Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-280/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 83-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 00:18 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə “xxxxxxxxxxxxxxxx” MMC-nin tərkibində fəaliyyət göstərən ünvan 1 ünvanında yerləşən “ÖZSÜT” restoranında supervayzer vəzifəsində işləməsinə baxmayaraq Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 saylı ünvanda yerləşən “ÖZSÜT” restoranının işçiləri üçün nəzərdə tutulmuş kilidi açıq vəziyyətdə olan arxa qapıdan həmin restoranın müşahidə kameralarında tanınmaması üçün başına sellofan torba keçirərək qanunsuz daxil olub, restoranın ümumi zalındakı kassa aparatının altından “MMC”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxxxxxxxxxx“MMC”-yə məxsus saxlanc yeri hesab edilən seyfin qapısını açaraq həmin seyfə qanunsuz daxil olmaqla MMC-yə məxsus 5365 (beş min üç yüz altımış beş) manat, yəni xeyli miqdarda pulu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 5 saylı ünvanda yerləşən “ÖZSÜT” restoranında işləyən zaman restoranın iş rejimini, eləcə də pulların yığıldığı seyfin saxlandığı yerini və həmin seyfin açarının saxlandığı yeri bilmişdir. Son vaxtlar isə həmin restorana gəlib getməmiş və restoranın arxa qapısı isə gecə gündüz açıq olmuşdur. Həmçinin Azərbaycan Respublikası ərazisində Korona Virus epidemiyasının qarşısının alınması məqsədi ilə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar restoranlar hər gün saat 22 radələrinədək fəaliyyət göstədiyindən, həmin vaxtdan restoranda heç kimin olmadığını bilmişdir. Ona görədə xx xxxx 2020-ci il tarixdə axşam saatlarında qərara gəlmişdir ki, özü tək restorana gedərək oradan arxa qapıdan keçib seyfdə olan puldan oğurlasın. O, 28 may metrostansiyası yaxınlığında marketlərin birindən qara rəngli məişət tullantıları yığılan sellofan torba alıb özündə götürmüşdür ki, restorana çatarkən orada həmin torbanı baş nahiyyəsindən keçirib və oğurluq etsin. Həmin torbanı isə ona görə geyinmişdir ki, onu tanıyan olmasın. Çünki bilmişdir ki, restoranın daxilində videogörüntü vardır və həmin videogörüntü vasitəsilə onu tanıya bilərlər. Həmçinin o, ölkə ərazisində təyin edilmiş karantin rejimi ilə əlaqədar olaraq əllərinə əlcək geyinmişdir. Daha sonra o, xx xxxx 2020ci il tarixdə saat 00.18 radələrində restoranın arxa qapısına yaxınlaşmış və görmüşdür ki, qapı açıq vəziyyətdədir. Həmçinin restoranın içərisinə baxmışdır ki, heç kim yoxdur və bundan sonra torbanı baş nahiyyəsindən keçirərək kassa aparatının yanında olan seyfə yaxınlaşmış, orada olan ümumi istifadədə olan mobil telefonu götürüb fanarı ilə işıq salaraq kassa aparatının alt hissəsində olan seyfin açanı götürmüşdür. Həmin açarla seyfin qapısını açıb içərisində axtarış etmiş, seyfdə 200 manatlıq, 100 manatlıq, 50 manatlıq və digər pullar olduğunu görərək üzərində olan çeklərlə birlikdə götürmüşdür. Daha sonra restoranı tərk edərək yaşadığı evə yaxın yerdə çekləri və seyfin açarını məişət tullatıları qutusuna atmışdır. O, yaşadığı evdə otaqların birində ailə üzvlərinin görmədiyi şəraitdə oğurlamış olduğu pulları saydıqda məlum olmuşdur ki, 5365 (beş min üç yüz altımış beş) manatdır. Həmin pulları o, yaşadığı evin zirzəmisi kimi istifadə edilən otaqda olan yorğan və döşəklərin arasında gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində “Azərpoçt” vasitəsilə üzərində olan puldan 3060 manat verərək 1800 ABŞ dolları pula çevirmiş və həmin pulun 1000 ABŞ dollarını əmisi oğlu Teymurdan aldığı borca görə qaytarmış, 800 ABŞ dollarını isə özündə saxlamışdır k, daha çox xərcləməsin. O, fikirləşmişdir ki, manatla saxlayarsa daha şox xərcləyə bilər. Həmçinin oğurladığı pullardan təxminən 600 manat pulu isə Bakı şəhərində mağazalarda xərcləyərək ərzaq, uşağı üçün geyim əşyası almışdır. Qalan pulları isə yaşadığı evə gedərək yenidən zirzəmidə olan yorğan və döşəklərin arasında gizlətmişdir. Daha sonra onu xx xxxx 2020-ci il tarixində polis əməkdaşları saxlayaraq istintaqa təqdim etmiş və o, etiraf etmişdir ki, qeyd olunan cinayət hadisəsini törətmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş “xxxxxxxxxxxxxxxx” MMCnin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 5 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxxxx” MMC-də maliyyə direktoru vəzifəsində işləyir. Nümayəndəsi olduğu “xxxxxxxxxxxxxxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti 5 saylı ünvanda “Atatürk” parkında restoran kimi fəaliyyət göstərir. Belə ki, həmin restoran Azərbaycan Respublikası ərazisində “Korona Virus” epidemiyasının qarşısının alınması məqsədi ilə saat 22 radələrinədək fəaliyyət göstərdiyindən xx xxxx 2020-ci il tarixdə saat 22 radələrinədə bağlanmışdır. Lakin restorana ərzaq və tərəvəzlərin alınaraq gətirilməsi üçün MMC-nin təchizatçı vəzifəsində işləyən Şahid1 həmin gün restoranda gecəni qalaraq ərzaqla bağlı növbəti günlərin sifarişlərini hazırlamışdır. Bu səbəbdən də restoranın arxa qapısının açarı Rüfətdə olduğundan açıq qalır. Həmçinin restoranda gün ərzində edilmiş alış verişlərin pulu hər günün iş sonunda kassir Elnur tərəfindən onunla təhvil təslimi aparılır və həmin pullar da saxlanması üçün kassa aparatı yanında olan seyfə qoyularaq qapısı bağlanıb, səhəri gün müvafiq alış verişlərə xərclənir. Belə ki, xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində o, gün ərzində olunmuş alış verişin pulu olan 5365 (beş min üç yüz altımış beş) manat pulu çeklərlə birlikdə seyfə qoyaraq açarla bağlamış və açarı isə kassa aparatının alt hissəsinə həmişə qoyulan yerə qoymuşdur. Həmin seyfin açarı ona görə kassa aparatının altına qoyulur ki, xırda pullar lazım olduqda və ya alış verişlər edilməsi üçün pul lazım olduqda həmin seyfdən kassir tərəfindən götürülür. Lakin o, xx xxxx 2020-ci il tarixdə saat təxminən 11 radələrində işə gəldikdə seyfi açarkən görmüşdür ki, seyfdə tərəfindən qoyulmuş olan 5365 manat pul yoxdur. Dərhal o, bu barədə MMC-nin rəhbərliyinə məlumat vermiş və daha sonra restoranın daxilinə quraşdırılmış videogörüntüyə baxmışdır. Baxış vaxtı ona məlum olmuşdur ki, naməlum şəxs xx xxxx 2020-ci il tarixdə saat 00.18 radələrində restoranın arxa qapısından daxil olaraq baş nahiyyəsinə qara rəngli sellofan torba keçirmiş bir nəfər şəxs kassaya yaxınlaşıb seyfin açarını tapıb, həmin açarla seyfi açıb oradan tərəfindən qoyulmuş 5365 manat pulu və çekləri oğurlayaraq restoranı tərk edir. Həmçinin seyfin açarını da özü ilə aparır. O, əlavə ehtiyat açarla seyfin qapısını açmışdır. Daha sonra isə gün ərzində restoranın hüquqşünası Roman İsmayılov DİN-in 102 xidmətinə müraciət etmiş və müraciətləri əsasında polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişdirlər. Sonda zərərçəkmiş şəxs “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən hazıra kimi Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 5 saylı ünvanda yerləşən ‘ÖZSÜT” restoranında təchizatçı vəzifəsində işləyir. Belə ki, gün ərzində restoranda olan alış verişlərin təmin edilməsindən ötrü ərzaqları və tərəvəzləri alaraq restorana gətirir və hər bir alınmış ərzaq və tərəvəzlər günün sonunda maliyyə direktoru Nümayəndəla təftiş olunur. O, əsasən həmin ərzaq və tərəvəzləri restoran fəaliyyətini dayadırdıqdan sonra axşam vaxtlarında alır və bu səbəbdən də restoranın arxa qapısının açarı onda olur. Belə ki, xx xxxx 2020-ci il tarixdə respublika ərazisində “Korona Virus” epidemiyasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən restoran və kafelərin iş rejimi saat 22.00 radələrinədək müəyyən edildiyindən saat 22 radələrində restorana giriş və çıxış dayandırılmış və işçilər iş fəaliyyətini saxlamışdırlar. Ona görədə restoranda yalnız o olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində restoran üçün bəzi lazımi ərzaqları alıb restoranın mətbəxt otağında olan soyuduculara düzmüş və daha sonra isə lazimi ərzaqlar alındıqdan sonra xx xxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində restoranın arxa qapısını bağlayaraq getmişdir. Lakin xx xxxx 2020-ci il tarixdə gündüz vaxtlarında ona məlum olmuşdur ki, restoranda oğurluq hadisəsi baş vermişdir. Həmin oğurluq hadisəsinin kim və ya kimlərin tərəfindən törədilməsindən heç bir məlumatı olmamış və həmçinin restoranın arxa qapısını isə ərzaq və tərəvəzlərin daşınması və məişət tullantılarının atılması üçün tez tez istifadə etdiyindən bağlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən hazıra kimi Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 5 saylı ünvanda yerləşən “ÖZSÜT restoranında xəzinədar vəzifəsində işləyir. İş rejimi saat 09 radələrindən başlayır. Belə ki, gün ərzində restoranda olan alış verişlərin hesabatı onun tərəfindən aparılır və günün sonunda MMC-nin maliyyə direktoru Nümayəndəla təhvil təslim olunur. xx xxxx 2020-ci il tarixdə respublika ərazisində “Korona Virus” epidemiyasının qarşısının alınması məqsədi ilə restoran və kafelərin iş rejimi saat 22.00 radələrinədək müəyyən edildiyindən, saat 22 radələrində tərəfindən gün ərzində olan alış verişlər hesablanmış və 5365 manat olmuşdur. Həmçinin gün ərzində aparılmış alış verişlərin çekləridə pulla birlikdə tərəfindən Nümayəndə təhvil verilmişdir. Hüseyn də həmin pulları kassa aparatının yanında olan seyfə qoymuşdur. Lakin səhəri gün isə ona məlum olmuşdur ki, həmin pullar seyfdən naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin oğurluq hadisəsinin kim və ya kimlərin tərəfindən törədilməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Onunla və ailəsi ilə münasibəti həmişə yaxşı olmuşdur. Belə ki, 2020-ci ilin aprel ayında əmisi arvadı Çimnaz Ömərovanın xəstə olması və əməliyyat olunması səbəbindən əmisi oğlu İmran ondan 2-3 ay müddətinə 1000 ABŞ dolları borc almışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında İmran ona olan 1000 ABŞ dolları borcunu ödəmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, İmran həmin pulu işlədiyi “Özsüt” restoranından oğurlamışdır. Lakin onun həmin oğurluq hadisəsindən heç bir məlumatı olmamışdır. Cinayət işinin 6-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri yerləşir Bakı şəhəri Atatürk prospekti 5 saylı ünvanda olan Atatürk parkıdır. “ÖZSÜT adı ilə fəaliyyət göstərən restoranın həyətində müştərilər üçün nəzərdə tutulan stol və stullar düzülmüşdür. Restoranın daxilinə şüşədən düzəldilmiş qapı vasitəsilə daxil olunur ki, restoranın daxilində stol və stullar vardır. Restoranın qapısından sağ tərəfdə isə düzünə stol düzülür ki, arxa hissədə müştərilərə xidmət olunur. Masanın baş tərəfində kassa aparatı və aparatın alt hissəsində seyf quraşdırılmışdır. Həmin restoranın arxa tərəfində isə şüşədən ibarət qapı vardır. Baxış vaxtı Nümayəndə bildirdi ki xx xxxx 2020-ci il tarixdə saat təxminən 00.15 radələrində naməlum şəxs arxa qapıdan daxil olaraq baş nahiyəsinə sellofan torba keçirib seyfi açaraq içərisindən 5365 manat pulu çeklərlə birlikdə oğurlamışdır. Cinayət işinin 45-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 00:18-də bir nəfər kişi cinsindən olan şəxs Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 5 saylı ünvanda yerləşən “ÖZSÜT” adı ilə fəaliyyət göstərən restorana baş nahiyəsindən keçirtmiş olduğu qara rəngli sellofan torba ilə daxil olub, seyfi orada olan açarla açıb içərisindən bükülü götürür. Daha sonra isə restoranın ərazisini tərk edir. Cinayət işinin 67-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020ci il tarixli protokoldan görünür ki, baxış keçirilərkən Təqsirləndirilən şəxs qeyd etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 00:18-də Atatürk prospekti 5 saylı ünvanda yerləşən “ÖZSÜT” restoranından oğurluq edən və oğurluğu edən zaman görüntüyə düşmüş şəxs onun özüdür. Belə ki, o görüntüdə görünən baş nahiyəsinə keçirtmiş olduğu sellofan torba geyinməyindən və seyfi açaraq 5365 manat pulları götürməyindən tanımışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-ci vərəqində olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İV seriyalı 283488 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ömərov Sübhan İmran oğlu xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olan olmuşdur və bu barədə xx xxx 2019-cu il tarixdə doğum haqqında akt qeydləri kitabında 2664 nömrə ilə qeyd edilmişdir. Ömərov Sübhan İmran oğlunun atası olaraq Təqsirləndirilən şəxs, anası olaraq Ömərova Elvina qeyd edilmişdir. Cinayət işinin 122-124-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx xxxx 2020ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Cavanşir Mayılovun xx xxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 126-127-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 138-ci vərəqində olan 35 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 143-150-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə, saat 00:18 radələrində Bakı şəhəri Atatürk prospekti 5 saylı ünvanda yerləşən “ÖZSÜT restoranında törədilmiş oğurluq hadisəsinin videogörüntülərini əks etdirən CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işi üzrə “xxxxxxxxxxxxxxxx” MMC-nə məxsus 5365 manat puldan qalan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1700 manat və 800 ABŞ dollarının iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 158-ci vərəqində olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Nümayəndəsi olduğu “xxxxxxxxxxxxxxxx” MMC-nə məxsus 800 ABŞ dolları və 1700 AZN pulu müstəntiq Cavanşir Mayılovdan qəbul etmişdir. Həmin maddi sübut olan qeyd edilən pulların məhkəmə baxışınadək saxlanılmasını öz üzərinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ona vurulmuş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - oğurluq hadisəsinin videogörüntülərini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - “xxxxxxxxxxxxxxxx” MMC-nə məxsus 5365 manat puldan qalan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1700 manat və 800 ABŞ dollarının sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, müdafiəçi X3 xx xxxx 2020-ci il – xx xxxx 2020-ci il tarixlərdə keçirilmiş istintaq hərəkətlərində iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Müdafiəçi xx xxxxxx 2020-ci il – xx xxxxxxxx 2020-ci il tarixlərdə keçirilmiş 4 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 14 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq zamanı iştirak etdiyi 15 iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 14 iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - oğurluq hadisəsinin videogörüntülərini əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - “xxxxxxxxxxxxxxxx” MMC-nə məxsus 5365 manat puldan qalan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1700 manat və 800 ABŞ dollarının sahibinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-in Nərimanov rayon filialındakı (Filialın kodu 200093,VÖEN: **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab:AZ37NABZ********************, Benefisiarın adı Bakı şəhəri 16 saylı X1 hesabı: AZ04AİİB********************, VÖEN-i **********) hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-280/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-280/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver