Məhkəmə qərarları › İş №1(005)-284/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-284/2020

02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-284/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zərdab rayonunun Bıçaqçı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirib qaçırmış, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanın qarşısından X2 məxsus olan 1998-ci il buraxılışlı “Hyundai Sonata” markalı, Az **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələr”in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdardan artıq miqdarda ümumi təmiz çəkisi 2,097 qram psixotrop maddə sayılan metamfetamin əldə edib üstündə saxlayaraq daşımış və xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanın qarşısında qaçırdığı “Hyundai Sonata” markalı, Az **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb PŞ-nə gətirilmiş, polis şöbəsinin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,097 qram psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 185.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə CM-in 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət işinin Təqsirləndirilən şəxs həmin Məcəllənin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilmiş və o, CM-in 185.1-ci maddəsi ilə məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə 14:00 radələrində “Yaşıl Bazar”ın yanına getmiş, orada qapısı açıq “Hyundai Sonata” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomaşın görmüşdür. Avtomaşının qapısı açıq olduğu üçün içərisinə oturmuş, sonra avtomaşının açar yerini sındıraraq naqilləri bir-birinə toxundurub avtomaşını işə salmışdır. Avtomaşını “Yaşıl Bazar”ın ətrafında bir qədər sürmüşdür. Daha sonra isə avtomaşını gətirib saxlayaraq kənarda sahibinin gəlməsini gözləmişdir. Bir qədər sonra bir nəfər avtomaşına yaxınlaşmışdır. Həmin şəxsdən avtomaşının sahibi olub-olmadığını soruşmuş və avtomaşını qaçırdığını demişdir. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra polis əməkdaşları gələrək onu Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinə getdikdən sonra şöbədə xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Onun üzərində qadağan olunmuş hər hansı əşya, o cümlədən psixotrop maddə olmamışdır. Lakin polis əməkdaşlarının təzyiqi altında o, üzərindən psixotrop maddə çıxması barədə protokolu imza etmiş və etirafedici ifadəsini imzalamışdır. O, ümumiyyətlə psixotrop maddədən istifadə edir. Sonuncu dəfə də tutulmamışdan əvvəl psixotrop maddədən istifadə etmişdir. Lakin həmin gün onun üzərində psixotrop maddə olmamışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, baxış zamanı üzərindən həqiqətən rezin ip aşkar olunmuşdur. Həmin rezindən qolunu sıxıb məşq etmək üçün istifadə etmişdir. Yekunda təqsirli olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə xidmət etdiyi şöbəyə daxil olmuş əməliyyat məlumatını araşdırmaq məqsədi ilə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat tədbirinin keçirilməsi üçün ünvan 1 saylı ünvanın qarşısında özlərinə mövqe seçib orada müşahidə aparmağa başlamışlar. Həmin günü saat 18:00 radələrində daxil olmuş əməliyyat məlumatında qeyd olunmuş, xx xxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmış “Asif’ adlı şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyəti ilə bağlı maraqlandıqda “Asif”in rabitəsiz danışığı onlarda onun narkotik maddələrin təsiri altında olmasına şübhə yaratmışdır. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra həmin şəxsi Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin siqaret kağızının içərisində psixotrop maddə olan “şüşə”, yəni metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, psixotrop maddə özünə məxsusdur və onu xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxsdən 40 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən siqaret, alışqan, “Azəriqaz” kartı və rezin ip aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir psixi və fiziki təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 iş üzrə digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxx 2020-ci tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı X4, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, Şahid4 iştirakı ilə şübhəli şəxs X3 üzərinə baxış keçirmişdir. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-yə gətirilmişdir. 18-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik olan maddə aşkar edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş gümüşü rəngli siqaret kağızının içərisindəki narkotik vasitə olan “şüşədir”. Həmin narkotik vasitə özünə məxsusdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxsdən 40 manata almışdır. Şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibində üzərində “ARGO” yazısı olan siqaret, alışqan, “SOCAR” Azəriqaz yazısı olan qaz kartı və mavi rəngli rezin ip var idi. Aşkar olunmuş narkotik vasitələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi; “Maddi sübuta baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və 18-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin inzibati binasında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən çəkilmiş bir ədəd “CD” diskə baxış keçirmişdir. Aparılmış çəkiliş aydın və şəffafdır; 1/2351 nömrəli, xx xxxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə vaxtı həmin tarixdə Təqsirləndirilən şəxs kokos qəbul etməsi, nəfəs verilən havada OPİ(+) və sərxoşluq əlamətləri olmadan narkotik müəyyən edilməsi faktı (opis) aşkar edildi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/542 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 2,097 qram ağ rəngli kristal formada maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 2,097 qram, sərf edildi: 0,05 qram, qalıq - 2,047 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİnin İŞ-nin müstəntiqi Xəlil Allahverdiyevin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanınma haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,097 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəkisi 2,047 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış 2,047 qram psixotrop maddə olan metamfetamin məhkəmənin yekun qərarına kimi saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Axtarışda olan şəxsin tutulmasın dair” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində Nərimanaov rayonu ərazisində saxlanılaraq 18-ci PŞ-yə gətirilmişdir; “Cinayət törətməkdə təqsirləndirilən şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:05-də təqsirləndirilən şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-640/2020 nömrəli, xx xxx 2020ci il tarixli qərarından və həmin qərara xx xxxx 2020-ci il tarixli düzəliş qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxx 2020-ci il tarixli, 1470 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videogörüntüləri əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; CD diskdən görünür ki, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş gümüşü rəngli siqaret kağızının içərisindəki narkotik vasitə olan “şüşədir”. Həmin narkotik vasitə özünə məxsusdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxsdən 40 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən üzərində “ARGO” yazısı olan siqaret, alışqan, “SOCAR” Azəriqaz yazısı olan qaz kartı və mavi rəngli rezin ip aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 2,097 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən psixotrop maddə aşkar edilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxx 2020-ci tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik olan maddə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş gümüşü rəngli siqaret kağızının içərisindəki narkotik vasitə olan “şüşədir”. Həmin narkotik vasitə özünə məxsusdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2020-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan yerdən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxsdən 40 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır; - İstintaq zamanı Təqsirləndirilən şəxs etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, o, təxminən 1 ildir ki, narkotik vasitələrdən inyeksiya yolu istifadə edir. Təxminən 1 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında “Kubinka” adlanan yerə gedərək anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı “Rəşad” adlı şəxsdən 40 manata təxminən 2 qram narkotik vasitə olan “şüşə” almışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün saxlamış və bir qismini də istifadə etmişdir. Saat təxminən 14:00 radələrində “Yaşıl Bazar”ın yanına getmiş, orada qapısı açıq “Hyundai Sonata” markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomaşın görmüşdür. Avtomaşının qapısı açıq olduğu üçün içərisinə oturmuş, sonra avtomaşının açar yerini sındıraraq naqilləri bir-birinə toxundurub avtomaşını işə salmışdır. Avtomaşını “Yaşıl Bazar”ın ətrafında bir qədər sürmüşdür. Narkotik vasitənin təsiri altında olduğu üçün **- FF-*** dövlət nömrə nişanlı avtomaşını nə məqsədlə qaçırdığını özü də bilməmişdir. Daha sonra isə avtomaşını gətirib saxlayaraq kənarda sahibinin gəlməsini gözləmişdir. Bir qədər sonra bir nəfər avtomaşına yaxınlaşmışdır. Həmin şəxsə yaxınlaşıb avtomaşının sahibi olub-olmadığını soruşmuş və avtomaşını qaçırdığını demişdir. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra polis əməkdaşları həmin yerə gələrək onu Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinə getdikdən sonra şöbədə xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində spesifik qoxuya malik olan narkotik maddəni könüllü olaraq təqdim etmişdir. Bundan başqa əynində olan qara rəngli şalvarın cibində “ARGO” yazısı olan siqaret, alışqan, “SOCAR” Azəriqaz yazısı olan qaz kartı və mavi rəngli rezin ip olmuşdur. Həmin rezin ipi narkotik vasitə istifadə etmək üçün istifadə etmişdir. Səmimi etiraf etmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə “şüşədir”. Həmin narkotik vasitə özünə məxsusdur və özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Törətdiyi əmələ görə peşmandır; - Həmçinin, 1/2351 nömrəli, xx xxxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə vaxtı həmin tarixdə Təqsirləndirilən şəxs kokos qəbul etməsi, nəfəs verilən havada OPİ(+) və sərxoşluq əlamətləri olmadan narkotik müəyyən edilməsi faktı (opis) aşkar edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxx 2020-ci il tarixli, 1470 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), istintaq zamanı tutma altında saxlanıldığı 02 gün (24-xx xxxxx 2020ci il) ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diski cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (24-xx xxxxx 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 2,047 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar