Məhkəmə qərarları › İş №1(005)-283/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-283/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-283/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun vəkili- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs2 və onun vəkili- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1, mənzil 37 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1973-cü il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evləri, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilərək birlikdə istehlak edilməsi ilə bağlı qohumu Təqsirləndirilən şəxs2 ilə razılaşıb 53 ədəd narkotik vasitə olan metadon həbinin əldə edilməsi üçün xx xxxxxx 2020-ci il tarixdə sonuncudan ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə 10 manat pul aldıqdan sonra həmin pul vəsaitinin üzərinə 260 manat əlavə edib həmin gün istintaqa məlum olmayan şəxsdən naməlum yerdə və şəraitdə 270 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq tərkibində təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan 53 ədəd «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil edilən narkotik vasitə metadon həblərini əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə daşımaqla həmin narkotik vasitə metadon həbinin tərkibində təsir maddəsinin ümumi miqdarı 0,08 qram olan 2 ədədini Təqsirləndirilən şəxs2 verib, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram olan bir ədədini üzərində, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,2 qram olan 50 ədədini yaşadığı mənzildə Təqsirləndirilən şəxs2 gödəkçəsinin cibində gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 18:45-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yerləşən 37 saylı mənzildə saxlanılmış və həmin mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,2 qram olan 50 ədəd narkotik vasitə metadon həbi yataq otağındakı çarpayının üzərindəki Təqsirləndirilən şəxs2 məxsus yaşıl rəngli gödəkçənin içəri sol döş cibindən aşkar edilmiş, həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş X1 İdarəsinin inzibati binasına dəvət edilərək orada üzərilərində şəxsi axtarış aparılarkən onların satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladıqları, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram olan bir ədəd narkotik vasitə metadon həbi Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,08 qram olan 2 ədəd narkotik vasitə metadon həbi Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilərək birlikdə istehlak edilməsi ilə bağlı qohumu Təqsirləndirilən şəxs1 ilə razılaşıb 53 ədəd narkotik vasitə olan metadon həbinin əldə edilməsi üçün sonuncuya xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə 10 manat pul verdikdən sonra Təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin üzərinə 260 manat əlavə edib həmin gün istintaqa məlum olmayan şəxsdən naməlum yerdə və şəraitdə 270 manat pul müqabiİində satış məqsədi olmadan qanunsuz olaraq tərkibində təsir maddəsinin ümumi miqdarı 0,32 qram 53 ədəd «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in İİ siyahısına daxil edilən narkotik vasitə metadon həblərini əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə daşımaqla həmin narkotik vasitə metadon həbinin tərkibində təsir maddəsinin ümumi miqdarı 0,08 qram olan 2 ədədini Təqsirləndirilən şəxs2 verib, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram olan bir ədədini üzərində, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,2 qram olan 50 ədədini yaşadığı mənzildə Təqsirləndirilən şəxs2 gödəkçəsinin cibində gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 18:45-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə saxlanılmış və həmin mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,2 qram olan 50 ədəd narkotik vasitə metadon həbi yataq otağındakı çarpayının üzərindəki Təqsirləndirilən şəxs2 məxsus yaşıl rəngli gödəkçənin içəri sol döş cibindən aşkar edilmiş, həmin gün Təqsirləndirilən şəxs1 və Rəsul Əsgərli Baş X1 İdarəsinin inzibati binasına dəvət edilərək orada üzərilərində şəxsi axtarış aparılarkən onların satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladıqları, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,04 qram olan bir ədəd narkotik vasitə metadon həbi Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,08 qram olan 2 ədəd narkotik vasitə metadon həbi Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə bibisi oğlu Rəsulla birlikdə evdə olduğu zaman mənzilin qapısı döyülmüş, həmin vaxt həyacanlanmış və döşəyin altında saxladığı 50 ədəd metadon həbini götürüb çarpayının üzərində olan Rəsulun gödəkçəsinin cibinə qoymuşdur. Qapını açmış, bu zaman özünü Baş X1 İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər ondan kimliyi barədə soruşmuş, o da kimliyini bildirdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, yaşadığı mənzildə saxlaması barədə onlara məlumat daxil olduğunu bildirdib ondan mənzilinə baxış keçirmək istədiklərini və buna etirazının olub-olmadığını soruşmuşlar, o da etiraz etməmiş və bundan sonra polis əməkdaşları mənzilə daxil olmuşlar. Sonra polis əməkdaşları ona yaşadığı mənzildə narkotik vasitələr, psixotrop və ya güclü təsir edən maddələr, həmçinin digər qanunsuz əşya və ya sənədləri saxladığı təqdirdə könüllü verməsini təklif etmişlər, o da yataq otağını göstərərək orada narkotik vasitə metadon tərkibli həblər saxladığını bildirmişdir. Bundan sonra birlikdə həmin otağa keçmişlər və yataq otağındakı çarpayının üstündə olan Təqsirləndirilən şəxs2 məxsus gödəkçənini cibindən 50 ədəd üzərində «Methadone 40» yazısı yazılmış metadon həblərini polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, bir ildir ki, narkotik vasitə metadon tərkibli həblərdən və narkotik vasitə olan tiryəkdən istifadə edir. Dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə narkotik vasitə olan metadon tərkibli dərman həbləri alıb birlikdə qəbul etmək qərarına gəlmişlər, bundan sonra Aqil «Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığından bir nəfər şəxsdən 5 manatdan metadon həbi almaq imkanı olduğunu bildirmiş, o da bundan sonra Aqilə 10 manat pul verib onun üçün iki ədəd metadon tərkibli dərman həbi almasını xahiş etmiş, bundan sonra Aqil evdən çıxıb getmiş və bir müddətdən sonra 5 list və 4 ədəd metadon həbi alıb gətirmişdir. Daha sonra Aqil əldə etdiyi metadon həblərindən ikisini ona vermiş, qalan 52 ədəd metadon həbini özündə saxlamışdır. O da iki ədəd metadon həbini sonradan özü qəbul etmək məqsədi ilə əynindəki şalvarın cibinə qoymuşdur. Həmin gün Aqildə olan metadon həbindən birini bölüb birlikdə qəbul etmişlər. xx xxxxxx 2020-ci il tarixdə Aqillə birlikdə evdə olmuş, saat 18:45 radələrində mənzilə sonradan Baş X1 İdarəsinin əməkdaşlar daxil olmuş, bundan sonra o da otaqdan çıxmış və bu zaman polis əməkdaşları ondan kim olduğunu soruşanda o, özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları Aqilin yaşadığı mənzildə narkotik vasitələr, psixotrop maddələr və digər qanunsuz əşya və sənədləri saxladığı təqdirdə könüllü surətdə verməsini təklif etmiş, Aqil də səmimi olaraq mənzilin yataq otağını göstərərək orada narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra birlikdə həmin otağa keçmişlər və Aqil yataq otağındakı çarpayının üstündə olan ona məxsus yaşıl rəngli gödəkcəni götürüb cibindən 50 ədəd metadon tərkibli dərman həblərini polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid1 Əlsahib oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhər sakini X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə həmin gün onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 olduğu yerin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 18:45-də əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs1 olması ehtimal olunan, yaşadığı ünvan 2-də yerləşən 37 nömrəli mənzilə getmiş, mənzilin giriş qapısı döyüldükdən sonra qapını Təqsirləndirilən şəxs1 açmış, özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, həmçinin yaşadığı mənzildə saxlaması barədə Baş İdarəyə daxil olmuş məlumat əsasında onun yaşadığı mənzilə baxış keçirilməsi zərurəti olduğu bildirilmiş, Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirib onları mənzilə dəvət etmiş, mənzilə daxil olduqdan sonra mənzilin giriş hissəsində qonaq otağı ilə üzbəüz yerləşən yataq otağında olan digər bir şəxs özünü Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 kimi təqdim edib onlara qonaq gəldiyini bildirmişdir. Mənzilə baxış keçirilməsi barədə Təqsirləndirilən şəxs1 razılıq ərizəsi verdikdən sonra videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxışa başlanmış, baxış başlanılarkən Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri saxladığı təqdirdə könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 mənzilin giriş hissəsinin sol tərəfində yerləşən yataq otağını göstərərək orada narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra birlikdə həmin otağa keçmiş, Təqsirləndirilən şəxs1 otaqdakı iki mərtəbəli çarpayının alt mərtəbəsindəki yaşıl rəngli qış gödəkçəsini götürüb içəri sol döş cibindən 5 konvolyutda ümumilikdə 50 ədəd üzərində «Methadone 40» yazısı yazılmış həbləri təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi həblərin narkotik vasitə olan metadon tərkibli həblər olduğunu, gödəkçənin qohumu Təqsirləndirilən şəxs2 məxsus olsa da, həmin həblərin onun tərəfindən gödəkçənin cibinə qoyulduğunu, qapı döyülərkən həbləri çarpayıdakı döşəyin altından dərhal götürüb gödəkçənin cibində gizlətdiyini və həmin həbləri özü istifadə etmək üçün saxladığını, təxminən 1 ildir ki, narkotik vasitələr qəbul etdiyini, lakin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 də bunu təsdiq edərək gödəkçənin ona məxsus olduğunu, lakin həmin gödəkçənin cibinə Təqsirləndirilən şəxs1 tərəfindən metadon həblərinin qoyulmasından məlumatsız olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunmuş 5 konvolyutda ümumilikdə 50 ədəd üzərində «Methadone 40» yazısı yazılmış ağ rəngli həblər bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 Baş X1 İdarəsinə aparılmış, idarədə ilk olaraq təhqiqatçı tərəfindən baxışda aşkar olunanlara dair protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin onlar tərəfindən imzalanmışdır. Bundan sonra həmin gün İdarədə hər iki şəxsin üzərinə müdafiəçilərinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə həyata keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən konvolyut kəsiyində bir ədəd dərman həbini təqdim edərək metadon olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 də öz növbəsində əynindəki şalvarın sol yan cibindən konvolyut kəsiyində iki ədəd dərman həbini təqdim edərək həmin həbin metadon olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş konvolyut kəsiyindəki dərman həbləri iki ədəd kağız zərfdə ayrı-ayrı qablaşdırılmaqla möhürlənərək götürülmüş, bundan sonra şəxsi axtarış və götürmə həyata keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokola Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri, həm də digər iştirakçılar imza etmişlər. İş üzrə şahid qismində dindirilmiş DİN-nin Baş X1 İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadələr verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 234.4.1 və 240.2.1-ci maddələri ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. ( i.v. 1) «Baxış keçirilməsi və götürmə haqqında» xx xxxxxx 2020-ci il tarixli protokolla müəyyən edilmişdir ki, ünvan 2, mənzil 37-də keçirilmiş baxış zamanı zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri təqdim etməsi təklif edildikdə o, mənzilin giriş hissəsində qonaq otağı ilə üzbəüz yerləşən yataq otağını göstərərək orada narkotik vasitə saxladığını bildirib otaqdakı çarpayının üstündə olan yaşıl rəngli qış gödəkçəsini götürüb içəri sol döş cibindən 1 listdə 10 ədəd olmaqla, 5 yarpaq, yəni 50 ədəd üzərində «Methadone 40» yazısı yazılmış ağ rəngli həbləri təqdim etdiyi üçün həmin həblər qablaşdırılaraq götürülmüşdür. ( i.v. 9-10); Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( i.v. 27) Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( i.v. 40) «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli protokolla müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı hər iki şəxsə üzərilərində narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya sənədi könüllü surətdə təqdim etmələri təklif olunduqdan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən təqdim etdiyi ”Pregabalin 150” yazısı olan kauçuk materiallı 1 yarpaq-15 ədəd sarı-tünd göy rəngli həb və 1 ədəd üzərində «Methadone 40» yazısı olan dərman həbi, Təqsirləndirilən şəxs2 isə əynindəki qara rəngli vilvet materiallı şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi üzərində «Methadone 40» yazısı olan 2 ədəd dərman həbləri ayrılıqda zərflərdə qablaşdırılaraq götürülmüşdür. ( i.v. 43-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5168 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış zamanı...» sözləri olan zərfdəki (zərf №1) 5 ədəd üzərilərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutlarında olan 50 ədəd (hər konvolyutda 10 ədəd həb olmaqla) «Z/40» göstəricisi olan ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir; Üzərində «...Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddələr...» sözləri olan zərfdəki (zərf №.2) bir ədəd kovolyut kəsiyində 1 ədəd üzərində «F/M40» göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir; Üzərində «...Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddələr...» sözləri olan zərfdəki (zərf №.3) 1 ədəd üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutu kəsiyində 2 ədəd üzərində «F/M40» göstəricisi olan açıq-qəhvəyi rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir; Təqdim olunmuş 1 №-li zərfdəki 50 ədəd həb xarici görünüşlərinə görə - rənglərinə, üzərilərindəki göstəricilərə, kimyəvi tərkiblərinə və təsiredici maddənin miqdarına görə birbiri ilə eynidirlər, lakin 2 №-li zərfdəki 1 ədəd həb və 3 №-li zərfdəki 2 ədəd həblə xarici görünüşlərinə - rənglərinə, üzərilərindəki göstəricilərə görə fərqli, kimyəvi tərkiblərinə və təsiredici maddənin miqdarına görə eynidirlər. 2 №-li zərfdəki 1 ədəd həb və 3 №-li zərfdəki 2 ədəd həb bir biri ilə xarici görünüşlərinə - rənglərinə, üzərilərindəki göstəricilərə, kimyəvi tərkiblərinə və təsiredici maddənin miqdarına görə eynidirlər. Preqabalin xx xxxx 2016-cı il tarixli AR Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə), metadonun “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81.82 manat təşkil edir. ( i.v. 59-64); Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə “baxış və götürmə haqqında” və “şəxsi axtarış və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 84); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.4.1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 89-90) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.4.1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 99-100) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-226/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarından görünür ki, AR CM-nin 234.4.1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 129-131) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-226/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarından görünür ki, AR CM-nin 234.4.1 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 132-135) Maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən, üzərindən və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş, bir ədəd paketdə qablaşdırılmış 49 ədəd metadon həbi, 1 ədəd metadon həbi, bir ədəd ½ hissə metadon həbi və 14 ədəd kapsul Preqabalin maddi sübut kimi tanınaraq saxlanılması üçün AR DİN-nin BMCMi-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 135-136) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 5(005)- 186/2020 saylı qərarları ilə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (i.v. 149-150) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 5(005)-45/2020 saylı qərarları ilə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. (i.v. 154) AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 143 saylı İS-nin xx.xx.2020-ci il tarixli 110 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, İ. Məmmədov küçəsi 2/4 saylı 37 nömrəli mənzilində ana və atası ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. (i.v. 159) AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 143 saylı İS-nin xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs1 barəsində vermiş olduğu xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, İ. Məmmədov küçəsi 2/4 saylı 37 nömrəli mənzilində ana və atası ilə birlikdə yaşayır, ata və anası onun himayəsindədir. Yaşadığı müddət ərzində onun haqqında heç bir şikayət daxil olmamışdır. (i.v. 161) AR Biləsuvar RİH başçısı aparatının 311 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Əsgərli X4 rayon Əsgərabad kəndində yaşayır. (i.v. 163) AR Biləsuvar RİH başçısı aparatının 312 nömrəli xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Biləsuvar rayon Əsgərabad kəndində yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 165) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 190-191); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 192-193); Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində AR CM-nin 234.4.1 və 240.2.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti xx xxxxxxxx 2020-ci il tarixinədək müddətə uzadılmışdır. (i.v. 203-204) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-725/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixinədək uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-724/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının xx xxxx 2020-ci il tarixli 1696 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərinin və onun sintetik analoqlarını tərkibində saxlayan maddələrin sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 219-220) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının xx xxxx 2020-ci il tarixli 1710 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqbalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 221-222) Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 234.4.1 və 240.2.1-ci maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 240.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, onlara AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 223-235) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilə şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 246-247) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilə şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 257-258) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxslərin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahının 13-cü qrafasına əsasən 0.02 qram metadon şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu; 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq mahkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini nəzərə alır və onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Ağazadə X9 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini nəzərə alır və onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əsgərli X5 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Eyni zamanda cinayət işi üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 50 ədəd və bir ədəd 1/2 hissə tərkibində metadon olan dərman həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və maddi sübut 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və eləcə də, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 20 iş saatına görə hər birinə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün Cinayət işi üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan 50 ədəd və bir ədəd 1/2 hissə tərkibində metadon olan dərman həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 20 iş saatına görə hər birinə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar