Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-280/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, İmişli rayonu, Rəsullu ərazi dairəsi, Rəsullu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 0,391 qram çəkidə psixotrop maddə metamfetamıni və “Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 0,061 qram çəkidə narkotik vasitə heroinı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 0,064 qramını bir ədəd kağız bükümdə və qeyd edilən çəkidə narkotik vasitə heroini bir ədəd kağız bükümdə qablaşdırıb ümumilikdə 12 manat pul müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Şahid5 satmış, psixotrop maddə metamfetaminin qalan 0,327 qramını bir bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Şahid5 həmin gün saat 16:35-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 0,327 qram psixotrop maddə metamfetamın bir ədəd kağız bükümdə olmaqla əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan siqaret qutusundan, Şahid5 üzərində şəxsi axtarış keçirilən zaman onun Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etdiyi təmiz çəkisi 0,064 qram psixotrop maddə metamfetamin bir ədəd kağız bükümdə və təmiz çəkisi 0,061 qram narkotik vasitə heroin bir ədəd kağız bükümdə olmaqla əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 təxminən 7 ildir ki, tanıyır. Şahid5 onun yeznəsinin qonşusudur və yeznəsigilə gedərkən Bayramla tanış olmuşdur və dostluq münasibətləri yaranmışdır. Yeni il bayramından sonra işçisi olmadığı üçün Sərxan onun işlətdiyi avtoyuma yerinə gələrək orada maşınları yuyan işçi kimi işləməyə başlamışdır. Təxminən bir neçə ay olar ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Bundan başqa onunla birgə işləyən Sərxan da heroin və metamfetamin istifadə etmişdir. Həmin maddələri birgə heç kəs olmayan zaman avtoyuma yerində istifadə etmişlər. Yasamal rayonunda Eldar adlı şəxslə tanış olmuşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Buna görə sonuncu dəfə 16 yanvar 2022-ci ıl tarixdə təxminən axşam saat 19 radələrində Eldarla İnşaatçılar metrostansiyasının yaxınlığında görüşmüş və ondan bir büküm 0,5 qram çəkidə heroin və 0,5 çəkidə metamfetamin almışdır. Heroinə görə Eldara 15 manat, metamfetaminə görə isə 20 manat pul vermişdir. Həmin maddələri almağa gedərkən Sərxan ona 5 manatlıq heroin və 5 manatlıq metamfetamin almaq üçün pul vermişdir. Sərxan dostu olduğu üçün ona verdiyi maddələrə görə əlavə pul almamış və onun verdiyi pula uyğun narkotik vasitə vermişdir. Lakin aldığı maddələri bir neçə bükümə bölmüş, istifadə etdiyini istifadə etmiş, istifadə etmədiyini isə avtoyuma yerinə gələn şəxslərdən hər hansı bir şəxs bilib istəyərdisə onlara 2-3 manat bahasına satmışdır ki, öz aldığı narkotik vasitə və ya psixotrop maddə ona pulsuz düşsün. Eldarla görüşüb qeyd etdiyi maddələri aldıqdan sonra avtoyuma yerinə gəlib həmin maddələri istifadə etmək üçün bükümlərə bölmüşdür. Bir büküm heroin və bir büküm metamfetamin isə Sərxana vermişdir. Bir-iki gün ərzində bir qədər birlikdə istifadə etmişlər. Onda cəmi bir büküm metamfetamin qalmışdır. O, “patı” kimi tanıdığı metamfetamindən çox nadir hallarda istifadə etdiyi üçün onda bir kağız bükümdə qalmışdır. Sərxanda isə bir kağız büküm heroin və bir kağız bükum metamfetamin qalmışdır. 18 yanvar təxminən saat 16:35-də o, ünvan 4 ünvanının qarşısında tanışı Sərxanla birlikdə olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu, əməliyyat axtarış tədbiri keçirildiyini bildirmişlər. Onu və onunla birlikdə olan Sərxanı Baş idarəyə dəvət etmişlər. Artıq polis əməkdaşlarının məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Sərxan da heç bir etiraz etməmişdir. Polis idarəsinə gətirildikdən sonra hər ikisi müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra üzərilərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Şəxsi axtarışda müdafiəçiləri iştirak etmiş və şəxsi axtarışın videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmişdir. Buna da hər hansı bir etiraz etməmişlər. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş başqa əşyaların olub-olmaması soruşulmuşdur. O da üzərində olan gödəkçənin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu, gödəkçənin sol yan cibində olan şəxsiyyət vəsiqəsini, bank kartını, bir qutu siqareti təqdim etmiş və siqaret qutusunun içərisində bir kağız bükümdə “patı” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Bundan başqa üzərində olan cins şalvarın sol yan cibində olan 1 manat 40 qəpik pulu masa üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilmiş və içərisində kristalvarı ağ rəngli maddə olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı o, etiraf etmişdir ki, həmin maddə "patı" kimi tanıdığı psixotrop maddədir. Həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin maddəni isə tutulmamışdan iki gün qabaq Yasamal rayonunda, İnşaatçılar metrostansiyasının yaxınlığında Eldar adlı şəxsdən almışdır. O, 0,5 qram metamfetamini 20 manata, 0,5 qram heroini isə 15 manata aldığını bildirmişdir. Daha sonra üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən üzərində aşkar edilmiş metamfetamin sellofan paketə qoyulub daha sonra bir ədəd ağ rəngli zərfə qoyulmuş və üzəri möhürlənmişdir. Həmin zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində aşkar edilmiş pul və siqaret qutusu ona qaytarılmışdır. Bundan sonra şəxsi axtarışda iştirak edən tanışı Şahid5 üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Ona da ilk öncə üzərində qanunla qadağan edilən əşyanın olubolmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Sərxan da üzərində narkotik vasitə heroin, “patı" kimi tanıdığı psıxotrop maddə, vəsiqə, telefon olduğunu bildirmişdir. Sərxan əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, daha sonra şalvarın sol arxa cibində olan hərbi bileti və döyüşlərdə iştirak etməsi barədə sənədi, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki kağız bükümü, bir ədəd bir manatlıq əskinazdan düzəldilmiş borucuğu, şalvarın sol yan cibindən isə 50 manat pul çıxarıb masa üzərinə qoymuşdur. Sərxan həmin kağız bükümlərdə heroin və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin bükümlərə baxış keçirilmiş və bükümlər, eləcə də borucuq bir ədəd sellofan paketə qoyularaq bir ədəd ağ rəngli zərfə qablaşdırılmış və polis əməkdaşı tərəfınən möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri də iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra mobil telefon əhəmiyyət kəsb etdiyi üçün götürüldüyü izah edilmişdir. Pul və vəsiqələr isə Sərxanın özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Sərxanın üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Sərxan şifahi sorğu zamanı bildirmişdir ki, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxlayıb və onları ondan almışdır. Borucuğu isə həmin maddələrin qəbulu zamanı istifadə etmişdir. O bunu etiraf etmiş və bildirmişdir ki, Eldar adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddədən Sərxana da vermişdir. Sərxan bildirmişdir ki, həmin narkotik vasitəyə görə ona 5 manat, psixotrop maddəyə görə isə 6-7 manat pul vermişdir. O, bir daha bunları təsdiq edərək bildirmişdir ki, Sərxanın verdiyi pulu ilə onun özünə həmin maddələri alıb vermişdir. Qalan maddədən isə bir qədər başqa şəxslərə də üzərinə pul qoyub satmışdır ki, öz aldığı maddələr ona pulsuz düşsün. Sonra şəxsi axtarış, baxış və götürmə keçirilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib olunmuşdur. Protokol ona və iştirakçılara ucadan oxunmuş, protokol düzgün olduğu üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Şahid1 ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə o, raportla rəhbərliyə müraciət etmiş və daha sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 Mehdi oğlu və Şahid4 daxil edilmişlər. Qrupa rəhbərlik isə tərəfindən keçirilmişdir. 18 yanvar 2022-ci il tarixdə saat 16:35 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanında, yaşadığı evin yaxınlığında olması müəyyən edilmişdir Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvləri tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan həmin yerə getmişlər. Saat 16:35-də həmin küçədə ev 180 ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsin yanında daha bir nəfər olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Digər şəxs isə özünü təqdim edərək Şahid5 olduğunu bildirmişdir. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına şərait olmadığı üçün onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmçinin onun yanında olan Şahid5 da şübhəli olduğu üçün tərəflərindən idarəyə dəvət edilmişdir. Onlar hər ikisi etiraz etmədən onlarla bilrikdə Baş İdarəyə gəlmişlər. Baş idarədə onların üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşlar. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakları ilə onların hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa onlar təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərlərində şəxsi axtarış keçiriləcəyi onlara izah olunmuşdur Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs və Şahid5 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və videoçəkiliş əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı" kimi tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung" markalı mobil telefonu, gödəkçənin sol yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik kartı və 01 ədəd siqaret qutusunu, əynində olan şalvarın cibindən 1 manat 40 qəpik pulu masa üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs siqaret qutusunun içərisini açaraq içərisindən bir kağız bükümü çıxardaraq içərisində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli kristalvarı maddə aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və başqa bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir kağız bükümdə olan metamfetaminə oxşar kütlə polis əməkdaşı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul və siqaret qutusu əhəmiyyət kəsb edilmədiyi üçün özünə qaytarılmışdır. Lakin aşkar edilmiş “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra şəxsi axtarışda iştirak edən Şahid5 eyni ilə üzərində qanunla qadağan edilən əşya olubolmaması soruşulmuş və olduğu təqdirdi könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şahid5 bundan sonra üzərində narkotik vasitə heroin və "patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra əynində olan şalvarın sağ yan cibindən bır ədəd “Samsung” markalı mobil telefonu, şalvarının digər ciblərindən hərbi bilet, medal vəsiqəsi, şəxsiyyət vəsiqəsinin surətini, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində iki ədəd kağız büküm, daha sonra üzərində olan 51 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid5 üzərində aşkar edilmiş bükümlərə baxış keçirildikdə bir bükümün içərisində ağ rəngli kristalvarı psixotrop maddə metamfetamınə oxşar maddə, digər bükümdə isə tünd qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Şahid5 üzərindən aşkar edilmiş bir ədəd bükülmüş bir manatlıq əskinazı isə həmin maddələri qəbul edərkən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahid5 üzərindən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Şahid5 üzərindən aşkar edilmiş iki ədəd büküm iş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənmişdir. Həmin zərf şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış və götürülmüşdür. Bundan başqa Şahid5 üzərindən aşkar edilmiş 50 manat pul iş üzrə əhəmiyyət kəsb edilmədiyi üçün ona qaytarılmışdır. Lakin şəxsiyyət vəsiqəsi, hərbi bilet, bir ədəd mobil telefon və medal vəsiqəsi də iş üçün əhəmiyyətli olduğu üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini 16 yanvar 2022-ci il tarixdə Yasamal rayonunda İnşaatçılar" metrostansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Eldar" adlı şəxsdən satmaq və öz istifadəsi üçün alıb saxladığını bildirmişdir. Həmçinin o, narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olduğunu, “Eldar" adlı şəxsdən narkotik vasitə heroinin 0.5 qramını 15 manata və psixotrop maddə metamfetaminin 0.5 qramını 20 manata aldığını, həmin maddələrin üzərinə müəyyən məbləğdə pul qoyub tanıdığı şəxslərə satdığını, Şahid5 üzərində olan maddələri də o satdığını bildirmişdir. Daha sonra şəxsi axtarışda iştirak edən Şahid5 da üzərində aşkar edilmiş metamfetamini və heroini Kamrandan aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Protokol doğru hesab edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 43-46-cı vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 tərəfindən aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini biİdirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, gödəkçəsinin sol yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik kartı və 01 ədəd siqaret qutusunu, əynində olan şalvarının sol yan cibində olan 1 manat 40 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunu açıb qutunun içində olan 01 ədəd kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu qeyd etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin kağız bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Cinayət işinin 69-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli, 6/335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 6" dairəvi möhür əksləri olan iki ədəd zərfdə: - Üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,327 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Üzərində "Şübhəli şəxs Şahid5 üzərindən aşkar olunmuş. " sözləri qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,061 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.064 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 2 (iki) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bir manatlıq əskinazın üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Cinayət işinin 107-108-ci vərəqələrində olan “Şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında” 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şahid5 şübhəli şəxs statusuna xitam verilməsi və onun BMCMİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 142-146-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-63/2022 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 18 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 147-148-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 20 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 22190024 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,031 qram olan heroin, qalıq çəkisi 0,291 qram olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir manatlıq pul əskinasının maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 188-ci vərəqində olan İmişli rayon İcra Hakimiyyəti başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 127 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 192-194-cü vərəqələrində olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aşağıdakı məzmunda SMS mətnlərin daxil olması və göndərilməsi müəyyən olundu: -xx/xx/2021,18:38:44,**********25.**********97-Vüqar özümdə bundan çəkirəm, duz zad deyil, düzdü daşi azdır, ama duz deyil; -xx/xx/2021,01:53:21,**********97.**********25-Qaqa nəsə var gəlim götürüm, -xx/xx/2021,015543.**********25,**********97-Neçə manat pulun var? ne qədərlik istəyirsən? Sənə dedim axi bayaqkini götür; -xx/xx/2021.03 03:13.**********97,**********25-Qaqa tezdən altıda gəlsəm nəsə verə bilərsən, pulun verəcəm, -xx/xx/2021,03:05:38,**********25,**********97-Hə verərəm Vüqar sən anavın canı borcuvu da gətir, göturəcəyivin də pulunu gətir, uşaqlarnan söz-söhbətim oldu imkanın varsa əlavə də pul ver sənə yarım qramdan götürüm verim, day hər gün görüşə bilmiyəciyik; -xx/xx/2021,23.39.40,**********25.**********97-Mənim yerimə kim olsa qurana and olsun soxar gedər ama məndə o insafsızlıq yoxdur, elə iki dənə çet verdim ki, mənim verdiyim 20 manatlığın qədrin biləsən, amma yenə də o iki dənəni 20 yox. 15 manat hesablayıram, sənin 5 manatın məndə, gələn dəfə götürəndə 15 verersen: -xx/xx/2021,01:19:48,**********97.**********25-Qaqa Hardasan, gəlim 10?: -xx/xx/2021,01:23:01.**********25 **********97-Qaqa bu vaxtı 10 çətin özümdə yoxdur, gətizdirə bilərəm ancaq, yarım yada ki ən azı 25 manatliq; -xx/xx/2021,18:08:04.**********25.**********31-Qaqa 10-luq “patı" yarım "kola” istəyən var. amma tez-bazar, dedim gözlə, mənim kanalımda olacaq, deyir gecdi tez alınani varsa götürüm; -xx/xx/2021,08:5325.**********25,**********31-Qaqa hardasan? Heçnəyım yoxdur. 5 manatı verim. 5 de nahara qədər verərəm, o yarımın yarsın verdə mənə çıxım vəziyyətdən. -xx/xx/2021,03:13:23,**********25,**********03-Konturum yoxdu, qaqa nə deyirdin, necə idi, xoşuva gəldi? Demə kı, az idi, palçıq maldı, özdə ki "smert temadı” qaqa, ikimizin canı nə verilibsə tən ortadan bölünüb; -xx/xx/2021,23:57:17.**********45,**********25-Qaqa mənəm Elvin harda gorüçək 30 man “tema”; -xx/xx/2021.13:13:44,**********25.**********89-**********128459 Kapital bank bu karta 10 manat vur sənə bomba “nəşə” götürüm 5 6 saat "kayfda” saxlayır adamı. -xx/xx/2021,20:36:10,**********25,**********39-Nahid 10-15 manat atda karta girib oteldə qalaq, "patı" varımdı biraz pul edib qaytararam; -xx/xx/2021,05:17:38,**********25.**********39-Anamın canı bayaqki 25 manatlıq "patıdan” cəmi 10 manat çixartdım, dediyin “patını kolanı" götür nahara qədər verim 50 manatı Damla canı naharda verirem, -xx/xx/2021,00:11:30,**********25,**********20-Pulun varsa mən sənə düz- qoş edim mal, qaldıki borca deyərdin ay Kamı borcuva çıxıram, heçnə gözləmə, həmdə ki, 5 borcum var idi, 5 belə mala vermişdim: -xx/xx/2021,02:25:49.**********25.**********20- Kamuş “kola" lazımdır sənə? özümə götürürəm, istəyirsən sənə də götürüm; -xx/xx/2021,08:15:25,**********25.**********20-Sənə nə qədər lazımdır? 5-6 dəqiqəyə götürüb verə bilərəm. Özümdə yarım var, çox istəsən uzaği 5-6 dəqiqə gözləyərsən məni; -xx/xx/2021,08:15:51,**********25,**********20-Pulun varsa 25-den qramın təşkil edə bilərəm; -xx/xx/2021,08:16.25,**********25.**********20-Yarım 20; -xx/xx/2021,08:18:26,**********20,**********25-Qram 17-dən. özüm alıram, yetim sən dedin 20 ya 25-e elə bildim həmin dediyin gəlib; -xx/xx/2021,08:19:19,**********25,**********20-Qram 25 manata həll edərəm problem deyil, amma ağrıyırsansa hələlik 10 manatlıq gəl verim sənə, günorta qramı 25 manatdan düzüm qoşum brat. özdə bu dediyimdən, -xx/xx/2021,08:23 51.**********25.**********20-Kamuş gətirim verim, ağrıdan çıx, günorta qramın 25 manatdan düzüb qoşaram sənə, özüm axşam nisyə götürmüşəm, yarımı, bir çet günortaya qeder seni lomkadan çixardar?; -xx/xx/2021,08:53:51,**********20,**********25-Kamı yaxşi mal deyildi; -xx/xx/2021,20:41:32,**********25,**********98-Qaqa 3 qram “kola", yarı "patı" istəyirlər, 100 manat gətirsəm, telefonu zaloq kımı qoysam mənə 2 qram kola verə bilərsən? birinin pulunu sabah səhər, birinin axşam verib telefonu götürəcəm. alınar belə?; -xx/xx/2021,20:46:16,**********25.**********98-Qaqa həmən verdiyin 1 qramı verəcəm, telefonla dəyişəcəm, bir uşaq var telefonu qram "kolaynan" dəyişir, mənim də telefonum sadədir, ona görə belə dirəşmişəm; -xx/xx/2021.20 46 20.**********25.**********98-5 qram “kola" ver sabah saat 12-ye kimi 30 manat verim sənə, onsuz da hər gün gəlib dəyirəm sənə, Allaha and olsun pulum olsa bele dirəşmərəm, hə denən 15 dəqiqəyə; -xx/xx/2021,20:51:06,**********25,**********98-Oğulsane vallah hamısını ayrı-ayrı elə qaqa, 5 dənə “kola", yarı patı; -xx/xx/2021,14:08:13.**********25,**********98-Yarım neçiyədi? Moykaya çatan kimi verib pulu atıram kartıva, -xx/xx/2021,02:28:09.**********25,**********39-Qram "patı". qram "kola" lazımdır, 40 manat gətirirəm, yerdə qalanı səhər verirəm inanmasan; -xx/xx/2021,20:23:56.**********25.**********67-Oruc yarı "patı". qram "kola" lazımdır, tez açda telefonu: -xx/xx/2021.06 41 34.**********25.**********67-Oruc qram "kola" lazımdır, yaxşı birin hazırla saxla, yatmamışdan qabaq xəbər elə gəlim götürüm, indi çox tezdi, nə vaxt gelim?; -xx/xx/2021,23:44:47,**********25,**********67-Oruc səhər 8in yarısı gəlib götürəcəm çorekleri, 3 meşokdu hə? Mənə nə qədər “kola" verəcəksən? Yatma, gəlib orda qalmayım, mən camaata söz vermişəm, - xx/xx/2021,10:01:09.**********25,**********67-yarım "kola" lazımdır gəlim?; -xx/xx/2021,22:18 55.**********25.**********10-20 manatlıq "patı" aldın hamısı balaca çet, mənə deyərdin götürüb yarım verərdim 2-3 gün çəkərdində. -xx/xx/2021,23:56 1 6.**********25,**********67-axşamın xeyir, Oruc bir nəfər gələcəkdi qram "patı" isteyirdi. ona gore dedim sene birazdan gələcəm, deyir pul düzəldə bilmedim, gələ bilmədim, sabah görüşərik; -xx/xx/2021,21:10:32,**********25,**********67-qram “kola”, yarı “patı", yarı deyəndəki 04 elə, 20 manat verim, gəlirəm qapını açiq qoy, -xx/xx/2021,06:09:20,**********25,**********10-ay Eltun yuxu tutub yatib qalmişam, qramin 35 manata verirdiler, -xx/xx/2021,05:12:00.**********25,**********89-Brat ot var səndə? konturum qurtardı, “whatsappda" yazda mənə, -xx/xx/2021,23:40:03,**********25.**********67-Yarı "kola" ver. biraz da "patı” sabah 25 verəcəm; -xx/xx/2021,19:58 07.**********25.**********67-Taksidəyəm Oruc gedirəm Sumqayıta, gedib "kolam" verib qayıdacam; -xx/xx/2021,13:41:52,**********25,**********13-Nazim 5 qram “kola" lazımdır, tezbazar, amma sən atavın canı tez-bazar olsun; -xx/xx/2021.17:35:45.**********25,**********13-Nazim yarı “patı", yarı "kola" lazımdır alınır? -xx/xx/2022,21:53:57,994513651 525,**********43-Emın 7 dənə "kola", yarım patı”; -xx/xx/2022,22:27:38,**********25,**********88-Brat 7 “kola". 1 "patı" mesajları sil. Cinayət işinin 200-201-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 222-231-ci vərəqələrində olan Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(055)-56/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 234-235-ci vərəqələrində olan İmişli Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 7(036)-37/2022 saylı qərarından görünür ki, təqdimatın təmin olunması, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(055)-56/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2; 69.3-cü maddələri ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edilərək cəzasının çəkilməmiş hissəsinin 01 il müddətə azaldılması qərara alınmışdır. Cinayət işinin 238-240-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 998 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 241-258-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs və Şahid5 aşkar edilərək götürülmüş qalıq çəkisi 0,031 qram olan narkotik vasitə heroinin, qalıq çəkisi 0,291 qram olan psixotrop maddə metamfetaminin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir manatlıq əskinasın maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2022-ci il tarixli, 49-69-2 nömrəli məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin 1(055)- 56/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş İmişli rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. 22 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Probasiya Xidmətinə məlumat vərəqəsi göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə bildiriş göndərilsə də o İmişli Rayon icra və probasiya şöbəsinə gəlməmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2022-ci il tarixdə axtarış qərarı tərtib edilərək İmişli Rayon polis şöbəsinə göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 7(036)-37/2022 saylı qərarı ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında “AR Milli Məclisinin 05.11 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 il müddətə azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs axtarışda olduğu üçün 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını bu günə kimi çəkməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan siqaret qutusundan narkotik vasitə psixotrop maddə metamfetamini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(055)-56/2021 nömrəli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(055)-56/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və İmişli Rayon məhkəməsinin 02 mart 2022-ci il tarixli, 7(036)- 37/2022 saylı qərarı ilə 1 (bir) il müddətinə azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, Müdafiəçi 20 aprel 2022 – 30 noyabr 2022-ci il tarixində keçirilmiş 18 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(055)-56/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və İmişli Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 7(036)-37/2022 saylı qərarı ilə 1 (bir) il müddətinə azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,031 qram narkotik vasitə heroin və 0,291 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-280/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-280/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver