Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-283/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Pərvanə Qurban qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-257/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-283/2024 nömrəli, 17 may 2024-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi 29 may 2024-cü il tarixli məktubu ilə xüsusi ittiham qaydasında şikayət üzrə materialın Laçın Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd edərək 03 iyun 2024-cü il tarixdə sözügedən iş Bakı Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olduğundan materialın aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, 17 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon Uşaq- X10 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla 19 nəfərdən ibarət pedoqoji şura iclası keçirilmişdir. Şura iclası keçirilən zaman müzakirə edilən məsələlərdən biridə əmək intizamına əməl edilməsi məsələsi olmuşdur. Əmək intizamını pozduğu üçün Laçın rayon X4 dərnək rəhbəri X5 17 mart 2023-cü il tarixdə mərkəzin pedaqoji şura iclasında töhmət elan edilmişdir. Töhmət elan edildikdən sonra X8 yerindən qalxaraq bütün kollektivi, dərnəyin direktorunu müxtəlif sözlərlə təhqir edərək şəxsən onun və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürmüşdür. Əlavə olaraq Laçın rayon X4 dərnək rəhbəri X8 20 iyul 2023-cü il tarixdə “Whatsapp” ani mesajlaşma programında ona səs ataraq “Zəravənd müəllimə sizi qoyub cırıq yerinə, ayıb olsun Sizə” sözlərini demişdir. Məhkəmə iş materialları ilə tanış olaraq, habelə iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. X3 şikayətinə əsasən təhqir xarakterli ifadələr sonuncu dəfə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərilmişdir. “Whatsapp” ani mesajlaşma proqramının hüquqi ünvanı X6 Kaliforniya ştatıdır. X2 qeydiyyatda olduğu yer ünvan 3 ünvanıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-283/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-283/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver