Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-280/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı Şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 1) xx xxxxxxxx 1999-cu ildə Yardımlı rayonu Bozayran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Yardımlı rayonu Bozayran kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimran tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə; 2) xx xxxxxx 2002-ci ildə Rusiya Federasyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasına keçirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə; 3) xx xxx 2002-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Zəyimcırdaxan kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasına keçirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; 4) xx xxxx 2002-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4vvəllər məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 17 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasına keçirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını açıq olaraq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 15 fevral 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2075 ünvanında yerləşən “Abşeron Makina" Məhdud Məsuliyyətli Cəmiyyətinin generator və ona aid avadanlıqların satışı mağazasının plastik qapısını vintaçanla sıxıb açaraq mağazaya qanunsuz daxil olub masarıın üzərindən 5 manat dəyərində üzərində ***- ***-**-** nömrəsi olan 300 manat dəyərində “Huavei Honor 8" markalı mobil telefonu, üzərindəki ilə birlikdə, masanın dolabından 100 manat nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 405 (dörd yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs4 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 25 fevral 2020-ci il tarixdə saat 03:15 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Ariston" istilik sistemləri mağazasının giriş qapısının kilidini sındırmaqla mağazaya qanunsuz daxil olub masanın dolabından 2.900 manat nağd pulu və 200 manat dəyərində “iPhone” markalı mobil telefona aid qulaqcığı götürüb gizli talayarkən, mağazanın gözətçisi Şahid1 səs-küy salaraq onların hərəkətlərini aşkar etməsini bilsə də, əmlakın qanunsuz olaraq gizli götürülməsindən ibarət hərəkətlərini davam etdirərək əldə etdikləri əmlakı özləri ilə aparıb hadisə yerindən qaçıb getməklə açıq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3.100 (üç min yüz) manat maddi ziyan vurmaqla soyğunçuluq cinayəti törətmişdir Bu hərəktələri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq və təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq, özgənin əmlakını açıq olaraq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 16 iyul 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 20 C ünvanında yerləşən “Ocaq Üstü" kafesinin giriş qapısını özündə olan vintaçanla sıxıb açaraq birlikdə kafeyə qanunsuz daxil olub qeydiyyat hissəsində olan masadan hər birinin dəyəri 250 manat olan 2 ədəd "Redmi 6 A" markalı **********42023, **********42031 və **********13466, **********13474 imei kodlu mobil telefonları və həmin masada yerləşən kassa aparatından 155 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 655 (altı yüz əlli beş) manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 09 noyabr 2019cu il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2062-2072 ünvanında yerləşən “Metak" tikinti materialları satılan mağazasının giriş qapısını dəmir alətlə açaraq birlikdə mağazaya qanunsuz daxil olub mağazanın qeydiyyat hissəsində olan masadan 1 ədəd 250 manat dəyərində “Samsung J 2 Prime" markalı mobil telefonu və kassa aparatından 1.186 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1.436 (min dörd yüz otuz altı) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən, tanışı Təqsirləndirilən şəxs3 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 10 yanvar 2020-ci il tarixdə saat 07:08 radələrində Zərərçəkmiş şəxs2 ünvan 9 ünvanında işlətdiyi “TT Fight” adlı idman kulubun giriş qapısının kilidini özündə olan vintaçanla açıb birlikdə içəri qanunsuz daxil olmaqla girişdə solda yerləşən stolun dolabından 1.125 manat nağd pulu stolun üzərində olan 150 manat dəyərində “Samsung A3" markalı mobil telefonu, ümumi zalda olan 2 ədəd bir ədədinin dəyəri 1000 manat, digərinin dəyəri 600 manat olan markalar bilinməyən iki ədəd velosipedləri gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2.875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 15 fevral 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2075 ünvanın da yerləşən “Abşeron Makina" adlanan generator və ona aid avadanlıqların satışı mağazasının plastik qapısını vintaçanla sıxıb açaraq mağazaya qanunsuz daxil olub masanın üzərindən 5 manat dəyərində üzərində ***-***-**-** nömrəsi olan 300 manat dəyərində “Huavei Honor 8” markalı mobil telefonu, masanın dolabından 100 manat nağd pulu gizli talayıb zərərçəkrriş Zərərçəkmiş şəxs6 ümumilikdə 405 (dörd yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 21 fevral 2020-ci il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən ‘‘Jamila Studio" gözəllik salonunun plastikdən olan giriş qapısının kilidini özündə olan vintaçanla sındırıb açaraq birlikdə salona qanunsuz daxil olub qırmızı rəngli dolabın siyirməsindən məzənnəsi 2.890,5 manat olan 1700 ABŞ dolları, məzənnəsi 917,5 manat olan 500 avro, 2.007 manat nağd pulu və 350 manat dəyərində qızıl üzüyü gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 6.164,5 (altı min yüz altmış dörd manat əlli qəpik) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 25 fevral 2020-ci il tarixdə saat 03:15 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus ‘Ariston’ istilik sistemləri mağazasının giriş qapısının kilidini sındırmaqla mağazaya qanunsuz daxil olub masanın dolabından 2.900 manat nağd pulu və 200 manat dəyərində “iPhone" markalı mobiİ telefona aid qulaqcığı götürüb gizli talayarkən, mağazanın gözətçisi Şahid1 səs-küy salaraq onların hərəkətlərini aşkar etməsini bilsə də, əmlakın qanunsuz olaraq gizli götürülməsindən ibarət hərəkətlərini davam etdirərək əldə etdikləri əmlakı özləri ilə aparıb hadisə yerindən qaçıb getməklə açıq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3.100 (üç min yüz) manat maddi ziyan vurmaqla soyğunçuluq cinayəti törətmişdir. Göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə birgə cinayəti törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 09 mart 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi, ünvan 11 ünvanında yerləşən "Savalan" aptekin giriş qapısını özü ilə gətirdiyi dəmir alətlə sıxıb açaraq birlikdə aptekə qanunsuz daxil olub dərmanlar yığılan mebelin dolabından 3.750 (üç min yeddi yüz əlli) manat pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 3.750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bu hərəktələri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3,177.2.4,18.2.1, 180.2.2, 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadar əlbir olan bir qrup şəxs halında birləşməklə 16 iyul 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 20 C ünvanında yerləşən “Ocaq Üstü" kafesinin giriş qapısını vintaçanla sıxıb açaraq birlikdə kafeyə qanunsuz daxil olub qeydiyyat hissəsində olan masadan hər birinin dəyəri 250 manat olan 2 ədəd "Redmi 6 A" markalı **********42023, **********42031 və **********13466, **********13474 imei kodlu mobil telefonları və həmin masada yerləşən kassa aparatından 155 manat nağd pulu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 655 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs4 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 09 mart 2020-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi, ünvan 11 ünvanında yerləşən “Savalan” aptekin giriş qapısını Təqsirləndirilən şəxs4 özü ilə gətirdiyi dəmir alətlə sıxıb açaraq aptekə qanunsuz daxil olub dərmanlar yığılan mebelin dolabından 3.750 manat pulu gizli talayıb aparmaqla Zərərçəkmiş şəxs7 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bu hərəktələri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs4 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 09 noyabr 2019-cu il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2062-2072 ünvanında yerləşən “Metak” tikinti materialları mağazasının qapısını dəmir alətlə sıxıb açaraq birlikdə mağazaya qanunsuz olub mağazanın qeydiyyat hissəsində olan masadan 1 ədəd 250 manat dəyərində “Samsung J 2 Prime’’ markalı mobil telefonu və kassa aparatından 1.186 manat nağd pulu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1.436 ( min dörd yüz otuz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən, tanışı Təqsirləndirilən şəxs4 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halırda birləşməklə 10 yanvar 2020-ci il tarixdə saat 07:08 radələrində Zərərçəkmiş şəxs2 ünvan 9 ünvanında işlətdiyi “TT Fight” adlı idman kulubun giriş qapısının kilidini Aydın Hüseynov özündə olan vintaçanla sıxıb açaraq birlikdə idman kulubuna qanunsuz daxil olub girişdə solda yerləşən stolun dolabından 1/25 manat nağd pulu, stolun üzərində olan 150 manat dəyərində “Samsung A3” markalı mobil telefonu, ümumi zalda olan 2 ədəd bir ədədinin dəyəri 1.000 manat, digərinin dəyəri 600 manat olan markaları bilinməyən iki ədəd velosipedləri gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2.875 ( iki min səkkiz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təkrarən tanışı Təqsirləndirilən şəxs4 ilə birgə cinayət törətmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halnda birləşməklə 21 fevral 2020-ci il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən “Jamila Studio” gözəllik salonunun giriş qapısının kilidini Aydın Hüseynov özündə olan vintaçanla sıxıb açaraq birlikdə gözəllik salonjna qanunsuz daxil olub qırmızı rəngli dolabdan məzənnəsi 2.890 manat olan 1700 ABŞ dolları, məzənnəsi 917,5 manat olan 500 avro, 2.007 manat nağd pulu və 350 manat dəyərində qızıl üzüyü gizli olaraq oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 6.164,5 (altı min yüz altmış dörd manat əlli qəpik) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bu hərəktələri ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yardımlı rayonu Bozayran kəndində doğulmuş və 1 yaşından Bakı şəhərində müxtəlif ünvanlarda anası Nəzakət Dadaşova ilə birlikdə kirayəşin yaşayır. Onun 11 yaşı olanda atası Tapdıq Şəfiyev anasından ayrılaraq, başqa qadınla ailə qurub Bakı şəhəri Binəqədi rayonu ərazisində onun bilmədiyi ünvanda yaşayır. Onun və anasının atası ilə heç bir əlaqəsi yoxdur. Anası hazırda kafedə xadimə işləyir. Qardaşı Təqsirləndirilən şəxs3 oğurluq etdiyinə görə həbs olunubdur və hazırda 17 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkir. O, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə 7-ci sinfə kimi təhsil alıb sonra təhsilini davam etdirməmişdir və hazırda avtomobil yuma sexində işləyir. O, etdiyi oğurluq cinayətlərinə görə Bakı şəhəri, Xətai rayonu məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə 2 il 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunmuşdur. O, Bakı şəhərinin bir neçə rayonu ərazisindən Təqsirləndirilən şəxs4 ilə və qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluqlar etmişdir. Ona hazırda elan edilmiş ittiham üzrə göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə 16 fevral 2020-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə gəzərkən 2075 ünvanında yerləşən "xxxx" satışı mağazasından oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə mağazaya yaxınlaşmışlar və Aydın özü ilə götürdüyü vintaçanla mağazanın plastik qapısını açmış, onlar içəri mağazaya keçmişlər. Onlar mağazanı axtararkən Aydın masanın dolabından 100 manat pul tapıb oğurlamış, o isə həmin dolabdan “Huavei” markalı mobil telefonu oğurlamışdır. Həmin mağazada başqa pul və ya qiymətli əşya tapmayıb çıxmışlar. Aydın oğurladığı 100 manat pulun 50 manatını ona vermişdir. Aydının mobil telefonu olduğundan oğurladığı “Huavei” markalı mobil telefon ona qalmışdır. Növbəti gün o, həmin mobil telefonu metronun “Əhmədli” stansiyasının yaxınlığında tanımadığı şəxsə 30 manata satıb pulunu özü xərcləmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs4la birlikdə növbəti oğurluğu 25 fevral 2020-ci ildə gecə saat 03 radələrində ünvan 16 ünvanında yerləşən “Ariston” istilik sistemləri mağazasından etmişlər. Onlar birlikdə həmin mağazaya yaxınlaşmışlar və Aydın üzərində gəzdirdiyi vintaçanla giriş qapısının alt hissəsindəki kilidini açdıqdan sonra ikisidə içəri daxil olmuşlar. O, otaqdakı masaların dolabını axtarıb bir ədəd “iPhone” markalı mobil telefonun qulaqcığını tapıb götürüb cibinə qoymuşdur. O, pul axtararkən mebelin gözlüyündə ağzı bağlı seyf olduğunu görüb, Aydın həmişə üstündə avtomobil şininin açarını gəzdirdiyindən onu çağırmışdır ki, gəlib seyfin qapısını açsın. Aydın gəlib açarla seyfin qapısını açmağa çalışsa da, aça bilməmişdir. O, masanın dolabından gördüyü topa açarı götürüb Aydına vermişdir. O, seyfin qapısını açarlarla yoxlasa da, açarların heç bir seyfin qapısına düşməmişdir. Bu vaxt onların səsinə mağazanın digər hissəsində olan gözətçi oyanıb səs salaraq onların mağazada nə etdiklərini soruşmuşdur. Gözətçinin binanın digər tərəfindən onlara doğru qışqıra-qışqıra gəldiyini görüb onlar mağazadan çıxıb Dərnəgül körpüsü deyilən istiqamətə qaçmışlar. Zərərçəkmiş şəxs3 ifadəsində və onunla üzləşmə zamanı mağazadan 2900 manat pul və 200 manat dəyərində “İPhone” markalı mobil telefonun qulaqcığını oğurladığını göstərsə də, o, mağazadan yalnız bir ədəd qulaqcığ oğurladığını, mağazadan çıxıb qaçanda isə həmin qulaqcığı salıb itirdiyini göstərmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında anadan olsa da, təxminən 2 və ya 3 aydan sonra ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışlar. Onun atası rəhmətə getmiş və Bakı şəhərində anası X1 və qardaşları Əmil, Şahid7la birlikdə yaşamışdır. Anası Xətai rayonu ərazisində yerləşən hansısa restoranda aşbaz işləyir. O, Bakı şəhərinin bir neçə rayonlarının ərazisindən tək və ya digər yoldaşları ilə birlikdə oğurluq etmişdir. Etdiyi oğurluq cinayətlərinə görə sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunaraq, cəzasını hazırda Salyan rayonu inzibati ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəsissəsində çəkir. Məhkəmənin qərarı ilə Bakı istintaq Təcridxanasına köçürülmüşdür. Təqsirləndirilən şəxs3 tanıyır onunla bir neçə oğurluqlar etmişdir. Rəhmanın vasitəsi ilə qardaşı Hüseyini də, tanımışdır və Təqsirləndirilən şəxs1 ilə də bir neçə dəfə oğurluqlar etmişdir. Başqa tanışı Təqsirləndirilən şəxs2 ilə də başqa oğurluqlar etmişdir. Hansi ki bəzi oğurluq faktlarına görə ona ittiham elan edilmişdir. Belə ki, 16 iyul 2019-cu il tarixdə gecə o, Təqsirləndirilən şəxs2la Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşüb bir az gəzmişlər ki, vaxt keçsin insanlar yatsınlar növbəti dəfə oğurluq edib pul qazansınlar. Onlar gecə saat 02 radələrində ünvan 17 ünvanında yerləşən “Ocaq Üstü” kafesinə daxil olub pul və qiymətli əşyalar oğurlamaq məqsədi ilə həmin kafeyə yaxınlaşmışlar. Sərdar üzərində olan vintaçanla plastik giriş qapısını açmış və onlar içəri daxil olaraq pul və qiymətli əşya oğurlamaq üçün otağı gəzməyə başlamışlar. İçəri girəndə onlardan sol tərəfdə qeydiyyat üçün qoyulmuş masanın üzərində biri ağ, digəri qara olan 2 ədəd “XİOMİ” A 6 markalı mobil telefonlardan ağ rənglini Sərdar, qara rənglini isə o, götürmüşdür. Masanın üzərində olan kassadan Sərdar 155 manat pul aşkar edib götürmüş, onlar başqa pul və qiymətli əşya tapmayıb otaqdan çıxmışlar. Yolda Sərdar oğurladığı 150 manat puldan 75 manatını ona vermişdir. Sərdar götürdüyü mobil telefon köhnə və ekranı sınıq olduğundan telefonu ona vermişdir. Onlar ayrılandan sonra o, evlərinə gəlmişdir. Sonra oğurladığı cara rəngli “XİOMİ” A 6 markalı mobil telefonu ortancıl qardaşı Şahid7, digər telefonu isə ondan böyük qardaşı Şahid8 vermişdir ki, özünün telefonlarıdır istifadə etsinlər. Qardaşlarına telefonların oğurluq olması barədə bir söz deməmişdir. Həmin oğurluq faktına görə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində onun şahid qismində ifadəsini almışlar, ifadəsinin yerində yoxlanması keçirilmiş və ona həmin oğurluq faktına görə ittiham elan edilmişdir. İstintaqın gedişində qardaşı Etibara verdiyi oğurluq telefonu polis müəyyən edib qardaşını polisə çağıraraq həmin telefonu ondan almışlar. Bundan başqa o, Təqsirləndirilən şəxs3 ilə birlikdə növbəti oğurluğu Bakı şəhəri, Nərimanov rayonu ərazisindən etmişlər. Belə ki, 08 noyabr 2019-cu il tarixdə təxminən günorta satlarında Rəhman ilə metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında görüşəcək birlikdə “Koroğlu” istirahət parkına getmişlər. Söhbət edib oğurluq yolu ilə pul əldə etməyə razılaşaraq bu məqsədlə artıq 09 noyabr 2019-cu il tarixə keçən gecə piyada saat 03 radələrində Nərimanov rayonu ərazisinə gəlib küçələri gəzməyə başlamışlar. Onların diqqətini Ziya Bünyadov prospektində 2062-2072 ünvanında yerləşən “Metak" tikinti materialları mağazası cəlb etmişdir.Onlar həmin mağazaya oğurluğa girməyin mümkün olduğunu dəqiqləşdirib saat 04 radələrində mağazanın giriş qapısına yaxınlaşmışlar. O, üzərində olan vintaçanla mağazanın plastik qapısını açaraq birlikdə içəri daxil olub otaqdakı əşyaların arasında pul və qiymətli əşyalar gəzməyə başlamışlar. O, kassa olan stolun dolabından 1186 manat pul və “Samsung J2 Prime” markalı telefonu götürmüş və onlar otaqdan başqa pul və qiymətli əşya tapmayıb çıxmışlar. Onlar yolda nömrəsini və markasını xatırlamadığı taksi maşını saxladıb metronun “Əhmədli" stansiyasının qarşısına gələrək oğurluq yolu ilə əldə etdiyi pulları bölüb özünə 600 manat götürmüş, Təqsirləndirilən şəxs3 isə 586 manat pul vermişdir. Həmçinin özünün mobil telefonu olduğundan oğurladıqları telefonu da, Rəhmana vermişdir. Bundan sonra onlar ayrılmışlar və o payına düşən pulları özü üçün xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 ilə birlikdə 10 yanvar 2020-ci il tarixdə təxminən saat 07-08 radələrində ünvan 18 ünvanında piyada gəzərkən həmin küçədə yerləşən “TT Fight” adlı idman kulubundan oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə idman kulubunun giriş qapısına yaxınlaşmışlar. Rəhman üstünlə gəzdirdiyi vintaçanla aliminumdan olan giriş qapısının aşağı hissəsinə salıb qapını açmaq istəsə də, aça bilməmişdir. O, vintaçanı Rəhmandan alıb qapını açmışdır və onlar içəri daxil olmuşlar. Həmin vaxt Rəhmanın başında kepka, yəni papaq olmuşdur. Girişdəki otaqda böyüklər üçün 3 ədəd velosiped olduğunu görmüşlər. Kulubda sol tərəfdə böyük stolun üstündə kompüter olmuşdur. Rəhman dərhal masanın arxasına keçib dolabları bir-bir açıb baxmağa başlamışdır. Növbəti dolabın aşağı hissəsindəki qabın içərisində 1.125 manat pulu aşkar edib götürüb cibinə qoymuşdur. O da Rəhmanla bərabər masanın alt və üst gözlərini gəzmişdir. Rəhman stolun üstündə olan işlənmiş “Samsung A 3" markalı mobil telefonu da, oğurlayıb cibinə qoymuşdur. Sonra onlar hər yeri axdarsalar da, başqa heç nə tapmayıb otaqdan çıxanda velosipedin birini o, digərini isə Rəhman oğurlayıb girdikləri qapıdan çölə çıxıb velosipedləri sürüb bir az şəhərdə gəzəndən sonra “İsr" Plazanın arxa tərəfində olan Əlimərdan Topçubaşov küçəsi 11 ünvanında velosipedləri sahibsiz vəziyyətdə qoyub getmişlər. Rəhman oğurladığı pulun 625 manatını özünə götürüb, 500 manatını ona vermişdir. “Samsung A3” markalı mobil telefonu isə Rəhmanda qalmışdır. Onun payına düşən pulu özü xərcləmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə birlikdə 16 fevral 2020-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə gəzərkən 2075 ünvanında yerləşən “Abşeron Makina" satışı mağazasından oğurluq etmək fikrinə düşmüşlər. Bu məqsədlə mağazaya yaxınlaşıb üstündə gəzdirdiyi vintaçanla mağazanın plastik qapısını açıb içəri keçmişlər. Onlar mağazanı gəzərkən o, masanın dolabını açıb orada 100 manat pul görüb götürmüşdür. Həmin dolabda olan “Huavei" markalı mobil telefonu isə Hüseyn götürmüşdür. Başqa qiymətli əşya tapmayıb otaqdan çıxmışlar. Onlar pulu iki yerə bölmüşlər, oğurladıqları mobil telefon isə Hüseyndə qalmışdır. Bundan başqa növbəti oğurluğu Təqsirləndirilən şəxs3 ilə birlikdə etmişdir. Belə ki, 20 fevral 2020-ci il tarixdə təxminən günorta saatlarında tanışı Rəhman ilə metronun “Əhmədli" stansiyasının yaxınlığında görüşüb gəzişib vaxt keçirərək gecə saatlarında piyada metronun “Gənclik" stansiyasının yanına gəlmişlər. Onlar pul və qiymətli əşya oğurlamaq üçün münasib bir mağaza və ya başqa bir obyekt gəzə-gəzə Nərimanov rayonu ərazisində yerləşən X6 yanına gəlib çatanda artıq 21 fevral 2020-ci il tarixə keçən gecə saat 03 radələri olmuşdur. Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 saylı ünvanda yerləşən “Jarnila Studio" gözəllik salonu onların diqqətini cəlb etmişdir. Onlar həmin gözəllik salonundan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt saat 03:50 radələri olmuşdur. O, üzərində olan vintaçanla plastikdən olan giriş qapısını açmış və onlar içəri daxil olub içəridə pul və qiymətli əşyalar gəzməyə başlamışlar. Gözəllik salonuna girəndə sağda olan qırmızı dolabın siyirməsindən 1700 ABŞ dolları, 1600 manatı və 500 avro pulları tapıb götürmüşdür. Onlar kifayət qədər pul tapdıqlarına görə başqa əşyaların arasını gəzmədən otaqdan çıxıb həmin yerdən uzaqlaşıb getmişlər. Metronun “Nərimanov" stansiyasının yanından nömrəsini xatırlamadığı taksi ilə metronun “Əhmədli” stansiyasının yanına getmişlər. Onlar oğurladığı pullardan o özünə 500 avro, 900 ABŞ dolları, 900 manat pul götürmüş, Rəhmana isə 800 ABŞ dolları, 700 manat pul vermişdir. O, payına düşən pulları özü üçün xərcləmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə birlikdə növbəti oğurluğu 25 fevral 2020-ci ildə gecə saat 03 radələrində ünvan 20 ünvanında yerləşən '‘Ariston" istilik sistemləri mağazasından etmişdir. Belə ki, gecə həmin mağazaya yaxınlaşaraq o, üzərində gəzdirdiyi vintaçanla giriş qapısının alt hissəsindəki kilidini açmışdır. Sonra Hüseynlə birlikdə içəri daxil olaraq mağazanın içərisindəki seyfi açmağa çalışsa da, aça bilməmişdir. Mağazadan qiymətli heç nə tapmamışdır. Hüseyn isə bir ədəd “iPhone” markalı telefonun qulaqcığını oğurlamışdır. O, seyfi açmaq istəyərkən onların səslərinə mağazanın digər hissəsində olan gözətçi oyanıb səs salaraq orlara tərəf gəldiklərini görmüşlər və mağazadan çıxıb Dərnəgül körpüsü adlanan istiqamətə qaçıb getmişlər.Qaçanda Hüseyn mağazacan oğurladığı qulaqcığı salıb itirmişdir. Bundan başqa o, növbəti oğurluğu tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 09 mart 2020-ci il tarixdə saat 02:00 radələrində ünvan 11 ünvanında yerləşən “Savalan" aptekdən etmişdir. Sərdar üzərində gəzdirdiyi dəmir alətlə aptekin plastik materialından hazırlanmış qapısını açaraq aptekdə mebelin dolabından 3.7 50 manat pul oğurlayıb həmin pulu da, Təqsirləndirilən şəxs2la bölüb xərcləmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonunda doğulmuş, uşaq yaşlarında olanda anası rəhmətə getmiş, atası Habil isə 16 mart 2018-ci ildə ürəyində olan xəstəlikdən rəhmətə getmişdir. O, 2014-2015-ci illərdə Gəncə şəhərində uşaq evində qalmış, sonra isə 13 yaşında özü tək Bakı şəhərinə gələrək 6-cı mikrorayonda yerləşən uşaq evində qalaraq 7-ci sinfə kimi təhsil almışdır. O, Bakı şəhərinə gələndən sonra Vüsal, Aydın, Rəhman adlı həmyaşıdları ilə tanış olub onlarla birlikdə müxtəlif rayonların ərazisindən oğurluq etmişdir. Etdiyi oğurluq cinayətlərinin bir qisminə görə ona Binəqədi rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 24 iyul 2020-ci il tarixdən hesablanmaqla qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Hazırda cəzasını 5 saylı Cəzaçəkmə müəsissəsində çəkir və məhkəmənin qərarı ilə Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. 15 iyul 2019-cu il tarixdə saat 23:20 radələrində tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 21 ünvanda yerləşən “Ocaq Üstü" kafesinə giriş qapısından oğurluğa girərək kafenin qeydiyyat hissəsində olan masadan 2 ədəd "Redmi 6A” markalı mobil telefon və həmin masada yerləşən kassa aparatından 155 manat nağd pulu oğurlamışlar. Onun oğurladığı telefonun ekranı sınıq olduğuna görə telefonu yolda Aydına vermiş, pulu isə yarı bölmüşlər. Payına düşən pulu özünə xərcləmişdir. Bundan başqa o, 09 mart 2020-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə ünvan 11 ünvanında yerləşən “Savalan” aptekdə olan kassadan 3.750 manat pul oğurlamışdır. Onlar yolda oğurladıqları pulları iki yerə bölmüşlər. O, payına düşən pulları özünə xərcləmişdir. Onların oğurluq etdiyini kənardan görən olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, doğulmamışdan əvvəl atası Tapdıq anasını, qardaşını və bacısını tərk etdiyinə görə o, atasını görməmişdir. Onun 13 yaşı olanda anası ailə qurmuşdur. O, evdən qaçıb tüfeyli həyat tərzi keçirməyə başlamış və bir neçə aydan sonra anasının yaşadığı ünvana qayıdıb anasının həmin evdən köçdüyünü müəyyən etmişdir. O, ünvan 22 məktəbin 6-cı sinfinə kimi təhsil almış, sonra məktəbdən də, çıxıb tüfeyli həyat tərzi keçirməyə davam etmişdir. O, əsasən mənzillərdən, mağaza, ofis və avtomobillərdən pul, qiymətli əşyalar oğurlayıb sataraq bu yolla pul əldə edib xərcləməklə yaşamışdır. O, Bakı şəhərinin bir neçə rayonundan, həmçinin respublikanın bir neçə rayonlarından oğurluq etdiyinə görə həbs olunmuş, sonuncu dəfə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasının əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmaqla 4 il müddətinə azadlıqdan məhrum olmuşdur. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Tanışı Təqsirləndirilən şəxs4 ilə 08 noyabr 2019-cu il tarixdə təxminən günorta saatlarında metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında görüşərək birlikdə “Koroğlu" istirahət parkına gedib razılaşmışlar ki, axşam vətəndaşlar yatandan sonra birlikdə oğurluq etsinlər. Bu məqsədlə artıq 09 noyabr 2019-cu il tarixə keçən gecə piyada saat 03 radələrində Nərimanov rayonu ərazisinə gəlib küçələri gəzməyə başlamışlar ki, münasib bir mağaza və ya başqa bir obyektə oğurluğa girsinlər. Ziya Bünyadov prospektində 2062-2072 ünvanında yerləşən “Metak” tikinti materialları mağazası diqqətlərini cəlb etmişdir. Artıq saat 04 radələrində Aydın üzərində olan vintaçanla mağazanın plastik materialından olan giriş qapısını açmış və onlar içəri daxil olmuşlar. Aydın kassa olan masanın dolabından 1186 manat pul və “Samsung J2 Prime" markalı telefonu götürmüşdür və onlar otaqdan çıxmışlar. Onlar yolda nömrəsini və markasını xatırlamadığı taksi maşını ilə metronun “Əhmədli" stansiyasının qarşısına gedərək oğurladıqları pulu bölmüşlər. Aydın özünə 600 manat pul götürüb ona 586 manat və mobil telefonu vermişdir. Onlar ayrılıb hərə öz qaldığı ünvana getmişdir. O, payına düşən oğurluq pulları xərcləmiş, mobil telefonu isə işlədə bilmədiyindən 2-3 gündən sonra küçədə atmışdır. Həmin fakt üzrə ona Nərimanov Rayon Polis idarəsinin İstintaq Şöbəsində ittiham elan edilmiş, ifadəsinin yerində yoxlanması keçirilmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs4 ilə birlikdə 10 yanvar 2020-ci il tarixdə təxminən saat 07-08 radələrində ünvan 23 ünvanında yerləşən "TT Fight" adlı idman klubundan oğurluq etmək fikrinə düşərək giriş qapısına yaxınlaşmışlar. O, üstündə gəzdirdiyi vintaçanla alminum qapının aşağı hissəsinə salıb qapını açmaq istəsə də, aça bilməmişdir. Sonra yanında olan Aydına vintaçanı ondan alıb qapını açmışdır. Həmin vaxt onun başında kepka, yəni papaq olmuşdur. Otaqda böyüklər üçün 3 ədəd velosiped olmuşdur. Klubda sol tərəfdə böyük stolun üstündə kompyuter olmuşdur. O, dərhal masanın arxasına keçib dolabları bir-bir açıb baxmağa başlamışdır. Növbəti dolabın aşağı hissəsində qabın içərisində 1.125 manat pulu görüb dərhal həmin pulu götürüb cibinə qoymuşdur. Aydın da, onunla bərabər masanın alt və üst gözlərinə baxsa da, bir şey tapmamışdır. O, masanın üstündə olan işlənmiş “Samsung A 3” markalı mobil telefonu götürmüşdür. Başqa heç nə tapmayıb çölə çıxanda orada olan velosipedin birini o, digərini isə Aydın götürüb giriş qapısından çıxıb velosipedləri sürüb şəhərdə bir az gəzəndən sonra “İsr” Plazanın arxa tərəfində olan Əlimərdan Topçubaşov küçəsi 11 ünvanında velosipedləri qoyub getmişlər. Yolda oğurladıqları puldan 625 manatını özünə götürüb, 500 manatını Aydına vermişdir. "Samsung A3” markalı mobil telefonu isə təxminən 3-4 göndən sonra metronun Memar Əcəmi stansiyasının yaxınlığında tanımadığı bir şəxsə 80 manata satıb əldə etdiyi pulları özü üçün xərcləmişdir. Bundan başqa 20 fevral 2020-ci il tarixdə təxminən günorta saatlarında tanışı Təqsirləndirilən şəxs4la metronun “Əhmədli" stansiyasının yaxınlığında görüşüb gəzişib vaxt keçirərək gecə saatlarında piyada metronun "Gənclik” stansiyasının yanına getmişlər ki, pul və qiymətli əşya oğurlamaq üçün münasib bir mağaza və ya başqa bir obyekt tapsınlar. Onlar Nərimanov rayonu ərazisində yerləşən X6 yanına getmişlər. Həmin vaxt artıq 21 fevral 2020-ci il tarixə keçən gecə saat 03 radələri olmuşdur. Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 saylı ünvanda yerləşən “Jamila Studio" gözəllik salonu diqqətlərini cəlb etmişdir və oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt saat 03:30 radələri olarmış ki, Aydın üzərində olan vintaçanda plastik qapını açmış və onlar içəri daxil olub pul və qiymətli əşyalar gəzməyə başlamışlar. Aydın gözəllik salonuna girəndə sağda olan qırmızı dolabın siyirməsindən 1700 ABŞ dolları, 1600 manatı və 500 avro pulları tapıb götürmüşdür. O, həmin vaxt Aydının yanında dayanmışdır. Onlar kifayət qədər pul tapdıqlarına görə başqa əşyaların arasını gəzmədən otaqdan çıxıb həmin yerdən uzaqlaşıb getmişlər. Metronun “Nərimanov" stansiyasının yanından nömrəsini xatırlamadığı taksi ilə metronun "Əhmədli" stansiyasının yanına getmişlər. Aydın oğurladığı pullardan özünə 500 avro, 900 ABŞ dolları, 900 manat pul götürmüş, ona isə 800 ABŞ dolları, 700 manat pul vermişdir.Sonra onlar ayrılmışlar. O, payına düşən pulu özünə xərcləmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəs idə göstərmişdir ki, 2 ildən artıq bir müddətdə ünvan 24 ünvanında 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Ocaq Üstü" kafesini icarə əsasında işlətmişdir.Onun kafedə 6 nəfər işçisi olmuşdur. 15 iyul 2019-cu il tarixdə kafeni işçiləri saat 23 radələrində bağlayıb getmişlər, 16 iyul 2019-cu il tarixdə saat 10 radələrində işçilər işə gəlib giriş qapısının açıq olduğunu görüb ona zəng edib kafedən oğt'luq olması barədə məlumat vermişlər.O da, zəng edib Nərimanov RPl-nin 18-ci PB-nə məlumat vermişdir.Onun iştirakı ilə polis əməkdaşları kafeyə baxış keçirərkən məlum olmuşdur ki, kafedən 2 ədəd “XİOMİ" A6 markalı mobil telefon və kassadan 155 manat pul oğurlanıbdır. Oğurlanan işlək vəziyyətdə olmuş telefonun hər birinin dəyəri 250 manat olmuşdur.Oğurluq nəticəsində ona ümumilikdə 655 manat maddi ziyan dəymişdir.Kafedə 8 ədəd müşaıidə kamerası olmuşdur ki, kafeyə oğurluğa girmiş 2 nəfər yeniyetmə oğlanlar kameraya düşmüşlər. Həmin görüntülər polis əməkdaşı tərəfindən diskə köçürülərək götürülmüşdür. Zərərçəkmiş şəxs1 onun oğurlanmış mobil telefonlarından bir ədədi sonradan polis əməkdaşı tərəfindən qəbzlə ona qaytarıldığını bildirmişdir. Hal-hazırda ona dəyən ziyandan oğurlanmış telefonun biri ona qaytarılmış, qalan zərər ödənilməsə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 25 ünvanında yerləşən “Ariston” istilik sistemlərinin satışı mağazasının sahibidir. Mağazanı səhər saat 09:00-da açıb, axşam saat 18:00 radalarində bağlayır. 24 fevral 2020-ci il tarixdə saat 03:30 radələrinə mağazanın yerləşdiyi binaya gözətçilik edən Şahid1 şəxs ona zəng edib onun mağazasına oğrular girdiyini, həmin oğrular onun gəldiyini görüb qaçıb getdiklərini, giriş qapısının isə açıq qaldığını demişdir. O, Ceyhuna tapşırmışdır ki, qapını örtüb nəzarət etsin səhər açılsın özü gələcəkdir. Səhər saat 08 radələrində o, mağazaya işə gəlib giriş qapısının alt hissəsinin kilidinin sındırıldığını müəyyən etmişdir. İçəri keçib mallara nəzər yetirəndə bütün malların yerində olduğunu, pulların saxlanıldığı kassaların daxıllarını yoxlayanda qapı tərəfdə yerləşən daxıldan 600 manat, ortadakı daxıldan 1200 manat, baş tərəfdəki daxıldan isə 110C manat pulların oğurlandığını görmüşdür. O, mağazada quraşdırılmış kamera görüntülərinə baxıb saat 03:15 radələrində iki nəfər şəxsin mağazanın qapısının alt kilidini qıraraq mağazaya daxil olaraq hər ikisi daxılları, dolabları və sair yerləri axdardıqlarını, daxıldan tapdıqları pulları isə ciblərinə yığdıqlarını, sonra isə gözətçinin mağazaya yaxınlaşdığını görüb qaçıb getdiklərini görmüşdür. O, kameralara baxarkən işçisi Anar da, yanına gəlmişdir və mobil telefonu ilə ')İN- in 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir.Hadisə yerinə gələn polis əməkdaşına o, ərizə ilə müraciət edərək mağazadan ümumilikdə 2.900 manat pulunun oğurlanmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 cızı ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildən ünvan 26 ünvanı icarəyə götürüb “Jamila Studio" adlı gözəllik salonu işlədir. Onunla birliklə salonda Lalə və Rüxsarə adlı xanımlar da, işləyirlər. Bundan əlavə o, həmin obyektin digər otağını Sevda adlı xanıma dərzi fəaliyyəti göstərməsi üçün icarəyə vermişdir. 20 fevral 2020-ci il tarixdə toya getdiyi üçün salondan təxminən saat 18:35-də çıxmışdır. İşçiləri Lalə və Rüxsarə isə salonda işlərini davam etdirmişlər. 21 fevral 2020-ci il tarixdə saat 11:12 radələrində işçsi Lalənin nişanlısı Elnur ona zəng edib Laləni salona işə apararkən salondan oğurluq olduğunu aşkar etdiyini, tez salona gəlməsini demişdir. Həmin zəngdən təxminən 10 dəqiqə sonra işə çatıb Lalə, Elnur, tanışları Elçin və Rüxsarənin salonda onu gözlədiklərini, salonun plastikdən olan giriş qapısının sındırılaraq açıldığını görmüşdür. O, çatanadək Elçin artıq DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Onlar heç bir yerə əl vurmadan polisin gəlməsini gözləmişlər. Polis gələndən sonra birlikdə salona keçəndə sağ hissədə qoyulmuş mebel dəstinin ona məxsus 1-ci və 2-ci dolablarının açıq vəziyyətdə olduğunu görmüşlər. Hansı ki, 1-ci dolabda 1700 ABŞ dolları, 500 avro, 2007 manat və 350 manat dəyərində qızıl olmuşdur. Onlar pulların və qızılların oğurlandığını, salondan başqa heç nə oğurlanmadığını, eyni zamanda dərzi otağından da, heç nə oğurlanmadığını müəyyən etmişlər. Oğurlanan pullardan 1500 ABŞ dolları, 500 avro və 20 manat pul onun tanışı və daimi müştərisi Nərgiz xanımın olmuşdur. Nərgiz həmin pulları 2020-ci ilin yanvar ayında ona saxlamağa vermişdir. Qalan digər 200 ABŞ dolları 2007 manat və qızıl üzük ona məxsus olmuşdur.Orada ona məlum olmuşdur ki, işçisi Lalə gözəllik salonunu xx.xx.2020-ci il tarixdə təxminən saat 20:30-da bağlayıb getmişdir. Hazırda da, gözəllik salonunu işlədir. Salondan baş vermiş oğurluqdan sonra müştərisi Şahid5 ondan oğurlanmış pullarının ödənilməsini tələb etmişdir. O, məcbur olub Nərgizə 1500 ABŞ dolları, 500 avro və 122 manat pulu özündən ödəmişdir. Hazırda bütün zərərlər ona dəymişdir. Ona dəymiş maddi zərər ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, "xxxx" MMC-ni təsis edərək həmin şirkətin direktoru kimi fəaliyyət göstərmişdir. Təxminən 2 ildir ki, həmin şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2075 ünvanında yerləşən mağazası var. 15 fevral 2020-ci il tarixdə təxminən saat 18 radələrində o, mağazanı bağlayaraq evinə getmiş, növbət gün, yəni 16 fevral 2020-ci il tarixdə səhər təxminən saat 07:30 radələrində mağazaya gəldikdə mağazanın aliminum materialdan olan giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal mağazaya daxil olub mağazanın kassasının dolabının açıq olduğumu 100 manat nağd pulun, üzərində 5 manat dəyərində ***-***-**-** mobil nömrə olan 300 manat dəyərində bir ədəd "Huavei Honor 8" markalı mobil telefonun yerində olmadığı, oğurlandığını başa düşüb DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Aradan az bir vaxt keçmiş polis əməkdaşları hadisə yerinə çəlib baxış keçirmişlər. Sonra o, mağazada quraşdırılmış təhlükəsizlik kamerasına baxdıqda kameranın görüntüsündən məlum olmuşdur ki, mağazaya iki yeniyetmə oğlan oğurluğa girərək mağazadan 100 manat pulu və mobil telefonu oğurlamışlar. Hazırda ona dəyən ziyanın dəyəri ödənilməsə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 50 F ünvanında yerləşən binanın gözətçisi işləyir. Həmin binada müxtəlif obyektlər yerləşir. Zərərçəkmiş şəxs3 məxsus “Ariston” mağazası da, həmin binada yerləşir. 25 fevral 2020-ci il tarixə keçən gecə saat 03:15 radələrində binanın ətrafında gəzinib obyektlərə nəzarət edərkən “Ariston” mağazasının qarşısında içəri tərəfdə iki nəfər dayandığını görmüşdür. O, mağazaya yaxınlaşanda həmin iki nəfər mağazadan cəld çıxıb həmin yerdən qaçıb uzaqlaşmışlar. Həmin iki nəfərdən birinin başında papaq, digəri isə papaqsız olmuşdur. O, dərhal mağazanın sahibi Elvinə zəng edib mağazasına iki nəfər girdiyini, mazanın qapısı açıq olduğunu demişdir. Elvin ona qapını örtməsini özü isə sabah gələcəyini demişdir. Səhər saat 08 radələrində Elvin mağazaya gəlib müəyyən etmişdir ki, həmin şəxslər mağazada olan kassadan 2.900 manat pul oğurlamışdır. Bundan sonra mağazanın işçisi Anar DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun kiçik qardaşıdır. Onun mobil telefonu olmadığına görə 2019-cu il tarixdə qarcaşı Aydın ona ekranı sınıq vəziyyətdə olan ağ rəngi «Redmi 6A» markalı mobil telefon vermişdir ki, özünə məxsus telefondur istifadə etsin. O, həmin telefonun üzərinə işlədiyi şirkətə məxsus 070 ilə başlayan xatırlamadığı nömrəni taxıb istifadə etmişdir. Təxminən 1 aydan sonra işlədiyi «Bolt» şirkətinə məxsus motosikileti ilə yol qəzası törədib xəsarət almış və həmin telefon da, yol qəzasında sınıb yararsız vəziyyətə düşmüşdür. O, sonra özünə başqa telefon və hazırda istifadə etdiyi mobil nömrəni öz adına alıb işlətməyə başlamışdır. Qardaşı Aydın ona verdiyi mobil telefonu oğurlaması barədə bir söz deməmişdir. O da, həmin telefonun oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, şahid qismində çağırılmış Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid9 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş oldugu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs4 oğurladığı **********42023, **********42031 və **********13474 İmei kodlu “XİOMİ" A6 markalı mobil telefon qardaşı Şahid7 verməsi və sonuncu həmin telefon üzərində adına olan ***-***-**-** mobil telefon nömrəsini istifadə etməsi "xxxx" Təlekom MMC-yə və "xxxx"MMC-yə edilmiş sorğuya cavab əsasında müəyyən edilmişdir.Həmin telefon Şahid7 olundan Nərimanov RPİ-in 18-ci PŞ-nin əməkdaşı tərəfindən alınaraq istintaqa təqdim olunmuşdur. Maddi sübut kimi tanıma haqqında 08 noyabr 2019-cu il tarixli qərarına əsasən “XİOMİ" A6 markalı mobil telefonu maddi sübut kimi tanıyaraq saxlanılması üçün Zərərçəkmiş şəxs1 qəbzlə qaytarılmışdır. “Diskdə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu iş tarixli protokoldan görünür ki, 16 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 21 ünvanda yerləşən “Ocaq Üstü" kafesinə daxil olmaları, kafe dən iki ədəd “Redmi 6A” markalı mobil telefon və kassa aparatından 155 manat pul oğurladıqları aydın görünür.Təqsirləndirilən şəxs4 da, etiraf edərək görüntüdə olan iki nəfərdən birinin o, digərinin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Maddi sübut kimi tanıma haqqında 23 dekabr 2019-cu il tarixli qərarla “Ocaq Üstü" kafesinə baş vermiş oğurluq hadisəsinin gprüntülərini əks etdirən disk maddi sübut hesab edərək istintaq materiallarına əlavə etmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iştirakları ilə CD diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin diskdə olan görüntüdə ünvan 9 ünvanında yerləşən “TT Fight” adlı idman kulubun qabaq ön hissəsi, yəni giriş qapısı görünür. İki nəfər giriş qapısını açmaq üçün aşağı əyilmiş vəziyyətdə görünürlər. Təqsirləndirilən şəxs4 və Rəhman Dadaşov görüntüyə baxıb bildirmişlər ki, görüntüdə olan iki nəfər onlardır və qapını açıb içəri oğurluğa keçməyə cəhd edirlər.Giriş qapısını açıb onların ikisi də, içəri daxil olurlar.İçəri daxil olarkən başında papaq olan Təqsirləndirilən şəxs3dır, cibindən mobil telefon çıxarıb fanarını yandırıb ətrafı işıqlandıran isə Təqsirləndirilən şəxs4dur.Aydın əlində olan mobil telefonla işıq salır Rəhman isə siyirmədən 1.125 manat pulu, stolun üstündən “Samsung A3" markalı mobil telefonu oğurlayır. Bundan sonra Aydın və Rəhman kulubu tərk edərkən stola söykənmiş vəziyyətdə olan velosipedi götürərək oranı tərk edirlər. Həmin disk maddi sübut hesab edilərək istintaq materiallarına əlavə edilmişdir. “Diskdə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, ünvan 28 ünvanda yerləşən “TT Fight” adlı idman klubun qarşısında xx.xx.2020-ci il tarixdə saat 06:08 dəqiqədə baş verən ogurluq hadisəsi ilə əlaqədar diskə baxış zamanı aşağıdakılar müəyyən edildi: bir ədəd CD-R” fomatlı ağ rəngli disk mövcuddur. Həmin videofayl açıldıqda ünvan 28 Arvanda yerləşən “TT Fight” adlı idman klubun qabaq ön hissəsi, yəni, giriş qapısı görünür. Bir nəfər şəxs giriş qapısını açmaq üçün yerə əyilmiş vəziyyətdə olduğu görsənir. Təqsirləndirilən şəxs3 görüntüyə baxıb bildirdi ki, onlardan biri özü,yəni, Təqsirləndirilən şəxs3, ikinci şəxs isə Təqsirləndirilən şəxs4 ilə birlikdə TT fight idaman klubunun giriş qapısını açmağa cəhd edirlər. Giriş qapı açıldıqdan sonra hər iki şəxs içəriyə daxil olurlar. İdman klubuna daxil olan zaman başında papaq olan şəxs özüdür. Təqsirləndirilən şəxs4 başında papaq yoxdur və idman klubunun içərisində olan zaman Aydın cibindən mobil telefon çıxarıb telefonun işığını yandırır və onunla birlikdə orada olan stola yaxınlaşır. Təqsirləndirilən şəxs4 əlindəki olan mobil telefonun işığı ilə işıq salır o, özü isə siyirmədən 1125 (bir min iyirmi yüz) manat pulu və stolun üzərində olan “Samsung A 3” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Bundan sonra Aydın və Rəhman klubu tərk edən zaman stola söykənilmiş vəziyyətdə olan velsipedləri götürərək oranı tərk etmələri müşahidə olunur. Oğurluq olmuş ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus "Ariston” istilik sistemləri mağazasının kamera görüntüsü 1 ədəd diskə köçürülərək istintaq materiallarına əlavə olunmuşdur.Həmin diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirərkən əynində qara jilet olan şəxsin olduğunu, digər başında papaq (kepka) əyinində boz cins gödəkçə, olun şəxs isə Təqsirləndirilən şəxs4 olduğunu bildirmişdir.Hər ikisi 25 fevral 2020-ci il tarixdə saat 03:15 radələrində şüşədən olan giriş qapısını açıb içəri keçdikləri, Hüseynin qabaq masasına sinərək yaxınlaşıb ətrafa baxa-baxa masanın dolablarına bir-bir açıb baxdığı, dolabdan nəsə götürüb cibinə qoyması aydın görünür.Növbəti faylda saat 03:22:55-də Təqsirləndirilən şəxs4 sol əlində parlaq avtomobil şininin açarı gəlib masanın sağ tərəfində olan sənədlər üçün nəzərdə tutulmuş rəfin qapısını açıb içərisində olan seyfin qapısını açmağa cəhd etməsi, Hüseynin dolabdan topa açar götürüb ona verməsi, Aydının həmin açarları bir-bir seyfin kilidinə salıb açmağa gəhd etməsi, həmin vaxt onlar səs eşidib dayanaraq aşağı əyilib gizlənmələri, sonra isə bir-bir qapıya doğru getmələri və saat 03:25-də otaqdan qaçaraq çıxmaları görünür. Maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərarla “TT Fight” adlı idman klubunda baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən disk maddi sübut hesab edərək istintaq materiallarına əlavə etmişdir. Hadisə yerindən götürülmüş əl-barmaq izləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixli 011-639-1220 nömrəli cavabda, ünvan 29 ünvanında vətəndaş Zərərçəkmiş şəxs2 işlətdiyi “TT Fight Culub"dan götürülmüş əl-barmaq izlərindən 02 ədədi Təqsirləndirilən şəxs4 sol əlinin orta barmağı və sağ əlinin ovuc əksləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Oğurluq olmuş ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus "Ariston” istilik sistemləri mağazasının kamera görüntüsü 1 ədəd diskə köçürülərək istintaq materiallarına əlavə olunmuşdur. Həmin diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. “qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oglu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 25 fevral 2020-ci il tarixdə ünvan 30 ünvanında vətəndaş Zərərçəkmiş şəxs3 məxsus "Ariston” mağazasından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 1 ədədi Təqsirləndirilən şəxs4 sağ əlinin ovuc əksi ilə, 1 ədədi isə Şahid9 Sehra ı oğlunun sağ əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. Oğrluğun baş verliyi “Metak” tikinti materialları mağazasında quraşdırılmış kamera görüntüsü 1 ədəd CD disk götürülmüşdür. “Diskdə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin diskə A.Hüseynovun iştirakı ilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs4 görüntüdə olan iki nəfərdən biri onun özü, digəri isə Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərarla “Metak” tikinti materialları mağazasında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən disk maddi sübut hesab edərək istintaq materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqat idarəsinin xx.xx.2020-ci il tarixli 011-2806-1220 nömrəli cavab məktubundan görünür ki, ünvan 31 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi “Jamila Studio1’ gözəllik salonundan götürülmüş əl barmaq izlərindən 01 ədəd əl-barmaq izi Təqsirləndirilən şəxs4 sağ əlinin adsız barmağının əksi ilə eynilik təşkil edir. Məhkəmə-daktiloskopik ekspertizasının 13 mart 2023-cü il tarixli 23/211 nömrəli rəyi ilə müəyyən edilmişdir: 1. xx.xx.2020-ci il tarixdə ünvan 32 ünvanında Zərərçəkmiş şəxs2 işlətdiyi “TT Fight" adlı kulubda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müauinəsi zamanı götürülmüş 01 ədəd kağız parçasının üzərində yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2078 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi "xxxx" MMC generator və avadanlıqları mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müainəsi zamanı götürülmüş 05 ədəd kağız parçasının üzərinə yapışdırılmış 05 ədəd müxtəlif ölçüdə şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 03 ədəd əl-barmaq izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 9 ünvanında yerləşən X2 icarə əsasında işlətdiyi Jamila Studio” gözəllik salonunda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 13 ədəd kağız parçasının üzərinə yapışdırılmış 13 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. xx.xx.2022- ci il tarixdə ünvan 35 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Ariston” istilik sistemlər mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd müxtəlif ölçüdə şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. xx.xx.2020-ci il tarixdə ünvan 36 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi “Savalan”'aptekdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd müxtəlif ölçüdə şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. xx.xx.2020-ci il tarixdə ünvan 37 ünvanında Zərərçəkmiş şəxs2 işlətdiyi “TT Fight” adlı kulubda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müahəsi zamanı götürülmüş əl izlərindən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl izi xx.xx.2002-ci ildə Rusiya Federasyasında anadan olmuş Təqsirləndirilən şəxs4 sağ əlinin orta barmağı və sağ əlinin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2:)75 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi “Abşeron” Monina” MMC generator və avadanlıqları mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müainəsi zamanı götürülmüş əl izlərindən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1999-cu ildə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sal əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 40 ünvanırda yerləşən Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi “Jamila Studio” gözəllik salonunda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq işi xx.xx.2002-ci ildə Rusiya Federasyasında anadan olmuş Təqsirləndirilən şəxs4 sağ əlinin ad;;ız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 25 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus "Ariston” istilik sistemləri mağazasından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl izi xx.xx.2002-ci ildə Rusiya Federasyasında anadan olmuş Təqsirləndirilən şəxs4 sağ əlinin ovuc əksi ilə, 01 ədəd isə xx.xx.1984-cü ildə Füzuli rayonunda anadan olmuş Şahid9 sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 41 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi “Savalan” aptekcə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinden şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl-barrraq izləri xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin böyük və sol əlinin böyük barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxslərin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KTl-nin ADİS-in məlumat bankınaa olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə-portiret ekspertizasının 10 aprel 2023-cü il tarixli 3,453 nömrəli rəyində göstərilmişdir: A) Tədqiqata təqdim edilmiş və ekspert tərəfindən “1", “3'’, "4", “5”, “6”, "7", “8”, “10", “11”, “12”, “14", “15”, “16", “17", “18” və “2" (əks olunmuş 2 şəxsdən, biri - qara geyimli və başinda beysbolkasi olan şəxs istisna olmaqla) rəqəmləri şərti olaraq işarələnmiş disklərin daxilindəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxslərin xarici görünüş anatomik elemetləri sifət cizgiləri, alnı, qaşları, gözlərin, göz qapaqları, qulaq seyvanı, sifətin ümumi konfiqurasiyası, dodaqları, ağzı, burnu, burun-dodaq süzgəci, çənəsi, burun sonluğu, burun əsası, burunüstü hissəsi, yanaqları) tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdırlar. B) Tədqiqata təqdim edilmiş və ekspert tərəfindən şərti olaraq “2" rəqəmi ilə işarələnmiş diskin daxilindəki videogörüntülərdə əks olunmuş və xarici görünüşünün anatomik elementləri eyniləşdirilmə tədqiqatı üçün yararlı olan (qara çeyimli və başında kepkası olan) şəxsin və müqayisəli material qismində təqdim edilmiş, “Təqsirləndirilən şəxs4”, “Təqsirləndirilən şəxs1” və “Təqsirləndirilən şəxs3” adlı qovluqların daxilindəki fotoşəkillərdə ayrı-ayrı şəxslər əks olunmuşdur. C) Tədqiqata təqdim edilmiş və ekspert tərəfindən şərti olaraq “9” rəqəmi ilə işarələnmiş diskin daxilindəki videogörüntülərdən çəkilmiş fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxslərin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin lam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu eyniləşdi mə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir.Tədqiqata təqdim edilmiş və ekspert tərəfindən şərti olaraq “9” rəqəmi ilə işarələnmiş diskin daxilində videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxslərdən- əynində ağımtıl rəngli şalvar və qarımtıl rəngli ayaqqabısı olan şəxsin xarici görünüşünün qismən əks olunnuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş “Təqsirləndirilən şəxs4" adlı qovluğun daxilindəki 18 ədəd fotoşəkillərdə və 1 (bir) ədəd videogörüntülərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Digər əynində qarımtıl cins şalvar və ağımtıl ayaqqabısı olan şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş “Təqsirləndirilən şəxs1” adlı qovluğun daxilindəki 16 ədəd fotoşəkillərdə və 2 (iki) ədəd videogörüntülərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş və ekspert tərəfində "9" rəqəmi ilə işarələnmiş diskin daxilində videogörüntülərdən çıxarılmış - əynirdə ağımtıl rəngli şalvar və qarımtıl rəngli ayaqqabı olan şəxsin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş “Təqsirləndirilən şəxs4” daxilindəki fotoşəkillərdə və videogörüntüdə eyni bir şəxsin; digər əynində qarımtıl rəngli cins şalvar və ağımtıl rəngli ayaqqabısı olan şəxsin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş “Təqsirləndirilən şəxs1" adlı qovluğun daxilindəki fotoşəkillərdə və videogörüntüdə eyni bir şəxsin əks olunması istisna olunmur. D) Tədqiqata təqdim edilmiş və ekspert tərəfindən şərti olaraq “13” rəqəmi ilə işarələnmiş diskin daxilindəki videogörüntülərdən çəkilmiş fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin (əynində qarımtıl rəngli gödəkçə və qarımtıl rəngli beysbolkası olan) xarici görünüşün.ın müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Tədqiqata təqdim edilmiş və ekspert tərəfindən şərti olaraq “13" rəqəmi ilə işarələnmiş diskin daxilində videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxslərdənəynində qarımtıl rəngli gödəkçə və qarımtıl rəngli beysbolkası olan şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş “Təqsirləndirilən şəxs4” adlı qovluğun daxilindəki 18 ədəd fotoşəkillərdə və 1 (bir) ədəd videogörüntülərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Təqdim edilmiş və ekspert tərəfində “13” rəqəmi ilə işarələnmiş diskin daxilində videogörüntülərdən çıxarılmış- əynində qarımtıl rəngli gödəkçə və qarımtıl rəngli beysbolkası olan şəxs ı fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş “Təqsirləndirilən şəxs4" daxilindəki fotoşəkillərdə və videogörüntüdə eyni bir şəxsin əks olunması istisna olunmur. E) Tədqiqata təqdim və ekspert tərəfindən şərti olaraq “13” rəqəmi ilə işarələnmişdiskin daxilində videogörüntülərdən çıxarılmış - əynində qarımtıl rəngli kofta və qarımtıl rəngli şalvaı olan şəxsin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş, “Təqsirləndirilən şəxs1” adlı qovluğun daxilindəki fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 320 manat təşkil edir) Məhkəmə-fonoskopik ekspertizasının 14 aprel 2023-cü il tarixli 4/393 nömrəli rəyi ilə müəyyən edilmişdir: Ekspertizaya təqdim edilmiş 18 ədəd DVD diskdə olan mübahisəli videofonoqramlarda aparılmış tədqiqatlar nəticəsində kadırlararası və kadırdaxili montaj, kəsilməzliyin ( davamlılığın) pozulması, pozma, buraxma, əlavə etmə kimi montaj əlamətləri müəyyən edilmədi.Mübahisəli videofonoqramların qeydə alındığı yazı qurğusu ekspertiza tədqiqatına təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. (Ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər dəfələrə məhkum olunmuşdur. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(007)-66/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 3 (üç) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və Təqsirləndirilən şəxs3 hazırda cəza çəkməkdə olması nəzərə alınmıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər dəfələrə məhkum olunmuşdur. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(103)-1208/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs4 üzərində saxlanılmış 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 02 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs4 hazırda cəza çəkməkdə olması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrə məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 66.5 maddəsinə əsasən qəti olaraq 05 (beş) il 03(üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs2 üzərində 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 1(012)-180/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.2 maddəsi ilə irəli sürülən ittiham Azərbaycan Respublikası CM-nin 185.1 -ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən CM-nin 185.1, 326.2-ci maddələri üzrə əməlləri də daxil olmaqla 25 epizod üzrə Təqsirləndirilən şəxs2 tərətidyi cinayət əməllərinin 18-i üzrə, yəni xx.xx.2019-cu il tarixdə törətdiyi cinayət əməli də daxil olmaqla həmin tarixədək olan əməllər üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hal-hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 24 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrə məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 ay 27 gün AR CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökm icraatlarına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cəzasının sonu xx.xx.2024-cü ildir. Cəzasının 01 il 05 ay 15 gününü çəkmişdir, çəkilməmiş qalan hissə 06 ay 21 gündür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsinə əsasən- Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. CM-in 180.2.1-180.2.3-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-in 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn, oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs4 əməlləri CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2, 180.2.3-cü maddələri ilə; Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1,177.2.2, 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs4 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2, 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar toplanmalı, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə toplanmaqla ona qəti cəza təyin edilməli, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə toplanmaqla ona qəti cəza təyin edilməli, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-180/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar toplanmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 180/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hazırki hökmlə təyin edilmiş cəza ilə toplanmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalı, ekspertiza tədqiqatının dəyərləri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut oğurluq hadisələrini özündə əks etdirən dikslər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili X9 oglunun sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə ilə təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs4 4(dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 5(beş) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 2(iki) il 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 4 (dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, ona 2(iki) il 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-180/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 üzərində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-180/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona 4 (dörd) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ümumilikdə 10 ay 26 gün müddət təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 3(üç) il 4(dörd) ay 4(dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 440 (dörd yüz qırx) manat Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Maddi sübut xx.xx.2019-cu il tarixdə ünvan 42 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Ocaq üstü" kafesindən oğurlanmış 2 ədəd "Redmi 6A" markalı mobil telefonlardan aşkar edilərək sahibinə 1 ədəd mobil telefonun qaytarılması nəzərə alınsın. Maddi sübut “Ocaq Üstü” kafesində quraşdırılmış kameradan götürülmüş oğurluq hadisəsinin görüntüsü əks olunmuş 1 ədəd DVD disk, ünvan 9 ünvanında yerləşən “TT Fight" idman kulubunda quraşdırılmış kameradan götürülmüş oğurluq hadisəsinin görüntüsü əks olunmuş 1 ədəd DVD diski, ünvan 16 ünvanında yerləşən “Ariston" istilik sistemləri mağazasında quraşdırılmış kameradan götürülmüş oğurluğun görüntüsü əks olunmuş 1 ədəd DVD diski, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2062-2072 ünvanında yerləşən “Metak" tikinti materialları satışı mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar mağazada quraşdırılmış kameradan oğurluq hadisəsinin görüntüsü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılır. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 oglu tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X9 oglu tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 48 (qırx səkkiz) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-280/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-280/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver