Məhkəmə qərarları › İş №1(005)-281/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-281/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-281/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Femida vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Ukrayna Respublikasının Donetsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Xocasən qəsəbəsi, Həmid Sultanov küçəsi, ev 112 saylı ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall Ticarət mərkəzi yaxınlığında şəxsiyyəti məlum olmayan Cabbar adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram və 0,418 qram, ümumi təmiz çəkisi 0,520 qram ağ rəngli kristalşəkilli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibin görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla 15 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 4 ünvanına daşımış, 15 mart 2025-ci il tarixdə saat 13:30 dəqiqədə ünvan 1 ünvanda X16 Alayının əməkadşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, 83A saylı ünvanda yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-yə gətirilərək inzibati otaqda üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs məxsus qarışıq rəngli əl çantasından içərisində 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram və 0,418 qram, ümumi təmiz çəkisi 0,520 qram ağ rəngli kristalşəkilli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibin görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Tramadol 50 mq” əmtəə göstəricisi olan, 02 ədəd konvalyutda tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,35 qram olan, (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,05 qram tramadol olmaqla) ümumilikdə 7 (yeddi) ədəd tramadol tərkibli kapsullar və üzərində “Preqablin 150 mq” əmtəə göstəricisi olan, 01 ədəd konvalyutda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram olan, (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla) bir ədəd kovalyutda 10 ədəd ağ rəngli preqabalin tərkibli kapsullar aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, hazırda subaydır və mütəmadi bilyard oynayır. Hadisə günü səhər saatlarında Cabbar adlı qonşusu ona zəng edərək, nəsə lazım olub-olmadığını soruşmuş, o da lazım olduğunu bildirmişdir. Cabbar adlı şəxs də narkotik vasitələrdən istifadə edir və ara-sıra ona metamfetamin hədiyyə edir. Bu səbəbdən Cabbardan psixotrop maddə metamfetamin istəmişdir. Növbəti dəfə ona zəng edəndə yanında uşaq olduğunu bildirmiş və tez gəlməsini xahiş etmişdir. Hadisə günü Cabbarla Gənclik metrostansiyasının yaxınlığında görüşməli imişlər. Deyilən ünvana çatdıqdan sonra dəfələrlə Cabbarı yığaraq harada olduğunu soruşmuş və gözləməyə başlamışdır. Həmin vaxt anidən onlara bir avtomobil yaxınlaşmış və iki nəfər oğlan düşmüşdür. Həmin şəxslərdən dəfələrlə özlərini təqdim etmələrini tələb etsə də, təqdim etməmişlər. Lakin, həmin şəxslər ona polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra onu zorla maşına mindirib şöbəyə aparmışlar. Həmin oğlanlardan birinin adı “Özal” olmuş, həmin şəxs onunla qəribə formada, ədavətli şəkildə danışmışdır. Onun bu qərəzinin səbəbini bilməmişdir. Həmin vaxt yüksək səslə qışqıraraq kömək istəmiş, lakin heç bir xeyiri olmamışdır. Daha sonra onu taksi ilə şöbəyə aparmışlar. Həmin gün Cabbarla görüşə bilməmişdir. Şöbəyə aparıldıqdan sonra onun çantasını əlindən almışlar və sadəcə şəxsi axtarış zamanı ona təqdim etmişlər. Şöbəyə aparıldıqdan bir neçə saat sonra üzərində şəxsi axtarış keçirilmiş və əlində olan çantasındakı qara qutudan metamfetamin aşkar edilmişdir. Lakin, həmin maddə ona məxsus olmamışdır. Belə ki, həmin qutuda sadəcə ona məxsus “tramadol” və “preqabalin” olmuş, həmin dərmanları da Narkoloji Mərkəzdə həkim ona təyin etmişdir. Şəxsi axtarış zamanı həmin maddələr aşkara çıxarılmış və sənədləşdirilmişdir. Məhkəmənin sualına cavab olaraq, hər hansı fiziki zorakılığa məruz qalmadığını, lakin mənəvi təzyiqə məruz qaldığını, bu səbəbdən həmin metamfetaminin özünə məxsus olduğunu qeyd etmişdir. Həmin maddəni çantasına kimin qoyduğunu bilmədiyini qeyd edərək, mümkün halda Özalın qoyduğunu zənn etdiyini göstərmişdir. Hazırki vaxta qədər niyə hüquq mühafizə orqanlarına bu barədə məlumat verməməsinin səbəblərini məhkəməyə olan inamı ilə əlaqələndirmişdir. Bundan əlavə, hazırda hamilə olduğunu bildirsə də, hər hansı sənəd təqdim etməmişdir. Qeyd etmişdir ki, Cabbardan əvvəllər də narkotik vasitə əldə etmiş, həmin şəxs sözügedən maddələri ona fiziki gözəlliyinə görə hədiyyə etmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində özünü elan edilmiş ittihamla təqsirli bilərək qeyd etmişdir ki, Azərbaycan dilində, latın qrafikası ilə yazıb oxumağı bacarır. Milliyyətcə Ukraynalı olsa da kiçik yaşlarından Azərbaycan Respublikasında böyüyüb başa çatmışdir. Azərbaycan dili bölümündə “kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil almışdır. Təxminən bir neçə ildir ki, narkotik vasitələrdən qəbul etməklə istifadə edir 14 mart 2025-ci il tarixdə əvvəllər tanıdığı "Cabbar" adlı şəxsdən öz istifadəsi üçün 2 bükümdə, el arasında "patı" deyilən metamfetamin almışdır. Aldığı 2 bükümdə hər bir büküm, bir dəfə istifadə qədərində olmuşdur. Cabbarla "Gənclik mall" deyilən yerdə görüşmüş və orada ondan həmin 2 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminı almışdır. Növbəti günü 15 mart 2025-ci il tarixdə, saat 13:30 radələrində ünvan 4 ünvanda olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, onu 16 -ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin polis şöbəsinə ona hüquqi yardım göstərilməsi üçün dəvət olunmuş vəkilin və adını bilmədiyi həmcins olan qadının iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra qadın üzərini yoxladıqdan sonra ona məxsus olan qadın-al çantasının içərisindən 2 ədəd şəffaf büküm, 7 ədəd "Tramadol" adlı və 10 ədəd "pregabalin adlı dərman preparatları çıxarılmış, 2 ədəd mobil telefonu çıxarılıb masa üzərinə qoyulmuşdur. Həmin 2 ədəd bükümlərdə olan psixotrop maddə metamfetamini 14 mart 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, "Gənclik MALL" deyilən yerdə "Cabbar" adlı şəxsdən əldə etmişdir. Sonra aşkar olunan dərmanları isə rəsmi olaraq narkotiklərdən əziyyət çəkdiyinə görə həkimin yazmış olduğu resept əsasında aptekdən aldığını, təsiredici, ağrıkəsici dərman olmasını bildirmişdir. Bundan sonra aşkar olunan psixotrop maddə metamfetamin və dərmanlar qablaşdırılmış, möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Psixotrop maddə metamfetamini əldə etməkdə məqsədi ondan gələcəkdə istifadə etmək olmuşdur. "Cabbar" adlı şəxsin ancaq adını deyə bilər Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 15 aprel 2025- ci il tarixdə, saat 13:30 radələrində iş yoldaşı yəni, DİN-nin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmət apardıqları əraziyə daxil olan ünvan 5 ünvanın qarşısında bir qadının yerişində və hərəkətlərindən onun narkotik vasitələrin təsiri altında olmasından şübhələndiklərinə görə, ona yaxılaşaraq özlərini təqdim etmiş və onu özləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 83 A saylı ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Həmin qadın etiraz etməmiş və onlar ilə birlikdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə gəlmiş, orada təhqiqatçı, polis kapitanı Novruz Novruzov tərəfindən həmin qadının şəxsiyyəti müəyyən edilərkən onun Təqsirləndirilən şəxs olduğu aydın olmuşdur. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində qanunla qadağan olunmuş əşyalar varsa, onları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlidəki çantanın və içindəki əşyaların özünə məxsus olduğunu deyərək, çantanı masanın üzərinə qoyaraq X9a təqdim etmişdir. X9 tərəfindən həmin çantaya baxış zamanı çantadan çıxardığı 02 ədəd bükümü, 7 ədəd “Tramadol” adlı, 10 ədəd “Preqabalin” adlı dərman preparatları, qara rəngli geyim əşyanı, kosmetik əşyaları, 01 ədəd mobil telefonu və əlindəki 01 ədəd mobil telefonu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümdə olan psixotrop maddə metamfetamini “ Cabbar ” adlı tanışının 14 mart 2025-ci il tarixdə axşam saatlarında ona verdiyini, 7 ədəd “Tramadol” və 10 ədəd “Preqabalin” adlı dərman preparatlarını özünə aptekdən aldığını və onları qəbul etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin heç bir əşya aşkar olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminlərin olduğu bükümlər və dərman preparatları qablaşdırılaraq 218 nömrəli möhürlə möhürlənərək götürülmüş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Qeyd etmişdir ki, hadisə günü Anna İvanovna tək olmuş, onu PPX avtomobili ilə şöbəyə gətirmişlər. Şöbədə Özal adlı şəxs işləmir və hadisə günü Şahid2 ilə birlikdə xidmətdə olmuşdur. Nə özü, nə də ki başqası tərəfindən sonuncuya qarşı işgəncə və ya ləyaqəti alçaldan rəftar göstərilməmiş, hadisə günü xanımın vəziyyəti çox pis olmaqla, hərəkətləri adekvat olmamışdır. Bu səbəbdən onu şöbəyə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Dadaşov X2 Ülvi Muxtar oğlunun göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs özünə məxsus qarışıq rəngli əl çantasının içərisindən şəffaf rəngli, kristal şəkilli maddə olan 02 ədəd bükümü, 7 ədəd “Tramadol” adlı və 10 ədəd “Preqabalin” adlı dərman preparalarını, qara rəngli geyim əşyasını, kosmetik əşyalar, 01 ədəd mobil telefonu və əlində olan 01 ədəd mobil telefonu təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs çantasından aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin olan bükümlər və dərman preparatları zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2025-ci il tarixli, 3-16/16/2-6/1127/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram və 0,418 qram, ümumi təmiz çəkisi 0,520 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2025-ci il tarixli, 3-16/16/2-6/1126/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki üzərində “Трaмaлoл 50 мг” göstəricisi olan iki ədəd konvalyutda ümumilikdə 7 (yeddi) kapsul tramadol tərkibli kapsullardır və 7 ədəd kapsuldan ibarət tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,35 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,05 qram tramadol olmaqla), üzərində “Пpeгaбaлин 50 мг” əmtəə göstəricisi olan bir ədəd konvalyutda 10 ədəd ağ rəngli kapsul preqabalin tərkibli kapsullardır və 10 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs özünə məxsus qarışıq rəngli əl çantasının içərisindən şəffaf rəngli, kristal şəkilli maddə olan 02 ədəd bükümü, 7 ədəd “Tramadol” adlı və 10 ədəd “Preqabalin” adlı dərman preparalarını, qara rəngli geyim əşyasını, kosmetik əşyalar, 01 ədəd mobil telefonu və əlində olan 01 ədəd mobil telefonu təqdim etdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmadı. Sorğu zamanı bükülünün İçərisindəki maddənin metamfetamin və digər dərmn preparatlarının isə narkotik tərkibli olduğunu bildirdi və ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini və dərman preparatlarını “Cabbar” adlı şəxsin verməsini bildirdi. Təqsirləndirilən şəxs çantasından aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və dərman preparatları zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. 17 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” qərardan və “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,520 qram psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və qalıq çəkisi 0,420 qram isə saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş üzərində “Трaмaлoл 50 мг” göstəricisi olan iki ədəd konvalyutda ümumilikdə 7 kapsul tramadol tərkibli kapsullar maddi sübut kimi tanınmış və qalıq çəkisi 5 kapsul Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Пpeгaбaлин 50 мг” əmtəə göstəricisi olan bir ədəd konvalyutda 10 ədəd ağ rəngli preqabalin tərkibli kapsullar maddi sübut kimi tanınmış və qalıq çəkisi 8 ədəd kapsul Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin 17 mart 2025-ci il tarixli, 1640 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxsnda kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 13 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, hadisə günü polis əməkdaşlarının onu qanunsuz olaraq şöbəyə apardığını, sözügedən metamfetamini Özal adlı şəxsin onun çantasına qoyduğunu, üzərində sadəcə ağrıkəsici dərmanlar olduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Nərimanov RPİ 16-cı polis şöbəsindən sorğu nəticəsində əldə edilmiş 20192 nömrəli, 29 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 14:11-də ƏÇPA-nın 1-ci PB-nin polis nəfərləri tərəfindən şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra şəxsi axtarış istintaq hərəkətləri keçirilənədək ona məxsus əl çantası və digər əşyaları üzərində olmuşdur. Nərimanov RPİ-nin 16-cı polis şöbəsində Özal adlı əməkdaş çalışmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında Nərimanov RPİ 16-cı polis şöbəsindən sorğu nəticəsində əldə edilmiş 20192 nömrəli, 29 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 14:11-də ƏÇPA-nın 1-ci PB-nin polis nəfərləri tərəfindən şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra şəxsi axtarış istintaq hərəkətləri keçirilənədək ona məxsus əl çantası və digər əşyaları üzərində olmuşdur. Nərimanov RPİ-nin 16-cı polis şöbəsində Özal adlı əməkdaş çalışmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında Nərimanov RPİ-dən sorğu nəticəsində əldə edilmiş 29 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30 dəqiqədə ünvan 8 ünvanda ƏŞPA-nın 1-ci PB-nın polis nəfərləri, Şahid1ov oğlu və X5 tərəfindən A. Stavseva Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 14:11 dəqiqədə Nərimanov RPİ-nin 16-cı PŞ-nin Növbətçi hissəsində "Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabında qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə saat 14:15 dəqiqədə Təqsirləndirilən şəxs 16-cı PŞ-nə gətirilməsinə dair ƏÇPA-nın 1-ci PB-nün polis nəfələri tərəfindən yazılmış raport xx.xx.2025-ci il tarixli 389 sıra sayı ilə 16-cı PŞ-nin Növbəti hissəsində "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı" kitabına qeydiyyata salınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ilə zəruri təxirəsalınmaz istintaq hərəkətlərinin keçirilməsi üçün Nərimanov RPİ-nin 16-cı PŞ-nin təhqiqatçısı polis kapitanı X6 təqdim olunmuş 16-cı PŞ-nin inzibati binasında təhqiqatçısının xidməti otağında tərcüməçi dəvət olunmuş, mudafiəçi dəvət olunmuş, üzərinə keçiriləcək şəxsi axtarış və götürmə hərəkətinin icrası ilə bağlı eynicinsdən olan vətəndaş xx.xx.2000-ci il təvəllüdlü, Tovuz rayon Xatınlı kəndində anadan olmuş X4 dəvət olunmuş, hüquq və vəzifələri izah olunduqdan sonra 15:30 dəqiqədə "Şübhəli şəxs qismində tutulmuş” və 16.00 dəqiqədə üzərinə “şəxsi axtarış və götürmə” keçirilmiş, bundan sonra həmin tarixdə saat 19:30 dəqiqədə saxlanılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi (bundan sonra – CPM): Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 132.1. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. Ramanauskas Litvaya qarşı işi (Ramanauskas v. Lithuania, [GC], № 74420/01, 5 fevral 2008-ci il): Bu fundamental qərarda Avropa Məhkəməsi polis təhriki (entrapment) məsələsinə aydınlıq gətirmişdir. Məhkəmə müəyyən etmişdir ki, gizli agentlərin fəaliyyəti passiv xarakter daşımalıdır. Əgər şəxsin cinayət törətməsinə dair ilkin məlumat və ya əsaslı şübhə olmadan, polis əməkdaşları onu cinayət törətməyə təhrik edərsə, bu, təhrik hesab olunur. Təhrik nəticəsində əldə edilmiş sübutlardan istifadə edilməsi məhkəmə araşdırmasının ədalətliliyini pozur və Konvensiyanın 6-cı maddəsinin tələblərinə ziddir. Məhkəmənin qənaətinə görə, təhrik iddiası irəli sürüldükdə, ittiham tərəfi təhrikin olmadığını sübut etməlidir. Edwards və X8rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55- 57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Furcht Almaniyaya qarşı işi (Furcht v. Germany, № 54648/09, 23 oktyabr 2014-cü il): Bu qərarda Məhkəmə təsdiq etmişdir ki, polis təhriki müəyyən edildiyi halda, bunun nəticəsində əldə edilmiş bütün sübutlar məhkəmə baxışından kənarlaşdırılmalıdır. Cəzanın yüngülləşdirilməsi kimi tədbirlər, təhrik nəticəsində pozulmuş ədalətli məhkəmə araşdırması hüququnu bərpa etmək üçün kifayət deyildir. Məhkəmə prosesinin bütövlükdə ədalətli olması üçün təhrik nəticəsində əldə edilmiş sübutların ittihamın əsasını təşkil etməməsi fundamental şərtdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. İlk növbədə, məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın hüquqi tərkibini təhlil edərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyət, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda, yəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma əməllərinə görə yaranır. Cinayətin obyektiv cəhəti (actus reus) Təqsirləndirilən şəxs üzərində və ona məxsus əl çantasında aparılmış şəxsi axtarış və götürmə zamanı ümumi çəkisi 0,520 qram olan psixotrop maddə – metamfetaminin aşkar edilməsi faktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin 0,15 qramdan artıq olan miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2025-ci il tarixli, 3-16/16/2-6/1127/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş maddənin ümumi təmiz çəkisi 0,520 qram olmaqla, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu isə qanunla müəyyən edilmiş "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir. Beləliklə, cinayətin predmetinin və onun miqdarının mövcudluğu maddi sübutlarla və ekspert rəyi ilə şübhəsiz təsdiqini tapır. Cinayətin subyektiv cəhəti (mens rea) birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərdiyi kimi, o, "Cabbar" adlı şəxsdən şəxsi istifadəsi üçün "patı" adlanan metamfetamin əldə etmişdir. Bu, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini dərk etdiyini və nəticələrini arzu etdiyini, yəni qəsdin mövcudluğunu sübut edir. Həmçinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 17 mart 2025-ci il tarixli, 1640 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs "Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu"nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxs Anna İvanovnanın məhkəmə iclasında verdiyi ifadəsini, yəni metamfetaminin ona məxsus olmaması və çantasına "Özal" adlı polis əməkdaşı tərəfindən qoyulması barədəki iddiasını hərtərəfli təhlil edərək, onu tənqidi qiymətləndirir və aşağıdakı səbəblərə görə qeyri-səmimi və cinayət məsuliyyətindən yayınma cəhdi kimi rədd edir: Anna İvanovna ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə dindirilərkən ittihamı tam etiraf etmiş, psixotrop maddəni "Cabbar" adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını ətraflı təsvir etmişdir. Lakin o, məhkəmə iclasında bu ifadəsindən tamamilə imtina edərək, hadisələrin tamamilə fərqli versiyasını irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsini dəyişmək hüququ olsa da, bu dəyişikliyin səbəbləri və yeni versiyanın məntiqi və sübutlarla uyğunluğu diqqətlə yoxlanılmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində ona hər hansı təzyiqin göstərilmədiyini təsdiqlədiyi halda, məhkəmədə "mənəvi təzyiqə" məruz qaldığını iddia etmiş, lakin bu təzyiqin konkret nədən ibarət olduğunu, ona kim tərəfindən və necə edildiyini əsaslandıra bilməmişdir. Onun bu iddiası deklarativ xarakter daşıyır və heç bir obyektiv sübutla möhkəmləndirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə müvafiq olaraq, məhkəməyədək icraatda qaldırılmayan, heç bir dəlillə təsdiqini tapmayan bu kimi iddialar, sübutun yolverilməzliyi üçün əsas yarada bilməz. Həmçinin, Avropa Məhkəməsinin presedent hüququna görə ("Cənnətov Azərbaycana qarşı" işi, § 58) pis rəftar iddiaları "əsaslı şübhədən kənar" sübut standartına uyğun olaraq kifayət qədər güclü, aydın və uyğun gələn dəlillərlə dəstəklənməlidir ki, bu da hazırkı işdə mövcud deyil. Təqsirləndirilən şəxsin metamfetaminin çantasına "Özal" adlı polis əməkdaşı tərəfindən qoyulması barədə iddiası işdə olan digər sübutlarla tamamilə təkzib olunur. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 birmənalı şəkildə göstərmişlər ki, Təqsirləndirilən şəxs saxlayarkən və şöbəyə gətirərkən onlardan başqa heç bir əməkdaş, o cümlədən Özal adlı şəxs iştirak etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında Nərimanov RPİ 16-cı polis şöbəsindən alınmış 29 iyul 2025-ci il tarixli məktubda Özal adlı əməkdaşın həmin şöbədə çalışmaması təsiqlənmiş və qəti şəkildə göstərilir ki, "Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra şəxsi axtarış istintaq hərəkətləri keçirilənədək ona məxsus əl çantası və digər əşyaları üzərində olmuşdur". Bu fakt təqsirləndirilən şəxsin çantasının ondan alınaraq sonradan ona qaytarılması və bu müddət ərzində çantaya psixotrop maddənin qoyulması ehtimalını istisna edir. Bundan əlavə, təqdim edilmiş "Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokola baxış keçirilməsinə dair videogörüntü Təqsirləndirilən şəxs öz əşyalarını, o cümlədən psixotrop maddə olan bükümləri çantasından könüllü olaraq çıxarıb təqdim etməsini, hər hansı bir etiraz və ya məcburiyyət halının olmamasını əyani şəkildə təsdiq edir. Məhkəmə, CPM-nin 145.2-ci maddəsinin tələblərinə əsasən, öz daxili inamına görə sübutları qiymətləndirərək, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsini daha mötəbər və həqiqətə uyğun hesab edir. Belə ki, həmin ifadə hadisədən dərhal sonra, müdafiəçinin iştirakı ilə, hər hansı fiziki təzyiq olmadan verilmiş, təfərrüatlı olmuş və iş üzrə toplanmış digər sübutlarla (ekspert rəyləri, polis əməkdaşlarının ifadələri, maddi sübutlar) tam uzlaşmışdır. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı sərbəst, yəni "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri altında olmasına baxmayaraq, məhkəmə istintaqına qədər olan uzun müddət ərzində ibtidai istintaqdakı ifadəsinin təzyiq altında alınması və ya çantasına psixotrop maddənin qoyulması ilə bağlı heç bir səlahiyyətli orqana, o cümlədən prokurorluğa və ya məhkəməyə şikayət etməməsi, bu iddialarını ilk dəfə yalnız məhkəmə iclasında irəli sürməsi, onun məhkəmədəki mövqeyinin səmimiliyinə ciddi şübhələr yaradır və ifadəsinin məsuliyyətdən yayınmaq məqsədilə düşünülmüş müdafiə taktikası olması qənaətini gücləndirir. Məhkəmə hesab edir ki, tədqiq edilmiş sübutlar məcmu halında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsirliliyini şübhəsiz təsdiq edir. Təqsirləndirilən şəxsin və müdafiəçisinin onun təqsirsizliyi barədə irəli sürdüyü dəlillər subyektiv mülahizələrə əsaslanır, iş üzrə toplanmış obyektiv sübutlarla təkzib olunur və bu səbəbdən məhkəmə tərəfindən rədd edilir. Məhkəmə, müdafiə tərəfinin təqsirləndirilən şəxsin qanunsuz olaraq saxlanılması və üzərinə psixotrop maddənin qoyulması ilə bağlı irəli sürdüyü dəlillər kontekstində, işin hallarını həmçinin polis təhriki ehtimalı baxımından qiymətləndirməyi zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, xüsusilə Ramanauskas Litvaya qarşı (Ramanauskas v. Lithuania, [GC], № 74420/01, 5 fevral 2008-ci il) işi üzrə fundamental qərarına əsasən, gizli agentlərin fəaliyyəti ilə cinayət törətməyə təhrik etmə arasında aydın fərq qoyulmalıdır. Təhrik o zaman baş verir ki, aidiyyəti vəzifəli şəxslər – hüquq-mühafizə orqanlarının əməkdaşları və ya onların göstərişi ilə hərəkət edən şəxslər – cinayətkar fəaliyyəti passiv şəkildə araşdırmaqla kifayətlənməyərək, şəxsə cinayət törətməyə sövq etmək üçün elə təsir göstərirlər ki, başqa cür bu cinayət törədilməzdi. Polis təhriki baş verdikdə, ədalətli məhkəmə araşdırması hüququnun (Konvensiyanın 6-cı maddəsi) pozulması riski yaranır. Hazırkı işin hallarını bu prinsiplər işığında təhlil edən məhkəmə, polis təhrikinin baş verməsi üçün heç bir əsasın olmadığı qənaətindədir: İş materiallarından, xüsusilə də şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən göründüyü kimi, onların Təqsirləndirilən şəxs yaxınlaşmasına səbəb, onun xarici görünüşü və davranışlarındakı şübhəli məqamlar olmuşdur. Bu, polisin fəaliyyətinin passiv müşahidəyə və aşkar edilmiş şübhəli hallara reaksiyaya əsaslandığını göstərir, hər hansı bir şəxsi cinayət törətməyə sövq etmək üçün əvvəlcədən planlaşdırılmış aktiv tədbirlərin həyata keçirilməsini deyil. İşdə Təqsirləndirilən şəxs xüsusi olaraq hədəfə alınması və ya ona qarşı gizli əməliyyatın keçirilməsinə dair heç bir sübut mövcud deyil. Təhrik iddiasını istisna edən ən mühüm amil, cinayəti törətmək niyyətinin polis müdaxiləsindən əvvəl şəxsin özündə mövcud olmasıdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaqa verdiyi və məhkəmə tərəfindən daha mötəbər hesab edilən ilkin ifadəsində, həm də sonradan məhkəmədə verdiyi ziddiyyətli ifadəsində o, "Cabbar" adlı şəxsdən metamfetamin əldə etmək istəyini birmənalı şəkildə təsdiq etmişdir. Hətta onun məhkəmədəki versiyasına görə, Cabbar ona zəng etdikdə, o, psixotrop maddəyə ehtiyacı olduğunu bildirmişdir. Bu o deməkdir ki, cinayətin subyektiv cəhəti, yəni psixotrop maddəni qanunsuz əldə etmək niyyəti hər hansı polis müdaxiləsindən asılı olmayaraq Təqsirləndirilən şəxs özündə formalaşmışdır. İşin materialları sübut edir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs ilə onun psixotrop maddəni əldə etdiyi iddia olunan "Cabbar" adlı şəxs arasında baş vermiş əlaqədə və ya alqı-satqı prosesində heç bir şəkildə iştirak etməmişlər. Polis, cinayətin – yəni qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma – artıq başa çatmış mərhələsində müdaxilə etmişdir. Onlar cinayətin törədilməsini təhrik etməmiş, yalnız mövcud olan cinayət faktını aşkar etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs əməlində polis təhrikinin əlamətləri mövcud deyil. Polis əməkdaşları cinayət törətmək niyyəti olmayan şəxsi yoldan çıxarmamış, əksinə, artıq cinayət predmetini üzərində daşıyan və davranışları ilə şübhə doğuran şəxs barəsində qanunla nəzərdə tutulmuş vəzifələrini icra etmişlər. Buna görə də, müdafiə tərəfinin bu istiqamətdə irəli sürdüyü ehtimallar heç bir sübutla təsdiqlənmir və Avropa Məhkəməsinin presedent hüququ baxımından əsassızdır. Məhkəmə polis əməkdaşlarının ifadələrinin özlüyündə mümkün sübut hesab edilibedilməməsinə münasibətdə qeyd edir ki, polis əməkdaşlarının ifadələri, iş üzrə toplanmış digər sübutlarla – xüsusilə təqsirləndirilən şəxsin öz etirafedici etirafı, aşkar edilmiş maddi sübutlar və ekspertiza rəyləri ilə təsdiqləndiyindən və dəstəkləndiyindən, onların etibarlılığı şübhə doğurmur və AİHM-in yuxarıda qeyd olunan presedentlərinə uyğun olaraq sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, müdafiə tərəfinə məhkəmə istintaqı zamanı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ifadələrinə etiraz etmək üçün tam və bərabər imkan yaradılmışdır. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və istintaq orqanı tərəfindən əməlləri düzgün tövsif edilmişdir. Buna görə də, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır: o, ali təhsillidir, əvvəllər məhkum olunmamışdır. Törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə, təqsirləndirilən şəxsin əməllərində CM-nin 59 və 61-ci maddələrinə müvafiq olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu müəyyən etmir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında hamilə olması barədə iddiası hər hansı sənədlə təsdiqini tapmadığından, bu hal nəzərə alınmır. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmasını, digər tərəfdən isə təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri (ratio poenae) baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması zəruri deyil və bu, ədalət və humanizm prinsiplərinin tələblərinə zidd olardı. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə, CM-nin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasını zəruri hesab edir. Məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər) çıxılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək, cəmi 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt, CM-nin 69.3-cü maddəsinin 69.3.3-cü bəndinə uyğun olaraq, həbsdə saxlamanın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin ediləcək cəzadan çıxılmalı (cəza müddətinə hesablanmalı), islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, (51-2.1.) barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunmalı və bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X3 saxlanılan psixotrop maddənin qalığı – 0,420 qram metamfetamin və 5 ədəd kapsul tramadol və 8 ədəd kapsul preqabalin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 228 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 2 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla (cəmi 04 (dörd) gün), təyin edilmiş 02 (iki) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasına hesablansın (təyin edilmiş cəzadan çıxılsın) və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək; gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X3 saxlanılan psixotrop maddənin qalığı – 0,420 qram metamfetamin və 5 ədəd kapsul tramadol və 8 ədəd kapsul preqabalin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – “şəxsi axtarış və götürmə” istintaq hərəkətlərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 228 manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və iş üzrə mülki iddia olmaması nəzərə alınsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 iş saatı üçün cəmi 132 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar