. Həmin vaxtlarda onlara gəlib gedən dostu Şahid2 onun bu halından xəbərdar olmuş, daha sonra isə xeyli müddət sonra, yəni 2022-ci ilin iyul ayında Şahid2 atama Humay tanışının olduğunu, həmin tanışının oğlunu həm Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicəyə qəbul etdirəcəyini, həm də ona veteranlıq statusu verdirə biləcəyini, habelə Humay adlı tanışı olduğunu demiş, lakin bunun müqabilində həmin Humay şəxsə 5000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra isə atası həmin şəxsin bu işləri dəqiq bacarıb-bacarmadığını Elmandan soruşmuşdur. Elman isə atasına narahat olmamağını, həmin Humay adlı qadının Müdafiə Nazirliyində işlədiyini, yüksək rütbəli şəxslərlə əlaqələrinin olduğunu bildirmişdir. Həmin qadınla atasının özünün görüşməyini təklif etmiş, atası necə görüşə biləcəyini soruşduqda Elman atama həmin adamla özünün bacısının evində görüşə biləcəyini bildirmişdir. Atası da bundan sonra 2021-ci ilin iyul ayının sonlarında Şahid2 bacısının evində Humay adlı qadınla görüşmüş və söhbət etmişdir. Humay atasına Müdafiə Nazirliyində zabit kimi işlədiyini, “hərbi tallardakı həkim komissiyalarının öz əlində olduğunu”, onu hospitalda stasionar müalicəyə qəbul etdirəcəyini, ona veteranlıq statusu verdirəcəyini, həmin veteranlıq statusunda onun minimum 300-400 manat pensiya alacağına dair atasına vəd verib vermiş, bu işləri görmək üçün onun hərbi biletinin kserosurətini və şəxsiyyət vəsiqəsinin surətini gətirməsini, pul çatdıqdan qısa müddət sonra onun müayinə olunmaq üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından çağırılacağını, ümumilikdə isə 2021-ci ilin dekabr ayınadək bu məsələnin həll olunacağını demişdir. Lakin bu günə qədər təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs ona iş yerindən pul göndəriləcəyini, lakin özünün kart hesabı olmadığı üçün həmin pulu əldə edə bilmədiyini bildirmiş və ondan kart hesabını təqdim etməsini xahiş etmişdir. O isə Təqsirləndirilən şəxs kart hesabını təqdim edə bilməyəcəyini demişdir. Daha sonra Gülşən bu barədə mərhum ögey atası Ramiz Quliyevə bu barədə demiş, bundan sonra Ramiz Quliyevin xahişindən sonra ona məxsus "xxxx" MMC-yə məxsus plastik bank kartını ona təqdim etmişdir. Bunun ertəsi gün o, bank kartına 700 manat pul göndərildiyini demiş və ondan kartı istəmişdir ki, gedib həmin pulu nağdlaşdırsın. Daha sonra bank kartına ona verməyəcəyini bildirmiş və nəticədə özü bankomata gedərək 700 manat pulu çıxartmışdır. Lakin həmin pulun Gülşənə nə məqsədlə və kim tərəfindən göndərilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Onunla arasında heç bir qohumluq əlaqələri, düşmənçilik və ədavəti olmamışdır. Onu Humay adı ilə tanımış, sonradan isə onun adının əslində Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı ərazidə kirayəçi olaraq yaşadığı üçün onunla aralarında tanışlıq münasibətləri yaranmışdır. 2022-ci ilin təxminən mart ayında Təqsirləndirilən şəxs ona müraciət edərək özünə pul göndəriləcəyini, lakin özünün kartı olmadığı üçün ondan bank kartını istəmiş, o da Təqsirləndirilən şəxs etiraz etməyərək “Leobank”a məxsus bank kartının şəklini göndərmişdir. Bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs ona yenidən müraciət edərək bank kartına pulun göndərildiyini, həmin pulu nağdlaşdıraraq ona verməyini istəmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Daha sonra isə 2022-ci ilin mart ayında onunla birlikdə Əhmədli metrostansiyası yaxınlığında yerləşən “UNİBANK” bankomatına getmişlər və orada Təqsirləndirilən şəxs onun “Leobank”a məxsus bank kartını bankomata daxil edərək özünə göndərilmiş 600 manat məbləğində pulu nağdlaşdırdı və ona təşəkkür edərək getmişdir. Lakin həmin pulun kimin tərəfindən, hansı səbəbdən və nə məqsədlə Təqsirləndirilən şəxs göndərilməsini bilməmiş, bu barədə ondan heç nə soruşmamış, onunla aralarında tanışlıq münasibətləri olduğu üçün ona inanaraq öz kartını təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Talib qızı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Onunla arasında heç bir qohumluq əlaqələri, düşmənçilik, ədavət və s. münasibətlər olmamışdır. Həmçinin qeyd edir ki, o, onu Humay adı ilə tanımışdır, sonradan isə onun adının əslində Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs, onun yaşadığı ərazidə kirayəçi olaraq yaşadığı üçün onunla aralarında tanışlıq münasibətləri yaranmışdır. 2022-ci ilin təxminən iyun ayında Təqsirləndirilən şəxs ona müraciət edərək özünə pul göndəriləcəyini, lakin özünün kartı olmadığı üçün ondan bank kartını istəmiş, o da ona etiraz etməyərək “Leobank”a məxsus bank kartının şəklini göndərmişdir. Bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs ona yenidən müraciət edərək bank kartına pulun göndərildiyini, həmin pulu nağdlaşdıraraq ona verməyini istəmiş, o da onunla razılaşmışdır. Daha sonra isə 2022-ci ilin iyun ayında onunla birlikdə Əhmədli metrostansiyası yaxınlığında yerləşən “UNİBANK” bankomatına getmişlər və orada Təqsirləndirilən şəxs onun “Leobank”a məxsus bank kartını bankomata daxil edərək özünə göndərilmiş 303 manat məbləğində pulu nağdlaşdırmış və təşəkkür edərək getdi. Lakin həmin pulun kimin tərəfindən, hansı səbəbdən və nə məqsədlə Təqsirləndirilən şəxs göndərilməsini bilməmiş, bu barədə ondan heç nə soruşmamışdır. Onunla arasında tanışlıq münasibətləri olduğu üçün ona inanaraq öz kartını təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid17, Şahid18, X12, Şahid3, Şahid5, Şahid6, X9, Şahid10, Şahid12, Şahid1, X1, X7 və Şahid14 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərcell MMC-dən təqdim edilmiş diskə keçirilmiş 30 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Zərərçəkmiş şəxs5 ***-***-**-** mobil nömrələri arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrələri arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, .xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi və Zərərçəkmiş şəxs3 oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrələri arasında xx.xx.2022-ci il tarixdə telefon danışığı olmuşdur. Şahid14 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il tarixlərdə telefon danışığı olmuşdur. Şahid3 istifadəsində olan ***-***-**-**. ***-***-**-** mobil nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında telefon danışıqları olmuşdur. Zərərçəkmiş şəxs5 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 09:38-də "MENİM PÜLUM YİYENİN ALLAHTALA BALASİNİ ÖLDÜRSÜN”. Saat 16:49:14-də "SEN ALLAHSİZ QADİNSAN ALLAH SENİN BELAN1 VERSİN”, Saat 19:34:36-də “АИД OLA ALLAHA SENİ BAĞİSİ.ASAM MENİM ONDA QEYRETİM YOXDU ONDA", xx.xx.2022-ci il tarixdə 22:28:45-do "MENİM ZENG1M1 GORUB BİLLE BİLE ACM İ YANİN ALLAH EZİZ BİLfllKLERlNİ ÖLDÜRSÜN”, Saat 22:53:08-də “SİKİM MENİM PULUMDAN 1 MANAT BELE VARİN YOXUN AĞZİNİ”. xx.xx.2022-ci il tarixdə saat 10:22:15-də ‘ÖZÜNÜ ARTİSDİYE QOYMA BU DEYQE HER YER ZENG EDECEM AC TELEFONU”. xx.xx.2022-ci il tarixdə 07:07:33-də "BEYEM QADİN OLANDA NAMUQ QEYRET SEREF OLMUR BEYEM TUPURUM SENİN HERSEY" xx.xx.2022-ci il tarixdə saat 19:29:08-də “1 Cİ GUN 102 DE ZENG EDECEM SEN OL SlEN İSİNDE OL". xx.xx.2022-ci il tarixdə saat 23:02:04-də “SABA UZAG1İ12 KİMİ GOZDUYUB 102 BELE YİG SKNİ SİKAYET EDECEM". xx.xx.2022-ci il tarixdə saat 08:35:27-də “AY QEYRETLİ XANİM NE OLDU PUL”, 14:17:24-də "GEDİREM SİKAYETİMİ GOTUREM AC SOZUM VAR". 14:51:00-da “GOTURUM YA YOX SİKAYETİMİ BİRDİ- XARABİYA GELMEYİM". Saat 15:45:37 НЕ НЕС QOY YENE MEN OZ YAXŞİLİĞİMİ EDİM GOTURDUM QALDİ SENİ ADA GONDER”. xx.xx.2022-ci il tarixdə saat 09:24:43-də "SEN ACMA SEN GUN UZUNE HESRET QOYUM SENDE BAX 102 DE YİĞİRAM İNDİ EYBİ” məzmunlu ismarıclar göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 16:26-da "salam yığacam" məzmunlu ismarıc göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs3 ***-***-**-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saai 12:13:37-də “**********076526 Şahid6 vidadi oglu" məzmunlu, Zərərçəkmiş şəxs3 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***- **-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 22:20:54-də "Sabah 4200 manatı qaytar" məzmunlu ismarıclar göndərilmişdir. “Axtarışda olan şəxsin yaxalanmasına dair” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Bakı Hərbi Məhkəməsinin 4-1(093)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Axtarışda olan şəxsin tutulmasına dair” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində ünvan 4 ünvanında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmişdir. Bakı Hərbi Məhkəməsinin 4-1(093)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddəti həddində, yəni 05 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilmiş və şərti maliyyə vahidinin 300 misli cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilmiş və 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə AR MM-nin xx.xx.2009cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 69.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilmiş və 02 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 23 gün müddətindən vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Suraxanı RPİnin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmasına dair materiala AR CPM-nin 39.1.3-cü maddəsi ilə xitam verilmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs Abşeron RM tərəfindən AR CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdə həbs edilmiş, xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, o, bütün epizodlar üzrə özünü təqsirli bilir, səkkiz epizod üzrə müddət keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci (2019-cu ilin yaz aylarında Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi), ikinci (2021-ci ilin iyul ayının sonlarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), beşinci (2022-ci ilin may ayının sonlarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs4 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), altıncı (2022-ci ilin yanvar-iyun aylarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs5 ümumilikdə vahid niyyətlə 4603 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi), yeddinci (2022-ci ilin may-iyun aylarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs8 ümumilikdə vahid niyyətlə 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi) və səkkizinci (2022-ci ilin iyul-avqust aylarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə 4200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi) epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2-ci bəndinə görə birinci, ikinci, beşinci, altıncı, yeddinci və səkkizinci epizodlarında qeyd olunan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1-ci bəndinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi birinci - 2019cu ilin yaz aylarında Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsinə dair, ikinci- 2021-ci ilin iyul ayının sonlarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair, beşinci - 2022-ci ilin may ayının sonlarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs4 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair, altıncı - 2022-ci ilin yanvar-iyun aylarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs5 ümumilikdə vahid niyyətlə 4603 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair, yeddinci - 2022-ci ilin may-iyun aylarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs8 ümumilikdə vahid niyyətlə 3500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair və səkkizinci - 2022-ci ilin iyul-avqust aylarında tamah niyyəti ilə aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə 4200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair epizodlar üzrə törətmiş olduğu əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan müvafiq olaraq AR CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət keçdiyindən və təqsirləndirilən şəxs göstərilən epizodlar üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən, həmin epizodlar üzrə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, həmin epizodlar üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-28/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi üçüncü - 2022-ci ilin yanvar ayında qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs7 1500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair, dördüncü - 2022-ci ilin yanvar ayında qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs6 1500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair və doqquzuncu - 2022-ci ilin sentyabr ayının sonlarında aldatma yolu ilə Zərərçəkmiş şəxs9 xeyli miqdarda 6020 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsinə dair epizodlar üzrə cinayət əməllərini törətməkdə təqsirlidir və həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə ittiham hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli – 16 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-28/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-28/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver