Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-280/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu İsmayılbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 yanvar 2025-ci il tarixdə saat 20:20 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs “Geely” markalı **-AN-*** dövlət nömrə nişanlı avtomobilinin sükan arxasına əyləşdiyini görüb, avtomobilə yaxınlaşıb arxa sol qapısını açıb salona daxil olaraq avtomobilin arxa oturacağının üzərindən Zərərçəkmiş şəxs gözü qarşısında sonuncuya məxsus içərisində 33 manat 45 qəpik pul vəsaitləri, xarici pasport, şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-nə aid 5243-7544-4299-7712 nömrəli bank kartı, "xxxx" ASC-nə aid olan 4169- 7388-6961-7211 nömrəli plastik bank kartı, 90 manat dəyərində “Mavi” markalı pul qabı,1 ədəd 80 manat dəyərində “Loreal” markalı tonal kremi, 01 ədəd 160 manat dəyərində “NYC” markalı dodaq boyası, 01 ədəd 45 manat dəyərində “Bota” markalı qaş boyası, 850 manat dəyərində 01 ədəd “Airpods Pro” markalı qulaqcıq olan 850 manat dəyərində “TOMMY HİLFİGER” markalı əl çantasını götürüb hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs əmlakını açıq talayaraq ona ümumilikdə 1.108,45 (iki min yüz səkkiz manat, qırx beş qəpik) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə olan zaman “Bolt” şirkətində kuryer işləmişdir, hazırda Ağdam Xankəndi ərazisində fəhlə işləyir. Son zamanlar maddi vəziyyəti yaxşı olmadığına görə oğurluq və ya başqa yollarla pul əldə etmək fikrinə düşmüşdür. Kuryer işlədiyi zaman “Salam Baku” restoranına maddi imkanı olan müştərilərin gəlib-getdiyini müşahidə edərək qərara gəlmişdir ki, həmin şəxslərin hər hansı birindən pul ələ keçirsin. Bu məqsədlə bir neçə gün ərzində həmin restoranın qarşısında dayanıb müşahidələr aparmış, həmin əməli törətmək üçün əlverişli vəziyyət axtarırmış. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həmin restoranın qarşısında dayanıb müşahidə apardığı zaman iki nəfər qadının avtomobildən düşərək restorana daxil olduqlarını görmüşdür. Həmin qadınlardan birinin əlində qara rəngli çanta var imiş. Zənn etmişdir ki, həmin çantada müəyyən məbləğdə pul ola bilər. Qərara gəlmişdir ki, həmin şəxslərin restorandan çıxmasını gözləsin və şərait yaranan zaman həmin qadının əlində olan çantanı ələ keçirsin. Bir müddət sonra həmin qadınlar restorandan çıxaraq avtomobilə doğru getmiş, o, da sonuncuların ardınca getmişdir. Onlar avtomobilə əyləşdikləri zaman o, da həmin avtomobilin arxa sol qapısını açmışdır. O, dərhal avtomobilin arxa oturacağının üzərində olan həmin qadına məxsus çantanı götürərək avtomobildən düşmüş və qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Bu zaman görmüşdür ki, həmin qadın onun dalınca qaçır və avtomobil yolunu keçmək istədikdə səkinin kənarında ilişib yıxılmış, bu zaman çanta əlindən yerə düşmüşdür. Həmin vaxt artıq görmüşdür ki, həmin qadın gəlib ona çatdığına görə çantanı ələ keçirə bilməyəcək və yolu keçib oradan uzaqlaşmağa başlamışdır. Növbəti gün polis əməkdaşları onu yaşadığı ünvanda saxlayaraq polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında(videokonfrans vasitəsilə)zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, rəfiqəsi Şahid ilə birlikdə Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən “Salam Baku” adlanan restorana gəliblər. Təxminən saat 20:20 radələrində onlar restorandan çıxmış və restoranın yaxınlığında saxladığı özünə məxsus “Geely” markalı **-AN-*** d.q.n-lı avtomobilə əyləşmiş, bu zaman arxa sol oturacağın qapısı açılmış və avtomobilə bir nəfər şəxs əyləşərək, arxa oturacağın üzərində qoyduğu özünə məxsus 01 ədəd əl çantasını götürərək avtomobili tərk edib uzaqlaşmağa başlamışdır. Bu zaman o, dərhal avtomobildən düşərək həmin şəxsin dalınca qaçmış və avtomobil yolunun ortasında həmin şəxsin səkiyə ilişib yıxıldığını görmüş, bu zaman çanta yerə düşmüş və həmin şəxs qaçaraq oradan uzaqlaşmağa başlamışdır. O, isə çantanı yerdən götürərək dərhal 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin çanta “Tommy Hilfiger” markalıdır, onu təxminən 2 il bundan əvvəl “Gənclik Mail” ticarət mərkəzində yerləşən “Tommy Hilfiger” mağazasında 850 manata almışdır. Həmin zaman çantasında 33 manat 45 qəpik pul vəsaitləri, özünə məxsus xarici pasport, şəxsiyyət vəsiqəsi, "xxxx" ASC- nə aid 5243-7544-4299-7712 nömrəli bank kartı, tanışı Almaz Musayevaya məxsus "xxxx" ASC-nə aid olan 4169-7388-6961- 7211 nömrəli bank kartı və vizit kartı olan “Mavi” markalı 90 manat dəyərində pul qabı, 1 ədəd 80 manat dəyərində “Loreal” markalı tonal kremi, 1 ədəd 160 manat dəyərində “NYC” markalı dodaq boyası, 1 ədəd 45 manat dəyərində “Bota” markalı qaş boyası və təxminən 2 ay bundan əvvəl ona hədiyyə olunmuş 1 ədəd cərəyanötürücü qutuda olan 850 manat dəyərində 1 cüt “Airpods Pro” markalı qulaqcıqlar var imiş. Həmçinin zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, ona qarşı iddia və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən “Salam Baku” adlanan restorana gəlmişlər. Təxminən saat 20:20 radələrində onlar restorandan çıxmış və restoranın yaxınlığında saxlanılmış Nazlıya məxsus avtomobilə əyləşmişlər. Bu zaman arxa sol oturacağın qapısı açılmış və avtomobilə bir nəfər şəxs əyləşərək avtomobilin arxa oturacağının üzərindən Nazlıya məxsus 1 ədəd əl çantasını götürərək avtomobili tərk edib uzaqlaşmağa başlamışdır. Bu zaman Nazlı dərhal avtomobildən düşərək həmin şəxsin dalınca qaçmış və avtomobil yolunun ortasında həmin şəxsi səkiyə ilişib yıxılmışdır, daha sonra Nazlı yerə düşmüş çantasını götürərək avtomobilin yanına qayıtmışdır. Bundan sonra Nazlı dərhal 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus həmin çanta qara rənglidir və üzərində “Tommy Hilfıger” markalanma nişanı vardır. Çantanın içərisinə baxış zamanı orada içərisində 33 manat 45 qəpik pul vəsaitləri, Zərərçəkmiş şəxs məxsus xarici pasport, şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-nə aid 5243-7544-4299-7712 nömrəli bank kartı, Almaz Musayeva adlı şəxsə məxsus "xxxx" ASC-nə aid olan 4169-7388-6961-7211 nömrəli bank kartı və “Zolotaya Korona” adlanan pul köçürmə xidmətinə aid vizit kartı olan 1 ədəd “Mavi” markalı qara rəngli pul qabı, 1 ədəd “Loreal” markalı tonal kremi, 1 ədəd “NYC” markalı dodaq boyası, 1 ədəd “Bota” markalı qaş boyası və 1 ədəd cərəyanötürücü qutuda olan 1 cüt “Airpods Pro” markalı qulaqcıqların olduğu aşkar edilərək götürülmüşdür. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 22:25-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSYdən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 18 fevral 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 aprel 2025-ci il tarixli 9/1405 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2025ci ilin yanvar ayına olan orta bazar qiyməti 01 ədəd üzərində TOMMY HİLFİGER yazıları olan qara rəngli əl çantası-70,00 manat, 01 ədəd üzərində MAVİ yazısı olan qara rəngli pul kisəsi-5,00 manat, digər malların qiymətlərinə dair məlumat əldə etmək mümkün olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağəllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarmda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” 21 may 2025-ci il tarixli qəraradan görünür ki, Zərərçəkmiş şəxs məxsus “TH” brendinə məxsus çantanın içərisində, “Meri” brendinə məxsus pul kisəsi, 01 ədəd və “Zolotaya Korona” adlanan transfer kartı 02 ədəd 50 qəpik, 04 ədəd 10 qəpik, 01 ədəd 5 qəpik, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 01 manatlıq pul əskinazı,sellofanın içərisində olan “Loreal” firmasına məxsus 01 ədəd tanalnı və qupkası, 01 ədəd “Bote” firmasına məxsus qaş sabitliyici və şotkası “NYX” firmasına məxsus 01 ədəd pamada, 01 ədəd “simsiz qulaqcıq” və 01 ədəd “Yaş salfetka” maddi sübut kimi tanınmış və zərərçəkmişə saxlanması üçün verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – “TH” brendinə məxsus çantanın içərisində, “Meri” brendinə məxsus pul kisəsi, 01 ədəd və “Zolotaya Korona” adlanan transfer kartı 02 ədəd 50 qəpik, 04 ədəd 10 qəpik, 01 ədəd 5 qəpik, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 01 manatlıq pul əskinazı, sellofanın içərisində olan “Loreal” firmasına məxsus 01 ədəd tanalnı və qupkası, 01 ədəd “Bote” firmasına məxsus qaş sabitləyici və şotkası “NYX” firmasına məxsus 01 ədəd pamada, 01 ədəd “simsiz qulaqcıq” və 01 ədəd “yaş salfetka”nın zərərçəkmişə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam və Xankəndi rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Maddi sübut kimi tanınan “TH” brendinə məxsus çantanın içərisində, “Meri” brendinə məxsus pul kisəsi, 01 ədəd və “Zolotaya Korona” adlanan transfer kartı 02 ədəd 50 qəpik, 04 ədəd 10 qəpik, 01 ədəd 5 qəpik, 01 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 02 ədəd 01 manatlıq pul əskinazı, sellofanın içərisində olan “Loreal” firmasına məxsus 01 ədəd tanalnı və qupkası, 01 ədəd “Bote” firmasına məxsus qaş sabitləyici və şotkası “NYX” firmasına məxsus 01 ədəd pamada, 01 ədəd “simsiz qulaqcıq” və 01 ədəd “Yaş salfetka”nın zərərçəkmişə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçins sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-280/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-280/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver