Məhkəmə qərarları › İş №1(005)-281/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-281/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-281/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxsdə böyük elmi işçi (həkim-kardioloq ixtisası üzrə) vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Qarayev adına olan küçədə nömrəsiz evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2003-cü il tarixdən 12 oktyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutunun 1-ci Klinik Kardiologiya şöbəsinin müdiri (həkim kardioloq) vəzifəsində işləyərkən Azərbaycar Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını, kardiologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri, öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri, tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərrıək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitarmaarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də Bakı şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü Şahid4 əlilliyə görə maddi yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 02 fevral 2017-ci il tarixdə özünə müraciət etmiş Şahid4 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 1 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid4 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 21 fevral 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 542 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid4 “ürək çatmamazlığı İİİ funksional sinif” xəstəliyinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnozun ağırlaşma hissəsinə “ürək çatmamazhğı İİİ f.s.” kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid4 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə qeyd edərək vəzifə saxtakarlığı törətməklə, həmçinin Şahid4 30 avqust 2017-ci il tarixdə təkrarən özünə müraciət etməsi nəticəsində sonuncunun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə Şahid4 faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 1 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında sonuncu barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 20 sentyabr 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 3207 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid4 ürək çatmamazhğı İİİ funksional sinif və hidroperikard xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnozun ağırlaşma hissəsinə “ürək çatmamazhğı İİİ f.s., hidroperikard” kimi bilə-bilə yalan diaqnozları, həmçinin Şahid4 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ və rentgen müayinələrinin biləbilə yalan nəticələrini vahid şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə qeyd edərək vahid niyyətlə vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizləri Şahid4 təqdim etdikdən sonra sonuncunun həmin epikrizləri 2017-ci ilin dekabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid4 həmin diqnozların olduğuna qeyd edilən epikrizlərə istinadən əmin olub 19 dekabr 2017-ci il tarixli 4384003AACEX nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “durğunluq ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ f.s. (NYHA), perikardial (qeyri-iltihabi) eksudat, hidroperikard” diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid4 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya 2018-cı ilin fevral ayından 2322-ci ilin may ayına qədər olan müddətdə 11.594,12 manat (on bir min beş yüz doxsan dörd manat on iki qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar ozü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 15 fevral 2017 ci il tarixdə özünə müraciət etmiş Bakı şəhər sakini 01,06.1966-cı il təvəllüdlü Şahid5 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 1 ünvanında yerləşən Akademik C.M. Abdullayev adına X2 inzibati binasında Şahid5 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək 09 mart 2017-ci il tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 650 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid5 ürək çatmamazlığı İİİ funksional sinif, ekstrasistolik aritmiya xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnozun ağırlaşma hissəsinə "ürək çatmamazlığı lil f.s., ekstrasistolik aritmiya” kimi biləbilə yalan diaqnozu, həmçinin Şahid5 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ, rəngli doppler Exo və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək axıntılı printerdə kağız daşıyıcıda çıxardıb təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid5 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin mart ayında "xxxx" MMC-nin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid5 həmin diaqnozların olduğuna qeyd edilən epikrizə istinadən əmin olub 29 mart 2017-ci il tarixli 4384003AABL nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində "digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya, sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı İİİ f.s." diaqnozları daxil edilib təsdiq edilərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövıət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid5 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci ıl tanxli qərar verilməsi nəticəsində sonuncuya həmin tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 10.696,36 manat (on min altı yüz doxsan altı manat otuz altı qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarırın yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə ecıərək Akademik C.M.Abdullayev adına X1 1-ci Klinik Kardiologiya şöbəsində stasionar müalicə alması üçün 22 aprel 2017-ci il tarixdə özünə müraciət etmiş Xaçmaz rayon sakini xx.xx.1962-ci il təvəllüdlü Şahid6 barəsində, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə ünvan 1 ünvanında yerləşən Akademik C.M.Abdullayev adına X1 inzibati binasında Şahid6 barəsində laborator və instrumental müayinələr aparmadan sonuncunu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə stasionar qaydada müayhə və müalicə edərək 12 may 2017-ci ıl tarixdə qeyd edilən İnstitutun inzibati binasında yerləşən xidməti otağında rəsmi sənəd hesab edilən 1713 nömrəli, xx.xx.2017-ci il tarixli epikrizə Şahid6 ÜİX, stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (transmural miokard infarktı), ürək çatmamazlığı İİİ funksional sinif, ekstrasistolik aritmiya xəstəliklərinin olmamasına baxmayaraq həmin epikrizin əsas diaqnoz hissəsinə “ÜİX, stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (transmural miokard infarktı)" və ağırlaşma hissəsinə "ürək çatmamazlığı İİİ f.s., ekstrasistolik aritmiya" kimi bilə-bilə yalan diaqnozu, həmçinin Şahid6 exokardioqrafiyadan və rentgendən keçirilməməsinə baxmayaraq EKQ, ExoKQ, rəngli doppler Exo və rentgen müayinələrinin bilə-bilə yalan nəticələrini şəxsi niyyətlə işlədiyi institutun istintaqa məlum olmayan cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə kompüterdə qeyd edərək təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta epikrizi Şahid6 təqdim etdikdən sonra sonuncunun həmin epikrizi 2017-ci ilin iyun ayında "2 saylı Bakı Dəmir Yolu Poliklinikası” MMC-nin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid6 həmin diaqnozların olduğuna qeyd edilən epikrizə istinadən əmin olub 10 iyun 2017-ci il tarixli 4384003AABW4 nömrəli elektron göndərişə əsas diaqnozu qismində “Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ f.s.", əsas diaqnozun ağırlaşması qismində “digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya, sol mədəcik çatmamazlığı, ürək çatmamazlığı İİİ f.s." diaqnozları daxil edilib təsdiq edilərək həmin göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməklə Şahid6 beş il müddətə, yəni xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlilliyin təyini barədə xx.xx.2017-ci il tarixli qərar verilməsi nəticəsində sonuncuya həmin tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 9.002,38 manat (doqquz min iki manat otuz səkkiz qəpik) məbləğində əlilliyə görə əmək pensiyasının ödənilməsinə nail olmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə edənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelə inə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X1 (xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxs olması nəzərə alınmaqla) səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, səhiyyə sistemində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi vahid niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1983-cü ildən hal-hazıradək Elm-Tədqiqat Kardiologiya institunda həkim-kardioloq kimi işləyir. 2002- 2018-ci ilə qədər həmin institutda 1-ci klinik kardiologiya şöbəsinin müdiri vəifəsində işləmiş, 2018-ci ilin təxminən sentyabr ayında öz ərizəsi ilə həmin vəzifədən azad edilmişdir. Tibb elmləri namizədidir. 2 nömrəli Dəmiryol Poliklinikasından göndərişlə gələn xəstələr işlədiyi xəstəxanada növbəlik prinsipi ilə həkimlərə yazılırlar. Həkimlər, eləcə də onun özü xəstəni müayinə etdikdən sonra stasionar müalicənin vacibliyi müəyyən olunarsa həmin xəstə stasionar olaraq xəstəxanada qalıb müalicə alır. Bundan sonra xəstənin vəziyyətinə uyğun müalicə həkimi tərəfindən çıxarış, epikriz və ya rəy yazılır, daha sonra həmin sənəd xəstənin özünə təqdim edilir və xəstə də həmin sənədi göndərişlə gəldiyi xəstəxanaya və ya poliklinikaya təqdim edir. Ola bilər ki, xəstə göndərişlə deyil, baş vermiş ağrılar səbəbindən bir başa işlədiyi xəstəxanaya müraciət etsin, yəni göndəriş olmadan da xəstələr işlədiyi xəstəxanaya müraciət edə bilirlər. Müraciət edən xəstəyə əgər stasionar müalicə ehtiyac olmursa təqdim etdiyi digər epikrizlərə əsasən həmin xəstəyə rəy yazılır və xəstənin özünə təqdim edilir. Bunun səbəbi odur ki, xəstənin vəziyyəti ağır olmadığından stasionar olaraq onu qəbul etmirlər. Qeyd edir ki, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 542 nömrəli, 21 fevral 2017-ci il və 3207 nömrəli 20 sentyabr 2017-ci il tarixli Şahid4 dair epikrizlərin surəti təqdim edildi, həmin epikrizlər onun özü tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “həkim-kardioloq: Təqsirləndirilən şəxs”, həmçinin "Şöbə müdiri: Təqsirləndirilən şəxs" sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə hal-hazırda adını xatırlamadığı işçisi tərəfindən onun özünün diktəsi ilə yazılmışdır. Şahid4 xatırlamır, lakin epikrizlərdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 2 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Kliniki dedikdə xəstənin öz şikayəti, təziqinin ölçülməsi, təngnəfəsliyi, ayağında ödəmləri, sinəsində olan ağrılar nəzərdə tutulur, instrumental dedikdə isə kardeoqrama, exokardioqrafiya, rentgen və sair müayinələr nəzərdə tutulur. Qeyd edir ki, ona Elm-Tədqiqat Kardiologiya institunda tərtib edilmiş 1713 nömrəli, 12 may 2017-ci il tarixli Şahid6 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun özü tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni "həkim-kardioloq: QuliyevaS.F.", həmçinin “Şöbə müdiri: Təqsirləndirilən şəxs” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsi ilə hal-hazırda adını xatırlamadığı işçisi tərəfindən işlədiyi İnstitutda xidməti otağında kompüterdə tərtib edilmişdir. Şahid6 xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Qeyd edir ki, ona Eln-X7 tərtib edilmiş 650 nömrəli, 09 mart 2017-ci il tarixli Şahid5 dair epikrizin surəti təqdim edildi, həmin epikriz onun özü tərəfindən tərtib edilmişdir, aşağı hissədə, adının, yəni “həkim-kardioloq: Təqsirləndirilən şəxs”, həmçinin " Şöbə müdiri: Quliyev S.F ” sözlərinin qarşısında olan imza ona məxsusdur, yazı isə onun diktəsi ilə hal-hazırda adını xatırlamadığı işçisi işlədiyi İnstitutda xidməti otağında kompüterdə tərtib edilmişdir. Şahid5 da xatırlamır, lakin epikrizdən görünür ki, sonuncu, onun xəstəsidir, həmçinin 1 dəfə Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Epikrizdə göstərilən diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir. Əlavə olaraq qeyd edir ki, bütün epikrizləri Kardiologiya İnstitutunun inzibati binasında yerləşən xidməti otağında epikrizin sonuncu tarixində tərtib etdirmişdir. Elmi-Tədqiqat Kardiologiya institundan daxil olmuş tibbi sənədlərdə Şahid4 barəsində hər hansı İnstrumental və labarator müayinə aparılmasının görünmədiyi barədə suala cavab olaraq bildirir ki, Şahid4lə bağlı kardioqrama olsa da, EXO kardioqrafiyası yoxdur, hesab edir ki, həmin sənədlər itmişdir. Hesab edir ki, Şahid4 barəsində təyin etdiyi diaqnoz tam qanunidir, həmin vaxtı sonuncuda qeyd edilən əlamətlər olmuşdur. Şahid4 qeyd etdiyi kimi işlədiyi Kardiologiya İnstitutunda 2 dəfə stasionar müalicə almışdır. Ola bilər ki, ilk dəfəsində qeydiyatçılar tərəfindən məsuliyyətsiz yanaşılaraq xəstə qeydiyyata alınmasın. Belə hadisələr işlədiyi İnstitutda çox olmuşdur, yəni xəstə stasionar və ya ambulator müalicə almış, lakin qeydiyyatdan keçməmiş, sənədləri də itmişdir. Şahid6 təyin etdiyi diaqnozları kliniki və instrumental müayinələr nəticəsində təyin etmişdir, bununla yanaşı etiraf edir ki, Şahid6 xəstəliyini nisbətən ağırlaşdırıb yazmışdır ki, sonuncunun maddi imkanı zəifdir, onun çətin ailə vəziyyətini nəzərə almışdır ki, pensiya alsın. Bununla bağlı hər hansı maddi mənfəəti olmamışdır. Şahid6la bağlı müayinələri həyata keçirmiş, lakin həmin sənədlər itmişdir. Şahid6 qeyd etdiyi kimi işlədiyi Kardiologiya İnstitutunda stasionar müalicə almışdır. Şahid5 ilə bağlı kardioqrama olsa da, EXO kardioqrafiyası yoxdur, hesab edir ki, həmin sənədlər itmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təqsirləndirilən şəxs (mülki cavbdeh) Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 31.292,86 (otuz bir min iki yüz doxsan iki manat səksən altı qəpik) manat məbləğində maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin təmin edilməsini xahiş etdi. İttiham aktının siyahısında zərərçəkmiş şəxsin nümayəndəsi qismində göstərilmiş Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı bildirir ki, istintaqda verdiykləri məlumatları təsdiq edirlər. Üzrlü səbəbdən Bakı şəhərində olmadığından prosesdə iştirak edə bilmir. İşin onun iştirakı olmadan yekunlaşdırılmasına etiraz etmir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1989-cu ildən 2014-cü ilədək Bakı şəhərində yerləşən Poladtökmə zavodunda usta və elektrik vəzifələrində işləmişdir. Daha sonra qaraciyərində xəstəlik olduğundan 2016-cı ildə əməliyyat olmuşdur. Əməliyyat zamanı çox qan itirdiyindən bundan sonra onda ürək xəstəliyi əmələ gəlmişdir. Bununla bağlı bir çox xəstəxanalarda ambulator və stasionar müalicə almışdır. Stasionar müalicə aldığı xəstəxanalardan biri də Bakı şəhərində yerləşən Kardiologiya institutudur. Lakin həmin xəstəxanada müalicə həkiminin kim olmasını bilmir. Xəstəliklərindən sonra işləyə bilmədiyindən pensiya almaq üçün müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda vəfat etmiş atası Bayram Hacıyev o, xəstə olduğundan pensiya sənədlərinin toplanmasında, stasionar müalicə aldığı xəstəxanada epikrizin alınıb 2 saylı Bakı Dəmiryol poliklinikasına təqdim edilməsində köməklik göstərdiyindən həmin prosedurları xatırlamır. Atası ilə 2 saylı Bakı Dəmiryol poliklinikasında müayinə olunduqdan sonra pensiya almağa başlamışdır. Təxmini olaraq 2018-ci ildən pensiya alır. Bundan sonra Binəqədi rayonunda yerləşən “Beynəlxalq Bank" ASC-yə müraciət edərək aylıq müavinətin köçürüldüyü plastik kartı əldə etmiş, daha sonra bank dəyişdiyindən pensiya kartını "xxxx" ASC-dən götürmüşdür. İlk vaxtlarda təqaüdü hər ay 178 manat, son vaxtlarda isə təqaüdü hər ay üçün 260 manat olmuşdur. Hal-hazırda da təqaüdünü alır. Əlilliklə bağlı təqaüdə çıxmağı müqabilində hər hansı şəxsə hər hansı məbləğdə pul verməmişdir. Bildirir ki, ürəyində xəstəlik olduğu üçün qanuni yolla təqaüdə çıxmışdır. "xxxx" QSC-nin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol poliklinikasına sənədlərini təqdim etdikdən sonra sözügecən müəssisəyə bir daha çağırılmamış, həmçinin orada da heç kimə pul və sair maddi nemət təqdim etməmiş, heç kim də bunu ondan tələb etməmişdir İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda şahidlər Şahid2 xx.xx.2023-cü il tarixdə, Şahid6 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini qeyd edərək istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Həmçinin Şahid5 xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərində məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək ilkin ifadəsinin dəqiqliyini bir daha təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid6 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 22-23-cü vərəqələrində olan 28 dekabr 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2017-ci il ərzində Şahid4, Şahid6, Şahid5 və qeyrilərinə dair göndərişlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan 2 saylı Bakı Dəmiryol Poliklinikası tərəfindən ürək qüsurları və ya miakardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dəfə çatışmazlığı diaqnozu ilə rəsmiləşdirilmişdir. Həmçinin, həmin xəstələrin real vəziyyətinə dair göndərişin (Forma 88) status lokaliz hissəsinə yazılmış mətnlər və stasionar müalicə müddətlərinə dair məlumatların eynilik təşkil etməsi də müəyyən edilmişdir. Cinayət işinin İ cildinin 36-cı vərəqində olan Şahid6 Şırinbala oğlunun sosial arayışından görünür ki, ona xx.xx.2017-ci il tarixli qərarla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cinayət işinin İ cildinin 40-cı vərəqində olan Şahid4 fərdi şəxsi hesabından görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixli qərarla 5 il müddətinə ikinci dərəcə əlillik təyin ecilmişdir. Cinayət işinin İ cildinin 42-ci vərəqində olan Şahid5 fərdi şəxsi hesabından görünür ki, ona xx.xx.2017-ci il tarixli qərarla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cinayət işinin İ cildinin 67-ci vərəqində olan "xxxx"nın baş həkimi Şahid1 tərəfindən verilmiş 06 yanvar 2017-ci il tarixli, 04 saylı əmrin surətindən görünür ki, həkim məsləhət komissiyasının işinin təkmilləşdirilməsi, müalicə-profilaktka fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2 saylı Bakı Dəmir Yol Polklinikası üzrə həkim məsləhət komissiyası aşağıdakı tərkibdə təsdiq edilmişdir: Komissiyanın sədri-Şahid1-baş həkim, Komissiyanın daimi üzvləri-Şahid3-Ekspertiza işləri üzrə müavin-həkim-terapevt, X10həkim- nevropotoloq, Şahid2-həkim-cərrah, X11-Pediatriya bölməsinin müdiri. Cinayət işinin İ cildinin 68-ci vərəqində olan "xxxx"nın baş həkimi Şahid1 tərəfindən verilmiş 03 avqust 2017-ci il tarixli, 28 saylı əmrin surətindən görünür ki, həkim məsləhət komissiyasının işinin təkmilləşdirilməsi, müalicə-profilaktika fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2 saylı Bakı Dəmir Yol Polklinikası üzrə həkim məsləhət komissiyası aşağıdakı tərkibdə təsdiq edilmişdir: Komissiyanın sədri-Şahid1-baş həkim, Komissiyanın daimi üzvləri-X10-Tibbi xidmətin təşkili bölmə müdiri həkim-nevropotoloq, X12-həkim terapevt, Şahid2-həkim cərrah, X11-Pediatriya bölməsinin müdiri. Cinayət işinin İ cildinin 76-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspeıiıza və Reabilitasiya Agentliyindən daxil olan Şahid4 məxsus xx.xx.2017-ci il tarixli, 4384003AACEX nömrəli göndərişdən (forma 88) görünür ki, sonuncuya əsas diaqnoz kimi i20.8-::Stenokardiyanın digər formaları, LİX, stabil gərginlik stenokardiyası İİİ fs”, ağırlaşma kimi l50.0-ilDurğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f.s. (NYHA)”, 131.3-“Perikardial (qeyri- iltihabı) eksudat, Hidroperikard", l99-l!Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ İİB dərəcə”, J94.8-“Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, İki tərəfli hidrotoraks" diaqnozları qeyd edilmişdir. Cinayət işinin İ cildinin 83-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert za və Reabilitasiya Agentliyindən daxil olan Şahid5 qız na məxsus xx.xx.2017-ci il tarixli, 4384003AABL7 nömrəli göndərişdən (forma 88) görünür ki, sonuncuya əsas diaqnoz kimi i20.8-"Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ fs, tez-tez tutmalarla”, ağırlaşma kimi l25.3-“Ürək anevrizması, septum anevrizmatikdir”, l49.4-“Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. ekstrasistolik aritmiya; İ50-l,3ol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı İİİ fs (NYHA) diaqnozları qeyd edilmişdir. Cinayət işinin İ cildinin 90-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olan Şahid6 məxsus xx.xx.2017-ci il tarixli, 4384003AABW4 nömrəli göndərişdən (forma 88) görünür ki, sonuncuya əsas diaqnoz kimi i20.8-lStenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİİ fs", ağırlaşma kimi, l49.4-l, Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrasistolik aritmiya", l50-": Bol mədəcik çatmamazlığı, Ürək çatmamazlığı İİİ fs (NYHA)" diaqnozları qeyd edilmişdir. Cinayət işinin İ cildinin 137-ci vərəqində olan Akademik C.M.Abdullayev adına X4 tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli epikrizdən görünür ki, Şahid5 əsas diaqnoz kimi ÜİX, stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (transmural miokard infarktı), ağırlaşma kimi ürək çatmamazlığı İİİ f.s., ekstrasistolik aritmiya, həmçinin EKQ, ExoKQ, rəngli doppler Exo və rentgen müayinələrinin nəticələrinə dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin İ cildinin 138-ci vərəqində olan Akademik C.M.Abdullayev adına X4 tərəfindən verilmiş 12 may 2017-ci il tarixli epikrizdən görünür ki, Şahid6 əsas diaqnoz kimi ÜİX, stabil gərginlik stenokardiyası İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (transmural miokard infarktı), ağırlaşma kimi ürək çatmamazlığı İİİ f.s., ekstrasistolik aritmiya, həmçinin EKQ, ExoKQ, rəngli doppler Exo və rentgen müayinələrinin nəticələrinə dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin İ cildinin 139-cu vərəqində olan Akademik C.M.Abdullayev adına X4 tərəfindən verilmiş 21 fevral 2017-ci il tarixli epikrızdən görünür ki, Şahid4 əsas diaqnoz kimi ÜİX, stabil gərginilik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz, ağırlaşma kimi ürək çatmamazlığı İİİ f.s., həmçinin EKQ, ExoKQ və rentgen müayinələrinin nəticələrinə dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin İ cildinin 140-cı vərəqində olan Akademik C.M.Abdullayev adına X4 tərəfindən verilmiş 20 sentyabr 2017-ci il tarixli epikrizdən görünür ki, Şahid4 əsas diaqnoz kimi ÜİX, stabil gərgnlik stenokardiyası İİİ f.s., infarktdan sonrakı kardioskleroz, ağırlaşma kimi ürək çatmamazlığı İİİ f.s., hidroperikard, həmçinin EKQ: ExoKQ və rentgen müayinələrinin nəticələrinə dair məlumatlar qeyd edilmişdir. Cinayət işinin İ cildinin 137-140-cı vərəqələrində olan 2 saylı Bakı Dəmir Yol Poliklinikası MMC-nin təqdim etdiyi Şahid4, Şahid5 və Şahid6 adına olan ambulator xəstənin tibbi kartalarından görünür ki, sonuncular qeyd edilən MMC-də qeydiyyatdadırlar, həmçinin müvafiq olaraq qeyd edilən tibbi kartaya Akademik C.M.Abdullayev adına X3 tərtib edilmiş 21 fevral 2017-ci il, tarixli, 20 sentyabr 2017-ci il tarixli, 09 mart 2017-ci il tarixli və 12 may 2017-ci il tarixli epikrizlər əlavə edilmişdir. Cinayət işinin İ cildinin 153-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X21 29 dekabr 2021-ci il tarixli, 866- 7/KEŞ nömrəli rəyindən görünür ki, Şahid4 Bayam oğlunun məhkəmə-tibbi ekspertizası zamanı və xx.xx.2021-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nun Konsultativ- poliklinika şöbəsində aparılmış funksional diaqnostik müayinə cavablarına əsasən onda hal-hazırda “X19; Stabil gərginlik stenokardiyası, İİ f.s.; Arterial hipertenziya, İİİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Şahid4 adına 2 saylı Bakı Dəmir Yol Poliklinikasının həkim məsləhət komissiyası tərəfindən 4384003AACEX nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə “Stenokardiyanın digər formaları; ÜİX; Stabil gərginlik stenokardiyası, İİİ f.s”, ağırlaşma: “Durğunluq ürək çatmamazlığı; Ürək çatmamazlığı, İİİ f.s. (NYHA); Perikerdial (Qeyri-iltihabi) eksudat hidroperikard; Qan dövran sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ, İİ dərəcə; Digər dəqiqləşdirilməmiş plevra zədələnmələri; iki tərəfli hidrotoraks" diaqnozlar qeyd edilmişdir. Göndərişdə qeyd olunan diaqnozlar qismən düzgün olmuş, belə ki, “Stabil gərginlik stenokardiyası, İİİ f.s”, “Durğunluq ürək çatmamazlığı; Ürək çatmamazlığı, İİİ f.s. (NYHA); Perikerdial (Qeyri-iltihabi) eksudat hidroperikard; Qan dövran sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ, İİ dərəcə; Digər dəqiqləşdirilməmiş plevra zədələnmələri; iki tərəfli hidrotoraks" hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid4 hazırki vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AACEX nömrəli göndərişində qeyd edilmiş əsas diaqnozun ağırlaşmaları eynilik təşkil etmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid4 adına "xxxx"nda tərtib edilmiş 4384003AACEX nömrəli göndərişində qeyd olunan əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan təlimat pozğunluğu kimi qiymətləndirilir. Cinayət işinin İ cildinin 185-187-ci vərəqələrində olan Akademik C.M.Abdullayev adına X4 publik hüquqi şəxsin 11 aprel 2022-ci il tarixli, 314 nömrəli məktubuna əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Şahid4 və Şahid5 qeyd edilən xəstəxanada müalicə olunmuşdur. Cinayət işinin İ cildinin 188-ci vərəqində olan Akademik C.M.Abdullayev adına X4 tərəfindən verilmiş Xidməti Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 199-cu vərəqində olan “Götürmənin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X14 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 177.6, 242.3-cü maddələrini rəhbər tutub, həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında cinayət işi üzrə "xxxx" MMC-nin baş həkimi Şahid1 könüllü olaraq təqdim etdiyi 19 dekabr 2016 - 28 dekabr 2017-ci illərə aid qeyd edilən poliklinikaya məxsus HMK-dan keçən işçilərin 035 nömrəli hesabat kitabını götürmüşdür. Götürülən kitab cinayət işinə əlavə edilmişdir. Götürmənin keçirilməsi 12:00-da banşlandı 12:20-də başa çatdı, iştirakçılardan heç bir vəsatət, şikayət daxil olmamışdır. Cinayət işinin İ cildinin 204-213-cü vərəqələrində olan "xxxx" MMC-nin baş həkimi Şahid1 könüllü olaraq təqdim etdiyi, 19 dekabr 2016 - 28 dekabr 2017-ci illərə aid qeyd edilən poliklinikaya məxsus HMK-dan keçən işçilərin 035 nömrəli hesabat kitabına baxış keçirilməsi haqqında 19 aprel 2022-ci il tarixli baxış protokolundan görünür ki, kitabın üz qabığı ağ rəngdə olmaqla üzərində yuxarı sol hissədə "xxxx" QSC HSX-nin "xxxx" sözləri, orta hissədə əlyazma ilə “035 N-li formadan çıxarış” sözləri, həmin sözün aşağı hissəsində “2 saylı Bakı D/Yol poliklinikasında HMK-dan keçən işçilərin hesabat Kitabı” sözləri və aşağı sağ hissədə “HMK-nın sədri: Şahid1; Başlanıb: 19 dekabr 2016-cı il, Qurtarıb: 28 dekabr 2017-ci il” sözləri yazılmışdır. Kitab 98 səhifədən ibarətdir. Kitabın 13 cü səhifəsində “Xəstənin adı, soyadı, atasının adı: Şahid5 və sonuncunun təvəllüdü, ünvanı, iş yeri, əlillik dərəcəsi, təyin edilmiş diaqnoz barədə məlumatlar yazıldığı görünür. Kitabın 51-ci səhifəsində “Xəstənin adı, soyadı, atasının adı: Şahid6 və sonuncunun təvəllüdü, ünvanı, iş yeri, əlillik dərəcəsi, təyin edilmiş diaqnozu barədə məlumatlar yazıldığı görünür. Kitabın 80-ci səhifəsində “Xəstənin adı, soyadı, atasının adı: Şahid4 və sonuncunun təvəllüdü, ünvanı, iş yeri, əlillik dərəcəsi, təyin edilmiş diaqnozu barədə məlumatlar yazıldığı görünür. Cinayət işinin İ cildinin 224-229-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X21 27 aprel 2022-ci il tarixli, 256/KEŞ nömrəli rəyindən görünür ki, Şahid4 əyani müayinəsi zamanı və adına tərtib edilmiş forma 88 nömrəli göndərişində (4384003AACEX) onda ağırlaşma qrafasında olan xəstəliklər müəyyən edilməmişdir. Belə ki, adekvat müalicə nəticəsində qeyd olunan ağırlaşmaların remissiyası əldə oluna bilər və tibbi təcrübəyə əsasən xroniki xəstəliklərin tam sağalması mümkün deyildir. Cinayət işinin İ cildinin 231-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olan 27 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş məlumatdan görünür ki, Şahid4 2018-ci ilin fevral ayından 2022-ci ilin may ayıra qədər 11.594,92 (on bir min beş yüz doxsan dörd manat doxsan iki qəpik) manat pensiya ödənişi almışdır. Cinayət işinin İİ cildinin 11-ci vərəqində olan “Akademik C.M.Abdullayev adına X4” X21 müstəntiqin sorğusuna 18 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Şahid5 və Hacıyev X16 C.M.Abdullayev adına X3 ambulator və stasionar müalicə almışdır. Sorğuda adı qeyd edilən digər vətəndaş Şahid6 isə həmin İnstitutda ambulator və stasionar müalicə almamışdır. Cinayət işinin İİ cildinin 22-ci vərəqində olan Akademik C.M.Abdullayev adına X4 tərəfindən verilmiş 12 may 2003-cü il tarixli, 15 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ Klinik Kardiologiya şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İİ cildinin 27-ci vərəqində olan Akademik C.M.Abdullayev adına X4 tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli, 248-K nömrəli əmrin surətindən görünür ki, Akademik C.M.Abdullayev adına X1 İ Klinik Kardiologiya şöbəsinin şöbə müdiri Təqsirləndirilən şəxs əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə xx.xx.2018-ci il tarixdən İ Klinik Kardiologiya şöbəsinin Həkim-kardioloq vəzifəsinə keçirilmişdir. Cinayət işinin İİ cildinin 40-cı vərəqində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 19 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 51-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X21 20 aprel 2023-cü il tarixli, 169.8/KEŞ nömrəli rəyindən görünür ki, Şahid5 məhkəmə-tibbi və xx.xx.2022-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutunda müayinəsi zamanı ona halhazırda “ÜİX. Stabil gərginlik stenokardiyası İİ f.s. Arterial hipertoniya İİİ dərəcə. (EF- 53%)” diaqnoz təyin edilmişdir. Şahid5 adına 2 saylı Bakı Dəmir Yol Poliklinikasının həkim məsləhət komissiyası tərəfindən 4384003AABL7 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas: “Stenokardiyanın digər formaları. ÜİX. Stabil gərginlik stenokardiyası, FS İİİ”; ağırlaşma: “Durğunluq ürək çatmamazlığı. Ürək çatmamazlığı FS lll (NYHA). Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Mədəciküstü ekstrasistoliyası. Digər dəqiqşləşdirilmiş plevra zədələnmələri. Hidrotoraks” diaqnozları qeyd edilmişdir. Göndərişdə qeyd olunan əsas diaqnozun ağırlaşmaları öz təsdiqini tapmamışdır. Şahid5 hazırki obyektiv vəziyyəti ilə və səhiyyə müəssisəsinin 4384003AABL7 nömrəli göndərişdə qeyd edilmiş əsas diaqnozun ağırlaşmaları eynilik təşkil etmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Belə ki, adekvat müalicə nəticəsində qeyd olunan ağırlaşmaların remissiyası əldə oluna bilər və tibbi təcrübəyə əsasən xroniki xəstəliklərinin tam sağalması mümkün deyil. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid5 adına "xxxx"nda tərtib edilmiş 4384003AABL7 nömrəli göndərişində qeyd olunan əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. Cinayət işinin İİ cildinin 55-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X21 20 aprel 2023-cü il tarixli, 734.6/KEŞ nömrəli rəyindən görünür ki, Şahid6 məhkəmə-tibbi və xx.xx.2022-ci il tarixdə “X23”də aparılmış exokardioqrafiya müayinə cavabına əsasən, onda hal-hazırda aorta divarı sklerotik, LV minimal hipertrofik, sol mədəciyin İ tip diastolik disfunksiyası, (EF-55%). LV aşağı (bazal) hipokinetik olduğu müəyyən edildi. Ürək-damar sistemi xəstəlikləri zamanı adekvat müalicə nəticəsində dinamikada nisbi stabilləşmənin əldə edilməsi mümkündür. Şahid6 adına 2 saylı Bakı Dəmir Yol Poliklinikasının həkim məsləhət komissiyası tərəfindən 4384003AABW4 nömrəli göndəriş rəsmiləşdirilmiş və göndərişdə əsas “Stenokardiyanın digər formaları. ÜİX, Stabil gərginlik stenokardiyası İİİ f.s”; Ağırlaşma: “Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ekstrasistolik aritmiya. Sol mədəcik çatmamazlığı. Ürək çatmamazlığı, İİİ FS (NYHA). Digər dəqiqləşdirilmiş plevra zədələnmələri, hidrotoraks" diaqnozları qeyd edilmişdir. Göndərişdə qeyd olunan əsas diaqnoz və əsas diaqnozun ağırlaşmaları hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid6 hazırki əyani müayinəsi ilə və səhiyyə müəssisəsinin 4384003AABW4 nömrəli göndərişində qeyd edilmiş əsas diaqnoz və əsas diaqnozun ağırlaşmaları eynilik təşkil etmir, bu da əlillik təyinatı üçün əsas deyildir. Belə ki, adekvat müalicə nəticəsində qeyd olunan xəstəliklərinin remissiyası əldə oluna bilər və tibbi təcrübəyə əsasən xroniki xəstəliklərinin tam sağalması mümkün deyil. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid6 adına "xxxx"nda tərtib edilmiş 4384003AABW4 nömrəli göndərişində qeyd olunan əsas diaqnozun ağırlaşmaları müəyyən edilmədiyi üçün, bu həkim məsləhət komissiyasının üzvləri tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. Cinayət işinin İİ cildinin 83-cü vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olan 25 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Şahid6 əlilliyə görə əmək pensiyası hesabına xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 9.002.38 (doqquz min iki manat otuz səkkiz qəpik) manat, Şahid5 əlilliyə görə əmək pensiyası hesabına xx.xx.2017ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10.696,36 (on min altı yüz doxsan altı manat otuz altı qəpik) manat vəsait köçürülmüşdür. Cinayət işinin İİ cildinin 101-136-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016 – 28 dekabr 2017-ci illərə aid qeyd edilən "xxxx" MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 13, 51 və 80-ci səhifələrinin təsdiq edilmiş surəti, Şahid4 və Şahid5 fərdi şəxsi hesabları, Şahid6 sosial arayışı, Şahid4 məxsus 4384003AACEX nömrəli göndərişin (forma 088) surəti, Şahid5 məxsus 4384003AABL7 nömrəli göndərişin (forma 088) surəti, Şahid6 məxsus 4384003AABW4 nömrəli göndərişin (forma 088) surəti, “Akademik C.Abdullayev adına X4”nun 21 fevral 2017-ci il tarixli, 542 nömrəli, 20 sentyabr 2017-ci il tarixli, 3207 nömrəli, 09 mart 2017-ci il tarixli, 650 nömrəli və 12 may 2017-ci il tarixli, 1713 nömrəli epikrizlərin surəti, Şahid4, Şahid5 və Şahid6 aid ambulator xəstənin tibbi kartalarının iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 177-178-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli müayinənin nəticələrinə dair xəstəlik vərəqəsindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xərçəng xəstəliyindən əziyyət çəkir. Mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 31.292,86 (otuz bir min iki yüz doxsan iki manat səksən altı qəpik) manat məbləğində maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aid olduğunu və həmin cinayət əməlinin xx.xx.2017-ci ildə törədilməsini nəzərə alaraq hesab edir ki, hazırki ittiham üzrə həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti - 2 (iki) il keçdiyindən, o, həmin maddə ilə təqsirli bilinsə də, CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayətə görə ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Azərbaycan Respublikası CPM-nin: 39.1.1, 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 44.2-ci maddəsi tələb edir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1-ci maddəyə əsaəsn bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313cü maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, qadın olmasını, yaşını, xərçəng xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016 – 28 dekabr 2017-ci illərə aid qeyd edilən "xxxx" MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 13, 51 və 80-ci səhifələrinin təsdiq edilmiş surəti, Şahid4 və Şahid5 fərdi şəxsi hesabları, Şahid6 sosial arayışı, Şahid4 məxsus 4384003AACEX nömrəli göndərişin (forma 088) surəti, Şahid5 məxsus 4384003AABL7 nömrəli göndərişin (forma 088) surəti, Şahid6 məxsus 4384003AABW4 nömrəli göndərişin (forma 088) surəti, “Akademik C.Abdullayev adına X4”nun 21 fevral 2017-ci il tarixli, 542 nömrəli, 20 sentyabr 2017-ci il tarixli, 3207 nömrəli, 09 mart 2017-ci il tarixli, 650 nömrəli və 12 may 2017-ci il tarixli, 1713 nömrəli epikrizlərin surəti, Şahid4, Şahid5 və Şahid6 aid ambulator xəstənin tibbi kartaları cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçının nümayəndəsi mülki iddia verərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 31.292,86 (otuz bir min iki yüz doxsan iki manat səksən altı qəpik) manat məbləğində maddi zərərin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 31.292,86 (otuz bir min iki yüz doxsan iki manat səksən altı qəpik) manat məbləğində maddi zərər vurması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli və mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 31.292,86 (otuz bir min iki yüz doxsan iki manat səksən altı qəpik) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 01 ədəd CD disk, 19 dekabr 2016 – 28 dekabr 2017-ci illərə aid qeyd edilən "xxxx" MMC-yə məxsus həkim məsləhət komissiyasından keçən işçilərin 035 nömrəli hesab kitabının 13, 51 və 80-ci səhifələrinin təsdiq edilmiş surəti, Şahid4 və Şahid5 fərdi şəxsi hesabları, Şahid6 sosial arayışı, Şahid4 məxsus 4384003AACEX nömrəli göndərişin (forma 088) surəti, Şahid5 məxsus 4384003AABL7 nömrəli göndərişin (forma 088) surəti, Şahid6 məxsus 4384003AABW4 nömrəli göndərişin (forma 088) surəti, “Akademik C.Abdullayev adına X4”nun 21 fevral 2017-ci il tarixli, 542 nömrəli, 20 sentyabr 2017-ci il tarixli, 3207 nömrəli, 09 mart 2017-ci il tarixli, 650 nömrəli və 12 may 2017-ci il tarixli, 1713 nömrəli epikrizlərin surəti, Şahid4, Şahid5 və Şahid6 aid ambulator xəstənin tibbi kartaları cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 31.292,86 (otuz bir min iki yüz doxsan iki manat səksən altı qəpik) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar