Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-284/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Mülki iddaçı X3, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sosial Media Merketinq-reklam işləri ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məlikov küçəsi yeni massivdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib xx.xx.2022-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən “McDonalds” restoranının qarşısında ondan həmin dövrün rəsmi məzənnəsi ilə 13.600 manat təşkil edən 8000 ABŞ dolları dəyərində “Ulysse Nardin” markalı 2566 nömrəli, 1183-126 seriyalı kişi qol saatını girov qoyub pul götürmək adı ilə alıb ələ keçirmiş, daha sonra həmin saatı 2300 ABŞ dollarına satıb 850 manat aylıq faiz ödəmək şərti ilə həmin pulun dövrün rəsmi məzənnəsi ilə 2890 manat təşkil edən 1700 ABŞ dollarını Zərərçəkmiş şəxs verməklə saatın girov qoyulması görüntüsünü yaratmış, xx.xx.2022-ci il tarixdə faiz adı ilə 850 manat, xx.xx.2022-ci il tarixdə 2800 manat məbləğində pulun özünə məxsus “Leo Bank” tərəfindən verilmiş plastik kart hesabına köçürülməsi yolu ilə, qalan 90 manatı isə xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 1959 ünvanında yerləşən “McDonalds” restoranının qarşısında əlbəəl Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 14.450 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin mart-aprel aylarından etibarən tanımış, aylıq 150-200 manat pul müqabilində onun İnstagram səhifəsini işlətmiş və reklam işlərini görmüşdür. Təxminən 2022-ci ilin noyabr ayının ortalarında Murad ona zəng edərək 3.000 manat pul lazım olduğunu bildirmiş və pulu götürmək üçün həmin vaxt üçün bazar dəyəri 8.000 ABŞ dolları olan “Ulysse Nardin” markalı qol saatını girov qoya biləcəyini demişdir. Muradla birlikdə işlədiyi üçün Murad ona tam etibar etmiş, buna görə də o, Muradın etibarından istifadə edib həmin saatı ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə saatı girov qoymaq adı ilə götürüb satmağı, daha sonra həmin puldan Murada lazım olan 3.000 manatı faiz kimi ona verməyi, Murad həmin faizi qaytardıqdan sonra isə pulu götürüb bir bəhanə ilə saatı geri qaytarmağı planlaşdırmışdır. Buna görə də Muraddan həmin saatın şəklini göndərməsini istəmiş, Murad saatın şəklini göndərdikdən sonra həmin şəkilləri “İnstagram” sosial şəbəkəsində “ikinci_əl_saat_alışı” adlı səhifəyə göndərib neçiyə ala biləcəklərini soruşmuş, həmin səhifədən saatı 2.300 ABŞ dollarına ala biləcəklərini demişlər. Bundan sonra o, Muradla danışıb saatı girov qoyub pul götürə biləcəyini demiş və xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonalds” restoranının qarşısında Muradla görüşərək ondan “Ulysse Nardin” markalı qol saatını götürmüş və ona guya saatı kiməsə girov qoyub pul götürəcəyini bildirmiş, əslində isə Muradı aldatmış, məqsədi saatı satmaq olmuşdur. Daha sonra İnstagram üzərindən qeyd etdiyi səhifəni işlədən şəxslə mobil nömrə ilə danışıb Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Mado” adlı restoranda görüşmüşdür. Muradı aldadaraq ələ keçirdiyi “Ulysse Nardin” markalı qol saatını həmin şəxsə 2.300 ABŞ dollarına satmış, pulu götürdükdən sonra Murada zəng edərək guya saatı girov götürən şəxsin 1700 ABŞ dollarından artıq pul vermədiyini və bir ay ərzində 850 manat faiz istədiyini demişdir. Murad da onunla razılaşmış, əslində isə saatı artıq satmış, məqsədi 1700 ABŞ dolları Murada verib saatın guya girovda olmasına inandırmaq və daha sonra ondan həmin puldan əlavə faiz adı ilə 850 manat pulu da alıb ələ keçirmək olmuşdur. Buna görə də saatı satıb əldə etdiyi 2300 ABŞ dollarından 1700 ABŞ dollarını elə həmin gün gətirib Murada vermişdir. xx.xx.2022-ci il tarixdə Murad götürdüyü pulun faizini, yəni 850 manat pulu, xx.xx.2022-ci il tarixdə isə əsas məbləği, yəni 1700 ABŞ dolları əvəzinə 2800 manat pulu ona məxsus “LeoBank”a aid bank kartına göndərmişdir. O, pulu hesablayıb 1700 ABŞ dollarının 2890 manat etdiyini deyərək qalan 90 manatı istəmiş, Murad da həmin gün Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonalds” restoranının qarşısında 90 manatı əlbəəl ona vermişdir. Beləliklə, o, Muraddan həm faiz kimi verdiyi 1700 ABŞ dollarını geri almış, həm də əlavə faiz adı ilə 850 manat pulunu alıb ələ keçirmişdir. Murad pulu verdikdən sonra saatı girovdan götürüb ona geri qaytarmasını istəmiş, o, isə saatı satmış olduğu üçün geri qaytarmaq imkanı olmamış, lakin, bu barədə Murada bir söz deməmiş və müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. Muraddan aldığı pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Axırda Murad onun bəhanələrinə inanmamış və onu aldatdığını başa düşmüş, buna görə də onun barəsində polisə şikayət etmişdir. O, polis şöbəsinə dəvət edildikdə isə orada guya saatı taksidə unutduğunu demiş, bu yolla polisləri də aldadıb məsuliyyətdən yayınmaq istəmişdir. Lakin, sonda səhvini başa düşüb hər şeyi olduğu kimi etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərindən etibarən tanımış, sosial şəbəkələrdə onun reklam işlərini gördüyü üçün hər ay ona 300 manat pul vermişdir. Təxminən 2022-ci ilin noyabr ayının ortalarında maddi sıxıntısı yaranmış, atasının xəstəliyi ilə əlaqədar 2000-3000 manat civarında pula ehtiyacı olmuş, buna görə də Kəlbihüseyndən borc pul istəmişdir. Kəlbihüseyn isə borc verməyə pulunun olmadığını və girov qoymağa qiymətli bir şey verə bilərsə onu girov qoyub pul götürə biləcəyini demişdir. O da atası tərəfindən ona hədiyyə olunmuş, dəyəri 8.000 ABŞ dolları olan “Ulysse Nardin” markalı qol saatını girov qoya biləcəyini bildirmişdir. Kəlbihüseyn əvvəlcə ondan saatın şəkillərini istəmiş, o da saatın şəkillərini çəkib ona göndərmişdir. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində isə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonalds” restoranının qarşısında Kəlbihüseynlə görüşüb saatı qabı ilə birlikdə ona vermiş, Kəlbihüseyn saatı götürüb getdikdən təxminən 30-40 dəqiqə sonra geri qayıdaraq ona 1700 ABŞ dolları pul gətirib saatı tanıdığı şəxsə girov qoyduğunu, istənilən vaxt həmin pulu və əlavə olaraq 850 manat aylıq faizi qaytarıb saatı götürə biləcəyini demişdir. Yəni, Kəlbihüseynin deməsinə görə pulu tam şəkildə qaytarana kimi hər ay 850 manat faiz ödəməli olacaqmış. Pul ona vacib lazım olduğu üçün o, həmin şərtlə razılaşmış, daha sonra həmin pulla atasını müalicə etdirmiş və xx.xx.2022-ci il tarixdə götürdüyü pulun faizini, yəni 850 manatı, xx.xx.2022-ci il tarixdə isə əsas məbləği, yəni 1700 ABŞ dolları əvəzinə 2800 manat pulu Kəlbihüseynin adına olan “LeoBank”a məxsus karta köçürmüş, qalan 90 manat pulu isə həmin gün axşam saatlarında Nərimanov rayonu, Təbriz küçəsində yerləşən McDonalds restoranının qarşısında əlbəəl Kəlbihüseynə çatdırmışdır. Kəlbihüseyn pulu ödəyib, saatı götürüb ona çatdıracağını bildirmiş, lakin daha sonra işi olduğunu bəhanə edib gəlməmişdir. Bundan sonra o, hər dəfə Kəlbihüseynlə əlaqə saxladıqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış, gah saatın rayonda olduğunu, gah özünün rayonda olduğunu, gah yas mərasiminə getdiyini, gah da saatı girov qoyduğu şəxsin işdə olmadığını deyərək vaxtı uzatmağa və onu aldatmağa başlamışdır. O, əvvəlcə Kəlbihüseynin dediyi yalanlara inansa da, sonradan şübhələnməyə başlamış, buna görə də saatı qaytarmasa onun barəsində şikayət edəcəyini bildirmiş, lakin, Kəlbihüseyn yenə də saatı gətirməmişdir. O, artıq Kəlbihüseynin onun etibarından istifadə edərək ona məxsus saatı ələ keçirdiyini başa düşmüş və 10 dekabr 2022-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək hadisə barədə məlumat vermiş, daha sonra Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə gedib hadisə barədə ərizə yazmışdır. Lakin, araşdırma zamanı Kəlbihüseyn guya saatı taksidə unutduğunu, həmin taksini tapa bilmədiyini demiş, o isə Kəlbihüseynin onu aldadaraq saatı satmış olmasından şübhələnmişdir. Daha sonra məlum olmuşdur ki, sonuncu ondan girov qoymaq adı ilə götürdüyü “Ulysse Nardin” markalı qol saatını dəyərindən qat-qat ucuz qiymətə sataraq həmin pulun 1700 ABŞ dollarını ona vermiş, hətta bu azmış kimi faiz adı ilə ondan əlavə 850 manat pul alıb ələ keçirmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı qarşı şikayətçi olmadığını, barışıq əldə etdiklərini bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, instagram sosial şəbəkəsində “ikinci_əl_saat_alişi” adlı səhifənin adminidir və həmin səhifə vasitəsi ilə orijinal saatların alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə bir nəfər tanımadığı, sonradan adının Kəlbihüseyn olduğunu öyrəndiyi şəxs istifadə etdiyi İnstagram səhifəsindən mobil nömrəsini götürərək Whatsapp vasitəsi ilə ona “Ulysse Nardin” markalı kişi qol saatının şəklini göndərib həmin saatı satmaq istədiyini bildirmiş, o, saatın şəklinə baxıb həmin saatı 2300 ABŞ dollarına ala biləcəyini demişdir. Daha sonra həmin şəxs onunla razılaşmış və saatı satmaq üçün görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, rayonda olduğu üçün ondan sabahı gün görüşməyi xahiş etmiş, lakin, Kəlbihüseyn adlı həmin şəxs atasının əməliyyat olunmalı olduğunu, təcili xəstəxanaya pul köçürməli olduğunu, buna görə də saatı təcili satmaq istədiyini demişdir. O da dostu Yusifə zəng edib bu barədə məlumat vermiş, gedib onun evindən 2300 ABŞ dolları pul götürməsini və Kəlbihüseynlə görüşüb həmin pulu ona verərək “Ulysse Nardin” markalı kişi qol saatını satın almasını xahiş etmişdir. Həmçinin saatı alarkən Kəlbihüscynin şəxsiyyət vəsiqəsinin şəklini saatla birlikdə çəkib ona göndərməsini izah etmiş, bunu etməkdə məqsədi isə gələcəkdə nəsə problem olarsa həmin saatı kimdən aldığımı dəqiq bilməsi olmuşdur. Dostu Yusif də onun yaşadığı evə gedib 2300 ABŞ dolları pul götürmüş və daha sonra Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” adlı restoranda Kəlbihüseyn adlı şəxslə görüşərək həmin yerdə 2300 ABŞ dollarını ona verib “Ulysse Nardin” markalı kişi qol saatını almışdır. Eyni zamanda Kəlbihüseynin saatla birlikdə şəxsiyyət vəsiqəsinin şəkilini çəkib Whatsapp vasitəsi ilə ona göndərmişdir. Sabahı gün o, rayondan Bakıya qayıtmış və dostu Yusiflə görüşüb saatı ondan götürmüşdür. Daha sonra həmin saatı İnstagram sosial şəbəkəsində istifadə etdiyi “ikinci əl saat alişi” adlı səhifədə 4500 ABŞ dollarına satışa qoymuşdur. Sonradan Təqsirləndirilən şəxs ona satdığı saatı dələduzluq yolu ilə ələ keçirməsilə bağlı Nərimanov RPİ-nin İŞ-də araşdırma aparıldığını öyrənmiş və Kəlbihüseynin ona satdığı həmin qol saatını könüllü olaraq istintaqa təqdim etmişdir. Sonda mülki iddiaçı X5 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, mülki iddiadan imtina etdiyini və icraata xitam verilməsini bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “McDonalds” restoranının qarşısıdır. Cinayət işinin 24-cü vərəqində olan “Əşyanın götürülməsi barədə” 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X6 Azərbaycan Respublikası CPM-nin 51, 85, 242-247-ci maddələrinin tələblərinə müvafiq olaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə X1 məxsus Təqsirləndirilən şəxs ona satdığı 01 ədəd “Ulysse Nardin” markalı kişi qol saatını istintaqa təqdim etdi. Odur ki, X3 təqdim etdiyi 01 ədəd “Ulysse Nardin” markalı kişi qol saatı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən götürüldü. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2017-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 69-70-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 105-106-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fuad Babayevin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 113-114-cü vərəqələrində olan “Mülki iddiaçı qismində tanınma haqqında” 15 mart 2023-cü tarixli qərardan görünür ki, cinayət işi üzrə X4 mülki iddiaçı qismində tanınması qərara alınmışdır. Cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1322 nömrəli, 16 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Ulysse Nardin”markalı 2566 nömrəli, 1183-126 seriyalı qol saatının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 12000,00 manat müəyyən edilir. Cinayət işinin 137-146-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 may 2023-cü il tarixli qərardan görünür ki, “Ulysse Nardin” markalı 2566 nömrəli, 1183- 126 seriyalı qol saatının maddi sübut kimi tanınması və cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkəti aparıldıqdan sonra saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 154-cü vərəqində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 01 ədəd “Ulysse Nardin”markalı 2566 nömrəli, 1183-126 seriyalı qol saatını işlək, saz vəziyyətdə qablaşdırması ilə birlikdə təhvil almışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişlər və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı X5 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Mülki iddiadan imtina etmişdir. İş üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, mülki iddiaçının və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilməli və üzərində qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - “Ulysse Nardin” markalı 2566 nömrəli, 1183-126 seriyalı qol saatının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə mülki iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və mülki iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, mülki iddiaçının iddia tələbindən imtinası qəbul edilərək, hazırkı halda mülki iddia üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də mülki iddaçı X3 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı müki iddiadan imtina barədə mülki iddiaçının ərizəsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilsin və üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - “Ulysse Nardin” markalı 2566 nömrəli, 1183-126 seriyalı qol saatının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Mülki iddaçı X3 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı müki iddiadan imtina ərizəsi qəbul edilsin. Mülki iddaçı X3 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı müki iddiası üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci 50,0 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-284/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-284/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver