Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-283/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızını katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 55 ünvanın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,421 qram və 0,438 qram, ümumi təmiz çəkisi 0,859 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 01 ədəd şəffaf yaşıl rəngli polietilen bükümdə 0,138 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımış, 14 yanvar 2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanının qarşısında Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,421 qram və 0,438 qram, ümumi təmiz çəkisi 0.859 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 0,138 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotikləri 14 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində səhər vaxtlarında yaşadığı evin yaxınlığından tapmışdır. 14 yanvar 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində ünvan 6 ünvanının yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını, harada yaşadığını soruşduqda o da onlara öz adını və soyadını demək istəməmişdir. Onlar ona narkotik maddə istifadə etdiyindən şübhələndiklərini bildirib onlarla Nərimanov RPİ-nə getməyini xahiş etdikdə o, onlarla birlikdə Nərimanov RPİ-nə getmişdir. İdarədə onun üzərinə baxış keçirilmişdir, baxış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 14 yanvar 2022-ci il tarixdə, saat 15:00 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə ünvan 7 ünvanın yaxınlığında olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı onlarda şübhə yaratdığından həmin şəxsə yaxınlaşıb özlərini ona təqdim edib Nərimanov RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etdikdə saxlanılan şəxs verilən suallara cavab verməyib yayınaraq qaçmağa cəhd göstərmək istəsə də ona imkan verməyib onu saxlamışlar və o, onlara xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olduğunu, ünvan 8 ünvanında yaşadığını, Təqsirləndirilən şəxs olduğunu və narkotik istifadəçisi olduğunu demişdir. Həmin şəxsin narkotik istifadəçisi olduğunu bildikdən sonra şəxsiyyətini dəqiq müəyyən etmək məqsədi ilə avtomobillə onu ünvan 4 ünvanda yerləşən Nərimanov RPİnin inzibati binasına gətirmişlər və Təqsirləndirilən şəxs saxlanması barədə RPİ-nin rəisinə raportla məruzə edilmiş və saxlanılan şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Nadir Rzazadəyə həvalə edilmiş və təhqiqatçı Nadir Rzazadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılması zərurəti yaranmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə RPİ-nin inzibati binasına müdafiəçi də dəvət edilmiş, Təqsirləndirilən şəxs və şəxsi axtarışın digər iştirakçılarına hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi və daşınması qadağan edilən əşya və maddələrin olub olmadığını soruşmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində ola qara rəngli gödəkçəsinin sağ yan cibindən 04 ədəd büküm, daha sonra içərisində Beynəlxalq Banka və Paşa Banka aid iki ədəd kart olan dəridən pul kisəsini çıxarıb masanın üzərinə qovmuşdur. Təqsirləndirilən şəxs iki ədəd şəffaf sellofan bükümdəkinin heroin, bir ədəd yaşıl rəngli şəffaf sellofan bükümdəkinin metemafetamin, digər kağız bükümün isə boş olduğunu, heroin və metamfetamin olan bükümləri 14 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, ev 55 ünvanın yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs heroin olduğunu dediyi iki ədəd büküm açıldıqda qəhvəyi rəngli tozşəkilli maddələrin, 01 ədəd yaşıl rəngli şəffaf büküm açıldıqda isə içərisində ağ rəngli kristallardan ibarət maddənin olduğu, kağız büküm açıldıqda isə onun içərisində heç nəyin olmadığı müəyyən edilmişdir. Qəhvəyi rəngli tozşəkilli maddələr olan 02 ədəd büküm və ağ rəngli kristallardan ibarət maddə olan 01 ədəd yaşıl rəngli şəffaf büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bank kartları və pul kisəsi isə zərurət olmadığından Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü şəxsi axtarış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 10 ünvanında saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs saxlandığı ünvanın hazırki ifadəsində göstərdiyi ünvanın olması nəzərə alınmalıdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 11 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik kristallik hissəciklərdən ibarət maddəni təqdim edib bildirdi ki, həmin maddə narkotik vasitə olan heroin və metamfetamindir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd qara rəngli “Mont Blanc” yazılı pul kisəsini çıxardıb təqdim etdi. Həmin pul kisəsinin içərisindən bir ədəd “Azərbaycan Beynəlxalq Banka” aid 6762-6121-0697-4832 və “Paşa” banka aid 4182-4957-8131-9102 saylı bank kartlarını çıxardıb könüllü olaraq təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 02 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni və 01 ədəd şəffaf və yaşıl rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristallik hissəciklərdən ibarət maddəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində, yaşadığı evin yaxınlığında yerdən taparaq əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyaraq özündə saxlamışdır ki, özü üçün istifadə etsin. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf rəngli rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni və 01 ədəd şəffaf və yaşıl rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristallik hissəciklərdən ibarət maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2022-ci il tarixli, 6/266 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,859 qram (ayrıayrılıqda təmiz çəkisi 0,421 qr və 0,438qr), qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz təmiz çəkisi 0,138 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114,0 manatdır; “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 16 yanvar 2022-ci il tarixli qərarından görsənir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə İstintaq Şöbəsinin baş müstəntiqi Abdulla Cəlillinin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” 16 yanvar 2022-ci il tarixli və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməsi və Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 yanvar 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin Ambulator X1 12 mart 2022-ci il tarixli, 1269 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Baxış aparılması haqqında” 18 mart 2022-ci il tarixli qərardan görünür ki, DVD diskdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmənin” gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Təqsirləndirilən şəxs X4 bildirdir ki, 14 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində səhər vaxtlarında yaşadığı evin yaxınlığında olduğu zaman yerdə 02 ədəd şəffaf rəngli və 01 ədəd şəffaf və yaşıl rəngli sellofan bükümü görüb onu götürmüşdür. O, həmin şəffaf rəngli sellofan bükümlərin içinə baxan zaman içərisində “Kakos" adı ilə tanınan heroin və metamfetamin olduğunu görüb özü istifadə etdiyi üçün əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyaraq özündə saxlamışdır ki, istifadə etsin. 14 yanvar 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində ünvan 6 ünvanının yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O da onlara öz adını və soyadını demək istəməmişdir. Onlar da onun narkotik maddə istifadə etdiyindən şübhələndiklərini bildirib onlarla Nərimanov RPİ-nə getməyini xahiş etmişdirlər. O da onlarla birlikdə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona bildirmişdirlər ki, üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. DVD diskdən göründüyü kimi şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Nadir Rzazadə tərəfindən iştirakçılara hüquq və vəzifələri izah edilir və daha sonra Təqsirləndirilən şəxs üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı narkotik vasitə olan 02 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd şəffaf və yaşıl rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik kristallik hissəciklərdən ibarət maddəni təqdim etmişdir. Bundan əlavə, o, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd qara rəngli “Mont Blanc” yazılı pul kisəsini və pul içərisindən “Azərbaycan Beynəlxalq Bank”a aid 6762-6121-0697-4832 və “Paşa” banka aid 4182-4957-8131-9102 saylı bank kartlarını çıxardıb könüllü olaraq təqdim etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs iki ədəd bükümdəkinin heroin və bir ədəd bükümdəkinin metamfetamin olduğunu və onları yerdən tapdığını bildirmişdir. Bükümlər zərfə qoyularaq qablaşdırılmışdır və möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxumuşdur. Protokolla tanış olduqdan sonra hər kəs protokola imza etmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, diskdə olan görüntülər həqiqətdir və reallığı əks etdirir, DVD diskdə heç bir əlavə və montaj edilməmişdir. Üstünə aparılan şəxsi axtarış zamanı videoçəkilişlə qeydə alınmış bütün görüntülər olduğu kimi təsvir olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 23 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,421 qram və 0,438 qram, ümumi təmiz çəkisi 0,859 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 0,138 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,799 qram heroin və 0,098 qram metamfetamin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən gpörüntülər olan “DVD” diskin iş üzrə maddi sübut kimi tanınması və “DVD” diskin iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-283/2022 saylı, 17 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx/xx-2902 saylı, 26 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -cinayəti etiraf etməsi və əməlindən peşman olması; -ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi – 0,799 qram heroin və psixotrop maddə olan metamfetaminin qalıq çəkisi – 0,098 qram metamfetamin məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitə olan heroinin qalıq çəkisi – 0,799 qram heroin və psixotrop maddə olan metamfetaminin qalıq çəkisi – 0,098 qram metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-283/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-283/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver